Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-151/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı “xxxx” ASC-in cavabdehlər “xxxx” ASC-ə, “xxxx” Şirkətinə, “xxxx” xxxx MMM və Cavabdeh4 qarşı kredit müqavilələrinin ləğv edilməsi, tələbin daşınmaz əmlaka yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda borcun qalıq hissəsinin cavabdehlərdən tutulması tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: kredit müqavilələrinin ləğv edilməsi, tələbin daşınmaz əmlaka yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Şamayev Elşad Yaquboviçdən, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlunun, İddiaçı “xxxx” ASC-in nümayəndə və vəkili Nümayəndə, nümayəndə və vəkili X, nümayəndələri X və X iştirakı ilə, Cavabdeh “xxxx” Şirkəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 oktyabr tarixli 2-2(103)-369/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. “xxxx” ASC (bundan sonra-ASC) ilə “xxxx” xxxx MMM (bundan sonra-MMM) arasında 2009-cu il xxxx tarixli xxxxx saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən MMM-ə 60 ay müddətinə, 6% dərəcəsi (24 ay güzəşt müddəti) ilə 1.000.000 manat məbləğində kredit verilmişdir.
2. Eyni tərəflər arasında 2010-cu il xxx tarixli ****** saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən MMM-ə 60 ay müddətinə, 6% dərəcəsi (24 ay güzəşt müddəti) ilə 1.000.000 manat məbləğində kredit verilmişdir.
3. Həmçinin ASC ilə “XXX” şirkəti (bundan sonra-Şirkət) arasında *** tarixli xxxx saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Şirkətə 60 ay müddətinə, 6% dərəcəsi (24 ay güzəşt müddəti) ilə 500.000 manat məbləğində kredit verilmişdir.
4. Həmin müqavilələr üzrə alınmış kreditlərin təminatı olaraq ASC ilə Cavabdeh4 (bundan sonra-Cavabdeh4) arasında 2009-cu il xxxx tarixli **** saylı, 2010-cu il **** tarixli **** saylı və 2012-ci il **** t arixli **** saylı zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zamin Cavabdeh4 borclular Şirkət və MMM-in bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onlarla birgə məsuliyyət daşıyır.
5. Həmin müqavilələr üzrə alınmış kreditlərin təminatı olaraq ASC ilə “xxxx” ASC (bundan sonra-Camaşırxana) arasında 2009-cu il xxxx tarixli xxxx saylı ipoteka müqaviləsi və 2010-cu il xxxxx tarixli razılaşma, habelə, 2011-ci il xxxx tarixli xxxxx saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və müqavilələrə əsasən Camaşırxanaya məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksi ASC-in xeyrinə ipoteka ilə yüklü olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC cavabdehlər Camaşırxana, Şirkət, MMM və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMM-dən və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə *** tarixli xxxx saylı müqaviləyə əsasən əsas borc üzrə 401.999,51 manat, faiz borcu üzrə 47.526,59 manat, cərimə borcu üzrə 1.377.043,3 manat və **** tarixli ****** saylı müqaviləyə əsasən əsas borc üzrə 982.572,02 manat, faiz borcu üzrə 100.498,78 manat, cərimə borcu üzrə 2.404.746,11 manatın tutulması, Şirkətdən və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə 2011-ci 14 iyun tarixli xxxx saylı müqaviləyə əsasən əsas borc üzrə 500.000 manat, faiz borcu üzrə 104.417,60 manat, cərimə borcu üzrə 591.399,63 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, MMM ilə bağlanmış **** tarixli xxxxx saylı və 2010-cu il xxx tarixli ****** saylı, Şirkət ilə bağlanmış **** tarixli xxxx s aylı kredit müqavilələrinin ləğv olunması, tələbin cavabdeh Camaşırxanaya məxsus olan ünvan 2 ünvanda yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına cavabdehlər MMM və Şirkətin iddiaçıya olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehlərdən tutulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda hər üç kreditin ödənişlərində gecikmələr var. Cavabdeh kredit alanlar ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmirlər. Bunun la əlaqədar olaraq tərəflərindən cavabdehlərə xəbərdarlıqlar olunmuş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Müqavilələr üzrə hazırki tarixə olan borc aşağıdakıdakı kimidir: 2009-cu il xxxx tarixli, xxxxx saylı müqaviləyə əsasən əsas borc 401.999.51 manat, faiz borcu üzrə 15.293.59 manat, cərimə borcu üzrə 250.000 manat; **** tarixli, ****** saylı müqaviləyə əsasən əsas borc 982.572.02 manat, faiz borcu üzrə 17.143.40 manat, cərimə borcu üzrə 250.000 manat; ****tarixli, xxxx saylı müqaviləyə əsasən əsas borc üzrə 500.000 manat, faiz borcu üzrə 62.000.52 manat, cərimə borcu üzrə 623.66 manat. Cavabdehlərlə aralarında imzalanmış "Kredit müqavilələri”nə əsasən ödəniş cədvəli ilə müəyyən olunan müddətlər kredit alan tərəfindən iki aydan artıq gecikdirildikdə, habelə ardıcıl olaraq iki dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İpoteka qoyanla aralarında bağlanmış ipoteka müqavilələrinə görə ipoteka ilə təmin edilən öhdəlik "Kredit alan" tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bankın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranır və bank ipoteka qoyulan əmlak hesabına borcun faktiki ödənilməsi müddəti üçün müəyyənləşdirilmiş bütün tələblərini, o cümlədən faizlərini, borcun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin tam həcmdə ödənilməsini tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən MMM-dən və Cavabdeh4 müştərək qaydada xeyrlərinə **** tarixli, xxxxx saylı müqaviləyə əsasən əsas borc üzrə 401.999.51 manat, faiz borcu üzrə 15.293.59 manat, cərimə borcu üzrə 250.000 manat; **** tarixli, *** *** saylı müqaviləyə əsasən əsas borc üzrə 982.572.02 manat, faiz borcu üzrə 17.143.40 manat, cərimə borcu üzrə 250.000 manat; ****, xxxxx saylı müqaviləyə əsasən əsas borc üzrə 500.000 manat, faiz borcu üzrə 62.000,52 manat, cərimə borcu üzrə 623.66 manat və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; tələbin Camaşırxanaya məxsus olan ünvan 3 ünvanında yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına cavabdehlər MMM-in və Şirkətin iddiaçıya olan borcunun ödənilməsi; satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xah iş etmişlər.
8. Sonradan iddiaçı ASC iddia tələbini faiz və cərimə borcu hissəsində artıraraq, **** tarixli, xxxxx saylı müqaviləyə əsasən əsas borc üzrə 401.999,51 manat, faiz borcu üzrə 47.526,59 manat, cərimə borcu üzrə 1.377.043,3 manat, 2010-cu il xxxxx tarixli, ****** saylı müqaviləyə əsasən əsas borc üzrə 982.572,02 manat, faiz borcu üzrə 100.498,78 manat, cərimə borcu üzrə 2.404.746,11 manat, Şirkətdən və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə 2011-ci il xxxx tarixli, xxxx saylı müqaviləyə əsasən əsas borc üzrə 500.000 manat, faiz borcu üzrə 104.417,60 manat, cərimə borcu üzrə 591.399,63 manat və iddia tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin cavabdeh Camaşırxanaya məxsus olan ünvan 3 ünvanda yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına cavabdehlər MMM və Şirkətin iddiaçıya olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 2 iyun tarixli, 2(81)-32/2015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, MMM-dən və Cavabdeh4 müştərək qaydada **** tarixli xxxx saylı müqaviləyə əsasən əsas borc üzrə 401.999,51 manat, faiz borcu üzrə 47.526,59 manat, **** tarixli ****** saylı müqaviləyə əsasən əsas borc üzrə 982.572,02 manat, faiz borcu üzrə 100.498,78 manat, Şirkətdən və Cavabde h4 müştərək qaydada *** tarixli xxxx saylı müqaviləyə əsasən əsas borc üzrə 500.000 manat, faiz borcu üzrə 104.417,60 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, MMM ilə bağlanmış **** tarixli xxxxx saylı və **** tarixli ****** saylı, Şirkət ilə bağlanmış 2011-ci il xxxx tarixli xxxx saylı kredit müqavilələrinin ləğv edilməsi, borc məbləğlərinin Camaşırxanaya məxsus olan ünvan 2 ünvanda yerləşən əmlak kompleksinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına cavabdehlər MMM-in və Şirkətin iddiaçıya olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun cavabdehlərin başqa əmlakların a yönəldilməklə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
10. Məhkəmə hesab etmişdir ki, iddia tələbində göstərilən əsas borclar və ona hesablanmış bankın gəlir faizləri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tərəf müqavilə öhdəliklərinə əməl etməmiş və qaytarılması nəzərdə tutulan məbləğləri vaxtı çatanadək qaytara bilməmişdir. İddia tələbində göstərilən penya məbləğləri (1.377.043,3 manat + 2.404.746,11 manat + 591.399,63 manat – cəmi 4.373.188,7 manat) Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 445.5 və 462.2-ci maddələrinə əsasən tələb oluna bilməz. İddiaçı tərəf borclunun icranı gecikdirməkdə təqsirli olmasını işin materialları ilə sübut edə bilməmişdir. Borclu öhdəliyin icra olunmamasında təqsirli deyilsə, yəni məsuliyyət daşımırsa kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. İşin materialları ilə həmçinin sübut olunur ki, iddiaçı lazımi anda cavabdehə ödəyəcəyi pulları vaxtında ödəmədiyindən, yəni onun ödənilməsini gecikdirdiyindən cavabdeh lazımi malları satışın pik vaxtında bazara çıxara bilmədiyindən xeyli ziyan çəkməli olmuşdur ki, bu da kreditin vaxtında qaytarılmasına maneəçilik törətmişdir, yəni öhdəliyi vaxtında yerinə yetirməyə imkan verməmişdir. Məhkəmə bu məsələləri dərindən araşdırmır o səbəbdən ki, cavabdeh iddiaçıya qarşı ziyan tələbinə dair iddia qaldırmamışdır, lakin bu səbəb əsas verir ki, cavabdeh kreditin vaxtında qaytarılmasında təqsirli hesab olunmasın.
11. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 385.1, 445.5, 448.1, 458.1, 458.2 və 462.2-ci maddələrinə və Azər baycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 14.2, 77.1, 78.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Cavabdehlər xxxx, Şirkət və MMM həmin qətnamədən apellyasiya şikayəti verərək, **** tarixli, xxxxx saylı müqaviləyə əsasən əsas borc üzrə 22.848 manat, faiz borcu üzrə 47.526 manat, **** tarixli ****** saylı müqaviləyə əsasən əsas borc üzrə 8.332 manat, faiz borcu üzrə 66.394 manat, Şirkətdən **** tarixli, xxxx saylı müqaviləyə əsasən əsas borc üzrə 437.567 manat, faiz borcu üzrə 104.417 manat pulun tutulmasını, borcun cavabdehlərlə yanaşı həm də müştərək qaydada zamin Cavabdeh4 tələb olunmasını və girov əmlakının açıq hərrac satışından əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda borc cavabdehlərin başqa əmlaklarına yönə ldilməklə ödənilməsi hissələrində ləğv olunmasını və həmin hissələrdə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 11 sentyabr tarixli, 2-1(103)-08/2017 saylı qətnaməsi ilə cavabdehlər MMM, Şirkət və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2015-ci il 2 iyun tarixli, 2-2(81)-32/2015 saylı qətnaməsi ləğv olunmuş, iddiaçı ASC-in iddiası təmin edilməmişdir (sədrlik edən – C.Yusifov, hakimlər – V.Ağayev və M.Tağızadə).
14. Bakı Apellyasiya Məhkəməsinin 2016-cı il 5 may tarixli, 2-2(103)-251/16 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin vəsatəti əsasında cavabdehlər tərəfindən hesabdan çıxarış və digər maliyyə sənədləri ilə yanaşı daha əvvəl ümumiyyətlə məhkəməyə təqdim edilməmiş 10 ədəd ödəniş qəbzinin kserosurətləri təqdim olunmuşdur.
15. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2016-cı il 11 noyabr tarixli 10831 saylı ekspert rəyi verilmişdir (cild 4, i/v 183). Həmin rəydə göstərilmişdir ki, təqdim olunmuş hesabdan çıxarış və ödəniş qəbzləri, 2009-cu il xxxx tarixli xxxxx saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 2013-cü il 16 noyabr tarixinə MMM-in ASC-ə olan borcu 13.953,43 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 0,0 manat, faiz borcu 13.953,43 manat. MMM tərəfindən ASC-ə 2013-cü il 16 noyabr tarixindən 2016-cı il 15 fevral tarixinədək ümumilikdə 10.308 manat məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ödənişlər nəzərə alındıqda MMM-in ASC-ə olan borcu 3.645,43 (13.953,43 – 10.308) manat məbləğində müəyyən olunur, o cümlədən: əsas kredit borcu 0,0 manat, faiz borcu 3.645,43 manat. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış və ödəniş qəbzləri, 2010-cu il xxx tarixli ****** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 2012-ci il 19 sentyabr tarixinə MMM-in ASC-ə olan borcu 6.438,21 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas kredit borcu 0,0 manat; faiz borcu 6.438,21 manat. MMM tərəfindən ASC-ə 2012-ci il 19 sentyabr tarixindən 2015-ci il 31 avqust tarixinədək ümumilikdə 79.159,21 manat məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ödənişlər nəzərə alındıqda MMM-in ASC-ə 2010-cu il xx x tarixli ****** saylı kredit müqaviləsi üzrə 72.721 (79159,21 - 6438,21) manat məbləğində artıq ödənişin aparıldığı müəyyən edildi. Həmçinin rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 2011-ci il xxxx tarixli xxxx saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 2011-ci il 21 dekabr tarixinə Şirkətin ASC-ə olan borcu 505.083,13 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 500.000 manat; faiz borcu 5.083,13 manat; Yuxarıda qeyd olunanlardan başqa qeyd olunur ki, məhkəmənin 24 oktyabr 2016-cı il tarixli məktubu ilə təqdim olunmuş ödəniş qəbzləri məlumatlarından göründüyü kimi Şirkət tərəfindən ASC-ə 2013-cü il 25 iyul tarixində 52.916,67 manat, 2013-cü il 16 noyabr tarixində 13.889 manat, 2 012-ci il 19 sentyabr tarixində 500.000 manat, 2015-ci il 11 noyabr tarixində 49.583,34 manat, 2015-ci il 16 dekabr tarixində 13.885 manat olmaqla ümumilikdə 630.274 manat məbləğində ödəniş etmişdir. Qeyd olunan ödənişlər nəzərə alındıqda Şirkətin ASC-ə 2010-cu il xxx tarixli ****** saylı kredit müqaviləsi üzrə 125.190,87 (630.274-505.083,13) manat məbləğində artıq ödənişin aparıldığı müəyyən olundu.
16. Həmin ekspert rəyi məhkəmə kollegiyasının iclasında tədqiq edilərkən, iddiaçı bank tərəfindən ekspert tədqiqatı zamanı ödəniş kimi nəzərə alınan 10 ədəd ödəniş qəbzinin həqiqiliyi mübahisələndirilmişdir.
17. Cavabdehlər tərəfindən məhkəmə kollegiyasına bank hesablarından çıxarışlar və ödəmə qəbzləri təqdim edilməsi və onlarda olan göstəricilərin tərəflərin qarşılıqlı münasibətlərində mübah isələrin yaranmasına gətirib çıxarması Maliyyə Bazarlarına Nəzarət Palatasından mütəxəssis cəlb olunmaqla, iş üzrə yenidən məhkəmə ekspertizası keçirilməsini zəruri etmiş və bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin 2016-cı il 23 dekabr tarixli, 2-2(103)-251/16 saylı yeni qərardadı ilə (sonradan isə əlavə materialların təqdim edilməsi ilə bağlı 2017-ci il 21 aprel tarixli) iş üzrə əlavə-komisyon, kompleks məhkəmə mühasibatlıq və sənədlərin məhkəmə-texniki ekspertizası təyin olunmuşdur.
18. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2017-ci il 15 fevral tarixli 197/474 saylı və 2017-ci il 21 iyun tarixli 11774 saylı sənədlərin texniki ekspertizası rəylərinə (1-5-ci bəndləri) əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən mübahisələndirilən 10 ədəd (165,49 manat məbləğə dair 437 №-li 10.10.2011-ci il tarixli, 4.166,67 manat məbləğə dair 437 №-li 09.12.2011-ci il tarixli, 401.999,51 manat məbləğə dair 1113 №-li 16.11.2013-cü il tarixli, 998.374,99 manat məbləğə dair 437 №-li 19.09.2012-ci il tarixli, 4.000 manat məbləğə dair 437 №-li 09.09.2011-ci il tarixli, 52.916,67 manat məbləğə dair nömrəsiz 25.07.2013-cü il tarixli, 500.000 manat məbləğə dair nömrəsiz 19.09.2012-ci il tarixli, 13.889,00 manat məbləğə dair nömrəsiz 16.11.2013-cü il tarixli, 49.583,34 manat məbləğə dair nömrəsiz 11.11.2015-ci il tarixli, 13885,00 manat məbləğə dair nömrəsiz 16.12.2015-ci il tarixli) ödəmə qəbzləri-onların mətni, imzalar və ştamp əksləri çap üsulu vasitəsilə, elektrofotoqrafik aparatlardan istifadə edilməklə və başqa sənəddən köçürülmə yolu ilə, tarix göstəricilərinin rəqəmləri isə kompüter qrafik təminatından istifadə olunmaqla icra olunmuşdur.
19. Göründüyü kimi, cavabdeh tərəfindən sonradan təqdim edilən 10 ədəd qəbzin müxtəlif üsul və vasitələrin köməyi ilə yaradılan saxta qəbzlər olması ekspert rəyi ilə təsdiq olunmuşdur.
20. Məhkəmə kollegiyası tərəfindən 2016-cı il 23 dekabr tarixli qərardadla əlavə komisyon, kompleks məhkəmə ekspertizası təyin edilmiş və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 2017-ci il 19 iyul tarixli rəy məhkəməyə təqdim edilmişdir (cild 7, i/v 121129).
21. Həmin rəyə əsasən (6-cı sual üzrə) ödənişlər hesablardan çıxarışlarda və kassa kitabında mövcud deyil. (12-ci sual üzrə) iş materiallarına əlavə edilmiş 10 ədəd qəbzlərdəki qeyd olunan ödənişlər cari hesab çıxarışlarında və ya kassa sənədlərində öz əksini tapmamışdır. 2009- cu il xxxx tarixli xxxxx saylı kredit müqaviləsi üzrə təqdim edilmiş cari hesab çıxarışında əks olunan kredit müqaviləsi üzrə borcvalanın 2015-ci il 13 aprel tarixinə olan əsas borcu 423.480,27 manat, faiz borcu 34.125,82 manat; 2010-cu il xxx tarixli ****** saylı kredit müqaviləsi üzrə təqdim edilmiş cari hesab çıxarışında əks olunan kredit müqaviləsi üzrə borc alanın 2015-ci il 13 aprel tarixinə olan əsas borcu 985.523,71 manat, faiz borcu 97.772,67 manat; 2011-ci il xxxx tarixli xxxx saylı kredit müqaviləsi üzrə təqdim edilmiş cari hesab çıxarışında əks olunan kredit müqaviləsi üzrə borc alanın 2015-ci il 13 aprel tarixinə olan əsas borcu 500.000 manat, faiz borcu 104.408,44 manat təşkil edir.
22. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2017-ci il 15 avqust tarixli 198 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəyə əsasən müəyyən olunmuşdur ki, (5-ci sual üzrə) iş materiallarına əlavə olunan 10 ədəd qəbzlərdəki pul məbləğlərinin kassa və operator əməliyyatları üzrə qeydiyyat kitabları təqdim olunmadığından ödəmə kimi öz əksini tapmasını müəyyən etmək mümkün olmadı. İş materiallarında yalnız bankın həmin qəbzlərdəki ödənişlərə dair bir qisim qeydiyyat kitabından çıxarışları (kserosurətlər) mövcuddur. Həmin qeydiyyat kitabından çıxarışlarda mədaxil məbləğlərinin kim tərəfindən mədaxil olması göstərilmir. Bundan əlavə qeydiyyat kitabından çıxarışlarda mədaxil məbləğləri göstərilsə də 10 ədəd qəbzlərdəki pul məbləğlərinin həmin məbləğlərə aid olubolmamasını müəyyən etmək mümkün deyildir. Lakin iş materiallarında olan hesabdan çıxarışlarda 10 ədəd ödəmə qəbzindəki ödəmələrin əksər hissəsi öz əksini tapmışdır. Həmin ödəmələr ekspertiza qarşısında qoyulan 6-cı sualın tədqiqi hissəsindəki cədvəldə öz əksini tapmışdır. (6-cı sual üzrə) 2009-cu il xxxx tarixli xxxxx saylı kredit müqaviləsi üzrə borc alanın 2015-ci il 13 aprel tarixinə olan əsas borcu 155.796,93 manat, faiz borcu 129,81 manat; 2010-cu xxx tarixli ****** saylı kredit müqaviləsi üzrə borc alanın 2015-ci il 13 aprel tarixinə olan əsas borcu 0,0 manat, faiz borcu 0,0 manat; 2011-ci il xxxx tarixli xxxx saylı kredit müqaviləsi üzrə borc alanın 2015-ci il 13 aprel tarixinə olan əsas borcu 500.000 manat, faiz borcu 104.408,44 manat təşkil edir.
23. Bu məhkəmə vurğulamışdır ki, mübahisəli ödəmə qəbzlərinin mötəbər sübut kimi qəbul edilməsi istisna olunsa da, məhkəmə ekspertizasının - bank çıxarışlarına, o cümlədən, cari, ssuda, faiz və cərimə hesablarından çıxarışlar - müştərilərlə bağlanmış kredit müqavilələri üzrə kredit verilməsini, ödənilməsini, faizin, cərimənin hesablanmasını və silinməsini əks etdirən gücə malik bankdaxili ilkin mühasibat sənədlərinə əsasən cavabdehlərin mübahisələndirilən üç kredit müqaviləsi üzrə iddiaçı banka borclarının müəyyən olunmadığını əks etdirən nəticələri sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə araşdırması zamanı iş materialları və həmin materiallar əsasında aparılan məhkəmə ekspertizasının nəticələri ilə mübahisələndirilən üç kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən alınmış kredit məbləğlərinin və ona hesablanmış faizlərin iddiaçı banka qaytarıldığı, bununla da müqavilə öhdəliklərinin icra edild iyi sübuta yetirilir. Belə olan halda isə Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələrinin tələblərindən görünür ki, kreditorun xeyrinə icra nəticəsində öhdəliyə xitam verilir. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan faktiki hallar araşdırılmamış, işin həqiqi halları müəyyən edilməmiş, bankın iddiasında cavabdehlərdən tutulması tələb olunan əsas və faiz borclarının həqiqətən mövcud olub-olmadığı hərtərəfli tədqiq olunmamış, sübuta yetirilmədən həmin məbləğlərin cavabdehlərdən bankın xeyrinə tutulması qənaətinə gəlinmiş, bununla da qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları pozulmuşdur.
24. İddiaçı ASC-in kassasiya şikayəti 2017-ci il 8 noyabr tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, iddiaçı ASC-in qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
25. Cavabdeh4 kassasiya şikayətinə etirazı 2018-ci il 29 yanvar tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına daxil olmuş, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 28 fevral tarixli, 2-2(102)-63/2018 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 11 sentyabr tarixli, 2-2(103)-08/2017 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (sədrli k edən–K.Bədəlov, hakimlər – İ.Dadaşov və A.Hüseynov).
27. Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mötəbər sübut kimi qəbul etdiyi istinad olunan ekspert rəyində ümumi şəkildə saxta qəbzlərdəki məbləğlərin hesabdan çıxarışlarda ödəniş kimi öz əksini tapması göstərilmişdir. Lakin məhz hansı qəbzlərdəki, hansı məbləğlərin və nə vaxt ödənilməsi göstərilməmiş, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışlara (cildin və iş vərəqinin nömrəsi göstərilməklə) konkret istinad edilməmişdir. Belə ki, ekspert qarşısına qoyulan suallarla bağlı bildirmişdir ki, qəbzlərdəki pul məbləğlərinin kassa və operator əməliyyatları üzrə qeydiyyat kitabları təqdim edilmədiyindən onların ödəmə kimi öz əksini tapmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında yalnız bankın həmi n qəbzlərdəki ödənişlərə dair bir qisminin qeydiyyat kitabından çıxarışları (kserosurətlər) mövcuddur. Həmin qeydiyyat kitabından çıxarışlarda mədaxil məbləğlərinin kim tərəfindən mədaxil olması göstərilmir. Bundan əlavə, qeydiyyat kitabından çıxarışlarda mədaxil məbləğləri göstərilsə də 10 ədəd qəbzdəki pul məbləğlərinin həmin məbləğlərə aid olub-olmamasını müəyyən etmək mümkün deyildir. Lakin iş materiallarında olan hesabdan çıxarışlarda 10 ədəd ödəmə qəbzindəki ödəmələrin əksər hissəsi öz əksini tapmışdır. Rəydə ümumi olaraq saxta qəbzlərdəki ödəmələrin əksər hissəsinin öz əksini tapmasına heç bir aydınlıq gətirilməmiş, “əksər hissə” dedikdə, məhz hansı qəbzlərdəki ödənişlərin hesabdan çıxarışlarda öz əksini tapdığı göstərilməmiş, bundan əlavə, ödənişi öz əksini tapmayan qəbzlərlə bağlı da konkret heç bir məlumat qeyd edilməmişdir. Ekspert ödəmələrin ekspertiza qarşısında qoyulan 6-cı sualın tədqiqi hissəsindəki cədvəldə öz əksini tapdığını qeyd etsə də, həmin hissədə hansı qəbzlərdəki ödəmələrin çıxarışda öz əksini tapdığı, həmin məbləğlərin nə vaxt ödənilməsi suallarına aydınlıq gətirilməmişdir. Bundan əlavə, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş mütəxəssis rəyi də apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Halbuki, həmin rəydə birmənalı olaraq göstərilir ki, mübahisələndirilən on ədəd qəbzdəki ödənişlər bank hesabından çıxarışlarda öz əksini tapmamışdır. Sadalanan xüsusatlara baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən ziddiyyətli məqamları aydınlaşdırmamış, ekspertin ümumi olaraq yazdıqla rını mötəbər sübut olaraq qəbul etmiş və iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
28. Bu məhkəmə həmçinin qeyd etmişdir ki, ekspert rəyində istinad edilən saxta qəbzlərdə olan məbləğlərin heç biri nə bankın əməliyyat sistemində, nə də kassa kitablarında mövcud deyildir. Qeyd edilənlər isə sözügedən ekspert rəyinin obyektivliyini şübhə altına almağa kifayət qədər əsas verir. Apellyasiya instansiyası məhkəməsi isə bu hallara əhəmiyyət verməmişdir. Halbuki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə tərəfindən əlavə ekspertiza təyin edilməsi və yenidən bu sahədə xüsusi biliyə malik ekspertin rəyinin alınması məqsədəmüvafiq hesab olunmalıdır. Ekspert rəy verərkən xüsusi bilik tələb etməyən və hazırkı mübahisənin predmeti olmayan, eləcə də artıq qanuni qüvvəyə minmiş məhk əmə qətnaməsinə əsasən preyedusial hal kimi müəyyən edilmiş məsələlərə qiymət verərək, cədvəldəki silinmələr üzrə 550.000 manat əmanət məbləğinin borca silinməsinin qanunsuz olduğunu bildirmişdir. Ekspert tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış müqavilələrin tələblərinə əsasən həmin 550.000 manat məbləği və həmin məbləğə görə 2015-ci il 13 aprel tarixindən hal-hazıradək hesablanmalı 216.868,14 manat faiz məbləği 2009-cu il xxxx tarixli xxxxx saylı və 2011-ci il xxxx tarixli xxxx saylı kredit müqavilələri üzrə müəyyən olunmuş 760.308,18 manat borc məbləğinə yönəldilərək silinməsi ilə son nəticədə borclunun banka 6.559,96 məbləğində artıq ödənişi müəyyən olunur. Ekspert əmanət ilə bağlı gəldiyi nəticəni əsaslandırmaq üçün Mülki Məcəlləninin 296.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, bankın depozitinə qoyulmuş pul vəsaitinin (559.090,29 manat faizlə birlikdə) həmin müqavilələrə görə yaranmış borca yönəldilməsi-silinməsi məhkəməyə müraciət olunmadan girov qoyulmuş əşya hesabına girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında aparılmalı olduğundan və iş materiallarında notarial qaydasında razılaşma olmadığına görə qanunvericiliklə müəyyən edilən qaydalara uyğun deyildir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən, girov qoyulmuş 550.000 manat məbləğində əmanətin kreditin ödənilməsinə yönəldilməsi qanuni hesab edilsə də, ekspert səlahiyyət həddini aşaraq, qeyd edilən məsələyə hüquqi qiymət verməyə çalışmış, həmin əmanətin məbləğini təkrarən kreditin ödənilməsinə hesablamış və artıq ödəmə olmasına dair rəy vermişdir. Qeyd olunanları nəzərə alaraq sözügedən ekspert rəyində olan çatışmazlıqların və ziddiyyətlərin aradan qaldırılması məqsədilə iş üzrə yenidən təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsi tərəfindən müzakirə edilməlidir.
29. Məhkəmə qərarında öz qənaətini MPM-in 88, 101.2, 102.1, 102.2, 103, 418.1-ci maddələrinə və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat
30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 iyul tarixli, 2-2(103)-84/2019 saylı qətnaməsi ilə cavabdehlər Camaşırxana, Şirkət, MMM və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2015-ci il 2 iyun tarixli, 2(81)-32/2015 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddiaçı ASC-in cavabdehlər Camaşırxanaya, Şirkətə, MMM-ə və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası təmin olunmamışdır (sədrlik edən – K.Abiyeva, hakimlər – Ü.Mayılov və A.Nuriyeva).
31. Məhkəmənin 2018-ci il 24 sentyabr tarixli qərardadı ilə iş üzrə təkrar-əlavə komisyon məhkəmə-mühasibatlıq ekspetizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Qərardadda cavabdeh tərəfind ən ekspert qarşısında qoyulması üçün təqdim etdiyi suallar, məhkəmə kollegiyasının müəyyən etdiyi suallardan ayrılıqda qoyulmuş, eləcə də iddiaçı tərəfin vəsatəti nəzərə alınaraq, işin materiallarında olan bank əməliyyatlarına dair çıxarışlar şərti olaraq iki hissəyə-birinci dəfə apellyasiya qaydasında baxılanadək işdə olan və işə yenidən apellyasiya qaydasında baxılarkən, iddiaçının məhkəməyə ünvanladığı 2018ci il 28 sentyabr tarixli vəsatətinə əlavə etdiyi bank əməliyyatlarına dair çıxarışlar fərqləndirilmiş və suallar həmin sənədlərə münasibətdə ayrılıqda qoyulmuşdur. İşin yenidən apellyasiya baxışı zamanı ekspert qarşısında məhkəmə tərəfindən aşağıdakı suallar qoyulmuşdur; -Hazırki işə 1-ci dəfə apellyasiya qaydasında baxılanadək işin materiallarına əlavə edilmiş bank əməliyyatlarına dair çıxarışlar nəzərə alınmaqla tərəflər arasında 2009-cu il xxxx, 2010-cu il xxxxx və 2011-ci il xxxx tarixli kredit müqavilələri üzrə borc alanın, həmin kredit müqavilələrinin müddətinin başa çatdığı və hazırki iddianın qaldırıldığı tarixə (hər bir dövr üzrə ayrı-ayrılıqda göstərilməklə) əsas, faiz və cərimə borcu varmı, varsa nə qədər təşkil edir (İ sual)? -Hazırki işə yenidən apellyasiya qaydasında baxılarkən, iddiaçının məhkəməyə ünvanladığı 2018-ci il 28 sentyabr tarixli vəsatətinə əlavə etdiyi bank əməliyyatlarına dair çıxarışlar nəzərə alınmaqla tərəflər arasında 2009-cu il xxxx, 2010-cu il xxxxx və 2011-ci il xxxx tarixli kredit müqavilələri üzrə borc alanın, həmin kredit müqavilələrinin müddətinin başa çatdığı və hazırki iddianın qaldırıldığı tarixə (hər bir dövr üzrə ayrı-ayrı lıqda göstərilməklə) əsas, faiz və cərimə borcu varmı, varsa nə qədər təşkil edir (İİ sual)? -İşin materiallarına əlavə edilmiş bank əməliyyatlarına dair çıxarışlarda (həm birinci apellyasiya baxışı, həm də ikinci apellyasiya baxışı zamanı təqdim olunmuş çıxarışlar üzrə ayrı-ayrılıqda göstərilməklə) əks olunan məlumatlarda 2009-cu il xxxx, 2010-cu il xxxxx və 2011-ci il xxxx tarixli kredit müqavilələri üzrə borc alanın, həmin kredit müqavilələrinin müddətinin başa çatdığı və hazırki iddianın qaldırıldığı tarixə olan hansı ödəmələri mövcuddur? Əgər mövcuddursa, həmin ödəmələr hansı qaydada nəzərə alınmışdır? Əsas və faiz borcuna silinmələr müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdirmi (İİİ sual)? -İşin materiallarına əlavə edilən bir ədəd 207.316 manat məb ləğə dair 2011-ci il 20 oktyabr tarixli, 437 saylı qəbzə əsasən edilmiş ödəniş 2009-cu il xxxx, 2010-cu il xxxxx və 2011-ci il xxxx tarixli kredit müqavilələri üzrə edilən ödənişlərə aiddirmi? Əgər aiddirsə, bank əməliyyatına dair sənədlərdə (çıxarışlarda) nəzərə alınmışdırmı (İV sual)? -Ödəmə qəbzlərində bankın kodunun bəzi hallarda “506567” kimi, bəzi hallarda isə “xxxx” göstərilməsi bank əməliyyatlarının aparılmasının qanunvericiliklə müəyyən olunan qaydalarına uyğundurmu və ödəniş kodlarının müxtəlif göstərilməsi həmin qəbzlərdəki məbləğlərin ödəniş kimi qəbuluna təsir göstərirmi? Əgər göstərirsə, hansı formada təsir göstərir (V sual)? -Mübahisələndirilən 10 ədəd qəbzlər (165,49 manat məbləğə dair 437 №-li 10.10.2011ci il tarixli, 4.166,67 manat məbləğə dair 437 №-li 09.12.2011-ci il t arixli, 401.999,51 manat məbləğə dair 1113 №-li 16.11.2013-cü il tarixli, 998.374,99 manat məbləğə dair 437 №-li 19.09.2012-ci il tarixli, 4.000 manat məbləğə dair 437 №-li 09.09.2011-ci il tarixli, 52.916,67 manat məbləğə dair nömrəsiz 25.07.2013-cü il tarixli, 500.000 manat məbləğə dair nömrəsiz 19.09.2012-ci il tarixli, 13.889 manat məbləğə dair nömrəsiz 16.11.2013-cü il tarixli, 49.583,34 manat məbləğə dair nömrəsiz 11.11.2015-ci il tarixli, 13.885 manat məbləğə dair nömrəsiz 16.12.2015-ci il tarixli) ödəmə qəbzləri nəzərə alınmaqla, 2009-cu il xxxx, 2010-cu il xxxxx və 2011-ci il xxxx tarixli kredit müqavilələri üzrə borc alanın, həmin kredit müqavilələrinin müddətinin başa çatdığı və hazırki iddianın qaldırıldığı tarixə (hər bir dövr üzrə ayrı-ayrılıqda göstərilməklə) əsas, faiz və c ərimə borcu varmı, varsa nə qədər təşkil edir (Vİ sual)? -Mübahisələndirilən (tarixləri əvvəlki bənddə göstərilən) 10 ədəd ödəmə qəbzləri nəzərə alınmadan 2009-cu il xxxx, 2010-cu il xxxxx və 2011-ci il xxxx tarixli kredit müqavilələri üzrə borc alanın, həmin kredit müqavilələrinin müddətinin başa çatdığı və hazırki iddianın qaldırıldığı tarixə (hər bir dövr üzrə ayrı-ayrılıqda göstərilməklə) əsas, faiz və cərimə borcu varmı, varsa nə qədər təşkil edir (Vİİ sual)? -Qeyd olunan 10 ədəd ödəmə qəbzlərindəki pul məbləğləri-bankın həmin qəbzlərdəki ödəniş gününə olan kassa və operator əməliyyatları üzrə qeydiyyat kitablarında və bank əməliyyatlarının qeyd olunduğu digər sənədlərdə (o cümlədən çıxarışlarda) ödəmə kimi öz əksini tapmışdırmı (Vİİİ sual)?. -Azərbaycan Respublikası Maliyyə Bazarla rına Nəzarət Palatasının mütəxəssisinin ayrı tərtib etdiyi rəy, 2019-cu il 7 mart tarixli, ********** saylı müşayət məktubu ilə həm məhkəməyə, həm də Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilmişdir. -Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisinin həmin rəyi də nəzərə alınmaqla (ekspert rəyinin 4-cü səhifəsi), Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmənin 2018-ci il 24 sentyabr tarixli qərardadının icrası qaydasında 2019-cu il 7 iyun tarixli, 29584 saylı ekspert rəyi verilmişdir. Buna görə də, məhkəmə kollegiyası işə əlavə olunan həmin mütəxəssis rəyində qeyd olunan məlumatlara (31 vərəqdə) ayrıca istinadı zəruri hesab etmir. -İş üzrə verilmiş ekspert rəyinin məhkəmənin birinci sualının tədqiqi hissəsində (ekspert tədqiqatı birinci instansiya məhkəməsinə olan işin materiallarına əsasən aparılmışdır) göstərilənlər nəzərə alınmaqla, ekspertlər üç kredit müqaviləsi üçün aşağıdakıları müəyyən etmişlər; 2009-cu il 10 dekabr tarixli xxxx saylı müqavilə üzrə hazırki iddianın qaldırıldığı 2013-cü il 27 noyabr tarixinə əsas və cərimə borcu 0,00 manat, faiz borcu 842,63 manat, kredit müqaviləsinin müddətinin başa çatdığı 2014-cü il 16 dekabr tarixinə əsas borc 361.129 manat, faiz borcu 21.783,95 manat, cərimə borcu 0,00 manat. -Rəydə qeyd olunur ki, hazırki iş üzrə birinci dəfə apellyasiya qaydasında baxılanadək işin materiallarında olan sənədlərdən göründüyü kimi, borc alan tərəfindən aparılmış 207.316 manat məbləğində ödənişdən cari hesabda (KD hesabına ödəniş) öz əksini tapsa da, lakin həmin məbləğin 9.90 0,17 manatı AK/M/027/2010-cu il tarixli kreditin əsas və faiz borcuna, 1.666,69 manatı xxxxx saylı kreditin faiz borcuna, 21.065,57 manatı AK/M/150/2010-cu il tarixli kreditin əsas və faiz borcuna, 5.834,53 manatı ******-cu il tarixli kreditin əsas və faiz borcuna, 168.341,80 manatı 152.899,0 avro alınması üçün və 497,32 manatı isə avronun alınması üçün komissiya xərcinə silinmiş, 9,92 manatın silinməsi və hesabda qalmasına dair hesabdan çıxarışda qalıq məbləğləri göstərilməmişdir. Belə ki, iş materiallarında olan digər sənədlərdən göründüyü kimi, 2011-ci il 15 iyul tarixində AK165/2011 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən güzəşt müddəti 3 aylıq olmaqla illik 22% olmaqla 160.000 avro məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin ayrılmaz tərk ib hissəsi olan ödəniş qrafikində borc alanın 1-ci ödənişi 2011-ci il 22 avqust tarixində 3.129 avro, 2-ci ödənişi 2.738 avro, 3-cü ödənişi 2.933 avro, 4-cü ödənişi isə 163.032 avro təşkil edir. C.3(əlavə sənədlər) i.v 12-19. İş materiallarından göründüyü kimi, 2011-ci il 15 iyul tarixində AK165/2011 saylı kredit müqaviləsində ödəniş qrafikinə əsasən güzəşt müddəti olduğu halda borc alan tərəfindən aparılmış 2011-ci il 20 oktyabr tarixində 207.316 manat ödənişdən konvertasiya olunaraq 152.899 avro məbləğində pul vəsaitinin vaxtından əvvəl silinməsi kredit müqaviləsinin şərtlərinə uyğun deyildir. Yuxarıda göstərilənləri nəzərə alaraq borc alan tərəfindən aparılmış 207.316 manat ödənişin digər suallarda olduğu kimi 2009-cu il xxxx tarixli xxxxx saylı kredit müqaviləsinə yönəldilir; -2010-cu il xxx tarixli ****** saylı müqavilə üzrə hazırki iddianın qaldırıldığı 2013-cü il 27 noyabr tarixinə əsas borc 484.016,74 manat, faiz borcu 16.229,93 manat, cərimə borcu 0,00 manat; kredit müqaviləsinin müddətinin başa çatdığı 2015-ci il 14 may tarixinə əsas borc 984.012,74 manat, faiz borcu 102.659,05 manat, cərimə borcu 0,00 manat; -2011-ci il 14 iyul tarixli xxxx saylı müqavilə üzrə hazırki iddianın qaldırıldığı 2013-cü il 27 noyabr tarixinə artıq ödəniş 175.867,50 manat, kredit müqaviləsinin bitdiyi 2016-cı il 16 iyun tarixinə əsas borc 254.094,61 manat, faiz borcu 39.511,71 manat, cərimə borcu üzrə 0,00 manat müəyyən edilmişdir. -Hər üç kredit müqaviləsi üzrə rəydə göstərilmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmadı; -Tədqiq olunan ekspert rəyində ikinci, üçüncü və yeddinci suala dair, 2009-cu il xxxx tarixli xxxxx saylı müqavilə üzrə-rəyin tədqiqat hissəsində göstərildiyi kimi hazırki iş üzrə yenidən apellyasiya qaydasında baxılarkən, iddiaçının məhkəməyə ünvanladığı 2018-ci il 28 sentyabr tarixli vəsatətinə əlavə etdiyi bank əməliyyatlarına dair hesabdan çıxarışlar nəzərə alınmaqla tərəflər arasında 2009-cu il xxxx tarixli kredit müqaviləsi üzrə 2013-cü il 27 noyabr tarixinə 40.689,95 manat artıq ödənişi və 2014-cü il 16 dekabr tarixinə 42.559,95 manat artıq ödənişi müəyyən edilmişdir. Qeyd olunur ki, hazırki tədqiqatla 2, 3 və 7-ci suallara cavab verilərkən hər hansı k redit müqaviləsi üzrə yaranmış artıq ödənişin borc alanın digər kredit müqaviləsi üzrə yaranmış borcuna yönədilməsi məhkəmə tərəfindən qiymətləndirilmədir; -2010-cu il xxx tarixli ****** saylı müqavilə üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hazırki iş üzrə yenidən apellyasiya qaydasında baxılarkən, iddiaçının məhkəməyə ünvanladığı 2018-ci il 28 sentyabr tarixli vəsatətinə əlavə etdiyi bank əməliyyatlarına dair hesabdan çıxarışlar nəzərə alınmaqla tərəflər arasında 2010-cu il xxxxx tarixli kredit müqaviləsi üzrə borc alanın 2013-cü il 27 noyabr və 2015-ci il 14 may tarixlərinə 68.560,87 manat artıq ödənişi müəyyən olunur; -2011-ci il xxxx tarixli xxxxxx saylı müqavilə üzrə rəyin tədqiqat hissəsində gösərildiyi kimi, hazırki iş üzrə yenidən apellyasiya qaydasında baxılarkən, iddia çının məhkəməyə ünvanladığı 2018-ci il 28 sentyabr tarixli vəsatətinə əlavə etdiyi bank əməliyyatlarına dair hesabdan çıxarışlar nəzərə alınmaqla tərəflər arasında 2011-ci il xxxx tarixli kredit müqaviləsi üzrə borc alanın 2013-cü il 27 noyabr tarixinə 175.867,50 manat artıq ödənişi, 2016-cı il 16 iyun tarixinə əsas borcu 254.094,61 manat, faiz borcu 39.511,71 manat müəyyən edilir; -Tədqiq olunan ekspert rəyində dördüncü sual üzrə-rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş çıxarış məlumatlarında 2011-ci il 20 oktyabr tarixli 437 saylı qəbzə əsasən 207.316 manat məbləğində ödəniş cari hesabda öz əksini tapsa da, lakin həmin məbləğin 9.900,17 manatı AK/M/027/2010-cu il tarixli kreditin əsas və faiz borcuna, 1.666,69 manatı xxxxx saylı kreditin faiz borcuna, 21.065,57 manatı AK/M/150/2010-cu il tarixli kreditin əsas və faiz borcuna, 5.834,53 manatı ******-cu il tarixli kreditin əsas və faiz borcuna, 168.341,80 manatı 152.899 avro alınması üçün və 497,32 manatı isə avronun alınması üçün komissiya xərcinə silinmiş, 9,92 manatın silinməsi və hesabda qalmasına dair hesabdan çıxarışda qalıq məbləğləri göstərilməmişdir. Lakin iş materiallarında olan digər cari hesabdan çıxarışda isə həmin ödəniş xxxxx-cu il tarixli kredit müqaviləsi üzrə əsas borcda silinmə kimi göstərilmişdir. Həmçinin iş materiallarında olan hesabdan çıxarışlarda kreditlərin güzəşt müddəti bitməmiş (yəni gecikmə müddəti olmadan) kredit məbləğləri vaxtı keçmiş hesaba keçirilmiş, yenidən qaytarılmış, bir daha vaxtı keçmiş hesaba keçirilməklə cərimələr hesablanmışdır. Eləcə də məhkəmə tərəfindən təq dim edilmiş çıxarışların bir hissəsində ödəniş məbləğləri öz əskini tapmamış, bir hissəsində isə öz əskini tapmışdır. Hesabdan çıxarışda 2011-ci il 20 oktyabr tarixində 207.316 manat məbləğində kredit ödənişi öz əksini tapmışdır ki, həmin ödənişin bir qismi MKR-də göstərilən məlumata, yəni 2010-cu il 29 iyul tarixinə AK/M/027/2010-cu il tarixli kredit və 2010-cu il 1 sentyabr tarixinə AK/M/150/2010-cu il tarixli kredit müqaviləsi üzrə borc məbləği bağlanmış göstərməsinə baxmayaraq bank tərəfindən AK/M/027/2010-cu il tarixli kredit müqaviləsi üzrə 2011-ci il 20 oktyabr tarixində 9.900,17 manat və AK/M/150/2010-cu il tarixli kredit müqavilələri üzrə 2011-ci il 20 oktyabr tarixində 21.065,57 manat məbləğində silinmələr aparılmışdır. Müəssisənin cari hesabında əsas və faiz borcundan ödəniş o lmuş və suda hesabından çıxarışda isə həmin məbləğlər əsas borcdan silinib vaxtı keçmiş borca köçürülüb ki, həmin köçürülmə tarixləri, təyinatları və məbləğləri mübahisəli qəbzlərlə üst-üstə düşür. Qeyd olunan məbləğlər əsas borcdan silinib vaxtı keçmiş borca köçürülən dövrdə müəssisənin həmin kredit müqavilələri üzrə vaxtı keçmiş borcu mövcud olmamış və eyni zamanda həmin məbləğlər qədər də əsas borcu olmamışdır. Yuxarıda göstərilən səbəblərdən hazırki ekspetirza zamanı, müəssisənin vaxtı keçmiş borcu olmadığı halda ssuda hesabından əsas borcun silinərək vaxtı keçmiş borca hansı səbəbdən köçürüldüyünü müəyyən etmək mümkün olmadı; -Tədqiq olunan ekspert rəyində beşinci sual üzrə qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ödəmə qəbzlərində bankın kodunun bəzi hallarda «506567» kimi, bəzi hallarda isə «xxxx» göstərilməsi bank əməliyyatlarının aparılmasının qanunvericiliklə müəyyən edilən qaydalarına uyğun deyil. Hər bir bankın və hər bir filialın bir kodu olmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankının internet səhifəsində (www.cbar.az) «xxxx» kodu ASC-in baş idarəsinə aid olduğu göstərilmiş və «506567» kodun hansı banka və ya hansı bankın hansı filialına aid olması və ümumiyyətlə belə bir kodun mövcud olması barədə məlumat yoxdur. Qeyd edilməlidir ki, hər bir bankın bir kodu olur ki, pulun mədaxili zamanı ödəniş qəbzində və ya ödəniş tapşırığında həmin kod göstərilir. İşdə olan materiallardan da görünür ki, ASC-in baş ofisinin kodu xxxx olsa da, təqdim edilmiş ödəniş qəbzlərinin bir çoxunda bank tərəfindən 506567 saylı koddan istifadə edilməklə kass aya vəsait mədaxil olunmuşdur ki, həmin vəsaitlərin də müştərinin hesablarına mədaxil olunması sənədlərlə (çıxarışda) təsdiq olunur. Belə ki, iş üzrə təqdim edilən 3, 4, 5-ci cilddə olan ödəniş qəbzləri üzrə pul vəsaitləri 506567 saylı kodla mədaxil edilməsi çıxarış sənədlərində öz təsdiqini tapır. Bundan başqa məhkəmənin 2019-cu il 2 aprel tarixində məhkəmə ekspertizası mərkəzinə mədaxil qəbzləri və həmin qəbzlərlə bağlı ümumi icmal şəklində cədvəl məlumatları təqdim olunmuşdur. Həmin mədaxil qəbzlərinin rekvizitləri Mərkəzi Bankın mövcud qanunvericiliyinə uyğun olaraq tam şəkildə tərtib edilməmişdir. Belə ki, bir qisim qəbzlərdə müştərilərin adı, pul vəsaitini qəbul edən kassirin adı, ödəmə qəbzinin nömrəsi və sair qrafalar boş qoyulmuşdur. Bank kodu banklararası köçürmə sənədində yalnış göstərildiyi hallarda digər bank hesablarına köçürmələr həyata keçirilməməklə yanaşı, köçürmə sənədindəki yalnışlıq düzəldildikdən sonra əməliyyat həyata keçirilir. Vəsaitin kassaya mədaxili prosesində isə bank kodunun yalnış göstərilməsi nəticəsində vəsaitin kassaya mədaxil edilməsi bankın özü tərəfindən həyata keçirildiyinə görə bu vəsaitin qəbulu bank əməkdaşı və proqram təminatından asılıdır. Həmçinin qeyd edilir ki, bir kodla aparılan əməliyyatların yekun balansında düzgün nəticə əldə edilir. İkili kodla aparılan əməliyyatların yekununda isə düzgün nəticə əldə olunmaya bilər. -Tədqiq olunan ekspert rəyində altıncı sual üzrə qeyd olunmuşdur ki, 2009-cu il xxxx tarixli xxxxx saylı müqavilə üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, mübahisələndirilən 10 ədəd qəbzlər (4.000 manat məbləğə dair 437 №-li 09.09.2011-ci il tarixli, 165,49 manat məbləğə dair 437 №-li 10.10.2011-ci il tarixli, 4.166,67 manat məbləğə dair 437 №- li 09.12.2011-ci il tarixli, 401.999,51 manat məbləğə dair 1113 №-li 16.11.2013-cü il tarixli, 998.374,99 manat məbləğə dair 437 №-li 19.09.2012-ci il tarixli, 52.916,67 manat məbləğə dair nömrəsiz 25.07.2013-cü il tarixli, 500.000 manat məbləğə dair nömrəsiz 19.09.2012-ci il tarixli, 13.889 manat məbləğə dair nömrəsiz 16.11.2013-cü il tarixli, 49.583,34 manat məbləğə dair nömrəsiz 11.11.2015-ci il tarixli, 13.885 manat məbləğə dair nömrəsiz 16.12.2015-ci il tarixli) ödəmə qəbzləri nəzərə alınmaqla (mübahisələndirilən qəbzlərin hər biri təyinatına görə qeyd olunan müqavilə üzrə) tərəflər arasında 2009-cu il xxxx tarixli kredit müqaviləsi üzrə borc alanın 2013-cü il 27 noyabr tarixinə 40.689,95 manat artıq ödənişi və 2014-cü il 16 dekabr tarixinə 42.559,95 manat artıq ödənişi, 2010-cu il xxx tarixli ****** saylı müqavilə üzrə 2013-cü il 27 noyabr və 2015-ci il 14 may tarixlərinə 77.014,67 manat artıq ödənişi, 2011-ci il xxxx tarixli, xxxx saylı müqavilə üzrə 2013-cü il 27 noyabr tarixinə 322.416,03 manat məbləğində artıq ödənişi, 2016-cı il 16 iyun tarixinə isə 385.884,37 manat məbləğində artıq ödənişi müəyyən olunur; -Tədqiq olunan ekspert rəyində səkkizinci sual üzrə qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarına əlavə edilən 10 ədəd (165,49 manat məbləğə dair 437 №-li 10.10.2011-ci il tarixli, 4.166,67 manat məbləğə dair 437 №-li 09.12.2011-ci il tarixli, 401.999,51 manat məbləğə dair 1113 №- li 16.11.2013-cü il tarixli, 998.374,99 manat məbləğə dair 437 №-li 19.09.2012-ci il tarixli, 4.000 manat məbləğə dair 437 №-li 09.09.2011-ci il tarixli, 52.916,67 manat məbləğə dair nömrəsiz 25.07.2013-cü il tarixli, 500.000 manat məbləğə dair nömrəsiz 19.09.2012-ci il tarixli, 13.889,00 manat məbləğə dair nömrəsiz 16.11.2013-cü il tarixli, 49.583,34 manat məbləğə dair nömrəsiz 11.11.2015-ci il tarixli, 13.885 manat məbləğə dair nömrəsiz 16.12.2015-ci il tarixli) qəbzlərdəki pul məbləğlərinin kassa və operator əməliyyatları üzrə qeydiyyat kitabları təqdim edilmədiyindən ödəmə kimi öz əskini tapmasını müəyyən etmək mümkün olmadı. İş materiallarında yalnız bankın həmin qəbzlərdəki ödənişlərə dair bir qisim qeydiyyat kitabından çıxarışları (kserosurətlər) mövcuddur. Həmin qeydiyyat kitabında n çıxarışlarda mədaxil məbləğlərinin kim tərəfindən mədaxil olması göstərilmir. Bundan əlavə qeydiyyat kitabından çıxarışlarda mədaxil məbləğləri göstərilsə də 10 ədəd qəbzlərdəki pul məbləğlərinin həmin məbləğlərə aid olub-olmamasını müəyyən etmək mümkün deyildir. Lakin iş materiallarında olan, məhkəmə tərəfindən təqdim edilən hesabdan çıxarışlarda 10 ədəd ödəmə qəbzindəki ödəmələrin əksər hissəsi öz əksini tapmışdır.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarının şərhinin tətbiqi o anlama gətirir ki, müqavilə şərtlərinə görə əsas kredit borcuna hesablanmış faiz borcu hə min müqavilələr üzrə müddətlərin bitdiyi tarixlə məhdudlaşdırılmalıdır. İlk növbədə cavabdehlərin 2009-cu il xxxx tarixli xxxxx saylı və 2010cu il xxx tarixli ****** saylı müqavilələr üzrə müqavilənin müddətinin bitdiyi tarixə cəmi 111.120,82 manat artıq ödənişinin mövcudluğu nəzərə alınmalı, borc məbləği həmin miqdarda azaldılmalıdır. İşin materiallarında olan hesabdan çıxarışlardan görünür ki, cavabdeh tərəfindən 2015-ci il 11 noyabr tarixində 100.256,78 manat ödəniş aparılmış, həmin ödəniş ****** saylı kredit müqaviləsi üzrə vaxtı keçmiş faiz borcları hesabına köçürülmüşdür. Halbuki, ****** saylı kredit müqaviləsinin müddətinin bitdiyi 2015-ci il 14 may tarixinə 68.560,87 manat artıq ödənişi mövcud olmuşdur. İşdə olan bank əməliyyatlarına dair çıxarışlardan aydın olur ki, 2015-ci il 17 avqust tarixində 5.533 manat, 8.308 manat məbləğində (13.841 manat) ödənişlər xxxxx saylı kredit müqaviləsi üzrə ödənişlərə yönəldilmişdi. 2009-cu il xxxx tarixli xxxxx saylı müqavilə üzrə müqavilənin müddətinin bitdiyi 2014-cü il 16 dekabr tarixinə 42.559,95 manat artıq ödənişi olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müqavilə müddətləri bitdikdən sonra aparılmış ödənişlərin, həmin müqavilələr üzrə artıq ödəniş olduğu halda, borca silinməsi düzgün olmamışdır. Həmçinin hazırki iş üzrə ekspertiza tədqiqatı, məhkəmənin ekspertiza qarşısında qoyulmuş suallara müvafiq olaraq, hər üç müqavilə üzrə müqavilələrin müddətlərinin bitdiyi tarixədək aparılmış, həmin vaxtadək aparılmış ödənişlər nəzərə alınmışdır. Buna görə də, 2011-ci il xxxx tarixli xxxxxx saylı müqavilənin müddət inin bitdiyi 2016-cı il 16 iyun tarixindən sonra, borc alan tərəfindən 2016-cı il 18 iyul tarixində həmin müqavilə üzrə aparılmış 54.834,26 manat məbləğində ödəniş nəzərə alınmamış və həmin müqavilə üzrə borcdan çıxılmamışdır. İş üzrə ekspert rəyində göstərilmiş, 2011-ci il xxxx tarixli xxxxxx saylı kredit müqaviləsi üzrə cədvəl məlumatından (rəy 23/52-ci vərəq) aydın olur ki, həmin müqavilə üzrə borcun mövcud olub-olmaması ilə bağlı tədqiqat zamanı borc alanın hazırki iddianın qaldırıldığı tarixədək 2013-cü il 27 noyabr tarixinədək faiz məbləği üzrə ödənişləri nəzərə alınmış, hesablanmışdır. İşdə olan bank əməliyyatlarına dair çıxarışdan aydın olur ki, borc alan tərəfindən 2013-cü il 27 noyabr tarixindən sonra da, 2015-ci il 11 noyabr tarixində xxxxxx saylı kredit müqaviləsi üzrə 49.583,34 manat miqdarında ödəniş aparılmış, lakin həmin ödəniş borcun hesablanması zamanı nəzərə alınmamışdır. Beləliklə, borc alan tərəfindən iki kredit müqaviləsi üzrə (xxxxx və ****** saylı) müqavilələrin müddətinin bitdiyi tarixə mövcud artıq ödənişləri və ekspertiza tədqiqatı zamanı qoyulmuş suallara müvafiq olaraq tədqiqat aparılmayan dövrlər üzrə (müqavilə müddəti bitdikdən sonrakı ödənişləri) ödənişləri nəzərə alaraq belə qənaətə gəlinir ki, borc alanın 2011-ci il xxxx tarixli xxxxxx saylı müqavilənin müddətinin bitdiyi 2016-cı il 16 iyun tarixinə iddiaçıya borcu qalmamışdır.
33. Məhkəmə kollegiyası daha sonra vurğulamışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2001-ci il 3 aprel tarixli qərarı (protokol № 13, D/Reyestri № 12) ilə təsdiq edilmiş “Banklarda kreditl ərin verilməsinin prosedur və uçotu haqqında Təlimat” ilə müəyyən edilmişdir ki, bu Qaydalara əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən hər bir bank tərəfindən kreditlərin verilməsi üçün daxili qaydalar işlənib hazırlanmalı və bankın Müşahidə şurası tərəfindən təsdiq olunmalıdır. Qaydalarda kreditlərin növlərindən və gecikdirilmə müddətindən asılı olaraq faizləri hesablanmayan statusa keçilməsi üçün hallar və səbəblər müəyyənləşdirilməli, habelə bu qərarlar barədə hesabatların İdarə Heyətinin və Müşahidə Şurasının müzakirəsinə verilməsi tələbləri müəyyən olunmalıdır. Qaydalarda borcun tutulmasının icrası, sonrakı ardıcıl və daha ciddi tədbirlərin görülməsi üzrə tələblər nəzərdə tutulmalıdır. Lakin iş üzrə keçirilmiş ekspertizanın nəticələri ilə müəyyən edilən hallardan göründüyü kimi, bank tərəfindən sözügedən prosedur qaydalara riayət olunmamış, həmin qaydalardan kənar, əsası bilinməyən əməliyyatlar aparılmışdır. Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələrinin tələblərinə əsasən kreditorun xeyrinə icra nəticəsində öhdəliyə xitam verilir. Beləliklə, məhkəmə araşdırması ilə işin materiallarına, o cümlədən məhkəmə ekspertizasının nəticələrinə əsasən tərəflər arasında bağlanmış hər üç kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən alınmış öhdəliklərin yerinə yetirildiyi, kredit məbləğlərinin və ona hesablanmış faizlərin iddiaçıya qaytarıldığı, bununla da müqavilə öhdəliklərinin icra edildiyi sübuta yetirilir, lakin birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, işin həqiqi halları müəyyən edilməmiş, bankın iddias ında cavabdehlərdən tutulması tələb olunan əsas və faiz borclarının həqiqətən mövcud olub-olmadığı hərtərəfli tədqiq olunmamış, sübuta yetirilmədən həmin məğləğlərin cavabdehlərdən bankın xeyrinə tutulması qənaətinə gəlinmiş, bununla da qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları pozulmuşdur.
34. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 527.1 və 528-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” KM-in Qərarına və MPM-in 384.0.2, 385.1.1 və 385.1.2 istinad etməklə əsaslandırmışdır.
35. İddiaçı ASC-in kassasiya şikayəti 2019-cu il 11 oktyabr tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, apellyasiya instansiyası məhkəməsinin 2019-cu il 24 iyul tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. d) kassasiya instansiya məhkəməsində ikinci icraat
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 fevral tarixli, 2-2(102)-15/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 iyul tarixli, 2-2(103)-84/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir (sədrlik edən– İ.Hüseynov, hakimlər – N.Rəsulbəyova və Z.Quliyev).
37. Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi 2019-cu il 24 iyul tarixli, 2-2(103)-84/19 saylı qətnaməsində gəldiyi nəticənin əsası kimi istinad etdiyi ekspert rəyində təkrarən (əvvəlki rəydə olduğu kimi) ümumi olaraq saxta qəbzlərdəki ödə mələrin əksər hissəsinin öz əksini tapmasına heç bir aydınlıq gətirilməmiş, “əksər hissə” dedikdə, məhz hansı qəbzlərdəki ödənişlərin hesabdan çıxarışlarda öz əksini tapdığı göstərilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi əlavə-təkrar komisyon ekspertizanın Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisinin iştirakı ilə keçirilməli olduğu qərarına gəlmişdirsə, deməli, Palatanın mütəxəssisinin rəyini də yuxarıda qeyd edilən (ekspertiza tədqiqatına və rəyinə dair) normaların tələblərinə uyğun olaraq (digər sübutlarla birgə) tədqiq etməli və qiymətləndirməli idi. Palatanın təqdim etdiyi rəydən aşkar görünür ki, Palatanın mütəxəssisi ilə Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri məhkəmə tərəfindən qoyulmuş suallarla bağlı tədqiqat üzrə fərqli nə ticələrə gəlmişlər. Apellyasiya instansiyası məhkəməsi isə borcun tam ödənilməsinin təsdiqi kimi yalnız Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin gəldikləri nəticəyə əsaslanmışdır. Belə olan halda, məhkəmə Palatanın ekspertiza tədqiqatında iştirak edən mütəxəssisinin rəyi (gəldiyi nəticə) ilə razılaşmamasının səbəblərini qətnamədə göstərməli, onları əsaslandırmalı idi. Hazırkı halda bu, baş verməmişdir. Bunun əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi Palatanın rəyində qeyd edilən məlumatlara istinad etməyə zərurət olmadığı nəticəsinə gəlmişdir. Bu zaman, həm də nəzərə alınmalıdır ki, ekspert rəyinə görə, 2019-cu il 27 mart tarixində məhkəmə tərəfindən ekspertizaya 225 ədəd əlavə ödəniş qəbzləri göndərilmişdir. Həmin ödəniş qəbzlərinin tərəflərin iştirakı ilə məhkəmə iclasında müzakirə olunmadığı və onların Ekspertiza Mərkəzinə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu il 7 mart tarixli rəyindən sonra təqdim edildiyi, buradan, həmin sənədlərin Palatanın mütəxəssisi tərəfindən tədqiq olunmadığı nəzərə alındıqda, həmin sənədlərə münasibətdə ekspertiza tədqiqatının Palatanın mütəxəssisinin iştirakı olmadan keçirildiyi, ekspertizanın təyin olunması barədə apellyasiya instansiyası məhkəməsinin qərardadının həmin hissədə icra olunmadığı aşkardır. İşə yenidən apellyasiya qaydasında baxılarkən, kassasiya instansiyası məhkəməsinin 2018-ci il 28 fevral tarixli, 2-2(102)-63/18 saylı qərarı ilə müəyyən edilmiş göstərişlərin icrası məqsədilə, məhkəmənin 2018-ci il 24 sentyabr tarixli qərardadı ilə iş üzrə təkrar-əlavə komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin ed ilsə də, ekspert rəyində, eləcə də həmin rəylə Palatanın rəyi arasındakı ziddiyyətlər aradan qaldırılmamışdır.
38. Məhkəmə bu qənaətini MPM-in 88, 101.3, 103.1. 103.2, 217.1, 217.3, 365, 420-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” KMP-in 2012-ci 28 fevral tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. e) apellyasiya instansiya məhkəməsində üçüncü icraat
39. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 oktyabr tarixli, 2-2(103)-369/2020 saylı qətnaməsi ilə cavabdehlər MMM, Şirkət və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 2 iyun tarixli, 2(81)-32/2015 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədə n saxlanılması qət olunmuş, ekspertiza xərcləri cavabdehlərə aid edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – R.Həsənov və V.Baxışova).
40. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki apellyasiya baxışı zamanı iş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri arasında ziddiyyətlərə aydınlıq gətirilməsi üçün həm Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisi N.Yusifov, həm də Məhkəmə Ekspertizası Mərkəzinin eksperti M.Allahverdiyev izahatlarının alınması üçün məhkəmə iclaslarına dəvət olunmuşlar. Mütəxəssis N.Yusifov öz izahatında bildirmişdir ki, təqdim olunan çıxarışlarda aparılmış gündəlik bank əməliyyatları giriş və çıxış qalıq məbləğləri üzrə çap olunmamış, bir neçə vərəqdə tərtib edilmiş çıxarışların hər bir vərəqi bankın əməliyyatçısının ştampı və imzası ilə təsdiq edilməmişdir. Digər tərəfdən çoxlu sayda gündəlik çap olunmuş bank çıxarışlarının fərqli kserosurətlərinin aşkar edilməsi, mübahisələndirilən ödəniş qəbzlərinin kserosurətlərinin reallığını təsdiq edən sənədlərin mövcud olmaması, balansdankənar hesablar üzrə çıxarışların işin materiallarında aşkar olunmaması və sair digər hallar nəzərə alınmaqla qərardadda cavablandırılması tələb olunan sualların tam və obyektiv araşdırılması məqsədilə yalnız işin materiallarında olan sənədlər əsasında müvafiq rəy bildirilməsi məqsədəuyğun hesab olunmamış, iş materiallarında olan mübahisələndirilən 10 ədəd kserosurətli ödəmə qəbzləri qüvvədə olan qaydaların tələbləri səviyyəsində təsdiq olunmuş bank çıxarışlarında öz təsdiqini tapmadığı üçün ödəniş kimi əsas götürülməsi məqbul hesab olunm amışdır. Göründüyü kimi ekspert rəy verərkən iş materiallarında olan bütün sənədlərə, o cümlədən cavabdeh tərəfindən təqdim edilmiş 10 ədəd qəbzin və bir günlük hesabdan çıxarışların kserosurətlərinə istinad etmişdir. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş həmin qəbz və çıxarışların kserosurətləri ödənişlərin həyata keçirildiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. İddiaçı həmin sübutların həqiqiliyini mübahisələndirmiş, cavabdehlər isə həmin sənədlərin əslini təqdim etməmişlər, hətta həmin qəbzlərin əsli təqdim edilsəydi belə bu mötəbər sübut kimi qəbul oluna bilməzdi. Belə ki, hazırki iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 197/474 saylı 15 fevral 2017-ci il tarixli və 11774 saylı 21 iyun 2017-ci il tarixli sənədlərin texniki ekspertizası rəyl ərinə (1-5-ci bəndləri) əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 10 ədəd ödəmə qəbzləri-onların mətni, imzalar və ştamp əksləri çap üsulu vasitəsilə, elektrofotoqrafik aparatlardan istifadə edilməklə və başqa sənəddən köçürülmə yolu ilə, tarix göstəricilərinin rəqəmləri isə kompüter qrafik təminatından istifadə olunmaqla icra olunmuşdur. MPM-in 103.1-ci maddəsində də təsbit olunmuşdur ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Eyni zamanda kollegiya hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş 2019-cu il 7 mart tarixli mütəxəssis rəyi iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin mütəxəssis rəyində saxtalaşdırıldığı iş üzrə verilmiş ekspert rəyləri ilə təsdiq olunmuş 10 ədəd qəbzə və cavabdeh tərəfindən təqdim edilmiş və bank qanunvericiliyinin tələblərinə uyğun tərtib olunmamış kserosurət olan hesabdan çıxarışlara deyil, əsilləri iş materiallarında olan və bank qanunvericiliyinə əsasən mötəbərliyi və həqiqiliyi tam təsdiq olunan hesabdan çıxarışlara istinad olunmuş və müəyyən edilmişdir ki, kredit müqavilələri üzrə əsas və faiz borc məbləğləri (cərimə borcu apellyasiya baxışının predmetinə aid deyildir) iddiaçı tərəfindən tutulması tələb olunan əsas və faiz borc məbləğlərindən də artıqdır.
41. Daha sonra məhkəmə kollegiyası vurğulamışdır ki, həmçinin, tərəflər arasında bağlanılmış zaminlik müqavilələrində Mülki Məcəllənin 470.1 və 472-ci maddələrindən fə rqli müddəalar müəyyən olunmadığından iddiaçı qarşısında zamin olan Cavabdeh4 borclu olan cavabdehlər Şirkət və MMM ilə birgə məsuliyyət daşıyır. İddiaçı Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən həmin kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqavilələrinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdehlər kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilələrdən yaranan borcun ipoteka predmeti olan əmlak kompleksinə yönəldilərək, açıq hərracdan satılmasını tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə də düzgün nəticəyə g əlmişdir. Birinci instansiya məhkəməsində cavabdeh tərəf borcun şişirdilməsinə istinad etsə də, borcun tam olaraq ödənildiyini bildirməmiş, əksinə apellyasiya şikayətində kredit müqavilələri üzrə cəmi 1.427.246 manat əsas və 22.678 manat məbləğində faiz borcunun mövcud olduğunu etiraf etmişdir. Sonradan apellyasiya icraatında cavabdehlərin öz mövqelərini dəyişməsi və yeni faktlara istinad etməsi isə MPM-in 372.2-ci maddəsinə ziddir. Belə ki, həmin maddənin tələblərinə görə əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh tərəfin bununla bağlı gətirdiyi dəlillər, yəni ödəniş sənədlərinin sayının çox olması və borcun tam ödənilmə si barədə sənədlərin sonradan aşkar olunması barədə dəlillər isə inandırıcı və ağlabatan hesab edilə bilməz. Həmçinin cavabdehlərin sonradan təqdim etdiyi qəbzlərin kserosurətlərində göstərilən ödənişlər kifayət qədər böyük məbləğləri əhatə etməklə (998.374 manat, 401.999 manat və s.) yanaşı həmin ödənişlərin nağdsız qaydada köçürmə yolu ilə deyil, məhz nağd qaydada həyata keçirilməsi də ağlabatan və inandırıcı deyildir. Çünki kredit müqavilələri üzrə hər iki tərəf, yəni həm borc alanlar, həm də borc verən hüquqi şəxslərdir və bununla bağlı istər normativ-hüquqi aktlar, istərsə də işgüzar adətlərə əsasən kredit ödənişləri əksər halda nağdsız qaydada həyata keçirilir. Eyni zamanda həmin ödənişlərin nağd qaydada həyata keçirilməsi də istisna deyil, lakin bu hal pul vəsaitinin nağd qaydada ka ssadan çıxarılması ilə bağlı sənədlərlə təsdiq olunmalıdır. Bundan başqa kollegiya nəzərə alır ki, borc alanlar hüquqi şəxslərdir və digər hüquqi şəxslər kimi onların da ciddi maliyyə sənədləri vardır və hər il aidiyyatı qurumlar qarşısında maliyyə vəziyyəti haqqında, mənfəət və ya zərər haqqında, kapitalda dəyişikliklər haqqında, pul vəsaitlərinin hərəkəti haqqında maliyyə hesabatları təqdim edir, o cümlədən hər il dövlətə vergi ödəyirlər. Ona görə də, qeyd olunan məbləğlərdə pul vəsaitlərinin heç bir maliyyə sənədlərində əks olunmaması, həmçinin hüquqi şəxsin rəhbərliyi və mühasibat işçilərinin bu halları unutması faktiki cəhətdən qeyri-mümkündür. Cavabdeh4 məxsus 550.000 manat məbləğində depozitə hesablanan faizlərin kredit borcuna silinməməsi barədə dəlillər də əsassızdır. Çünki iş mat eriallarında olan hesabdan çıxarışlara əsasən hər ay ödənilməli olan 7.791,67 manat əmanət üzrə hesablanmış faizlər xxxxx və ****** saylı müqavilələr üzrə faizlərə silinmiş, 2013-cü il 13 noyabr tarixində isə xxxxx saylı müqavilə üzrə kredit 559.090,29 manat məbləğində əmanət hesabına ödənilmişdir. Bankın müxtəlif kodlardan istifadə edilməsi barədə dəlillər də əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu il 7 mart tarixli rəyində göstərilmişdir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən yeni açılan banklara, onların filiallarına və şöbələrinə identifikasiya məqsədilə 6 rəqəmli bank kodu verilir. Bu kodlar “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları ”na və “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimatı”na əsasən aparılan əməliyyatlar zamanı yalnız bankların, onların filiallarının və şöbələrinin eyniləşdirilməsi üçün istifadə olunur. Hər hansı bir mühasibat müxabirləşmələrində iştirak etmir. Müştərinin adı və hesab nömrəsi düz göstərildiyi halda bu kod vasitəsilə pul vəsaitinin hər hansı digər hesaba yönəldilməsi mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının "Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 6.2-ci maddəsinin tələblərinə əsasən nağd pulun mədaxili həmin qaydaların əlavə 4-də nəzərdə tutulmuş elan əsasında həyata keçirilir. Həmin elanın rekvizitlərində hesab nömrəsi kimi y alnız müştərinin hesab nömrəsi göstərilmiş, bank kodu hesabının qeyd olunması nəzərdə tutulmamışdır.
42. Bu məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı tərəfindən heç bir əsas olmadan “gecikən ssuda” hesabının açılması və bununla bağlı digər dəlillər də əsassızdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu il 7 mart tarixli rəyində göstərilmişdir ki, Mərkəzi Bankın “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın tələblərinə əsasən vaxtı keçmiş kredit - əsas məbləğ, yaxud ona hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən 30 təqvim günündən artıq gecikdirilmiş kreditlərdir. Müştəri faiz borclarını vaxtlı vaxtında ödəmədiyi və 30 günd ən çox gecikdirdiyi halda kreditin məbləği və ya gecikən hissə vaxtı keçmiş kredit kimi tanınır və 19-cu hesabda uçota alınır. Gecikən borc ödənildikdən sonra kredit məbləği vaxtı keçmiş kredit hesabından yenidən ssuda hesabına qaytarılır. xxxxx, ****** və xxxxxx saylı kredit müqavilələri üzrə əsas borcun qaytarılmasına möhlət müddəti 24 ay müəyyən edilsə də, müqavilələrin ödəniş cədvəllərinə əsasən kreditə hesablanmış faizlərin ödənilməsi cədvəllərdə göstərilmiş tarixlərdə aylıq nəzərdə tutulmuşdur. Faizlərin ödənilməsində müştəri tərəfindən müntəzəm olaraq gecikmələrə yol verildiyini və bununla da kreditlərin ödəniş şərtlərinin pozulması nəzərə alınmaqla bank tərəfindən "Vaxtı keçmiş kredit hesabına" köçürülmə, sonradan "Vaxtı keçmiş kredit hesabından qaytarılma", "gecikən ssuda hesabınd an" "ssuda hesabına" köçürmələr, silinmələr, ödəmələr və sair təyinatlarla 1855, 1954, 3805, 2434, 6371 balansa hesablarında aparılmış əməliyyatlar Azərbaycan Mərkəzi Bankının “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın, “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında Qaydaları”nın və “Kredit təşkilatları tərəfindən prudensial hesabatın tərtib və təqdim edilməsi haqqında Təlimatı”nın tələbləri çərçivəsində bankın balansında uçot xarakterli tənzimləmə müxabirləşmələridir. Belə əməliyyatların borcluya birbaşa aidiyyəti yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
43. Cavabdeh “xxxx” Şirkəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasın ın 2020-ci il 27 oktyabr tarixli 2-2(103)-369/2020 saylı qətnaməsindən kassasiya şikayət verərək şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə sübutların əldə edilməsi, həqiqi halların aydınlaşdırılması, obyektiv nəticə üçün xüsusi biliyə malik kompleks məhkəmə ekspertizasının keçirilməsinin vacibliyi aşkar olduğu halda, prosessual tələblərə riayət etməmiş, iş üçün əhəmiyyəti olan hallara hüquqi qiymət verməmişdir.
44. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən MPM-in 88-ci, 377-ci maddələrinin tələbləri pozulmuşdur. Digər tərəfdən məhkəmə prosesi zamanı “borc alanın” vəkili məhkəməyə, iş üçün əhəmiyyətli olan hallarla bağlı bankın vergi orqanlarına faiz gəlirlərini gizlətməsi məqsədi ilə “borc alanın” ödəniş cədvəlində göstərilən müddətlərdə heç bir faiz, əsas, cə rimə borcu olmadığı, həmin müddətlərdə borc alana əsas borcun ödənilməsi üçün verilən 24 aylıq güzəşt müddətinin tamam olmasına ayrı-ayrı üç mübahisələndirilən müqavilələr üzrə, bank ödəmə qrafıkində göstərilən müddətləri öz başına pozaraq “borc alanın” vaxtından 7 ay (210 gün ), 12 ay (365 gün), 17 ay (510 gün) vaxtından əvvəl, “vaxtı keçmiş kredit kimi, “gecikdirilmiş kreditlər” adı ilə vergidən yayınmaq məqsədi ilə həmin kreditləri “ümidsiz kreditlər”, “faizləri hesablanmayan“ kreditlər statusuna daxil edərək “borc alanların” vaxtında və hətta ödəniş qrafikində göstərilən məbləğdən artıq faiz ödənişləri aparılmasına baxmayaraq, faizlərdən gələn gəlirlərin gizlədilməsi üçün: həm “borc alanı” borclu kimi göstərməklə, onun ipotekada və girovda olan mülk və pul vəsaitlərini ələ keçirmək, hə m də aidiyyatı vergiyə ödəniləcək müvafiq faiz büdcəyə gəlirlərindən yayınmışdır.
45. Apellyasiya instansiyasında hazırki işə baxılarkən MPM-in 88-ci maddəsi ilə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və işə tam baxıldıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına düzgün qiymət verilməli olması müəyyənləşdirilsə də, həmin məhkəmə mühasibatlıq ekspertizasının bank çıxarışlarına istinad etməklə biri digərini təsdiq edən 4 ekspert rəylərini, həmçinin bu məhkəmənin əvvəllər çıxartdığı 2 ədalətli qətnamələrini, Palatanın inspektorunun rəyini əsas götürməklə prosessual tələbləri kobud şəkildə pozmuş, maddi hüquq normalarının tətbiqində yalnışlığa yol vermiş, yalnız bankın özünün saxtalaşdırılaraq tərtib edilmiş 10 ədəd saxtalaşdırılmış bank mədaxil qəbzlərinin (yüzlərlə belə qəbzlə rin) dönə-dönə mübahisələndirməklə bankın şikayət ərizəsini təkrar etməkdən ibarət olmuşdur.
46. Şikayətdə daha sonra göstərilən müqavilə üzrə borcların silinməsi və bu zaman ayrılmış kredit vəsaitinin bankın müxbir hesabına köçürülməsi, daha sonra isə həmin hesabdan öhdəliyi çoxdan bağlanılmış köhnə kreditlərə faizin silinməsi, əsas borcun silinməsi şərhi ilə vəsaitlər silinmiş, ****** saylı kreditin hesabına isə cüzii miqdarda vəsait silinmişdir (5.834,53 manat). Apellyasiya instansiyası məhkəməsi isə bu kimi hallara hüquqi qiymət verməməsini qeyd etmişdir.
47. Kredit müqavilələrin və ödəmə qrafiklərinin məzmunundan bəlli olur ki, kredit 5 il müddətinə verilmiş və iddia verilən müddətdə kredit müqavilələri üzrə müqavilə müddətləri hələ bitməmişdir. Müddəti bitməmiş müqavilə üzrə qalmış m üddətlər üçün faizlərin tələb edilməsi isə yolverilməzdir. İstinad edilən üç kredit müqaviləsinin və onlara əlavə olunan ödəniş cədvəllər üzrə tələb məbləği ilə cavabdehlər tərəfindən kreditin qaytarılması üzrə edilmiş ödənişləri qarşılıqlı üzləşdirdikdə, iş üzrə məhkəmənin son araşdırma başa çatan tarixə, aşkar şəkildə görünür ki, “xxxx” ASC ilə cavabdeh “xxxx” şirkəti arasında mövcud 14.05.2010-cu il tarixli ****** saylı kredit müqaviləsinə əsasən ******* manat əsas borcdan 25760 manat, 212579 manat hesablanmalı olan faiz borca qarşı 178475 manat ödəməklə, müqavilə üzrə əsas borc qalığı 974240 manat, faiz borcu isə 34104 manat, cəmi ******* manat, “xxxx” MMM arasında mövcud 10.12.2009-cu il tarixli xxxxx saylı kredit müqaviləsinə əsasən ******* əsas borcdan 620894 (609472 + 11422) manat, 211353 manat hesablanmalı olan faiz borca qarşı 211402 manat silinməklə, müqavilə üzrə əsas borc qalığı 390573 manat (faiz borcuna 11426 manat artıq silinmişdir) təşkil edir. 14.06.2011-ci il tarixli xxxxxx saylı kredit müqaviləsinə əsasən 500000 manat əsas borcdan ödəniş olmamış, 99984 manat hesablanmalı olan faiz borca qarşı da ödənişlər silinməmiş, müqavilə üzrə əsas borc qalığı 500000 manat, qrafik üzrə tam faiz borcu 99984 manat olmaqla, cəmi 599984 manat borc qalmışdır. Adi hesablama ilə iddiaçı tərəfindən verilmiş sənədlərin əsasında aydın olur ki, müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmə tarixinə, yəni qətnamə qəbul edilən anına cavabdeh şirkətlərin qrafik üzrə 18533391 manat əsas borc və 122662 manat faiz borcu müəyyən edilir. Bundan başqa əmanət hesabınd an girov qismində kredit borcuna silinmiş 550000 manat əmanət üzrə əsas məbləğ və ona hesablanmalı 492000 manat divident üzrə faiz məbləği nəzərə alınsa, nəticə xxxx 2011-ci il tarixli müqavilə üzrə əsas borc qalığı 62443 manat, qrafik üzrə faiz borcu isə 0 manat olmaqla, cəmi 62433 manat borc qalmışdır. Bununla da cavabdeh şirkətlərin qətnamə qəbul edilən gün ümumilikdə faktiki borcların cəmi ******* manat əsas, 22678 manat faiz borcu olmuşdur. Lakin məhkəmə cavabdehlər tərəfindən edilmiş ödənişləri, eyni zamanda əmanət bankında girov qismində kredit borcuna silinmiş 550000 manat əmanət və ona hesablanmış 492000 manat divident üzrə faiz məbləği nəzərə alınmamış, bununla da cavabdehlərin üzərinə müqavilədən kənar ödənişlə bağlı əsas borc qismində 457325 (1884571 – 1427246) manat, faiz borc u qismində isə 229765 (252443 – 22678) manat olmaqla, cəmi 149539 manat əlavə öhdəliklər qoymuşdur. Həmçinin məhkəmə tərəfindən iddiaçı tərəfin tələbi əsasında kredit müqaviləsinə xitam verilməsi və kredit məbləğləri daha yüksək məbləğdə olan ipoteka əmlakları əsasında girovla təmin edildiyi təqdirdə, tələbin borclularla birgə onların təsisçilərindən biri olan Cavabdeh4 qarşı da müştərək qaydada yönəldilməsi, həmçinin cavabdehlərin əlavə əmlaklarına yönəldilməsi düzgün hesab edilə bilməz, həmçinin şikayətdə həmin bankın saxta bank kodundan istifadə olunduğundan belə bir tələbin təmin edilməsi hazırkı iş üzrə tərəflərin münasibətlərinin nəzərə alınmamasından, girov və zaminlik əlaqələrinin düzgün qiymətləndirilməməsindən irəli gəlmişdir.
48. Yuxarıda qeyd edilənlərə əsasən kassator Bakı Ape llyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 oktyabr tarixli 2-2(103)-369/2020 saylı qətnaməsinin ləğv edilməsini qeyd edilən mübahisəli məsələlərə qiymət verərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. MPM-in 407-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilməməklə yalnız maddi və prosessual hüquq normalarının pozulması halları qeyd olunmalıdır. Halbuki, Şirkətin kassasiya şikayəti əvvəldən axıradək işin faktiki hallarına istinaddan ibarətdir. Şikayətdə demək olar ki, apellyas iya məhkəməsi tərəfindən hər hansı maddi hüquq normasının pozulması göstərilmir.
50. Apellyasiya şikayətinin (işin 3-cü cildi, 70-73-cü vərəqlər) 2-ci səhifəsinin sondan ikinci abzasında cavabdehlər etiraf edirlər ki, qətnamə qəbul edilən günə mübahisələndirilən üç kredit müqaviləsi üzrə onların banka cəmi 1.853.339,10 manat əsas, 122.662 manat isə faiz borcları vardır. Apellyasiya şikayətinin sonunda isə qətnamənin tam deyil, borcun onların fikrincə artıq hesablanmış həcminə aid hissədə qismən ləğvini tələb edirlər. İşə apellyasiya məhkəməsində baxılarkən Cavabdeh4 müəyyən edir ki, onun banka 2.038.980 manat (saxta qəbzlərin cəmi məbləği qədər) əlavə ödəniş etmişdir və banka heç bir borcu yoxdur. Əgər doğurdan da həmin tarixlərdə ödəniş olubsa onda nəyə görə cavabdehlər qəbzləri bilavasit ə sonrakı məhkəmə iclasında təqdim etməmiş və ya ödəniş barədə məhkəməyə yazılı məlumat verməmiş, təqribən bir il gözləmiş və 2016-cı ilin avqust və oktyabr aylarında qəbzləri məhkəməyə təqdim etmişlər. O cümlədən 998.374,99 manat və ya 401.999,51 manat bütöv olmayan məbləğlərin nağd qaydada banka ödənilməsi hüquqi şəxslərin hesablaşması qaydası baxımından da real görünmür. O qədər məbləğin cavabdeh şirkətlərin bank hesabında deyil, nağd qaydada saxlanması, naməlum olmayan mənbədən məxaric edilməklə bankın kassasına ödənilməsi ciddi şübhələr doğurur. Digər tərəfdən cavabdehlər ödəniş kimi təqdim etdikləri iki milyon manata yaxın saxta məbləğlərin özlərinin mühasibat uçotunda hər hansı formada (gəlir, borc və ya təsisçinin investisiyası kimi) əksini tapması, eləcə də həmin şirkətlərin ver gi hesabatlarında sözügedən məbləğlərin uçotunu təsdiq edən sübutları tərəfimizdən vəsatət qaldırılmasına baxmayaraq məhkəməyə təqdim edə bilməmişlər.
51. Audit şirkəti olan "xxxx" MMC də 2020-ci il 18 sentyabr tarixində hazırki mübahisə ilə bağlı verdiyi rəydə iddianı təsdiq edən növbəti sübut kimi saxta qəbzlərdə və birgünlük çıxarışlarda göstərilən ödənişlərin bankın əməliyyat proqramında, hesabdan çıxarışlarda və kassa-qeydiyyat kitablarında olmadığını, müxtəlif tarixlərə müqavilələr üzrə borcun həqiqi məbləğini və s. halları təsdiq edir.
52. Cavabdehlərin 2015-ci il 15 may tarixində birinci instansiya məhkəməsinə təqdim etdikləri iddia ərizəsinə yazılı etiraz, 2015-ci il 24 iyul tarixində təqdim etdikləri apellyasiya şikayətində də borcun olmaması barədə hər hansı bir məlumat olmamışd ır.
53. Kredit ödənişlərinin bank tərəfindən düzgün bölüşdürülməməsi və bağlı kreditlərə yönəldilməsi dəlili ilə bağlı qeyd etmək olar ki, bank öhdəliklərin ödənilməsi növbəliliyini Mülki Məcəllənin 432.3 və 440.1-ci maddələrinə uyğun şəkildə həyata keçirmişdir. Belə ki, 559.000 manat əmanət məbləğini bank daha köhnə və borclu üçün daha ağır olan MMM-in 2009-cu il xxxx tarixli, xxxxx saylı kreditinə yönəltmişdir. Öz növbəsində cavabdehlər ödənişlərinin bank tərəfindən düzgün bölüşdürülməməsi və bağlı kreditlərə yönəldilməsi barədə sübutları mövcud olmadığı üçün məhkəməyə təqdim edə bilməmişlər.
54. Məhkəmə ekspertizası rəyinin məhkəmə tərəfindən nəzərə alınmaması dəlili ilə bağlı vurğulamaq olar ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin 2020-ci il 5 fevral tarixli qərarında təs bit edilmiş məcburi göstərişlərə uyğun olaraq ekspert rəyi ilə mütəxəssis rəyi arasında olan uyğunsuzluqları araşdırmaq məqsədilə rəy vermiş, eksperti və mütəxəssisi tərəflərin iştirakı ilə dindirmiş, ekspert rəyini araşdırmış və onu MPM-in 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
55. Kassasiya şikayətində iddia olunur ki, mübahisələndirilən kreditlərə görə girov qoyulmuş, Cavabdeh4 məxsus olan 550000 manat əmanət Bank tərəfindən qanunsuz olaraq silinmiş, əmanətin faizləri isə kreditlərin ödənilməsinə yönəldilməmişdir. Cavabdeh4 arvadı xxxxx qızı 2014-cü ildə banka və ərinə qarşı pul vəsaitinin girovu müqavilələrinin etibarsız hesab edilməsi və bank əmanətinin bərpa edilməsi barədə Nərimanov Rayon məhkəməsində iddia qaldırmışdır. Nərimanov Rayon Məhkəməsinin 2015-ci il 6 mar t tarixli qətnaməsi ilə həmin iddia təmin olunsa da, bankın şikayəti üzrə Bakı Apellyasiya məhkəməsinin 2015-ci il 23 iyun tarixli qətnaməsi ilə rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş və xxxxnın iddiasının rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən kassasiya şikayəti verilsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin 2015-cı il 13 noyabr tarixli, 2(102)-4701/2015 saylı qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, xxxxxxanın şikayəti təmin olunmamışdır. Cavabdeh4 məxsus 550.000 manat depozitə hesablanan faizlərin kredit borcuna silinməməsi əsasızdır. Çünki apellyasiya məhkəməsinin son qətnaməsində də hesabdan çıxarışlara əsasən hər ay ödənilməli olan 7.791,67 manat əmanət üzrə hesablanmış faizlər xxxxxx və ****** saylı müqavilələr üzrə faiz borcuna sili nmişdir. Kassator əmanətin və onun faizlərinin əsassız silinməsi ilə bağlı hansı maddi hüquq normasının pozulmasını öz şikayətində göstərə bilməmişdir.
56. Bankın müxtəlif kodlardan istifadə etməsi barədə şikayətin dəlilləri də əsaslı hesab edilə bilməz. Bu kodlar "Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydalar"ına və "Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat"ına əsasən aparılan əməliyyatlar zamanı yalnız bankların, onların filiallarının və şöbələrinin eyniləşdirilməsi üçün istifadə olunur. Hər hansı bir mühasibat müxabirləşmələrində iştirak etmir. Tərəflərin izahatları
57. İddiaçının nümayəndə və vəkili Nümayəndə, nümayəndə və vəkili Mahmudov Emin Vidadi oğ lu, nümayəndələri Quliyev Rasim Mithət oğlu və Məmmədov Tural İlyas oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 27 oktyabr tarixli, 2-2(103)-369/20 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
58. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.
59. Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
60. Məhkəmə kollegiyası cavabdehlərin məhkəmə iclasının vaxt ı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
61. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
62. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
63. Kassasiya instansiyası məhkəmə si tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır..... Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....”. Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....”. Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....”. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür...... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutla ra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
89. Yazılı sübutlar... 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....”. Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....”. Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərə findən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....”. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;...”. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ
64. Ali Məhkəmənin Kommersiya Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkillərinin və nümayəndələrinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edi r ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiya məhkəməsinin 2020-ci il 27 oktyabr tarixli, 2-2(103)-369/2020 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.
65. MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
66. Ali Məhkəmənin Kommersiya Kollegiyası MPM-in 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və p rosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən olunub-olunmamasını da yoxlamalıdır.
67. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qəbul etdiyi 2020-ci il 27 oktyabr tarixli, 2-2(103)-369/2020 saylı qətnamə ilə cavabdehlər MMM, Şirkət və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 2 iyun tarixli, 2(81)-32/2015 saylı qətnaməsinin iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Mülki Məcəllənin 269.5, 317, 421.2, 470.1, 472.1, 472.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrinə əsaslanmışdır.
68. Kassas iya şikayətində göstərilir ki, bank 2011-ci il tarixli AK144/2011-ci il saylı “pul vəsaitinin girovu müqaviləsinə” əsasən xxxx-ci il saylı kredit müqaviləsinə əsasən depozitdə olan pul vəsaitinin xxxx-ci il saylı kredit müqaviləsini silmək əvəzinə hec bir gecikmələri olmayan və öhdəliyi bağlanmış kreditləri silmişdir. Şikayətdə daha sonra §§44-47-ci paraqrafda göstərilən dəlillərdə vurğulamaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
69. Ali Məhkəmənin Kommersiya Kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 2020-ci il 27 oktyabr tarixli, 2-2(103)-369/2020 saylı qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayəti qismən təmin edilməli və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə yeni baxışa qaytarılmalıdır.
70. Belə ki, məhkəmə kollegiyası kassatorun kassasiya şikayətində irəli sürdüyü dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
71. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi onu mahiyyəti üzrə həll edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 05 fevral 2020-ci il tarixli qərarında müəyyən edilmiş göstərişləri əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 iyun 2019-cu il tarixli 29584 saylı ekspert rəyinin Azərbaycan Respublikası Maliyyə Bazarlarının Nəzarət Palatasının mütəxəssisinin rəyi ilə əlaqəli surətdə tədqiq edilib qiymətləndirilməsi, iş üzrə mütəxəssis və ekspert rəyləri arasında ziddiyyətlərə ay dınlıq gətirilməsi üçün məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankı Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin (keçmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarının Nəzarət Palatası) mütəxəssisi və məhkəmə ekspertiza mərkəzinin ekspertinin izahatları alınmışdır.
72. Həmin iclasda ekspert verdiyi 07.06.2019-cu il tarixli 29584 saylı rəyi təsdiqləyərək göstərmişdir ki, 998374 manata dair qəbz gündəlik cari hesabdan çıxarışda, 19.09.2012-ci il tarixli 500000 manata dair nömrəsiz qəbz isə kserosurət hesabdan çıxarışda, 401999 manata dair qəbz gündəlik hesabdan çıxarışda öz əksini tapır. Həmin hesabdan çıxarışların saxta olub-olmamasını müəyyən etmək onun səlahiyyətlərinə aid deyil və bu halı o müəyyən edə bilməz. O, rəy verərkən iş materiallarında olan bütün sənədlə rə, o cümlədən 10 ədəd qəbzə və cavabdeh tərəfindən təqdim edilmiş bir günlük hesabdan çıxarışlara istinad etmişdir.
73. Azərbaycan Respublikası Mərkəzi Bankı kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin (keçmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası) mütəxəssisi isə bildirmişdir ki, sualların cavablandırılması zamanı işin materiallarında olan sənədlərlə yanaşı bankdan rəsmi təqdim olunan həmin bank çıxarışlarından istifadə olunmuş, iş materiallarında olan mübahisələndirilən 10 ədəd kserosurətləri ödəmə qəbzləri qüvvədə olan qaydaların tələbləri səviyyəsində təsdiq olunmuş bank çıxarışlarında öz təsdiqini tapmadığı üçün ödəniş kimi məğbul hesab edilməmişdir.
74. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə cavabdehin təqdim etdiyi həmin qəbzlər və gündə lik çıxarışları də nəzərə alındığı Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2017-ci il tarixli 198 saylı və 07 iyun 2019-cu il tarixli 29584 saylı ekspert rəyləri iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. (məhkəmə ekspertiza mərkəzi tərəfindən verilmiş 197/474 saylı 15 fevral 2017-ci il tarixli və 11774 saylı 21 iyun 2017-ci il tarixli sənədlərin texniki ekspertizası rəylərinə, Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli 2-1(103)-08/17 nömrəli xüsusi qərardadına istinad edilməklə).
75. Beləliklə həmin məhkəmə kollegiyası Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş 07 mart 2019-cu il tarixli mütəxəssis rəyini mötəbər sübut kimi qiymətləndirmiş və bu zaman yuxarıda göstərilən ekspert rəyləri mötəbərlik kriteriyası baxımından qəb ul olunmamışdır.
76. Bununla bağlı kassasiya kollegiyası vurğulayır ki, MPM-nin 63.4-cü maddəsinə əsasən ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması barədə qanunvericiliyin tələbi vardır.
77. Bununla belə MPM-də mütəxəssis rəyi verilərkən belə iltizamın alınması nəzərdə tutulmamışdır. Belə olan təqdirdə apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə yuxarıda verilmiş ekspert rəylərini məhz nə üçün mütəxəssis rəyi ilə müqayisədə mötəbər sübut kimi qəbul edilməməsi kifayət qədər əsaslandırılmamışdır.
78. Bundan başqa məhkəmə kollegiyası onu da vurğulayır ki, apellyasiya instansiyası məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsindədə göstərildiyi kimi kassasiya instansiyası məhkəməsinin 28 fevral 2018-ci il tarixli 2-2(102)-63/18 qərarı ilə müəy yən edilmiş göstərişlərin icrası məqsədilə apellyasiya instansiyası məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə təkrar-əlavə komisyon məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmışdır.
79. Göründüyü kimi həmin ekspertiza ayrı-ayrılıqda deyil yalnız vahid ekspertiza rəyinin tərtib olunmasını (mütəxəssisin mövqeyidə nəzərə alınmaqla vahid ekspertiza rəyinin) ehtiva edir.
80. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, Maliyyə Bazarlarının Nəzarət Palatasının 07 mart 2019-cu il tarixli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eks pertizası Mərkəzi tərəfindən isə 07 iyun 2019-cu il tarixli ayrı-ayrı rəylər tərtib olunmuşdur. Mütəxəssis rəyi isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində də qeyd olunduğu kimi, hakimin razılığı əsasında bankdan mübahisələndirilən ödəniş qəbzləri tarixlərinə tələb etdiyi bütün bank hesablarının və sair sənədlər əsasında tərtib edilmişdir. Qeyd edilən rəylər isə biri digəri ilə ziddiyyət təşkil etmişdir.
81. Məhkəmə kollegiyası vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi kompleks mühasibatlıq ekspertizasının keçirilməsi zərurəti yarandığı halda bunu nəzərə almamışdır.
82. Bu vəziyyətdə isə məhkəmə tərəfindən yalnız yuxarıda göstərilən mütəxəssis rəyi məğbul hesab edilə bilməz. Belə ki, həmin rəy sonradan əldə olunmuş sənədlər əsasında ekspertiza mərkəzinin iştirakı olmad an bilavasitə mütəxəssisin özü tərəfindən tərtib olunmuş, bu isə öz növbəsində birtərəfli hüquqi mövqeyin formalaşmasının nəticələnməsinə gətirib çıxarmışdır.
83. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda əlavə kompleks məhkəmə mühasibatlıq ekspertizasının (və ya auditin) təyin edilməsi tərəflərin çəkişmə prinsipinə uyğun olaraq, işin hərtərəfli, obyektiv, qərəzsiz baxılması və mahiyyəti üzrə ədalətli həll edilməsi üçün xüsusi əhəmiyyətə malikdir.
84. Bu həm də ondan irəli gəlir ki, iş materiallarında olan sənədlərə əsasən dəfələrlə təyin olunmuş ekspertizalar üzrə verilmiş rəylərlə mütəxəssis rəyi arasında kəskin ziddiyyətlər olmuş, hazırkı iş üzrə tərəflər əks mövqeni ümumiyyətlə qəbul etməyərək və bu ziddiyyətləri öz mənafelərinə uyğun dəyərləndirmişlər.
85. Belə olan təqdirdə is ə məhkəmə kollegiyası hesab edir ki, qərəzsizlik və obyektivlik prinsiplərinə uyğun olaraq təkrar ekspertizanın keçirilməsi və bu zaman tərəflərin fikri öyrənilməklə onları qane edən ekspertlərin (o cümlədən mütəxəssisin də iştirakının təmin olunması yolu ilə) vahid rəyi əsasında mübahisənin həlli ədalətli, qanuni və əsaslı məhkəmə aktının çıxarılmasına xidmət etmiş olardı.
86. Digər tərəfdən məhkəmə kollegiyası həmçinin onu vurğulayır ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyy ətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.
87. Azərbaycan Respublikasında “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin (https://www.ey.com/en_gl/locations) və “Grant Thornton” LTD (https://www.grantthornton.az/Contact/) xarici auditor şirkətlərinin filialları mövcuddur. Həmçinin “Deloitte Touche Tohmatsu Limited ((DTTL) (https://www2.deloitte.com/az/az.html))” və PricewaterhouseCoopers İnternational Limited (PwCİL) (https://www.pwc.com/az/en/about-us.html) audit şirkətləridə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərirlər.
88. Bu baxımdan hazırkı iş üzrə məhkəmə ekspertizası keçirilməsi zamanı tərəflərin razılığına və seçiminə əsasən audit rəyinin verilməsi ilə bağlı həmin şirkətlərdən birinin cəlb edilməsi məsələsi də müzakirə edilə bilər.
89. Bundan başqa məhkəmə kollegiyası onu da vurğulayır ki, apellyasiya instansiyası məhkəməsində tərəflərin iştirakı ilə müzakirə olunmaqla və onların mövqeyi nəzərə alınmaqla ümumiyyətlə ekspertiza keçirilmədən auditor rəyinin alınması məqsədi ilə yuxarıda göstərilən şirkətlərin filiallarından birinə də həvalə edilə bilər.
90. Ekspertiza və ya audit keçirilməsi zamanı hazırkı iş üzrə hər üç müqavilə ilə bağlı (mübahisələndirilən ödəniş qəbzləri tarixləri də daxil olmaqla) gündəlik aparılmış kassa əməliyyatlarına, gündəlik giriş, çıxış hesab qalıqları əks olunmaqla, mədaxil-məxaric əməliyyatları üzrə bütün bank hesablarından rəsmi çıxarışlar 10 ədəd qəbzdəki pul məbləğlərinin kassa və op erator əməliyyatları üzrə qeydiyyat kitablarının həmin dövrə aid olan bank əməliyyatlarının alt sistem çıxarışlarının da tədqiq olunması mübahisənin doğru həllinə zəmin yaratmış olar. (MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.)
91. O cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında məhkəmələrin ədalət mühakiməsini həyata keçirərkən MPM-nin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırılmalı, həmin sübutları n araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməsi öz əksini tapmışdır.
92. Hazırkı iş üzrə tərəflər arasında mübahisənin qanuni, əsaslı və ədalətli həll olunması bilavasitə borc öhdəliyinin mövcudluğunu müəyyənləşdirilməsi ilə əlaqədardır. Apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi qənaət isə hüquqi nöqteyi nəzərdən onun birmənalı qəbul olunmasına dəlalət etmir. (İİİ hissə maddə 385.1, 739.1)
93. MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
94. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları pozulduğundan, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020ci il 27 oktyabr tarixli 2-2(103)-369/2020 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir.
95. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 oktyabr tarixli 2-2(103)-369/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.