Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-15/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisələrinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 iyul tarixli 2-2(103)-385/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. 2019-cu il 19 avqust tarixli İ050KX19 nömrəli müqavilədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bərpa olunan kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borcalana 12 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 200.000 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır.
2. İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanan 2019-cu il 19 avqust tarixli Z1İ050KX19 saylı zaminlik müqaviləsinə əsasən "xxxx" MMC, borcalan bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 3. 2021-ci il 2 mart tarixli 331 saylı maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən kredit üzrə 2021-ci il 2 mart tarixə əsas borcu 196.180,57 manat, faiz borcu 5.841,83 manat və cərimə borcu 0 manat təşkil edir.
4. İddiaçı ASC tərəfindən Bakı Kommersiya Məhkəməsinə göndərilən 2021-ci il 3 may tarixli 647 nömrəli məktubundan görünür ki, Cavabdeh2 MMC tərəfindən 2021-ci il 3 may tarixinədək 47.026,01 manat məbləğində ödəniş edilmişdir.
5. İddiaçı ASC tərəfindən 2020-ci il 23 dekabr tarixli HD-172/20 nömrəli cavabdehlərə bildiriş-pretenziya məktubu göndərilərək yaranmış borcun qısa müddət ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 6. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) 2021-ci il 15 mart tarixində Cavabdeh1 MMC və "xxxx" MMC-yə (bundan sonra – “cavabdehlər”) qarş ı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən İ050KX19 saylı Müqavilə üzrə 196.180,57 manat əsas, 5.841,83 manat faiz olmaqla, cəmi 202.022,40 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanılmış 2019-cu il 19 avqust tarixli İ050KX19 saylı “Bərpa olunan kredit xətti müqavilə”sinə əsasən borcalana illik 16 faiz dərəcəsi ilə, 12 ay müddətinə 200.000 manat məbləğindən bərpa olunan kredit xətti açılmışdır. Cavabdeh1 MMC ilə iddiaçı arasında bağlanmış 2019-cu il 19 avqust tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 MMC 2019cu il 19 avqust tarixli İ050KX19 saylı “Bərpa olunan kredit xətti müqav ilə”si üzrə öhdəliklərin icrasına dair Bаnk qаrşısındа üzərinə öhdəlik götürmüşdür. Cavabdeh müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və qaytarmağı, habelə Banka müvafiq faizləri ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklərini vaxtında lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin İ050KX19 saylı Müqaviləyə əsasən Banka olan borcu 196.180,57 manat əsas, 5.841,83 manat faiz olmaqla, cəmi 202.022,40 manat təşkil edir. Yaranmış borcla bağlı cavabdehə dəfələrlə şifahi və yazılı şəkildə xəbərdarlıq edilsə də, borcun ödənilməsi bu günədək təmin edilməmişdir. Sonuncu dəfə borcalana 2020-ci il 23 dekabr tarixli 172/20 nömrəli bildirişlə yazılı şəkildə xəbərdarlıq edilsə də, borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Beləliklə, B ank tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər həlli (pretenziya) qaydasına riayət edilsə də, bu bir nəticə verməmişdir.
8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385, 442, 448, 472.1, 472.2, 449.4, 465.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1-ci maddəsinə istinad edilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 31 may tarixli e-2-2(113)-1862/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 9 avqust tarixli 9/4803 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 2019-cu il 19 avqust tarixli İ050KX19 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 MMC-nin 2020-ci il 19 sentyabr tarixə iddiaçıya olan əsas borcu 199.909,48 manat, faiz borcu 2.437,22 manat məbləğində müəyyən edilir; Cavabdeh2 MMC-nin məhkəməyə müraciət olunan tarixə iddiaçıya olan əsas borcu 193.816,26 manat, faiz borcu 3.311,03 manat məbləğində müəyyən edilir. Həmçinin ekspert rəyindən müəyyən olunur ki, müqavilə müddətinin bitdiyi tarixə faiz borcu 482,55 manat təşkil etmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 10 sentyabr tarixli e-2-2(113)-1862/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 193.816,26 manat əsas borc, 482,55 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 29 manat olmaqla, cəmi 194.327,81 manat məbləğində pul iddia çının xeyrinə tutulması qət edilmişdir (hakim – Z.Axundova).
12. Məhkəmə müqavilə şərtlərinə görə zamin və borclunun kreditor qarşısında birgə məsuliyyət daşıdığını, cavabdehlərin öhdəliklərini lazımınca yerinə yetirmədiyini və borcun yarandığını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı borcun hər iki cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
13. İddia tələbinin bir hissəsini cavabdehlərdən 196.180,57 manat əsas borcun tutulması təşkil edir. Məhkəmə qeyd etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməli, ekspert rəyinə uyğun olaraq (bax yuxarıda §10) cavabdehlərdən əsas borca görə 193.816,26 manat məbləğində pul tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır.
14. İddia tələbinin digər hissəsini cavabdehlərdən faiz borcuna görə 5.841,83 manat məbləğində pulun tutulması təşkil e dir. Məhkəmənin qənaətinə əsasən iddia həmin hissədə də qismən təmin olunmalı, cavabdehlərdən faiz borcuna görə 482,55 manat məbləğində pul tutulmalıdır. Belə ki, ekspert rəyindən müəyyən olunur ki, müqavilə müddətinin sonuna faiz borcu 482,55 manat təşkil etmişdir.
15. Məhkəmə mövqeyini MM-in 385.1, 386.1, 442, 443.1, 448.1, 470, 472, 739-cu; MPM-in 115.0.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh2 MMC 2022-ci il 30 yanvar tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, iddianın təmin edildiyi hissədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 may tarixli 2-2(103)-385/2022 saylı qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 28 iyun tarixli 9/3554 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Cavabdeh2 MMCnin iddiaçıya kredit müqaviləsinin müddətinin bitdiyi 2020-ci il 19 avqust tarixə olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə - 199.909,48 manat, faiz borcu üzrə - 2.371,76 manat. 2020-ci il 19 avqust tarixdən sonra Cavabdeh2 MMC tərəfindən 12.602 manat məbləğində ödəniş olmuş, həmin ödənişdən 2.371,76 manat cavabdehin faiz borcundan, geriyə qalan 10.230,24 manat isə cavabdehin əsas borcundan silinməsi müəyyən edilir. Cavabdeh2 MMC-nin sualda soruşulanlar üzrə hazırkı tədqiqatla borcunun 189.679,24 manat əsas borc, 0 manat faiz borcu olması müəyyən edilir.
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 iyul tarixli 2-2(103)-385/2022 saylı qətnaməsi ilə Cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi – əsas borca aid hissədə dəyişdirilmiş və faiz borcuna aid hissədə ləğv olunmuşdur. Əsas borcun məbləği 189.679,24 manat məbləğində müəyyən edilmişdir. Faiz borcuna aid hissədə iddianın rədd olunması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əsas borcun tutulması hissəsində iddia qismən əsaslı, faiz borcunun tutulması hissəsində isə iddia əsassızdır. Belə ki, hazırkı işdə müəyyən edilir ki, tərəflər arasında bağla nmış kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, əsas borc tam ödənilməmişdir. Kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza qarşısında müqavilə müddətinin sonuna (2020-ci il 19 sentyabr) və məhkəməyə müraciət olunan tarixə (2021-ci il 15 mart) əsas və faiz borcu nə qədər təşkil etməsi barədə suallar qoyulmuş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həmin suallara uyğun olaraq 2021-ci il 9 avqust tarixli 9/4803 saylı ekspert rəyi verilmişdir (bax yuxarıda §10). Birinci instansiya məhkəməsi ekspert rəyinə uyğun olaraq əsas və faiz borcunun tutulması hissəsində iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razı laşmır.
21. Bu məhkəmə kollegiyası qeyd etmişdir ki, kredit müqaviləsinin müddəti məhkəmənin qeyd etdiyi kimi 2020-ci il 19 sentyabr tarixdə deyil, 2020-ci il 19 avqust tarixdə bitir. Bundan başqa iddiaçı tərəfindən müqavilə müddətinin bitdiyi tarixdən sonra borcun gecikdirilməsinə görə MM-in 445.7-ci maddəsinə əsasən hesablanan faizlərin tutulması barədə hər hansı tələb irəli sürülməmişdir. Ekspert isə müqavilə müddəti bitdikdən sonra həmin maddəyə əsasən illik 5%-lə hesablama aparmışdır.
22. Qeyd olunanlar nəzərə alınaraq, Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 6 may tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2022-ci il 28 iyun tarixli ekspert rəyi verilmişdir (bax yuxarıda §18).
23. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı, 2022-ci il 28 iyun tarixli ekspert rəyini araşdıraraq və MM-in 739 və 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab belə qənaətə gəlmişdr ki, əsas borcun məbləği birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 193.816,26 manat deyil, 189.679,24 manat məbləğində müəyyən edilməli, faiz borcuna aid hissədə isə iddia rədd edilməlidir.
24. Eyni zamanda kollegiya hesab etmişdir ki, həmin borcun Cavabdeh1 MMC-dən tutulması barədə nəticə düzgündür. Tərəflər arasında bağlanılmış zaminlik müqaviləsində qeyd olunan maddi hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin o lan Cavabdeh1 MMC borclu olan Cavabdeh2 MMC ilə birgə məsuliyyət daşıyır.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 470.1, 472.1, 472.2, 739.1, 741-ci; MPM-in 119.1, 372.6-cı maddələri ilə əsaslandırmışdır.
26. Qətnamə 2022-ci il 1 avqust tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmiş, həmçinin eyni tarixli məktubla tərəflərə göndərilmişdir.
27. Cavabdeh2 MMC 2022-ci il 30 sentyabr tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnaməni tam ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Bununla belə, iddiaçı 2022-ci il 24 noyabr tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətini rədd olunmasını, apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
29. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 125-ci maddələrinin tələbləri pozulmuşdur - Hazırkı iş üzrə cavabdehlərin qeyd edilən konstitusion hüquqları pozulmuş və qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən əsassız olaraq maddi məhrumiyyətlərə məruz qalmışlar.
30. MM-in 422.1-ci maddəsinin tələbləri pozulmuşdur – Hazırki iş üzrə məhkəmə tərəfindən qeyd edilən maddi hüquq norması tətbiq edilməmiş və nəticədə cavabdehlərin hüquqları pozulmuşdur. Belə ki, koronavirus infeksiyası ilə bağlı yaranmış ümumi vəziyyətlə bağlı olaraq cavabdehlər tərəfindən öhdəliklərini icra etməsi ilə bağlı müəyyən çətinliklər yaranmışdır ki, bu halın baş verəc əyini ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər müqaviləni ümumiyyətlə bağlamazdılar.
31. MPM-in 2, 14.1, 217, 372-ci maddələrinin tələbləri pozulmuşdur – Hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd edilən prosessual normaların tələbləri də pozulmuş, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, nəticədə cavabdehlərin mülkiyyət hüququnun pozan ədalətsiz qətnamə qəbul edilmişdir. Cavabdehlərin hüquq və mənafeləri təsdiq edilməli olduğu halda edilməmiş, nəticədə hüquqlarını pozan, əsassız əlavə maddi məhrumiyyətlərə məruz qaldıqları ədalətsiz qətnamə qəbul edilmişdir ki, bu da özlüyündə məhkəmə icraatının vəzifələrinin, qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verməsi prinsip inə ziddir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaratmamış, iş materiallarında olan ziddiyyətlərə heç bir qiymət verməmişdir.
32. Kassasiya şikayətinin “Digər məsələlər” hissəsində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin qətnaməsi əsas borca aid hissədə dəyişdirilməsi və faiz borcuna aid hissədə ləğv edilməsi, əsas borcun məbləğinin 189.679,24 manat məbləğində müəyyən edilməsi, faiz borcuna aid hissədə iddianın rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hesab edirik ki, qeyd edilən qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edildiyindən qanunsuz və əsassız olmuşdur. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatl ıq ekspertizasının 2022-ci il 28 iyun tarixli 9/3554 saylı rəyindən göstərilmişdir ki, “... sualda soruşulan 2020-ci il 19 avqust tarixdən sonra cavabdeh "xxxx" MMC tərəfindən 12.602 manat məbləğində ödəniş olmuş, həmin ödənişdən 2.371,76 manat cavabdehin faiz borcundan, geriyə qalan 10.230,24 manat isə cavabdehin əsas borcundan silinməsi müəyyən edilir. Cavabdeh "xxxx" MMC tərəfindən ödənilmiş 12.602 manat məbləğində ödəniş bütöv olaraq əsas məbləğdən çıxılmalı olduğu halda, iş üzrə keçirilmiş ekspertiza zamanı ödənilmiş 2.371,76 manat pulun hansı səbəbdən cavabdehin faiz borcuna silinməsini əsaslandırmamışdır. Məhkəmə tərəfindən isə bununla bağlı heç bir araşdırma aparılmamışdır. Buna görə də qəbul edilmiş qətnamənin cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-dən müştərək qaydada əsas borc ola raq 189.679,24 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması göstərilməsi işin hallarına uyğun olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. İddiaçı MMC 2022-ci il 24 noyabr tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdeh şikayətində MM-in 422.1-ci maddəsinə istinad edərək, məhkəmənin həmin normanı tətbiq etmədiyini, nəticədə cavabdehlərin hüquqlarının pozulduğunu və koronavirus infeksiyası ilə əlaqədar yaranmış ümumi vəziyyət səbəbindən cavabdehlər tərəfindən öhdəliklərin icra edilməsi ilə bağlı müəyyən çətinliklərin yarandığını qeyd etmişdir. Şikayət ərizəsindən də göründüyü kimi, qeyd olunan halın baş verməsi cavabdehlər üçün öhdəliyin icrası istiqamətində yalnız müəyyən çətinliklər yaratmış, lakin öhdəliklərinin icrasını tam amilə istisna etməmişdir. Bundan başqa həmçinin qeyd edilməlidir ki, pandemiya dövründə sözügedən kreditə Bank tərəfindən heç bir cərimə hesablanmamış və cavabdehlərə əlavə maddi məhrumiyyətlər tətbiq edilməmişdir.
34. Cavabdeh tərəf kassasiya şikayətində borc məbləği ilə razılaşmayaraq, 2022-ci il 28 iyun tarixli 9/3554 nömrəli ekspert rəyində göstərilən 12.602 manat məbləğindəki ödənişin bütöv olaraq əsas məbləğdən çıxılmalı olduğu halda, iş üzrə keçirilmiş ekspertiza zamanı ödənilmiş 2.371.76 manat məbləğindəki vəsaitin hansı səbəbdən cavabdehin faiz borcuna silinməsinin əsaslandırılmadığını qeyd etmiş, məhkəmə tərəfindən bununla bağlı heç bir araşdırma aparılmadığını, buna görə də qəbul edilmiş qətnamənin cavabdehlərdən müştərək qaydada əsas borc olaraq 189.679.24 manat məbləğində pu lun iddiaçının xeyrinə tutulmasının göstərilməsinin işin hallarına uyğun olmadığını hesab etdiyini bildirmişdir. Bununla bağlı bildiririk ki, ekspert tərəfindən iş materiallarında olan bütün hesabdan çıxarış və digər sənədlər nəzərə alınmaqla, müfəssəl tədqiqat aparılmış, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmişdir. Məhkəmə qeyd olunan ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirərək, qəbul etdiyi qətnamədə ona istinad etmiş və obyektiv və qərəzsiz olaraq, yuxarıda göstərilən məbləğin cavabdehin ümumi borcunu təşkil etdiyinə qərar vermişdir. Cavabdeh isə öz mövqeyini əsaslandırmaq üçün, həmçinin qeyd etdiyi ziddiyyətin nədən ibarət olması barədə heç bir dəlil göstərməmiş və təsdiqedici sənəd (ödəniş qəbzləri və s. ) təqdim etməmişdir.
35. Bundan başqa, cavabdehin vəkili Bakı Apellyasiya Məhkəməsində iclas zamanı özü qeyd olunan məbləğlə razılaşdığını bildirmiş, hətta özünün verdiyi apellyasiya şikayəti təmin edilərək, yenidən ekspertiza keçirilmiş və nəticədə müvafiq ekspert rəyi əsas tutularaq, Bakı Apellyasiya Məhkəməsi tərəfindən borc məbləği əsas borca münasibətdə azaldılmış, faiz borca münasibətdə isə ləğv edilmişdir. Hesab edirik ki, cavabdeh kassasiya şikayəti verməklə, sadəcə olaraq öhdəliyin icra edilməsinin vaxtını uzatmaq istəyir və həm hesabdan çıxarışlar, həm də ekspert rəyi ilə tam dolğun müəyyən edilən borcun dəqiqləşdirilməsinə heç bir zərurət yoxdur və qeyd olunan şikayət təmin edilməməlidir.
36. Həmçinin bildiririk ki, cavabdehin iddia etdiyinin əksinə, apellyasiya instansiyası məh kəməsi iddiaçının iddia tələbini həm əsas borca münasibətdə, həm də faiz borcuna münasibətdə dəyişmiş (faiz borcunu ümumiyyətlə ləğv etmiş), iddiaçı isə öz növbəsində bu qətnamədən şikayət verməyərək, qətnamə ilə razılaşmışdır.
37. Cavabdeh ərizəsində ilk öncə iddianı qəbul edərək (borcunu etiraf edərək), sadəcə borc məbləği ilə razılaşmadığını bildirsə də, sonda sözügedən qətnamənin tam ləğv edilməsini xahiş etmiş, sanki bununla da cavabdehin iddiaçıya heç bir borcunun olmadığına eyham vurmuşdur. Halbuki göründüyü kimi, bu, tamamilə absurd və əsassız tələbdir və təmin edilməyərək, rədd edilməlidir. Həmçinin bildiririk ki, qeyd olunan vəziyyətin (pandemiya şəraitinin) fors-major hal hesab olunması ilə bağlı hər hansı akt, dövlət hakimiyyət orqanlarının qərarı və s. mövcud deyildir. Habelə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən, fors-major hallarına istinad edən tərəf bu halların baş verməsi haqqında digər tərəfə dərhal yazılı məlumat verməlidir və tərəflərdən hər biri istinad etdiyi fors-major halın mövcudluğunu sübut etməyə borcludur. Lakin, cavabdeh tərəfindən qeyd edilən məlumat iddiaçıya verilməmişdir. Eyni zamanda bildiririk ki, koronavirus infeksiyası ilə bağlı elan olunmuş xüsusi karantin rejimində kommersiya fəaliyyətinin bütün növləri qadağan edilməmiş, cavabdeh isə xüsusi karantin rejimində qadağan edilmiş kommersiya fəaliyyəti ilə məşğul olması ilə bağlı öz mövqeyini əsaslandıran heç bir sübut və dəlil təqdim etməmişdir.
38. Qeyd olunanları nəzərə alaraq, cavabdehin kassasiya şikayətini rədd edib, apellyasiya instansiyası məhkəməs inin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edirik. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq ed ib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmə lə gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlay ar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictim ai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin i cra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuli yyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdar da olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə
741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair 2018-ci il 7 sentyabr tari xli Qərarında göstərilmişdir ki: “... Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir.... Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər.... Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür.... maraqlı tərəfin tələbi ilə kredit müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1ci maddəsində göstərilən əsaslar mövcud olmalıdır....”
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə məbləğlər;...” verilməli olan “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
45. Mə hkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§30-32) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 iyul tarixli 2-2(103)385/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Belə ki, kassator qeyd edir ki, koronavirus infeksiyası ilə bağlı yaranmış ümumi vəziyyətlə bağlı olaraq cavabdehlər tərəfindən öhdəliklərini icra etməsi ilə bağlı müəyyən çətinliklər yaranmış və MM-in 422.1-ci maddəsinin tələbləri pozulmuşdur.
47. Məhkəmə kollegiyası vurğulayır ki, MM-in 422.1 və 422.2-ci maddələrinə (bax yuxarıda §42) əsasən tərəflər müqaviləni bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi zamanı müqavilədə ayrı qayda nəzərdə tutulmayı bsa və ya mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun belə şəraitdə uyğunlaşdırılması, ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı hüquqi imkan nəzərdə tutulmuşdur.
48. Təsadüfi deyil ki, KMP-in 2018-ci il 7 sentyabr tarixli Qərarında da göstərilmişdir ki, müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyrimümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür (bax yuxarıda §43).
49. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən, fors-major hallarına istinad edən tərəf bu halların baş verməsi haqqında digər tərəfə dərhal yazılı məlumat verməlidir və tərəflərdən hər biri istinad etdiyi fors-major halın mövcudluğunu sübut etməyə borcludur.
50. Lakin hazırkı işin hallarından görünür ki, cavabdeh KMP-un hüquqi mövgeyi baxımından MM-in 422-ci maddəsi ilə nəzərdə tutulmuş imkanlardan istifadə edib-etməməsi ilə bağlı, o cümlədən müqavilə şərtinə uyğun olaraq iddiaçıya məlumatı verilməsi öhdəliyi icrası barədə hər hansı sübut təqdim etməmişdir.
51. Kassasiya şikayəti nin digər dəlili ilə bağlı (bax yuxarıda §32) məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı, 2022-ci il 28 iyun tarixli ekspert rəyini araşdıraraq və MM-in 739 və 741-ci maddələrinə əsaslanaraq əsas borcun məbləğinin birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 193.816,26 manat deyil, 189.679,24 manat məbləğində müəyyən etməsi, faiz borcuna aid hissədə isə iddianın rədd etməsi düzgün olmuşdur.
52. Həmçinin, məhkəmə kollegiyası vurğulayır ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin müddət baxımından qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi də qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında icra edilir. Həmin prinsipə görə, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtlər i, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir.
53. Kassatorun prosessual pozuntularla bağlı dəlillərinə (bax yuxarıda §31) münasibətdə də məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər əsassızdır və apellyasiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara və işin hallarına lazımi hüquqi qiymət vermiş, prosessual pozuntulara yol verilmədən düzgün nəticəyə gəlmişdir.
54. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci m addəsinin (bax yuxarıda § 43) tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 43) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
55. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh "xxxx" MMC-in kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 iyul tarixli 22(103)-385/2022 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.