Məhkəmə qərarları › İş №2-2(102)-147/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-147/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-147/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi (Mülki Məcəllə, maddə 445.7), kredit müqaviləsi üzrə faizlər, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), ipoteka, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, ipoteka qoyulmuş əmlakın boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ha kimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul və digər tələblərinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 noyabr tarixli 2-2(107)-132/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" Kommersiya Bankı QSC ilə Cavabdeh arasında 2015-ci il 4 fevral tarixində 160/05/309/15 nömrəli kredit müqaviləsi (bundan sonra – “kredit müqaviləsi”) bağlanmış müqavilə ilə Cavabdeh 60 ay müddətinə 208.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin: - 2.3-cü bəndinə əsasən, kredit 60 ay müddə tinə verilir və kreditin ödənilməli olduğu son tarix 2020-ci il 4 fevral tarixidir. - 3.5-ci bəndinə əsasən, cavabdeh almış olduğu kreditə görə illik 18% məbləğində faiz ödəyir. - 5.4.5-ci bəndinə əsasən, borc alan alınmış krediti və ona hesablanmış faizləri vaxtında ödəməyi, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. - 6.2-ci bəndinə əsasən, borcalan götürdüyü öhdəliyi icra etmədikdə və ya icranı gecikdirdiyi halda əsas borc və faizlərdən əlavə ödənişin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 36% miqdarında cərimə ödəyir. 2. "xxxx" Kommersiya Bankı QSC ilə Cavabdeh arasında 2015-ci il 4 fevral tarixində 160/05/309/15 nömrəli sonrakı ipoteka müqaviləsi (bundan sonra – “ipoteka müqaviləsi”) ilə Cavabdeh məxsus Abşeron rayonu, Hökm əli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı otaqlı, 189,29 kv.m ümumi, 107,13 kv.m yaşayış, 82,16 kv.m yardımçı sahədən ibarət 71 nömrəli fərdi yaşayış evi kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmişdir. Qiymətləndirmə şirkəti tərəfindən 2015-ci il 19 yanvar tarixli qiymətləndirmə aktına əsasən daşınmaz əmlakın likvid dəyəri 252.000 manat müəyyən edilmişdir (müqavilənin 2.1-ci bəndi).

3. Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı otaqlı, 189,29 kv.m ümumi, 107,13 kv.m yaşayış, 82,16 kv.m yardımçı sahədən ibarət 71 nömrəli fərdi yaşayış evi cavabdehin mülkiyyətindədir və kredit müqaviləsindəki öhdəliklərin icrasının təmi n olunması məqsədilə iddiaçının xeyrinə yüklü edilmişdir (dövlət reyestrindən çıxarışın). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 4. "xxxx" Kommersiya Bankı QSC (bundan sonra – “iddiaçı”) 2022-ci il 3 fevral tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, sonradan iddia həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə əsasında yaranmış 143.744,90 ABŞ dolları əsas, 109.321,92 ABŞ dolları faiz, 30.427,41 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 28.848,80 ABŞ dolları faiz borcu, iş üzrə ödənilmiş 976 manat dövlət rüsumu və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsum unun cavabdehdən tutulması, tutmanın Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı otaqlı, 189,29 kv.m ümumi, 107,13 kv.m yaşayış, 82,16 kv.m yardımçı sahədən ibarət 71 nömrəli fərdi yaşayış evi olan ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən gec 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi ilə cavabdehə 60 ay müddətinə 208.000 ABŞ dolları kredit verilmişdir. Həmin müqavilədə göstərilmişdir ki, kredit 60 ay müddətinə verilir və kreditin ödənilməli olduğu son tarix 2020-ci il 4 fevral tarixidir, cavab deh almış olduğu kreditə görə illik 18% məbləğində faiz ödəyir. Borc alan alınmış krediti və ona hesablanmış faizləri vaxtlıvaxtında ödəməyi, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə görə, borcalan götürdüyü öhdəliyi icra etmədikdə və ya icranı gecikdirdiyi halda əsas borc və faizlərdən əlavə ödənişin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 36% miqdarında cərimə ödəyir. Bundan başqa, tərəflər arasında ipoteka müqaviləsi bağlanmış, cavabdehə məxsus torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 24 aprel tarixli 9/2084 nömrəli rəyində o lunmuşdur ki, kredit müqaviləsi üzrə cavabdehin 2020-ci il 4 fevral tarixinə əsas borc üzrə 143.744,9 ABŞ dolları əsas, 86.719,66 ABŞ dolları faiz və müqavilənin bitdiyi 2020-ci il 4 fevral tarixindən 2024-cü il 9 fevral tarixinədək 28.848,8 ABŞ dolları məbləğində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən 5% ilə hesablanmış faiz borcu mövcuddur.

7. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 12 sentyabr tarixli 2-2(117)-231/2024 nömrəli qətnaməsi ilə: - iddia qismən təmin edilmiş, cavabdehdən müqavilə əsasında yaranmış 143.744,90 ABŞ dolları əsas borcu, 86.719,66 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 28.848,80 ABŞ dolları faiz bor cunun ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə tutularaq iddiaçıya ödənilməsi; - tutmanın cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı otaqlı, 189,29 kv.m ümumi, 107,13 kv.m yaşayış, 82,16 kv.m yardımçı sahədən ibarət 71 nömrəli fərdi yaşayış evinin olan ipoteka predmetinə yönəldilməsi, əmlakın hərracda satışı üçün likvid dəyəri 266.000 manat məbləğində müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması; - qeyd olunan ipoteka predmetinin satışından əldə olunmuş vəsaitin cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan sonra ən gec 1 ay ərzində cavabdeh tərəfindən boşaldılaraq təhvil verilməsi qə t edilmiş, - iddia qalan hissədə rədd olunmuş, cavabdehdən 811,86 manat dövlət rüsumu, ipoteka bildirişinin qeydiyyata alınması üçün 30 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 75 manatı hissəsinin iddiaçıdan 75 manat hissəsinin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur (hakim – M.Hüseynov).

8. Məhkəmə iddia tələbinin əsas borc, faiz borcu, habelə Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcuna münasibətdə qeyd etmişdir ki, 2024-cü il 14 aprel tarixli ekspert rəyi verildikdən sonra iddiaçı tərəf 2024-cü il 29 iyul tarixində iddianın həcmini artırmışdır. İddia tələbinin əsas və faiz borcunun tutulması hissəsini qi smən əsaslı hesab edən məhkəmə bildirmişdir ki, iddiaçı tərəfindən 143.744,90 ABŞ dolları əsas, 109.321,92 ABŞ dolları faiz, kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 28.848,80 ABŞ dolları faiz borcu cavabdehdən tələb edilsə də, məhkəməyə təqdim olunmuş ekspert rəyinə əsasən cavabdehin 2024-cü il 9 fevral tarixinə olan faiz borcu 86.719,66 ABŞ dolları təşkil etmişdir. Bu səbəbdən də məhkəmə cavabdehdən müqavilə üzrə 143.744,90 ABŞ dolları əsas, 86.719,66 ABŞ dolları faiz, kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 28.848,80 ABŞ dolları faiz borcunun tutulmasını qanuni və ədalətli hesab etmişdir. Məhkəmə tərəfindən qeyd edilən e kspert rəyi hər hansı əsasla təkzib oluna bilmədiyindən, ekspertin əsas kredit borcu, faiz borcları ilə bağlı ekspert rəyini daha arqumentli sübut olaraq qəbul etmişdir.

9. Məhkəmə iddia tələbinin cərimə borcu hissəsinə münasibətdə bildirmişdir ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehlərdən 500 ABŞ dolları cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağlabatandır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269, 385.1, 386.1, 442, 448.1, 448.2, 739.1 və 739.2ci, “İpoteka haqqı nda” Azərbaycan Respublikası Qanununun 33 və 39-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun cərimə borcu və likvid dəyər hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir.

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 noyabr tarixli 2-2(107)-132/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən yən i, cərimə borcuna aid hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul olunaraq, cavabdehdən 4.312,35 ABŞ dolları cərimə borcu öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi cərimə borcuna münasibətdə qalan hissədə təmin olunmamış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ə.Kərimov, hakimlər – E.Hüseynov və Z.Sadiqov).

14. Apellyasiya məhkəməsi ilk olaraq birinci instansiya məhkəməsinin cavabdehin öhdəliklərini tam olaraq icra etməməsi ilə bağlı hüquqi əsaslandırması ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyi n əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

15. Kollegiya işin faktiki hallarına və hüquq normalarının göstərişlərinə əsaslanaraq iddia tələbinin qismən əsaslı olması qənaətinə gəlmişdir. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsin i tələb etməkdə haqlı olmuşdur.

16. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir.

17. Məhkəmə kollegiyası mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü tələb qismən əsaslı olmuşdur. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu ha lda bunu etməmişdir.

18. Kollegiya cavabdehin apellyasiya şikayətinin digər dəlili olan dolların kursunun yüksələrək cavabdehə xeyli zərər vurması ilə bağlı dəlillərini əsassız hesab edərək bildirmişdir, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Yəni tərəflər yalnız qarşılıqlı razılıq əsasında müqaviləni yeni şərtlərlə bağlaya və ya hər hansı digər razılığa gələ bilərlər.

19. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin faiz borcunun çox olması ilə bağlı dəlillərinin də əsassız olması qənaətin ə gələrək münasibət qeyd etmişdir ki, iddiaçı faiz borcu üzrə 109.321,92 ABŞ dolları tələb etsə də, birinci instansiya məhkəməsi 2024-cü il 24 aprel tarixli 9/2084 nömrəli ekspertiza rəyində qeyd edilmiş məbləği əsas götürərək cavabdehdən 86.719,66 ABŞ dolları faiz borcu tutmaqda haqlı olmuşdur. Eyni zamanda, qeyd edilən ekspert rəyi hər hansı əsasla təkzib oluna bilmədiyindən, ekspertin faiz borcu ilə bağlı rəyini daha arqumentli sübut olaraq qəbul edilmişdir. Odur ki, cavabdeh tərəfin faiz borcunun artıq hesablanması ilə bağlı qeyd etdikləri öz təsdiqini tapmamışdır.

20. Kollegiya cavabdehin apellyasiya şikayətinin iddia ərizəsinin məhkəməyə gec verilməsi ilə bağlı dəlillərini də əsassız hesab edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmışdır. Həmin mü qaviləyə əsasən cavabdehə 60 ay müddətinə 208.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndində göstərilmişdir ki, kredit 60 ay müddətinə verilir və kreditin ödənilməli olduğu son tarix 2020-ci il 4 fevral tarixidir. İddiaçı tərəf isə 2022-ci il 3 fevral tarixində hazırkı iddia tələbi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəf qanunla ona verilmiş hüquqdan istifadə etmiş və bu zaman müddətlə bağlı heç bir pozuntuya yol verməmişdir.

21. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin ekspertizanın təyin edilməsi ilə bağlı dəlillərinin də əsassız olması qənaətinə gələrək münasibət qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən ona təqdim olunmuş sənədlər əsasında məhkəmə-mühasibatlıq ekspertizası t əyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 24 aprel tarixli 9/2084 nömrəli rəy verilmişdir. Eyni zamanda kreditin hansı hissəsinin aylar bölgüsü ilə əsas və faiz borcuna ödənilməsi ilə bağlı ödəniş cədvəlində məbləğlər göstərilmiş və cavabdeh ödəniş cədvəllərini öz imzası ilə təsdiq etmişdir. Həmçinin ekspertizanın təyin edilməsi ilə bağlı verilmiş vəsatət hazırlıq iclası yekunlaşana qədər məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, cavabdeh tərəfindən əlavə ödənişlərlə bağlı məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Apellyator tərəfindən hazırkı iş üzrə heç bir əlavə sənəd və ya sübut təqdim edilmədiyindən, ekspertizanın təyin olunmaqla yeni hal müəyyən edilməyəcək və bu lüzumsuz vaxt itkisinə səbəb olacaqdır. Əlavə olaraq borcun düzgün hesablanmadığını qeyd edən ca vabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki hər hansı əsaslı səbəb olmadan lüzumsuz olaraq ekspertizanın keçirilməsi də təmin oluna bilməz.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən əsasların qeyd olunmasını zəruri hesab edərək bildirmişdir ki, kollegiya iddiaçının şikayətinin cərimə borcu ilə bağlı dəlillərinə münasibət bildirərkən, eyni zamanda cavabdehin də cərimə borcu ilə bağlı dəlillərinə münasibət bildirərək, iddiaçının şikayətini həmin hissədə qismən əsaslı hesab etmişdir. İşdən göründüyü kimi, iddiaçı cavabdehdən ümumilikdə 30.427,41 ABŞ dolları cərimə (dəbbə pulu) ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi isə 500 ABŞ dolları cərimə borcunun tutulması qənaətin ə gəlmişdir. Məhkəmə kollegiyası həmin məbləğin hazırkı vəziyyətdə işin hаllаrınа tam uyğun olmaması və tənasübsüz surətdə aşağı olması qənaətinə gəlmişdir. Belə ki, məhkəmənin hazırda tutduğu cərimənin həcmi (500 ABŞ dolları) təmin olunan əsas borcun 1%-dən az məbləği təşkil etmişdir ki, bu da MM-in 467-ci maddəsinin tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından kreditorun əmlak mənafelərinə uyğun hesab edilə bilməz.

23. Kollegiya xüsusilə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cərimə borcuna münasibətdə təmin edilən məbləğ ümumi məhkəmə təcrübəsinə də uyğun olmamışdır. Beləliklə, cərimənin miqdarinin bu qədər aşağı оlmаsı ədalətlilik, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından da məqsədəmüvаfiq olmamışdır. Apellyasiya şikayətinin d igər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 279, 295, 296.1, 317, 319.1, 385.1, 386.1, 399.3, 399.4, 425.1, 442, 443.1, 445.1, 448.1, 448.2, 449.1, 462.1, 462.2, 465.2, 467, 739.1, 739.2 və 740.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 36.1, 36.2, 59.3 və 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir” 2009-cu il 9 iyul tаrixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019 -cu il 18 mart tarixli qərarlarına, MPM-in 14.2, 77.1, 88 və 184.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. MM-in 1091-ci maddəsi üzrə - Müqavilənin şərtləri pozulduğu halda bank əsassız varlanma yolu ilə əlavə qazanc əldə etmək üçün uzun illər gözləmiş, xeyli miqdarda faiz və cərimə məbləği yarandıqdan sonra cavabdehi məhkəməyə vermişdir. Halbuki, krediti aldıqdan bir müddət sonra cavabdehin maliyyə cəhətdən sıxıntıları olduğu üçün ödənişlərini həyata keçirə bilməmişdir. Bank məhkəməyə uzun illər sonra müraciət etmiş, halbuki artıq uzun illər müqavilə üzrə ödənişlər olmamışdır. Apellyasiya məhkəməsi bu faktı nəzərə alıb dəbbə pulunu azaltmalı olduğu halda, birinci instansiya məhkəməsində təyin olunmuş 500 manatdan daha artıq məbləğ təyin etmişdir.

27. MPM-in 47.1-47.2-ci maddəsi üzrə - Apellyasiya məhkəməsində verilmiş apellyasiya şikayətlərinə baxılarkən cəmi bir məhkəmə iclası baş tutmuşdur. Belə ki, 2024cü il 14 noyabr tarixinə məhkəmə iclası təyin edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edə bilmədiyindən, iclasın təxirə salınması üçün elektron məhkəmə sistemi vasitəsilə ərizə ilə müraciət etmişdir. Buna baxmayaraq, hakim ərizəni nəzərə almamış, həmin gün yekun məhkəmə aktı çıxarmış, həmçinin yekun qərarı elə ilk iclasda qəbul etmişdir.

28. MPM-in 50.5-ci maddəsi üzrə - Qanun üzrə başqasının hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan şəxsin ərizəsi ilə mənafeyi üçün iddia qaldırılmış şəxs, başlanmış proses barədə xəbərdar edilir və məhkəmə prosesində iddiaçı qismində iştirak edir. Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar.

29. MPM-in 68.1-68.2-ci maddəsi üzrə - Cavabdeh vəkil ilə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlamışdır. Vəkil məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, nəzərə alınmamışdır. Nəticədə vəkil hüquqlarını qorumalı olduğu şəxsi məhkəmədə təmsil edə bilməmişdir.

30. Kassator şikayətinin digər bölməsində bildirir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əl avə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli fərmanının 1-ci bəndinə əsasən, “... tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsait hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir”.

31. Krediti aldıqdan sonra manatın devalvasiya etməsi ilə birlikdə cavabdehə külli miqdarda ziyan dəymiş, artıq kredit ödənişlərini dollar ilə köhnə kursla deyil, devalvasiyadan sonra mövcud olan kursla ödəmək məcburiyyətində qalmışdır. Bu onun vəziyyətinin daha da pisləşməsinə səbəb olmuşdur. Belə olan halda o artıq daha böyük həcmdə ödəniş etməyə məcbur olmuşdur. Fevral ayının əvvəlində kredit götürdükdən sonra əgər dolların dəyəri manata nəzərən daha da artmışdırsa, yeni kursla ödəniş edilməsi ədalətsizlik olur. Çünki götürulmüş olan 1 dolların dəyəri manata ekvivalent olaraq 0,76 manat təşkil etmişdir. Cavabdeh dollar ilə almış olduğu krediti manata çevirərək öz işlərini görmüşdür. Azərbaycan Respublikasının ərazisində bütün sövdələşmələr və əqdlər milli valyuta olan manat ilə həyata keçirilir.

32. Bank tərəfindən törədilmiş başqa bir pozuntu isə kredit ödənişlərini manat devalvasiyaya uğradıqdan sonra 2015-ci ildən etibarən cavabdehin ödəniş etməyə başladığı halda, tələbkar cavabdehi üstündən bir neçə il keçdikdən sonra məhkəməyə vermişdir. Əgər tələbkarın verilmiş kredit ə görə ödənişin olunmaması ilə bağlı pretenziyası və narazılığı var idisə, hansı səbəbdən üstündən 7 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, 2022-ci ildə cavabdehin qeydiyyatda olduğu Ağsu rayon Məhkəməsinə müraciət etdiyi sual olunur. Bu onu göstərir ki, tələbkar həmin müqavilənin şərtlərini pozduğu üçün bank qazanc əldə etmək məqsədilə məhkəməyə vaxtında müraciət etməmiş, həmin müqavilə üzrə nəzərdə tutulmuş faizlərin və cərimənin artmasını gözləmişdir. Buna görə də 2015-ci ildən ödənilməyən kredit müqaviləsi üzrə məhkəməyə 7 il sonra, 2022-ci ildə müraciət edilmişdir.

33. Eyni zamanda bankla cavabdehin arasında mübahisə yaranan zaman bank təklif etmişdir ki, ödəniş olunsun, daha sonra yerdə qalan kreditin ödənilməsində güzəşt və kredit müqaviləsi restrukturizasiya ediləcəkdir. Cavabdeh buna razılaşmış və tərəfindən indiyədək banka 85.000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Bankın rəhbərliyi ona bildirmişdir ki, qeyd olunan məbləğdə kredit ödənişi etdiyi üçün cavabdehə həmin kredit müqaviləsi üzrə həm faizlərin, həm də əsas məbləğin ödənilməsində köməklik edəcəklər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

35. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq qismən yoxlanılacaqdır.

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düz gün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.” “Maddə

295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə

296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhk əməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir (2018-ci il 28 dekabr tarixli 1428-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 296.1-ci maddəyə yeni məzmunda dördüncü cümlə əlavə edilmişdir)....” “Maddə

319. Borclunun öhdəlikləri yerin ə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “ Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

399. Müqavilənin qüvvəsi... 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməy ən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobu d ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Az ərbaycan Respublikasının Qanunu ilə 449.1-ci maddənin ikinci cümləsində “Faizlərin” sözü “Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin” sözləri ilə, üçüncü cümləsində “ödəyə” sözü isə “təmin edə” sözləri ilə əvəz edilmişdir)....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Q anunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir). 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.... 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Madd ə

739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər....” “Maddə

740. Borc müqaviləsinin forması (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır....”

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 2009-cu il 9 iyul tаrixli qərarında aşağıdakılar nəzərdə tutulur: “... digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır....” 39. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 m art tarixli qərarında aşağıdakılar nəzərdə tutulur: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır....”

40. Azərbaycan Respublikasının Mülki müddəalarında aş ağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

184. İşin və mübahisənin vəziyyətinin müzakirə edilməsi. İşdə iştirak edən şəxslərin vəsatətlərinin həlli... 184.3. Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri... 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər....” “Maddə

416. Kassasiya instansiyasında i şə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

42. Cavabdehin vəkilinin məhkəmə iclasının təxirə salınmasına dair xahişinin nəzərə alınmamasına və işə baxılarkən cavabdeh tərəfin iştirakını n təmin olunmamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, həmin ərizəyə təsdiqedici sənəd(lər)in əlavə edilməsi nə iş materiallarından, nə də “Elektron Məhkəmə” informasiya sistemindən görünür. Qanun işdə iştirak edən şəxs üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlmədiyi hallarda apellyasiya instansiyası məhkəməsinin üzərinə iclası təxirə salmaq vəzifəsi qoymamışdır (MPM-in 376.2-ci maddəsi – bax § 40). Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi bununla bağlı hər hansı hüquq pozuntusuna yol verməmişdir.

43. Apellyasiya instansiyası məhkəməsinin dəbbə pulunu azaltmalı olduğu halda, birinci instansiya məhkəməsində təyin olunmuş 500 manatdan daha artıq məbləğ təyin etməsinə dair dəlillə əlaqədar qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehdən tutduğu cərimə borcunun həcmi birinci instansiyası məhkəməsi tərəfindən tutulmuş əsas borcun cəmi 3 faizini təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cərimə borcunun həcmi barədə nəticəyə gələrkən düzgün olaraq hər iki müqavilə tərəfinin mənafelərini nəzərə almış, bununla da MM-in 467ci maddəsinin (bax § 37) tələblərinə, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsinə uyğun qənaətə gəlmişdir.

44. Kassasiya şikayətinin digər dəlilləri ilə eyniməzmunlu dəlillər isə iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.

45. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

46. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin digər dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 40) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 40) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

47. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apell yasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 noyabr tarixli 2-2(107)-132/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 noyabr tarixli 2-2(107)-132/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar