Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-148/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh “X2 Şirkətlər Qrupu” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 dekabr tarixli 2-2(103)-756/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci ins tansiya məhkəməsindəki icraat
1. İlkin iddia üzrə İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh “X2 Şirkətlər Qrupu” MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 2018-ci il 1 may tarixli icarə müqaviləsinin ləğv edilməsi və 6 ay ərzində icarə haqqına görə yaranmış 12.000 manat məbləğində borcun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Həmçinin cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci il 1 may tarixli icarə müqaviləsinin etibarsız hesab edilməklə həmin müqavilə üzrə ödənilmiş 32.640 manat məbləğində pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 3 0 mart tarixli, e-2-2 (113)-105/2021 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, 12.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (hakim Fərrux Qasımov).
4. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verərək onun ləğv edilməsi, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 avqust tarixli, 2-2(103)-756/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən V.Baxışova, hakimlər İ.Kərimli və V.Məmmədov).
6. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 dekabr tarixli 2-2(103)-756/2021 saylı qərardadı ilə həmin məhkəmənin 2021-ci il 13 avqust tarixli, 2-2(103)-756/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən V.Baxışova, hakimlər E.Nağıyeva və V.Məmmədov).
8. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan məlumatlara əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2021-ci il 26 avqust tarixində cavabdehin vəkili Vəkil elektron kabinetinə yerləşdirilmiş, cavabdehin həmin qətnamədən kassasiya şikayəti ve rməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin axımı 2021-ci il 27 oktyabr tarixində bitmişdir. Cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verilmədiyi üçün, kassasiya şikayəti geri qaytarılmalıdır.
9. Apellyasiya instansiya məhkəməsi qərardadında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 10-1.1, 10-1.2, 10-1.3, 10-1.5, 405.0.1, 408.1.4-cü maddələrinə istinad etmişdir.
10. Apellyasiya məhkəməsinin qərardadı 2021-ci il 28 dekabr tarixində cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə2 məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. 11. 2022-ci il 6 yanvar tarixində cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 avqust tarixli, 22(103)- 756/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin geri qaytarılmasına dair qərardadın ləğv edilərək kassasiya şikayətinin baxılması üçün aidiyyəti üzrə göndərilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti geri qaytarılarkən cavabdehin qətnamədən kassasiya şikayəti verməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin axımının 2021-ci il 27 oktyabr tarixdə bitməsinə baxmayaraq, buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin verilməməsinə istinad olunmuşdur. Halbuki, Vəkil elektron kabineti ASAN İMZA olmadığına görə mövcud olmamış və o həmin dövrdə elektron kabinetdən istifadə edə bilməmişdir. Şikayətə əlavə edilmiş PDF formatlı rəsmdə n də görünür ki, həmin qətnamə 2021-ci il 2 noyabr tarixində alınmış və oxunmasına dair bildiriş qeydiyyata düşmüşdür.
13. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MPM-in 10-1.3, 10-1.9, 135, 405-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası MPM-in (2021 -ci ilin 01 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan el ektron kabinet vasitəsilə həyata keçirilir.... 10-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir.” “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.8. Komme rsiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:... 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:..... 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməlidir.
18. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri o halda rəsmi qaydada verilmiş hesab edilir ki, qanunda nəzərdə tutulan iki tələbə əməl edilmiş olsun; 1-ci tələb məhkəmə sənədi işdə iştirak edən şəxsin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilməlidir; 2-ci tələb belə yerləşdirilmə barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmalıdır (MPM-nin 135.5 və 135.8-ci maddələri).
19. Nəzərə alınmalıdır ki, hazırda “Elektron məhkəmə” informasiya sistemində məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsinə dair məlumatların SMS xəbərdarlıq vasitəsilə, ünvan s ahibinə çatdırılması imkanları mövcud deyildir. Elektron poçtla bağlı isə qeyd edilməlidir ki, elektron kabinet yaradılarkən, kabinet sahibi tərəfindən təsdiq edilmiş elektron ünvan (e-mail) göstərildiyi təqdirdə, həmin informasiya sistemi məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsi barədə məlumatı müvafiq elektron ünvana göndərmək funksionallığına malikdir.
20. Baxılan işin materiallarından görünür ki (i.v 210), cavabdehin nümayəndəsi və vəkilinin elektron kabinetinə məhkəmə aktı yerləşdirilsə də, təsdiq edilmiş elektron ünvan mövcud olmamışdır. Başqa sözlə, məhkəmə aktının elektron kabinetdə yerləşdirilməsinə dair məlumat ünvan sahibinə çatdırılmamışdır.
21. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, hazırki işdə 2021-ci il 13 avqust tarixli məhkəmə qətn aməsinin 2021-ci il 26 avqust tarixində cavabdehə rəsmi təqdim edilmiş hesab edilməsi və həmin tarixdən hesablanmaqla kassasiya şikayətinin verilməsi üçün prosessual qanunla müəyyən edilmiş 2 aylıq müddətin ötürülməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi MPM-nin 135.8-ci və 405.0.1-ci maddələrinin tələblərinə uyğun olmamışdır (bax yuxarıda §16).
22. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin cavabdehə rəsmi təqdim edilməsinə dair işin materiallarına başqa sübutun əlavə edilməməsini nəzərə alır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin prosesual müddətin ötürülməsi səbəbindən qaytarılması üçün MPM-nin 408.1.4-cü maddəsi ilə müəyyən edilmiş əsaslar mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayəti nin geri qaytarılmasına dair qərardadı ləğv edilməlidir.
23. Cavabdeh tərəfindən tərəfindən məhkəmənin 2021-ci il 13 avqust tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən aşağıdakı tələblərə cavab verməmişdir.
24. Belə ki, kassasiya şikayətinin Mülki Prosesual Məcəllə ilə (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası) müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməsi onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilm iş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
25. Bundan əlavə, kassasiya şikayətində şikayət verən şəxsin tələbi, maddi və yaxud prosesual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmlidir (MPM-nin 407.1.4-cü maddəsi).
26. Cavabdehin kassasiya şikayətində prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərilməmişdir. Şikayətin «Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi» bölməsində isə, maddi hüquq normaları sadalanmış, pozuntunun nədən ibarət olması göstərilməmiş, yalnız işin faktiki hallarına istinad olunmuşdur. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prose ssual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
27. Həmçinin kassasiya şikayətində məhkəmə aktının tarixi və şikayət verən şəxsin tələbi göstərilməmişdir.
28. Kassasiya şikayəti MPM-nin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (MPM-nin 408.1, 408.1.1 və 408.1.5-ci maddələri, mətni üçün bax yuxarıda §16).
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasia instansiyası məhkəməsinin kassasiya şikayətinin geri qaytaılmasına dair 2021-ci il tarixli 28 dekabr tarixli qərardadının hazırki qərarla ləğv edilməsinə baxmayaraq, yuxarıda qeyd olunanlar nə zərə alınmaqla cavabdehin apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 13 avqust tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
30. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 dekabr tarixli, 2-2(103)-756/2021 saylı qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 avqust tarixli, 2-2(103)-756/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya ş ikayətinin geri qaytarılması məsələsinə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov