Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-155/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilkin və qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair ilk, “X1” MMC-nin İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbi barədə qarşılıqlı iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsini n Kommersiya Kollegiyasının 2024-cü il 5 noyabr tarixli 2-2(103)-899/2024 nömrəli qətnaməsindən “X1” MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X4 (sifarişçi) ilə İddiaçı MMC arasında 2020-ci il 17 fevral tarixdə DSK 02/20 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən sifarişçi avtomobillərin təmiri işləri və texniki xidmətlərin satın alınması üçün icraçının 44.015,18 manat məbləğində kotirovka təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan malın çatdırılmasını öhdəsinə götürür. 2. 2020-ci il 11 mart tarixli 1 nömrəli hesab-fakturaya əsasən “NRYTN-nın X4” və İddiaçı MMC arasında bağlanmış 2020-ci il 17 fevral tarixli DSK 02/20 saylı müqaviləyə əsasən tərəflər arasında əldə olunmuş razılığa əsasən sifarişçi tərəf icraçıya 15.000 manat məbləğində avans ödənişi həyata keçirməli idi.
3. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X4 tərəfindən İddiaçı MMC-nin hesabına 2020-ci il 11 mart tarixli ödəniş tapşırığına əsasən 15.000 manat, 2020-ci il 19 noyabr tarixli ödəniş tapşırığına əsasən 4.237.29 manat, 2020-ci il 26 noyabr tarixli ödəniş tapşırığına əsasən 7.147,65 manat məbləğində pul köçürülmüşdür. 4. 2020-ci il 11 mart tarixli köçürmənin aparılması barədə bildirişə əsasən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X2 ƏDV sub-uçot hesabından 2.700 manat, 2020-ci il 19 noyabr tarixli bildirişə əsasən 762,71 manat, 2020ci il 26 noyabr tarixli bildirişə əsasən 1.286,58 manat məbləğində köçürmə aparılmışdır.
5. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X3 xidmətlərin dəyəri 34,22 manat təşkil edən 2021-ci il 13 yanvar tarixli EBAW 080486 nömrəli, 70,8 manat təşkil edən 2021-ci il 12 yanvar tarixli EBAW 031093 nömrəli, 1.444,32 manat təşkil edən 2020-ci il 22 dekabr tarixli EBAV 198928 nömrəli, 2.309,26 manat təşkil edən 2020-ci il 22 dekabr tarixli EBAV 199507 nömrəli, 2.033,14 manat təşkil edən 2020-ci il 22 dekabr tarixli EBAV 203097 nömrəli, 34,22 manat təşkil edən 2020-ci il 17 dekabr tarixli EBAV 047914 nömrəli, 643,1 manat təşkil edən 2020-ci il 17 dekabr tarixli EBAT 358710 nömrəli, 665,52 manat təşkil edən 2020-ci il 17 dekabr tarixli EBAT 358710 nö mrəli, 472 manat təşkil edən 2021-ci il 18 yanvar tarixli, EBAW 274838 nömrəli, 5.926,94 manat təşkil edən 2020-ci il 24 noyabr tarixli EBAS 871054 nömrəli, 1.093,51 manat təşkil edən 2020-ci il 23 noyabr tarixli EBAS 870546 nömrəli, 127,44 manat təşkil edən 2021-ci il 22 yanvar tarixli EBAW 458962 nömrəli, 290,28 manat təşkil edən 2021-ci il 12 fevral tarixli EBAX 375462 nömrəli elektron qaimə ünvanlanmışdır.
6. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X3 göndərilmiş elektron qaimələr üzrə sistemdən çıxarılmış məlumata əsasən, yuxarıda sadalanan elektron qaimələrdən əlavə olaraq sonuncuya göndərilmiş ƏDV 197,1 manat olmaqla 1.292,1 manat dəyərində 2020-ci il 26 oktyabr tarixli, EBAR 751453 nömrəli, 104,4 ƏDV olmaqla 684,4 manat təş kil edən 2020-ci il 29 oktyabr tarixli, EBAR 885358 nömrəli, 51,3 manat ƏDV olmaqla 336,3 manat təşkil edən 2020-ci il 3 noyabr tarixli EBAS 114193 nömrəli, ƏDV 692,46 manat olmaqla 4.539,46 manat təşkil edən 2020-ci il 16 noyabr tarixli, EBAS 625533 nömrəli, ƏDV 706,28 manat olmaqla 4.630,08 manat təşkil edən 2020-ci il 23 noyabr tarixli, EBAS 870576 nömrəli, ƏDV 1.385,03 manat olmaqla 9.079,62 manat təşkil edən 2020-ci il 23 noyabr tarixli, EBAS 870775 nömrəli elektron qaimələr “təsdiqlənmiş” elektron qaimələr qismində elektron sistemdə qeydə alınmışdır.
7. Sözügedən elektron sistemdən əldə edilmiş məlumata əsasən, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X3 2020-ci il 11 iyun tarixli EBAL 032496 nömrəli (103,81 manat ƏDV olmaqla 680,51 manat), 2020-ci il 08 oktyabr tarixli EBAQ 972019 nömrəli (4,5 manat ƏDV olmaqla 29,5 manat), 2020-ci il 22 oktyabr tarixli EBAR 622881 nömrəli (31,5 manat ƏDV olmaqla 206,5 manat), 2020-ci il 22 oktyabr tarixli EBAR 621897 nömrəli (34,2 manat ƏDV olmaqla 224,2 manat), 2020-ci il 22 oktyabr tarixli EBAR 591589 nömrəli (78,84 manat ƏDV olmaqla 516,84 manat), 2020-ci il 12 oktyabr tarixli EBAR 168328 nömrəli (1.207,03 manat ƏDV olmaqla 7.912,76 manat), 2020-ci il 13 oktyabr tarixli EBAR 213175 nömrəli (4,5 manat ƏDV olmaqla 29,5 manat), 2020-ci il 19 oktyabr tarixli EBAR 441113 nömrəli (15,84 manat ƏDV olmaqla 103,84 manat) elektron qaimələr də göndərilmiş, lakin həmin elektron qaimələr “sistem tərəfindən təsdiqlənmiş” elektron qaimələr qismində elektron sistemdə qeydə alınmışdır.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin 2021-ci il 22 dekabr tarixli 221 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X2 "xxxx" MMC-yə qoşulması yolu ilə "xxxx" MMC-nin yenidən təşkil edilməsi və onun Nizamnaməsinin təsdiq edilməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X2 "xxxx" MMC-nin mühasibi (işin mübahisə olunmayan halı) Əhmədov İlqar MMC-yə EBAX 375462 nömrəli, EBAW 080486 nömrəli, EBAW 031093 nömrəli, EBAW 274838 nömrəli, EBAW 458962 nömrəli, EBAV 047914 nömrəli, EBAV 008112 nömrəli, EBAT 358710 nömrəli, EBAS 871054 nömrəli, EBAS 870546 nömrəli, EBAS 870576 nömrəli, EBAS 870775 nömrəli, EBAS 870775 nömrəli, EBAS 87 8256 nömrəli, Əsədov Elnar adlı əməkdaş isə EBAV 198928 nömrəli, EBAV 199507 nömrəli, EBAV 203097 nömrəli qaimə fakturaların təsdiq etmək üçün imzalandıqlarını Vergilər Nazirliyinə ünvanlanmış müraciətlərində qeyd etmişlər.
10. İddiaçı MMC ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X2 nümayəndələri tərəfindən imzalanmaqla və hüquqi şəxslərin möhürü vurulmaqla təsdiq edilmiş 2020-ci il 24 iyul tarixli akta əsasən tərəflər 586,46 manat, 2020-ci il 29 iyul tarixli akta əsasən 27,14 manat, 2020-ci il 17 iyul tarixli akta əsasən 27,14 manat, 2020-ci il 17 iyul tarixli akta əsasən 790,84 manat, 2020-ci il 1 iyul tarixli akta əsasən 113,52 manat, 2020-ci il 1 iyul tarixli akta əsasən 895,38 manat, 2020-ci il 20 iyul tarixli akta əsasən 631,30 manat, 2020-ci il 27 iyul tarixli akt a əsasən 322,14 manat, 750,01 manat, 73,16 manat, 2020-ci il 21 sentyabr tarixli akta əsasən 208,62 manat, 2020-ci il 28 sentyabr tarixli akta əsasən 43,66 manat, 2020-ci il 21 sentyabr tarixli akta əsasən 346.60 manat, 2020-ci il 2 sentyabr tarixli akta əsasən 495.60 manat, 2020-ci il 11 sentyabr tarixli akta əsasən 632,85 manat, 2020-ci il 17 sentyabr tarixli akta əsasən 43,66 manat, 2020-ci il 18 sentyabr tarixli akta əsasən 88,50 manat, 2020-ci il 20 sentyabr tarixli akta əsasən 120,36 manat, 2020-ci il 20 sentyabr tarixli akta əsasən 103,84 manat, 2020-ci il 1 sentyabr tarixli 155,76 manat, 2020-ci il 12 sentyabr tarixli akta əsasən 181,72 manat, 2020-ci il 1 sentyabr tarixli akta əsasən 115,64 manat, 2020-ci il 1 sentyabr tarixli akta əsasən 218,30 manat, 2020-ci il 1 sentyabr tarixl i akta əsasən 42,48 manat, 59 manat, 366,98 manat, 496,78 manat, 372,88 manat, 1.770 manat, 2020-ci il 2 dekabr tarixli akta əsasən 643,10 manat, 2020-ci il 12 oktyabr tarixli aktlara əsasən 55,46 manat, 114,46 manat, 2020-ci il 15 oktyabr tarixli aktlara əsasən 1.248,44 manat, 556,96 manat, 1.583,56 manat, 572,30 manat, 408,28 manat, 2020-ci il 17 fevral tarixli akta əsasən 5x135,70 manat, 339,84 manat, 94,40 manat, 2020-ci il 20 fevral tarixli akta əsasən 135,70 manat, 2020-ci il 29 fevral tarixli akta əsasən 135,70 manat, 2020-ci il 19 fevral tarixli akta əsasən 790,60 manat, 2020-ci il 18 noyabr tarixli akta əsasən 34,22 manat, 2020-ci il 16 dekabr tarixli akta əsasən 23,60 manat, 2020-ci il 16 dekabr tarixli akta əsasən 47,20 manat, 2020-ci il 15 sentyabr tarixli akta əsasən 224,20 ma nat, 2020-ci il 12 mart tarixli akta əsasən 29,50 manat, 2020-ci il 13 mart tarixli akta əsasən 755,20 manat, 2020-ci il 16 mart tarixli akta əsasən 165,20 manat, 2020-ci il 17 mart tarixli akta əsasən 151,04 manat, 2020-ci il 18 mart tarixli akta əsasən 328,04 manat, 2020-ci il 23 mart tarixli akta əsasən 15,34 manat, 2020-ci il 27 aprel tarixli akta əsasən 115,64 manat, 2020-ci il 27 aprel tarixli akta əsasən 15,34 manat, 2020-ci il 24 aprel tarixli akta əsasən 100,30 manat, 2020-ci il 24 aprel tarixli akta əsasən 1.977,68 manat, 2020-ci il 25 aprel tarixli akta əsasən 100,30 manat olmaqla, ümumilikdə 21.527,5 manat məbləğində xidmətin göstərilməsi faktını təsdiq etmişlər. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 202 3-cü il 17 avqust tarixində “X1” MMCyə (bundan sonra – “cavabdeh”) qarşı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 14.417,72 manat məbləğində əsas borc, 7.000 manat məbləğində əldən çıxmış fayda, 200 manat məbləğində mediasiya xərcləri, ümumilikdə 21.617,72 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış 2020-ci il 17 fevral tarixli DSK 02/20 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə tərəflərindən cavabdehin xidməti nəqliyyat vasitələrinə servis və texniki xidmət göstərilmişdir. Göstərilmiş xidmətin əvəzi olaraq ödənilməli olan pul vəsaitindən qalmış 14.417,72 manat qalıq borc hələ də ödənilməmişdir. Cavab deh tərəfindən ödənilməyən vəsaitlərə görə iddiaçıya ciddi şəkildə maddi zərər dəymiş, ödənişlərin gecikdirilərək müqavilənin müvafiq bəndlərinə əməl edilmədiyinə görə iddiaçı müflisləşməyə doğru gedərək qeyri-ixtiyari şəkildə digər müqavilə tərəfləri qarşısında öhdəliklərini icra edə bilməmişlər. Cavabdehin əsas borc üzrə 14.417,72 manat və 7.000 manat məbləğində əldən çıxmış fayda olaraq borcu vardır. Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. İddiaçı tərəfindən cavabdehə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə əsas borc, əldən çıxmış fayda ödənilməsi barədə kommersiya mübahisəsinin həlli məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
13. Cavabdeh 2023-cü il 6 sentyabr tar ixində Bakı Kommersiya Məhkəməsinə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddianın rədd edilməsi, iddiaçıdan ödənilmiş 9.583,46 manat məbləğində avans məbləği və 126 manat məbləğində dövlət rüsumunun tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında “Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2020-ci il 17 fevral tarixli DSK 02/20 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi imzalanmışdır. Satınalma müqaviləsi X2 avtomobillərinin təmiri işləri və texniki xidmətlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusu nəticəsində imzalanmışdır. Satınalma müqaviləsinin ümumi dəyəri, yəni kotirovka təklifi 44.015,18 manat təşkil e tmişdir. Dövlət satınalmalarının mahiyyətinə uyğun olaraq, kotirovka təklifi və satınalma müqaviləsinin məbləği həcmində büdcə ili ərzində xidmətləri göstərib təhvil verməli idi. İddiaçıya 31.134,23 manat həcmində avans ödənişi edilmişdir. Avans ödənişi üç mərhələdə həyata keçirilmişdir. Ödənilmiş avans məbləği qarşılığında iddiaçı tərəfindən 21.527,50 manat xidmət təhvil verilmiş və müvafiq olaraq təhvil sənədləri əsasında rəsmiləşdirilmişdir. Satınalma müqaviləsi üzrə ödənilmiş avans məbləğdən 9.583,46 manat qarşılığında göstərilməli olan xidmət iddiaçı tərəfindən təhvil verilməmişdir. İddiaçı tərəfindən ilkin iddia üzrə tələb edilən 14.417,72 manat məbləğində xidmətlər təhvil verilməmişdir.
15. Cavabdeh 2023-cü il 5 dekabr tarixində etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasınd a imzalanmış 2020-ci il 17 fevral tarixli DSK02/20 nömrəli satınalma müqaviləyə əsasən kotirovka təklifinin məbləği 44.015,18 manat müəyyən edilmişdir. “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə görə qeyd edilən məbləğ Sifarişçi tərəfindən keçirilmiş satınalma prosedurunun (kotirovka sorğusunun) nəticəsinə uyğun olaraq müqavilənin bağlanmasından sonra göstəriləcək xidmət haqqının son həddini müəyyən edir. Yəni müqavilə üzrə göstəriləcək faktiki xidmət haqqı daha az ola bilər. Bu şərtlər daxilində baxdıqda müqavilədə göstərilən məbləğ Sifarişçinin İcraçı qarşısında ödənilməmiş borcu məbləğini müəyyən etmir. İcraçı tərəfindən təqdim edilmiş qaimə fakturaları ona görə əhəmiyyətsizdir ki, Qanunun 40-1.3-cü maddəsinə, sözügedən müqavilənin 5 və 13-cü bəndlərinə və tərəflər arasında f ormalaşmış işgüzar münasibətlərə əsasən müqavilə üzrə ödəmələr xidmətlərin təhvil verilməsi yolu ilə müəyyən edilməli, yəni təhvil-təslim aktı ilə təsdiq edilməlidir. Tərəflər arasında xidmətlərin təhvil-təslim aktı ilə rəsmiləşdirilməsi qaydası qarşılıqlı iddia ilə birlikdə təqdim edilmişdir. Həmin təhvil-təslim aktları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən 21.527,50 manat xidmət təhvil verilmiş və müvafiq olaraq təhvil sənədləri əsasında rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən təqdim edilən təhvil-təslim aktlarının çatdırılmasına dair təhvil-təslim aktlarında ümumiyyətlə sifarişçinin hansı nümayəndəsinin təhvil alması və kimin imzalaması əks edilməyib (2021ci il 7 yanvar tarixli, 2021-ci il 12 yanvar tarixli, 2021-ci il 13 yanvar tarixli), təhvil alınmış kimi təqdim edilən digər imza lı sənədlərdə isə sənədi imzalayan şəxsin X2 Ağayev Qurban adında işçisi olmadığı müəyyən edilmişdir (2020-ci il 19 noyabr tarixli, 2020-ci il 07 dekabr tarixli). Eyni zamanda, sübut qismində təqdim edilən 2020-ci il 13 mart tarixli iş kartı və ona əlavə edilən 2020-ci il 13 iyun tarixli Qüsur aktında əks edilən 10PP551 dövlət nişanlı avtomobil heç bir zaman X2 mülkiyyətində olmamışdır. Həmçinin iddiaçı tərəfindən 2020-ci il 13 avqust tarixli iş kartında aparılmış "xxxx" qeydi həmin sənədin Mərkəzə aid olmadığını göstərir. Həmin dövrdə Mərkəz və “AzinTelecom" iki ayrı hüquqi şəxs olmaqla, iddiaçı ilə ayrılıqda müqavilələr bağlamışdır. Həmçinin sözügedən avtomobilin sürücüsü kimi qeyd edirlər. Qiyasov Əbülfəz adlı şəxs Mərkəzdə heç bir zaman çalışmamışdır.
16. İddiaçı 2023-cü il 13 dekabr t arixində iddia ərizəsinin açıqlaması barədə məlumat təqdim edərək bildirmişdir ki, ümumilikdə cavabdeh tərəfindən 14.417,73 manat məbləğində ödəniş həyata keçirilməlidir.
17. Cavabdeh 2023-cü il 14 dekabr tarixində məhkəməyə yazılı surətdə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəfindən göstərilən 13 qaimədən 8 elektron qaimə faktura üzrə xidmətlər göstərildiyi üçün ödəniş cavabdeh tərəfindən icra edilmişdir. Qeyd etmək lazımdır ki, 8 elektron qaimə üzrə ümumi məbləğ 12.573,89 manat təşkil edir. 2021ci il 18 yanvar tarixli EBAW 274838 nömrəli 472 manat dəyərində, 2020-ci il 17 dekabr tarixli EBAV 008112 nömrəli 665,52 manat dəyərində, 2020-ci il 23 noyabr tarixli EBAS 870546 nömrəli 1.093,51 manat dəyərində, 2021-ci il 22 yanvar tarixli EBAW 458962 nömrəli 127,44 manat dəyərində və 2021-ci il 12 fevral tarixli EBAX 375462 nömrəli 290,28 manat dəyərində elektron qaimələr üzrə ümumiyyətlə xidmət göstərilməmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 7 iyun tarixli e-2-2(113)-204/2024 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 3.845,46 məbləğində pul və 100 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilmiş, qalan hissədə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin olunmamışdır (hakim – İ.Əhmədov).
19. Məhkəmə qeyd etmişdir ki, 2020-ci il 17 fevral tarixli müqavilə üzrə iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrin əksər hissəsi nəinki elektron qaydada göndərilmiş, eyni zamanda cavabdeh tərəfindən fiziki olaraq təsdiq edilmişdir.
20. Belə ki, elektron qaimələrin göndərilməsi ilə bağlı sistem dən çıxarışdan da məlum olmuşdur ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş 27 ədəd elektron qaimədən 19-u cavabdeh tərəfindən fiziki olaraq, qalan 8 ədədi isə sistem tərəfindən təsdiqlənmişdir. Elektron qaimələrdən 19-u barədə “təsdiqlənmiş” və 8-i barədə isə “sistem tərəfindən təsdiqlənmiş” qeydi aparılmışdır. Bundan əlavə, iddiaçı məhkəməyə cavabdehin əməkdaşları olan “Əhmədov İlqar” və “Əsədov Elnar” tərəfindən EBAX 375462 nömrəli, EBAW 080486 nömrəli, EBAW 031093 nömrəli, EBAW 274838 nömrəli, EBAW 458962 nömrəli, EBAV 047914 nömrəli, EBAV 008112 nömrəli, EBAT 358710 nömrəli, EBAS 871054 nömrəli, EBAS 870546 nömrəli, EBAS 870576 nömrəli, EBAS 870775 nömrəli, EBAS 870775 nömrəli, EBAS 878256 nömrəli, EBAV 198928 nömrəli, EBAV 199507 nömrəli, EBAV 203097 nömrəli elektron qaimələrin şəx sdən təsdiq edilməsi ilə bağlı sənədlər əlavə etmişdir. Sözügedən şəxslərin cavabdehin əməkdaşları olması faktı isə işin mübahisəsiz halıdır.
21. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, göndərilmiş elektron qaimə xidmətin həqiqətən də göstərilməsini təsdiq edən sübuti əhəmiyyətə malik olmasa da, fiziki olaraq təsdiqlənmiş elektron qaimə artıq digər tərəfin həmin faktı təsdiqlədiyini və qəbul etdiyini göstərir. Cavabdeh tərəfindən fiziki olaraq təsdiqlənmiş elektron qaimələr üzrə ümumi məbləğ 34.979,69 manat təşkil etmiş, cavabdeh isə ümumilikdə 31.134,23 manat məbləğində ödəniş həyata keçirmişdir. Göründüyü kimi, qəbul edilmiş elektron qaimələr üzrə ümumi məbləğdən 3.845,46 (34.979,69-31.134,23 manat=3.845,46) manat məbləğində işlərin dəyəri ödənilməmiş qalmışdır.
22. Qa lan məbləğə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, həmin məbləği (14.417,73-3.845,46=10.572,27) təşkil edən elektron qaimələr cavabdeh tərəfindən fiziki olaraq deyil, sistem tərəfindən təsdiq edildiyindən, onunla bağlı tərəflər arasında təsdiq edilmiş təhvil-təslim aktları və digər sübutlar mövcud olmadığından həmin hissədə iddia tələbi əsassızdır.
23. Məhkəmə qarşılıqlı iddia ərizəsində qeyd olunan hallara münasibətdə bildirmişdir ki, cavabdehin iddiasına görə iddiaçı tərəfindən mübahisələndirilən 2021-ci il 13 yanvar tarixli EBAW 080486 nömrəli, 2021-ci il 12 yanvar tarixli EBAW 031093 nömrəli, 2020-ci il 22 dekabr tarixli EBAV 198928 nömrəli, 2020-ci il 22 dekabr tarixli EBAV 199507 nömrəli, 2020-ci il 22 dekabr tarixli EBAV 203097 nömrəli, 2020-ci il 17 dekabr tarixli EBAV 047914 nö mrəli, 2020-ci il 17 dekabr tarixli EBAT 358710 nömrəli, 2020-ci il 24 noyabr tarixli EBAS 871054 nömrəli elektron qaimələr üzrə 12.573,89 manat təşkil edən məbləğ tərəflərindən 31.134,23 manat avansın daxilində ödənilmişdir. Lakin 2020-ci il 17 dekabr tarixli EBAV 008112 nömrəli, 2020-ci il 23 noyabr tarixli EBAS 870546 nömrəli, 2021-ci il 22 yanvar tarixli EBAW 458962 nömrəli və 2021-ci il 12 fevral tarixli EBAX 375462 nömrəli elektron qaimələr üzrə iddiaçı tərəfindən ümumiyyətlə xidmət göstərilməmişdir.
24. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki, iş üzrə təqdim edilmiş elektron qaimələrin tərəflər arasında tərtib edilmiş hansı təhvil-təslim aktları üzrə verildiyini və ya avans ödənişi həyata keçirilərkən hansı elektron qaimələrə istinad edildiyini müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərin tərtibi zamanı hər hansı bir elektron qaiməyə istinad edilməmişdir. Hər iki tərəf də məhkəməyə bununla bağlı hər hansı bir sənəd təqdim edə bilməmişdir. Lakin müəyyən edilmiş hal ondan ibarətdir ki, cavabdeh tərəfindən fiziki olaraq təsdiq edilmiş elektron qaimələr üzrə müəyyən edilmiş məbləğ ödənilmiş avans məbləğindən daha çoxdur (3.845 manat). Bu isə onu deməyə əsas verir ki, iddiaçı ödənilmiş avans məbləği üzrə xidməti tam olaraq həyata keçirmişdir.
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 386.1, 398.1, 442-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qayd aları” nın 1.2, 1.3, 2.5.3, 3.1, 3.2, 3.3, 3.4-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
27. Bakı Ap ellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 noyabr tarixli 2-2(103)-899/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova, E.Həsənov).
28. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, texniki xidmətlərin göstərilməsi ilə yanaşı avtomobillərin təmiri işlərinin görülməsi də mübahisəli müqavilənin predmetini təşkil etdiyindən həmin müqavilə podrat və xidmət müqaviləsinin elementlərini birləşdirilən qarışıq müqavilədir. Odur ki, MM-də xidmət müqaviləsini tənzimləyən xüsusi normalar nəzərdə tutulmadığından və xidmət müqaviləsinə daha yaxın olan müqavilə n övü podrat müqaviləsi olduğundan mübahisəli müqavilə üzrə münasibətlərə analogiya üzrə MM-in podrat müqaviləsini tənzimləyən normaları tətbiq edilməlidir.
29. Məhkəmə qeyd etmişdir ki, işin mübahisəli halı iddiaçı tərəfindən cavabdehə mübahisəli müqavilə üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri ilə bağlıdır.
30. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş 27 ədəd elektron qaimədən ümumilikdə ƏDV daxil 34979,69 manat məbləğində xidmətlərin göstərilməsinə (işlərin görülməsinə) dair 19 ədəd elektron qaimə cavabdeh tərəfindən fiziki olaraq təsdiqlənmişdir. Göstərilən hal Dövlət Vergi Xidmətinin elektron sistemindən çıxarışla yanaşı cavabdehin işçilərinin Dövlət Vergi Xidmətinə ünvanladıqları müraciətləri ilə öz təsdiqini tapır.
31. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin sözügedən 19 ədəd elektron qaiməni fiziki olaraq təsdiqləməsi həmin qaimələrdə əks olunmuş ƏDV daxil 34.979,69 manat məbləğində xidmətlərin göstərilməsi (işlərin görülməsi) faktının cavabdeh tərəfindən qəbul edilməsinə dəlalət edir. Odur ki, birinci instansiya məhkəməsi mübahisəli müqavilə üzrə cavabdeh tərəfindən fiziki olaraq təsdiqlənmiş elektron qaimələrin ümumi məbləğinin 34.979,69 manat təşkil etdiyini, cavabdehin isə ümumilikdə 31.134,23 manat məbləğində ödəniş həyata keçirdiyini nəzərə alaraq cavabdehin iddiaçıya müqavilə üzrə əsas borcunu 3.845,46 (34.979,69-31.134,23 manat=3.845,46) manat məbləğində müəyyənləşdirərək ilkin iddianı həmin hissədə təmin etməkdə, eyni zamanda qarşılıqlı iddiaçının mübahisəli müqavilə üzrə artıq ödəniş etməsinin müəyyən e dilmədiyini nəzərə alaraq qarşılıqlı iddianı rədd etməkdə haqlı olmuşdur.
32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 386.1, 385.1, 442, 752.1, 753.1, 759.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2, 1.3, 2.5.3, 3.1, 3.2, 3.3, 3.4-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMCnin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına, MPM-in 77.1-ci maddəsinə istinad etm əklə əsaslandırmışdır.
33. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. MM-in 404.1, 404.2-ci maddələri üzrə - 2020-ci il 17 fevral tarixli DSK02/20 saylı müqavilənin 13.1-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər İcraçı tərəfindən təqdim edilən qaimələr, aktlar və digər sənədlər asasında icra edilir. Tərəflər arasında formalaşmış işgüzar adətə uyğun olaraq görülmüş işlərə dair müvafiq formada təhviltəslim aktları imzalanmışdır. Lakin apellyasiya məhkəməsi qanunu düzgün təfsir etməyərək maddi hüquq normasını pozmuşdur.
35. MPM-in 77, 88-ci maddələri üzrə - Apellyasiya məhkəməsi idd iaçı tərəfindən ödənilmiş elektron qaimə kimi təqdim etdiyi elektron qaimələri birinci instansiya məhkəməsində ödənilməmiş qaimələr olaraq qiymətləndirməsinə dair həmçinin kommersiya məhkəməsi tərəfindən iddiaçının iddia ərizəsində mübahisələndirilməyən qaimələri hesablamada nəzərə almağına münasibət bildirməmişdir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını tam araşdırmamış, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr əsasında şikayəti təmin etməmişdir. Apellyasiya məhkəməsinin qətnamədə göstərdiyi tək əsas ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin etməklə və qarşılıqlı iddianı rədd etməkdə haqlı idi lakin bunu başqa heç bir istinad və ya sübut ilə əsaslandırmamışdır.
36. MPM-in 217.1-ci maddəsi üzrə - Cavabdehdən 3.845 manat məbləği nin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, lakin bu məbləğin hansı əsaslar ilə hesablandığı qeyd edilməmişdir. Eyni zamanda məhkəmənin mövqeyi müəyyən edilərkən istinad etdiyi normativ aktlar və əsaslar qeyri obyektiv şərh edilmişdir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarı üzrə - Birinci instansiya məhkəməsinin qətnaməsinin 27-ci bəndində istinad etdiyi yuxarıda adıçəkilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına məhkəmə tərəfindən düzgün hüquqi mövqe bild irilməmişdir. Belə ki, sözügedən Plenum qərarında lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaların öz özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmədiyi və işgüzar adətlər, təqdim olunan digər sübutlar ilə birgə qiymətləndirilməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən isə bu yanaşma səhv tövsif edilərək qeyd edilmişdir ki, sözügedən Plenum qərarında göndərilmiş və qarşı tərəfdən fiziki olaraq təsdiq edilmiş elektron qaimələrin sübut əhəmiyyəti barədə hər hansı bir məlumatın əks edilmədiyini vurğulamışdır. Halbuki göndərilmiş və qarşı tərəfdən fiziki olaraq təsdiq edilmiş elektron qaimə mübahisələndirilməmiş elektron qaiməyə aiddir. Bu baxımdan, göndərilmiş v ə qarşı tərəfdən fiziki olaraq təsdiq edilmiş elektron qaimələr mübahisələndirilməmiş elektron vergi-hesab faktura olduğundan öz-özlüyündə xidmətlərin göstərilməsini bir başa təsdiq edə bilməz. Hər bir halda müqavilənin şərtləri, işgüzar adətlər üsulu nəzərə alınmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
39. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməs ini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
41. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı Mülki Məcəlləsinin müvafiq müddəalarında 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməs i əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıy a şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə
759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir....” “Maddə
770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi y erinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.”
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1. Ümumi müddəalar 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 8 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) və ya avans alınmasının rəsmiləşdirilməsinə əsas vermir “2. Elektron qaimə-fakturanın tərtib edilməsi... 2.5. Elektron qaimə-faktura aşağıdakı qaydada doldurulur:... 2.5.3. elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur;...” “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.[38] 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qa imə-faktura proqram təminatı tərəfindən təsdiq edilir....”
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məh kəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
45. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razı laşan apellyasiya instansiyası məhkəməsi mübahisəli müqavilə münasibətlərinə MM-in podrat müqaviləsini tənzimləyən normalarının tətbiq edilməli olduğu qənaətinə gələrək, mübahisəli müqavilə üzrə cavabdehin fiziki olaraq təsdiq etdiyi 19 elektron qaimənin dəyərindən (34.979,69 manat) cavabdehin iddiaçıya ümumilikdə etdiyi ödənişin məbləğini (31.134,23 manat) çıxmaqla cavabdehin iddiaçıya görülmüş işlərə görə qalıq borcunu müəyyən etmiş (3.845,46 manat) və buna müvafiq olaraq iş üzrə nəticəyə gəlmiş, iddiaçı da bu nəticə ilə razılaşmışdır.
46. Cavabdeh tərəfin mövqeyi mahiyyət etibarilə ondan ibarətdir ki, tərəflər arasında imzalanmış təhvil-təslim aktları üzrə cəmi 21.527,50 manat dəyərində iş və xidmətin təqdim edildiyi əsas götürülməklə, həmin məbləğ iddiaçıya ümumilikdə edilmiş ödənişin məbləğindən (31.134,23 manat) çıxılaraq artıq ödənilmiş 9.583,46 manat məbləğində avans cavabdehə geri qaytarılmalıdır.
47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini aşağıdakılara görə qanuni və əsaslı hesab edir.
48. Podrat müqaviləsi üzrə yerinə yetirilmiş işin qəbul edilməsini tənzimləyən MM-in 770-ci maddəsinin (bax § 41) tələblərinə görə, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir.
49. İstinad olunan normadan aydın olur ki, sifarişçi podratçının müqavilə üzrə gördüyü işi qəbul edərək bunun haqqını podratçıya ödəməyə borcludur.
50. Lakin nə həmin normada, nə də MM-in hər hansı digər normasında görülmüş podrat işlərinin məhz təhvil-t əslim aktları ilə qəbul edilməli olması, daha doğrusu işlərin qəbulunun məhz təhvil-təslim aktı ilə rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur.
51. Odur ki, podrat işlərinin qəbulunun tərəflər üçün məqbul olan istənilən formada rəsmiləşdirilməsi mümkündür.
52. Hazırkı halda mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən göndərilmiş ümumi dəyəri 34.979,69 manat məbləğində olan 19 elektron qaimənin sistem tərəfindən deyil, məhz cavabdeh tərəfindən fiziki olaraq təsdiq edildiyi işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halını təşkil edir.
53. Cavabdeh tərəfin sözügedən elektron qaimələr üzrə işlərin əslində iddiaçı tərəfindən icra olunmadığı halda, onları hansı səbəbdən fiziki olaraq təsdiq etməsinə dair məhkəmələrə ağlabatan izahlar verməsi də iş materiallarından görünmür.
54. Bu baxımd an, məhkəmə kollegiyasının mövqeyinə görə, cavabdeh həmin elektron qaimələri fiziki olaraq təsdiq etməklə MM-in 770-ci maddəsinə uyğun olaraq podrat işlərini qəbul edilməsi üzrə öz iradəsini ifadə etmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.
55. Bundan əlavə, iş üzrə qəbul edilmiş məhkəmə qətnamələrindən məlum olur ki, iddiaçı məhkəməyə cavabdehin əməkdaşları olan “Əhmədov İlqar” və “Əsədov Elnar” tərəfindən 17 elektron qaimənin (həmin qaimələrin seriya və nömrələri qətnamələrdə konkret sadalanmışdır) şəxsən təsdiq edilməsi ilə bağlı sənədlər əlavə etmişdir. Sözügedən şəxslərin cavabdehin əməkdaşları olması faktı isə işin mübahisəsiz halıdır.
56. Kassatorun birinci instansiya məhkəməsi tərəfindən iddiaçın ın ödənilmiş elektron qaimə kimi təqdim etdiyi elektron qaimələrin ödənilməmiş qaimələr olaraq qiymətləndirilməsinə, iddiaçının iddia ərizəsində mübahisələndirilməyən qaimələrin hesablamada nəzərə alınmasına apellyasiya instansiyası məhkəməsinin münasibət bildirməməsinə dair dəlillər də, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin mahiyyətcə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, elə iş üzrə qəbul edilmiş məhkəmə qətnamələrindən məlum olur ki, təqdim edilmiş elektron qaimələrin tərəflər arasında tərtib edilmiş hansı təhvil-təslim aktları üzrə verildiyini və ya avans ödənişi həyata keçirilərkən hansı elektron qaimələrə istinad edildiyini müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərin tərtibi zamanı hər hansı bir elektron qa iməyə istinad edilməmişdir. Hər iki tərəf də məhkəməyə bununla bağlı hər hansı bir sənəd təqdim edə bilməmişdir.
57. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası kassatorun digər dəlilləri üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 43) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 43) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmi şdir.
58. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 noyabr tarixli 2-2(103)-899/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olan “X1” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 noyabr tarixli 2-2(103)-899/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.