Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-153/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Qəribov Bəhman Fərhad oğlu (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 oğluna qarşı “əsas borcun, faiz borcunun, cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 oktyabr tarixli 2-2(103)-43/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2013-cü il 27 may tarixli 54AV/20-13 nömrəli təminatlı kredit müqaviləsinə əsasən, İddiaçı ASC X1 oğluna 48 ay müddətinə, illik 20 faiz olmaqla, 340.200 manat məbləğində kredit verməyi, X1 oğlu krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1 % miqdarında borc verənə dəbbə pulu ödəməlidir. 2. 2013-cü il 27 may tarixli 54AV/20-13 nömrəli kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə X1 oğlu arasında bağlanmış 2013-cü il 27 may tarixli 54İP/F20-13 nömrəli girov müqaviləsinə əsasən, X1 oğluna məxsus, Şassi: NNAMOBLL02017389, Mühərrik: 043042, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017390, Mühərrik: 043018, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017393, Mühərrik: 043034, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017395, Mühərrik: 043445, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017411, Mühərrik: 043803, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017412, Mühərrik: 044814, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL0201741 5, Mühərrik: 044823, Buraxılış ili: 2012-ci il olan 7 ədəd İSUZİ ECOBUS markalı avtobus bank qarşısında girovla yüklü edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, girov predmeti 378.000 manat dəyərində qiymətləndirilmişdir. 3. 2013-cü il 27 may tarixli 54İP/F20-13 nömrəli girov müqaviləsinə əsasən yüklü edilmiş 7 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində avtobusların X1 oğlunun adına qeydiyyata alındığı göstərilmişdir. 4. 2013-cü il 27 may tarixli AA seriyalı 087140 nömrəli “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarış”a əsasən, 2013-cü il 27 may tarixli 54İP/F20-13 nömrəli girov müqaviləsi üzrə mülkiyyət hüququ ilə X1 oğluna məxsus olan **-VR-***, **-VR-***, **-VR-***, **-VR-***, **-VR-***, **VR-***, **-VR-*** dövl ət qeydiyyat nişanlı avtobusların bankın adına ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. 5. 2013-cü il 27 may tarixli 54AV/20-13 nömrəli kredit müqaviləsinə 2015-ci il 16 fevral tarixdə edilmiş 2 saylı Əlavəyə əsasən kredit kapitallaşdırılaraq öhdəliyin icra müddəti 2019-cu il 27 may tarixinədək uzadılmışdır. 2 saylı Əlavə əsasında tərtib edilmiş ödəniş qrafikinə əsasən qalıq kredit borcu 291.000 manat olmuş, öhdəliyin icra müddətinin bitdiyi 2019-cu il 27 may tarixinədək banka 146.276,71 manat faiz ödənilməli olduğu nəzərdə tutulmuşdur. 6. 2017-ci il 5 dekabr tarixli **********083 nömrəli “İpoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə dair” bildirişə əsasən, ləğv prosesində olan İddiaçı ASC tərəfindən X1 oğluna ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərd arlıq edilmişdir.
7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə ünvanlanmış 2017-ci il 12 dekabr tarixli **********114 nömrəli bildirişin qeydə alınmasına dair ərizə ilə ləğv prosesində olan İddiaçı ASC tərəfindən X1 oğluna ünvanlanmış “İpoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə dair” bildirişin qeydə alınması xahiş edilmişdir. 8. 2017-ci il 21 dekabr tarixli **********165 nömrəli maliyyə arayışına əsasən, X1 oğlunun 2017-ci il 19 dekabr tarixinə 286.506,96 manat kredit, 112.611,53 manat faiz, 9176,54 manat cərimə borcu olmaqla cəmi 408.295,03 manat borcu vardır. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 1 fevral tarixli 2-1(81)1404/2016 nömrəli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
10. Ləğv prosesində olan İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2018-ci il 10 aprel tarixində X1 oğluna (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 2013-cü il 27 may tarixli 54AV/20-13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 286.506,96 manat, faiz borcu üzrə 112.611,53 manat, cərimə borcu üzrə 9176,54 manat olmaqla, cəmi 408.295,03 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü olunmuş cavabdehin mülkiyyətində olan ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR *** dövlət qeydiyyat nişanlı avtobuslara yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia ərizəsi işin yuxarıda göstərilən hallarına istinadən onunla əsaslandırılmışdır ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə iddiaçı tərəfindən cavabdehə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır.
12. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim olun mamış, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, 2013-cü ildə Qobuda sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuş, ayrı avtobuslar işlətmiş, sonra demişlər ki, başqa avtobuslar götürün. Bankdan pul götürməmiş, sadəcə imza etmiş, avtobusları almışdır. Onu tanımasalar da, 340.000 manat dəyərində avtobusları ona məcburi vermişlər. Avtobusları götürdükdən sonra 2 il işlətmiş, borcu da vaxtı-vaxtında ödəmişdir. Nəqliyyat vasitələri nasaz olmuş, sonra işlədə bilməmişdir. O, pulu maşınların xərclərinə qoymuşdur. 567 nömrəli marşrutu ondan almışlar, başqa sahibkara vermişlər. Nəticədə müflis olmuşdur. Banka müraciət etmiş, ona qrafik açmışlar. Aylıq 10.000 manat olmaqla 2 il ödəmişdir. Evini satmış, indi evsiz qalmışdır. Borcun müqabilində avtobusları almaqları üçün dəfələrlə banka müraciət etmişdir. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il tarixli 21 fevral 2-2(81)540/2019 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 2019cu il 12 dekabr tarixli 8304 nömrəli rəyinə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, 2013-cü il 27 may tarixli 54AV/20-13 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin iddiaçıya olan borcu 2017-ci il 27 may tarixinə 356.804,89 manat, o cümlədən əsas borc üzrə 281.534,31 manat, faiz borcu üzrə 75.270,58 manat müəyyən olunmuşdur. İş materiallarında 2013-cü il 27 may tarixli 107/OM/km2 nömrəli kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, ekspertiza tədqiqatı ilə cavabdehə cərimə hesablanmamışdır.
14. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 6 avqust tarixli e-2-2(113)-25/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 2013-cü il 27 may tarixli 54AV/20-13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 281.534,31 manat, faiz borcu üzrə 75.270,58 manat, cərimə borcu üzrə 4588,27 manat olmaqla, cəmi 361.393,16 manat borcun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan avtobusların ilkin satış qiymətinin hər biri üçün 54.000 manat məbləğində müəyyən olunmaqla cavabdehin mülkiyyətində olan ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR *** dövlət qeydiyyat nişanlı avtobuslara yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsai tin borcun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – Z.Pirverdiyev).
15. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı cavabdehdən kredit müqaviləsinə əsasən əsas borc üzrə 286.506,96 manat tələb etsə də, Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 12 dekabr tarixli 8304 saylı rəyi ilə cavabdehin iddiaçıya ödəməli olduğu əsas borc 281.534,31 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, rəyin məzmunundan və aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə edilmiş sübutlara və işin həqiqi hallarına uyğun olmaqla kifayət qədər əsaslandırılmışdır.
16. Məhkəmə f aiz borcunun məbləğinin müəyyən olunması ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında təminatlı kredit müqaviləsi 2013-cü il 27 may tarixində 48 ay müddətinə bağlanmış və müqavilənin müddəti 2017-ci il 27 may tarixində bitmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə faiz borcu 2017-ci il 19 dekabr tarixinə hesablanmışdır. Azərbaycan Respubli kası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 12 dekabr tarixli 8304 nömrəli rəyindən müəyyən olunur ki, 2013-cü il 27 may tarixli 54AV/20-13 saylı kredit müqaviləsi üzrə 2017-ci il 27 may tarixinə cavabdehə 75.270,58 manat faiz borcu hesablanmışdır. Göründüyü kimi, cavabdehə hesablanmış faiz borcunun məbləği 112.611,53 manat deyil, 75.270,58 manat təşkil edir. İddiaçı cavabdehdən faiz borcunu müqavilənin bitdiyi tarixə tələb etmək hüququna malik olduğundan, ekspert rəyi ilə müəyyən olunmuş 75.270,58 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Lakin tələb olunan 9176,54 manat dəbbə pulu məbl əği yaranmış 281.534,31 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləği azaldılaraq 4588,27 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir.
18. Həmçinin iddia tələbinin ödənilməsi üçün tutmanın 2013-cü il 27 may tarixli 54İP/F20-13 nömrəli girov müqaviləsi ilə iddiaçının adına yüklü olunmuş avtobuslara yönəldilməsi barədə iddia tələbi, cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin olunmalıdır.
19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 280, 293.2, 385.1, 442, 445.7, 448.1, 449.1, 449.3, 467, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki M əcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını, iddianın qismən təmin edilməsi, faiz və cərimə borcunun az miqdarda müəyyən edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. İddiaçı da apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilərək, iddia tələbinin tam təmin olunması, iş üzrə təkrar ekspertiza keçirilərək ipoteka predmeti olan əmlaklara düzgün ilkin satış qiyməti müəyyən edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 fevral tar ixli 2-2(103)-94/2021 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 2021-ci il 1 mart tarixli 09/986 nömrəli rəyinə əsasən, iddiaçının 20 saylı filialı ilə cavabdeh arasında bağlanmış 2013-cü il 27 may tarixli 54AV/20-13 saylı təminatlı kredit müqaviləsinə 2015-ci il 16 fevral tarixli 02 saylı Əlavənin şərtləri nəzərə alınmaqla cavabdehin 2018-ci il 10 aprel tarixinə (iddia verilən tarixə) banka olan borcu: əsas borc üzrə 284.547,25 manat, faiz borcu üzrə 122.820,73 manat, cərimə borcu üzrə 5.214,72 manat kimi müəyyən edilmişdir. Hesabdan çıxarış məlumatları və təminatlı kredit müqaviləsinə əsasən 2015-ci il 16 fevral tarixli 02 saylı Əlavənin şərtləri nəzərə alınmaqla cavabdehin 2018-ci il 10 aprel tarixindən sonra 350 manat ödənişi müəyyən edilir, həmin ödəniş bank tərəfindən əsas borc məbləğindən silinmişdir. Həmin ödənişləri nəzərə aldıqda cavabdehin 2019-cu il 29 yanvar tarixinə banka olan borcu 284.197,25 manat, faiz borcu üzrə 168.491,54 manat təşkil etmişdir.
23. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 aprel tarixli 2-2(103)-94/2021 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 2021-ci il 26 avqust tarixli 9/2642 nömrəli rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim olunmuş mühərrik tutumu 4570 kub/sm, 2012-ci il buraxılışlı “İsuzu Ecobus” markalı avtobusların texniki qeydiyyat şəhadətnaməsindəki məlumatlara əsasən 1 avtobusun normal vəziyyətdə nəzəri qaydada orta bazar qiyməti təxminən 32.000 manat, likvid qiyməti isə 28.000 manat müəyyən olunur.
24. Bakı Apelyasiya Məhkəməsinin Komm ersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli 2-2(103)-94/2021 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcu və ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinə dair hissədə dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə 5214,72 manat cərimə tutulması, tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiymətinin 28.000 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və H.Həmidov).
25. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qəbul olunmuş qətnamədə ilkin satış q iyməti kimi əmlakın likvid dəyərinin deyil, satın alındığı qiymətin qeyd olunması qanunun tələbinə uyğun olmadığından, mübahisələndirilən qətnamə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinə dair hissədə dəyişdirilməli, ekspert rəyinə əsasən tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiyməti 28.000 manat müəyyən edilməlidir.
26. İddiaçı apellyasiya şikayətində məhkəmə tərəfindən faiz borcunun düzgün müəyyən olunmadığını, az hesablandığını, bu əsasla iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin olunması barədə vəsatətlərinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilmədiyini göstərmişdir. Eyni zamanda, cavabdeh işə apellyasiya qaydasında baxılarkən 2018-ci və 2019-cu illərdə kredit öhdəliyi üzrə ödənişlərin ekspert rəyində nəzərə alınmadığını bildirmişdir. İşə apellyasiya qaydasında baxılarkən hər iki tərəfin apellyasiya şikayətinin dəlillərinin yoxlanılması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq rəy verilmişdir.
27. İddiaçı cavabdehdən 9176,54 manat məbləğində cərimə tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi həmin məbləği əsas borca nisbətdə tənasübsüz şəkildə yüksək hesab edərək azaldaraq 4588,7 manat məbləğində müəyyənləşdirmiş, bu məbləğin məhkəmə tərəfindən hansı qaydada (hansı məbləğin hansı faiz nisbətində) müəyyən olunduğu əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin ekspert rəyi ilə müəyyən edilmiş cərimə məbləğinin azaldılması üçün MM-in 467-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından mübahisələndirilən qətnamə cərimə borcu t utulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 5214,72 manat cərimə tutulmalıdır. 28. 2021-ci il 1 mart tarixli ekspert rəyi ilə cavabdehin faiz borcunun məbləği məhkəmə qətnaməsi ilə tutulmuş məbləğdən daha yüksək olduğundan məhkəmə hesab etmişdir ki, faiz borcunun azaldılması barədə cavabdehin apellyasiya şikayəti əsassızdır. Həmçinin ekspert rəylərinə əsasən cavabdehin 2017-ci il 27 noyabr tarixinə olan faiz borcunun məbləğini müəyyən etmək mümkün olmadığından qətnamə faiz borcu tutulması hissəsində də dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, kredit müqaviləsinə 2 saylı Əlavə üzrə tərtib edilmiş sonuncu ödəniş cədvəlinə əsasən öhdəliyin icra müddətinin bitdiyi 2019-cu il 27 may tarixinədək cavabdehin banka cəmi 1 46.276,71 manat faiz ödəməli olduğu nəzərdə tutulmuş, 2021-ci il 1 mart tarixli 09/986 saylı ekspert rəyinə əsasən cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ümumilikdə 161.401,25 manat (müqavilə üzrə ödənilməli olan məbləğdən daha artıq) faiz ödənilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 39.3.3-cü maddələri ilə əsaslandırmışdır.
30. İddiaçı kassasiya şikayəti verməklə, həmin qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 iyul tarixli 2-2(102)-166/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya ş ikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə qismən – 2013-cü il 27 may tarixli 54AV/20-13 saylı kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğinin, habelə tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiymətinin müəyyən olunması hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – B.Məmmədli, hakimlər – İ.Dadaşov və A.Abbasov).
32. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən əsas borcun əsaslılığına münasibət bildirilmədən birinci instansiya məhkəməsi nin qətnaməsi müvafiq hissədə dəyişdirilmədən saxlanılmışdır. Halbuki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin bütövlükdə ləğvini və iddia tələblərinin tam təmin edilməsini xahiş etmiş, həmçinin apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatəti nəzərə almamışdır. İddiaçının istinad etdiyi iş materiallarında olan həmin vəsatətdə (İ cild, i/v 237-238) mahiyyət etibarilə heç bir istisna qoyulmadan, ekspert rəyində müəyyən olunmuş əsas borc da mübahisələndirilmişdir. Bu mənada, apellyasiya instansiyası məhkəməsi əsas borcu apellyasiya baxışının predmeti hesab etmədiyi halda, məhkəmə-mühasibatlıq ekspertizası təyin edərkən onun qarşısında əsas borca dair sual qoyması da anlaşılan deyildir.
33. İddiaçı cavabdehdə n kredit müqaviləsinə əsasən əsas borc üzrə 286.506,96 manat tələb etsə də, həmin məbləğ birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş ekspertizanın nəticələri üzrə verilmiş 2019-cu il 12 dekabr tarixli 8304 saylı rəylə 281.534,31 manat, apellyasiya icraatında təyin olunmuş ekspertizanın nəticələri üzrə verilmiş 2021-ci il 1 mart tarixli 09/986 saylı rəylə 284.197,25 manat məbləğində müəyyən olunmuş, lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində həmin məbləğlər arasındakı fərqə, eləcə də həmin məhkəmənin özünün aldığı son ekspert rəyində müəyyən edilmiş əsas borcun əsaslılığına qiymət verilməmişdir.
34. Kassasiya məhkəməsi hesab etmişdir ki, faiz borcuna münasibətdə də apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olmamışdır. Belə ki, bu məsələ ilə əlaqədar iddiaç ının apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, ekspert rəylərinə əsasən cavabdehin 2017-ci il 27 noyabr tarixinə olan faiz borcunun məbləğini müəyyən etmək mümkün olmadığından qətnamə faiz borcu tutulması hissəsində də dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, kredit müqaviləsinə 2 saylı Əlavə üzrə tərtib edilmiş sonuncu ödəniş cədvəlinə əsasən öhdəliyin icra müddətinin bitdiyi 2019-cu il 27 may tarixinədək cavabdehin banka cəmi 146.276,71 manat faiz ödəməli olduğu nəzərdə tutulmuş, 2021-ci il 1 mart tarixli 09/986 saylı ekspert rəyinə əsasən cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ümumilikdə 161.401,25 manat (müqavilə üzrə ödənilməli olan məbləğdən daha artıq) faiz ödəni lmişdir.
35. Ekspert rəylərinə əsasən cavabdehin 2017-ci il 27 noyabr tarixinə olan faiz borcunun məbləğini müəyyənləşdirməyin mümkün olmaması ilə bağlı kassasiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizalarının heç birinin qarşısında borcun məhz həmin tarixə, yəni iddia ilə tələb olunan tarixə hesablanmasına dair sual ümumiyyətlə qoyulmamışdır. Odur ki, məhkəmənin həmin nəticəsi heç bir halda əsaslı hesab edilə bilməz. Bundan başqa, birinci instansiya məhkəməsi 2013-cü il 27 may tarixli 54AV/F20-13 saylı kredit müqaviləsi üzrə kredit öhdəliyinin müddətini 2017-ci il 27 may tarixində bitmiş hesab edərək, iddiaçı tərəfindən həmin tarixdən sonrakı dövr üçün (2017-ci il 27 noyabr tarixinədək) tələb olunan faiz borcu məbləğini, ümumiyyətlə əsassız hesab etmişdir. Bunun nəticəsidir ki, 2019-cu il 12 dekabr tarixli 8304 saylı ekspert rəyi ilə məhz tədqiqatın qarşısında qoyulmuş suala cavab olaraq, əsas, faiz və cərimə borcunun məbləği 2017-ci il 27 may tarixinə, yəni 2013cü il 27 may tarixli 54AV/F20-13 saylı kredit müqaviləsi üzrə kreditin bitmə tarixinə (məhkəmənin güman etdiyi kimi) müəyyən edilmişdir. Halbuki, 2013-cü il 27 may tarixli 54AV/F20-13 saylı təminatlı kredit müqaviləsinin müddəti həmin müqaviləyə edilmiş 2015ci il 16 fevral tarixli 2 saylı Əlavə ilə 2019-cu il 27 may tarixinədək uzadılmış, odur ki, hətta iddianın qaldırıldığı 2018-ci il 10 aprel tarixində də davam etməkdə idi. Beləliklə, məhkəmə kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi 2017-ci il 27 may tarixinə deyil, iddia ilə tələb olunan 2017-ci il 27 noyabr tari xinə olan borcun məbləğini müəyyən etməli idi.
36. Birinci instansiya məhkəməsi isə öz qətnaməsində nəinki işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin xüsusatı nəzərə almamış, hətta sözügedən 2015-ci il 16 fevral tarixli 2 saylı əlavəyə sübut kimi istinad etməmiş, nəticədə əsassız nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə əsassız olaraq qətnaməni həmin hissədə dəyişdirilmədən saxlamışdır.
37. Öhdəliyin icra müddətinin bitdiyi 2019-cu il 27 may tarixinədək cavabdeh banka cəmi 146.276,71 manat faiz ödəməli olduğu halda, ümumilikdə 161.401,25 manat (müqavilə üzrə ödənilməli olan məbləğdən daha artıq) faiz ödəməsi ilə bağlı isə kassasiya məhkəməsi qeyd etmişdir ki, eyni məntiqlə birinci instansiyası məhkəməsinin cavabdehdən heç 75.270,58 manat faiz borcu tutması da düz gün hesab edilməməli idi. Bu yanaşma apellyasiya instansiyası məhkəməsinin subyektiv mülahizələri olmaqla, MPM-in 9.3, 88 və 217.1-ci maddələrinə görə, tərəflərin çəkişmə prinsipinə uyğun olaraq müzakirə etdiyi dəlillərin, verdikləri izahatların, mötəbər sübutların əlaqəli şəkildə təhlilindən irəli gələn əsaslı nəticə hesab oluna bilməz.
38. Birinci instansiya məhkəməsinin 2020-ci il 6 fevral tarixli iclas protokolundan (İ cild, i/v 227-229) görünür ki, həmin iclasda iştirak edən cavabdeh ipoteka qoyulmuş avtobusların 2 il işlədildikdən sonra nasaz vəziyyətdə olduğunu, sonra cavabdehin onları işlədə bilmədiyini və əldə etdiyi pulu maşınların xərclərinə qoyduğunu, habelə avtobusların hazırda qarajda saxlanıldığını və işlək vəziyyətdə olmadığını məhkəməyə bildirmişdir. Həmçinin birinci insta nsiya məhkəməsinin 2020-ci il 6 avqust tarixli iclas protokolundan (İİ cild, i/v 38-41) görünür ki, həmin iclasda iştirak edən cavabdeh və onun nümayəndəsi ipoteka qoyulmuş avtobusların 2 il işlədildikdən sonra nasaz vəziyyətdə olduğunu, sonra cavabdehin onları işlədə bilmədiyini və əldə etdiyi pulu maşınların xərclərinə qoyduğunu təkrarən məhkəməyə bildirmişlər. Bundan başqa və ən əsası isə məhkəmə əmtəəşünaslıq ekspertizasının 2021-ci il 26 avqust tarixli 9/2642 saylı rəyindən məlum olur ki, tədqiqata avtobuslardan yalnız üçü təqdim edilmiş, digərlərinin isə texniki qeydiyyat şəhadətnamələri göstərilmişdir. Təqdim olunmuş üç avtobusun təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olması müəyyən edilmişdir. Beləliklə, ekspertiza tədqiqatı mübahisə predmeti olan avtobusların real vəziyyəti üzrə deyil, texniki qeydiyyat şəhadətnamələrindəki məlumatlara əsasən aparılmış, buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində bu halları nəzərə almadan həmin ekspertiza tədqiqatının nəticəsinə mötəbər sübut kimi istinad etmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiymətinin 28.000 manat müəyyən olunmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və avtobusların real istismar vəziyyətinə uyğun hesab edilə bilməz. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
39. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-918/2022 nömrəli 2022-ci il 21 oktyabr tarixli qərardadı ilə təyin olunmuş məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspe rtizasının 2023-cü il 2 fevral tarixli 9/8375-9/8393 saylı rəyi ilə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 2013-cü il 27 may tarixli 54AV/F20-13 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin 2017-ci il 27 noyabr tarixə (sualda göstərilən tarix) banka olan faiz borcu 74.701,70 manat məbləğində müəyyən edilmişdir. Həmçinin rəydə qeyd olunmuşdur ki, respublikada mövcud olan avtobazarlarda, yerli internet (sayt: turbo.az) məlumatlarına və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən qərardadda göstərilən ekspertiza tədqiqatına təqdim edilmiş mühərrik tutumu 4570 kub/sm, 2012-ci il buraxılışlı istifadəyə yararsız “İsuzu Ecobus” markalı avtobusun texniki qeydiyyat şəhadətnaməsindəki məlumatlara əsasən orta bazar qiyməti təx minən 5000 manat, likvid qiyməti isə 3000 manat müəyyən olunur.
40. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-43/2023 nömrəli 2023-cü il 19 may tarixli qərardadı ilə təyin edilmiş əlavə və təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının 2023-cü il 6 sentyabr tarixli 9/4611 saylı rəyində göstərilmişdir ki, 7 ədəd “İsuzu Ecobus” markalı avtobusların, 2012-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtobusun 1 ədədinin nəzəri orta bazar qiyməti təxminən 32.000 manat, likvid dəyəri 28.000 manat müəyyən olunur. Təyinatı üzrə istifadəyə yararsız avtobusun 1 ədədinin nəzəri orta bazar qiyməti təxminən 5000 manat, likvid qiyməti 3000 manat müəyyən olunur.
41. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 oktyabr tar ixli 2-2(103)-43/2023 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – 2013-cü il 27 may tarixli 54AV/20-13 saylı kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğinin, habelə tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə 284.676,29 manat əsas, 74.701,70 manat faiz borcunun tutulması, tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiymətinin 3000 manat müəyyən olunması, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – A.Hüseyn, hakimlər – P.Hüseynov və F.Abdıyev).
42. Apellyasiya instansiyası məhkəməsi 2023-cü il 2 fevral tarixli və 2023-cü il 6 sentyabr tarixli ekspert rəylərində müəyyən olunan halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin ekspert rəylərini mötəbər sübut kimi qəbul etmiş və gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir. Bu fakt iş materialları ilə sübut olunduğundan, 2023-cü il 2 fevral tarixli 9/8392 saylı ekspert rəyinə əsasən, onunla iddiaçı arasında bağlanılmış 2013-cü il 27 may tarixli 54AV/F20-13 saylı kredit müqaviləsi üzrə 284.676,29 manat əsas, 74.701,70 manat məbləğində faiz borcu olduğu müəyyən edilməlidir.
43. Birinci instansiya məhkəməsi avtobusların ilk in satış qiyməti kimi cavabdehə satış zamanı "xxxx" MMC tərəfindən verilmiş Arayış hesablarda göstərilən 54.000 manatı (1 ədədinin qiyməti) əsas götürmüşdür. Birinci instansiya məhkəməsinin 2020-ci il 6 fevral tarixli iclas protokolundan görünür ki, həmin iclasda iştirak edən cavabdeh ipoteka qoyulmuş avtobusların 2 il işlədildikdən sonra nasaz vəziyyətdə olduğunu, sonra cavabdehin onları işlədə bilmədiyini və əldə etdiyi pulu maşınların xərclərinə qoyduğunu, habelə avtobusların hazırda qarajda saxlanıldığını və işlək vəziyyətdə olmadığını məhkəməyə bildirmişdir. Göründüyü kimi yanlız 3 avtobusun deyil, ipoteka qoyulmuş digər avtobusların da istismara yararsız vəziyyətdə olması bilavasitə cavabdehin özü tərəfindən müvafiq məhkəmə iclaslarında təsdiq edilmişdir.
44. Məhkəmə kollegiyası he sab etmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qəbul olunmuş qətnamədə ilkin satış qiyməti kimi əmlakın likvid dəyərinin deyil, satın alındığı qiymətin qeyd edilməsi qanunun tələbinə uyğun olmadığından mübahisələndirilən qətnamə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinə dair hissədə dəyişdirilməli, ekspert rəyinə əsasən tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiyməti 3000 manat müəyyənləşdirilməlidir.
45. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 280, 293.2, 385.1, 442, 448.1, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9 və 39.3.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
46. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
47. MM-in 448.3, 449.1, 449.4-cü maddələrinin tələbləri pozulmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Müki işlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 31 may tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə riayət edilməmişdir.
48. MPM-in 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hü quq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.
49. Belə ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 2 fevral tarixli ekspert rəyinə əsasən isə sualda göstərilən tarixə, yəni 2017-ci il 27 noyabr tarixə banka olan əsas borc 284.676,29 manat, faiz borcu isə 74.701,70 manat müəyyən olunmuşdur. Bank tərəfindən isə cavabdehdən 286.506,96 manat əsas, 112.611,53 manat faiz, 9176,54 manat cərimə borcu tələb edilmişdir. Həmçinin cavabdehlə bank arasında bağlanmış 2015-ci il 16 fevral tarixli 54AV/F20-13 saylı müqaviləyə 2 saylı əlavədən də göründüyü kimi, 54AV/F20-13 saylı 2013-cü il 29 may tarixli təminatlı kredit müqaviləsinin müddəti 2019-cu il 27 may tarixinəd ək uzadılmışdır və iddia qaldırılan tarixədək kredit müqaviləsinin müddəti bitməmişdir. Apellyasiya instansiyası məhkəməsi bank tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışları ilə ekspert rəyi arasında demək olar ciddi bir fərq olmadığını nəzərə almamış, məhkəmələr tərəfindən dəfələrlə təyin olunmuş ekspert rəyləri arasındakı kəskin fərqlərlə bağlı heç bir əsaslandırma aparmamış, özü təyin etdiyi ekspert rəyinə qiymət verməyərək 2023-cü il 2 fevral tarixli ekspert rəyinə əsasən qətnamə çıxarmışdır. İddia tələbinin tam təmin olunması üçün bütün sübutların mövcud olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam şəkildə araşdırılmamış və birinci instansiya məhkəməsinin qətnaməsi borc hissəsində qüvvədə saxlanılmışdır. b) Kassasiya şikayətinə qarşı eti razın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
51. Təkrar apellyasiya baxışının predmetini əsas və faiz borcunun məbləğinin, habelə tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiymətinin müəyyən olunması təşkil etdiyindən və hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan əsas və faiz borcu hissəsində mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı əsas və faiz borcu hissəsində yoxlanılacaqdır (MPM-in 403 və 416cı maddələri).
52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
53. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (2023-cü il 1 oktyabr tarixədək olan redaksiyada) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda ol an eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....” “Maddə
741. Borc üzrə faizlər 741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.....”
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında iş ə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
56. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onla ra istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
57. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 58. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun təl əblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Kassasiya şikayətində göstərilən dəlillərinə dair kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-918/2022 nömrəli 2022-ci il 21 oktyabr tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və təqdim olunan rəyə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Eyni zamanda həmin məhkəmə tərəfindən MPM-in 102.2-ci maddəsinə əsasən iddiaçının vəsatəti əsasında iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması əsasları müəyyən edilməmişdir.
61. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
62. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 oktyabr tarixli 2-2(103)-43/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edild