Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-151/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 oktyabr tarixli 2-2(103)-301/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin e-2-2(1 13)-2942/2020 saylı 19.11.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı (BOKT) ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair» iddia tələbi qismən təmin olunmuşdur. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2(103)-301/21 saylı 08.04.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 21 sentyabr 2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edrərək Bakı Apellyasiya Məhkəməsinin Komme rsiya Kollegiyasının e-2-2(103)- 301/21 saylı 08 aprel 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddəti ötürülməmiş hesab edilərək, kassasiya şikayətinin Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-3-1/21 saylı, 2021-ci il 28 oktyabr tarixli qərardadı ilə Cavabdeh1 prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2(103)-301/21 saylı 08 aprel 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi müddəti Cavabdeh1 tərəfindən ötürülmüş hesab edilmiş, kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respub likası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)668/21 saylı, 2021-ci il 06 dekabr tarixli qərardadı ilə kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmiş, kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-3-1/21 saylı, 2021-ci il 24 dekabr tarixli qərardadı ilə cavabdehin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2(103)-301/21 saylı, 2021-ci il 28 oktyabr tarixli qərardadından verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Hazırda Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin «Barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat» hissəsində Bakı Apellyasiya Məhkəməsinin 20 21-ci il 24 dekabr tarixli qərardadında şikayətin verildiyi, şikayətin «Kassasiya şikayəti verən şəxsin tələbi» hissəsində isə həmin məhkəmənin 2021-ci il 28 oktyabr 2021-ci il tarixli qərardadından şikayətin verildiyi göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 10 yanvar tarixli müşayət məktubu ilə məhkəmənin 2021-ci il 24 dekabr tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin baxılması üçün göndərildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-151/22 saylı 2022-ci il 25 yanvar tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Cavabdehin vəkili tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edilərək, kassasiya şikayəti verən şəxsin tələbinin Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2- 2(103)-301/21 saylı 2021-ci il 28 oktyabr tarixli qərardadının ləğv edilməsindən ibarət olduğu göstərilmişdir. Cavabdeh tərəfindən verilmiş məhkəmənin 2021-ci il 28 oktyabr tarixli qərardadından kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Belə ki, şikayət Mülki Prosesual Məcəllə (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası) müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Cavabdehin kassasiya şikyətində maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərilməmiş, şikayətin «digər məsələlər» hissəsində yalnız prosessual hüquq normaları sadalanmış, pozuntunun nədən ibarət ol ması həmin hissədə də qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş redaksiyası) 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin Məcəllənin 408.1, 408.1.1 və 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Bundan əlavə, MPM-nin 405.0. və 405.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində. İşin materiallarından görünür ki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 28 oktyabr tarixli qərardadından təkrarən 2022-ci ilin 24 yanvar tarixində təkrarən kassasiya şikayəti verərkən, prosessual qanunla müəyyən edilmiş 10 günlük şikayətvermə müddətini ötürmüşdür. Azərbaycan Respublikası MPM-in 408.1.4-cü maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunma sı, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2022-ci il 25 yanvar tarixli qərardadı ləğv edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 oktyabr tarixli, 2-2(103)-301/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytar ılmalıdır. Yuxarıda göstərilənlərə və MPM-in 408, 417.1.7-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin 2-2(102)151/22 saylı, 2022-ci il 25 yanvar tarixli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 oktyabr tarixli, 2-2(103)-301/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov İ.A.Dadaşov
Məhkəmə qərarları › İş №2-2(102)-151/2022
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-151/2022
05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver