Məhkəmə qərarları › İş №2-2(102)-16/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-16/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-16/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-16/2021 Bakı şəhəri xx xxxxxx 2021-ci il Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun iştirakı ilə, cavabdeh “xxxx” MMC-nin vəkili Vəkil iştirakları ilə, cavabdeh “xxxx” MMC-nin vəkili Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiy asının xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(103)-418/2020 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə iddiaçı) cavabdeh “xxxx” MMC-yə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2006-cı il tarixli 18 E saylı kredit müqaviləsi üzrə yaranmış 280.000 ABŞ dolları məbləğində əsas borc, 41.004,94 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, əldən çıxmış faydaya görə 423.500 ABŞ dolları, ümumilikdə 744.504,94 ABŞ dolları məbləğində vəsaitin və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunması nı xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, tərəflər arasında xx xxxx 2006-cı il tarixli, 18E saylı kredit xətti müqaviləsi bağlanmış, müqavilədə illik faiz dərəcəsi 18 faiz olmaqla 12 ay müddətinə 600.000 ABŞ dolları vəsaitin verilməsi nəzərdə tutulmuşdur. Qarşılıqlı razılaşmaya əsasən, müqavilənin müddəti uzadılaraq xx xxxx 2010-cu il tarixi müəyyən edilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlikləri yerinə yetirilərək nəzərdə tutulmuş vəsait cavabdehə verilsə də, cavabdeh müqavilə üzrə borclarını tam ödəməmiş, xəbərdarlıqlara baxmayaraq öhdəliyini icra etməmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-2(81)-370/2019 saylı qiyabi qətnaməsi ilə (h akim Fərid Mədətli) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuş, həmin müqavilə münasibətləri zəminində iddiaçı tərəfindən cavabdehə 600.000 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini tam icra etmədiyi üçün onun iddiaçıya 41.004,94 ABŞ dolları kreditdən istifadəyə görə faiz, 280.000 ABŞ dolları əsas borc və əldən çıxmış faydaya görə 423.500 ABŞ dolları məbləğində borcu yaranmışdır. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-418/2020 saylı qərardadı ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Cahangir Yusifov v ə Raqib Qurbanov) cavabdehin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətini imzalamış cavabdehin vəkilinin nümayəndə kimi səlahiyyətləri lazımi qaydada rəsmiləşdirilmədiyindən və onun eyni zamanda cavabdehin nümayəndəsi olması barədə etibarnamə şikayətə əlavə edilmədiyindən şikayətin onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması müəyyən edilmişdir. Həmin qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(102)-287/2020 saylı qərardadı ilə (hakim Sevda Hüs eynova) kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Ali Məhkəmənin qərardadında bildirilmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq kassasiya şikayəti onu tərtib etmiş vəkil tərəfindən imzalanması ilə bərabər, həmin vəkilin səlahiyyətinin müəyyən edilməsi üçün order də şikayətə əlavə olunmalıdır. Lakin, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən imzalansa da, onun orderi şikayətə əlavə olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(103)-418/2020 saylı qərardadı ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Cahangir Yusifov və Raqib Qurbanov) kassasiya şikayəti və o na əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Apellyasiya məhkəməsinin qərardadı Apellyasiya instansiya məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Kassasiya şikayətinin qoşma hissəsində vəkil orderinin əslinin işdə olması qeyd olunmuşdur. İş materiallarının 90-cı səhifəsində olan həmin vəkil orderinin “Tapşırığın yerinə yetirildiyi təşkilat” hissəsində Bakı Apellyasiya Məhkəməsi göstərilmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, kassasiya şikayəti vəkil tərəfindən imzalansa da, vəkilin səlahiyyətlərinin müəyyən edilməsi üçün zəruri olan order şikayətə əlavə olunmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndi, A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.4, 408.1.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə kassasiya şikayətinin verilməsi zamanı buraxılmış nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Hal-hazırda buraxılmış nöqsanlar aradan qaldırılmış, yəni xx xxxxxxxx 2020-ci il tarixdə order tərtib və təsdiq edilərək kassasiya şikayətinə əlavə olunmuşdur. Bu səbəbdən, yenidən kassasiya şikayəti ilə müraciət etmək hüququ yaranmışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Kassasiya baxışının predmetini kassasiya şikayətinin qeyri-mümkünlüyü məsələsi təşkil edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, kassasiya şikayəti vəkil tərəfindən imzalansa da, vəkilin səlahiyyətlərinin müəyyən edilməsi üçün zəruri olan order şikayətə əlavə olunmamışdır. Bu mövqeyi mübahisələndirən cavabdeh bildirmişdir ki, buraxılmış nöqsanlar aradan qaldırılmış, yəni xx xxxxxxxx 2020-ci il tarixdə ord er tərtib və təsdiq edilərək kassasiya şikayətinə əlavə olunmuşdur. Bu səbəbdən, yenidən kassasiya şikayəti ilə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası aşağıda qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Kassasiya şikayətinin mümkünlüyünün prosessual əsaslarını Azərbaycan Respublikası MPM-nin 404-407-ci maddələrində müəyyən edilmiş qaydalar təşkil edir. Həmin qaydalara riayət olunmaması kassasiya şikayətinin geri qaytarılması üçün hüquqi əsasdır. Azərbaycan Respublikası MPM-nin: - 403.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər; - 406.1-ci maddəsinə əsasən, kassasiya şik ayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; - 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur; - 408.1.3-cü maddəsinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya məhkəməsi tərəfindən geri qaytarılır. Maddələrin məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəmələrinin qətnamə və qərardadlarından tərəflər kassasiya şikayəti verə bilər, kassasiya şikayəti yazılı formada apellyasiya məhkəməsi vasitəsilə verilir və kassasiya şikayətini tərtib etmiş vəkilin orderinin şikayətə əlavə olunmaması kassasiya şikayətinin apellyasiya məhkəməsi tərəfindən geri qa ytarılması üçün əsas olan hallardan biridir. Cavabdehin vəkili tərəfindən kassasiya şikayəti tərtib edilərək imzalanmış və məhkəməyə təqdim olunmuşdur. Lakin, vəkilin səlahiyyətlərini təsdiq edən order şikayətə əlavə edilməmişdir. Bu səbəbdən, apellyasiya məhkəməsi kassasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə əsaslı qərardad qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin: - 408.5-ci maddəsinə əsasən, Məcəllənin 408.1.1 - 408.1.6-cı maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. İstinad olunan prosessual hüquq normasının məzmununa görə, məhkəməyə təqdim olunması zamanı şikayətdə yol verilmiş prosessual nöqsanlar daha sonra aradan qaldırıldıqda, tərəflərin y enidən kassasiya şikayəti ilə müraciət etmək hüququ yaranmış olur. Belə olan halda, cavabdehə kassasiya şikayətinin təqdim olunması zamanı nöqsana yol verildiyi məlum olduqdan sonra, o, yol verilmiş nöqsanı aradan qaldırmaqla, yəni vəkilin orderini əlavə etməklə yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət edə bilərdi. Lakin cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş göstərilən hüququndan istifadə etməmiş, apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılmasına dair qəbul olunmuş qərardadı mübahisələndirmişdir. Qeyd edilənləri nəzərə almaqla, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən kassasiya şikayəti verilən zaman kassasiya şikayətinin verilməsinə dair prosessual qanunvericiliyin tələbləri pozulduğundan apellyasiya məhkəməsinin kassasiya şikayətinin q aytarılmasına dair qərardadı qanuni və əsaslı olmuş, cavabdeh isə yol verilmiş nöqsanı aradan qaldıraraq yenidən kassasiya şikayətinin verilməsi hüququndan istifadə etməmişdir. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan prosessual normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyil. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 41 7 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: cavabdeh “xxxx” MMC-nin vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(103)-418/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar