Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-159/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi x2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdeh x1yə qarşı “borcun ödənilməsi” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 oktyabr tarixli 2-2(103)-412/2018 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıd akı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Tərəflər arasında bağlanmış 2015-ci il 9 yanvar tarixli, 3396/1230 saylı “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin və hüquqları qabaqcadan qeydiyyata alınmış müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”yə əsasən ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 12384,2 kv.m torpaq sahəsi icarəçinin istifadəsinə verilmişdir. Müqavilənin 3-cü bəndinə əsasən, torpaq sahəsinin illik icarə haqqı 29.226,71 manat, aylıq icarə haqqı 2.435,56 manat müəyyən edilmişdir. İddiaçı 2017-ci il 26 may tarixdə cavabdehə pretenziya qaydasında müraciət edərək 2017-ci il 31 may tarixədək olan 35.065,92 manat məblə ğində pulun ödənilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən icarə haqqı borcu üzrə 36.001,48 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki hesabına köçürülməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 41.458 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki hesabına köçürülməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış 2015-ci il 9 yanvar tarixli, 3396/1230 saylı ica rə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən Əmlak kompleksinin yerləşdiyi, dövlət mülkiyyətində olan 12384.2 kv.m torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin maddənin tələblərinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə, icarəçi icarəyə verənə m üəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 41.458 manat məbləğində icarə haqqı borcu mövcuddur. Cavabdehə 2017-ci il 26 mart tarixli, **********65 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 27 oktyabr tarixli 2-2(81)1142/2017 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 41.458 manat məbləğində vəsaitin tutularaq iddiaçının bank hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin işdə olan şəxsi hesab vərəqəsindən görünür ki, 2017-ci il 30 sentyabr tarixi nə Cəmiyyətin ünvan 1 ünvanında yerləşən sahəsi 12384,2 kv.m olan icarə obyektinə görə ödənilməli olan icarə haqqı borcu 41.458,15 manatdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 31 yanvar tarixli 2-2(103)-38/2018 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 29 may tarixli 2-2(102)-267/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının 2018-ci il 31 yanvar tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, icarə haqqı üzrə yaranmış borcun məbləğinin müəyyənləşdirilməsi məsələsi icarəyə verilmiş faktiki sahənin ölçüləri nəzərə alınmaqla müqavilə tərəfləri arasında sübutetmə yükünün bölüşdürülməsi qaydasında həll edilməlidir. Bu qaydaya əsasən icarə haqqının ödənildiyinə dair sübutları təqdim etmək vəzifəsi icarəyə götürənin, yəni cavabdehin üzərinə düşür. Beləliklə, icarəyə verilmiş sahə, icarə haqqı ödənilməmiş aylar və ödənilmiş icarə haqqı məbləğləri tədqiq olunmaqla icarə haqqının qalıq borcunun həqiqi məbləği müəyyən edilməlidir. Apellyasiya instansiy ası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 oktyabr tarixli 2-2(103)-412/2018 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh 2015-ci il 9 yanvar tarixli icarə müqaviləsinə əsasən daha az sahənin ona icarəyə verildiyini göstərsə də, həmin müqaviləni göstərilən şərtlərlə (icarə sahəsi 12.384,2 kv.m, aylıq icarə haqqı isə 2.435,56 manat olmaqla) bağlamaqla, həmin müqaviləni mübahisələndirməməklə işin qeyd olunan halını faktiki olaraq qəbul etmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gön dərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, tərəflər arasında bağlanılmış 2015-ci il 9 yanvar tarixli, 3396/1230 nömrəli icarə müqaviləsi üzrə icarəyə verilmiş torpaq sahəsindən cavabdeh bütünlüklə istifadə etmir. İstifadə etmədiyi halda həmin torpaq sahələrinə görə icarə haqqının tələb olunması əsassızdır. Cavabdeh tərəfindən məhkəmə iclasında istifadədə olmayan torpaq sahəsinin düzgün göstərilməməsi ilə əlaqədar yerli baxış keçirilməsi və həmin torpaq sahəsi ilə bağlı mütəxəssis rəyinin alınmasına dair vəsatət təqdim olunsa da, məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün müəyyən edilməsi üçün məhkəmə tikintitexniki ekspertizası keçirilməmiş, bununla da məhkəmə prosessu al hüquq normalarının pozuntusuna yol vermişdir. Bundan əlavə, iddiaçının tələb etdiyi icarə haqqının məbləği həddən artıq şişirdilmiş, düzgün hesablanmamışdır. Cavabdehin ödədiyi ödənişlərin düzgün hesablanması məqsədi ilə cavabdeh tərəfindən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatət təqdim olunsa da, məhkəmə bu vəsatəti də təmin etməmişdir. Lakin icarəyə verilmiş torpaq sahəsinin ölçülərinin dəqiq müəyyən edilməsi, həmin torpaq sahəsinə dair ödənilmiş icarə haqqının düzgün hesablanması məqsədi ilə məhkəmə mühasibatlıq və məhkəmə tikinti-texniki ekspertizaları keçirilməli və iş üzrə ekspert rəyləri təqdim edilməli, həmçinin torpaq sahəsinin ölçüsünün müəyyən edilməsi üçün mütəxəssis dəvət edilməli idi. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının 2018-ci il 14 iyun tarixli qərarında ifadə etdiyi mövqe apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 76.1, 76.2, 76.3, 89.1, 77.1-ci maddələrinin tələbləri təmin olunmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndəsi çıxışlarda iştirak etmədi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırıcı hissə: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri h alda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, məhkəməyə gəlməməyin səbəbləri barədə məhkəmə iclasının təyin olunduğu vaxtadək məhkəməyə məlumat vermək vəzifəsi barədə qeyd olmuşdur (MPM-in 139.2.9-cu maddəsi). Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər arasında etibarlı icarə müqavilə münasibətləri olmuş, iddia tələbi həmin müqavilənin şərtlərin uyğun olaraq irəli sürülmüşdür. Cav abdehin şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən, icarə obyektinə görə ödənilməli olan icarə haqqı borcunun məhz 41.458,15 manat məbləğində olduğu məhkəmələr tərəfindən müəyyən edilmişdir. Həmin borcun ödənilməsi tələbi üzrə cavabdehin şikayətinin dəlili ondan ibarətdir ki, qeyd olunan icarə müqaviləsinə əsasən icarəyə verilmiş ərazinin faktiki ölçüləri və müvafiq olaraq icarə haqqı müqavilədə düzgün göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, cavabdeh ünvan 1 ünvanında Əmlak Kompleksinin yerləşdiyi məhz 12.384,2 kv.m torpaq sahəsinin aylıq icarə haqqı 2435,56 manat olmaqla icarəsinə dair 3396\1230 saylı, 2015-ci il 9 yanvar tarixli icarə müqaviləsini mübahisələndirməmiş, həmin müqavilə hazırda qüvvədədir. Cavabdeh icarəyə verilmiş torpa q sahəsinin hamısından istifadə etmədiyini göstərsə də, icarə müqaviləsini orada göstərilən şərtlərlə (icarə sahəsi 12.384,2 kv.m, aylıq icarə haqqı isə 2435,56 manat olmaqla) bağlamış, müqaviləni, yaxud onun hər hansı şərtini mübahisələndirməmiş, ona müqavilədə göstəriləndən az torpaq sahəsinin verildiyinə dair müqavilənin bağlandığı və torpaq sahəsindən istifadəyə başladığı vaxtdan icarəyəverənə qarşı hər hansı etiraz və ya tələb irəli sürməmişdir. İcarəyə verilən sahədən tam istifadə etməməsi cavabdehi müqavilə üzrə öhdəliyin icrasından, hazırkı halda, müqavilə üzrə müəyyən edilmiş icarə haqqının ödənilməsi vəzifəsindən azad etmir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 oktyabr tarixli 2-2(103)-412/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılır.
Məhkəmə qərarları › İş №2-2(102)-159/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-159/2019
01.05.2019 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver