Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-156/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh “Simirna" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Simirna" Məhdud Məsuliyyətli Cəmiyyətinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və "xxxx" MMC) qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolleg iyasının 2023-cü il 4 noyabr tarixli 2-2(103)-757/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2022-ci il 1 iyun tarixli AV-135/2022 nömrəli uzunmüddətli avtomobil icarə müqaviləsindən görünür ki, illik sürülmə limiti 50.000 kilometr, aylıq icarə haqqı 1.660 manat olmaqla İddiaçı MMC-nin mülkiyyətində olan 5 ədəd Mitsubishi L200 MİD 4WD2021 markalı və illik sürülmə limiti 50.000 kilometr, aylıq icarə haqqı 1.230 manat olmaqla 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobillər qeyd edilən müqavilənin ikinci bəndində göstərilən tarixlərədək “Simirna" MMC-yə icarəyə verilmişdir.
2. İddiaçı MMC ilə "xxxx" MMC arasında tərtib olunmuş təhvil formalarında 6 ədəd avtomobilin sonuncuya təhvil verilməsi və tarixləri də əks olunmaqla geri qaytarılması öz əksini tapmışdır. 3. 2022-ci il 5 noyabr tarixli EBCİ seriyalı 633904 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə icarə müqaviləsi üzrə 2022-ci ilin noyabr ayı üçün ƏDV daxil 7.327,80 manat icarə haqqı borcu hesablanmışdır. 4. 2022-ci il 12 noyabr tarixli EBCG seriyalı 980438 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə icarə müqaviləsi üzrə 2022-ci ilin oktyabr ayı üçün ƏDV daxil 7.075,04 manat icarə haqqı borcu hesablanmışdır. 5. 2022-ci il 16 noyabr tarixli EBCJ seriyalı 261657 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə dövlət qeydiyyat nişanının itirilməsinə görə ƏDV daxil 708 manat cərimə yazılmışdır. 6. 2022-ci il 24 oktyabr tarixli EBCH seriyalı 548526 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanacaq sərfiyyatına görə 48 manat məbləğində borc yazılmışdır. 7. 2022-ci il 11 noyabr tarixli EBCİ seriyalı 905124 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə **-PX-*** dövlət qeydiyyat nişanlı və **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərə görə ƏDV daxil 10.620 manat borc yazılmışdır. 8. 2022-ci il 28 dekabr tarixli EBCM seriyalı 148941 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə **-PJ-*** və **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 2022ci il 30 noyabr tarixindən 2022-ci il 2 dekabr tarixinə kimi istifadəsinə görə 220,02 manat icarə haqqı borcu yazılmışdır. 9. 2022-ci il 28 dekabr tarixli EBCM seriyalı 148591 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə **-PJ-***, **-PR-***, **-PX-*** və **-AG -*** dövlət qeydiyyat nişanlı avtomobillərin illik limitdən artıq sürülməsinə görə 8.908,23 manat borc yazılmışdır. 10. 2022-ci il 19 oktyabr tarixli EBCH seriyalı 501712 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə **-PR-*** və **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərdən istifadə zamanı 105 manat inzibati cərimə yazılmışdır. 11. 2022-ci il 28 dekabr tarixli EBCM seriyalı 148134 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə **-PJ-*** və **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin icarə müddətininin bitməsindən əvvəl qaytarılmasına görə 19.938,46 manat borc yazılmışdır. 12. 2022-ci il 28 noyabr tarixli EBCJ seriyalı 906612 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə **-AG-*** və **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin icarə müddətininin bitm əsindən əvvəl qaytarılmasına görə 23.261,34 manat borc yazılmışdır.
13. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə: - 2022-ci il 9 dekabr tarixli 545153 nömrəli kassa mədaxil orderindən çıxarışdan göründüyü kimi, icarə haqqı olaraq 12.963,53 manat; - 2022-ci il 12 avqust tarixli 365985 nömrəli kassa mədaxil orderindən çıxarışdan göründüyü kimi, icarə haqqı olaraq 5.000 manat; - 2022-ci il 1 noyabr tarixli 545126 nömrəli kassa mədaxil orderindən çıxarışdan göründüyü kimi, icarə haqqı olaraq 10.000 manat; - 2022-ci il 23 avqust tarixli çıxarışdan göründüyü kimi, icarə haqqı olaraq 15.000 manat; - 2022-ci il 22 avqust tarixli ödəniş tapşırığından göründüyü kimi, icarə haqqı olaraq 2.700 manat məbləğində pul ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 14. “O tokoç Azərbaycan" MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 1 mart tarixində “Simirna" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ƏDV daxil 14.622,86 manat icarə haqqı borcunun, ƏDV daxil 48 manat yanacaq xərci, 105 manat cərimə, vurulmuş zərərə görə ƏDV daxil 10.620 manat, dövlət qeydiyyat nişanının itirilməsinə görə ƏDV daxil 708 manat, avtomobillərin icarə müddətinin bitməsindən əvvəl qaytarılmasına görə ƏDV daxil cərimə 43.199,80 manat, avtomobilin illik limitdən artıq sürülməsinə görə 8.908,23 manat, toplam 78.211,89 manat və 400 manat mediasiya xərcinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq cav abdeh icarə müqaviləsinin şərtlərini pozaraq icarə predmeti olan avtomobillərin icarəsinə görə icarə haqqı borcunu tam olaraq ödəməmiş və müqavilədə göstərilən icarə müddətləri bitmədən avtomobilləri qaytarmışdır. Cavabdehin iddiaçıya 78.211,89 manat borcu vardır. Qeyd edilən uzunmüddətli avtomobil icarə müqaviləsinin ikinci bəndinə əsasən icarə predmeti olmuş avtomobillərin illik sürülmə limiti 50.000 km müəyyən edilmişdir. İcarəçi həmin limiti aşmış və qeyd edilən bəndə əsasən icarəçi hər km üçün əlavə olaraq 0,12 manat ödəməyi öhdəsinə götürmüşdür. İcarə müddətində icarəçi tərəfindən icarə predmeti olmuş avtomobillər illik limitdən artıq sürülmüşdür. Müqavilənin 5-ci bəndinin 2-ci abzasına əsasən əgər icarəçi razılaşmaya xitam verilmədən icarəyə götürülmüş avtomobilləri müqavilə müddəti nin bitməsindən əvvəl icarəyə verənə qaytararsa icarəçi icarəyə verənə icarə müqaviləsinin qalan müddətinin ödənilməli olan icarə haqları məbləğinin 50% məbləğini cərimə olaraq ödəyir. Müqavilənin 6.4-cü bəndinə əsasən icarəçi avtomobillərə vurduğu zərərin ödənilməsinə görə öhdəlik daşıyır. İcarə müddətində icarəçi tərəfindən icarə predmeti olmuş avtomobilə zərər vurulmuşdur. İcarə müddətində icarəçi tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimə tətbiq edilmiş, lakin həmin cərimə icarəçinin əvəzinə icarəyə verən tərəfindən ödənilmişdir. Müqavilənin 8-ci bəndinin 4-cü abzasına əsasən icarəçi yol hərəkəti qaydalarını pozulmasına görə cərimələri ödəməlidir. Həmin cərimələr icarəyə verən tərəfindən ödənildikdə icarəçi ödənilmiş cərimə məbləğini icarəyə verənə ödəməlidir. İcarə m üddətində icarəçi tərəfindən icarə predmeti olmuş avtomobilin dövlət qeydiyyat nişanı itirilmiş və icarəyə verənin vəsaiti hesabına yeni nömrə alınmışdır. Müqavilənin 8-ci bəndinin 2-ci abzasına əsasən icarəçi avtomobilin dövlət qeydiyyat nişanını itirərsə icarəyə verənə 600 manat ödəməyi qəbul etmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 2 may tarixli e-2-2(113)-1792/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (E.Əliyev).
17. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, 2021-ci ilin dekabr ayından 2022-ci ilin aprel ayınadək olan dövr ərzində sürülməmiş 5 ədəd Mitsubishi L200 MİD 4WD2021 markalı və 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobillər icarə müqaviləsinə əsasən iddiaçı tərəfindən hazırkı iş üzrə mübahisə predmeti barədə müstə qil tələb irəli sürməyən üçüncü şəxs olan "xxxx" MMC-yə (bundan sonra – “Taha”) Bakı şəhərində təhvil verilmiş və müvafiq təhvil-təslim aktları tərtib edilmişdir. Daha sonra cavabdehlə 2022-ci il 1 iyun tarixində icarə müqaviləsi imzalanmış, lakin 5 ədəd Mitsubishi L200 MİD 4WD2021 markalı və 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobillər Bakı şəhərində deyil, Qarabağ bölgəsində tikinti-quraşdırma işləri aparan Taha-nın istifadəsində olduğuna görə həmin avtomobilləri iddiaçının əməkdaşları cavabdehə faktiki təhvil verə bilməmiş və bununla bağlı müvafiq təhvil-təslim aktları tərtib edilmiş, iddiaçının izahatına əsasən 5 ədəd Mitsubishi L200 MİD 4WD2021 markalı və 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobilləri Taha Qarabağ bölgəsində cavabdehə təhvil vermişdir.
18. Bununla da, idd iaçı əvvəlki icarəçi olan Taha-ya avtomobilləri təhvil verərkən maşınların yürüşünü, mövcud olan aksessuarları, əlavə avadanlıqları, nasazlıqların olmamasını və təhvil tarixini müvafiq təhvil-təslim aktlarında qeyd etsələr də, 5 ədəd Mitsubishi L200 MİD 4WD2021 markalı və 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobilin hansı tarixlərdə cavabdehə təhvil verilməsi, avtomobillərin yürüşü, aksessuarlar və əlavə avadanlıqların mövcudluğu, həmçinin avtomobillərin zədələnməsi və nasazlıqları barədə sübut (təhvil-təslim aktları) təqdim etməmişlər.
19. Bu isə o deməkdir ki, iddiaçı icarə haqqı borcu, yanacaq xərci, cərimə, vurulmuş zərərə görə, dövlət qeydiyyat nişanının itirilməsinə görə, avtomobillərin icarə müddətinin bitməsindən əvvəl qaytarılmasına və avtomobilin illik limitdən artıq sürülmə sinə görə pul tələb edirsə, sonuncu öncə avtomobillərin cavabdehə təhvil verilməsi ilə bağlı təhvil-təslim aktları təqdim etməlidir. Belə ki, avtomobillər cavabdehə təhvil verildiyi təqdirdə, avtomobillərin yürüşü, aksessuarlar və əlavə avadanlıqların mövcudluğu, həmçinin avtomobillərin zədələnməsi və nasazlıqları barədə məlumat olmadığına görə avtomobillərin hansı müddətlərdə cavabdehdə icarədə olmasını, bununla yanaşı məhz cavabdeh tərəfindən avtomobillərin illik limitdən artıq sürüldüyünü, dövlət qeydiyyat nişanının itirildiyini və avtomobillərə zərər vurmasını müəyyən etmək mümkün deyil.
20. Həmçinin məhkəmə qeyd etmişdir ki, avtomobillərin zədələnməsi, artıq sürülməsi, dövlət qeydiyyat nişanının itməsi və sair avtomobillərin Taha-nın istifadəsində olduğu dövrdə də baş verə bilərdi.
21. Məhkəmə bu qənaətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 700.1, 701.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 noyabr tarixli 2-2(103)-757/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmiş dir ki, iddiaçı müqavilə bağlandıqdan sonra 2022-ci il 1 iyun tarixində avtomobillərin cavabdehə icarəyə verildiyini bildirsə də, iddiaçı ilə Taha arasında bağlanmış avtomobilin təhvil formasından avtomobillərin Taha tərəfindən iddiaçıya 2022-ci ilin sentyabr, dekabr aylarında geri təhvil verildiyi müəyyən olunmuşdur. Belə olan halda müqavilə üzrə avtomobillərin cavabdehə 2022-ci il 1 iyun tarixində necə verildiyi anlaşılan deyil.
25. Kollegiya qeyd etmişdir ki, iddiaçı daha əvvəl avtomobilləri Taha-ya verdiklərini, sonradan isə Taha cavabdehə təhvil verdiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir.
26. Bundan başqa, iddiaçı icarə müddətində cavabdeh tərəfindən icarə predmeti olmuş avtomobilə zərər vurulduğunu, icarə müddətində “icarəçi” tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimə tətbiq edildiyini, lakin həmin cərimənin “İcarəçi”nin əvəzinə “İcarəyə verən” tərəfindən ödənildiyini bildirsə də, qeyd olunan halları təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, avtomobillərin cavabdehə icarəyə verilməsi (cavabdeh tərəfindən avtomobillərdən istifadə edilməsi), həmçinin iddiaçının istinad etdiyi ödənişlər iş materiallarında mövcud olan hər hansı bir sənədlə sübut olunmadığından, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 700.1, 701.2-ci maddələrinə, "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-c i il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022ci il 20 aprel tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
29. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilməsi, işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. MM-in 385.1, 386.1-ci maddələrinin tələbləri pozulmuşdur - İşə baxmış olan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin səhvini təkrarlayaraq tərəflər arasında bağlanılmış avtomobil icrarə müqav iləsinə əsasən cavabdehin öhdəlik daşımalı olduğuna hüquqi qiymət verməmişdir.
31. MM-in 700.1-ci maddəsinin tələbi pozulmuşdur – mübahisələndirilən qətnamədə cavabdehlə avtomobil icarə müqaviləsi bağlanılması, cavabdehin avtomobil icarə müqaviləsi üzrə avtomobildən istifadə edilməsi göstərilsə də, həmin müqavilə üzrə icarəçi olan cavabdehin icarə müqaviləsi üzrə istifadə etdiyi avtomobillərə görə icarə haqqı ödəməyə borclu olduğuna hüquqi qiymət verilməmişdir.
32. MM-in 973.1-ci maddəsinin tələbi pozulmuşdur - Barəsində şikayət edilən qətnamənin “Apellyasiya İnstansiyası Məhkəməsinin Mövqeyi” bölməsinin 39-cu bəndində göstərilir ki, iddiaçı tərəfin istinad etdiyi ödənişlər digər mötəbər sübutlarla təsdiq olunmur. Halbuki, ödəniş tapşırıqlarında ödəyici tərəfindən “ödənişin təyinatı” bölmə sində ödənişin təyinatı kimi 2022-ci il 1 iyun tarixli AV-135/2022 nömrəli müqaviləsi, iddiaçı tərəfindən göndərilmiş EBBY 065656, EBBZ 324441 nömrəli qaimələr göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi bu maddəni tətbiq etməməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir 33. “Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.3-cü bəndinin tələbi pozulmuşdur - İşə baxmış olan birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturaların cavabdeh tərəfindən qaytarılmadığına hüquqi qiymət verməmişdir. Kassasiya baxışının hədləri
34. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416- cı maddələri).
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə g ötürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə
701. İcarəyə verilən əşyanın ləvazimatı... 701.2. Əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, aşağıdakı qaydalar tətbiq edilir: 701.2.1. ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür; 701.2.2. icarəçi ləvazimat obyektlərinə dair təsərrüfatın lazımınca aparılması çərçivəsində sərəncam verə bilər; 701.2.3. icarəçi ləvazimatı təsərrüfatı n lazımınca aparılmasına uyğun gələn vəziyyətdə saxlamalı və uyğun gələn həcmdə daim əvəz etməlidir. Onun əldə etdiyi obyektlər ləvazimata birləşdirildikdən sonra icarəyə verənin mülkiyyəti olur; 701.2.4. icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir; 701.2.5. əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamd a qüvvədə olan qiymətlər əsas götürülməlidir.”
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi Halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquqnormalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” 38. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublika sı Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 4 noyabr tarixli 2-2(103)-757/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
40. İddiaçı hazırkı kassasiya şikayətində göstərilən eyni məzmunlu dəlilləri apellyasiya icraatında da bildirmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.
41. İşə kassasiya qayd asında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarın 24-27-ci bəndlərində verilmiş hüquqi qiymətləndirmə ilə razılaşaraq qeyd edir ki, müqavilə üzrə avtomobillərin cavabdehə təhvil verilməsi, eləcə də cavabdehin həmin avtomobillərdən istifadə edərək iddia tələbində göstərilən məbləğlərdə zərər vurması ilə bağlı sübutetmə yükü MPM-in 77-ci maddəsinin tələbləri baxımından iddiaçının üzərinə düşsə də, iddiaçı buna dair sübutları işin faktiki hallarına və sübutlara qiymət vermək səlahiyyətinə malik olan aşağı instansiya məhkəmələrinə təqdim etməmişdir. Qeyd edilən mötəbər sübutların yoxluğunda isə şikayətdə istinad olunan ödəniş tapşırığında ödənişin təyinatı kimi 2022-ci il 1 iyun tarixli AV-135/2022 nömrəli müqavilə və iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrin qeyd edilməsi təkbaşına yetərli dəlil kimi qəbul edilə bilməz.
42. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarı).
43. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin də lilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin X1 2023-cü il 4 noyabr tarixli 2-2(103)-757/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin X1 2023-cü il 4 noyabr tarixli 2-2(103)-757/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.