Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-160/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə faizlər, kredit borcunun gecikdirilməsinə görə dəbbə pulu (cərimə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, Dadaşov İlqar Ağababaş oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegi yasının 2023-cü il 16 oktyabr tarixli 22(105)-90/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (Kreditor) və Cavabdeh1 (Borcalan) arasında bağlanmış 2009-cu il 2 oktyabr tarixli 01L000002032 nömrəli Kredit Xətti Müqaviləsinə əsasən, Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit Alana 10.000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kreditlər tərəflər arasında “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay müddətinə, 2019 -cu il 2 oktyabr tarixindən gec olmayaraq verilməlidir. 2. 2009-cu il 2 oktyabr tarixli 01L000002032 nömrəli Kredit Xətti Müqaviləsi əsasında bağlanmış 2015-ci il 29 yanvar tarixli 01L000002032S nömrəli “Uzunmüddətli Kredit müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi” haqqında Sazişin 1-ci bəndinə əsasən, Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit Alana 100.000 ABŞ dolları məbləğində Uzunmüddətli Kredit Müqaviləsini açır. Uzunmüddətli Kredit Xətti bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana Kredit Alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1-ci bənd). Kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razıla şma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcək. Вu müqavilə Bankın kredit vermək vədini ifadə etmir (1.2-ci bənd). Bu müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 184 ay müddətinə, 2025-ci il 2 fevral tarixindən gec olmayaraq verilməlidir. Verilən hər bir kredit məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə Tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir (1.3-cü bənd). 3. 2009-cu il 2 oktyabr tarixli 01L000002032 nömrəli Kredit Xətti Müqaviləsi və 2015-ci il 29 yanvar tarixli 01L000002032S nömrəli “Uzunmüddətli Kredit müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi” haqqında Saziş əsasında bağlanmış 2020-ci il 20 fevral tarixli 001R********** nömrəli Kredit Razılaşmasına əsasən, fərdi mikro kredit məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh1 24 ay müddətinə illik 1,8333 % dərəcəsi ilə 20.000 manat məbləğində kredit verilmişdir. Həmin Kredit Razılaşmasının 1.2-ci bəndinə əsasən, kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə borcludur. 4. 2020-ci il 20 fevral tarixli 001R********** nömrəli Kredit Razılaşmasında göstərilən kreditin və ona hesa blanmış faizlərin 2020-ci il 20 fevral tarixli Ödəniş Planına əsasən, borcalan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1.046 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin Ödəniş Planını borcalan Cavabdeh1 imzalamışdır. X1 əsasən ödənişin son tarixi 2022-ci il 28 fevral müəyyən olunmuşdur. 5. 2020-ci il 20 fevral tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə bağlanmış 2021-ci il 26 iyul tarixli 001R**********SA nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Saziş və həmin Saziş üzrə tərtib edilmiş 2021-ci il 26 iyul tarixli yeni Ödəniş Planına əsasən, borcalan Cavabdeh1 2020-ci il 20 fevral tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə veri lmiş kreditin 2021-ci il 26 iyul tarixli Ödəniş Planı əsasında aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin Ödəniş Planını borcalan Cavabdeh1 imzalamışdır. X1 əsasən ödənişin son tarixi 2023-cü il 3 iyul müəyyən olunmuşdur.
6. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (borc verən), Cavabdeh2 (zamin) və Cavabdeh1 (borcalan) olmaqla bağlanmış 2019-cu il 16 aprel tarixli 017S**********01 nömrəli Zaminlik Müqaviləsinə əsasən, Cavabdeh2 zamin olaraq borcalan Cavabdeh1 2009-cu il 2 oktyabr tarixli 01L000002032 nömrəli Kredit xətti Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, borcalanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin də bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borcalanla birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.
7. Kredit alan Cavabdeh1 ilə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 2020-ci il 20 fevral tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə və 2021-ci il 26 iyul tarixli 001R**********SA nömrəli Saziş üzrə tərtib edilərək təsdiq olunmuş müvafiq 2020-ci il 20 fevral tarixli “Ödəniş Planı” və 2021-ci il 26 iyul tarixli “Ödəniş Planı” sənədləri zamin Cavabdeh2 tərəfindən də imzalanmış və həmin imza ilə birlikdə yazılmış qeydlərə əsasən, o, zamin olaraq qeyd olunan sənədlərlə tanış olmuş və həmin sənədlərə öz razılığını bildirmişdir.
8. Borcalan Cavabdeh1 2020-ci il 20 fevra l tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə 2022-ci il 31 avqust tarixə borcverən İddiaçı QSC-yə 16.161,36 manat məbləğində əsas borc, 6.173,95 manat məbləğində faiz borcu və 1.522,40 manat məbləğində cərimə borcu olmaqla, cəmi 23.857,71 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 580 gün) (2022-ci il 24 oktyabr tarixli 2751 nömrəli Maliyyə Arayışı). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) 2022-ci il 28 oktyabr tarixində Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Cavabdeh1” və “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеуrinə 2020-ci il 20 fevral tarixli 001R********** saylı Krеdit Razılaşması üzrə 16.161,36 manat məbləğində krеdit bоrcu, 6.173,95 manat məbləğində faiz bоrcu və 1.522,40 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 23.857,71 manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi işin yuxarıda qeyd edilən hallarına istinadən onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2020-ci il 20 fevral tarixli Krеdit Razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz borcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 2022-ci il 1 mart tarixindən etibarən Banka qaytarmamışdır. Cavabdeh1 krеdit üzrə əsas bоrcundan 3.838,64 manat məbləğində ödəniş etmiş və onun 16.161,36 manat məbləğində əsas kredit borcu qalmışdır. Cavabdeh1 2022-ci il 31 avqust tarixinə 580 gün üçün hesablanmış faiz borcu 6.173,95 manat, cərimə borcu isə 1.522,40 manat təşkil edir. Cavabdeh2 isə zamin kimi kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar müqavilə üzrə yaranmış borcu ödəməmişlər.
11. İddiaçı 2022-ci il 16 dekabr tarixdə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək, Cavabdeh1 ilə bağlanmış 2020-ci il 20 fevral tarixli 001R********** nömrəli Kredit Razılaşması nın ləğv edilməsi, cavabdеhlərdən müştərək qaydada 16.161,36 manat məbləğində krеdit bоrcu, 6.173,95 manat məbləğində faiz bоrcu və 1.522,40 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23.857,71 manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Cavabdehlər tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
13. Cavabdeh1 birinci instansiya məhkəməsindəki izahatında iddia tələbini qismən qəbul etdiyini, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə biznes fəaliyyəti ilə əlaqədar qohumu Cavabdeh2 zaminliyi ilə 2020-ci il 20 fevral tarixli Krеdit Razılaşmasına əsasən iddiaçıdan 24 ay müddətinə 20.000 manat məbləğində krеdit götür düyünü, həmişə kredit ödənişlərini vaxtlı-vaxtında etdiyini və bu kredit üzrə təxminən 7.000 manat məbləğində pul ödəmiş olduğunu, təxminən cəmi 13.000 manat məbləğində əsas borcunun qaldığını, lakin pandemiya dövründə yaranan problemlərə görə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməyərək iflas olduğunu və buna görə də kredit ödənişlərini edə bilmədiyini, müqavilənin ləğv edilməsinə və ondan əsas borc olaraq 13.000 manat məbləğində pulun tutulmasına razı olsa da, iddia tələbi ilə qalan hissələrdə, o cümlədən də faiz və cərimə borclarının tutulması hissələrində razı olmadığını bildirib, məhkəmədən faiz və cərimə borclarının tam olaraq silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Sumqayıt Kommersiya Məhkəməsinin qərardadı ilə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizası nın 2023-cü il 28 fevral tarixli 9/965 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 2020-ci il 20 fevral tarixli 001R********** nömrəli Kredit Razılaşması (həmin razılaşma üzrə imzalanmış 2021-ci il 26 iyul tarixli Sazişin şərtləri və müvafiq Ödəniş Planları nəzərə alınmaqla) üzrə Cavabdeh1 2022-ci il 31 avqust tarixinə – əsas borc üzrə 19.598,86 manat, faiz borcu üzrə 4.196,14 manat borcu vardır. İş materiallarında 2020-ci il 20 fevral tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, ekspertiza tədqiqatı ilə Cavabdeh1 cərimə hesablanmamışdır.
15. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 31 mart tarixli e-2-2(119)-57/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 1 6.161,36 manat məbləğində əsas borc, 6.173,95 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 210 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 22.745,31 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, 2020-ci il 20 fevral tarixli 001R********** nömrəli Kredit Razılaşmasının ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Z.Sadiqov).
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdehlər kredit və zaminlik müqavilələri bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, iddiaçıya ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəniş cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da iddiaçıdan alınmış krediti müq avilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər.
17. Əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən iddia tələbi və cavabdeh tərəfin mənafeyi nəzərə alınaraq, cavabdehlərdən tutulmalı olan əsas və faiz borc məbləğləri məhkəmə-mühasibatlıq ekspertizasının 2023-cü il 28 fevral tarixli 9/965 nömrəli rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, verilmiş iddia tələbində göstərilən məbləğdə, yəni 16.161,36 manat məbləğində əsas borc və 6.173,95 manat faiz borcu tutulmalı, 2020-ci il 20 fevral tarixli 001R********** nömrəli Kredit Razılaşması ləğv olunmalıdır.
18. Bundan başqa, cərimə məbləği aza ldılaraq, cavabdehlərdən müştərək qaydada cəmi 200 manat məbləğində cərimə tutulmalıdır.
19. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 421, 425.1, 427.3, 442, 443.1, 445.1, 448, 462.1, 465.2, 467, 470.1, 472.1, 739.1, 739.2-ci; MPM-in 103.1 və 106.3 maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh1 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qərardadı ilə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 2023-cü il 15 sentyabr tarixli 9/4694 nömrəli ekspert rəyinə əsasən, 2020-ci il 20 fevral tarixli 001R********** saylı Kredit Razılaşması üzrə Cavabdeh1 2022-ci il 31 avqust tarixinə banka olan borcu 21.388,13 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 16.446,95 manat; faiz borcu üzrə 4.941,18 manat.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 oktyabr tarixli 2-2(105)-90/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən müştərək qaydada 6.173,95 manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlərdən müştərək qaydada 16.161,36 manat məbləğində əsas borc, 4.941,18 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 210 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 21.512,54 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir (sədrlik edən – Z.Məmmədov, hakimlər – F.Məmmədov və A.Süleymanova).
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi xahiş olunsa da, qətnamə əsas borc və faiz borcu ilə bağlı hissədə mübahisələndirildiyi üçün məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılmışdır.
24. Təkrar məhkəmə mühasibatlıq ekspertizası rəyinin tədqiqat hissəsində qeyd olunmuşdur ki, 2023-cü il 28 fevral tarixli 9/965 nömrəli ilkin ekspertiza rəyi ilə 2023-cü il 15 sentyabr tarixli 9/4694 nömrəli təkrar ekspert rəyi arasındakı fərq 2023-cü il 28 fevral tarixli 9/965 nömrəli ekspert rəyində hesablamalar ın Kredit Razılaşması bağlanan tarixdən, yəni 2020-ci il 20 fevral tarixdən başlayaraq aparılması, hazırkı ekspertiza tədqiqatı zamanı isə 2021-ci il 26 iyul tarixli 001R200511095SA nömrəli Əlavə Razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlində göstərilən qalıq borcdan sonrakı dövrü əhatə etməklə hesablamaların aparılması ilə izah olunmuşdur. Göründüyü kimi, hazırkı ekspert rəyində də əsas borc məbləği iddia tələbindən artıq məbləğdə hesablanmışdır.
25. Məhkəmə kollegiyası MPM-in 218.3-cü maddəsinə istinadən qeyd etmişdir ki, əsas borcun məbləği iddia tələbindən artıq ola bilməz.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsi ilə eyni maddi hüquq normalarına istinad etməklə əsaslandırmışdır.
27. Cavabdeh1 kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
28. MM-in 324.1, 324.4 və 390.1-ci maddələri üzrə - Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti kredit müqaviləsinə əlavələrlə uzadılmışdır. Tərəflər sonradan bağlanmış əqdə əlavələrlə əvvəlki əqdin şərtlərini dəyişmiş, yeni ödəniş müddətləri, şərtləri və faizlər müəyyənləşdirmişdirlər. İddiaçı öz tələbində də faiz və cərimələri hesablayarkən faiz borcu məbləğinin yenidən hesablanmalı olmasını nəzərə almamışdır. Məhkəmə də faizlərin hesablanmasında bu xüsusiyyətləri nəzərə almamışdır.
29. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndi və MM-in 7.1-ci maddəsi üzrə - Həmin maddələr t ətbiq edilməmişdir. Borc və kredit münasibətlərini tənzimləyən MM-in 37-ci fəslində edilmiş dəyişikliklər, xüsusilə də 740.4 və 745.4-cü maddələr Cavabdeh1 faiz borclarının hesablanmasında onun hüquqi vəziyyətini aradan qaldırır və yüngülləşdirir. Belə ki, qanunverici bankların borcu süni surətdə şişirdərək məhkəməyə gec müraciət etmələrinin qarşısını almaq üçün kəsici iddia müddəti olaraq bir il müəyyənləşdirmişdir. Lakin məhkəmə cavabdehin hüquqi vəziyyətini aradan qaldıran 745.4-cü maddəni geriyə şamil etməmiş və bankın sui-istifadə edərək borcun şişirdilməsini gözləyərək özünün də iddia ərizəsində bildirdiyi kimi, 580 günlük gecikdirmədən sonra məhkəməyə müraciət etməsinə qanunsuz olaraq yol vermişdir. Həmçinin məhkəmə cavabdehə qarşı hesablanmış faiz və cərimələrin miqdarını azaldacaq 740.4-cü maddəni tətbiq etməmiş və cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşdur.
30. MM-in 442, 445.2.1 və 445.7-ci maddələri üzrə - Məhkəmə qeyd edilən maddələri sadəcə sadalamaqla kifayətlənmiş, lakin tərəflərin birinci əqdi (kredit müqaviləsini) bağladıqdan sonrakı digər əqdlərlə yeni şərtlər barədə razılığa gəlmələrini, faktiki olaraq əvvəlki əqdin bəzi şərtlərini ləğv etdiklərini, bəzilərini dəyişdirdiklərini və mülki münasibətlərin də yeni əqdə əsasən tənzimlənməli olduğunu nəzərə almamışdır. İddiaçı cavabdehin müqavilə üzrə kredit borcunu 580 gün gecikdirdiyini bildirsə də, bankın kredit məbləğinin ödənilməsi barədə müraciətinin xeyli müddət sonra olması, bununla da borcun süni surətdə şişirdilməsi məhkəmənin araşdırma predmeti olmamışdır.
31. MM-in 422-ci maddəsi üzrə - İddi açı ilə cavabdeh arasında kredit müqaviləsi cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar bağlanmışdır. Lakin cavabdehin birinci instansiya məhkəməsinin iclasında bildirdiyi kimi pandemiya dövründə yaranan problemlərə görə o, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmiş, iflas olmuş və buna görə də müqavilə öhdəliklərini tam icra edə bilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, pandemiya dövrü şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab olunmalı idi. Belə ki, cavabdeh 2020-ci il 20 fevral tarixli kredit müqaviləsini bağladıqdan sonra pandemiya dövrünün baş verəcəyini və sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməyəcəyini bilsəydi, kredit müqaviləsini ümumiyyətlə bağlamazdı. 32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəz i müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarındakı hüquqi mövqe düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında daha yüksək faizlərin tələb olunması üçün kredit müqaviləsində göstərilmiş əsasların mövcud olması şərt kimi göstərilsə də, məhkəmə qətnaməsində kredit müqaviləsinin hər hansı şərtinə, faizlərin hansı qaydada hesablanmasına və s. bu kimi hallara istinad edilməmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasındakı mülki münasibətlər tərəflərin iradə ifadəsi ilə bir neçə dəfə dəyişdirilmiş, faktiki olaraq yeni müqavilə bağlansa da, artıq ləğv edilmiş kreditdən qalan faiz məbləğləri də hesablanmışdır.
33. MPM-in 76-cı maddəsinin tələbləri pozulmuş, Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli, F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Huk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlarında müəyyən edilmiş hüquqi mövqe nəzərə alınmamışdır.
34. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə bu prosessual hüquq normasın ın tələblərini pozaraq sübutlara düzgün qiymət verməmiş, cavabdehin hüquqların pozan qətnamə qəbul etmişdir.
35. MPM-in 217-ci maddəsinin tələbləri pozulmuş, Konstitusiya Məhkəməsinin Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqe nəzərə alınmamışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları – kassasiya şikayətinin 6-cı bölməsində sadalanan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərç ivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikas ı Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
421. Müqavil ənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür....” “Maddə
422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflər in müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Ma ddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “M addə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.1. Əgər bor clu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması... 739.2. Borc müqaviləsi predmetinin məbləği üç m in manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....”
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair” 2002-ci il 28 yanvar tarixli Qərarında müəyyən edilmişdir ki: “Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Digər tərəfdən həmin Məcəllənin 7.2-c i maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Göründüyü kimi, mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir.”
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 2018-ci il 7 sentyabr tarixli Qərarında müəyyən edilmişdir ki: “Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.”
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulu r: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüv vədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
44. Kassator bildirir ki, kredit müqaviləsinin müddəti kredit müqaviləsinə əlavələrlə uzadılmışdır. Tərəflər sonradan bağlanmış əqdə əlavələrlə əvvəlki əqdin şərtlərini dəyişmiş, yeni ödəniş müddətləri, şərtləri və faizlər müəyyənləşdirmişdirlər. Məhkəmə isə faizlərin hesablanma sında bu xüsusiyyətləri nəzərə almamışdır.
45. Halbuki apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcu hissəsində dəyişdirilərək həmin borcun azaldılması qənaətinə gələrkən iş üzrə alınmış son ekspert rəyinə (2023-cü il 15 sentyabr tarixli rəy) istinad etmişdir. Həmin rəyin tədqiqat hissəsində isə qeyd olunmuşdur ki, 2023-cü il 28 fevral tarixli ilkin ekspertiza rəyi ilə 2023-cü il 15 sentyabr tarixli təkrar ekspert rəyi arasındakı fərq onunla izah olunur ki, ilkin ekspert rəyində hesablamalar Kredit Razılaşması bağlanan tarixdən, yəni 2020-ci il 20 fevral tarixindən başlayaraq aparılmış, hazırkı ekspertiza tədqiqatı isə 2021-ci il 26 iyul tarixli Əlavə Razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlində göstərilən qalıq borcdan sonrakı dövrü əhatə et məklə hesablamalar aparılmışdır.
46. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən Əlavə Razılaşmanın şərtlərini nəzərə alan son ekspert rəyinə istinad etmişdir.
47. Kassator isə apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini tutarlı və konkret dəlillərlə təkzib edə bilməmiş, yalnız ümumi xarakterli ifadələrlə kifayətlənmişdir.
48. Kassatorun digər dəlili ondan ibarətdir ki, məhkəmə cavabdehin faiz borclarının hesablanmasında onun hüquqi vəziyyətini aradan qaldıran və yüngülləşdirən MM-in 37-ci fəslində edilmiş dəyişiklikləri, xüsusilə də 740.4 və 745.4-cü maddələri geriyə şamil etməmiş və bankın sui-istifadə edərək borcun şişirdilməsini gözləyərək 580 günlük gecikdirmədən sonra məhkəməyə müraciət etməsinə qanunsuz olaraq yol vermişdir.
49. Əvvəla, MPM-in 217.2-ci maddəsinin (bax § 42) tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
50. Hazırkı mübahisə yaranan zaman isə iddiaçının istinad etdiyi MM-nin borc fəslinə edilmiş son dəyişikliklər qüvvədə deyildi.
51. Həmçinin MM-in 7.1-7.3-cü maddələrinin (bax § 39) tələblərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericil iyin geriyə qüvvəsi ola bilməz.
52. İddiaçının istinad etdiyi MM-nin borc fəslinə edilmiş son dəyişiklikləri nəzərdə tutan Azərbaycan Respublikasının 2023-cü il 24 fevral 822-VİQD saylı Qanununda isə həmin Qanunun geriyə, yəni ondan əvvəlki dövrdə yaranan münasibətlərə şamil olunması nəzərdə tutulmamışdır.
53. Qeyd etmək lazımdır ki, yuxarıda MM-in istinad olunan 7.1 və 7.2-ci maddələri ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da öz mövqelərini ifadə etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair” 2002-ci il 28 yanvar tarixli Qərarında (bax § 40) qeyd edilmişdir ki,... Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən 7.1-ci mad dəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Digər tərəfdən həmin Məcəllənin 7.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Göründüyü kimi, mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir.
54. Məsələ ilə əlaqədar məhkə mə kollegiyası son olaraq onu da bildirməyi vacib hesab edir ki, mülki hüquq münasibətləri bərabərhüquqlu tərəflərin öz mülahizələrinə əsasən sərbəst şəkildə daxil olduqları “üfüqi” xarakterli münasibətlərdir. Bu səbəbdən də nəzərə alınmalıdır ki, mülki qanunvericilik bunun üçün xüsusi əsaslar olmadan, yəni bilavasitə qanunda nəzərə tutulmadan geriyə tətbiq edildiyi təqdirdə, münasibətinin bir tərəfinin vəziyyətini yaxşılaşdırsa da, digər tərəfin vəziyyətinin pisləşməsinə səbəb ola bilər.
55. Bankın sui-istifadə edərək borcun şişirdilməsini gözləyərək 580 günlük gecikdirmədən sonra məhkəməyə müraciət etməsinə dair dəlilə gəldikdə isə qeyd olunmalıdır ki, iddiaçının borc yarandıqdan sonra konkret olaraq hansı müddət ərzində məhkəmə müraciət etməli olması barədə tərəflərin razılığa gəlmələri işə baxan məhkəmələr tərəfindən müəyyən olunmamışdır. Digər tərəfdən isə, iddiaçı öz hüququnun müdafiəsi üçün məhkəməyə qanunla müəyyən edilmiş müddətlər daxilində müraciət etmişdir.
56. Daha sonra kassator hesab edir ki, kredit müqaviləsi cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar bağlanmışdır. Lakin pandemiya dövründə yaranan problemlərə görə o, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmiş, iflas olmuş və buna görə də müqavilə öhdəliklərini tam icra edə bilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, pandemiya dövrü şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab olunmalı idi.
57. Şəraitin əhəmiyyətli dərəcədə dəyişdirilməsinin anlayışı MM-in 422.1-ci maddəsində (bax § 39) verilmişdir.
58. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllə sinin 422-ci maddəsinin şərh edilməsinə dair” 2018-ci il 7 sentyabr tarixli Qərarında (bax § 41) formalaşdırılmış hüquqi mövqelərə görə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.
59. Hazırkı halda da pandemiyanın baş verməsi sahibkarları Nazirlər Kabinetinin həmin dövrdəki müvafiq qərarları ilə məhdudlaşdırılmamış fəaliyyət növləri ilə məşğul olmaq imkanından məhrum etmirdi. Yəni, kredit müqaviləsinin icrası çətinliklə olsa da, mümkün idi. Bundan başqa, cavabdehin həmin dövrdə ona münasibətdə güzəştli şərtlərin tətbiqi ilə əlaqədar banka müvafiq qaydada müraciət etməsi və təsdiqedici sənədlər təqdim etməsi də işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
60. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki də lillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 42) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 42) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
61. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 oktyabr tarixli 2-2(105)-90/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 oktyabr tarixli 2-2(105)-90/2023 nömrəli qətnaməsi mübahisələndirilə n hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.