Məhkəmə qərarları › İş №2-2(102)-149/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-149/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-149/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və s.” tələbinə dair kommersiya işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 noyabr tarixli 2-2(106)-149/2024 nömrəli qətna məsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 2021-ci il 21 dekabr tarixli ******* nömrəli qoşulma razılaşmasının 1.4-cü bəndinə əsasən bu razılaşmanı imzalamaqla müştəri KBXM-də qeyd edilmiş bank xidmətlərindən istifadə edilməsi zamanı müştəriyə açılmış hesabları və onlarda olan pul vəsaitləri üzrə nəzarət və sahiblik hüququnun müştəri tərəfindən Daşınar Əmlakın Yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən daşınar əmlakın yüklülüyü ilə bağlı, yüklülük sahibinin göstərişlərinin keçirilməsi məqsədi ilə Banka verilməsini təsdiq edir.

2. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1 illik 20 % olmaqla, xx.xx.2023-cü il tarixədək, 6 ay güzəşt müddəti olmaqla 30.000 manat məbləğində kredit verilmişdir.

3. İddiaçı ASC tərəfindən 30.000 manat məbləğində pul vəsaiti 2022-ci il 29 noyabr tarixində Cavabdeh1 müvafiq bank hesabına köçürülmüşdür. Cavabdeh1 2022-ci il 29 noyabr tarixində 15.000 manat, 2022-ci il 7 dekabr tarixində isə 14.057,30 manat pul vəsaitini hesabdan məxaric etmişdir.

4. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 2022-ci il 29 noyabr tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməyi öhdəsinə götürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İd diaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda “Cavabdeh1”, “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 30.000 manat əsas borc, 1.777,24 manat faiz borcu, 2.005,74 manat cərimə və 200 manat mediasiya xərcinin müştərək qaydada tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış 2022-ci il 29 noyabr tarixli kredit razılaşması üzrə 2023-cü il 20 dekabr tarixinə olan borcun məbləği: əsas borc üzrə 30.000 manat; faizlər üzrə 1.777,24 manat; cərimə üzrə 2.005,74 manat məbləğ təşkil edir. Mübahisənin məhkəməyə qədər həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısınd a birgə məsuliyyət daşıyan zaminə pretenziya göndərilib, lakin borc ödənilməyib.

7. Cavabdeh1 iddiaya dair etiraz ərizəsi təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, o, 2022-ci il 29 noyabr tarixli kredit razılaşmasına əsasən bankdan götürdüyü 30.000 manat krediti 2023-cü il 20 aprel tarixində tam olaraq bağlamışdır. Belə ki, həmin tarixdə banka yaxınlaşaraq krediti bağlamaq istədiyini bildirmiş və ona 30.512 manat ödəniş edilməli olduğunu bildirilmişdir. O da həmin məbləği ödəmiş və bununla bağlı ona qəbz verilmişdir. Həmin qəbzin təyinat hissəsində də kredit ödənişi qeyd olunmuşdur. Lakin 2023-cü il 31 may tarixində həmin ödədiyi pul vəsaiti vergi sərəncamına əsasən vergi borcu olaraq silinmişdir. Halbuki, o həmin pulu kredit borcu olaraq ödəmiş və ödəniş edilən zaman onun barəsi ndə vergi sərəncamı olmamışdır. Vergi sərəncamı 1 ay 5 gün sonra verilmiş, bundan sonra bank həmin pulu vergi borcu olaraq hesablamışdır. Halbuki o həmin günü "xxxx" QSC-yə saat 12:24-də 50.541 manat ödəniş etmiş, daha sonra saat 13:13-da iddiaçıya 30.512 manat ödəniş etmişdir. "xxxx" QSC həmin pulu kredit ödənişi kimi qəbul etmiş və borcu bağlanmışdır. Lakin iddiaçı qanunsuz olaraq 1 ay 5 gün sonra pulu vergi borcu kimi silmişdir. O pulu iddiaçıya kredit borcu olaraq ödəmiş, ödənişin növbəliliyini seçmək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 440-cı maddəsinə əsasən onun səlahiyyətinə aid olan məsələdir. Hazırda bank həmin pulu ondan yenidən tələb edir. Məhkəməyə bank tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan da görünür ki, 2023-cü il 20 aprel tarixində ödəniş əsası kredit ödənişi olaraq 30.512 manat pul ödənilmiş, daha sonra həmin pul 2023-cü il 31 may tarixində vergi sərəncamına əsasən silinmişdir. Bank əməkdaşı qanunsuz olaraq əməliyyatları düzgün icra etməmiş və ödənilən kredit məbləğini vergi borcu kimi silmişdir. Vergi sərəncamı 2023-cü il 26 may tarixində verilib, kredit ödənişi isə 2023-cü il 20 aprel tarixində ödənilib, belə olan halda həmin sərəncamın geriyə qüvvəsi şamil oluna bilməzdi.

8. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 5 iyun tarixli 2-2(121)-788/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 2022-ci il 29 noyabr tarixli kredit razılaşması üzrə 30.000 manat əsas borc, 1.777,24 manat faiz borcu, 110 manat cərimə borcu və 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 32.087,24 m anat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın 1.895,74 manat cərimə borcunun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində təmin olunmaması qət edilmişdir (hakim - E.Abdullayev).

9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizi tələb etməkdə haqlıdır.

10. Məhkəmə, cavabdehin etirazında qeyd etdiyi hallara münasibətdə bildirmişdir ki, tərəflər arasında bağlanmış 2022-ci il 29 noyabr tarixli kredit razılaşmasının 8-ci bəndinə əsasən cavabdeh iddiaçı qarşısında yaranmış öhdəliklərinin icrasının təminatı üsulu olaraq öz hesablarında olan pul vəsaitlərinin mübahisəsiz (akseptsiz) qaydada silinməsinə razılıq vermişdir. Qeyd olunan Razılaşmanın 9-cu bəndinə əsasən borcalan tərəfindən vaxtından əvvəl ödəniş həyata keçirildikdə müvafiq ödəniş kreditin tam bağlanmasına yönəldiyi təqdirdə kreditverən tərəfindən borcalandan ödəniş gününə olan əsas borcun qalıq hissəsinin 1 faizi, müvafiq ödəniş kreditin qismən qaytarılmasına yönəldiyi təqdirdə isə ödəniləcək məbləğin 1 faizi həcmində komissiya haqqı tələb etmək hüququ vardır. Sözügedən Razılaşmanın 15-ci bəndinə görə borcalan bu razılaşmanı elektron qaydada borcalan ilə bağlanmış kompleks bank xidmətlərinin göstərilməsinə dair müqavilədə qeyd edilmiş prosedura əsasən təsdiq edəcəyi təqdirdə kreditin kreditverənin rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş və özündə kreditin verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini, kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəaları əks etdirən Kompleks Bank Xidməti Müqaviləsi (KBXM) və bu Razılaşma ilə nəzərdə tutulmuş şərtlərlə verildiyini, KBXM-nin və bu Razılaşmanın müddəalarının müştəri üçün məcburi hüquqi qüvvəyə malik olduğunu qəbul etmişdir.

11. Habelə, cavabdeh üçün məcburi hüquqi qüvvəyə malik olan kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəaları əks etdirən KBXM-nin 3.2.1-ci bəndinə əsasən Bank, müştəridən və ya müştəri üçün daxil olan pul vəsaitini qəbul edərək onun üçün açılmış hesaba salır, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair müştərinin sərəncamlarını yerinə yetirir. Hə min KBXM-nin 9.2-ci bəndinə əsasən borcalan kreditin bir hissəsini və ya bütün hissəsini hesablanmış faizlərlə və digər ödəniləcək məbləğlərlə birlikdə kreditverənin razılığı ilə vaxtından əvvəl ödəyə bilməsi müəyyən edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit razılaşması və KBXM-də kreditin vaxtından əvvəl qaytarılması proseduru konkret olaraq göstərilməklə cavabdehin kreditin bütün hissəsini hesablanmış faizlərlə və digər ödəniləcək məbləğlərlə birlikdə yalnız iddiaçının razılığı ilə vaxtından əvvəl ödəyə bilməsi şərtləndirilmişdir. Tərəflər sözügedən razılaşmaları imzalamaqla bu barədə sərbəst iradələrini ifadə etmişdir. Hazırkı işdə isə iddiaçının belə bir razılığının olması müəyyən olunmur.

13. Həmçinin, məhkəmə, cavabdeh tərəfindən ödənilən pul vəsait inin iddiaçı tərəfindən bank hesabında saxlanılması ilə bağlı qeyd etmişdir ki, cavabdeh 2023-cü il 20 aprel tarixində 30.512 manat məbləğində pulu bankın müvafiq şöbəsinə (kassaya və s.) təqdim edərkən ödəniş tapşırığını, kreditin tam bağlanması ilə bağlı sərəncam verməməsi, yəni cavabdeh krediti tam bağlamaqla bağlı iradəsini iddiaçıya aydın şəkildə bildirmədiyi təqdirdə iddiaçının həmin pulu kreditin tam bağlanmasına yönəltməsi tərəflər arasında bağlanmış müqavilə şərtləri ilə ziddiyət təşkil edərdi. Çünki, KBXM-nin 3.2.1-ci bəndinə əsasən Bank, müştəridən və ya müştəri üçün daxil olan pul vəsaitini qəbul edərək onun üçün açılmış hesaba salır, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair müştərinin sərəncamlarını yerinə yetirir. İşdə olan sənədlərdən isə cavabdeh tər əfindən həmin sərəncamın verildiyi müəyyən olunmur.

14. Məhkəmə hesab etmişdir ki, cavabdeh bankda olan cari hesabına 30.512 manat məbləğində pulu ödəyərkən kreditin tam bağlanması ilə bağlı sərəncam verməməsi nəticəsində iddiaçının həmin pulu cavabdehin cari hesabında saxlaması və həmin vəsaiti iddiaçının “Masallı” filialına göndərilmiş 2023-cü il 26 may tarixli **********8A nömrəli sərəncamına əsasən silməsi iddiaçı ilə bağlı hər hansı mülki hüquqi məsuliyyət yaratmır.

15. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, cavabdeh iddianın əsassız olduğunu, iddiaçıya olan borcunu ödədiyini qeyd etsə də, həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, iddia əsas borcun və ona hesablanmış faiz borcunun tutulması hissəsində əsaslıdır.

16. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin olunaraq cavabdehlərdən iddiaçının xeyrinə 2.005,74 manat deyil 110 manat cərimə borcu tutulmalıdır.

17. Bundan başqa, məhkəmə cavabdeh (zamin) Cavabdeh2 aid hesab etmişdir ki, tərəflər arasında imzalanmış zaminlik müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlandığından, digər Cavabdeh2 da kredit müqaviləsi üzrə alınmış kreditə görə Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 3 85.1, 390.1, 399, 425.1, 442, 445.2.1, 460.1, 462.1, 462.3, 467, 470.1, 472.2, 739.1, 739.2-ci maddələri; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 51.1, 77.1, 217.2, 217.4, 226.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 noyabr tarixli 2-2(106)-149/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – P.Əhmədov, hakimlər – C.İmanov və T.Kərimov).

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik hüquq (borc) münasibətləri yaranmışdır. Bu hal iş üzrə təqdim edilmiş mötəbər sübutlarla öz təsdiqini tapmışdır.

22. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 324.1, 329.2, 385.1, 386.1, 390.1, 425.1, 442, 445.2, 448.1, 448.2, 739-cu maddələri; MPM-in 77.1, 217.2, 217.3, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Cavabdeh1 kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. MM-in 385, 404, 427, 428, 434, 440, 442, 445.5, 448.1, 739, 742, 957.3, 957.4-cü maddələri üzrə - məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə öhdəlik və bank hesabı münasibətləri üzrə normaların tələblərini kobud şəkildə pozaraq öhdəliyin icrası anını, öhdəliyin icrasını yerini, təqsirə görə məsuliyyətin kimə keçməsini və bank hesabı müqaviləsi üzrə öhdəliklərin bankda olmasını araşdırmamışdır. Cavabdeh bank qarşısında öhdəliyini icra etmiş, öhdəliyin bankın si stemində icra olunmaması onun təqsiri ucbatından baş verməmişdir. 30.512 manat ödəniş onun borcu bağlamaq və öhdəliyinin tam icra edilməsini bildirmək istədiyinin iradə ifadəsinin təzahürüdür, bank isə ödənilmiş 30.512 manatı cavabdehin bank hesabında saxlamış və həmin pul vergi borcuna silmişdir. MM-nin tələblərinə görə borclunun öhdəlik üzrə məsuliyyət daşıması üçün ilk öncə təqsiri olmalıdır, habelə bank hesab sahibinin həqiqi iradəsi olmadan pul hesabdan silinərsə buna görə bank məsuliyyət daşıyır. Hazırkı iş üzrə həm öhdəlik, həm də bank hesab müqaviləsi üzrə məsuliyyət bankın üzərindədir. Cavabdeh pulu banka verməklə artıq həmin pula mülkiyyəti də onun istifadəsinə vermiş, bundan sonra bank həmin pulu hansı hesaba qoyubsa ona görə məsuliyyət artıq cavabdehin üzərində qalmalı deyildir. Cavabdeh pulu verdiyi an artıq pulun saxlanması öhdəliyi bankın üzərinə keçmişdir. Bundan sonra bank pulu qorumalıdır, bank pulunu qoruya bilmirsə buna görə cavabdeh məsuliyyət daşımalı deyil. Həmçinin, öhdəliyin icrasının seçimi borclu olaraq cavabdehə məxsusdur, cavabdehin həmin günə vergi borcu olmamışdır, cavabdeh banka kredit borcunun bağlanmasını bəyan etmiş və borc hesabdan çıxarışda sıfırlanmışdır. Bütün bunlar cavabdehin həqiqi iradə ifadəsinin borcun bağlanması və öhdəliyinin icrasını göstərdiyini ifadə edir. Məhkəmə sadəcə müqaviləyə hərfi mənada yanaşaraq göstərir ki, cavabdeh ərizə verməmiş, buna görə də borc bağlanmamışdır. Halbuki, Mərkəzi Bankın borcun kredit reyestrindən silinməsi qaydalarına əsasən ödənilmiş pul 2 gün ərzində MKR-dən silinməlidir, bank isə həmin pulu 1 ay hesabında qanunsuz olaraq saxlamışdır, buna görə artıq bank müqavilə üzrə öhdəliyini pozmuşdur. Həmçinin, bank tərəfindən pretenziya qaydalarına da riayət edilməmiş, cavabdehə xəbərdarlıq məktubu göndərilməmişdir. Məhkəməyə bankda olan sənədlərin gətirilməsini tələb edilsə də, sənədlər tam olaraq məhkəməyə təqdim olunmamış, bank əməliyyatlarının aparılması videogörüntülər götürülməmişdir. Bundan başqa, MM-in 385, 442, 445, 448-ci maddələri ilə 427, 428, 434, 957-ci maddələri arasında olan ziddiyyətlərə şərh verilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunması zəruridir, çünki bir tərəfdən öhdəlik icra olunmuş, öhdəliyin gecikdirməsi mövcud deyil, öhdəliyin icra pozulması cavabdehin təqsiri ucbatından olmamış, digər tərəfdən öhdəliklərin seçimi borcluya məxsu sdur və pulun banka keçirilməsi anından onu saxlamaq öhdəliyi artıq bankın mülkiyyətinə keçmişdir. Göründüyü kimi MM-in normaları arasında ziddiyyətli məqamlar ortaya çıxmışdır.

26. MPM-in 7, 9, 14, 77, 88-ci maddələri üzrə - məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, işin faktiki halları ilə sübutlara düzgün qiymət verilməmişdir. Məhkəmə işə ədalət və çəkişmə prinsipləri əsasında baxmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

28. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının aşağıdakı lar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.” “Maddə

477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdi rilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda;” “Maddə

528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.” “Maddə

954. Bank hesabı müqaviləsi 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varla nma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.” “Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. V arlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.”

30. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. müvafiq 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir.

32. Belə ki, tərəflər arasında bağlanmış kredit razılaşmasının xx.xx.2022-ci il tarixli kredit razılaşmasının 9-cu bəndində kreditin vaxtından əvvəl ödənilməsi nəzərdə tutulmuş və borcalanın bu hüququ hər hansı şərtlə məhdudlaşdırılmamışdır. Eyni müddəa Kompleks B ank Xidməti Müqaviləsinin 9.10-cu bəndində nəzərdə tutulmuşdur.

33. Bundan əlavə, Kompleks Bank Xidməti Müqaviləsinin 9.2-ci bəndində qeyd olunmuşdur ki, borcalan kreditin bir hissəsini və ya bütün hissəsini hesablanmış faizlərlə və digər ödəniləcək məbləğlərlə birlikdə kreditverənin razılığı ilə vaxtından əvvəl ödəyə bilər. Artıq ödəniş məbləği borcalanın krediti üzrə aylıq ödəniş məbləğinin 20 %-dən aşağı olmamalıdır. Kreditverən tərəfindən buna razılıq verildikdə artıq ödənilmiş məbləğ kredit üzrə əsas borc qalığında nəzərə alınmaqla borcalanın ərizəsi ilə: ilkin kredit müddəti saxlanılmaqla annuitet ödəniş məbləği azaldılır; ilkin annuitet ödəniş məbləği saxlanılmaqla kreditin ödəniş müddəti qısaldılır.

34. Bununla yanaşı, məhkəmələr tərəfindən qeyd olunan bəndin şərtlərinə aid hallar, yəni Cavabdeh1 30.512 manat məbləğində pul vəsaiti ödəyərkən bankın kreditin vaxtından əvvəl ödənilməsinə razılıq verməməsi və buna etiraz etməsi, habelə cavabdehin kreditin məbləğinin müəyyən hissəsinin azaldılmasına və ya kredit müddətinin qısaldılmasına razılıq verməsi barədə ərizə yazması müəyyən edilməmişdir.

35. Əksinə, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə Cavabdeh1 2023-cü il 20 aprel tarixində 30.512 manat məbləğində pul vəsaitini banka ödəyərkən həmin ödənişlə bağlı cavabdehə ECRTOB**********044545 nömrəli qəbz verilmiş və həmin qəbzdə ödənişin təyinatı kimi kredit ödənişi qeyd edilmişdir. Cavabdeh1 məxsus bank hesabından çıxarışda da ödənişin əsası kimi kredit ödənişi göstərilmişdir.

36. Bundan əlavə, Kompleks Bank Xidməti Müqaviləsinin 3.2.1-ci bəndinə əsasə n Bank, müştəridən və ya müştəri üçün daxil olan pul vəsaitini qəbul edərək onun üçün açılmış hesaba salır, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair müştərinin sərəncamlarını yerinə yetirir.

37. Bankın hesab sahibinin sərəncamları üzrə hərəkət etməsi MM-in 954.1-ci maddəsində də müəyyən edilmişdir.

38. Lakin məhkəmə tərəfindən yuxarıda qeyd edilən ödəniş qəbzi və hesabdan çıxarışdakı məlumatlardan fərqli hallar, yəni cavabdehin həmin ödənişi kreditin ödənilməsi üçün deyil, başqa məqsədlə həyata keçirilməsi və bununla bağlı sərəncam verməsi ilə bağlı hallar müəyyən edilməmişdir.

39. Bununla yanaşı, məhkəmə tərəfindən Kredit Razılaşmasının 8-ci bəndinə istinad edilmişdir. Halbuki həmin bənddə müəyyən edilmişdir ki, borclalan Bank qarşısında yaranmış öhdəliklərinin icras ının təminatı üsulu olaraq öz hesablarında olan pul vəsaitlərinin mübahisəsiz (akseptsiz) qaydada silinməsinə razılıq verir. Lakin cavabdeh İ.Abiyevin ödədiyi 30.512 manat məbləğində pul vəsaiti kredit öhdəliklərinin icrası üçün silinməmişdir.

40. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, məhkəmə tərəflər arasında bağlanmış müqavilə şərtlərini təfsir edərkən MM-in 404-cü maddəsinin tələblərini, yəni təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərini nəzərə almamışdır.

41. Bununla yanaşı, işin mübahisəsiz halıdır ki, cavabdeh İ.Abiyevin ödədiyi 30.512 manat məbləğində pul vəsaiti 2023-cü il 31 may tarixində vergi sərəncamına əsasən silinmişdir. Göründüyü kimi iddiaçı həmin pul vəsaitini özündə saxlamamış və ya digər şəkildə ondan yararlanmamış, əksinə cavabdeh İ.Abiyevin vergi öhdəliyinin icrasını təmin etmişdir. Nəticədə isə həmin cavabdeh qeyd olunan məbləğdə vergi öhdəliyindən azad olunmuşdur.

42. Bu baxımdan, kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri MM-in 404-cü maddəsinin tələbləri nəzərə alınmaqla təfsir edilməli və cavabdeh İ.Abiyevin 2023-cü il 20 aprel tarixində ödədiyi 30.512 manat məbləğində pul vəsaiti kredit ödənişi kimi qiymətləndirildiyi halda ona münasibətdə MM-in 528-ci maddəsində, Cava bdeh2 münasibətdə isə MM-in 477.0.1-ci maddəsində göstərilmiş nəticələrin yaranıb-yaranmaması üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.

43. Eyni zamanda, həmin maddələrdə nəzərdə tutulmuş hüquqi nəticələrin yarandığı müəyyən edildiyi halda cavabdeh İ.Abiyevə qarşı irəli sürülmüş tələblərə (vergi sərəncamına əsasən silinmiş 30.512 manat məbləğində) münasibətdə MM-in əsassız varlanmaya aid 58-ci fəslində nəzərdə tutulmuş müddəalar tətbiq edilməklə hüquqi dəyərləndirmə aparılmalıdır.

44. Kollegiya qeyd edir ki, hazırkı mübahisə üzrə belə hüquqi dəyərləndirmə aparılmadan qəbul edilmiş məhkəmə qətnaməsi MPM-in 217.1-ci maddəsində müəyyən edildiyi kimi qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi də belə hüquqi dəyərləndirmə aparmamış və qəbul etdiyi qətnamə həmin norma nın tələblərinə cavab vermir.

45. Qeyd olunanları nəzərə alaraq və kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 20 noyabr tarixli 2-2(106)-149/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar