Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-15/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” ASC-yə, “x” şirkətinə, “xxxx Azərbaycan Rusiya” MMC-yə və X4 qarşı iş üzrə QƏRARİ (İş № 2-2(102)-15/2020) (Açar sözlər: bank krediti üzrə borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçının nümayəndələri X10 və X6, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdeh X3 və vəkili X8 iştiraklar ı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” ASC-yə, “x” şirkətinə, “xxxx” x MMM-ə və X4 qarşı “borcun tutulması və s.” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 iyul tarixli 2-2(103)-84/2019 nömrəli qətnaməsindən iddiaçıtərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ilə cavabdehlər “x” şirkəti və “xxxx” x MMM arasında kredit müqavilələri bağlanmış, cavabdehlərə 60 ay müddətinə, 0,6% dərəcəsi (24 ay güzəşt müddəti) ilə kredit verilmişdir. O cümlədən: - iddiaçı ilə cavabdeh “xxxx” x MMM arasında bağlanmış x saylı, 2009-cu il 10 dekabr tarixli müqaviləyə əsasən “xxxx” x MMM-ə 1.000.000,00 manat; - eyni tərəflər arasında bağlanmı ş x saylı 2010-cu il 14 may tarixli müqaviləyə əsasən “xxxx” x MMM-ə 1.000.000,00 manat; - iddiaçı ilə cavabdeh “xxxx” şirkəti arasında bağlanmış x saylı, 2011-ci il 14 iyun tarixli kredit müqaviləsinə əsasən cavabdeh “xxxx” şirkətinə 500.000,00 manat (iki tranşla: 200.000+300.000) məbləğində kredit verilmişdir. Həmin müqavilələr üzrə alınmış kreditlərin təminatı olaraq iddiaçı ilə cavabdeh X9 arasında 2009-cu il 10 dekabr tarixli x saylı, 2010-cu il 14 may tarixli x saylı və 2012-ci il 3 oktyabr tarixli, x saylı zaminlik müqavilələri bağlanmışdır. Eyni zamanda, iddiaçı ilə cavabdeh “xxxx” ASC arasında bağlanmış 2009-cu il 24 dekabr tarixli x saylı ipoteka müqaviləsi və 2010-cu il 14 may tarixli razılaşma, habelə, 2011-ci il 14 iyun tarixli x saylı sonrakı ipoteka müqaviləsinə əsasən cavab deh “xxxx” ASCyə məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksi qeyd edilən müqavilələr üzrə alınmış kreditlərin təminatı olaraq iddiaçının xeyrinə girov qoyulmuşdur. İddiaçı cavabdehlərə pretenziya qaydasında müraciət edərək kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək: - “xxxx” x MMM-dən və X2 müştərək qaydada - 2009-cu il 10 dekabr tarixli, x saylı müqaviləyə əsasən əsas borc üzrə 401.999,51 manat, faiz borcu üzrə 15.293,59 manat, cərimə borcu üzrə 250.000 manat və 2010-cu il 14 may tarixli, x saylı müqaviləyə əsasən əsas borc üzrə 982.572,02 manat, faiz borcu üzrə 17.143,40 manat, cərimə borcu üzrə 250.000 manatın iddiaçının xeyrinə tutulmasın ı; - “xxxx” şirkətindən və X2 müştərək qaydada 2011-ci il 14 iyun tarixli, x saylı müqaviləyə əsasən əsas borc üzrə 500.000 manat, faiz borcu üzrə 62.000,52 manat, cərimə borcu üzrə 623.66 manat və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını; - tələbin cavabdeh “xxxx” ASC-yə məxsus olan ünvan 1 ünvanda yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına cavabdehlər “xxxx” x MMM və “xxxx” şirkətinin iddiaçıya olan borcunun ödənilməsini; - satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehlərdən tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilmə si barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - “xxxx” x MMM-dən və X2 müştərək qaydada iddiaçının xeyrinə - 2009-cu il 10 dekabr tarixli, x saylı müqaviləyə əsasən əsas borc üzrə 401.999,51 manat, faiz borcu üzrə 47.526,59 manat, cərimə borcu üzrə 1.377.043,3 manat və 2010-cu il 14 may tarixli, x saylı müqaviləyə əsasən əsas borc üzrə 982.572,02 manat, faiz borcu üzrə 100.498,78 manat, cərimə borcu üzrə 2.404.746,11 manatın tutulmasını; - “xxxx” şirkətindən və X2 müştərək qaydada iddiaçının xeyrinə 2011-ci il 14 iyun tarixli, x saylı müqaviləyə əsasən əsas borc üzrə 500.000 manat, faiz borcu üzrə 104.417,60 manat, cərimə borcu üzrə 591.399,63 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını; - tələbin cavabdeh “xxxx” ASC-yə məxsus olan ünvan 1 ünvanda yerləşən əmlak kompl eksinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına cavabdehlər “xxxx” x MMM və “xxxx” şirkətinin iddiaçıya olan borcunun ödənilməsini; - satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehlərdən tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək: - “xxxx” x MMM-dən və X2 müştərək qaydada iddiaçının xeyrinə - 2009-cu il 10 dekabr tarixli, x saylı müqaviləyə əsasən əsas borc üzrə 401.999,51 manat, faiz borcu üzrə 47.526,59 manat, cərimə borcu üzrə 1.377.043,3 manat və 2010-cu il 14 may tarixli, x saylı müqaviləyə əsasən əsas borc üzrə 982.572,02 manat, faiz borcu üzrə 100.498,78 manat, cərimə borcu üzrə 2.404.746,11 manatın tutulmasını; - “xxxx” şirkətindən və X2 müştərək qaydada iddiaçının xeyrinə 2011-ci il 14 iyun tarixli, x saylı müqaviləyə əsasən əsas borc üzrə 500.000 manat, faiz borcu üzrə 104.417,60 manat, cərimə borcu üzrə 591.399,63 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını; - “xxxx” x MMM ilə bağlanmış 2009-cu il 10 dekabr tarixli, AK/M/038/2009 saylı və 2010-cu il 14 may tarixli, x saylı, “xxxx” şirkəti ilə bağlanmış 2011-ci il 14 iyun tarixli, x saylı kredit müqavilələrinin ləğv edilməsini; - tələbin cavabdeh “xxxx” ASC-yə məxsus olan ünvan 2 ünvanda yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına cavabdehlər “xxxx x” MMM və “xxxx” şirkətinin iddiaçıy a olan borcunun ödənilməsini; - satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehlərdən tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh “xxxx” şirkəti arasında bağlanmış x saylı, 2011-ci il 14 iyun tarixli kredit müqaviləsinə əsasən Şirkətə 500.000,00 manat məbləğində kredit verilmişdir. Həmçinin, iddiaçı ilə cavabdeh “xxxx x” MMM arasında bağlanmış A saylı, 2009-cu il 10 dekabr tarixli müqaviləyə əsasən MMM-ə 1.000.000 manat məbləğində kredit verilmişdir. Daha sonra onlar arasında bağlanmış x saylı 2010-cu il 14 may tarixli ikinci bir müqaviləyə əsasən “xxxx x” MMM-ə 1.000.000,00 m anat məbləğində kredit verilmişdir. Həmin müqavilələr üzrə alınmış kreditlərin təminatı olaraq iddiaçı ilə cavabdeh X9 arasında, qeyd edilən müqavilələrə müvafiq olaraq – 2009cu il 10 dekabr tarixli x saylı, 2010-cu il 14 may tarixli ZM/M/003/2010 saylı və 2012-ci il 3 oktyabr tarixli, x saylı zaminlik müqavilələri bağlanmışdır. Eyni zamanda, iddiaçı ilə cavabdeh “xxxx” ASC arasında bağlanmış 2009-cu il 24 dekabr tarixli x saylı ipoteka müqaviləsi və onlar arasındakı 2010-cu il 14 may tarixli razılaşma, habelə, 2011-ci il 14 iyun tarixli AK145/2011 saylı sonrakı ipoteka müqaviləsinə əsasən cavabdeh “xxxx” ASCyə məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksi qeyd edilən müqavilələr üzrə alınmış kreditlərin təminatı olaraq banka ipotekaya qoyulmuşdur. Cavabdehlər kredit müqavilələri ilə üzərilərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirməmişlər və kreditin ödənişində gecikmələr yaranmışdır. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 317.1, 319.1, 385, 442, 448, 449.4, 465.2-ci maddələrinə və “İpoteka haqqında” Qanunun 33, 34.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 2 iyun tarixli 2(81)-32/2015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş – - “xxxx x” MMM-dən və X2 müştərək qaydada 2009-cu il 10 dekabr tarixli, AK/M038/2009 saylı müqaviləyə əsasən əsas borc üzrə 401.999,51 manat, faiz borcu üzrə 47.526,59 manat; 2010-cu il 14 may tarixli, x saylı müqaviləyə əsasən əs as borc üzrə 982.572,02 manat, faiz borcu üzrə 100.498,78 manat, - “xxxx” Şirkətindən və X2 müştərək qaydada 2011-ci il 14 iyun tarixli, x saylı müqaviləyə əsasən əsas borc üzrə 500.000 manat, faiz borcu üzrə 104.417,60 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, - “xxxx x” MMM ilə bağlanmış 2009-cu il 10 dekabr tarixli, x saylı və 2010-cu il 14 may tarixli, x saylı, “xxxx” şirkəti ilə bağlanmış 2011-ci il 14 iyun tarixli, x saylı kredit müqavilələrinin ləğv edilməsi, - borc məbləğlərinin “xxxx” ASC-yə məxsus olan ünvan 3 ünvanda yerləşən əmlak kompleksinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına cavabdehlər “xxxx x” MMM və “xxxx” şirkətinin iddiaçıya olan borcunun ödənilməsi, - satışdan əldə olunan vəsait tələbi n ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun cavabdehlərin başqa əmlaklarına yönəldilməklə ödənilməsi, - iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı kredit müqavilələri ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. İddianın rədd edilən hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbi penya məbləğləri hissəsində sübut edilməmişdir. Həmin qətnamədən cavabdehlər “xxxx” MMC, “x” şirkəti və X9 apellyasiya şikayəti və işə apellyasiya qaydasında baxılarkən apellyasiya şikayətinə əlavə verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 11 sentyabr tarixli 2-2(103)-08/2017 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə və iş materiallarında olan bank sənədlərinə əsasən mübahisələndirilən müqavilələr üzrə cavabdehlərin banka borcları qalmamışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasın ın 2018-ci il 28 fevral tarixli 2-2(102)-63/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 11 sentyabr tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mötəbər sübut kimi qəbul etdiyi ekspert rəyində ümumi şəkildə saxta qəbzlərdəki məbləğlərin hesabdan çıxarışlarda ödəniş kimi öz əksini tapması göstərilmişdir. Lakin məhz hansı qəbzlərdəki, hansı məbləğlərin və nə vaxt ödənilməsi göstərilməmiş, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışlara konkret istinad edilməmişdir. Bundan əlavə, X7 Palatası tərəfindən verilmiş mütəxəssis rəyi də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Halbuki, həmin rəydə birmənalı ol araq göstərilir ki, mübahisələndirilən 10 ədəd qəbzdəki ödənişlər bank hesabından çıxarışlarda öz əksini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 iyul tarixli 2-2(103)-84/2019 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması ilə işin materiallarına, o cümlədən məhkəmə ekspertizasının nəticələrinə əsasən tərəflər arasında bağlanmış hər üç kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən alınmış öhdəliklərin yerinə yetirildiyi, kredit məbləğlərinin və ona hesablanmış faizlərin iddiaçıya qaytarıldığı, bununla da müqavilə öhdəliklərinin icra edildiyi sübuta ye tirilir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi nəinki iddiaçının haqlı dəlillərinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2018-ci il 28 fevral tarixli 2-2(102)-63/2018 nömrəli qərarında qeyd olunan məcburi göstərişlərə bələ məhəl qoymamışdır. Məhkəmə prosessual hüquq norması kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) sübutların düzgün qiymətləndirilməsi barədə 88-ci maddəsini, öz qərarını əsaslandırmalı olması ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsini və iddiaçının iş üçün əhəmiyyətli olan dəlillərinə və vəsatətlərinə mütləq münasibət bildirilməsi ilə bağlı MPM-in 220-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məhkəmə qətnaməsi demək olar ki, əsaslandırılmamış, sadəcə iş üzrə məhkəməmühasibatlıq ekspertizasının rəyinin təsviri və əsaslandırıcı hissəsi köçürülməklə qəbul edilmişdir. Belə ki, məhkəmənin 11 səhifəlik qətnaməsinin 5 səhifəsi məhkəməmühasibatlıq ekspertizasının qarşısında qoyulmuş sualların və həmin suallara ekspertizanın cavablarının bir-bir sadalanmasına həsr edilmişdir. Həmin 5 səhifədə məhkəmə ekspert rəyinə ətraflı hüquqi qiymət verməmiş, ekspert rəyi ilə razılaşmasının əsaslarını göstərməmişdir. Həmçinin, məhkəmə bankın ekspertiza rəyinin əsassız və qərəzli olması ilə bağlı gətirdiyi dəlillərə heç bir münasibət bildirməmişdir. Belə ki, bankın Audit Komitəsinin sədri x-in ekspert rəyinə aid etirazı 2019-cu il 15 iyul tarixli məktubla məhkəməyə təqdim edilsə də, həmin etirazda qeyd edilən və ekspert rəyində mövcud olan pozuntuların heç birinə hüquqi qiymət verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmə qərarı mütləq əsaslandırılmalıdır. Mülki işə əlavə olunmuş və məhkəmə çəkişməsi zamanı toplanmış sübutlara məhkəmə tərəfindən MPM-in 88-ci maddəsinin əksinə olaraq düzgün və ədalətli hüquqi qiymət verilməmişdir. Məhkəmə Ekspertiza mərkəzinin mühasibatlıq ekspertizası üzrə verdiyi rəydən başqa işdə olan digər sübutlar tam olaraq iddianın təmin edilməsini zəruri edir. Apellyasiya şikayətində cavabdehlər etiraf edirlər ki, qətnamə qəbul edilən günə mübahisələndirilən 3 kred it müqaviləsi üzrə onların banka cəmi 1.853.339,10 manat əsas, 122.662,00 manat isə faiz borcları vardır. Apellyasiya şikayətinin sonunda isə qətnamənin tam deyil, borcun onların fikrincə artıq hesablanmış həcminə aid hissədə qismən ləğvini tələb edirlər. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə məhkəmənin 2018-ci il 24 sentyabr tarixli qərardadının 5-ci səhifəsinin 5-ci abzasında göstərilir ki, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Maliyyə X1 mütəxəssisinin iştirakı ilə Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılsın. Buna baxmayaraq, ekspertiza tədqiqatı Palatanın mütəxəssisinin iştirakı olmadan, hətta rəyi nəzərə alınmadan həyata keçirilmişdir. Ekspertiza Mərkəzi öz rəyində sadəcə olaraq Palatanın iş üzrə 2019-cu il 7 mart tarixli rəyinin Mərkəzə dax il olduğunu və həmin mütəxəssis rəyində bir sıra sualların tam və ətraflı izah olunmadığını bir cümlə ilə qeyd etmiş, izah olunmayan həmin sualların nədən ibarət olduğunu ətraflı şəkildə göstərməmiş və öz rəyi ilə Palatanın rəyi arasındakı kəskin fərqlərə dair heç bir izahat verməmişdir. Mühasibatlıq ekspertizası rəyində 2-ci, 3-cü və 7-ci suallar özbaşına şəkildə bir tədqiqatda birləşdirilməklə cavablandırılmış, bununla da məhz bankın vəsatəti ilə məhkəmə-mühasibatlıq ekspertizasının qarşısında qoyulmuş 2-ci suala yanlış cavab verilmişdir. Ekspertiza məhkəmənin onun qarşısında qoyduğu 7-ci sualdan da kənara çıxmışdır. Belə ki, 7-ci sualda deyilir ki, mübahisələndirilən 10 ədəd ödəmə qəbzləri nəzərə alınmadan hər 3 kredit müqaviləsi üzrə borcalanın həmin kredit müqavilələrinin müddətinin b aşa çatdığı və hazırkı iddianın qaldırıldığı tarixə əsas, faiz və ya cərimə borcu varmı, varsa nə qədər təşkil edir? Apellyasiya məhkəməsi bu sualda 10 ədəd “ödəmə qəbzləri” dedikdə həmin qəbzlərdəki ödəmə məbləğlərini nəzərdə tutmuşdur. Bunu qətnamənin 9cu səhifəsinin 4-cü və 5-ci abzaslarından aydın şəkildə görmək olur. Həmin abzaslarda “qəbzlərdəki ödəmələr nəzərə alınmaqla” ifadəsini işlədərək 7-ci sualın predmetinin qəbzlər deyil, həmin qəbzlərdəki ödəmələr-rəqəmlər olduğunu qeyd etmişdir. Halbuki, ekspertiza mərkəzi həmin sualın predmetini saxta ödəmələr kimi deyil, saxta qəbzlər kimi qəbul edərək əslində bilərəkdən suala cavab verməkdən yayınmışdır. Məsələn, saxta qəbzlərdəki 2 iri məbləğ 2012-ci il 19 sentyabr tarixli 998.374,99 manat və 2013-cü il 16 noyabr tarixli 401.999,51 mana t məbləğlər məhkəmənin təbirincə “saxta ödəmə” sayılmaqla 7-ci sualın cavabında çıxdaş edilməli olsa da, ekspertiza tərəfindən həmin 2 məbləğ 7-ci sualın cavabında kreditin ödənişi kimi qeyd edilmişdir. Nəticə etibarilə, ekspertiza “saxta ödəmələr nəzərə alınmadan” borcun hesablanması barədə sualı saxta ödəmələr nəzərə alınmaqla cavablandırmışdır. Hazırkı işə bundan əvvəl baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019cu il 28 fevral tarixli qərarında bu barədə deyilir: “İşdə olan qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il 23 iyun tarixli qətnaməsindən görünür ki, “xxxx” ASC ilə X9 arasında 2009-cu il 7 dekabr tarixli, x saylı əmanət müqaviləsi üzrə sonuncu tərəfindən illik 17% hesabı ilə banka ümumilikdə 550.000,00 manat 62 ay müddətinə əmanət qoyulmuş, sonradan isə həmin əmanət məbləğinə dair aralarında 2009-cu il 10 dekabr və 2011-ci il 14 iyun tarixli pul vəsaitinin girovu müqavilələri bağlanmışdır. Bank tərəfindən həmin əmanət girovla təmin edilən kredit üzrə borcun ödənilməsinə yönəldilmişdir. N.Məmmədhəsənovun həyat yoldaşı əmanətin girov qoyulmasına dair müqaviləni və əmanətin borcun ödənilməsinə silinməsini məhkəmə qaydasında mübahisələndirsə də, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən iddiaçının tələbi əsassız hesab edilmişdir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən 550,000,00 manat girov qoyulmuş əmanətin kreditin ödənilməsinə yönəldilməsi qanuni hesab edilsə də ekspert səlahiyyət həddini aşaraq qeyd edilən məsələyə hüquqi qiymət verməyə çalışmış, həmin əmanətin məbləğini təkrarən kreditin ödənilməsinə hes ablamış və artıq ödəmə olmasına dair rəy vermişdir”. Ekspert 2017-ci il 15 avqust tarixli bundan əvvəlki rəyində də əmanətin bank tərəfindən kredit borclarına silinməsi və silinmənin qaydası ilə razılaşmamış və əmanət məbləğini öz bildiyi kimi kreditlər arasında bölüşdürmüş və ekspertizanın bu hərəkəti Ali Məhkəmə tərəfindən qanunsuz hesab edilmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi qətnaməsində Ali Məhkəmənin göstərişlərini yerinə yetirmək məqsədilə təkrar ekspertiza təyin etdiyini qeyd etsə də, ekspertiza mərkəzinin rəyinin özündə, eləcə də ekspert rəyi ilə Palatanın rəyi arasındakı ziddiyyətləri aradan qaldırmamış, əksinə həmin ziddiyyətləri daha da dərinləşdirmişdir. Palatanın rəyini qiymətləndirmək zərurəti hiss etməyən məhkəmə açıq-aşkar həmin ziddiyyətləri gözardına vurmuş, rəylər arasındakı ziddiyyətlərin araşdırılması məqsədilə verilmiş vəsatətləri əsassız sayaraq təmin etməmişdir. Nəticədə, iş üçün əhəmiyyəti olan suallar növbəti dəfə cavabsız qalmışdır. Məhkəmə bankın nümayəndəsinin mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən vəsatətlərini həll etməmişdir. MPM-in 377-ci maddəsi tələb edir ki, işdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir. MPM-in 78.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. MPM-in 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir. Məhkəmə istinad olunan prosessual hüquq normalarını qərəzli olaraq tətbiq etməmiş, iddiaçı bankın vəsatətlərinə nə ayrıca qərardadla, nə də yekun qətnaməsində münasibət bildirməmiş, vəsatətlərə baxmamasını əsaslandırmaq üçün ortaya hər hansı bir mövqe qoymamış, nəticədə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququnu, eləcə də Avropa İnsan Hüquqlar ı Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndələri və vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehlər kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişlər. Etirazda göstərilmişdir ki, sahibkarlığa kömək milli fonduna agent bank kimi əlavə faiz verməmək məqsədi ilə cavabdehlərə beş il müddətinə verilmiş güzəştli krediti iddiaçı heç bir hüquqi əsası olmadan vaxtından əvvəl “borcalanların” hesabından özbaşına sildikləri vəsaitlər hesabına vaxtından əvvəl bağlamışdır. Cavabdehlərin iddiaçıya heç bir borc öhdəliyinin olmaması Məhkəmə ekspertiza mərkəzinin 2016-cı il 11 noyabr tarixli, 1083 1 saylı rəyi ilə təsdiq edilir. Bank ekspertin bu rəyinə etirazını bildirərək, bankı qane edən yeni suallarla yenidən ekspertiza keçirilməsi barədə vəsatət vermişdir. Hakim heç bir zərurət olmadığı halda, bankın vəsatətini təmin edərək bankı maraqlandıran suallarla bağlı 2016-cı il 23 dekabr tarixində qərardadla “əlavə komisyon, kompleks məhkəmə mühasibatlıq və sənədlərin məhkəmə-texniki ekspertizası” təyin etmişdir. Yeni ekspert rəyləri ilə də cavabdehlərin banka heç bir borclarının olmadığı, bankın iddiasının əsassız olduğu təsdiq edilmişdir. İddiaçının mübahisələndirilən 10 ədəd saxta mədaxil qəbzlərindən 6 ədədində olan bankın kodunun banka “məlum olmayan” x kodu ilə tərtib edilməsi və belə bir bank kodunu tanımamaları barədə ən vacib saydığı sübut ekspert rəyindən sonra sübutlar siy ahısından çıxarmışdir. Çünki, məhkəmə ekspertizaları zamanı məlum olmuşdur ki, banka “məlum olmayan” x kodu nəinki mübahisələndirilən 10 ədəd bank mədaxil qəbzlərindən 6 ədədində, hətta sonradan və əvvəlcədən bankın tərtib etdiyi yüzlərlə mədaxil qəbzlərində yalnız elə bankın özlərinə məlum olan elə həmin saxta x kodu ilə bankın düzgün x kodu dəyişdirilərək tərtib edilmişdir. Göründüyü kimi, iddiaçı heç bir hüquqi əsası olmadan dönə-dönə məhkəmə ekspertizası keçirilməsinə dair vəsatətlər vermişdir. Cavabdehlər göstərilənlərə əsasən şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Cavabdeh x və vəkili etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin d əyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Şikayət qətnamənin ləğv edilməsi hissəsində əsaslıdır. MPM-in 365-ci maddəsinə əsasən, apellyasiya icraatına XLİ fəslin və həmin Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinin müddəalarına əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Həmin Məcəllənin 420-ci maddəsinin tələbinə əsasən, kassasiya instansiyas ında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yaln ız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “Bakı Apellyasiya Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 11 sentyabr tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə” 2018-ci il 28 fevral tarixli 2-2(102)-63/2018 nömrəli qərarında qeyd etmişdir ki, “...apellyasiya instansiyası məhkəməsinin mötəbər sübut kimi qəbul etdiyi ekspert rəyində ümumi şəkildə saxta qəbzlərdəki məbləğlərin hesabdan çıxarışlarda ödəniş kimi öz əksini tapması göstərilmişdir. Lakin məhz hansı qəbzlərdəki, hansı məbləğlərin və nə vaxt ödənilməsi göstərilməmiş, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışlara konkret istinad edilməmişdir. Rəydə ümumi olaraq saxta qəbzlərdəki ödəmələrin əksər hissəsinin öz əksini tapmasına heç bir aydınlıq gətirilməmiş, “əksər hissə” dedikdə, məhz hansı qəbzlərdəki ödənişlərin hesa bdan çıxarışlarda öz əksini tapdığı göstərilməmiş, bundan əlavə, ödənişi öz əksini tapmayan qəbzlərlə bağlı da konkret heç bir məlumat qeyd edilməmişdir. Ekspert ödəmələrin ekspertiza qarşısında qoyulan 6-cı sualın tədqiqi hissəsindəki cədvəldə öz əksini tapdığını qeyd etsə də, həmin hissədə hansı qəbzlərdəki ödəmələrin çıxarışda öz əksini tapdığı, həmin məbləğlərin nə vaxt ödənilməsi suallarına aydınlıq gətirilməmişdir. Bundan əlavə, X7 Palatası tərəfindən verilmiş mütəxəssis rəyi də apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Halbuki, həmin rəydə birmənalı olaraq göstərilir ki, mübahisələndirilən 10 (on) ədəd qəbzdəki ödənişlər bank hesabından çıxarışlarda öz əksini tapmamışdır.”. Apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qətnaməsində qeyd etmiş dir ki, “İşə yenidən apellyasiya qaydasında baxılarkən, kassasiya instansiyası məhkəməsinin 2-2(102)-63/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə müəyyən edilmiş göstərişlərin icrası məqsədilə, məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə təkrar-əlavə komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Maliyyə X1 mütəxəssisinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Qərardadda cavabdeh tərəfindən ekspert qarşısında qoyulması üçün təqdim etdiyi suallar, məhkəmə kollegiyasının müəyyən etdiyi suallardan ayrılıqda qoyulmuş, eləcə də iddiaçı tərəfin vəsatəti nəzərə alınaraq, işin materiallarında olan bank əməliyyatlarına dair çıxarışlar şərti olaraq iki hissəyə-birinci dəfə apellyasiya qaydasında baxılanadək işdə olan və işə yenidən apellyasiya qaydasında baxılarkən, iddiaçının məhkəməyə ünvanladığı xx xxxxxxxx 2018-ci il tarixli vəsatətinə əlavə etdiyi bank əməliyyatlarına dair çıxarışlar fərqləndirilmiş və suallar həmin sənədlərə münasibətdə ayrılıqda qoyulmuşdur... Azərbaycan Respublikası Maliyyə X1 mütəxəssisinin ayrı tərtib etdiyi rəy, xx xxxx 2019-cu il tarixli, ********** saylı müşayiət məktubu ilə həm məhkəməyə, həm də Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilmişdir. Azərbaycan Respublikası Maliyyə X1 mütəxəssisinin həmin rəyi də nəzərə alınmaqla (ekspert rəyinin 4-cü səhifəsi), Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli qərardadının icrası qaydasında xx xxxx 2019-cu il tarixli, 29584 saylı ekspert rəyi verilmişdir. Buna görə də, məhkəmə kollegiyası işə əlavə olunan həmin mütəxəssis rəyində qeyd olunan məlumatlara (31 vərəqdə) ayrıca istinadı zəruri hesab etmir.”. MPM-də aşağıdakılar təsbit olunmuşdur: 101.3. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli Qərarına əsasən, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərba ycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsası kimi istinad etdiyi ekspert rəyində təkrarən (əvvəlki rəydə o lduğu kimi) ümumi olaraq saxta qəbzlərdəki ödəmələrin əksər hissəsinin öz əksini tapmasına heç bir aydınlıq gətirilməmiş, “əksər hissə” dedikdə, məhz hansı qəbzlərdəki ödənişlərin hesabdan çıxarışlarda öz əksini tapdığı göstərilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi əlavə-təkrar komisyon ekspertizanın Azərbaycan Respublikası Maliyyə X1 mütəxəssisinin iştirakı ilə keçirilməli olduğu qərarına gəlmişdirsə, deməli, Palatanın mütəxəssisinin rəyini də yuxarıda qeyd edilən (ekspertiza tədqiqatına və rəyinə dair) normaların tələblərinə uyğun olaraq (digər sübutlarla birgə) tədqiq etməli və qiymətləndirməli idi. Palatanın təqdim etdiyi rəydən aşkar görünür ki, Palatanın mütəxəssisi ilə Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri məhkəmə tərəfindən qoyulmuş suallarla bağlı tədqiq at üzrə fərqli nəticələrə gəlmişlər. Apellyasiya instansiyası məhkəməsi isə borcun tam ödənilməsinin təsdiqi kimi yalnız Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin gəldikləri nəticəyə əsaslanmışdır. Belə olan halda, məhkəmə Palatanın ekspertiza tədqiqatında iştirak edən mütəxəssisinin rəyi (gəldiyi nəticə) ilə razılaşmamasının səbəblərini qətnamədə göstərməli, onları əsaslandırmalı idi. Hazırkı halda bu, baş verməmişdir. Bunun əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi Palatanın rəyində qeyd edilən məlumatlara istinad etməyə zərurət olmadığı nəticəsinə gəlmişdir. Bu zaman, həm də nəzərə alınmalıdır ki, ekspert rəyinə görə, 2019-cu il 27 mart tarixdə məhkəmə tərəfindən ekspertizaya 225 ədəd əlavə ödəniş qəbzləri göndərilmişdir. Həmin ödəniş qəbzlərinin tərəflərin iştirakı ilə məh kəmə iclasında müzakirə olunmadığı və onların X5 X1 2019-cu il 7 mart tarixli rəyindən sonra təqdim edildiyi, buradan, həmin sənədlərin Palatanın mütəxəssisi tərəfindən tədqiq edilmədiyi nəzərə alındıqda, həmin sənədlərə münasibətdə ekspertiza tədqiqatının Palatanın mütəxəssisinin iştirakı olmadan keçirildiyi, ekspertizanın təyin edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərardadının həmin hissədə icra olunmadığı aşkardır. İşə yenidən apellyasiya qaydasında baxılarkən, kassasiya instansiyası məhkəməsinin 2-2(102)-63/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə müəyyən edilmiş göstərişlərin icrası məqsədilə, məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə təkrar-əlavə komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, ekspert rəyində, eləcə də həmin rəylə Palatanın rəyi arasındakı ziddiyyətlər aradan qaldırılmamışdır. Beləliklə, MPM-in 88, 101.3, 103.1, 103.2, 217.1, 217.3 və 420-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin edilməsi üçün yeni apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin edilə bilməz. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 iyul tarixli 2-2(103)-84/2019 nömrəli qətnaməsi ləğv edilir. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-2(102)-15/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-15/2020
05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver