Məhkəmə qərarları › İş №2-2(102)-149/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-149/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-149/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, Qəribov Bəhman Fərhad oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 oktyabr tarixli 22(104)-214/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. AZ-İ se riyalı, 006624 saylı şəhadətnamədən görünür ki, X5 adı və soyadı dəyişərək, Cavabdeh kimi olmuşdur. 2. "xxxx" X3 ASC-nin Yevlax filialı ilə X7 arasında 2008-ci il 18 iyun tarixdə bağlanmış KBB007FKX saylı kredit müqaviləsinə əsasən borcalana illik 25% faiz dərəcəsi olmaqla 24 ay müddətinə əsas və dövriyyə vəsaitlərinin genişləndirilməsi məqsədi ilə 258.000 manat kredit verilmişdir. İş materiallarında olan ödəniş qrafikinə əsasən, borc alan 2008-ci il 21 iyul tarixindən 2010-cu il 21 iyun tarixinədək hər ay 12.285,71 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. 3. 2022-ci il 6 dekabr tarixli KBD12984 saylı maliyyə arayışında X5 "xxxx" İKB ASC-yə 2011-ci il 12 iyul tarixindən 2022-ci il 5 dekabr tarixinədək illik 5%-lə hesablanmış 158.533,25 manat, 2023-cü il 5 may tarixli KBD3973 saylı maliyyə arayışında isə 164.329,01 manat borcun olması qeyd edilmişdir.

4. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2009-cu il 14 dekabr tarixli 2(044)662/09 nömrəli qətnaməsinə əsasən, iddiaçı "xxxx" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" İKB-nin Yevlax filialı ilə X7 arasında bağlanmış 2008-ci il 18 iyun tarixli kredit müqaviləsinə xitam verilməsi, həmin müqavilədən irəli gələn 196.571,36 manat əsas kredit borcunun, 27.532,04 manat faiz borcunun, 36.857,13 manat gecikdirilmiş kredit borcunun, 5.500 dəbbə pulunun və 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması və tutulacaq məbləğin kreditin təminatı kimi banka girov qoyulmuş KBBYEU007Fİ 1 saylı ipoteka müqaviləsinə əsasən X1 məxsus olan ünvan XXZ olan 0,10 ha torpaq sahəsində yerləşən 491,9 kv.m ümumi, 457,9 kv.m əsas, 34 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə, KBBYEV00Fİ 2, 3, 4, 5 saylı ipoteka müqaviləsinə əsasən 0,2004 ha, 0,0929 ha, ******* ha, 0,04 ha torpaq sahələrinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməsi, satışdan əldə ediləcək məbləğin borcun ödənməsini təmin etmədikdə cavabdehin digər əmlakı hesabına ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" İKB ASC-nin Yevlax filialı ilə X7 arasında bağlanmış 2008-ci il 18 iyun tarixli KBB№YEU007FKX saylı kredit müqaviləsinin ləğv edilməsi, X4 127.857,10 manat əsas kredit borcu, 110.571,39 manat gecikdirilmiş kredit borcu, 61.030,92 manat gecikdirilmiş faiz borcu, 50.000 manat penya borcu olmaqla, cəmi 299.459,41 manat pulun və 20 manat ödənil miş dövlət rüsumunun bankın xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi KBBYEU007Fİ 1 saylı ipoteka ilə yüklü edilmiş X1 məxsus olan ünvan XXZ olan 0,10 ha torpaq sahəsində yerləşən 491,9 kv.m ümumi, 457,9 kv.m əsas, 34 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə, KBBYEV00Fİ 2 saylı ipoteka müqaviləsinə əsasən 0,2004 ha torpaq sahəsinə, KBBYEV00Fİ 3 saylı ipoteka müqaviləsinə əsasən 0,0929 ha torpaq sahəsinə, KBBYEV00Fİ 4 saylı ipoteka müqaviləsinə əsasən 0,080036 ha torpaq sahəsinə, KBBYEV00Fİ 5 saylı ipoteka müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracdan satılması, əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, satışdan əldə ediləcək borcun ödənilməsini təmin etmədikdə cavabdehin digər əmlakı hesabına ödənilməsi qət edilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2011-ci il 12 may tarixli 2(104)-14/2011 saylı qətnaməsinə əsasən, cavabdeh X5 apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-662/2009 saylı 2009-cu il 14 dekabr tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilərək cavabdeh X4 233.428,49 manat əsas kredit borcu, 43.767,81 manat faiz borcu, 1.000 manat dəbbə pulu olmaqla, cəmi 278.196,30 manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumunun bankın xeyrinə tutulması, tutulacaq məbləğ kreditin təminatı kimi KBBYEU007Fİ 1 saylı ipoteka ilə yüklü edilmiş X1 məxsus ünvan XXZ olan 0,10 ha torpaq sahəsində yerləşən 491,9 kv.m ümumi, 457,9 kv.m əsas, 34 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə, KBBYEV007Fİ-2 saylı ipoteka müqaviləsinə əsasən 0,2004 ha torpaq sahəsinə, KBBYEV007Fİ-3 saylı ipoteka müqaviləsinə əsasən 0,0929 ha torpaq sahəsinə, KBBYEV007Fİ-4 saylı ipoteka müqaviləsinə əsasən 0,080036 ha torpaq sahəsinə, KBBYEV007Fİ-5 saylı ipoteka müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsinə yönəldilərək, həmin daşınmaz əmlakların açıq hərracdan satılması və əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, 180 manat məbləğində ekspertiza xərcinin cavabdeh X4 tutularaq dövlət büdcəsinin hesabına keçirilməsi qət edilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsi 2011-ci il 12 may tarixli 2(104)-14/2011 saylı qətnaməsindən 2011-ci il 12 iyul tarixində icra vərəqəsi verilmişdir.

7. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2018 ci il 7 mart tarixli 2-2(102)-153/18 nömrəli qərarından görünür ki, iddiaçı X2 cavabdehlər Göygöl rayon İcra və Probasiya şöbəsi və "xxxx" Hərrac Mərkəzi MMC-yə qarşı ona məxsus olan torpaq sahələrinin və əmlak kompleksinin qiymətləndirilməsi və qiymətləndirmə barədə rəyin qanunsuz hesab edilərək, "xxxx" Hərrac Mərkəzi MMC ilə "xxxx" ASC arasında bağlanmış 2016-cı il 16 aprel tarixli 17/02 nömrəli protokolun və həmin tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və ona məxsus olan Göygöl rayonunda yerləşən torpaq sahələrinin və əmlak kompleksinin yenidən qiymətləndirilməsinə dair qətnamə qəbul edilməsini Gəncə İnzibati-İqtisadi Məhkəməsindən xahiş etmişdir. Məhkəmənin 2016-cı il 24 noyabr tarixli 2-2(83)1279/2016 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçının apelly asiya şikayəti əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 11 oktyabr tarixli 2-2(104)-49/2017 saylı qətnaməsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 24 noyabr tarixli 2-2(83)-1279/2016 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia təmin olunmuş, iddiaçıya məxsus ünvan XXZ yerləşən 0,10 ha torpaq sahəsində yerləşən əmlak kompleksi və 0,2004 ha, 0,0929 ha, 0,080036 ha və 0,04 ha torpaq sahələrinə dair "xxxx" MMC-nin 2012-ci il 23 aprel tarixli 330, 330/1, 330/2, 330/3, 330/4 saylı qiymətləndirmə rəyləri, "xxxx" Hərrac Mərkəzi MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 2016-cı il 16 aprel tarixli açıq hərracın yekunları barədə 17/02 nömrəli protokolun və həmin tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edil məsi, əmlakların yenidən qiymətləndirilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs "xxxx" İKB ASC tərəfindən kasasiya şikayəti verilmişdir. Məhkəmənin qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2017-ci il 11 oktyabr tarixli 2-2(104)-49/2017 saylı qətnaməsi qismən, iddiaçı X1 məxsus ünvan XXZ yerləşən 0,10 ha torpaq sahəsində yerləşən əmlak kompleksi və 0,2004 ha, 0,0929 ha, 0,080036 ha və 0,04 ha torpaq sahələrinə dair "xxxx" MMC-nin 2012-ci il 23 aprel tarixli 330, 330/1, 330/2, 330/3, 330/4 saylı qiymətləndirmə rəylərinin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi, qətnamənin qalan hissədə dəyişiklik edilmədən saxlanılması və kassasiya şikayət inin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Göygöl Rayon Məhkəməsinin 2022-ci il 12 may tarixli 2(066)-367/2022 saylı qətnaməsindən görünür ki, X2 cavabdehlər Göygöl rayon İcra və Probasiya şöbəsi və "xxxx" MMC-yə və mübahisə predmetinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 2015-ci il 16 aprel tarixli 17/05 nömrəli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0,0929 ha torpaq sahəsinə dair, 2015-ci il 16 aprel tarixli 17/04 nömrəli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0,04 ha torpaq sahəsinə dair, 2015ci il 16 aprel tarixli 17/01 nömrəli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0,10 ha torpaq sahəsində yerləşən əmlak komp leksinə (qeyri-yaşayış binası) dair, 2015-ci il 16 aprel tarixli 17/03 nömrəli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0,080036 ha torpaq sahəsinə dair hərracın yekunları barədə protokol və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsinə əsasən iddia təmin edilmiş, iddiaçı X1 məxsus olan 2015-ci il 16 aprel tarixli 17/05 nömrəli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0,0929 ha torpaq sahəsinə dair, 2015-ci il 16 aprel tarixli 17/04 nömrəli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0,04 ha torpaq sahəsinə dair, 2015-ci il 16 aprel tarixli 17/01 nömrəli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0,10 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə (qeyri-yaşayış binası) dair, 2015-ci il 16 aprel tarixli 17/03 nömrəli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0,080036 ha torpaq sahəsinə dair hərracın yekunları barədə protokol və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının qismən təmin edilməsi, ünvan XXZ 0,0965 ha torpaq sahəsində yerləşən 491,9 kv.m əmlak kompleksi ilə bağlı 2015-ci il 22 iyul tarixdə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydə alınmış qeydiyyat və bununla bağlı ******* nömrəli RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, ünvan XXZ 0,0965 ha torpaq sahəsi ilə bağlı 2015-ci i l 21 iyul tarixində "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydə alınmış qeydiyyatının və bununla bağlı ******* nömrəli RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, ünvan XXZ 0,04 ha torpaq sahəsi ilə bağlı 2015-ci il 21 iyul tarixdə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydə alınmış qeydiyyatının və bununla bağlı ******* nömrəli RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsini, ünvan XXZ 0,08 ha torpaq sahəsi ilə bağlı 2015-ci il 21 iyul tarixdə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabın ın 63 nömrəli vərəqində qeydə alınmış qeydiyyatının və bununla bağlı ******* nömrəli RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, ünvan XXZ 0.2004 ha torpaq sahəsi ilə bağlı 2015-ci il 21 iyul tarixdə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydə alınmış qeydiyyatının və bununla bağlı ******* nömrəli RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının qalan hissədə təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsini qət etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2008-ci il 18 iyun tarixli kredit müqaviləsi üzrə 2011-ci il 12 iyul tarixindən 2022-ci il 5 dekabr tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 158.533,25 manat pulun və 448,53 manat ödənilmiş dövlət rüsumunun (400 manatı mediasiya xərci olaraq ödənilmişdir) iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi bu qərarın §§ 1-6-da göstərilənlərə istinad olunaraq əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, cavabdehin gecikdirilmiş vaxt üçün 2011-ci il 12 iyul tarixdən 2022-ci il 5 dekabr tarixədək illik 5 faizlə hesablanmış 158.533,25 manat məbləğində borcu vardır. 2 008-ci il 18 iyun tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyindən onun tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər də ödənilməlidir.

11. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq, cavabdehdən 2008-ci il 18 iyun tarixli kredit müqaviləsi üzrə 2011-ci il 12 iyul tarixindən 2023-cü il 5 may tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 164.329,01 manat pulun və 448,53 manat ödənilmiş dövlət rüsumunun (400 manatı mediasiya xərci olaraq ödənilmişdir) iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilməm işdir.

13. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 19 iyul tarixli e-2-2(115)-629/2023 nömrəli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir (hakim – G.Quliyeva).

14. Məhkəmə bu qərarın §§ 4-5-də göstərilənlərə əsasən qeyd etmişdir ki, borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə kreditor məhkəmədə iddia qaldırmış, müqavilənin ləğv edilməsi müqavilə üzrə əsas borc, faiz borcu və cərimə məbləğləri daxil olmaqla borcun tutulmasını, tutmanın kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş əmlak kompleksinə və torpaq sahələrinə yönəldilməsini xahiş etmiş və iddiaçının tələbləri məhkəmələr tərəfindən qismən təmin edilmişdir. Borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı məhkəmə qətnaməsi qanuni qü vvəsini almış və icraya yönəldilmişdir. Qətnamənin icrası üçün müəyyən icra tədbirləri həyata keçirilmiş, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklar açıq hərraca çıxarılmışdır. İcra mərhələsində keçirilən hərracın nəticələrinə dair protokollar isə ipoteka qoyan tərəfindən mübahisələndirilmiş və məhkəmə qətnamələri ilə ipoteka qoyanın-iddiaçının tələbləri təmin edilmişdir. Hazırda da qətnamənin icrası ilə bağlı icra tədbirləri davam etdirilir.

15. Cavabdehin öhdəliklərinin icrasından boyun qaçırması, qətnamənin icra olunmasına qərəzli olaraq hər hansı müdaxiləsi, maneəsi iş materialları ilə müəyyən olunmur. Belə olan halda cavabdehin məsuliyyətə cəlb olunması, cavabdehdən götürülmüş kreditə görə 2008-ci il 18 iyun tarixli kredit müqaviləsinin qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta faiz borcunun tutulması qanuni və əsaslı hesab edilə bilməz.

16. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 6.2, 385.1, 386.1, 442, 445, 445.7, 448.1, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

18. Gəncə Apellyasiya Məhkəməsinin 2023-cü il 20 oktyabr tarixli 2-2(104)-214/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci i nstansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla yeni qətnamə ilə iddianın təmin edilməsi, cavabdehdən öhdəliyin icrasının gecikdirilməsinə görə 164.329,01 manat və məhkəmə xərci qismində 400 manat mediasiya xərci və 48,53 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 164.777,54 manat vəsaitin iddiaçının xeyrinə tutulması qət edilmişdir (sədrlik edən – A.Hüseynzadə, hakimlər – Ş.Rzaquliyev, İ.Həsənov).

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, götürülmüş kredit müqaviləsi üzrə borcun Gəncə Apellyasiya Məhkəməsinin 2011-ci il 12 may tarixli 2(104)-14/2011 saylı qətnaməsi ilə tutulmasına və həmin müddətdən 12 ildən artıq vaxt keçməsinə baxmayaraq, iddiaçının cavabdehə verdiyi borc məbləği ödənilməməkdədir. Kredit müqaviləsi üzrə öhdəlik ipoteka ilə təmin edilmiş olsa da ipoteka qoyanın müxtəlif iddiaları ilə əlaqədar tələbin ipoteka predmetlərinə yönəldilməsi hazırkı vaxtadək mümkün olmamışdır. Bununla belə, keçən 12 il ərzində borcalan cavabdeh tərəfindən qətnamə ilə ondan tutulmalı olan borc məbləği üzrə də hər hansı bir ödəniş edilməmişdir. Qeyd edilən fakt cavabdehin ipoteka qoyan vasitəsi ilə borcu qaytarmaqdan boyun qaçırmasını və ya onun ödənilməsini digər şəkildə gecikdirmək niyyətində olmasını təsdiq etməkdədir. Nəzərə almaq lazımdır ki, ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququ olmaqla, eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın qeyd olunan əşya hüququndan istifadə etməməsi halında bel ə borclunu kreditor qarşısında olan öhdəliyini yerinə yetirmək vəzifəsindən azad etməməkdədir.

20. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli qərarına əsasən, tələbin ipoteka predmetinə yönəldilməsi halında da iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini tələb etmək hüququ mövcuddur.

21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.1, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarına, MPM-in 14.2, 77.1, 217.3, 372.1, 372.6, 372.7, 376.2, 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. MM-in 445, 448-ci maddələri üzrə - İlkin məhkəmə mübаhisəsi аçılаn zаmаn bоrclu еtdiyi ödənişləri ilə bаğlı fаiz və əsаs bоrc məbləğini mübаhisələndirmiş və məhkəmə hüquq müdаfiə vаsitəsindən istifаdə еtmiş, borclu ilə ipoteka qoyanın arasında əlaqənin olmasına dair isə hər hansı sübutlar mövcud olmamışdır. İpоtеkа qоyаn şəхs öz əmlаkının dəyərinə münаsibətdə mübаhisə аçаrаq оnun əmlаkının bаnk tərəfindən ucuz аlınmаsının qаrşısını аlmаğа çаlışmışdır ki, Gəncə şəhərində 100.000 mаnаtа yахın dəyəri оlаn əmlаk bаnk tərəfindən 200.000 mаnаt məbləğində qiymə tləndirilməklə mənimsənilməsin.

24. Bundаn bаşqа, əmlаkın dəyəri ilə bаğlı mübаhisə аrtıq 6 ildən çохdur ki, bitmişdir. Əmlakın hərraca çıxarılması və sifarişi vətəndaşın vəzifəsi deyil. Həmçinin icrа şöbəsinin təqdim еtdiyi аrаyışdаn dа görünür ki, bоrclunun bаrəsində bir nеçə məhkəmə qətnаməsi vаr. Həmin qətnаmələr də məhkəmə qərаrlаrının icrаsı hаqqındа qаnunа əsаsən növbəlilik qаydаsındа icrа еdilir.

25. O cümlədən ipоtеkа qоyаn və bоrclu dəfələrlə bаnkа təklif еdərək ipоtеkа əmlаklаrının оnlаrın iştirаkı ilə qiymətləndirilməsini və qətnаmənin icrаsının bоrc çıхılmаqlа qаlıq məbləğin оnlаrа təqdim еdilərək təmin оlunmаsını xahiş etmişlər. Dəfələrlə bаnkın cаvаb vеrməyinə bахmаyаrаq özü hərəkətsizlik еdərək əmlаkı qəbul еtməmiş və dəyərləndirməmişdir. Dəfələrlə əmlаklаrlа bаğlı müştəri оlmuş həmin müştərilərə bаnk əmlаklаrın оnlаrın оlmаsını bildirərək ödəniləcək bоrcu qətnаmədən kənаrа çıхmаqlа əmlаkın sаtılmаsınа imkаn vеrməmişdir. Bu hаldа həmin əmlаklаrın sаtışı təmin еdilməklə nisyə аlqı-sаtqı müqаviləsi bаğlаnа biləcəyi barədə sual yaranır. Hаzırkı iddiа tələbini isə bаnk оnа görə qаldırmışdır ki, bаnk ipоtеkа qоyаn əmlаkın dəyəri ilə bаğlı 500.000 mаnаtа rаzılаşmа аpаrdıqdаn sоnrа 2011-ci il tаriхli qətnаmə üzrə bоrcun üzərinə hаzırkı, məbləği də əlаvə еtməklə ipоtеkа qоyаnа pul qаlmаsın. Məhkəmə iş üzrə bоrclunun fаktiki fəаliyyətinə оnun mаddi imkаnlаrınа hər hаnsı gəlirinin оlubоlmаmаsınа, gəlirinin nə qədər оlmаsınа bunа uyğun оlаrаq qətnаməni icrа еtməkdən yаyınmаsını düzgün qiymətləndirməmişdir.

26. MPM-in 9, 14.2, 77.1-ci maddələri üzrə - İş üzrə hüquqi qiy mətləndirmə аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən düzgün аrаşdırılmаmış, səthi оlаrаq qiymətləndirilmişdir. Məhkəmə tərəflərin hüquqi vəziyyəti ilə bаğlı hаlı sübutlаrı qаrşılıqlı təhlil еtməklə qiymətləndirməməsində hаqlı оlmаmış və sübutlаrı düzgün qiymətləndirməmişdir. Belə ki, işin hаlındаn dа göründüyü kimi, bоrc аlаn müflisləşmiş və оnun bоrcu qаytаrmаğа mаddi imkаnı olmamışdır. Bеlə оlаn hаldа isə məhkəmənin borclunun hərəkətlərinin qərəzli olması və onun məsuliyyəti ilə bаğlı düzgün nəticəyə gəlməmişdir. 27. Аzərbaycan Respublikası Аli Məhkəməsi Plеnumunun 2005-ci il 24 nоyаbr tаriхli qərаrının mövqeyinə uyğun qətnamə qəbul olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

29. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar n əzərdə tutulur: “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur....” “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı ha llar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (zamana görə qüvvədə olan redaksiyası)....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “M addə

528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.”

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki: “... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faiz lərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar).... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.”

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutul muş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

35. İddiaçının ilkin məhkəmə mübаhisəsi zаmаnı fаiz və əsаs bоrc məbləğini mübаhisələndirməsinə, məhkəmə hüquq müdаfiə vаsitəsindən istifаdə еtməsinə dair dəlilə münasibətdə qeyd olunmalıdır ki, ilkin məhkəmə mübаhisəsinin açılması hazırkı iddia tələbinin verilməsinin qarşısını ala bilməz.

36. Belə ki, öhdəliklərin icrasının xitam edilməsinin ən birinci və əsas yolu öhdəliklərin icra olunmasıdır. MM-in 528-ci maddəsində (bax § 31) öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində x itam verilməsi nəzərdə tutulmuşdur.

37. MM-in 399.3 və 399.4-cü maddələrinin (bax § 31) tələblərinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

38. MM-in 445.7-ci maddəsinin tələbi (zamana görə qüvvədə olan redaksiyada - bax § 31) ondan ibarət idi ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün ill ik beş faiz ödəməyə borcludur.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 32) görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

40. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan R espublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax bu § 32) görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvv əlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilmişdir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 2009-cu il 9 iyul tarixli Qərar).

41. Məhkəmə kollegiyası yuxarıda istinad olunan MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edə rək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.

42. Belə ki, istənilən bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir.

43. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, tələbin ipoteka predmetinə yönəldilməsi halında da iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini tələb etmək hüququ mövcuddur.

44. Borclu ilə ipoteka qoyanın arasında əlaqənin olmasına dair hər hansı sübutun mövcud olmamasına dair dəlilə gədikd ə isə qeyd edilməlidir ki, borcu ilə ipoteka qoyan şəxslərin ayrı-ayrı şəxslər olması heç də borclunu aktiv şəkildə icra hərəkətlərinin həyata keçirilməsinə köməklik göstərmək imkanından məhrum etmir.

45. Əvvəla, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində bununla əlaqədar haqlı olaraq göstərmişdir ki, ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququ olmaqla, eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın qeyd olunan əşya hüququndan istifadə etməməsi borclunu kreditor qarşısında olan öhdəliyini yerinə yetirmək vəzifəsindən azad etməməkdədir.

46. İkincisi isə, hər hansı şəxsin yaxından bilmədiyi, tanımadığı digər şəxsin borcunun təminatı kimi öz əmlakını itirmək riski altında i poteka qoyması sağlam məntiqə, düşüncəyə sığacaq bir şey deyildir. Elə kreditor da məhz bu yaxınlığa güvənərək həmin əmlakın ipoteka qoyulmasına razılaşır və kredit alana borc verir. Digər tərəfdən, borcun vaxtında və tam ödənilməsində ilk növbədə borclunun özü maraqlı olmalıdır.

47. Kassasiya şikayətinin digər dəlillərinə görə, ipоtеkа qоyаn şəхs öz əmlаkının dəyərinə münаsibətdə mübаhisə аçаrаq оnun əmlаkının bаnk tərəfindən ucuz аlınmаsının qаrşısını аlmаğа çаlışmışdır. Bundаn bаşqа, əmlаkın dəyəri ilə bаğlı mübаhisə аrtıq 6 ildən çохdur ki, bitmişdir. Əmlakın hərraca çıxarılması və sifarişi vətəndaşın vəzifəsi deyil.

48. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, götürülmüş kredit müqaviləsi üzrə borcun Gəncə Apellyasiya Məhkəməsinin 2 011-ci il 12 may tarixli qətnaməsi ilə tutulmasına və həmin müddətdən 12 ildən artıq vaxt keçməsinə baxmayaraq, borcalan cavabdeh tərəfindən qətnamə ilə ondan tutulmalı olan borc məbləği üzrə hər hansı ödəniş edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəlik ipoteka ilə təmin edilmiş olsa da, ipoteka qoyanın müxtəlif iddiaları ilə əlaqədar tələbin ipoteka predmetlərinə yönəldilməsi hazırkı vaxtadək mümkün olmamışdır.

49. Məhkəmə kollegiyası yuxarıda qeyd olunmuş mövqeni bir daha vurğulayır ki, kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir.

50. Kassasiya şikayətində bаnkın özünün hərəkətsizlik еdərək əmlаkı qəbul etmədiyi və dəyərləndirmədiyi, dəfələrlə müştəri оlmasına baxmayaraq bаnkın əmlаklаrın оnlаra sаtılmаsınа imkаn vеrmədiyi bildirilsə də, həmin xüsusatlar işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

51. Bоrclunun mаddi imkаnlаrının zəifləməsi (pis olması) isə (hətta bu həqiqət olsa belə) kredit borcunun ödənilməməsi üçün əsas ola bilməz. Halbuki mübahisələndirilən qətnamədən aydın olur ki, borcun tutulmasına dair qətnamədən sonrakı 12 il ərzində cavabdeh tərəfindən qətnamə ilə ondan tutulmalı olan borc məbləği üzrə hər hansı ödəniş edilməmişdir. Məhk əmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, borclu kredit borcunun uzun illər ödənilməməsi nəticəsində banka dəyən zərərə görə məsuliyyətdən azad hesab edilə bilməz.

52. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 33) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 33) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

53. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 oktyabr tarixli 2-2(104)-214/2023 nömrəl i qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 oktyabr tarixli 2-2(104)-214/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar