Məhkəmə qərarları › İş №2-2(102)-15/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-15/2022

19.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-15/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi və artıq ödənilmiş pul vəsaitinin hesaba qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdehnə qarşı borcun silinməsi və artıq ödənilmiş pul vəsaitinin hesaba qaytarılması tələbinə dair kommersiya işi üzrə İddiaçı MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 sentyabr tarixli, 22(103 )-725/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 15.07.2019-cu il tarixli, İD seriyalı 227766 saylı elektron vergi hesab fakturasına əsasən 4.448.038 manat, 08.11.2019-cu il tarixli EBAC seriyalı, 259919 saylı elektron qaiməyə əsasən 73.139,61 manat, 13.12.2019-cu il tarixli İİ seriyalı, 673184 saylı elektron qaiməyə əsasən 561.209,2152 manat, 13.01.2020-ci il tarixli, EBAE seriyalı, 937965 saylı elektron qaiməyə əsasən 548.485,21 manat, 17.02.2020-ci il tarixli, EBAG seriyalı, 488733 saylı elektron qaiməyə əsasən 1.046.580,02 manat, 10.03.2020-ci il tarixli, EBAH seriyalı, 494037 saylı elektron qaiməyə əsasən 929.296,21 manat, 10.04.2020-ci il tarixli, EBAİ seriyalı, 625050 saylı elekron qaiməyə əsasən 832.129,62 manat, 08.05.2020-ci il tarixli, EBAJ seriyalı, 678575 saylı elektron qaiməyə əsasən 483.916,81 manat, 09.06.2020-ci il tarixli EBAK seriyalı, 917785 saylı elektron qaiməyə əsasən 36.894,80 manat və 08.07.2020-ci il tarixli, EBAM seriyalı, 118493 saylı elektron qaiməyə əsasən 744,60 manat dəyərində İddiaçı MMC-yə qaz haqqı hesablanmışdır. 2. 22.02.2020-ci il tarixli, 036972 saylı sərf ölçən cihazın yoxlanılması aktına əsasən cihaza texniki baxış keçirildiyi, termosensorunda nasazlıq olduğu aşkar olunduğu, yerinə düzəldilməsinin mümkün olmadığı və yenisi ilə əvəz olunmalı olduğu qeyd olunmuşdur. 3. 03.03.2020-ci il tarixli, 037583 saylı sərf ölçən cihazın yoxlanması aktına əsasən cihaza texniki baxış keçirilmiş və termosensorunda yaranmış nasazlığın aradan qaldırılmasının mümkün olmadığı qeyd olun muşdur. 4. 10.03.2020-ci il tarixli, 037039 saylı sərf ölçən cihazın yoxlanılması aktına əsasən cihazın termodatçikində nasazlıq olduğundan, yenisi ilə əvəz olunmuşdur. 5. 17.11.2020-ci il tarixli abonent saldosuna görə, İddiaçı MMC-nin son borcu 531.995,58 manat qeyd olunmuşdur.

6. Məhkəmə Ekspertizası Mərkəzinin 19.02.2021-ci il tarixli, 10/3357 saylı rəyinə əsasən “Albalılıq” QPS-də quraşdırılmış mübahisəli ROK-107 tipli qaz sayğacı müvafiq avadanlıqla təmin edilmiş yerdə sınamaqla, həmin sayğacın nasaz və xətalarla işləyibişləməməsinin yoxlanılması keçirilmədiyinə, eləcə də həmin sayğac nasaz olduğundan dəfələrlə təmir olunduğuna görə, qoyulmuş suallar üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Cavabdehin Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Sərf ölçən cihazın yoxl anılması akt”larına, elektron qaimələr, abonent saldosundakı qaz sərfiyyatlarının göstəricilərdə olan fərqlərinə və iddiaçının ərizəsində qeyd olunanlara görə, “Albalılıq” PS-də quraşdırılmış mübahisəli ROK-107 tipli ******* nömrəli qaz sayğacında sayğacın termosensorunda nasazlıqlar aşkar edilmiş və həmin nasazlıqların aradan qaldırılması üçün təmirlər aparılmışdır. Həmin nasazlıqlar qaz sayğacının qaz sərfiyyatının düzgün ölçülməsinə təsir göstərməklə, qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb ola biləcəyi və “Qaz təchizatı Layihələndirmə normaları” 2.13-1 AzDTN-nin 7.14 bəndinin və cavabdeh tərəfindən iddiaçıya qazlaşdırılması üçün verilmiş 01 iyul 2019-cu il tarixli, 31753 nömrəli texniki şərtinin tələblərinə görə QTM, QTQ (həmçinin QPS-də) qaz avadanlıqların yerləşdiri lməsi ardıcıllığına görə ölçü cihazlarının (həmçinin qaz sayğacı) qaz tənzimləyicisindən sonra quraşdırılmalı olduğu qeyd olunmuşdur. Həmin texniki şərtinin tələblərinə görə abonentin qaz avadanlaqlarına aid olan qaz sayğacı orta (0,05 kqq/sm2 – dən 3 kqq/ sm2 - ə) (yəni 2.94 bara qədər) təzyiqli qaz qaz kəmərinin üzərində quraşdırılmalı olduğu halda, 12 fevral 2021-ci il tarixdə “Albalılıq” bar olan 1-ci kateqoriyalı yüksək (6kqq/ sm2 -dən 12 kqq/ sm2-ə qədər) təzyiqli qaz kəmərinin üzərində quraşdırılmışdır. Bu da, ROK-107 (layihədə ROK-407 tipli kimi göstərilmiş) qaz sayğacının qaz sərfiyyatını real ölçüdən artıq göstərilməsinə gətirə bilər. Mübahisəli dövr üzrə iddiaçıya məxsus istixana kompleksində ROK tipli qaz sayğacından qazla təchiz edilmiş 20 ədəd “CRONE” markalı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatını (2981748 m3 ) və işləmə rejimini nəzərə aldıqda, iddiaçı (ROK-107) abonentin saldosunda (abonent kodu **********00020) 2020-ci ilin yanvar, fevral və mart aylar üçün göstərilmiş sərfiyyatlardan ******* m3 miqdarında (602728,4 manat dəyərində) qaz sərfiyyatı artıq hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən (bundan sonra – “cavabdeh”) qaz istifadəsinə görə əsassız olaraq hesablanmış 531.020,2 manat məbləğin müəssisənin xeyrinə tutulması barədə, sonradan isə iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, 2020ci ilin yanvar, fevral və mart ayları üzrə əsassız hesablanmış mübahisəli 531.998,58 manat borcun iddiaçının **********00020 saylı abonent kodundan silinməsi və 70.729,82 manat məbləğin isə iddiaçının **********00020 saylı abonent koduna artıq ödəmə kimi bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus Bakı şəhəri, "X" ünvanında yerləşən 840000 kv.m istixana kompleksində kənd təsərrüfatı məhsullarının yetişdirilməsini həyata keçirir. Müəssisənin qazla təmin edilməsi cavabdeh tərəfindən müqavilə əsasında aparılır. İstixana komplekslərinin 698000 kv.m sahəsinin qaz təminatı əvvəllər 29.12.2019-cu il tarixədək “Buzovna“ QPS üzərindən həyata keçirilmişdir. Cari ilin yanvar ayının 17-də daha 142000 kv.m sahədə yeni istixananın tikintisi başa çatdırılıb istifadəyə verildikdən sonra həmin QPS-də qazın həcmi yetərincə olmadığından, əlavə qaz təminatı “Albalılıq” QPS üzərindən həyata keçirilmişdir. “Buzovna” QPS-də “Elster G1600 TRZ EK-220” tipli, “Albalılıq” QPS-də isə “Rok-107” tipli sərf ölçən cihaz mövcuddur. Cavabdeh tərəfindən cari ilin yanvar, fevral və mart aylarında 840000 kv.m sahədə qazdan istifadəyə görə əvvəlki aylara nisbətən təqribən iki dəfəyə yaxın artıq məbləğin hesablanmasına dair müəssisəyə elektron qaimə təqdim edilmişdir: Yanvar – 1.046.580,02 manat, fevral – 929.296,21 manat, mart – 832.129,62 manat. 2019-cu ilin noyabr və dekabr ayları üzrə 698000 kv.m sahədə qazdan istifadəyə görə müvafiq olaraq 561.209,21 manat və 548.485,21 manat hesablanmışdır. Qaz istifadəsi 1 kv.m sahə üçün ortalama 0, 8 manat olmuşdur. Yeni tikilmiş 142000 kv.m sahədə qazdan istifadəyə başladıqdan sonra ümumi qaz istifadəsinin miqdarı məntiqlə 698000 x 0,8 + 142000 x 0,8 = 672.000 manat hesablanmalı olduğu halda, bu məbləğin xeyli artıq hesablanması cari ilin yanvar, fevral və mart ayları üzrə sayğac göstəricilərinin düzgün olmamasına əsas yaradır, nəticədə bu aylar üzrə hesablanmış - ümumilikdə 2.808.005,85 manat vəsait həqiqəti əks etdirmir. Kənd təsərrüfatı məhsullarının istehsalı və ixracatı üzrə ölkənin qabaqcıl şirkətlərindən biri olan bu müəssisə tərəfindən, əkilmiş məhsulların tələf olması riskinə görə, mübahisəli aylar üzrə əsassız hesablanmış qaz sərfiyyatına dair müəyyən edilmiş məbləğlər təqdim edilmiş elektron qaimələrə əsasən ödənilməkdədir. “Albalılıq” QPS-in göstəricilərinin düzgün olm aması səbəbindən, mövcud vəziyyətin araşdırılması məqsədilə bir neçə dəfə Cavabdeh İB-yə müraciət edilmiş və ayrı-ayrı vaxtlarda (21.02.2020, 29.02.2020, 01.03.2020 və s. tarixlərdə) “Rok-107” tipli sayğaca mütəxəssislərin iştirakı ilə texniki baxış keçirilmiş və hər baxışa dair tərtib edilmiş aktlardan da göründüyü kimi sayğacda nasazlığın olması göstərilmiş və sonda müəyyən günlərin qaz sərfiyyatına dair müəssisənin xeyrinə müəyyən cüzi düzəlişlər edilmişdir. Nəticədə, bu güzəştin məbləği yalnız sayğaca texniki baxış keçirilən gün nəzərə alınmaqla müəyyənləşdirilmişdır. Lakin digər günlərin (yəni sayğaca baxış keçirilməyən günlər) uyğunsuzluğu nəzərə alınmır. İstixanalarda quraşdırılmış qazanların, günlük metroloji göstəricilər nəzərə alınmaqla, texniki xarakteristikaları əsasında mütəxə ssislər tərəfindən aparılmış ilkin araşdırmalar qaz sərfiyyatının cari ilin yanvar, fevral, mart ayları üçün toplam 531.020,2 manat artıq hesablandığını göstərir. Mövcud vəziyyətin belə davam etməsi müəssisəni ağır maliyyə vəziyyəti ilə üz-üzə qoymaqla, digər şəxslər qarşısındakı öhdəliklərinin yerinə yetirməsində ciddi problemlər yaratmış və şirkəti ziyanla işləməyə vadar etmişdir. Beləliklə, tərəflərindən müvafiq araşdırılmalar aparılmaqla, cavabdehə artıq ödənilmiş 531.020,2 manat pul müəyyən edilmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 aprel tarixli, e-2-2(113)-128/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh tərəfindən iddiaçının **********00020 abonent koduna hesablanmış 531998,58 manat məbləğində borcun silinməsi və 70729,82 manat məbləğində artıq ödənilmiş p ul vəsaitinin **********00020 abonent koduna bərpa edilməsi, məhkəmə mühəndis – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim – F.Qasımov).

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Albalılıq” PS-də quraşdırılmış mübahisəli “ROK-107” tipli ******* nömrəli qaz sayğacında sayğacın termosensorunda nasazlıqlar aşkar edilmiş və həmin nasazlıqların aradan qaldırılması üçün təmirlər aparılmışdır. Həmin nasazlıqlar qaz sayğacının qaz sərfiyyatının düzgün ölçülməsinə təsir göstərməklə, qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb olmuşdur.

11. Həmçinin ekspert rəyində qeyd olunduğu kimi mübahisəli dövr üzrə iddiaçıya məxsus istixana kompleks ində “ROK-107” tipli qaz sayğacından qazla təchiz edilmiş 20 ədəd “CRONE” markalı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatını (2981748 m3 ) və işləmə rejimini nəzərə aldıqda, iddiaçı (ROK-107) abonentin saldosunda (abonent kodu **********00020) 2020-ci ilin yanvar, fevral və mart aylar üçün göstərilmiş sərfiyyatlardan ******* m3 miqdarında (602.728,4 manat dəyərində) qaz sərfiyyatı artıq hesablanmışdır.

12. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

13. Bununla cavabdeh tərəf ekspert rəyində qeyd olunan xüsusatların əksini təsdiq edən hər hansı sənəd sübut məhkəməyə təqdim etməmiş və hesablanmış borcun əsaslı olmasını məhkəmədə sübuta yetirə bilməmişdir.

14. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8, 4.9cu bəndlərinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 sentyabr tarixli, 2-2(103)-725/2021 saylı qətnaməsi ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən), A.S.Hüseynov və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 aprel tarixli, e-2-2(113)-128/2021 saylı qətnaməsi lə ğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəflərə aid edilmişdir.

17. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı öz tələbini qaz istifadəsinin 1 kv.m. sahə üçün ortalama 0,8 manat olması, yeni tikilmiş 142.000 kv.m. sahədə qazdan istifadəyə başladıqdan sonra ümumi qaz istifadəsinin miqdarının məntiqlə 698.000 x 0,8 + 142.000 x 0,8 = 672.000 manat hesablanmalı olması, lakin buna zidd olaraq, 2020-ci ilin yanvar, fevral və mart aylarında 840.000 kv.m. sahədə qazdan istifadəyə görə əvvəlki aylara nisbətən təqribən iki dəfəyə yaxın artıq məbləğin hesablanması, bu hesablamanın isə əsassız olması ilə əsaslandırmışdır.

18. İddiaçının artıq hesablama apardığını irəli sürdüyü ROK-107 tip qaz s ayğacı 2021ci ilin aprel ayına qədər işlək vəziyyətdə olub, istehlak olunan qazın sərfiyyatını hesablamış, cavabdeh də həmin sayğacın göstəricilərinə əsasən iddiaçıya borc hesablamışdır. İddiaçı konkret olaraq hazırda istifadə etdiyi ROK-107 tip qaz sayğacından deyil, ümumilikdə bu tip (ROK-107) sayğacların düzgün işləməməsindən narazılıq edir, cavabdeh isə respublikada yüksək təzyiqli müəssisələrdə yalnız bu tip sayğaclardan istifadə olunduğunu bildirir.

19. Məhkəmə Ekspertizası Mərkəzinin 19.02.2021-ci il tarixli 10/3357 saylı rəyindən isə məlum olmuşdur ki, ekspert mübahisəli ROK-107 tipli ******* nömrəli qaz sayğacında (sayğacın termosensorda) aşkar edilmiş nasazlıqlar sayğacın qaz sərfiyyatının düzgün ölçülməsinə təsir göstərməklə, qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə s əbəb ola biləcəyi, qaz sayğacı orta təzyiqli qaz kəmərinin üzərində quraşdırlmalı olduğu halda, yüksək təzyiqli qaz kəmərinin üzərində quraşdırıldığı üçün ROK-107 qaz sayğacının qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə gətirə biləcəyi ehtimallarından hərəkət etmiş, iddiaçıya məxsus istixana kompleksində ROK tipli qaz sayğacından qazla təchiz edilmiş 20 ədəd “CRONE” markalı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatının (2.981.748 kub.m) və işləmə rejimini nəzərə aldıqda, abonentin saldosunda (abonentin kodu: **********00020) 2020-ci ilin yanvar, fevral və mart aylar üçün göstərilmiş sərfiyyatlardan 3.013.642 kub.m. miqdarında (602.728,4 manat dəyərində) qaz sərfiyyatının artıq hesablandığı nəticəsinə gəlmişdir.

20. Beləliklə, cavabdeh iddiaçının mübahisə etd iyi qaz istehlakı məbləğini sayğacın göstəricilərinə əsasən hesablamışdır, eyni sayğac hazırda da işlək vəziyyətdədir və 2020ci ilin yanvar-fevral ayları ilə müqayisədə təqribən yarıbayarı az qaz istehlakı qeydə almışdır (4.377.764+3.930.955 kub.m-ə qarşılıq 2.274.620+2.151.581 kub.m).

21. Cavabdeh mübahisəli qaz istehlakı məbləğini sayğacın göstəricilərinə əsasən hesabladığından, onun hərəkətlərində qanunsuzluq aşkar edilmir, bu səbəbdən əsassız varlanma da mövcud deyil, cavabdehin iddiaçıya zərər vurması müəyyən edilmir və mübahisəli hallarda artıq hesablandığı güman olunan istehlak dəyərinin silinməsi barədə götürdüyü müqavilə öhdəliyi yoxdur.

22. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qаzdаn is tifadə Qaydaları”nın 4.1, 4.2, 4.3, 5.2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "Mülki Prosessual Məcəllə”) 88, 103.1-ci, Mülki Məcəlləsinin 386.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 24. ''Azəriqaz’' İB tərəfindən qaz avadanlıqlarının quraşdırılması zamanı texniki standartlara əməl olunmaması (qaz tənzimləyicinin qaz sayğacından sonra quraşdırılması), sayğacda dəfələrlə nasazlıqların olması və iddiaçı müəssisədə quraşdırılmış qazanların texniki xüsusiyyətləri əsasında aparıl mış ekspertizanın nəticələri iddiaçının mövqeyinin haqlı olduğuna dəlalət edir.

25. Məhkəmə iş üzrə əsas sübutlardan biri hesab olunan ekspert rəyi ilə razılaşmadığını və öz növbəsində qarşı tərəfin təqdim etdiyi heç bir başqa sübut ilə öz mövqeyini əsaslandıra bilməmişdir.

26. Belə ki, Bakı Apelyasiya məhkəməsinə iddiaçının verdiyi izahatda 10 dekabr 2020ci il tarixdə ‘'Rosselxoznadzor”un (Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) tuta xəstəliyinə görə Azərbaycandan Rusiyaya pomidor və alma idxalını qadağan etməsi, müəssisənin və bu fəaliyyətlə məşğul olan digər şirkətlərin Rusiya bazarına məhsul çıxarmasını qeyri-mümkün etmişdir.

27. Qadağaların davam etdiyi müddət ərzində iddiaçının külli miqdarda məhsulu xarab olub yararsız vəziyyətə düşmüş, nəqliyya t vasitələrinin Rusiya sərhəddində günlərlə gözlədilərək geri qaytarılması, istehsal olunan məhsulların istehsalına, (qaz, gübrə, işçilərin əmək haqqısı və s.) xərclənən vəsaitlər xüsusilə də istixana kompleksində yetişdirilən kənd təsərrüfatı bitkilərinin həcmini, o cümlədən əkilən sahələri əhəmiyyətli dərəcədə azaltmaqla əldən çıxmış fayda və s. iddiaçını böyük maliyyə çətinlikləri ilə üzüzə qoymuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdehin kassasiya şikayətinə qarşı etirazında qeyd edilmişdir ki, kassasiya şikayətində istinad edilən ekspertiza rəyi tərtib olunarkən “ROK-107” tipli qaz sayğacında hər hansı qüsurun aşkar edilməsi üçün vacib olan xüsusi laborator müayinə qurğu və avadanlığından istifadə edilməmişdir. Bu tip qurğulardan istifadə olunmadan verilmiş r əy özlüyündə mötəbər sübut hesab edilə bilməz.

29. Eyni zamanda, iddiaçıya məxsus “Elster G-1600 TRZ EK-220” tipli 10522226 nömrəli digər qaz sayğacının (bu sayğac barədə iddiaçının heç bir iradı yoxdur) da göstəriciləri 2019-cu ilin birinci rübündə ******* m3, 2020-ci ilin birinci rübündə ******* m3 olmaqla ******* m3 azalmışdır. 2021-ci ilin göstəriciləri isə yenidən 2019-cu ilin göstəricilərinə yaxın miqdarda ******* m3 olmuşdur. Bu hal onu sübut edir ki, müəssisənin istehsal gücü müxtəlif illərdə müxtəlif olmaqla qaz sərfiyyatı da dəyişmişdir. İddiaçının vergi və gömrük orqanlarından mübahisəli dövrlərlə bağlı istehsal və idxal əməliyyatının müqayisəli təhlilinə imkan verən hesabat sənədləri də təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınma sı və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ 33. “Qаzdаn istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq,“AİBNDA“tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.“ Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz p aylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.“

34. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

88. Sübutların qiymətləndirilməsi “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin“yazılı qaydada verilən əsaslandırılmış“vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.“İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.2. İşdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. 97.4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur. “Maddə

102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıq da, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir”. “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi “ 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır”. Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığınd an, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021ci il 01 sentyabr tarixli, 2-2(103)-725/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti təmin edilməlidir.

36. Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən ona istinad etmişdir ki, cavabdeh iddiaçının mübahisə etdiyi qaz istehlakı məbləğini sayğacın göstəricilərinə əsasən hesablamışdır, eyni sayğac hazırda da işlək vəziyyətdədir və 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə təqribən yarıbayarı az qaz istehlakı qeydə almışdır

37. Cavabdeh mübahisəli qaz istehlakı məbləğini sayğacın göstəricilərinə əsasən hesabladığından, onun hərəkətlərində qanunsuzluq aşkar edilmir, bu səbəbdən əsassız v arlanma da mövcud deyildir, cavabdehin iddiaçıya zərər vurması müəyyən edilmir və mübahisəli hallarda artıq hesablandığı güman olunan istehlak dəyərinin silinməsi barədə götürdüyü müqavilə öhdəliyi yoxdur.

38. İddiaçının kassasiya şikayətinin dəlillərində isə qeyd edilmişdir ki, ''Azəriqaz’' İB tərəfindən qaz avadanlıqlarının quraşdırılması zamanı texniki standartlara əməl olunmaması (qaz tənzimləyicinin qaz sayğacından sonra quraşdırılması), sayğacda dəfələrlə nasazlıqların olması və iddiaçı müəssisədə quraşdırılmış qazanların texniki xüsusiyyətləri əsasında aparılmış ekspertizanın nəticələri iddiaçının mövqeyinin haqlı olduğuna dəlalət edir. Məhkəmə iş üzrə əsas sübutlardan biri hesab olunan ekspert rəyi ilə razılaşmadığını və öz növbəsində qarşı tərəfin təqdim etdiyi heç bir başqa sübut ilə öz mövqeyini əsaslandıra bilməmişdir.

39. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

40. İş materiallarına əsasən birinci instansiya məhkəməsi tərəfindən müvafiq məhkəmə ekspertizası təyin edilərək araşdırılması üçün ekspert qarşısında müvafiq suallar qoyulmuş, Məhkəmə Ekspertizası Mərkəzinin 19.02.2021-ci il tarixli 10/3357 saylı rəyindən isə aydın olur ki, ekspertiza tədqiqatı tam aparılmamış, məhkəmə tərəfindən cavablandırılması xahiş edilən suallar üzrə ekspert tərəfindən faktiki olaraq xüsusi mütəxəssis tədqiqatı aparılmamış, qoyulmuş suallara xüsusi bilik sahəsində mütəxəssis olan ekspert cavabının verilməsi təmin olunmamış, bunun əvəzində iş materiallarındakı məhkəmə tə rəfindən qiymətləndirilməli olan sübutlara əsaslanmaqla özünün şəxsi mülahizələrinə əsaslanan ehtimal xarakterli cavablar verilmişdir ki, həmin cavablara istinad olunaraq mübahisənin qanuni həlli mümkün deyildir. Halbuki ekspert qarşısında qoyulmuş “Albalılıq” QPS-də quraşdırılmış qaz sərfiyyatını ölçən “ROK-107” tipli qaz sayğacının müəyyən edilmiş standartlara uyğun olub–olmadığı, bunun qaz sərfiyyatına təsir edibetmədiyi kimi bilavasitə xüsusi bilik tələb edən suallar ekspert tərəfindən faktiki olaraq cavablandırılmamışdır.

41. Həmçinin iş üzrə araşdırılaraq dəqiq cavab verilməli olan digər məsələ “Albalılıq” QPS-də quraşdırılmış iddiaçıya məxsus qaz avadanlıqlarının quraşdırılması zamanı texniki standartlara əməl olunmaması, qaz tənzimləyicinin qaz sayğacından sonra quraşdırılması, yük sək təzyiqli boru üzərindən qazın verilməsi və bu halın artıq sərfiyyatın əmələ gəlməsinə nə dərəcədə səbəb ola bilməsidir. Və bu suala veriləcək cavab hər hansı ekspertin şəxsi mülahizəsi yox, aparılmış hərtərəfli dəqiq tədqiqatın nəticəsi ola bilər. Apelyasiya məhkəməsinin ekspert rəyilə razılaşmaması isə MPM-nin 103-cü maddəsinin tələblərinə uyğun olmamışdır.

42. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). 43. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası“Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının“28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu“ hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

44. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, cavabdeh ''Azəriqaz’' İB tərəfindən qaz avadanlıqlarının quraşdırılması zamanı texniki standartlara əməl olunmaması, qaz tənzimləyicinin qaz sayğacından sonra quraşdırılması hallarının qaz sərfiyyatına təsiri, sayğacda dəfələrlə nasazlıqların olması və iddiaçı müəssisədə quraşdırılmış qazanların texniki göstəriciləri nəzərə alınmaqla silinməsi tələb olunan sərfiyyatın real olub-olmadığı, yeni tikilmiş 142000 kv.m sahənin qaz sərfiyyatının artımına hansı dərəcədə təsir edə bildiyi (orada quraşdırılmış avadanlıqların texniki göstəriciləri və qaz sərfiyyatı normaları nəzərə alınmaqla) müvafiq araşdırma ilə dəqiq m üəyyən edilməli, nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir.

45. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna və işdəki sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 sentyabr tarixli, 22(103)-725/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti təmin edilməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

47. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 sentyabr tarixli, 2-2(103)-725/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar