Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-151/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "A" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “B” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARI (açar sözlər:vurulmuş zərərin əvəzinin ödənilməsi) 28.07.2020 GİRİŞ HİSSƏ Hakimlər: Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi hakim), Qəribov Bəhman Fərhad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Aminə Cəfərlinin katibliyi ilə, İddiaçı "A" ASC-nin cavabdeh “B” MMC-yə qarşı “iddiaçının xeyrinə 60.000.000 manat yayma xəttindən əldə edilməli gəlirə görə, 554.454 manat yayma xəttinin köhnəlməsinə, ümumilikdə 60.554.454 manat zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli, 22(103)-166/2019 saylı qətnaməsindən İddiaçı ASC və onun vəkili, həmçinin cavabdeh MMC və onun vəkili tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ASC cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 25.09.2017-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək,MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 60.000.000 manat yayma xəttindən əldə edilməli gəlirə görə, 554.454 manat yayma xəttinin köhnəlməsinə, ümumilikdə 60.554.454 manat zərərin əvəzinin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı istehsal fəaliyyətini genişləndirmək məqsədilə 2005-ci ildən etibarən ünvan 1 ünvanında yerləşən istehsal sahəsini icarəyə götürərək, həmin sahədə öz istehsalını təşkil etmək məqsədilə armatur və şveller istehsalı üçün kombinə edilmiş yayma xəttini quraşdırmış və armatur istehsalına başlamışdır. Bununla əlaqədar olaraq iddiaçı 2005-ci ildən başlayaraq müxtəlif vaxtlarda imzalanmış icarə müqavilələri əsasında qeyd edilən istehsal sahəsindən istifadə etmişdir. Tərəflər arasında sonuncu icarə müqaviləsi 05.01.2011-ci il tarixində imzalanmışdır. Həmin icarə müqaviləsinin müddəti 31.12.2014-cü ilədək müəyyən edilmişdir. Əvvəllər icarəyə götürülmüş sahədə və quraşdırılmış yayma xəttində iddiaçı tərəfindən sərbəst şəkildə istehsal prosesi aparılırdı. Lakin 05.01.2011-ci ildə yeni icarə müqaviləsi imzalan dıqdan sonra cavabdeh müqavilənin tələblərini pozaraq, icarə sahəsindən istifadəyə imkan verməmiş və quraşdırılmış yayma xəttini qaytarmayaraq, icarə sahəsindən istifadəyə imkan verməyərək iddiaçının həmin sahəyə istifadə hüququnu qanunsuz şəkildə pozmuşdur. Cavabdehin bu qanunsuz və özbaşına hərəkətləri nəticəsində iddiaçı məcburiyyət qarşısında qalaraq 2012-ci ilin əvvəllərindən istehsalın dayanmaması, istehsal etdiyi aralıq məhsulun son məhsula emal edilməsi məqsədilə cavabdehə mütəmadi olaraq xammal vermiş, bu xammaldan iddiaçının yayma xəttində cavabdeh tərəfindən işçi cəlb edilərək və əvəzində xidmət haqqı ödənilərək hazır məhsul götürülmüşdür. İddiaçı tərəfindən dəfələrlə icarədə olarkən sahəyə girmək və özünə məxsus, mülkiyyətində olan armatur və şveller istehsalı üçün kombinə edil miş yayma xəttinin sahədən çıxarmaq cəhdləri edilsə də, hər dəfə zor işlədilərək bunların qarşısı alınmışdır. Bununla əlaqədar olaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 17.04.2014-cü il tarixli qətnaməsi ilə iddiaçının iddia ərizəsi tam təmin edilmişdir. Cavabdehin kassasiya şikayəti təmin edilməmiş və qətnamə qüvvədə saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli 2-2(81)-1355/2017 saylı qətnaməsi ilə (hakim: İ.Ə) İddiaçı ASC-nin cavabdeh MMC-yə qarşı MMC-nin tərəfindən İddiaçı ASC-nin xeyrinə 60.000.000 manat yayma xəttindən əldə edilməli gəlirə görə, 554.454 manat yayma xəttinin köhnəlməsinə, ümumilikdə 60.554.454 manat zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməs inin İnzibati-İqtisadi Kollegiyasına həmin qətnamədən apellyasiya şikayəti, habelə iş üzrə məhkəmə iqtisadi-əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-170/2018 saylı, 13 mart 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 05.06.2018-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2-2(103)-170/2018 saylı iş üzrə 01 iyun 2018-ci il tarixli 10001/10519 nömrəli məhkəmə mühəndis-texniki,əmtəəşünaslıq ekspertizası rəyi (ekspert: A.Ağalarov) məhkəməyə göndərilmişdir. Həmin ekspert rəyi ilə razılaşmayan iddiaçı əlavə ekspertizanın keçirilməsinə dair vəsatət verərək, iş üzrə məhkəmə mühəndis-texniki və əmtə əşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-2(103)-170/2018 saylı, 10 iyul 2018-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 20.07.2018-ci il tarixdə iş üzrə 20 iyul 2018-ci il tarixli, 18568/18659 nömrəli əlavə məhkəmə mühəndis-texniki və əmtəəşünaslıq ekspertizasının rəyi (ekspert: E.Q) məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2018-ci il tarixli, 22(103)-170/2018 saylı qətnaməsi ilə (sədrlik edən: V.A, hakimlər: A.N və C.Y) İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1355/2017 saylı iş üzrə 20 dekabr 2017-ci il tarixli qətnaməsi də yişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 dekabr 2018-ci il tarixli, 2-2(102)-457/2018 saylı qərarı ilə (sədrlik edən: ZQ, hakimər: NR və İH) İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2018-ci il tarixli, 2-2(103)-170/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərarda əlavə ekspertizanın təyin edilməsinə dair göstəriş verilmişdir. Yeni apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-166/19 saylı, 28 mart 2019-cu il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 21.05.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2019-cu il tarixli 11903/04 №-li əlavə məhkəmə mühəndis-texniki ekspertizası rəyi apellyasiya məhkəməsinə daxil olmuşdur. Həmin ekspert rəyi ilə razılaşmayan iddiaçının vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-166/19 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. 30.07.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2019-cu il tarixli 16759/16978/79 №-li məhkəmə mühasibatlıq, əmtəəşünaslıq (tikinti materialları üzrə) və mühəndis-texniki ekspertizası rəyi məhkəməyə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 senty abr 2019-cu il tarixli 22(103)-166/2019 saylı qətnaməsi ilə (sədrlik edən: EN, hakimlər: VB və HH) İddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli, 2-2(81)-1355/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçının iddia tələbinin qismən təmin edilməsi və cavabdehdən 3.358.080 (üç milyon üç yüz əlli səkkiz min səksən) manat pulun İddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi və iş üzrə cəmi 246,40 manat (iki yüz qırx altı manat qırx qəpik) ekspertiza və məhkəmə xərclərinin tərəflərdən bərabər qaydada tutulması qət edilmişdir. Həmin qətnamədən İddiaçı və onun vəkili kassasiya şikayəti verərək, qətnamənin “iddia tələbi qalan hissədə təmin edilməsin” hiss əsində dəyişiklik edilməsini və iddia tələbinin qalan hissəsində təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Həmçinin həmin qətnamədən cavabdeh və onun vəkili kassasiya şikayəti verərək, qətnamənin “iddianın təmin olunmuş hissəsində” ləğv edilməsini və iddianın tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 18.05.2016-cı il tarixli məhkəmə qərarı çıxarılanadək cavabdeh yayma xəttini özündə qanunsuz saxladığını bilirmiş və sadəcə olaraq məsələyə məhkəmə tərəfindən qiymət verilərkən bu fakt öz təsdiqini bir daha tapmışdır. Ona görə də zərər tam beş il üzrə hesablanmalıdır (14.327.808 manat). Məhkəmə 2018-ci ilin may ayında yayma xəttinin iddiaçıya qa ytarıldığını bildirsə də, bu günə qədər tam qaytarılmamışdır. Amortizasiya ilə bağlı Mülki Məcəllənin 157.5-ci maddəsi tətbiq olunmalıdır. Bundan başqa, vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 9 ədəd DEM mühərrikləri (dəyəri təqribən 500.000 manat), yayma xəttinin yerləşdiyi bina, onun işləməsi üçün lazım olan tikili obyektlər, transformatorlar, elektrik şitləri, digər mühərriklər, təmizləyicilər, iri çənlər, digər əlavə ehtiyyat hissələri cavabdehə məxsusdur. Cavabdehə məxsus olan avadanlıqların dəyəri yayma xəttinin dəyərindən qat-qat artıqdır. İddiaçıya məxsus olduğu bildirilən qızdırıcı soba isə dağılmış vəziyyətdədir və istismara tam yararsızdır. Buna görə də cavab deh tərəfindən iddiaçıya ziyan vurulması dəlili əsassızdır. İddiaçı yayma xəttini işlək vəziyyətə gətirmək, komplektliyini təmin etmək (mühərrik, avadanlıq və hissələrin alınması) üçün hər hansı hərəkət etməsi barədə sübut yoxdur. Lakin məhkəmə yayma xəttinə tam işlək vəziyyətdə, istismara hazır istehsalat obyekti kimi yanaşmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə qoyulmuş suallara cavab almadan yalnız mühasibatlıq ekspertizasının rəyi ilə mübahisənin həlli mümkünsüzdür. Çünki zərərin vurulması faktı və mal (əmtəə) formasında miqdarı müəyyən edildikdən sonra həmin zərərin konkret məbləği müəyyən edilə bilərdi. Məhkəmə istinad etdiyi ekspert rəyini təhrif edib. Rəydən görünür ki, yayma xətti 2013-2017ci illərdə istismar üçün yararsız olub. Ona görə də 2012-ci ildəki 1 aylıq istehsala görə 20162017-ci illər üçün hesablama aparmaq məntiqsizdir. Rəydə göstərilir ki, qiymət tətbiq olunan şvellerin istehsalıçısı (ölkə və şirkət), keyfiyyət göstəriciləri, QOST-a uyğunluğu barədə məlumat əldə etmək mümkün olmamışdır. Deməli, 20122017-ci illərə ərzində Y8 şvellerinin qiymətinin 960 manatdan hesablanması əsassızdır. Həmçinin yerli və xarici şvellerlərin qiymətinin tədqiqat aparılmadan bərabər götürülməsi də əsassızdır. Keyfiyyət sertifikatı olmayan şvellerin tonunun 960 manatdan hesablanması əsassızdır. Rəydə göstərilir ki, şvellerin keyfiyyat sertifikatları, texniki sənədləri, qaimə-hesab fakturaları, alqı-satqı müqavilələri, bəyannamələri olmadan mühasibatlıq yolu ilə Y8 şvellerinin bazar qiymətinin müəyyən edilməsi mümkün deyil. Ona görə də 1 aylıq istehsala görə bütün dövr üçün hesablama aparmaq əsassızdır. İddiaçı iddiada armatura görə dəymiş zərərin ödənilməsini tələb etdiyi halda, iddiada dəqiqləşdirmə aparmadan məhkəmə zamanı şvellerə görə dəymiş zərərin ödənilməsini tələb etmişdir. Qətnamə də qanunsuz olaraq şveller üzrə çıxarılmışdır. Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsinin məlumatlarına görə 2017-ci ildə metallurgiya sənayesi məhsullarının istehsalı 8,7% azalsa da, məhkəmə bunu nəzərə almayıb. Kassasiya şikayətinə dair yazılı etiraz: İddiaçı cavabdehin kassasiya şikayətinə dair yazılı etiraz vermişdir. Etirazda: Cavabdehin MPM-nin 82.3-cü maddəsinə istinad edilərək qüvvədə olan 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2(82)-47/2014 saylı 17.04.2014-cü il tarixli və digər qətnamələrin zərərin və ya əldən çıxmış faydanın təsdiqi kimi qəbul edilməz olması dəlilinə münasibətdə bildirilmişdir ki, məhz həmin qətnamə iddianın əsaslarından biridir və cavabdehin məsuliyyətinin müəyyən edilməsi üçün hüquqi əsasdır. Cavabdehin məhkəmə tərəfindən əldən çıxmış faydanın müəyyən edilməsi üçün Mülki Məcəllənin 21.2-ci maddəsinin tətbiqini əsaslandıra bilməməsi dəlilinə münasibətdə bildirilmişdir ki, nə məhkəmə qətnaməsində, nə də iddianın hüquqi əsası kimi əldən çıxış fayda və onun ödənişi əsas götürülmüşdür. Qətnamədə ziyanın hesablanması MM-in 157.5-ci maddəsinə əsasən aparılmışdır. Cavabdehin bina, yayma xəttinin işlənməsi üçün lazım olan müvafiq tikili obyektlər, elektrik mühərrikləri olmadan yayma xəttinin işlənməsinin mümkün olmaması dəlilinə münasibətdə bildirilmişdir ki, bu dəlil ilə cavabdeh ümumiyyətlə məhkəmə tərəfində n hansı maddi və ya prosessual hüquq normasının pozulmasını əsaslandıra bilməmişdir. Cavabdehin ekspertiza rəyinin təhrif edilməsi, istehsal normalarının düzgün götürülməməsi, iddiada dəymiş zərərin armatura görə hesablanması, istehsal edilən şvellerin QOST tələblərinə cavab verməməsi və keyfiyyətsizliyinə dair dəlilinə münasibətdə bildirilmişdir ki, 15.07..2019-cu il tarixli ekspert rəyi cavabdehin özünün həmin avadanlıqda məhsul istehsalına, məhsulun çıxış həcminə, markasına dair imzaladığı 16 mart 2012-ci il tarixli müqavilə üzrə qarşılıqlı hesablaşma aktının bazasında tərtib edilmişdir, bu akt işin materiallarında olan mübahisələndirilməyən sənəddir. Tərəflərin izahatları İddiaçının vəkili kassasiya şikayətini müdafiə etdiyini, cavabdehin kassasiya şikayətini qəbul etmədiyini, apellyas iya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasını bildirdi. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “iddia tələbi qalan hissədə təmin edilməsin” hissəsində dəyişiklik edilməsini və iddia tələbinin qalan hissəsində təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili kassasiya şikayətini müdafiə etdiyini, iddiaçının kassasiya şikayətini qəbul etmədiyini apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasını bildirdi. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “iddianın təmin olunmuş hissəsində” ləğv edilməsini və iddianın tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi kassasiya şikayətini müdafiə etdiyini, iddiaçının kassasiya şikayətini qəbul etmədiyini və iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı istehsal fəaliyyətini genişləndirmək məqsədilə 2005-ci ildən etibarən ünvan 1 ünvanında yerləşən istehsal sahəsini icarəyə götürərək, həmin sahədə öz istehsalını təşkil etmək məqsədilə armatur və şveller istehsalı üçün kombinə edilmiş yayma xəttini quraşdırmış və armatur istehsalına başlamışdır. Bununla əlaqədar olaraq iddiaçı 2005-ci ildən başlayaraq müxtəlif vaxtlarda imzalanmış icarə müqavilələri əsasında qeyd edilən istehsal sahəsindən istifadə etmişdir. Tərəflər arasında sonuncu icarə müqaviləsi 05.01.2011 -ci il tarixində imzalanmış, həmin icarə müqaviləsinin müddəti 31.12.2 014-cü ilədək müəyyən edilmişdir. 2012-ci ilin əvvəllərindən cavabdehə mütəmadi olaraq xammal vermiş, bu xammaldan sözügedən yayma xəttində cavabdeh tərəfindən işçi cəlb edilərək və əvəzində xidmət haqqı ödənilərək hazır məhsul götürülmüşdür. Məhkəmələr tərəfindən həmçinin müəyyən edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-47/2014 saylı, 17 aprel 2014-cü il tarixli qətnaməsinə əsasən İddiaçınin cavabdehə qarşı qurğuların (avadanlıqların) təhvil verilməsinə dair iddia ərizəsi təmin edilərək MMC-nin qeyri-qanuni sahibliyində və istifadəsində olan İddiaçıya məxsus, ünvan 2də yerləşən armatur və şveller istehsalı üçün kombinə edilmiş yayma xəttinin cavabdeh tərəfindən İddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-17/15 saylı, 10 mart 2015-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2014-cü il tarixli, 2(82)-47/2014 saylı qətnaməsi qismən – 2009-cu ildə Türkiyədə istehsal edilmiş “D.E.M.” markalı mühərrikin İddiaçıya qaytarılması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 mart 2015-ci il tarixli, 2- 2(103)17/2015 saylı qətnaməsinin qismən-iddianın təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi və həm in hissədə işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-573/15 saylı, 17 dekabr 2015-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-47/2014 saylı, 17 aprel 2014-cü il tarixli qətnaməsinin 2009-cu ildə Türkiyədə istehsal edilmiş D.E.M. markalı mühərrikin İddiaçıya qaytarılması hissəsi istisna olmaqla, qalan – cavabdehin qeyri-qanuni sahibliyində və istifadəsində olan İddiaçıya məxsus, ünvan 2 ünvanında yerləşən armatur və şveller istehsalı üçün kombinə edilmiş yayma xəttinin MMC tərəfindən İddiaçıya təhvil verilməsinin qət olunması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbay can Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-211/16 saylı 18 may 2016-cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 dekabr 2015-ci il tarixli, 2-2(81)573/15 saylı qətnaməsinin dəyişiklik edilmədən qüvvədə saxlanılmışdır. İddiaçı hazırki iddiasında 2012-ci ildən yayma xəttindən istifadə hüququndan məhrum olmasına, 5 il üçün yayma xəttinin hər ay orta hesabla 10.000 ton armatur istehsalı imkanı olmasına, nəticədə 10.000.000 manat gəlir əldə edilməsinin mümkünlüyünə istinadla, həmin məbləğin 10%-ni, yəni 1.000.000 manatı xalis mənfəəti kimi götürmüş və iddiaçıya 5 il üçün (1.000.000 x 12 ay x 5 il) 60.000.000 manat zərər vurulmasını iddia etmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş üzrə verilmiş ekspert rəyini əsas götürərək belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə cavabdehdən iddiaçının xeyrinə 3.358.080 manat məbləğ tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157-ci maddəsinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, “qanuni qüvvədə olan məhkəmə qərarları ilə armatur və şveller istehsalı üçün quraşdırılmış kombinə edilmiş yayma xəttinin (“D.E.M.” markalı mühərrik istisna olmaqla) iddiaçıya məxsus olduğu müəyyən edilərək, cavabdehin üzərinə həmin yayma xəttini qaytarmaq öhdəliyi qoyulduğundan iddiaçı həmin mübahisə üzrə yekun məhkəmə qərarı qəbul edildiyi 18.05.2016-cı il tarixdən (cavabdehin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi vaxtdan) iddia qaldırdığı 25.09.2017-ci il tarixədək, 1 il 3 ay üçün ona məxsus əmlakın qanunsuz olaraq saxlanılması nəticəsində vurulmuş zərərin cavabdehdən tutulmasını tələb etməyə haqlıdır.” Qeyd edilən mübahisə üzrə məhkəmə araşdırmaları getdiyi dövrdə yayma xəttinin hansı tərəfə məxsus olduğu mübahisəli məsələ olduğu üçün (“iddiaçı “X1’’ ASC-nin təsisçilərindən biri olduğunu, yayma xəttinin hissələrinin onun vəsaiti hesabına alındığını göstərmişdir) apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehdən 18.05.2016-cı il tarixədək əmlakın qanunsuz saxlanılması nəticəsində iddiaçıya vurulmuş zərərin tutulmasına dair hissədə iddia rədd edilməlidir. Məhkəmə həmçinin iş üzrə verilmiş sonuncu ekspert rəyi ilə bağlı qeyd etmişdir ki, “03 iyun 2019-cu il tarixli qərardad ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası qarşısı nda- 1. 16 mart 2012-ci il tarixli müqavilə üzrə qarşılıqlı hesablaşma aktına əsasən armatur və şveller istehsalı üçün kombinə edilmiş yayma xəttində bir günlük QOST 535-2005, QOST 8240 olan Y 8 şvellerin istehsalı gücünü həmin şvellerin 01.05.2012-31.12.2017-ci il tarixləri arasında 1 tonun illər üzrə orta aylıq bazar qiymətini, istehsal gücünü, iş rejimini, texniki vəziyyətini, müəyyən etmək məqsədilə zəruri suallar qoyulmuşdur. 30.07.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2019-cu il tarixli 16759/16978/79 №-li məhkəmə mühasibatlıq, əmtəəşünaslıq (tikinti materialları üzrə) və mühəndis–texniki ekspertizası rəyi apellyasiya məhkəməsinə daxil olmuşdur. Ekspert rəyində ekspert qarşısında qoyulmuş beş sualdan yalnız birinci suala cavab verilmiş, 16.03.2012-ci il tarixdən 23.04.2012-ci il tarixədək 38 gün ərzində (bu istehsalat prosesi müddətində istirahət günləri, dayanmalar, iş rejimi və gündəlik iş saatı barədə iş materiallarında məlumat yoxdur) armatur və şveller istehsalı üçün kombinə edilmiş yayma xəttində 4383,64 ton pəstah emal olunaraq 4030,11 ton QOST 535-2005, QOST 8240 olan Y8 şveller istehsal olunması əsas götürülməklə, həmin yayma xəttində gündəlik Y8 şveller istehsalının 106,055 ton təşkil etməsi qeyd edilmişdir. Ekspert rəyində ikinci sual üzrə - “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2019-cu ildə nəşr olunmuş “Azərbaycan qiymətlər” adlı statistik məcmuəsində, həmçinin rəsmi internet informasiya resurslarında QOST 535-2005, QOST 8240 olan Y8 şveller barədə məlumat yoxdur, QOST 535-200 5, QOST 8240 olan Y8 şveller ölçüləri; h-80 mm, eni-40 mm, divarın qalınlığı-4.5mm, rəfin qalınlığı - 7.4 mm, 1 metrinin çəkisi - 7.05 kg olan metal məmulatdır. Bu parametrlər əsasında Azərbaycanda fəaliyyət göstərən tikinti materialları bazarından əldə olunmuş məlumatlara əsasən, 2012-2017-ci illər üzrə Y8 şvellerinin orta aylıq ölkədaxili bazar qiyməti 960 AZN-dir (ƏDV daxil). Qeyd olunan qiymət, tətbiq edilən şvellerin istehsalçısı (ölkə və şirkət), keyfiyyət göstəriciləri, QOST-a uyğunluğu barədə məlumat əldə etmək mümkün olmamışdır". Üçüncü və dördüncü suallar üzrə - “Avadanlığın istehsal gücü onun texniki pasportunda göstərilmişdir. Mühəndis-texniki metodlara əsasən, avadanlığın istehsal gücü avadanlığın pasport üzrə illik iş müddəti fondu, maşın və mexanizmlərin texniki vəziyyəti, a vadanlıqların iş resursları, işin qeyri-bərabər paylanması, zay məhsul əmsalı, iş rejimi və s. kimi faktorlar nəzərə alınmaqla müəyyən edilmişdir. Lakin iş materiallarında bu məlumatlara dair sənədlər yoxdur. Ümumiyyətlə komplektliyi tam olmayan, qüsur və çatışmazlıqlar mövcud olan, texniki cəhətdən istismar üçün yararsız vəziyyətdə olan istehsalat avadanlığında məhsul istehsalı mümkün deyil və yalnız müəyyən təmir-sazlama işləri aparıldıqdan sonra istehsalat prosesi bərpa edilə bilər. Lakin mübahisə müddəti ərzində (01.5.2012-31.12.2017-ci il tarixləri arasında) mövcud olmuş qüsurlar, çatışmazlıqlar və onların xarakteri (qüsurun aradan qaldırılmasının mümkün olub-olmaması, müddəti və s.) barədə mülki iş materiallarında məlumat yoxdur. Qeyd olunan xüsusatlar müvafiq rəsmi sənədlər əsasında müəyyən edilə bilər”. Beşinci sual üzrə “Qiymət - bazar konyukturasının mühüm göstəricisi olaraq, tələb və təklifə təsir göstərən iqtisadi alətdir. O, istehsalın səmərəliliyinin idarə olunmasına və gəlirlərin əldə edilməsinə təsir edən xüsusi amillərdən biri olmaqla, əmtəənin (xidmətin) pula dəyişdirilməsinin ekvivalentidir. Buna görə də istehsal və texniki sənədlər, qaimə- hesab fakturalar, alqı-satqı müqavilələri, vergi bəyannamələri, keyfiyyət sertifikatları olmadan mühasibatlıq yolu ilə əmtəənin (konkret halda 1 (bir) ton QOST 535-2005, QOST 8240 olan Y8 şvellerin) real bazar qiymətini müəyyən etmək mümkün deyil" qeyd edilmişdir.”. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini, işin materiallarını tam və hərtərəfli araşdıraraq aşağıdakılara əsasən apellyasiya instansiyası m əhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Qeyd olunduğu kimi, hazırkı iş üzrə iddiaçının tələbini “cavabdeh tərəfindən İddiaçının xeyrinə 60.000.000 manat (yayma xəttindən əldə edilməli gəlirə görə), 554.454 manat (yayma xəttinin köhnəlməsinə görə), ümumilikdə 60.554.454 manat zərərin ödənilməsi təşkil edir. İddianın maddi hüquqi əsaslarını Mülki Məcəllənin 21.1, 21.2 və 157.5-ci maddələri təşkil edir. Apellyasiya instansiyası məhkəməsi də qətnaməsini əsaslandırmaq məqsədilə eyni maddələrə, eləcə də, həmin Məcəllənin 1096, 1097.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya m üqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.2-ci maddəsi). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın ond a olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir (MM 157.5-ci maddəsi). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (MM 1096-cı maddə). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (MM 1097.1-ci maddə). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəz ərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (MM 386.1-ci maddə). Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, zərərin vurulması öhdəliyin yaranma əsaslarından biridir. Başqa sözlə, mülki hüquq pozuntusundan (deliktdən) öhdəliyin yaranmasının mühüm şərti zərərin mövcudluğudur. Zərər yoxdursa, öhdəlik də yaranmır. Mülki Məcəllənin 21.2-ci maddəsinin məzmunundan göründüyü kimi, zərərin iki forması vardır: real zərər (hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi) və əldən çıxmış fayda (hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi g əlirlər). Məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, hazırkı iş üzrə sübutetmə predmetini MM 157.5-ci maddəsində nəzərdə tutulmuş məsələlərin aydınlaşdırılması təşkil edir. Sübutetmə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019cu il tarixli qərarında göstərilmişdir ki, “hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz q ərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-nin 14.2-ci maddəsi). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi). Qətnamə iş üzrə müəyyən edi lmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-nin 217.3-cü maddəsi). İş üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Hazırkı halda, sübutetmə yükü ziyanın vurulduğunu iddia edən iddiaçının üzərinə düşür. Mülki Məcəllənin 157.5-ci maddəsinə uyğun olaraq ziyanın tutulması üçün əmlakı sahiblikdə əsassız saxlayan şəxsin (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində həmin əmlakdan və ya ondan istifadə etməklə gəlir götürdüyünü (real gəlir), yaxud gəlir götürməli olmasını (potensial gəlir), habelə əmlakın vicdansız sahiblikdə olması ilə bağlı mülkiyyətçiyə zərər dəyməsi faktlarını təsdiq edən sübutlar iddiaçı tərəfindən təqdim edilməli və məhkəmə də gəldiyi nəticəni həmin sübutlarl a əsaslandırmalı idi. Lakin iddiaçı tərəfindən belə sübutların təqdim edilməsi və məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələbinə uyğun qiymət verilməsi işin materiallarından müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, əmlakdan və ya ondan istifadə etməklə gəlir götürülməsi (real gəlir) və ya gəlir götürülməli olması (potensial gəlir) o zaman mümkündür ki, əmlak bunun üçün yararlı vəziyyətdə olsun, adi mülki dövriyyə şəratində istifadə oluna bilsin. Mülki dövriyyə iqtisadi dövriyyənin hüquqi reallaşma forması olub, maddi nemətlərin və onları tələbetmə imkanının cəmiyyətdə hərəkətetməsi üzrə yaranan münasibətlərin, yəni əşyaların və əşya hüquqlarının bir şəxsdən başqalarına keçməsi ilə əlaqədar yaranan mülki hüquq münasibətlərinin məcmusudur. Qanunda da eyni yanaşma təsbit o lunmuşdur. Mülki Məcəllənin 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Lakin əşyanın mülki dövriyyədə iştirak etməsi üçün, onun MM 21.2-ci maddədə də qeyd olunmuş “adi mülki dövriyyə şəraiti”nə uyğun gəlməsi, müvafiq tələblərə, standartlara uyğun hazırlanması (istehsal olunması) zəruridir. Hazırkı mübahisənin predmetinin əsas hissəsini (60.000.000 manat) şveller və armatur istehsalı üçün yayma xəttinin başqa şəxsin sahibliyində olduğu dövrdə xətdən əldə edilmiş və ya edilməli gəlirin alınması təşkil etdiyindən həmin avadanlığın real olaraq belə m əhsul istehsal etməsi və ya potensial olaraq istehsal edə bilməsi məsələsinə aydınlıq gətirilməlidir. Əgər avadanlıq mübahisə dövründə yararsız vəziyyətdə olmuşdursa və ya adi mülki dövriyyənin tələblərinə uyğun məhsul etmək iqtidarında olmamışdırsa, ondan istifadə edərək gəlir götürülməsi (real və ya potensial formada) qeyri-mümkün idi. Yayma xəttinin 2012-ci ilin mart-aprel aylarından sonra yararlı vəziyyətdə olması, normativ tələb və standartlara uyğun məhsul istehsal etmək iqtidarında olması iş materialları ilə müəyyən edilmir, əksinə iş üzrə verilmiş ekspert rəyləri ilə təkzib olunur. Belə ki, iş üzrə ilkin olaraq verilmiş01 iyun 2018-ci il tarixli ekspert rəyinin nəticə hissəsində üçüncü suala cavabda qeyd olunmuşdur ki,“yayma xətti yalnız 16.03.2012 - 23.04.2012-ci il tarixləri ar asındakı müddətdə istismar edilərək şveller (qeyd: armatur və şveller üçün avadanlığın istehsal gücü fərqlidir) istehsal olunmuşdur və mülki iş materiallarında bundan sonrakı dövr üçün avadanlığın fəaliyyətdə olması və məhsul istehsal etməsini təsdiqləyən hər hansı sənəd və fakt yoxdur.”. Həmçinin iş üzrə son olaraq verilmiş 13 may 2019-cu il tarixli ekspert rəyinin tədqiqat hissəsində üçüncü və dördüncü suallar üzrə qeyd olunmuşdur ki, “mülki iş materiallarında “qarşılıqlı hesablaşma aktı” və qaimə-fakturalarda göstərilmiş tarixlərdən sonrakı dövr üçün avadanlığın fəaliyyətdə olması və məhsul istehsal etməsini təsdiqləyən hər hansı sənəd yoxdur.”. Ümumiyyətlə, yayma xətti ilə əlqədar iş materiallarında mövcud olan, 2014, 2015, 2018 və 2019-cu illərdə verilmiş ekspertiza rəylərində yayma x əttinin fəaliyyətsiz vəziyyətdə olması göstərilmişdir. Bundan başqa, 01 iyun 2018-ci il tarixli ekspert rəyinin nəticə hissəsində 4-cü suala (“ünvan 3 də yerləşən armatur və şveller istehsalı üçün nəzərdə tutulmuş yayma xətti istismara yararlıdırmı?”) verilən cavabda göstərilmişdir ki, “10 may 2018-ci il tarixdə ekspertin iştirakı ilə keçirilmiş baxış zamanı istehsalat avadanlıqlarının bəzilərinin yerində olmaması, sökülüb çıxarıldığı, köməkçi avadanlıqların (soyutma sistemi, havalandırma sistemi və s.) fəaliyyətsiz olduğu və hazırkı vəziyyətdə armatur və şveller istehsalı üçün nəzərdə tutulmuş yayma xəttinin istismara yararsız olduğu müəyyən edilmişdir.”. Həmin rəydə 5-ci suala (“Həmin yayma xəttinin işlək vəziyyətdə olması üçün komplektliyi vardırmı?”) cavab olaraq göstərilmişdir ki, “İs tehsal xəttinin komplektinə daxil olan avadanlıq və ehtiyat hissələr avadanlığın texniki sənədlərində göstərilir. Baxış zamanı aşkar edilmiş şəraitdə, yəni qismən sökülmüş və tamlığı pozulmuş vəziyyətdə (tam komplektasiya olmadan) yayma xəttinin bütövlükdə işlək vəziyyətə gətirilməsi mümkün deyil.”. Həmçinin 13 may 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsində dördüncü suala (“Yayma xətti avadanlığında çoxsaylı qüsur və çatışmamazlıqlar mövcud olduğu halda, texniki cəhətdən istismar üçün tam yararlı vəziyyətdə olmayan edilmiş yayma xəttində 01.05.2012 - 31.12.2017-ci il tarixləri arasında şveller və ya armatur istehsal etmək mümkün ola bilərdimi?”) cavabda qeyd olunmuşdur ki, “Ümumiyyətlə, komplektliyi tam olmayan, qüsur və çatışmamazlıqlar mövcud olan, texniki cəhətdən istismar üçü n yararsız vəziyyətdə olan istehsalat avadanlığında məhsul istehsalı mümkün deyil və yalnız müəyyən təmir-sazlama işləri aparıldıqdan sonra istehsalat prosesi bərpa oluna bilər. Lakin mübahisə müddəti ərzində (01.05.2012 - 31.12.2017-ci il tarixləri arasında) mövcud olan qüsurlar, çatışmamazlıqlar və onların xarakteri (qüsurun aradan qaldırılmasının mümkün olub-olmaması, müddəti və s.) barədə mülki iş materiallarında məlumat yoxdur. Qeyd olunan xüsusatlar müvafiq rəsmi sənədlər əsasında müəyyən edilə bilər.”. Göründüyü kimi, avadanlığın yararsız vəziyyətdə olması (istismara yararlı vəziyyətdə olmaması) hər iki apellyasiya baxışı zamanı verilmiş ekspert rəylərində öz əksini tapmışdır. Belə olan halda yararsız vəziyyətdə olan yayma xəttinin adi mülki dövriyyə şəraitinə uyğun məhsul istehsalı etməsi, bununla əlaqədar ondan istifadə etməklə real gəlirin götürülməsi və ya potensial olaraq gəlirin götürülməli olması mümkünsüzdür. Lakin məhkəmə yayma xəttinə tam işlək vəziyyətdə, istismara hazır istehsalat obyekti kimi yanaşmışdır. Məhkəmə cavabdeh tərəfindən yayma xətti istifadə olunmaqla gəlir götürülməsi və ya götürülməli olması faktının mövcudluğunun işin materialları ilə öz təsdiqini tapmamasını nəzərə almadan zərərin həcmini müəyyən etmiş, əsassız olaraq MM 21.1, 21.2, 157.5, 1096, 1097-ci maddələrini tətbiq etmiş, bununla da maddi hüquq normalarını, habelə sübutların qiymətləndirilməsinə dair MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsinin yalnız 2012-ci ilin mart-aprel aylarında, yayma xəttinin işlək vəziyyətdə olduğu dövrdə faktiki is tehsal həcmini, həmin yayma xəttinin istifadəyə yararlı olmadağı, iddia olunan dövrə eyni dərəcədə şamil etməsi əsassız olmuşdur. Əvvəla ona görə ki, iddiaçının tələb etdiyi dövrdə yayma xətti istehsala yararsız və komplektliyi pozulmuş vəziyyətdə olmuşdur (yuxarıda qeyd olunduğu kimi, ekspert rəylərində həmin məqamlar öz əksini tapmışdır və bu, işin materialları təkzib edilmir). Belə vəziyyətdə isə adi mülki dövriyyə şəraitinə uyğun məhsul istehsalı ümumiyyətlə mümkün deyildi. İkincisi, 13 may 2019-cu il tarixli ekspert rəyinin tədqiqat hissəsində üçüncü və dördüncü suallara münasibətdə qeyd olunmuşdur ki, “hesablaşma aktında göstərilmiş 16.03.2012 23.04.2012-ci il tarixlər arası müddətdə istehsalat prosesinin hansı iş rejimində (bir, iki, üç növbəli, fasiləsiz, tam güclə, minimal güclə və s.) aparılması, istehsal prosesinin hansı səbəbdən dayanması və avadanlığın istismar üçün nasaz vəziyyətə düşməsinin səbəbi barədə mülki iş materiallarında məlumat yoxdur;”. Bu məqam hazırkı iş üzrə verilmiş digər ekspert rəylərində də bu və ya digər formada vurğulanmışdır. Üçüncüsü, bütün ekspert rəylərində göstərildiyi kimi, avadanlığın istehsal gücü onun istismarına dair sənədlər (texniki pasportu) ilə müəyyən edilir. İşin materiallarında isə belə sənədlər yoxdur. İşin qeyd olunan halı ilə bağlı,13 may 2019-cu il tarixli ekspert rəyinin tədqiqat hissəsində üçüncü və dördüncü suallara münasibətdə qeyd olunmuşdur ki, “- avadanlıqların üzərində avadanlığın adı, texniki parametrləri, istehsal ili və s. barədə hər hansı məlumat tablosu yoxdur; istehsal avadanlığının texniki pasportu, ist ismar sənədləri, Fövqəladə Hallar Naziriliyinin müvafiq qurumları tərəfindən qeydiyyata alınması, istehsalat üçün yararlı olması, illik yoxlamalardan keçməklə istismara buraxılmasına icazə verilməsi barədə sənədlər yoxdur.”. Həmin ekspert rəyinin nəticə hissəsində üçüncü suala cavabda qeyd olunmuşdur ki, “Avadanlığın istehsal gücü onun texniki pasportunda göstərilir. Mühəndis-texniki metodlara əsasən, avadanlığın istehsal gücü avadanlığın pasport üzrə illik iş müddəti fondu, maşın və mexanizmlərin texniki vəziyyəti, avadanlıqların iş resursları, işin qeyri-bərabər paylanması, zay məhsul əmsalı, iş rejimi və s. kimi faktorlar nəzərə alınmaqla müəyyən edilir. Lakin iş materiallarında bu məlumatlara dair sənədlər yoxdur.”. Eyni zamada, yuxarıda qeyd edildiyi kimi, məhsul mülki dövriyyəyə çıxa rılması üçün zəruri tələblərə, standartlara cavab verməlidir. Sözügedən yayma xəttinin isə mübahisənin əhatə etdiyi 2012-2017-ci illərdə belə məhsul istehsal etmək iqtidarında olduğu işin materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda, iş üzrə verilmiş 15 iyul 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsində ikinci suala cavabda göstərilən 8Y şvellerin orta aylıq ölkədaxili bazar qiymətinə (ƏDV daxil) hazırkı mübahisənin həllində məhkəmə tərəfindən istinad edilməsi əsaslı olmamışdır. Belə ki, elə rəyin həmin hissəsində daha sonra göstərilmişdir ki, “Qeyd olunan qiymət tətbiq edilən şvellerin istehsalçısı (ölkə və şirkət), keyfiyyət göstəriciləri, QOST-a uyğunluğu barədə məlumat əldə etmək mümkün olmamışdır». Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin qanunazidd, təqsirli hərəkətləri ilə iddiaçıya ziyanın vurulması, habelə iddia olunan dövrdə cavabdehin, yayma xəttindən məhsul istehsal edərək gəlir götürməsi və ya gəlir götürmək imkanına malik olması işin materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçının digər – avadanlığın köhnəlməsinə (amortizasiyası) görə iddiaçının xeyrinə 554.454 manatın tutulması tələbinə gəldikdə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, istənilən avadanlığın amortizasiyası təbii proses olduğundan, cavabdehin bunda təqsiri və mülki hüquqi məsuliyyəti istisna olunur. Avadanlıq cavabdehin deyil, bütün müddət ərzində iddiaçının sahibliyində olsa idi belə, eyni amortizasiya prosesisinin getməsi istisna olunmurdu. Məhz bu səbəbdən MM-in 157.5-ci maddəsində vurğulanmışdır ki, vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Başqa sözlə, qanun MM-in 157.5-ci maddəsində nəzərdə tutumuş zərərin əvəzinin ödənilməsi üçün həmin zərərin əmlakın məxsusi olaraq başqa şəxsin sahibliyində olması ilə bağlı yaranmasını tələb edir. Hazırkı avadanlığın amortizasiyası prosesinin isə onun məhz cavabdehin sahibliyində olması ilə bağlı getməsi işin materialları ilə müəyyən olunmur. Bu proses hər hansı digər şəxsin, o cümlədən mülkiyyətçinin sahibliyində olsa da eyni dərəcədə gedə bilərdi. Ona görə də məhkəmə kollegiyası iddiaçı tərəfindən MM-in 157.5-ci maddəsinə istinad edilərək avadanlığın köhnəlməsi ilə bağlı cavabdehdən vəsait tələb olunmasını əsassız hesab edir. Azərbaycan R espublikası MPM-nin 417.1, 417.1.4 və 417.2-ci maddələrinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normalarının pozulmasını, ilk apellyasiya baxışı zamanı iki dəfə, habelə əlavə olaraq, kassasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə əvvəlki qərarında müəyyən edilmiş göstərişlər əsasında ik i dəfə (ümumilikdə dörd dəfə) ekspertiza keçirilməsinə baxmayaraq, iddianın təmin edilməsinə əsas verən halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 - 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Cavabde hin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2-2(81)-1355/2017 saylı, 30 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən – cavabdehdən 3.358.080 manat pulun İddiaçının xeyrinə tutulması hissəsində ləğv edilsin. Yeni qərar qəbul edilərək, iddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-151/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-151/2020
28.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver