Məhkəmə qərarları › İş №2-2(102)-16/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-16/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-16/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Acıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Cavabdeh3 və Cavabdeh4nə qarşı iş üzrə QƏRAR Açar sözlər: əsas borcun, hesablanmış faizlərin və cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Acıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Cavabdeh3 və Cavabdeh4nə qarşı “əsas borcun, hesablanmış faizlərin və cərimənin tutulm ası, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair kommersiya işi üzrə Cavabdeh2 MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 avqust tarixli, 2-2(103)-807/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ilə Cavabdeh4 MMC arasında 09.01.2020-ci il tarixli GL3746 saylı kredit limiti müqaviləsi imzalanmış və Bank tərəfindən müştəriyə 09.01.2030-cu il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla, 10.000.000 manat məbləğində kredit limiti açılmış, müqavilə çərçivəsində 09.01.2020-ci il tarixli K3746 saylı maliyyələşdirmə üçün ərizə əsasında bank tərəfindən müştəriyə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 09.01.2022-ci il tarixinədək illik faiz dərəcəsi 17% olmaqla, 100.000 manat məbləğində birdəfəlik kredit verilmişdir. 2. 09.01.2020-ci il tarixli, GL3746 saylı kredit limiti müqaviləsi üzrə müştərinin bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Abşeron rayonu Fatmayi kəndində yerləşən (0,08 ha) fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə 09 yanvar 2020-ci il tarixli İ3278 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir.

3. İpoteka müqaviləsində ipoteka predmetinin dəyəri 307.000 manat göstərilmişdir. İpoteka müqaviləsinin, o cümlədən ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət reyestrində qeydə alınması barədə sübutlar iş materiallarına əlavə edilmişdir. 4. 09.01.2020-ci il tarixli, GL3746 saylı kredit limiti müqaviləsi üzrə müştərinin bank qarşısında olan öhd əliyinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh1 arasında 09.01.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

5. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 03.09.2018-ci il tarixli İDK0116 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsinə 16.04.2019-cu il tarixdə 1 saylı əlavəyə görə müştəri Cavabdeh2 MMC-nin üçüncü şəxsə (borcluya) qarşı olan pul tələblərinin invorslarının maliyyələşdirilməsi məqsədi ilə bu müqavilədə müəyyən olunmuş şərtlər əsasında müştəriyə müqavilənin 1.1 və 1.2-ci bəndlərində göstərilən məbləğ və valyutada bərpa olunan invoysların diskontaşdılması üzrə kredit limiti açılmışdır.

6. Bank ilə Cavabdeh2 MMC və Cavabdeh4 MMC arasında 03.09.2018-ci il tarixli, İDK0116 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi nin şərtlərinin dəyişdirilməsi ilə bağlı 16.04.2019-cu il tarixli, 2 saylı əlavə imzalanmış, əlavəyə əsasən Cavabdeh4 MMC-nin müqavilə üzrə kredit alan və birgə borcalan qismində çıxış etdiyi müəyyən edilmişdir. Sonradan tərəflər arasında 03.09.2018-ci il tarixli İDK0116 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsinin şərtlərinin dəyişdirilməsi ilə bağlı 19.07.2019-cu il tarixli, 3 saylı və 11.12.2019-cu il tarixli 4 saylı əlavələr imzalanaraq, limitdən borclu qismində yalnız "xxxx" MMC və "xxxx" MMC-nin çıxış etdiyi invoysların maliyyələşdirilməsi, limitin məbləğinin 55.000 manat, limitdən istifadə müddətinin isə 03.03.2021-ci il tarixədək müəyyən edilməsi qərara alınmışdır. 7. 03.09.2018-ci il tarixli İDK0116 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi çərçivəsində 11.12.2019-cu il tarixli İDK0116/69 saylı maliyyələşdirmə üçün ərizə əsasında satıcı Cavabdeh4 MMC ilə alıcı Maraqlı şəxs MMC arasında olan 05.11.2019-cu il tarixli 2331/MT-0684 saylı alış sifarişi və 04.12.2019-cu il tarixli ******* saylı elektron qaimə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə Cavabdeh4 MMC-yə Bank tərəfindən 09.02.2020-ci il tarixinədək illik faiz dərəcəsi 13% olmaqla, 54.143,55 manat məbləğində pul vəsaiti verilmişdir.

8. Cavabdehlər Cavabdeh4 MMC və Cavabdeh2 MMC-nin Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bank ilə Cavabdeh1 arasında 03.09.2018-ci il tarixli, Z2808 saylı zaminlik müqaviləsi və zaminlik müqaviləsinə 16.04.2019-cu il tarixli 1 saylı əlavə bağlanmışd ır. 9. 01.04.2021-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh4 MMC-nin K3746 saylı maliyyələşdirmə üçün ərizə üzrə 99.283,31 manat əsas borc, 17.791,24 manat faiz borcu, 4528 manat cərimə borcu olmaqla, cəmi 121.602,62 manat borcu, İDK0116/69 saylı maliyyələşdirmə üçün ərizə üzrə 19.375,20 manat əsas borc, 1.024,73 manat cərimə borcu olmaqla, cəmi 20.399,93 manat borcu yaranmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Acıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Cavabdeh3 və Cavabdeh4nə (bundan sonra – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddia ərizəsinin dəyişdirilməsinə dair ərizə verərək cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2 MMC və Cavabd eh1 İDK0116/69 saylı maliyyələşdirmə üçün ərizə üzrə 19.375,20 manat əsas borc, 1.024,73 manat cərimə borcu olmaqla, cəmi 20.399,93 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh4 MMC-dən və Cavabdeh1 K3746 saylı maliyyələşdirmə üçün ərizə üzrə 99.283,31 manat əsas borc, 17.791,24 manat faiz borcu, 4528 manat cərimə borcu olmaqla, cəmi 121.602,62 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, K3746 saylı maliyyələşdirmə üçün ərizə üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Abşeron rayonu Fatmayi kəndində yerləşən (0.08 ha) fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Abşeron rayonu Fatmayi kəndində yerləşən (0.08 ha) fərdi yaşayış evinin hərracdan ilkin satış qiymətinin 307,000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, s atışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh4 MMC-nin və Cavabdeh1 İddiaçı ASC-yə olan K3746 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcunun ödənilməsinə yönəldilməsi, Əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh4 MMC-dən, Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının Cavabdeh2 MMC-dən, Cavabdeh4 MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunl a əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh4 MMC (bundan sonra “Müştəri”) arasında 02.07.2018-ci il tarixli GTC324LE/2018 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X2, eyni zamanda “Bank” ilə Cavabdeh2 MMC (bundan sonra “Müştəri”) arasında 01.05.2018-ci il tarixli GTC163LE/2018 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X2 (bundan sonra “Müqavilə”) və 03.09.2018-ci il tarixli X1 1 saylı əlavə imzalanmışdır. Sonradan Bank ilə Cavabdeh4 MMC arasında 09.01.2020-ci il tarixli GL3746 saylı kredit limiti müqaviləsi imzalanmış və Bank tərəfindən Müştəriyə 09.01.2030-cu il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla, 10.000.000 (on milyon) manat məbləğində kredit limiti açılmışdır. Daha sonra GL3746 saylı kredit limiti müqaviləsi çərçivəsində tərəflər arasında 09.01.2020-ci il tarixli K3746 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Müştəriyə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 09.01.2022-ci il tarixinədək illik faiz dərəcəsi 17% (illik cərimə faizi 15%, gündəlik 0.0416%) olmaqla, 100.000 (yüz min) manat məbləğində birdəfəlik kredit verilmişdir. 09.01.2020-ci il tarixli GL3746 saylı kredit limiti müqaviləsi üzrə Müştərinin Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə: Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Abşeron rayonu Fatmayi kəndində yerləşən (0.08 ha) fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə 09 yanvar 2020-ci il tarixli İ3278 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 28.01.2020-ci il tarixli (Reyestr nöm rəsi: **********57-10301; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Bununla yanaşı 09.01.2020-ci il tarixli GL3746 saylı kredit limiti müqaviləsi üzrə Müştərinin Bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 (bundan sonra “Zamin”) arasında 09.01.2020-ci il tarixli, Z3805 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa “Bank” ilə Cavabdeh2 MMC arasında bağlanmış X1 1 saylı əlavə çərçivəsində tərəflər arasında 03.09.2018-ci il tarixli İDK0116 saylı invoysların diskontlaşdırılması limiti üzrə maliyyələşdirmə üçün ərizə forması eyni zamanda invoysların diskontlaşdırılması limitinə 16.04.2019-cu il tarixli, 1 saylı əlavə müqavilə imzalanmış və Bank tərəfindən Müştəriyə 03.11.2019-cu il tarixinədək, dövriyyə vəsaitinin artır ılması məqsədi ilə 35,000 (otuz beş) min manat məbləğində bərpa olunan kredit limiti açılmışdır. Eyni zamanda Bank ilə Cavabdeh2 MMC və Cavabdeh4 MMC arasında 03.09.2018-ci il tarixli İDK0116 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsinin şərtlərinin dəyişdirilməsi ilə bağlı 16.04.2019-cu il tarixli, 2 saylı əlavə imzalanmış, əlavəyə əsasən Cavabdeh4 MMC-nin müqavilə üzrə kredit alan və birgə borcalan qismində çıxış etdiyi müəyyən edilmişdir. Sonradan tərəflər arasında 03.09.2018ci il tarixli İDK0116 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsinin şərtlərinin dəyişdirilməsi ilə bağlı 19.07.2019-cu il tarixli, 3 saylı və 11.12.2019-cu il tarixli 4 saylı əlavə imzalanaraq, limitdən borclu qismində yalnız "xxxx" MMC və "xxxx" MMC-nin çıxış etdiyi invoysların maliyyələşdirilməsi, limitin məbləği 55.000 (əlli beş min) manat, limitdən istifadə müddəti isə 03.03.2021-ci il tarixədək müəyyən edilmişdir. Daha sonra Bank ilə Cavabdeh4 MMC arasında 03.09.2018-ci il tarixli İDK0116 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi çərçivəsində 11.12.2019-cu il tarixli İDK0116/69 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı Cavabdeh4 MMC ilə alıcı Maraqlı şəxs MMC arasında olan 05.11.2019-cu il tarixli 2331/MT-0684 saylı alış sifarişi və 04.12.2019-cu il tarixli ******* saylı elektron qaimə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə Cavabdeh4 MMC-yə Bank tərəfindən 09.02.2020-ci il tarixinədək illik faiz dərəcəsi 13% olmaqla, 54,143.55 (alli dörd min yüz qırx üç manat, əlli beş qəpik) manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdehlər Cavabdeh4 MMC-nin və Cavabdeh2 MMC-nin Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bank ilə Cavabdeh1 (bundan sonra “Zamin”) arasında 03.09.2018-ci il tarixli, Z2808 saylı zaminlik müqaviləsi və zaminlik müqaviləsinə 16.04.2019-cu il tarixli 1 saylı əlavə bağlanmışdır. Lakin Müştəri K3746 saylı maliyyələşdirmə üçün ərizə və İDK0116/69 saylı maliyyələşdirmə üçün ərizə üzrə 335 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olu nmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyan Cavabdeh3 ipoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanların Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır.

12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 03 may tarixli, e-2-2(113)-1586/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh4 MMC, Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada İDK0116/69 saylı maliyyələşdirmə üçün ərizə üzrə 19.375,20 (on doqquz min üç yüz yetmiş beş manat, iyirmi qəpik) manat əsas borc, 1.024,73 (min iyirmi dörd manat, yetmiş üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 20.399,93 (iyirmi min üç yüz doxsan doqquz manat, doxsan üç qəpik) manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh4 MMC-dən və Cavabdeh1 birgə qaydada K3746 saylı maliyyələşdirmə üçün ərizə üzrə 99,283.31 (doxsan doqquz min iki yüz səksən üç manat otuz bir qəpik) manat əsas borc, 17.791,24 (on yeddi min yeddi yüz doxsan bir manat. İyirmi dörd qəpik) manat faiz borcu, 4528 (dörd min beş yüz iyirmi səkkiz) manat cərimə borcu olmaqla, cəmi 121.602,62 manat (yüz iyirmi bir min altı yüz iki manat, altmış iki qəpik) borcun İddiaçı ASC-nin xeyrinə tut ulması, K3746 saylı maliyyələşdirmə üçün ərizə üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Abşeron rayonu Fatmayi kəndində yerləşən (0.08 ha) fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Abşeron rayonu Fatmayi kəndində yerləşən (0.08 ha) fərdi yaşayış evinin hərracdan ilkin satış qiymətinin 307,000 (üç yüz yeddi min) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin Cavabdeh4 MMC-nin və Cavabdeh1 İddiaçı ASC-yə olan K3746 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcunun ödənilməsinə yönəldilməsi, əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının Cavabdeh2 MMC, Cavabdeh4 MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh4 MMC-dən, Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim – K.Hüseynov).

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bankla borclu Cavabdeh4 MMC arasında öhdəlik münasibətləri yaranmış, Cavabdeh4 MMC öz üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş və nəticədə borc yaranmışdır.

14. Yuxarıda qeyd edilən öhdəliyin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 ilə zaminlik, Cavabdeh3 arasında ipoteka müqavilə bağlanmışdır. İpoteka müqaviləsinin 2.5ci bəndinə görə, tərəflər ipoteka predmeti olan Bakı şəhəri Abşe ron rayonu Fatmayi kəndində yerləşən (0.08 ha) fərdi yaşayış evinin dəyərini 307.000 manat müəyyən etmişlər.

15. Bankla borclular Cavabdeh2 MMC və Cavabdeh4 MMC arasında öhdəlik münasibətləri yaranmış, borclular öz üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş, nəticədə isə borc yaranmışdır. Qeyd edilən öhdəliyin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır.

16. Həmçinin, Cavabdeh1 (eyni zamanda Cavabdeh4 MMC və Cavabdeh2 MMC-nin rəhbəri) ərizə təqdim edərək, borcunu ödəməyə hazır olduğunu, lakin pandemiya ilə əlaqədar bankın köməklik göstərməsini bildirmişdir.

17. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki hall arın həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

18. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 739.1, 741, 470, 472.1, 472.2, 462.1, 269.5, 317.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə araşdırılma aparılaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

20. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 avqust tarixli, 2-2(103)-807/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), V.M.Məmmədov və C.A.Yusifov) cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 03 may tarixli, e-2-2(113)1586/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında yaranmış münasibətlər və bağlanmış müqavilənin şərtləri faktorinq müqaviləsinin şərtlərinə uyğun gəlir.

22. Cavabdeh "xxxx" MMC apelyasiya şikayətində iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməli olduğunu göstərsə də, borcun hansı hissəsinin iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına düzgün hesablanmadığını əsaslandırmadığından, mühasibatıq ekspertizasının keçirilməsi üçün zəruri olan kredit ödənişlərini təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyindən, məhkəmə iş üzrə mühasibatıq ekspertizası təyin edilməsini zəruri hesab etməmişdir.

23. Eləcə də "xxxx" MMC faktiki olaraq 800.000 manata yaxın olan ipoteka predmetinin ilkin satış qiymətinin 307.000 manat müəyyən edilməsi Cavabdeh1 hüquqlarını pozduğunu qeyd etsə də, işə birinci instansiya qaydasında baxılarkən ipoteka predmetinin ilkin satış qiyməti cavabdehlər tərəfindən mübahisələn dirilməmiş, ipoteka ilə yüklü edilmiş əmlakın real bazar qiymətinin 800.000 manat olması barədə nə birinci instansiya, nə də apelyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim edilməmişdir.

24. İpoteka müqaviləsinin 5.3-cü bəndinə görə, ipoteka predmetinin ilkin satış qiyməti 230.250 manat müəyyən edildiyi halda, məhkəmə tərəfindən iddiaçının tələbinə əsasən ilkin satış qiyməti əmlakın bazar dəyərinə uyğun olaraq 307000 manat müəyyən edilmişdir ki, bu da nəinki cavabdehlərin hüquqlarını pozmuş, əmlakın ilkin satış qiymətinin likvid dəyər əsasında deyil, əmlakın bazar dəyəri əsasında müəyyən edilməsi onların mənafeyinə uyğun olmuşdur.

25. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 655.1, 655.6-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 39.3.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. Cavabdeh "xxxx" MMC həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

27. Bakı Kommersiya Məhkəməsi işə baxarkən bütün faktiki halları araşdırmamış və müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halları sübut etməmişdir, maddi hüquq normalarının tələblərini pozduğu üçün qərardan Cavabdeh2 MMC tərəfindən apelyasiya şikayəti verilmişdir.

28. Buna baxmayaraq, apelyasiya instansiyası məhkəməsi də maddi hüquq normasının tələbini pozaraq, 1-ci instansiya məhkəməsinin əsassız qərarını qüvvədə saxlamışdır.

29. Bakı Apelyasiya Məhkəməsi 20399,93 manat borcunun artıq hesablandığı üçün ekspertizanın tə yin edilməsi barədə "xxxx" MMC-nin vəsatətini təmin etməməklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 165-ci maddəsinin tələblərini pozmuşdur.

30. Məhkəmə işi obyektiv araşdırılması üçün çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri görməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. İddiaçının kassasiya şikayətinə qarşı etirazında qeyd edilmişdir ki, cavabdeh (zamin) Cavabdeh1 (eyni zamanda digər cavabdehlər "GLOBAL MAKİNA GROUP” MMC və Cavabdeh2 MMC-nin rəhbəri və qanuni təmsilçisi) Bakı Kommersiya Məhkəməsinə ərizə təqdim edərək, borcunu ödəməyə hazır olduğunu qeyd etmişdir. Lakin pandemiya ilə əlaqədar bankın köməklik göst ərməsini bildirmişdir.

32. Qeyd olunan ərizədə borcun məbləği mübahisələndirilmədən ödəməyə hazır olduğu bildirilir. Cavabdehlərin iddia tələbinə və tələbdə göstərilən borc məbləğinə etiraz etməməsi və birinci instansiya məhkəməsinə təqdim olunan bu ərizə cavabdehlərin iddianı etiraf etməsi kimi qəbul edilməlidir.

33. Cavabdeh "xxxx" MMC daha sonra apelyasiya şikayəti vermiş və şikayətində iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməli olduğunu qeyd etmişdir. Lakin, borcun hansı hissəsinin iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən düzgün hesablanmadığını əsaslandırmamış, kredit ödənişlərini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.

34. Bundan əlavə, apelyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin az məbləğdə göstərilməsi qeyd olunmuşdur. 3

5. Halbuki, məhkəmə tərəfindən apelyasiya şikayəti üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, işə birinci instansiya qaydasında baxılarkən ipoteka predmetinin ilkin satış qiyməti cavabdehlər tərəfindən mübahisələndirilməmiş, ipoteka ilə yüklü edilmiş əmlakın real bazar qiymətinin 800.000 manat olması barədə nə birinci instansiya, nə də apelyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim edilməmişdir.

36. İpoteka müqaviləsinin 5.3-cü bəndinə görə, ipoteka predmetinin ilkin satış qiyməti 230.250 manat müəyyən edildiyi halda, məhkəmə tərəfindən iddiaçının tələbinə əsasən ilkin satış qiyməti əmlakın bazar dəyərinə uyğun olaraq 307000 manat müəyyən edilmişdir ki, bu da nəinki cavabdehlərin hüquqlarını pozmuş, əmlakın ilkin satış qiymətinin likvid dəyər əsasında deyil, əmlakın ba zar dəyəri əsasında müəyyən edilməsi onların mənafeyinə uyğun olmuşdur. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

40. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə

655. Faktorinq müqaviləsi “ 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqavi ləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.6. Faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. 42. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “M a d d ə 1.“Əsas anlayışlar “ 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:..... 1.0.9. ilkin satış qiyməti - bu Qa nunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir”. “ “Maddə 39.“İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3.“Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:.... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir...”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları nın tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 avqust tarixli, 2-2(103)-807/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

44. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, ipoteka müqaviləsinin 5.3-cü bəndinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti 230.250 manat müəyyən edildiyi halda, məhkəmə tərəfindən iddiaçının tələbinə əsasən ilkin satış qiyməti əmlakın bazar dəyərinə uyğun olaraq 307.000 manat müəyyən edilmişdir ki, bu da əmlakın ilkin satış qiymətinin likvid dəyər əsasında deyil, əmlakın bazar dəyəri əsasında müəyyən edilməsi cavabdehlərin mənafeyinə uyğun olmuşdur.

45. Apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, "xxxx" MMC apelyasiya şikayətində iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməli olduğunu göstərsə də, borcun hansı hissəsinin iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına düzgün hesablanmadığını əsaslandırmamış, mühasibatıq ekspertizasının keçirilməsi üçün zəruri olan kredit ödənişlərini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş, ona görə də məhkəmə iş üzrə mühasibatıq ekspertizası təyin edilməsini zəruri hesab etməmişdir. Həmçinin ipoteka predmetinin ilkin satış qiyməti cavabdehlər tərəfindən mübahisələndirilməmiş, ipoteka ilə yüklü edilmiş əmlakın real bazar qiymətinin 800.000 manat olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

46. Qeyd edilənlərə əsasən apelyasiya insta nsiyası məhkəməsinin 20.399,93 manat borcunun artıq hesablandığı üçün, ekspertizanın təyin edilməsi barədə "xxxx" MMC-nin vəsatətini əsassız olaraq təmin etməməsi barədə cavabdehin dəlilləri əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

47. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 avqust tarixli, 2-2(103)-807/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərb aycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

49. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 avqust tarixli, 2-2(103)-807/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar