Məhkəmə qərarları › İş №2-2(102)-148/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-148/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-148/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdeh "xxxx" X4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əldən çıxmış fayda, kredit müqaviləsi üzrə borcun gecikdirilməsinə görə əlavə faiz formasında ziyan tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakim X1 məruzəsi ilə, hakimlər X2 və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh "xxxx" X3rşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 28 noyabr tarixli 2-2(106)-201/2024 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassas iya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) ilə "xxxx" X5 (bundan sonra – “cavabdeh”) arasında bağlanmış 2005-ci il 19 aprel tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə illik 7% dərəcəsi olmaqla 60 ay müddətinə 96.000 manat məbləğində turizm məqsədilə kredit ayrılmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən vaxtında icra edilmədiyinə görə, iddiaçının cavabdehə qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası X6 Məhkəməsinin 25 noyabr 2008-ci il tarixli 255/1-2008 saylı qətnaməsi ilə təmin olunaraq, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 105212 (bir yüz beş min iki yüz o n iki) manat borcun tutularaq iddiaçıya verilməsi, cavabdehin maliyyə vəsaiti olmadığından qətnamənin icrası alınmış kreditin təminatı kimi ipoteka qoyulmuş cavabdehə məxsus Masallı rayonunun Qəriblər kəndində yerləşən "İsti Su” sanatoriyasına yönəldilməsi qət edilmişdir.

2. X6 Məhkəməsinin 2009-cu il 6 oktyabr tarixli 255/1-2008 saylı qərardadı ilə qətnamənin icra üsulu dəyişdirilərək, icrası cavabdehə məxsus əmlaklara yönəldilmiş və həmin qərardad əsasında 2010-cu il fevralın 2-də müvafiq icra vərəqəsi verilmişdir.

3. Masallı rayon İcra və probasiya şöbəsinin 2018-ci il 26 iyul tarixli qərarına əsasən, X6 Məhkəməsinin 2008-ci il 25 noyabr tarixli 255/1-2008 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair qərardad əsasında verilən icra sənədi üzrə icraata başlanılmış, borclu cavabd ehin rəhbərliyinə 10 gün müddətində tələbin könüllü icrasına dair bildiriş verilmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin 2019-cu il 27 mart tarixli 8(106)-28/2019 saylı qərardadı ilə X6 Məhkəməsinin 2008-ci il 25 noyabr tarixli 255/1-2008 saylı qətnaməsinin icrası cavabdehə məxsus "xxxx" Ticarət Mərkəzinə yönəldilməklə üzərinə həbs qoyulmuşdur. 5. 2019-cu il mayın 31-də Masallı rayon İcra və probasiya şöbəsi "xxxx" Ticarət Mərkəzinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət etmişdir. 6. 2021-ci il avqustun 3-də qətnamənin icrası zamanı iddiaçı əmlakın ilkin satış qiyməti ilə razılaşmadığından hərracın keçirilməsi dayandırılmış, sonradan iddiaçı 2023-cü il fevralın 14-də yenidən Masallı rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək icra işinin davam etdirilməsini xahiş e tmişdir. İcra məmuru tərəfindən 2023-cü il 3 mart tarixində əmlakın yenidən qiymətləndirilməsi məqsədilə qiymətləndirici dəvət edilmiş, qərarın icrası "xxxx" MMC-yə həvalə edilmiş, icra məmurunun həmin qərarından cavabdeh tərəfindən şikayət verilmiş, Şirvan Kommersiya Məhkəməsi icra məmurunun qərarını ləğv etməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 15 fevral tarixli 8-2(106)-1/2023 nömrəli qərardadı ilə icra sənədi üzrə borclu olan cavabdehin şikayəti təmin edilərək Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 3 avqust tarixli e-82(121)-6/2022 nömrəli qərardadı və Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru İlkin Həsənovun qiymətləndiricinin dəvət edilməsinə dair 2022-ci il 3 mart tarixli qərarı ləğv edilmişdir.

7. İddiaçı cavabdehə 2023-cü il 18 o ktyabr tarixli bildiriş ünvanlayaraq, X6 Məhkəməsinin 2008-ci il 25 noyabr tarixli 255/1-2008 nömrəli qətnaməsinə əsasən ödənilməli olan 105.212 manat məbləğində əsas kredit borcu ödənilmədiyinə görə 2023cü il 12 oktyabr tarixinə qədər, yəni 5.434 gün ərzində gecikdirilmiş borcun illik 5%-nin, yəni 79.405,83 manat məbləğində pulun əldən çıxmış fayda kimi ödənilməsi xahiş edilmiş, əks təqdirdə həmin tələblə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 79.405,83 manat əldən çıxmış fayda və ödənilmiş 328,21 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2005-ci il 29 aprel tarixində bağlanmış LNHS-004 nömrəli kredit müqaviləsinə görə 7% illik faiz dərəcəsi ilə 60 ay müddətinə 96.000 manat kredit ayrılmış, lakin cavabdeh müqavilə öhdəliklərini vaxtında yerinə yetirməmişdir. X6 Məhkəməsinin 2008-ci il 25 noyabr tarixli qətnaməsi ilə cavabdehdən 105.212 manat borc və 20 manat dövlət rüsumunun tutulması qət edilmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, cavabdeh əsas borcu ödəməmiş, nəticədə cavabdehin qanunsuz hərəkətləri səbəbindən iddiaçıya ziyan dəymişdir. Bu səbəbdən, iddiaçı 2023-cü il 12 oktyabr tarixinə qədər gecikmiş 105.212 manat məbləğin illik 5%-i həcmində – 79.405.83 manat əldən çıxmış faydanın ödənilməsini tələb etmişdir.

10. Cavabdeh iddia tələbinə qarşı etiraz göndərərək bildirmişdir ki, borcun ödənilməsinə süni maneələr bank və icra orqanları tərəfindən yaradılmışdır. Məhkəmə qətnaməsinə əsasən 105.212 manat borcun ödənilməsi qərara alınmış, şirkət də bu məqsədlə banka 15.000 manat ödəmiş və girov qoyulmuş əmlakın hərracda satılmasına razılıq vermişdir. 2019-cu ildə icra məmuru tərəfindən əmlak 720.000 manata hərraca çıxarılmış, lakin bank qiymətə etiraz edərək yenidən hərracın keçirilməsini tələb etmişdir. Daha sonra 2021-ci ildə əmlak 612.000 manat ilkin qiymətlə hərraca çıxarılmış, lakin bank özü hərracın dayandırılmasını istəyərək icra prosesini uzatmışdır. 2023-cü ildə iddiaçı icra işinin yenidən başlanmasını tələb etsə də, apellyasiya məhkəməsi icra məmurunun iddiaçının bu qanunsuz xahişi üzrə həyata keçirdiyi hərəkətləri ilə bağlı qərarı ləğv etmişdir. Cavabdeh bildirir ki, borcun ödənilməsinə hər hansı maneə törətməmiş, əksinə, əmlakın satılaraq borcun bağlanmasına razı olmuş, iddiaçı isə əmlakı dəyərindən ucuz qiymətə satmaq istəyərək prosesi uzatmışdır.

11. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 10 sentyabr tarixli e-2-2(121)1547/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – Z.Abbasov).

12. Məhkəmənin mövqeyi belə olmuşdur ki, borclunun öhdəliklərini yerinə yetirməməsi və ipoteka predmetinə yönəldilmiş tələbin icrasının yubadılması halında, kreditor Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində gecikmə faizini tələb edə bilər. Məhkəmə vurğulamışdır ki, bu tələb üçün borclunun təqsirinin müəyyən olunması vacibdir. İddiaçı cavabdehin qətnamənin icrasına bilərəkdən mane olması ilə bağlı sübut təqdim etməmiş, məhkəmə isə Şirvan Apellyasiya Məhkəməsinin 2023-cü il 15 fevral tarixli qərardadını preyudisial fakt kimi qəbul edərək, bu qərardadla müəyyən edilmiş halların təkrar mübahisələndirilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə həmin apellyasiya məhkəməsinin verdiyi hüquqi qiymətə əsaslanaraq, icra işinin yenidən tələb edilməsinə zərurət görməmişdir.

13. Məhkəmə işin müəyyən edilmiş hallarına və Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 15 fevral tarixli 8-2(106)-1/2023 nömrəli qərardadına əsasən bu qənaətə gəlmişdir ki, baxılan işdə mübahisə üzrə qəbul edilmiş qətnamənin qanunla müəyyən edilmiş qaydada icrasının cavabdehin təqsiri nəticəsində baş tutmaması faktı öz təsdiqini tapmır. Belə ki, mübahisə iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair mübahisədən qaynaqlanmışdır. X6 Məhkəməsi 2008-ci ildə kredit müqaviləsinin ləğv olunmasına, borcun cavabdehdən tutulmasına və ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul etmiş, lakin borclunun vəsaiti olmadığı üçün icra prosesləri illərlə davam etmişdir. Daha sonra icra tədbirləri çərçivəsində Masallı rayonunda yerləşən “İsti Su” sanatoriyası və "xxxx" Ticarət Mərkəzi borcun ödənilməsi üçün hərraca çıxarılmış, əmlakın qiymətləndirilməsi və satışı ilə bağlı mübahisələr yaranmışdır. Tərəflər arasında əmlakın satış qiyməti ilə bağlı fikir ayrılıqları olmuş, Şirvan Apellyasiya Məhkəməsi 2023-cü ildə icra məmurunun əmlakın qiymətləndirilməsi üçün verdiyi qərarını ləğv etmişd ir. İş uzunmüddətli icra prosesləri, qiymətləndirmə və hərrac mübahisələri ilə müşayiət olunmuşdur.

14. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X6 Məhkəməsinin 2008-ci il 25 noyabr tarixli 255/1-2008 nömrəli qətnaməsinin icra olunmamasına iddiaçının hərəkətləri və icra məmurunun qanunsuz qərarları səbəb olmuş, cavabdehin isə belə hərəkətlərə yol verməsi öz təsdiqini tapmamışdır.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 21, 443.1, 443.2, 443.7, 445.7, 448.1, 448.2, 448.4, 449.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 bə 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 82.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 28 noyabr tarixli 2-2(103)-987/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.İmanov, hakimlər – P.Əhmədov və F.Hüseynov).

18. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və bildirmişdir ki, apellyasiya məhkəməsi cavabdehin şikayəti əsasında icra məmurunun yenidən qiymətləndiricinin təyin edilməsi barədə qərarını ləğv edərək, belə qənaətə gəlmişdir ki, icra məmuru yenidən qiymətləndirmə təyin edilməsi ilə bağlı qərar qəbul etməklə məhkəmənin səlahiyyətini mənimsəmişdir. Belə ki, icra məmurunun 2019cu il 31 may tarixində qəbul etdiyi qərarla "xxxx" MMC-dən 2019-cu il 29 dekabr tarixli əmlakın qiymətləndirilməsi barədə rəy almaqla həmin rəyə əsasən əmlakın açıq hərracdan satılması üçün sifariş verməsinə və tərəflərin bu qiymətləndirməni məhkəmə qaydasında mübahisələndirməməsinə baxmayaraq, icra məmuru, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinin tələblərinə zidd olaraq, yalnız tələbkarın müraciətinə əsaslanmaqla yenidən qiymətləndirilməni sifariş etmişdir.

19. Halbuki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında göstərilən bazar dəyəri ilə bağlı mübahisələrin həlli yalnız məhkəmənin səlahiyyətindədir və yenidən ekspert qiymətləndirilməsi təyin etmək hüququ yalnız məhkəməyə məxsusdur.

20. Bundan əlavə, icra məmuru əvvəlki qiymətlə əmlakın açıq hərracdan satılması barədə sifariş verməsinə baxmayaraq, tələbkarın etirazı əsasında icraatı dayandırmış və icraatı yenidən bərpa etdikdən sonra hərracların davam etdirilməsi əvəzinə qanunsuz olaraq əmlakın yenidən qiymətləndirilməsini sifariş etmişdir.

21. Məhkəmə həmçinin vurğulamışdır ki, icra sənədi üzrə tələbkarın əmlakın açıq hərracdan satışına dair icra məmurunun sifarişinin qanunsuz hesab edilməsi ilə bağlı müraciətləri məhkəmə qaydasında rədd edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21, 443.1, 443.2, 443.7, 445.7, 448.1, 448.2, 448.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli və "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarlarına, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. İddiaçı qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı kassasiya şikayətində göstərmişdir ki, cavabdeh borcunu vaxtında ödəmədiyi üçün icranı gecikdirməyə görə faizləri də ödəməlidir. Belə ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqazidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

25. Kassasiya şikayətinin bu dəlillərinə aid hissədə MM-in 21.2, 385.1, 445.1, 445.2-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarlarına istinad edilmişdir.

26. MPM-in 14.1 və 88-ci maddələrinə istinad edərək iddiaçı bildirir ki, məhkəmə araşdırma aparmadan qərar qəbul etmiş, məsələnin mahiyyəti üzrə sübutları araşdırmamış, sübutları lazımi qaydada qiymətləndirməmişdir.

27. Kassasiya şikayətinin “digər məsələlər” hissəsində qeyd olunmuşdur ki, MM-in 445.7-ci maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu ödənilməmiş borc məbləği üzrə gecikdirilmiş müddət üçün illik 5% ödəməlidir. Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr və 2009-cu il 9 iyul tarixli qərarları göstərir ki, kreditor kredit müqaviləsi üzrə gecikmə halında, həmin gecikmənin nəticəsi olaraq real zərər və əldən çıxmış faydanın ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarı isə vurğulayır ki, müqavilə öhdəliyinin pozulması səbəbindən qarşı tərəfin zərərə uğraması halında, borcl u bu zərəri ödəməlidir. Müqavilənin ləğvi belə borclunun məsuliyyətdən azad olunmasına əsas vermir.

28. Apellyasiya məhkəməsinin gəldiyi nəticə bankın borc gecikməsinə görə tələb etdiyi faiz və əldən çıxmış fayda iddiasının düzgün əsaslandırılmadığını göstərir. Halbuki, MM-in 445.7 və 449.1-ci maddələrinə əsasən borcun gecikdirilməsi halında bank faiz və əlavə kompensasiya tələb etmək hüququna malikdir. Məhkəmə qərarında bankın tələb etdiyi faizlərin hesablanması ilə bağlı hüquqi əsaslandırma aparılmamışdır.

29. Banklar əsas vəsaitlərindən istifadə etməklə gəlir əldə etməyi hədəfləyən qurumlardır və borcun gecikdirilməsi onların gəlirlərinə mənfi təsir göstərir. Konstitusiya Məhkəməsinin qərarlarına əsasən, əldən çıxmış faydanın hesablanması mücərrəd yanaşma ilə deyil, kreditorun verdiyi faktiki məlumatlar əsasında müəyyən edilməlidir. Məhkəmə kreditorun kredit əməliyyatlarını və bazar faiz dərəcələrini nəzərə alaraq adekvat hesablamalar aparmalıdır, lakin bu məsələlər apellyasiya məhkəməsi tərəfindən tam nəzərə alınmamışdır. Mübahisə predmeti olan borc məbləğinin gecikdirilməsinə görə müəyyən edilən illik 5% isə bankın əldən çıxmış faydasının hüquqi əsaslarını təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdar da ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (2023-cü il 24 fevral tarixli 822VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişd ir. Əvvəlki redaksiyada deyilirdi: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir)....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” 34. “İpoteka haqqında” Azərbaycan müddəalarında nəzərdə tutulmuşdur: Respublikası Qanununun müvafiq “Maddə

25. İpoteka qoyanın hüquq və vəzifələri İpoteka qoyan aşağıdakı vəzifələri daşıyır: 25.3.1. ipoteka predmetinin saxlanılmasını v ə salamatlığını təmin etmək; 25.3.2. ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək; 25.3.3. ipoteka predmeti olan əşya ilə bağlı vergilər, kommunal xərclər və bu kimi digər öhdəlikləri ödəmək; 25.3.4. ipoteka predmetinə tutma yönəldildikdə həmin əşyanı almaq istəyən şəxslərə ipoteka predmetinə yerində baxış keçirmək üçün şərait yaratmaq; 25.3.5. bu Qanunun 30.6-cı və 38.2-ci maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayandan əsas öhdəliyin həcmi barədə arayış alaraq notariusa təqdim etmək.” “Maddə

26. İpoteka saxlayanın hüquq və vəzifələri 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək;...”

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar göstərilmişdir: “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük mə bləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.... Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.... Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini MM-in 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər....”

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir: “... bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər....”

37. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bun un üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həll edilməsi üçün hazırkı mülki işin hallarını hərtərəfli araşdırmamış, bu isə iş üzrə nəticəyə təsir edən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir.

39. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə, X6 Məhkəməsinin 2008ci il 25 noyabr tarixli qətnaməsinin icra olunmamasına iddiaçının hərəkətləri və icra məmurunun qanunsuz qərarları səbəb olmuş, cavabdehin isə belə hərəkətlərə yol verməsi öz təsdiqini tapmamışdır. Bu qənaətə gələrkən, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən əmlakın qiymətləndirilməsi ilə bağlı icra məmurunun hərəkətlərini və iddiaçı tərəfindən qiymətləndirmə prosesinin mübahisələndirilməsini nəzərə almışdır. Halbuki, X6 Məhkəməsinin 2008-ci il 25 noyabr tarixli qətnaməsinin icrası cavabdehin əmlaklarına 2009-cu ildə yönəldiyi halda, 2019-cu il martın 27-də cavabdehə məxsus əmlak üzərində həbsin qoyulmasına qədər qətnamənin icrası məqsədilə hansı tədbirlərin, o cümlədən cavabdeh tərəfindən zəruri hərəkətlərin edilib-edilməməsi araşdırılmalı idi.

40. Lakin, apellyasiya instansiya məhkəməsi bu məsələyə diqqət yetirməmiş, bunun nəticəsində iddiaçının tələblərini tam həcmdə rədd etmişdir. 41. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, borcl u (ipoteka qoyan) ipoteka predmetini təqdim etmək, onu salamat saxlamaq, satışı üçün baxışa şərait yaratmaq, borcun məbləği barədə arayış vermək və digər texniki hüquqi zəruri hərəkətləri yerinə yetirmək öhdəliyi daşıyır (bax, yuxarıda §29).

42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində isə X6 Məhkəməsinin qətnaməsi qəbul edildiyi 2008-ci il 25 noyabr tarixindən əmlak üzərində həbs qoyulduğu 2019-cu il 27 mart tarixinədək bu hərəkətlərin borclu tərəfindən icra edilib-edilmədiyi məsələsinə aydınlıq gətirilmir. Qətnamənin bu qədər uzun müddət ərzində icra edilməməsi və ipoteka predmetinin təqdim olunmaması borclunun hərəkətsizliyinin nəticəsi kimi qiymətləndirilə bilərdi.

43. Bu baxımdan, apellyasiya məhkəməsi işə baxarkən MPM-in 14.1, 88 və 372.7ci maddələrinin tələblərinə uyğun ol araq işin faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, MM-in 445.7-ci maddəsini və İpoteka haqqında Qanunun yuxarıda qeyd olunan müddəalarını tətbiq etməklə borclunun qətnamənin icrası istiqamətində öhdəliklərini icra edib-etmədiyini, ipoteka predmetinin təqdim olunmamasının səbəblərini, kreditorun 5% əldən çıxmış fayda tələbinin hüquqi əsaslarını tam və obyektiv araşdırılmalı idi.

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda qeyd olunan zəruri hallar ətraflı araşdırılmaqla mübahisəyə yenidən hüquqi qiymət verilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir.

45. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 418 və 419-cu maddələrin ə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 28 noyabr tarixli 2-2(106)-201/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar