Məhkəmə qərarları › İş №2-2(102)-157/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-157/2019

30.04.2019 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-157/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ 30.04.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X1 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı “İddiaçı“ MMC-nin cavabdehlər “xxxx” MMC, Cavabdeh2nə və 3-cü şəxslər “xxxx” MMC-yə, X6 qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əhmədov, iş № 2-2(81)-804/2018) iddiaçı “İddiaçı“ MMC-nin Cavabdeh2nə qarşı “hesabatın ləğv edilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əhmədov, iş № 2-2(81)-804/2018) iddiaçı “İddiaçı“ MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “03 iyun 2016-cı il tarixli, 16-537 nömrəli qiymətləndirmənin nəticələri haqqında hesabatın ləğv edilməsi”nə dair iddia tələbinin təmin edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayilov və K.Abiyeva, iş № 2-2(103)609/2018) iddiaçı MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı MMC kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı “İddiaçı“ MMC-nin cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2nə və 3-cü şəxslər “xxxx” MMC-yə, X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-nin 03 iyun 2016cı il tarixli, 16-537 nömrəli “Qiymətləndirmənin nəticələri haqqında hesabat”ın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı MMC Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 noyabr 2018ci il tar ixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qətnaməni ləğv edərək apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında in iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, mübahisə predmetini təşkil edən hesabatın nəticələri məhkəmə qaydasında ləğv edilmədən, onun həsr olunduğu əmlakın yenidən qiymətləndirilməsi barədə icra məmurunun vəsatətin veriməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar qiyməti və ya digər dəyərlərinin yekun gö stəricisi məhkəmə qaydasında ləğv edilməklə həqiqi sayılır və mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyinin tələblərini, habelə “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. KASSASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasına kassasiya şikayətlərinin dəlillərinə dair yazılı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsa sən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 417.1.5-ci maddəsinə müvafiq olapraq kassasiya məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 261.01-ci maddəsinə görə, iş məhkəmədə baxılmalı deyildirsə, hakim i ş üzrə icraata xitam verir. Həmin Məcəllənin 418.1-ci maddəsinə uyğun olaraq maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərkən, belə hesab etmişdir ki, qanuna görə, qiymətlədirilmə fəaliyyətinin subyektləri qiymətləndiricilər və sifarişçilər hesab edilməklə, onlar arasında bağlanmış müqavilə qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sayılır və həmin şəxslər də qeyd olunan qanunun və müqavilə şərtlərinin pozulmasına görə məsuliyyət daşıyırlar. Hazırki işdən görünür ki, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin qətnaməsinin icrası cavabdeh Binəqədi rayon İcra şöbəsinə həvalə olunmuş, icra məmuru əmlakın qiymətləndirilməsi üçün cavabdeh “xxxx” MMC-yə sifariş vermiş və sonuncu tərəfindən əmlakın qiymətləndirilməsi aparılmışdır. Dolayısı ilə işdən göründüyü kimi iddiaçı MMC qiymətləndirmənin subyekti, yəni sifarişçi olmamış və onunla qiymətləndirici arasında mübahisəli avtomobilin qiymətləndirilməsinə dair müqavilə bağlanmamışdır. Göründüyü kimi icra məmuru mübahisəli əmlakın hərrac vasitəsi ilə satılması üçün zəruri hərəkətlər edərək əmlakın qiymətlən dirilməsi ilə bağlı qiymətləndiriciyə sifariş vermiş və sonuncu da verilmiş sifariş əsasında əmlakın qiymətləndirilməsini həyata keçirmişdir. Beləliklə, hazırki iş üzrə qiymətləndirmə icra mərhələsində olduğundan müvafiq hüquqi mübahisə iddiaçı MMC ilə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi şəxs arasında deyil, bilavasitə qiymətləndirmə barədə sifariş edən icra məmuru arasında yarana bilər ki, bu zaman iddiaçı MMC qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini qiymətləndirmə fəaliyyəti üzrə icra məmurunun hərəkət (və ya hərəkətsizliyi) üzrə inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməklə tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçı MMC-nin kassasiya şikayətində qeyd edilən dəlillər qismən əsaslı olduğundan qismən qəbul edilməlidir. Qeyd olunmalıdır ki, icra icraatının gedişində icra məmuru tərəfindən alınmış qiymətləndirmə rəyinin (hazırki işdə hesabıtın) ləğvi tələbi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Hazırki halda iddiaçı MMC tərəfindən hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hesabatın mübahisələndirilməsinə yönəlmiş, ümumiyyətlə məhkəmə qaydasında baxılmasına yol verilməyən iddia qaldırıldığı üçün işin icraatına xitam verilməlidir. Mülki prosessual qanunvericiliyin mənasından göründüyü kimi, iki halda məhkəmədə mülki işə başlamaq mümkündür – pozulmuş hüququn bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırki iş isə özünün xarakteri etibarilə pozulmuş hüq uqun bərpasına dair mübahisəyə aid edilə bilər. Belə ki, iddiaçı MMC mübahisələndirilən qiymətləndirmə hesabatının tərtib edilməsi nəticəsində hüquqlarının pozulduğunu güman edir. Ona görə də, hesabatın qanuniliyi və əsaslılığı yoxlanılmadan öncə ümumiyyətlə, həmin hesabatın mübahisələndirilməsinin yolverilən olması aydınlaşdırılmalıdır. Mübahisələndirilmənin mümkünlüyü isə tərtib edilmiş hesabatın iddiaçı MMC-nin hər hansı güman edilən hüququnun pozuntusu nəticəsini yaradıb-yaratmamasının müəyyən olunmasından asılıdır. Nəzərə alınmaladır ki, hər hansı iddianı qaldırmaqla məhkəmədə müdafiə hüququndan istifadə etmək yalnız o halda yolveriləndir ki, şəxsin həmin iddiaya hüquqi marağı müəyyən olunsun. Başqa sözlə, hüquqi müdafiəyə olan ehtiyacdan o zaman söz edilə bilər ki, şəxsə münasibətdə onun hüquqi vəziyyətində dəyişiklik yaradacaq hər hansı müdaxiləyə yol verilmiş olsun. Şəxsin hüquqi vəziyyətinin strukturunu isə biri-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Eyni zamanda qeyd edilməlidir ki, şəxsin hüquqi müdafiəyə ehtiyacının olub-olmadığını müəyyənləşdirərkən onun n ail olmaq istədiyi yekun məqsədə çatmaq üçün hüquqi müdafiənin düzgün vasitələrindən istifadə edib-etmədiyi də nəzərə alınmalıdır. Bu isə iddiaçıdan nail olmaq istədiyi yekun məqsədə daha əlverişli və birbaşa yolla çatmağa xidmət edən iddia qaldırmağı tələb edir. Bu mənada, iddiaçı MMC-nin hazırki iddiaya hüquqi marağının mövcudluğunu müəyyən etmək üçün mübahisələndirilən qiymətləndirmə rəyinin onun hüquqi vəziyyətinə təsir edib-etmədiyi halı, eləcə də qaldırılmış iddianın onun nail olmaq istədiyi yekun məqsədinə çatmasına nə dərəcədə xidmət edib-etmədiyi aydınlaşdırılmalıdır (işin hallarından müəyyən olunduğu kimi iddiaçı MMC-nin nail olmaq istədiyi məqsəd əmlakın real qiymətini əks etdirmədiyini düşündüyü 8.000 manatdan hərraca çıxarılmasının qarşısını almaqdır). Bunun üçün isə icra icra atının gedişində alınmış həmin hesabatın qanunvericiliyə uyğun olaraq hansı hüquqi təsir gücünə malik olduğu müəyyən edilməlidir. Qanuna görə, icra məmuru tələbin borclunun əmlakına yönəldilməsi prosedurları çərçivəsində əmlakın hərracda satılmasını təmin edə bilmək üçün əvvəlcə onun qiymətləndirməsini təşkil etməli və müvafiq rəy almalıdır. Bundan sonra isə o, hərracın keçirilməsinə dair ixtisaslaşmış müəssisəyə sifariş verməli və bu zaman həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiymətini göstərməlidir. Hərracı keçirən təşkilat isə bununla bağlı bildirişində digər məlumatlarla yanaşı habelə hərracın başlanğıc qiyməti barədə məlumat verməlidir. İcra məmurunun sifarişi əsasında keçirilən hərraclardakı belə başlanğıc qiyməti kimi isə onun hərracın keçirilməsi ilə bağlı ixtisaslaşmış mü əssisəyə verdiyi sifarişdə göstərdiyi ilkin qiymət çıxış edir. Mülki qanunvericilikdə icra məmurunun sifarişindən sonra həmişə hərracın keçiriləcəyi barədə imperativ müddəa yoxdur. Əksinə, müəyyən şərtlər daxilində hərracın keçirilməməsi də mümkündür. Hərrac baş tutduqda isə müqavilə qüvvəsinə malik olan hərracın nəticələri haqqında protokol imzalanır. Mülki qanunvericilik həmçinin həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərracın maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla biləcəyini təsbit edir. Beləliklə, müəyyənləşdirilməli hal ondan ibarətdir ki, iddiaçı MMC-nin hüququna müdaxilə nə zaman baş vermiş olur - əmlakın qiymətləndirilməsinə dair rəy verildikdə, ilkin satış qiyməti göstərilməklə hərracın keçirilməsinə dair icra məmuru tərəfindən sif ariş verildikdə, yoxsa hərrac keçirilməklə əmlak satıldıqda. Məhkəmə kollegiyası hesab edir ki, icra icraatının gedişində əmlakın qiymətləndirilməsinə dair verilmiş rəy (hesabat) özü-özlüyündə iddiaçı MMC ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə, onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququna müdaxilənin baş verdiyi nəticəsinə də gəlmək mümkün deyildir. Belə ki, digər növbəti icra hərəkətləri aparılmadığı halda yalnız əmlakın qiymətləndirilməsi faktının mövcudluğu özü-özlüyündə tələbkarın və ya borclunun hüququnun pozuntusunu yaratmır. Çünki “İcra haqqında” Azərbaycan Respublikası Qanununda mütləq məhz həmin ilkin qiymətləndirmə rəyi əsasında icra məmurunun növbəti icra hərəkətlərini aparmalı olduğuna dair imperativ norma yoxdur. İcra məmuru öz təşəbbüsünə əsasən və ya rəylə razılaşmayan tərəflərdən hər hansı birinin müraciəti əsasında yeni qiymətləndirmə təyin etməkdə və əldə edilmiş həmin yeni qiymətə əsasən növbəti icra hərəkətlərini aparmaqda sərbəstdir. Nəzərə almaq lazımdır ki, icra məmurunun vəzifəsi istənilən qiymət əsasında hərracı keçirməyə nail olmaqdan ibarət deyildir. O, məhkəmə qərarının icrasını təmin edərkən tələbkarın və borclunun əsaslı mənafelərini də gözləmək vəzifəsi daşıyır. Buna görə də, onun hərraca çıxarılacaq əmlakın real dəyərini müəyyən etmək vəzifəsinin olduğu qəbul edilməlidir. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin müddəalarından çıxış etməklə icra icraatının tərəfləri özlərinin əldə etdikləri qiymətləndirmə rəylərini i cra məmuruna təqdim etməklə, həmin qiymətin ilkin satış qiyməti kimi götürülməsini xahiş edə, eləcə də icra məmurunun sifarişi əsasında verilmiş rəyin əsassızlığına dair mülahizələrini təqdim edə bilərlər. Tərəflərin rəylə bağlı əsaslı dəlillərinin icra məmuru tərəfindən nəzərə alınmaması düşünülə bilməz. Bu, hüquqi dövlətin ümumi prinsiplərinə və ümumən inzibati icraatın əsas prinsiplərindən biri olan mötəbərlik prezumpsiyasına ziddiyyət yaratmış olar. Sözügedən prinsiplər tələb edir ki, dövlət orqanları qərar qəbul edərkən baxılan məsələnin mahiyyəti ilə sıx bağlı olan maraqlı tərəflərin təqdim etdiyi dəlillərin qəbul edilib-edilməməsinə dair prosessual təminatları da gözləməklə əsaslandırılmış münasibət bildirməlidirlər. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, qiymətləndirmə rəyinin mövcudluğu digər icra hərəkətləri (hərracın keçirilməsinə dair icra məmuru tərəfindən sifariş verilməsi və hərrac keçirilməklə əmlakın satılması) edilmədikdə müstəqil olaraq hər hansı hüquqi nəticə doğurmur. Ayrılıqda həmin rəy əsas götürülməklə əmlakın taleyi həll edilə bilməz. Əmlakın hüquqi müqəddəratı ilə bağlı məsələ yalnız digər növbəti icra hərəkətlərinin başa çatması nəticəsində həll edilir. Göründüyü kimi qiymətlənd irmə rəyi özü-özlüyündə hüquqi vəziyyətə təsir imkanına malik olmadığı üçün həmin rəyin mübahisələndirilməsinə dair iddiaçının hüquqi marağı da yaranmır. Eyni zamanda “Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7ci maddəsinin qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisinin məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılacağına dair müddəadır. İddiaçı MMC də kassasiya şikayətində həmin dəlilə istinad edir. Müzakirə edilməli məsələ məhkəmə qaydasında ləğv edilməmiş qiymətləndirmə rəyinin həqiqiliyi prezumpsiyasından söz edilməsinin mümkünlüyüdür. Məhkəmə kollegiyası hesa edir ki, yalnız məhkəmə mübahisəsinin predmetinə çevrilməklə əsaslı hesab edilmiş rəyin həqiqiliyi prezempsiyası vardır, digər hallarda belə prezumpsiyanın qüvvəsindən söz edilə bilməz. Çünki konkret bir əmlakın dəyərinin müəyyənləşdirilməsinə dair səlahiyyətli bir neçə qiymətləndirici tərəfindən verilmiş rəylərdə müxtəlif qiymətlər göstərilə bilər və bu halda, onların hamısının eyni qaydada həqiqiliyi prezumpsiyasının mövcudluğu irəli sürülə bilər. Bu isə hüquqi müəyyənlik baxımından yolverilməzdir. Aydınlaşdırılmalı məsələlərdən biri də “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsində nəzərədə tutulan əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imkanının nəzərdə tutulmasına dair müddəadır. Hazırki işdə iddiaçı MMC də kassasiya şikayətində bu dəlilə istinadla göstərmişdir ki, məhz bu maddənin də tələbindən açıq-aşkar görünür ki, qiymətləndirilən obye ktin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisə qaldırmaq mümkündür və belə mübahisələrə məhkəmələr tərəfindən baxılmalıdır. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, sözügedən müddəa istənilən halda qiymətləndirməni mübahisələndirmək hüququna malik olmaq kimi qəbul edilə bilməz. Belə ki, həmin normada mübahisələrə məhkəmələr tərəfindən baxılacağı təsbit edilmişdir. Mübahisəyə məhkəmə tərəfindən baxılması müvafiq iddia qaldırmaq imkanı ilə təmin edilir. İddianın verilməsi üçün isə həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş şərtlər ödənilməlidir. Yuxarıda şərh olunanlardan məhkəmə artıq belə nəticəyə gəlmişdir ki, iddia qaldırmağa imkan verən prosessual qanunvericilikdən irəli gələn mühüm şərtdən biri iddiaya münasibətdə hüquqi marağın müəyyən olunmasıdır. Belə hüquqi maraq müəyyən olunmadıqda iddia qaldırmaq hüququ istisna olunur. Eyni zamanda nəzərə alınmalıdır ki, belə yanaşma iddiaçı MMC-nin məhkəmə müdafiəsi hüququnun pozuntusunu doğurması ilə bağlı müzakirələrə səbəb olar bilər. Ona görə də, kollegiya həmin məsələyə dair özünün mövqeyini aşağıdakı şəkildə bildirir. Məhkəməyə müraciət emək hüququ “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin məzmunundan irəli gəlir. BMT-nin İnsan Hüquqları Komitəsinin həmin maddəyə dair 2007-ci ildə qəbul etdiyi 32 saylı X8 göstərilmişdir ki, məhkəməyə müraciət etmək hüququnun iştirakçı dövlət tərəfindən məhdudlaşdırılması qanunvericiliklə əsaslandırılmazsa, ədalət mühakiməsinin həyata keçirilməsi kimi legitim məqsədləri güdməzsə və ya şəxsin müraciət etmək imkanları bu hüquq un mahiyyətinə ciddi xələl yetirəcək həddə məhdudlaşdırılarsa, 14-cü maddənin pozulmasına səbəb olar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, həmin məhkəmə “X5rşı” iş üzrə Qərarda qeyd etmişdir ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (21 fevral 1975-ci il tarixli Qərar, § 36). Bu hüquq mütləq deyil və ona dair nəzərdə tutulan, xüsusilə də apellyasiya şikayətinin qəbuledilənlik şərtlərinə aid olan məhdudiyyətlər qoyula bilər. (X2rşı iş üzrə 28 may 1985-ci il tarixli Qərar, § 57). Lakin ona dair qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (X7rşı iş üzrə 21 sentyabr 1994-cü il tarixli Qərar, § 65; Bellet Fransaya qarşı iş üzrə 4 dekabr 1995-ci il tarixli Qərar, § 31). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin artıq formalaşmış hüquqi mövqelərinə görə də məhkəmə müdafiəsi hüququ hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalıdır, bu hüquq iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil, lakin bu hüququ məhdudlaşdıran tədbirlər legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, onun əsas mahiyyətinə toxunmayaraq mütənasiblik meyarına cavab verməlidir (M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 29 aprel 2014-cü il t arixli Qərar). Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, əsas insan hüquqlarından biri və digər hüquqların təminat vasitəsi kimi çıxış edən məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir. Konstitusiyada təsbit edilmiş bu hüquq istənilən qərar və hərəkətin məhkəmə qaydasında mübahisələndirilməsi imkanını nəzərdə tutmadığı kimi, müəyyən məhdudiyyətlərə də məruz qala bilər. Lakin bu zaman həmin məhdudiyyətlər qanunda konkret nəzərdə tutulmuş o lmalı, legitim məqsədlərə nail olmaq naminə həyata keçirilməli, eləcə də demokratik cəmiyyətdə zəruri olan həddə tətbiq edilməklə ictimai və fərdi maraqların ədalətli tarazılığını təmin etməlidirlər. Bu mənada, icra icraatının gedişində verilmiş qiymətləndirmə rəyinin ayırca məhkəmə qaydasında mübahisələndirilməsinin yolverilməz olduğuna dair gəlinmiş nəticənin məhkəmə müdafiəsi hüququna gətirilən məhdudiyyət kimi Konstitusiyaya uyğun olub-olmamasını müəyyən etmək lazımdır. Bu isə həmin məhdudiyyətin legitim məqsədlərə nail olmaq üçün edilibedilmədiyinin və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra mümkündür. Burada məqsəd icra icraatının qısa müddət ərzində yekunlaşmasına nail olmaqla onun uzadılmasını tərəflərin mümkün sui-istifadələrindən qorumağa yönəlmiş legitim məqsəddir. Aydı ndır ki, icra icraatı məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissədir və məhkəmə qərarlarının müxtəlif səbəblər ucbatından uzun müddət ərzində icra edilməmiş qalması ilk növbədə Avropa Məhkəməsinin ifadə etdiyi kimi həmin hüququn xəyali xarakter almasına gətirib çıxarır. Bu mənada, icra icraatının mümkün qədər qısa müddət ərzində süni uzatmalara yol verilmədən yekunlaşdırılmasına dair güdülən qanuni bir məqsəd vardır. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Qiymətləndirmə rəylərinin mübahisələndirilməsinin qəbul edilməsi icra məmurunun hərracın keçirilməsinə dair hələ sifariş vermədiyi halda, tərəflərin alınmış rəyləri davamlı mübahisələndirmələrinə şərait yaradır. Müvafiq olaraq hər dəfə açılan belə məhkəmə çəkişmələri icra məmuru tərəfindən sifarişin veri lməsinə də əngəl törətməklə son nəticədə qanuni qüvvəyə minən məhkəmə qərarının icrasını yubatmaqla ümumən məhkəməyə olan inam və etimadı sarsıdır. Kollegiya bununla bağlı təəssüflə həmçinin belə bir faktı da qeyd edir ki, son vaxtlar icra icraatının uzadılmasına yönəlmiş bir çox hallarda süni iddiaların qaldırıldığı müşahidə edilməkdədir. Burada məhkəmələrin üzərinə düşən vəzifə qanuni imkanlardan istifadə etməklə həmin iddialara münasibətdə məhkəmə icraatının yol verilənliyinə tələbkar yanaşmaqdır. Məhdudiyyətin mütənasibliyi baxımından isə ictimai və fərdi maraqların müdafiəsi ilə bağlı ədalətli tarazılığın təmin edilib-edilmədiyinə baxılmalıdır. Burada fərdi maraq kimi icra icraatının tərəflərindən hər hansı birinin əmlakın əsassız hesab etdiyi ilkin qiymətlə hərraca çıxarılmasının qar şısını almağa nail olmaq marağı çıxış edir. Şübhəsiz ki, icra icraatının tərəflərinin bununla bağlı dəlillərini məhkəmə qaydasında bildirmək imkanları olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qiymətləndirmə rəyini ayrıca məhkəmə qaydasında mübahisələndirmək hüququnun olmaması tərəflərin ümumiyyətlə, qiymətin əsassızlığı ilə bağlı məsələni məhkəmə qarşısında mübahisələndirmək imkanlarını tamamilə itirdikləri anlamına gəlmir. İcra icraatının tərəflərin bunu etmək hüququna malikdirlər. Bunu onlar ilkin satış qiymətinin göstərildiyi hərracın keçirilməsinə dair icra məmuru tərəfindən verilmiş sifarişi mübahisələndirməklə edə bilərlər. Çünki məhz həmin sifarişin verilməsi ilə iddiaçı MMC-nin hüququna müdaxilə baş vermiş olur və müvafiq olaraq sifarişin mübahisələndirilməsinə dair iddia qald ırmaq hüququnu doğuran hüquqi maraq yaranır. Tərəflərin sifarişi mübahisələndirmək hüququna malik olmaları nəzərə alındığında yuxarıda qeyd edilən mütənasiblik, yəni ictimai və fərdi maraqların müdafiəsi ilə bağlı ədalətli tarazılıq təmin edilmiş olur. Hərracın keçirilməsi nəticəsində deyil, ilkin satış qiyməti göstərilməklə hərracın keçirilməsinə dair icra məmuru tərəfindən sifariş verilməsi zamanı hüquqa müdaxilənin baş verdiyinə dair mövqeyini kollegiya aşağıdakılarla əsaslandırır. Sifarişin verilməsi icra icraatının elə bir mərhələsini təşkil edir ki, icra məmuru artıq əmlakın satılmalı olduğu ilkin qiymətlə bağlı mövqeyini qətiləşdirmişdir. Hərrac zamanı isə məhz həmin qiymət başlanğıc qiymət kimi götürülür. Başqa sözlə, hərrac təşkilatının həmin başlanğıc qiyməti dəyişdirmək imkanı yoxdur. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qanunvericiliyə görə hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsində yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərracın etibarsız sayıla biləcəyi təsbit edilib. Hərracın başlanğıc qiyməti icra məmurunun sifarişində göstərilən qiymət olduğu üçün həmin qiymətin əmlakın əslində real dəyərini əks etdirmədiyi dəlili ilə hərracını nəticələrini etibarsız hesab etdirmək imkanı faktiki olaraq yoxdur. Çünki hərracın nəticələrinin etibarsızlığına dair işə baxan məhkəmə başlanğıc qiymətin özünün əmlakın real dəyərini əks etdirmək baxımından əsaslılığını yox, onun icra məmuru tərəfindən verilən sifarişdə göstərilən qiymət o lub-olmadığını yoxlayacaqdır. Beləliklə, hərracın keçirilməsi nəticəsində hər nə qədər əmlakın hüquqi müqəddəratı ilə bağlı məsələ həll olunsa da, tərəf hərracın nəticələrini mübahisələndirməklə başlanğıc qiyməti dəyişmək imkanına malik olmayacaqdır. Belə imkanı isə o, ilkin satış qiyməti göstərilməklə hərracın keçirilməsinə dair icra məmuru tərəfindən verilən sifarişi mübahisələndirməklə əldə edə bilər. Digər tərəfdən isə sifariş verilməklə icra məmuru əmlakın hansı başlanğıc qiymətdən hərraca çıxarılmasını məsələsini həll etdiyi üçün hüquqi vəziyyətə müdaxilə baş vermiş olur. Çünki artıq məhz həmin qiymətdən əmlak hərracda satışa çıxarılmalı olacaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, icra məmuru tərəfindən verilən sifarişin mübahisələndirilməsinə dair işlərə baxılması zamanı məhkəmələr sifarişdə göstərilmiş ilkin satış qiymətinin əsaslılığını yoxlayarkən qanunvericiliyə görə əmlakın real dəyərinin müəyyənləşdirilməsi üçün yenidən ekspert qiymətləndirməsi təyin etmək hüququna malikdirlər. Tərəflərin əsaslı mənafeləri nəzərə alınmaqla məhkəmə qərarlarının qısa müddətdə icrasının təmin edilməsinə dair yuxarıda göstərilən legitim məqsədə nail olmaq üçün həmin mübahisələrə baxılarkən əmlakın ilkin satış qiymətinin məhkəmələr tərəfindən müəyyən olunması təmin olunmalıdır. Prosessual qanunun mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa mə hkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan qərarın, hərəkətin (hərəkətsizliyin), rəyin, aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Beləliklə, hazırki halda mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddia qaldırıldığı üçün işin icraatına xitam verildiyindən Azərbaycan Respublikası MPMnin 262.3-cü maddəsinə münasibətdə nəzərə alınmalıdır ki, bu hal işin məhkəmədə deyil, məhz qanunla belə mübahisələrə baxmaq səlahiyyəti üzərinə qoyulmuş başqa orqanlarda baxılmalı olması halına aiddir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR İddiaçı “İddiaçı“ MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar