Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-149/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən-məruzəçi) Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 sentyabr tarixli, 2-2(103)-544/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən veril miş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə "xxxx" MMC arasında 2012-ci il 28 dekabr tarixdə bağlanmış 169/12 saylı təminatsız bərpa olunmayan kredit xətti müqaviləsinə əsasən, borc verən borc alana 3.606.000 manat məbləğində 12 ay müddətinə illik 15 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür.
2. Eyni tərəflər arasında 2013-cü il 2 iyul tarixdə bağlanmış 52K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən borc verən borc alana 431.000 manat məbləğində 12 ay müddətinə illik 16 faizlə kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğin i və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür.
3. Eyni tərəflər arasında 2013-cü il 3 iyul tarixdə bağlanmış 55K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən borc verən borc alana 224.000 manat məbləğində 12 ay müddətinə illik 16 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 4. 2012-ci il 28 dekabr tarixli, 169K/12 saylı təminatsız bərpa olunmayan kredit xətti müqaviləsinə edilmiş 2013-cü il 14 may tarixli, 1 saylı əlavəyə əsasən 2012-ci il 28 dekabr tarixli 169K/12 saylı bərpa olunmayan kredit xətti müqaviləsinin məbləği 80.000 manat art ırılaraq 3.686.000 manata çatdırılmışdır. 5. 2013-cü il 3 iyul tarixli, 55K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə edilmiş 2013-cü il 3 iyul tarixli, 1 saylı əlavəyə əsasən 2013-cü il 3 iyul tarixli, 55 K/13 saylı bərpa olunan kredit xətti müqaviləsinin məbləği 10.000 manat artırılaraq 234.000 manata çatdırılmışdır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 1 fevral tarixli, 201(81)1404/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan olunmuş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu ASC-in ləğvedicisi təyin edilmişdir.
7. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş 2017-ci il 17 may tarixli maliyyə arayışına əsasən, "xxxx" MMC-in 2017-ci il 7 aprel tarixinə 2012-ci il 28 dekabr tarixli müqavilə üzrə 5.741.786.60 manat, 2013-cü il 2 iyul tarixli müqavilə üzrə 718.337.20 manat, 2013-cü il 3 iyul tarixli müqavilə üzrə 389.792 manat, 2014-cü il 11 mart tarixli müqavilə üzrə 657.375 manat məbləğində borcu vardır. 8. 2016-cı il 25 oktyabr tarixli Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, "xxxx" MMC və bir sıra cəmiyyətlərin qoşulması nəticəsində "xxxx" MMC yenidən təşkil olunmuşdur.
9. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən 2017-ci il 10 may tarixdə Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq, 2012-ci il 28 dekabr tarixli, 169K/12 saylı müqavilə üzrə cəmi 5.741.786.60 manat, 2013-cü il 2 iyul tarixli müqavilə üzrə cəmi 718,337.20 manat və 2014-cü il 11 mart tarixli, 41/14 saylı müqavilə üz rə cəmi 657.375 manat təşkil edən borc məbləğinin 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı ləğv prosesində olan "xxxx" ASC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 169K/12 nömrəli, 2012-ci il 28 dekabr tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3.685.600 manat, faiz borcu üzrə 2.039.294.24 manat və cərimə borcu üzrə 16.892.36 manat olmaqla, cəmi 5.741.786.60 manat; 52K/13 nömrəli, 2013-cü il 2 iyul tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 431.000 manat, faiz borcu üzrə 259.561.24 manat, cərimə b orcu üzrə 27.775.96 manat olmaqla, cəmi 718.337.20 manat; 55K/13 nömrəli, 2013-cü il 3 iyul tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 234.000 manat, faiz borcu üzrə 140.816 manat, cərimə borcu üzrə 14.976 manat olmaqla, cəmi 389.792 manat; 41/14 nömrəli, 2014-cü il 11 mart tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 450.000 manat, faiz borcu üzrə 207.375 manat olmaqla, cəmi 657.375 manat tutulmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. İddiaçının borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlarına baxmayaraq, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində heç bir addım atılmamışdır.
12. İd diaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad etmişdir.
13. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edilən kredit müqavilələri üzrə kredit məbləğlərinin cavabdeh tərəfindən götürülüb-götürülməməsi barədə hər hansı təsdiqedici kassa məxaric qəbzləri və ya digər ödəniş sənədləri təqdim edə bilmir. Məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış bütün müqavilələrdə “borc alan” qrafasındakı imzalar birbaşa deyil, faksimile klişe vasitəsilə icra edilmişdir. Belə olan halda, iddiaçının tələbinin əsası kimi istinad etdiyi kredit müqavilələri və kreditin verilməsinə dair qəbz borc alan hüquqi şəxsi n rəhbəri tərəfindən birbaşa imzalanmadığından, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə kreditin verilməsi təsdiqini tapmır. 14. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 19 oktyabr tarixli, 2-2(82)545/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Hökümə Babayeva).
15. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi kredit müqavilələri borc alan hüquqi şəxsin rəhbəri tərəfindən birbaşa deyil, faksimile klişedən istifadə edilməklə imzalandığından, tərəflər arasında qanunla müəyyən edilmiş formada sadə yazılı formada kredit müqaviləsi bağlanmamış və iddiaçı tərəfindən cavabdehə kredit verilməsi təsdiqini tapmamışdır.
16. Məhkəmə gəldiyi nəticəni MM-in 390.1 və 407.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, onun ləğv edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 sentyabr tarixli, e-2-2(103)-449/2020 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə: 169K/12 nömrəli 2012-ci il 28 dekabr tarixli kredit müqaviləsinə əsasən 3.685.600 manat əsas borc, 552.840 manat faiz borcu, 16.892,36 manat cərimə borcu olmaqla, cəmi 4.255.332,38 manat; 52K/13 nömrəli, 2013-cü il 2 iyul tarixli k redit müqaviləsinə əsasən 431.000 manat əsas borc, 68.960 manat faiz borcu, 27.775,96 manat cərimə borcu olmaqla, cəmi 527.735,96 manat; 55K/13 nömrəli, 2013-cü il 3 iyul tarixli kredit müqaviləsinə əsasən 234.000 manat əsas borc, 37.400 manat faiz borcu, 14.976 manat cərimə borcu olmaqla, cəmi 286.376 manat pul tutulmuş, iddia qalan hissələrdə təmin edilməmişdir (sədrlik edən Cahangir Yusifov, hakimlər Raqib Qurbanov və Vüsalə Baxışova).
19. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək göstərmişdir ki, məhkəmə hər üç kredit müqaviləsinin faksimile klişedən istifadə edilməklə imzalanması səbəbindən həmin müqavilələri cavabdehə kredit verilməsini təsdiq edən sənədlər kimi qiymətləndirməsə də, faksimile klişedə əks olunmuş imzanın cavabdeh hüquqi şəxsin rəhbərinə məxsusluğuna və bunun onun özü tərəfindən cavabdehin dairəvi möhürü ilə təsdiq edilməsinə diqqət yetirməmiş, buna hüquqi qiymət verməmişdir. Həmin möhürün həqiqiliyi, yəni cavabdeh müəssisəyə məxsus olması isə işin mübahisələndirilməyən halıdır.
20. Bundan başqa, ekspert rəyi ilə 2012-ci il 28 dekabr tarixli 169K/12 nömrəli kredit müqaviləsinə 2013-cü il 14 may tarixli 1 saylı Əlavədə cavabdehin adından həmin Əlavəni imzalayan şəxs qrafasındakı imzanın birbaşa cavabdeh müəssisənin rəhbəri tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Belə olan halda, həmin Əlavəni imzalayan və təsdiq edən şəxs bilirdi və ya bilməli idi ki, imzaladığı Əlavənin 1-ci bəndinə əsasən həmin Əlavə ilə 169K/12 nömrəli kredit müqaviləsi üzrə alınmış kreditin məbləği 80.000,00 manat artırılmaqla, 3.686.000,00 manata çatdırılır.
21. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbi üç kredit müqaviləsi üzrə əsas borc və cərimə borcuna münasibətdə tam əsaslı, illik faiz borcuna münasibətdə isə qismən əsaslı hesab edilir. Bundan başqa, 41/14 nömrəli, 2014-cü il 11 mart tarixli kredit müqaviləsi ilə bağlı borc tələbinə gəldikdə isə kredit müqaviləsi nə birinci, nə də apellyasiya mərhələsində təqdim olunmamışdır. Müqavilə mövcud olmadığı, həmçinin cavabdeh tərəfindən qəbul olunmadığı halda həmin müqavilə üzrə iddiaçının pul tələbinin təmin edilməsini zəruri edən şərtlər mövcud ola bilməz.
22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 351.3, 449, 739, 741, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n (bundan sonra mətndə MPM) 77.1, 385.1.1-385.1.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Apellyasiya Məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən 2020-ci il 29 oktyabr tarixində kassasiya şikayəti verilərək, qətnamənin qismən ləğv edilməsi xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 mart tarixli, 2-2(102)-88/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- faiz borcu və iddianın rədd olunması hissəsində ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən Bəhman Qəribov, hakimlər Bəhram Məmmədli və Ələsgər Əliyev).
25. Kassasiya məhkəməsinin mövqeyi ondan ibarət o lmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış üç müqavilə üzrə (2012-ci il 28 dekabr tarixli, 169K/12 nömrəli, 2013-cü il 2 iyul tarixli, 52K/13 nömrəli və 2013-cü il 3 iyul tarixli, 55K/13 nömrəli kredit müqavilələri) faiz məbləğlərini hesablayarkən həmin müqavilələrin 5.3-cü bəndini nəzərdən qaçırmışdır. Belə ki, hər üç müqavilənin müvafiq olaraq 5.3-cü bəndində göstərilmişdir ki, borc alan bu müqavilənin 3.5-ci bəndində göstərilən kredit vəsaitindən istifadə müddətinin bitmə tarixinə kimi kredit borcunu tam şəkildə bağlamadığı təqdirdə, bu müqavilənin 1.1-ci bəndində qeyd olunan illik faiz dərəcəsi iki dəfə artırılır. Apellyasiya instansiyası məhkəməsi kredit müqavilələrinin 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin cərimə sanksiyası kimi, yaxud da kredit vəsaitinin tam şəkildə bağlanmadığı təqdirdə müqavilələrin 1.1-ci bəndində qeyd olunan illik faiz dərəcələrinin iki dəfə artırılmış adi faiz dərəcəsi kimi qəbul edilməsinə qiymət verməmişdir.
26. Bundan başqa, qeyd edilən müqavilələr üzrə faiz borcunun hesablanması ilə əlaqədar məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə ekspert rəyi alındıqdan sonra kredit müqavilələri üzrə istinad edilən normaların (hər üç müqavilənin 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin cərimə sanksiyası və yaxud da onun iki dəfə artırılmış adi faiz dərəcəsi olub-olmamasını da müəyyənləşdirməklə) tələblərini araşdıraraq qiymətləndirməklə, cavabdehin faiz borcu məbləğləri dəqiq müəyyən edilməli, əldə edilmiş sübutların məcmusundan asılı olaraq mübahisənin obyektiv həlli təmin olunmalıdır.
27. Həmçinin, apel lyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən 2014-cü il 11 mart tarixli, 41/14 nömrəli kredit müqaviləsi üzrə mövcud olan bütün halların tam, hərtərəfli və obyektiv müəyyənləşdirilməsi məqsədilə cavabdehin bu müqavilə üzrə krediti almasını təsdiq edən BOA 97906 saylı çeki və bununla bağlı iddiaçı tərəfindən təqdim olunmuş həqiqiliyi şübhə doğurmayan digər sənədləri əlaqəli surətdə araşdıraraq qiymətləndirməklə mübahisənin obyektiv həllini təmin etməlidir.
28. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 389.1, 390, 405.1, 425, 442, 448.1, MPM-in 97.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarın a istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 sentyabr tarixli, 2-2(103)544/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin faiz borcunun tutulması hissəsində qismən ləğv edilərək, iddia həmin hissədə qismən təmin olunmuşdur. Cavabdehdən iddiaçının xeyrinə: 169K/12 nömrəli 2012-ci il 28 dekabr tarixli kredit müqaviləsinə əsasən 230045,33 manat faiz borcu; 52K/13 nömrəli, 2013-cü il 2 iyul tarixli kredit müqaviləsinə əsasən 68.960,00 manat faiz borcu; 55K/13 nömrəli, 2013-cü il 3 iyul tarixli kredit müqaviləsinə əsasən 37440,00 manat faiz borcu tutulması qət edilmiş, qətnamə qalan – i ddianın rədd edilmiş hissələrində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Afaq Nuriyeva, hakimlər Səadət Bəktaşi və Aida Hüseyn).
30. İşin yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 11 iyun tarixli 2-2(103)-544/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.
31. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 2 sentyabr tarixli, 9/5461 nömrəli rəyinə əsasən iddiaçıya edilən ödənişlər çıxıldıqdan sonra kredit müqavilələrinin müddətinin bitdiyi tarixlərə cavabdehin borcu aşağıdakı kimi müəyyən olunmuşdur: - 169K/12 nömrəli kredit müqaviləsi üzrə 2013-cü il 28 dekabr tarixə əsas borc 3.685.600,00 manat, faiz borcu 230.045,33 manat; - 52 K/13 nömrəli kredit müqaviləsi üzrə 2014-cü il 2 iyul tarixə əsas borc 431.000,00 manat, faiz borcu 68.960,00 manat; -55K/13 nömrəli kredit müqaviləsi üzrə 2014-cü il 3 iyul tarixə əsas borc 234.000,00 manat, faiz borcu 37.440,00 manat.
32. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan ekspertin rəyini mötəbər sübut kimi qəbul etmiş və cavabdehdən rəydə nəzərdə tutulmuş məbləğlərdə faiz borcunun tutulmasını əsaslı hesab etmişdir. İddianın təmin olunmayan hissəsində münasibətdə məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, 2014-cü il 11 mart tarixli, 41/14 nömrəli kredit müqaviləsi və BOA 97906 nömrəli çek mövcud olmadığından, həmin müqavilə üzrə iddiaçının pul tələbinin təmin edilməsini zəruri edən şərtlər mövcud ola bilməz.
33. Məhkəmə gəldiyi nəticəni MM-in 739.1, 739.2, 741, MPM-in 77.1 -ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
34. Məhkəmənin 2021-ci il 1 oktyabr tarixli müşayət məktubu ilə iş üzrə qətnamə tərəflərə göndərilmişdir. 35. 2021-ci il 25 noyabr tarixində iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
36. MM-in 448.3, 449.1, 449.4-cü maddələrinin tələbləri pozulmuşdur -Şikayətin maddi hüquq normalarının pozuntusuna dair dəlillər hissəsində həmin maddələrin yalnız MM-də göstərilən mətnləri yerləşdirilmişdir.
37. MPM-in 88, 217, 416-cı maddələrinin tələbləri pozulmuşdur- Həmin maddələrin MPM-də olan mətnləri qeyd olunmuşdur.
38. Apellyasiya instansiyası məhkəməsi məhkəmə ekspert rəyinə əsasən faiz məbləğlərini azaltmış, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışları, hesabdan çıxarış və digər sübutlara heç bir qiymət verməmişdir. Ekspert rəyi isə tərəflər arasında bağlanmış kredit müqavilələrinin 5.3-cü bəndi nəzərə alınmadan verilmişdir.
39. Məhkəmə iddiaçının iddia tələbini 41/14 saylı, 2014-cü il tarixli kredit müqaviləsi üzrə təmin etməmiş, həmin kredit müqaviləsinin və kreditin verilməsini təsdiq edən kassa məxaric çekinin olmamasını əsas gətirmişdir. Həmin müqavilə üzrə kassa məxaric çeki aşkar edilməsə də, cavabdehə məxsus cari hesabın çıxarışından və bank tərəfindən verilən maliyyə arayışından kredit müqaviləsi üzrə vəsaitlərin "xxxx" MMC tərəfindən istifadə edilməsi görünür. Məhkəmə bank tərəf indən təqdim olunmuş sübutlara əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
42. İş üzrə iddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etsə də, şikayətin məzmunundan göründüyü kimi, iddiaçı tərəfindən məhkəmə aktı iddianın təmin edilməməsi hissəsində mübahisələndirilmişdir. Buna görə də, hazırkı icraat çərçivəsi ndə məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
43. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edil məsi) başa düşülür.”
44. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu p ozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş (bax yuxarıda § 41), qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. İddiaçının kassasiya şikayətinin dəlillərinə gəldikdə qeyd olunmalıdır ki, şikayətdə müvafiq maddi və prosessual hüquq normalarının (bax yuxarıda § 36-37) yalnız mətnlərinə istinad olunmuş, həmin normaların apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntusunun konkret olaraq nədə ifadə olunduğu kassasiya şikayətində göstərilməmiş, maddi və ya prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair heç bir dəlil qeyd olunmamışdır.
47. Kassasiya şikayətinin «Digər məsələlər» hissəsində iş üzrə ekspert rəyi ilə bağlı (bax yuxarıda § 38) dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.
48. Müvafiq ekspert rəyi işə təkrar apellyasiya qaydasında baxılarkən təqdim olunmuş, 2021-ci il 28 sentyabr tarixli məhkəmə icla sında iddiaçının nümayəndəsinin iştirakı ilə tədqiq olunmuşdur. Lakin işin materiallarından, iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə sözügedən ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməməsi ilə bağlı əsaslandırılmış vəsatət təqdim etməsi müəyyən edilmir. Eləcə də cavabdehin kassasiya şikayətində həmin ekspert rəyi məhkəmələr tərəfindən qiymətləndirilərkən, hansı maddi və prosessual hüquq normasının pozulduğu, pozuntunun nədən ibarət olduğu qeyd olunmamışdır.
49. Məhkəmə kollegiyası şikayətin § 39-da göstərilən dəlilini də əsassız hesab edərək, 41/14 saylı, 2014-cü il 11 mart tarixli kredit müqaviləsi üzrə iddia tələbinin təmin olunmaması hissəsində apellyasiya instansiyası məhkəməsinin nəticəsini MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələblərinə uyğun hesab edir. Be lə ki, müvafiq kredit müqaviləsinin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışı və cari hesabdan çıxarış iddiaçı tərəfindən tərtib olunan sənədlər olmaqla, cavabdehlə kredit münasibətlərinin yaranmasının sübutu kimi qiymətləndirilə bilməz.
50. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. 51.Məhkəmə kollegiyası MPM-in 415-1, 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 sentyabr tarixli 2-2(103)-544/2021 saylı qətnamə si iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: V.T.Həsənov E.Y.Şamayev