Məhkəmə qərarları › İş №2-2(102)-161/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-161/2024

08.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-161/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlk iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə və qarşılıqlı iddiaçı Cavabdeh cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, ilk iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair ilk iddia və qarşılıqlı iddiaçı Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə q arşı qarşılıqlı iddia üzrə pul tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 noyabr tarixli 2-2(103)-763/2023 nömrəli qətnaməsindən ilk iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" QSC ilə Cavabdeh MMC (dalan yolu sahibi) arasında bağlanmış 2014-ci il 3 oktyabr tarixli hüq.1129 nömrəli dalan dəmir yolunun istismar edilməsi barədə (dəmir yoluna məxsus lokomativ ilə xidmət edildiyi halda) müqaviləyə görə, dalan yolu sahibinə məxsus dalan yolu dəmir yolunun Dübəndi stansiyasının 14-cü yoluna 33 saylı yoldəyişdirici ilə birləşir. Dalan yoluna dəmir yoluna məxsus lokomativlə xidmət edilir və dəmir yolları nizamnaməsinə, yüklərin daşıma qaydalarına, müqavil ənin şərtlərinə uyğun olaraq istismar edilir. 2. "xxxx" QSC (dəmir yolu) ilə Cavabdeh MMC (dalan yolu sahibi) arasında bağlanmış 2014-ci il 3 oktyabr tarixli ** nömrəli dalan dəmir yolunun istismar edilməsi barədə (dəmir yoluna məxsus lokomativ ilə xidmət edildiyi halda) müqaviləyə əsasən istifadəçinin istifadə etdiyi dalan yolu dəmir yolunun Dübəndi stansiyasına 17 saylı yoldəyişdirici ilə birləşir. Dalan yoluna dəmir yoluna məxsus lokomativlə xidmət edilir və dəmir yolları nizamnaməsinə, yüklərin daşıma qaydalarına, müqavilənin şərtlərinə uyğun olaraq istismar edilir.

3. İcarəçi “X5 FZE” şirkəti ilə icarəyə verən “X4 CİS PTE LTD” arasında bağlanmış 2012-ci il 15 may tarixli ***nömrəli icarə müqaviləsinə görə, icarəyə verən özünə məxsus dəmir yol vaqonlarını müvəqqəti əvəzli icarəyə vermə yi, icarəçi isə onları icarəyə götürməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə görə, vaqonların model, say və qeydiyyat nömrələri müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktlarında göstərilmişdir. Müqavilənin əlavəsində icarəyə verilmiş 450 adda vaqonun nömrəsi, modeli və sayı göstərilmişdir. 4. "xxxx" QSC ilə Cavabdeh MMC arasında bağlanmış 2018-ci il 9 iyul tarixli hüq.498 nömrəli xidmət müqaviləsinə görə, icraçı sifarişçinin sifarişinə əsasən sifarişçinin mülkiyyətində və ya icarəsində olan çən vaqonlarının əsaslı, depo və cari təmirini həyata keçirməyi, sifarişçi isə götürülən xidmətin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 5. "xxxx" QSC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 2019-cu il 1 fevral tarixindən 2022-ci il 30 iyun tarixinədək cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 3.390.892,57 manat və 2.486 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.393.378,57 manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 2019-cu il 1 fevral tarixindən 2022-ci il 30 iyun tarixinədək stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, iddiaçının Səngəçal, Dübəndi, Ələt və Bakı-Yük stansiyalarında göstərilmiş xidmətlərə (vaqonların dalan yoluna verilib götürülməsi, dalan yolundan istifadə, iddiaçıya məxsus vaqonun (konteyner in) istifadəsinə və s.) görə cavabdehə 3.390.892,57 manat yığım hesablanmışdır. Bununla bağlı cavabdehə 2022-ci il 8 avqust tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir.

7. İddiaçı 2023-cü il 20 aprel tarixində iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, göstərmişdir ki, sonradan araşdırma zamanı müəyyən olunanlara görə, 2020-ci ilin yanvar və noyabr ayları üzrə Biləcəri stansiyasında hesablanmış 793.668 manat, 2019-cu ilin fevral, aprel, may, avqust ayları və 2020-ci ilin noyabr ayı üzrə Dübəndi stansiyasında hesablanmış cəmi 2.364.533,87 manat borc cavabdehin istifadəsində olan təmir üçün açılmış vaqonların ümumi istifadəli yolda boşdayanmasına görə hesablanmışdır. Belə ki, tərəflər arasında bağlanmış 2018-ci il 9 iyul tarixli hüq.498 nömrəli x idmət müqaviləsinə uyğun olaraq iddiaçı cavabdehin sifarişinə əsasən sifarişçinin mülkiyyətində və ya icarəsində olan çən vaqonlarının əsaslı, təmir və cari təmirini həyata keçirməyi, sifarişçi isə göstərilən xidmətin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən 2007-ci il 19 dekabr tarixində təsdiq edilmiş 46/S vaqon müayinəçisinin təlimatına əsasən vaqon müayinəçisi cavabdehin istifadəsində olan vaqonlarda nasazlıq aşkar etdiyindən vaqonları təmirə açmış və bunun əsasında VU-23 nömrəli bildiriş tərtib etmişdir. Qeyd edilən bildirişlər cavabdehə göndərilsə də, onlar tərəfindən hər hansı sifariş verilməmiş, nəticədə təmir üçün açılmış vaqonlar iddiaçının ümumi istifadəli yolunda dayanmışdır. Bu səbəbdən, iddiaçı tərəfindən cavabdehə “ Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları”nın 3.4-cü bəndinə əsasən yığımlar hesablanmışdır.

8. Cavabdeh iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, təqdim olunmuş sənədlərin əksəriyyətində (yığım vərəqələri) cavabdeh deyil, qeyri-rezident olan “X5 FZE” qeyd olunmuşdur. İddia tələbləri üzrə cavabdeh düzgün müəyyən edilməmişdir. Bundan əlavə, təqdim olunmuş sənədlərin əksər hissəsi mübahisələndirilən dövrdən əvvələ aiddir və işə aidiyyəti olmadığı üçün sübut kimi dəyərləndirilə, elektron qaimələr isə iş üzrə borcun olmasını təsdiq edən mötəbər sübut kimi nəzərə alına bilməz. Elektron qaimələrdən altısı boşdayanmaya görə cavabdehə təqdim olunmuş, lakin həmin qaimələr cavabdeh tərəfindən qəbul edilməmiş, həmin qaimələr üzrə vəsait ö dənilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən boş dayanmasına görə yığım hesablanmış vaqonlar cavabdehin deyil, qeyri-rezident olan X2 rezidenti olan FZE şirkətinin mülkiyyətində olmuşdur. Yəni, iddiaçı cavabdehin mülkiyyətində, habelə qanuni sahibliyində olmayan vaqonların boş dayanmasına görə ona 3.158.202,67 manat borc hesablamış, bununla bağlı da məhkəməyə yalnız elektron qaimələr təqdim edilmişdir. Stansiya xidmətləri göstərilmiş vaqonların mülkiyyətçisinin cavabdeh olması sübut olunmur. Təmirə açılma ilə bağlı tərtib edilmiş VU-23 bildirişləri qeyd olunduğu kimi 2019-cu ilin fevral, aprel, may, avqust və 2020-ci ilin yanvar və noyabr aylarını deyil, 2016 - 2018-ci illərini əhatə edir. Bu da onu göstərir ki, 2019 və 2020-ci illər ərzində boşdayanma halı olmamışdır. Vaqonların təmir üçün açılması, sifarişin verilməli olması, ümumi istifadəli yollarda boşdayanma nəticəsində yığım hesablanacağı barədə cavabdehin xəbərdar olunduğu sübut olunmamışdır. Cavabdeh FZE-nin Azərbaycan Respublikasındakı ticarət agentidir, cavabdehin icra etdiyi əməliyyatlar həmin şirkətin adından və onun hesabına icra edilmiş, buna görə də iş üzrə əsl Cavabdeh FZE-dir. Həmin şirkətin qanuni sahiblik və istifadəsində olan vaqonların Azərbaycan Respublikasında işlədilməsi ilə bağlı 2020-ci il 25 dekabr tarixinə qədər yaranmış öhdəliklərə görə cavabdeh maddi məsuliyyət daşımır.

9. Cavabdeh 2023-cü il 6 yanvar tarixində iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, ilk iddianın təmin olunmamasını xahiş etmişdir.

10. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edər ək, iddiaçıdan onun xeyrinə 2.911.207,50 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddiaçının müraciəti əsasında tərəflər arasında baş tutan razılaşmaya əsasən, iddiaçı tərəfindən onun qanuni istifadəsində olan 215 ədəd vaqon 2021-ci il 19 mart tarixindən etibarən cavabdehin müvəqqəti olaraq əvəzli istifadəsinə verilmişdir. Vaqonların bəziləri onlara geri qaytarılsa da, bir qismi bu günə qədər hələ də cavabdehin istifadəsindədir. Tərəflər arasındakı razılaşmaya əsasən, bir vaqon üçün gündəlik istifadə haqqı 15 ABŞ dolları, yəni 25.50 manat olaraq müəyyənləşdirilsə də, cavabdeh tərəfindən 2.911.207,50 manat istifadə haqqı ödənilməmiş qalmışdır. İddiaçı tərəfindən cavabdehin istifadəsinə verilən vaqonl arın seriya nömrələri, təhvil-təslim tarixi, istifadə müddəti, istifadə haqqı və ümumi borcu müəyyənləşdirən maliyyə arayışı iddia ərizəsinə əlavə olunmuşdur.

12. İddiaçı qarşılıqlı iddiaya yazılı etiraz təqdim bildirmişdir ki, qarşılıqlı iddiaya yalnız iddiaçının özü tərəfindən tərtib edilmiş maliyyə arayışı əlavə olunmuş, qeyd edilən vaqonların onlara hansı hüquqi sənədlər əsasında təhvil verildiyi təsdiq edilməmişdir. Bundan əlavə, tərəflər arasında vaqonların istifadəsinə dair müqavilə mövcud olmamışdır. İddiaçı tərəfindən qeyd edilən vaqonların iddiaçıya təhvil verilməsini təsdiq edən təhviltəslim aktları iddia ərizəsinə əlavə olunmamışdır. Cavabdeh vaqonların istifadəyə verilməsinə dair müqavilə, təhvil-təslim aktları, ümumiyyətlə bu halın mövcudluğuna dair sübut təqdim etməmişdir. 1

3. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 8 iyun tarixli e-2-2(113)-171/2023 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar təmin edilməmişdir (hakim Ü.Həsənova).

14. Birinci instansiya məhkəməsi ilk iddia tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ona məxsus Səngəçal, Dübəndi, Ələt və Bakı-Yük stansiyalarında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib götürülməsi, iddiaçıya məxsus vaqonun (konteynerin) istifadəsi və s.) görə yaranmış 232.689,90 manat, habelə cavabdehin istifadəsində olan təmir üçün açılmış vaqonların ümumi istifadəli yolda boşdayanmasına görə yaranmış 2.364.533,87 manat pulun cavabdehdən tutulmasını iddia etmişdir.

15. İddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi hallara dair çoxsaylı yığım vərəqələri və forma VU-26 sənədləri təqdim etsə də, məh kəmə onları iş üzrə mötəbər sübut qismində qəbul etməmişdir. Həmin sənədlər iddia ərizəsində göstərilən dövrə aid olmamaqla 2015-2018-ci illəri əhatə etmişdir. İddiaçıya həmin dövrə dair müvafiq bildirişlərin təqdim edilməsi təklif olunsa da, Nümayəndə2 həmin dövr üzrə cavabdehə müvafiq bildirişlərin telefonla şifahi qaydada verildiyini bildirmişdir.

16. İddiaçı tərəfindən təqdim edilmiş yığım vərəqələrinin əksəriyyətində ödəyici kimi cavabdeh deyil, “X5 FZE” şirkəti göstərilmiş, iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında həmin şirkətlə cavabdehə iddiaçı tərəfindən eyni kod verildiyini, cavabdehin əvəzinə həmin şirkətin adının yanlışlıqla qeyd olunduğunu bildirmişdir. Məhkəmə tərəfindən iddiaçıya yığım vərəqələrində adları qeyd olunmuş vaqonların məhz cavabdehin mülkiyyətində, icarə və ya istifadəsində olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuş, iddiaçının nümayəndəsi MDB üzrə vaqonların vahid qeydiyyatının Moskva şəhərində olan X1 yük vaqonları parkının avtomatlaşdırılmış məlumat bankında qeydiyyata alındığını, bu səbəbdən tərəflərindən müvafiq sorğu verildiyini, lakin artıq bir neçə aydır ki, cavab ala bilmədiklərini, hazırda həmin vaqonların cavabdehin mülkiyyətində olmaması səbəbindən 2019-2020-ci illərə dair həmin vaqonların sahibləri barədə məlumat təqdim edə bilməyəcəklərini bildirmiş, bununla da sübut etmə vəzifəsini icra edə bilməmişdir.

17. İddiaçı tərəfindən məhkəmənin sorğusuna verilmiş 2023-cü il 3 fevral tarixli 131/2- 1443/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, sorğuda qeyd olunan vaqonlar 20 22-ci il 15 aprel tarixinə qədər X1 yük vaqonları parkının avtomatlaşdırılmış məlumat bankında (Moskva ş.) cavabdehin adına qeydiyyatda olmuş və sözügedən şirkətin müraciəti əsasında həmin tarixdən də qeydiyyatdan çıxarılmışdır.

18. Məhkəmə həmin sorğuya verilmiş cavabı da iş üzrə mötəbər sübut kimi qəbul etməmiş, ona əsaslanmışdır ki, sorğuya verilmiş cavab natamam olmaqla, həmin vaqonların məhz hansı tarixdən etibarən cavabdehin adına qeydiyyatda olması barədə məlumat qeyd edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaçı tərəfindən “X5 FZE” şirkətinə ünvanlanmış 2022-ci il 26 iyul tarixli cavab məktubundan görünür ki, 2021-ci il 27 dekabr tarixli “Nissa Petroleum LTD” və 2021-ci il 27 dekabr tarixli “Protecta Solutions İNC” ilə bağlanmış müqavilələr əsasında bu şirkətlə rdən aldıqları 430 ədəd çən vaqonları X1 yük vaqonları parkının avtomatlaşdırılmış məlumat bankında (Moskva ş.) 2022-ci il 21 iyul tarixli sərəncamlar əsasında Dübəndi stansiyasına təhkim olunaraq “X5 FZE” şirkətinin adına qeydiyyata alınmış və Dövlətlərarası dəmir yollarında işləməsinə icazə verilmişdir.

19. İddiaçının təqdim etdiyi əlavə yığımlar üçün yığım vərəqələrində (həmçinin boşdayanmaya görə tərtib olunmuş 2019-cu il 1 yanvar tarixindən 2019-cu il 31 may tarixinədək olan dövr üzrə) ödənişçi kimi “X5 FZE” şirkəti qeyd edilmiş, məhkəmə bununla bağlı cavabdehin əsl cavabdeh “X5 FZE” şirkəti ilə əvəz olunmasını iddiaçıya təklif etsə də, iddiaçı buna etiraz edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. 20. “X5 FZE” şirkəti ilə cavabdeh arasında bağlanmış 2008-ci il 11 yanvar ta rixli Nəqliyyat xidmətlərinin təşkili ilə bağlı müqaviləyə əsasən, icraçı (cavabdeh) sifarişçinin (“X5 FZE” şirkəti) sifarişi əsasında Azərbaycan Respublikası ərazisində neft aşırma terminallarından, limanlardan və dəmir yol stansiyalarından neft və neft məhsullarının, həmçinin digər yüklərin nəqli ilə bağlı xidmətlərin sifarişçiyə göstərilməsini təşkil edir, sifarişçi isə göstərilmiş xidmətləri bu müqavilə ilə müəyyən edilən qaydada və müddətlərdə icraçıya ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 2.1.7-ci bəndinə əsasən, sifarişçinin sifarişi ilə ona məxsus, icarəsində və ya istifadəsində olan vaqon-çənlərin cari, depo və əsaslı təmir işlərini icraçı öz öhdəsinə götürür. 21. “X5 FZE” şirkəti ilə cavabdeh arasında bağlanmış 2020-ci il 25 dekabr tarixli Daşıma və digər xidmətlərin təşkili ilə bağlı müqaviləyə əsasən, icraçı (cavabdeh) sifarişçinin (“X5 FZE” şirkəti) təqdim etdiyi daşıma sifarişlərinə uyğun olaraq yüklərin Azərbaycan Respublikası ərazisində dəmir yolu, dəniz nəqliyyatı və avtomobil nəqliyyatı ilə daşınması xidmətlərini digər əlaqəli xidmətləri sifarişçinin adından həyata keçirməyi, sifarişçi isə hazırkı müqavilə ilə icraçını Azərbaycan Respublikası ərazisində ticarət nümayəndəsi olaraq təyin etməklə göstərilmiş xidmətlərin bu müqavilə ilə müəyyən edilən qaydada və müddətlərdə qəbul edilməsini və razılaşdırılmış dəyərinin icraçıya ödənilməsini öhdəsinə götürür.

22. Həmin müqavilənin şərtlərinə əsasən, sifarişçi (“X5 FZE” şirkəti) icraçını Azərbaycan Respublikası ərazisində özünün səlahiyyətli ticarət nümayəndəsi olaraq təyin edir. Azərbaycan Respubli kasında ona məxsus vaqonlardan hazırkı müqavilənin məqsədləri üçün sahiblik və istifadə edilməsinə, həmçinin buna görə müvafiq hüquqverici səlahiyyətlərin sifarişçinin adından həyata keçirilməsinə razılıq verir. Tərəflər razılaşmışlar ki, hazırkı müqavilənin imzalandığı tarixə qədər sifarişçinin özünün və ya onun sifarişi əsasında digər daşıyıcı təşkilatların həyata keçirdiyi daşımalar və sifarişçiyə məxsus vaqonlarla bağlı müştərilər və Azərbaycan Respublikasının dəmir yolu şirkəti tərəfindən qaldırılan iddialara (daşıma haqqı, dalan yoluna verilib-götürülmə, icarə haqqı, vaqonun boş dayanmasına görə cərimə və sairə) görə icraçı hər hansı maddi məsuliyyət daşımır (müqavilənin 4.1.1, 4.1.2 və 6.3-cü bəndləri).

23. Göründüyü kimi, “X5 FZE” şirkəti tərəfindən ona məxsus olan vaqonlardan cava bdehin istifadəsinə yalnız 2020-ci il 25 dekabr tarixli daşıma və digər xidmətlərin təşkili ilə bağlı müqaviləyə əsasən səlahiyyət verilmişdir. Belə olan halda iddiaçı iddia tələbini bu tələbə cavab verməli olmayan cavabdehə qarşı yönəltmişdir. Çünki qanunun mənasına görə iddia tələbinin yönəldiyi şəxs (fiziki və ya hüquqi), yəni irəli sürülmüş tələbə cavab verməli olan şəxs, başqa sözlə, mübahisənin həlli bilavasitə ixtiyarından və iradəsindən asılı olan şəxs cavabdeh hesab olunur. İddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə, iddia təmin oluna bilməz.

24. Beləliklə, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının təqdim etdiyi yazılı sənədlər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, həmin s ənədlər iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.

25. Cavabdeh tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı məhkəmə göstərmişdir ki, hazırkı işdə iddiaçı müvafiq subyektiv hüquqa malik olmadığından iddia müddətinin tətbiq edilməli olması barədə ərizə də əsassız olmuşdur. İddiaçının müvafiq subyektiv hüquqa malik olması işin araşdırılan halları ilə də öz təsdiqini tapdığı təqdirdə belə, iddiaçı həmin hüququnun müdafiəsi ilə bağlı məhkəməyə 2022-ci ilin may ayına qədər müraciət edə bilərdi. Lakin iddiaçı hazırkı iddia ilə 2022-ci il 23 sentyabr tarixində məhkəməyə müraciət etmişdir.

26. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən mə hkəməyə təqdim edilmiş ödəniş sənədlərinə əsasən, elektron qaimələrin boşdayanmaya görə yaranmış borclar çıxılmaqla qalan hissəsi (vaqonlardan istifadə və digər yığımlar) iddiaçıya ödənilmişdir. Cavabdehin nümayəndəsi öz izahatında həmin ödənişlərin “X5 FZE” şirkətinin agenti olaraq edildiyini bildirmişdir.

27. İddiaçı həmin ödənişlərin cavabdehin iddia ərizəsində göstərilən dövrdən daha əvvəlki dövrlər üzrə olan borclarına silindiyini göstərsə də, cavabdehin iddiaçı qarşısında 2019-cu ildən əvvəl icra edilməli olan, lakin icra olunmamış öhdəliyinin olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

28. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək göstərmişdir ki, qarşılıqlı iddiaçı tərəfindən cavabdehə ona məxsus vaqonların əvəzli istifadəyə verilməsini sübut etmək vəzifəsi qarşı lıqlı iddiaçının üzərinə düşmüşdür. Cavabadehin tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız cavabdeh tərəfindən tərtib olunmuş arayış təqdim edilmişdir. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmişdir. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan məhkəmə hesab etmişdir ki, cavabdehə ödənilməli olan 2.911.207,50 manat borcun tutulması hissəsində qarşılıqlı iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında müqavilənin bağlandığını, vaqonların əvəzli istifadəyə verilməsini, ümumiyyətlə mülkiyyətində və qanuni sahibliyində 215 ədəd vaqonun olmasını təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, qarşılıqlı iddia təmin edilməməlidir.

29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respubl ikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 389.1 və 405-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr və 2008-ci il 30 dekabr tarixli Qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli Qərarlarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 76.1, 76.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 noyabr tarixli 2-2(103)-763/2023 qətnaməsi ilə a pellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).

32. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi qiymətləndirməsi ilə razılaşmışdır (bax bu qərarın 14-24-cü bəndləri). Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində 2019 və 2020-ci illər üzrə vaqonların ümumi istifadəli yollarda boşdayanmasına görə cavabdehə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən 2007-ci il 19 dekabr tarixində təsdiq edilmiş 46/S vaqon müayinəçisinin təlimatına əsasən, vaqon müayinəçisi cavabdehin istifadəsində olan vaqonlarda nasazlıq aşkar etdiyindən vaqonların təmirə açılmasına dair VU-23 nömrəli bildirişlər tərtib olunduğunu, həmin bildi rişlərin cavabdehə göndərildiyini qeyd etsə də, iddiaçının təqdim etdiyi bildirişlər iddia ərizəsində göstərilən dövrə aid olmamaqla 2015-2018-ci illəri əhatə etmişdir. İddiaçı qeyd etdiyi həmin dövrə dair bildirişləri məhkəməyə təqdim edə bilməmişdir.

33. İddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallara dair təqdim etdiyi yığım vərəqələrinə münasibətdə isə qeyd olunmuşdır ki, iddiaçı tərəfindən təqdim edilmiş yığım vərəqələrinin əksəriyyətində ödəyici kimi cavabdeh deyil, “X5 FZE” şirkəti göstərilmiş, yığım vərəqələrində adları qeyd olunmuş vaqonların məhz cavabdehin mülkiyyətində, icarə və ya istifadəsində olmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən təqdim olunmamışdır.

34. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd olunmuşdur ki, iddiaçı mü vafiq subyektiv hüquqa malik olmadığından iddia müddətinin tətbiq edilməli olması barədə ərizəyə də münasibət bildirilməsinə zərurət mövcud olmamışdır.

35. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddiaçı tərəfindən tələbin və etirazın əsası kimi istinad olunan hallara dair mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

36. Məhkəmə gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır (bax bu qərarın 29-cu bəndi).

37. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, ilk iddianın isə təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. MM-in 385.1-ci maddəsinin tələbləri pozulmuşdur-stansiya xidmətlərinin göstərilməsi iddiaçının təbii inhisar fəaliyyətidir və ölkə ərazisində bu xidməti göstərən alternativ bir qurum mövcud deyil. Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixində təsdiq olunmuş 04/S nömrəli yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatının 3.1.2-ci bəndində qeyd olunmuşdur ki, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərində) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul-təhvilçinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Sözügedən təlimatın 6 nömrəli əlavəsi ilə müvafiq olaraq vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayışın tərtib olunma qaydası göstərilmişdir. İddia ərizəsinə əlavə edilən cavabdehin nümayəndəsinin imzası ilə təsdi q olunmuş vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayış yuxarıda qeyd olunan təlimata uyğun tərtib edilmiş, həmin arayışlarla stansiya xidmətlərinin göstərilməsi tam təsdiq olunur.

39. MM-in 789.1-ci maddəsinin tələbləri pozulmuşdur-məhkəmənin “cavabdehlə “X5 FZE” şirkəti arasında ticarət nümayəndəsi müqaviləsi bağlansa da, müqavilədə “X5 FZE” şirkətinin ticarət agenti qismində çıxış edən cavabdeh bu halda heç bir öhdəlik daşımaması” ilə bağlı mövqeyinə münasibətdə qeyd edilmişdir ki, cavabdeh məhkəməyə özü ilə “X5 FZE” şirkəti arasında bağlanmış 2020-ci il 25 dekabr tarixli daşıma və digər xidmətlərin təşkili ilə bağlı müqaviləni təqdim etmişdir. Həmin müqaviləyə əsasən, icraçı (cavabdeh) sifarişçinin (“X5 FZE” şirkəti) təqdim etdiyi daşıma sifarişlərinə uyğun olaraq yük lərin Azərbaycan Respublikası ərazisində dəmir yolu, dəniz nəqliyyatı və avtomobil nəqliyyatı ilə daşınması xidmətlərini, digər əlaqəli xidmətləri Sifarişçinin adından həyata keçirməyi, sifarişçi isə hazırkı müqavilə ilə icraçını Azərbaycan Respublikası ərazisində ticarət nümayəndəsi olaraq təyin edir və göstərilmiş xidmətləri bu müqavilə ilə müəyyən olunan qaydada və müddətlərdə qəbul edilməsini və razılaşdırılmış dəyərini icraçıya ödənilməsini öhdəsinə götürür. Sifarişçi (“X5 FZE” şirkəti) icraçını Azərbaycan Respublikası ərazisində özünün səlahiyyətli ticarət nümayəndəsi olaraq təyin edir. Azərbaycan Respublikasında ona məxsus vaqonlardan hazırkı müqavilənin məqsədləri üçün sahiblik və istifadə edilməsinə, həmçinin buna görə müvafiq hüquqverici səlahiyyətlərin sifarişçinin adından həyat a keçirilməsinə razılıq verir (müqavilənin 4.1.1 və 4.1.2-ci bəndləri). Qeyd edilən müqavilə şərtlərindən də göründüyü kimi, cavabdeh “X5 FZE” şirkətinin Azərbaycandakı ticarət nümayəndəsi kimi fəaliyyət göstərmiş və bütün əməliyyatlarda onun adından çıxış etmişdir.

40. Mübahisə olunan stansiya xidmətlərinə dair cavabdeh tərəfindən iddiaçıya dəfələrlə ödəniş edilmiş və bu hal sübut qismində məhkəməyə təqdim olunmuşdur. Cavabdehin sözügedən stansiya xidmətlərinə görə etdiyi bu ödənişlər mübahisəli münasibətlərdə cavabdehin birbaşa tərəf olduğunu sübut edir və cavabdehin ticarət agenti olaraq heç bir məsuliyyət daşımadığı iddiasını təkzib edir. Əks halda, mövcud münasibətlərdə cavabdeh sadəcə vasitəçi rolunu oynayıb ödəniş prosesində iştirak etməməli idi.

41. Məhkəmənin “iddiaçı tərəfindən t əqdim olunmuş yığım vərəqələrinin əksəriyyətində ödəyici kimi cavabdeh deyil, “X5 FZE” şirkəti göstərilməsi” ilə bağlı mövqeyinə münasibətdə qeyd edilmişdir ki, “X5 FZE” şirkətinin adı qeyd olunmuş yığım vərəqələri əsasında verilmiş elektron qaiməyə görə cavabdeh tərəfindən ödəniş həyata keçirilmişdir. Lakin işə baxan məhkəmə “X5 FZE” şirkətinə xidmət göstərildiyi halda hansı səbəbdən ödənişlərin cavabdeh tərəfindən aparıldığını aydınlaşdırmamış və buna qətnamədə hüquqi qiymət verməmişdir.

42. MPM-in 54.1-ci maddəsinin tələbləri pozulmuşdur-məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbin bu tələbə cavab verməli olan cavabdehə qarşı yönləndirməmişdir və stansiya xidmətləri göstərilən vaqonlar “X5 FZE” şirkətinin mülkiyyətində olduğundan cavabdeh qismində “X5 FZE” şirkəti çıxış etməlidir. La kin cavabdehlə “X5 FZE” şirkəti arasında bağlanmış 2020-ci il 25 dekabr tarixli müqaviləyə əsasən, “X5 FZE” şirkəti Azərbaycan Respublikasında ona məxsus vaqonlardan cavabdeh tərəfindən müqavilənin məqsədləri üçün sahiblik və istifadə edilməsinə, həmçinin buna görə müvafiq hüquqverici səlahiyyətlərin sifarişçinin adından həyata keçirilməsinə razılıq vermişdir. Göründüyü kimi, vaqonlar “X5 FZE” şirkətinin mülkiyyətində olsa da, həmin vaqonlar cavabdehin istifadəsinə verilmişdir. Sözügedən müqavilə cavabdeh tərəfindən iddiaçıya təqdim edildiyindən, iddiaçının məlumat bazasında həmin vaqonların cavabdehin istifadəsində olduğu kimi qeyd olunmuş və stansiya xidmətləri də cavabdehə hesablanmışdır. Yəni vaqonların “X5 FZE” şirkətinin mülkiyyətində olması, həmin vaqonlardan istifadə edən MMC-nin iş üzrə cavabdeh olmasını istisna etmir.

43. MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur-iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar obyektiv dəyərləndirilməmişdir. Belə ki, ilkin olaraq stansiya xidmətlərinin göstərilməsini təsdiq edən əlavə yığımlar üçün yığım vərəqələri (FDU-92) və qəbul təhvilçinin yaddaş vərəqəsi (QU-45) sənədləri məhkəməyə təqdim olunmuşdur. Təqdim olunmuş sübutlara münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən yazılı sübutlar güclü, aydın və konkret deyil. Lakin təqdim olunmuş sübutların güclü, aydın və konkret olmadığının nədə ifadə olunması və bu qənaətə nəyin əsasında gəlməsini məhkəmə əsaslandırmamışdır.

44. Bundan başqa, məhkəmə cavabdehin istifadəsində olan təmir üçün açılmış vaqonların ümumi istifadəli yolda boşdayanmasına görə borcun hesablanmasına əsas olan VU-26 bildirişlərinin 2015-2018-ci illərə aid olduğunu bildirərək, həmin sənədlərin iş üzrə sübut qismində qəbul etməmişdir. Bildirişlərdə qeyd olunan tarixlər vaqonların açıldığını göstərən tarixlərdir. Yəni həmin tarixdə vaqonlar açılıb ümumi istifadəli yolda saxlansalar da, boşdayanmaya görə yığımlar 2019 və 2020-ci illər üzrə hesablanmışdır. Bundan başqa, VU-26 bildirişlərinin bir çoxunda 2019-cu il qeyd olunmuşdur. Həmin bildirişlərdə qeyd olunan tarixlər iddiada göstərilən dövrə aid olsa da, məhkəmə bu bildirişləri də sübut qismində qəbul etməmiş və onlara hüquqi qiymət verməmişdir.

45. Məhkəmə iş üzrə təqdim olunmuş elektron qaimələri də mötəbər sübut qismində qəbul etməmiş, bu halda sadəcə MPM-in 76.2-ci və 88-ci maddələrini istinad gətirmiş, l akin elektron qaimələrin nə üçün sübut qismində çıxış edə bilməməsini əsaslandırmamış və hüquqi qiymət verməmişdir. Halbuki, məhkəmə tərəfindən elektron qaimələr müqavilə və yığım vərəqələrinə əlavə sübut qismində dəyərləndirilməli idi.

46. İddiaçı tərəfindən məhkəmənin sorğusuna verilmiş 2023-cü il 3 fevral tarixli 131/2-1443/2023 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd olunan vaqonlar 2022-ci il 15 aprel tarixinə qədər X1 yük vaqonları parkının avtomatlaşdırılmış məlumat bankında (Moskva ş.) cavabdehin adına qeydiyyatda olmuş və sözügedən şirkətin müraciəti əsasında həmin tarixdən də qeydiyyatdan çıxarılmışdır. Məhkəmə sorğuya verilmiş cavab natamam olmaqla, həmin vaqonların məhz hansı tarixdən etibarən cavabdehin adına qeydiyyatda olması barədə məlumat qeyd olunmaması əsası ilə sübut qismində qəbul etməmişdir. Lakin iddiaçı sorğuya cavab olan məlumatları təsdiq edən cavabdehin 2006-cı il tarixli məktubunu və iddiaçının həmin məktuba verdiyi 2006-cı il 28 dekabr tarixli cavab məktubunu məhkəməyə təqdim etmişdir. Belə ki, cavabdehin 2006-cı il tarixli məktubunda 20 ədəd vaqonun qeydiyyata alınmasına köməklik göstərilməsi iddiaçıdan xahiş edilmiş və iddiaçının 2006-cı il 28 dekabr tarixli məktubu ilə qeyd olunan vaqonların cavabdehin adına qeydiyyata alındığı bildirilmişdir. Qeyd olunan məktublar iddiaçı tərəfindən məhkəmənin sorğusuna verilmiş 2023-cü il 3 fevral tarixli 13-1/21443/2023 nömrəli cavab məktubunda göstərilən məlumatları təsdiq etsə də, məhkəmə buna hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. İddiaçı tərəfi ndən sübut qismində təqdim edilmiş elektron qaimələr özözlüyündə özəl və icarədə olan vaqonların boş dayanması faktını birbaşa təsdiq etmir. Məhkəmə tərəfindən işin bütün halları və digər sübutlar nəzərə alınmalıdır. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə formalaşmış hüquqi mövqeni rəhbər tutmuş, elektron qaimələrə iş üzrə mövcud olan digər sübutlarla yanaşı dəyərləndirməklə qiymət vermişdir, lakin iş üzrə digər sübutlar iddia tələbini sübut etməmişdir.

48. Bundan başqa, iddiaçının təqdim etdiyi 2006-cı il 28 dekabr tarixli məktub sadəcə iddiaçı tərəfin iş üzrə bildirdiyi fikirdir və heç bir əsaslı şübhəyə yer qoymayan fakta, sənədə və s. əsaslanmamış, mötəbər fakt və sənəd (reyestr, çıxarış, cədvəl və s.) ilə təsdiq edilməmişdir. İddia çı tərəfindən mübahisə predmeti olan qatarlar barədə "yük vaqonları parkının avtomatlaşdırılmış məlumat bankı” təqdim edilməli olmasına baxmayaraq, bu məlumat bankı təqdim olunmamışdır. Məktubda qeyd olunan fikir iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclaslarında dəfələrlə səsləndirilmişdir və məhkəmə sorğusuna cavab olaraq sadəcə nümayəndənin səsləndirdiyi fikri qeyd etmək həmin məktuba sübut əhəmiyyəti vermir.

49. Bundan əlavə, mübahisəli məsələ ilə bağlı iddiaçının X5 FZE şirkətinə göndərdiyi 2022-ci il 26 iyul tarixli 202568 nömrəli məktub cavabdeh tərəfindən sübut qismində birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Həmin məktub ilə iddiaçının cavabdehə qarşı iddia tələbinin əsasında duran vaqonların mülkiyyət hüququ ilə 2022-ci 21 iyul tarixinədək qeyri-rezident NİSSA Petro leum Ltd və Protecta Solutions İNC şirkətlərinə, həmin tarixdən sonra isə X3 rezidenti olan X5 FZE şirkətinə məxsus olması faktı iddiaçının öz məktubu ilə tam sübut edilmişdir. Kassasiya baxışının hədləri

50. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktik i hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

52. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılm ış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.” “Maddə

431. Öhdəliyin üçüncü şəxs tərəfindən icrası 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. (2017-ci il 7 aprel tarixli 572-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 431.1-ci maddənin ikinci cümləsinə “bilər” sözündən sonra “və buna borclunun razılığı tələb edilmir” sözləri əlavə edilmişdir və üçüncü cümləsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Buna borclunun razılığı tələb edilmir.)...”

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 23 oktyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 dekabr tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.”

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “Lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınm aqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli Qərarında göstərilmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

56. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli Qərarında göstərilmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir.

57. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəməni n qətnaməsi qanuni və əsaslı olmalıdır...... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Kassasiya instansiya məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 59. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməs inin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

60. İddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, müqaviləyə əsasən iddia çı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh xidmət müqabilində yaranmış borcunu iddiaçıya ödəməmişdir. İddiaçı tərəfindən təqdim edilən elektron qaimələr, yığım vərəqələri cavabdehə hansı stansiya xidmətlərinin göstərildiyini, göstərilmiş xidmətlərə uyğun olaraq hesablanmış yığımlar və bunun müqabilində ödənilməli olan məbləği təsdiq etmişdir.

61. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi xidmətlərə görə tərtib edilmiş elektron qaimələr bilavasitə işin xidmətin görüldüyünü təsdiq etməməklə ilkin uçot sənədidir. Elektron qaimə fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübuti əhəmiyyəti ilə bağlı Konstit usiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli «HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Qərarında göstərilmişdir ki, «... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə al ınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir».

62. İddia olunan borcla bağlı tərtib edilmiş yığım vərəqələrinə gəldikdə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən yığım vərəqələrinin əksəriyyətində cavabdeh deyil, başqa hüquqi şəxs-«X5 FZE» Şirkəti göstərilmiş, həmin yığım vərəqələrində qeyd olunmuş vaqonların məhz cavabdehin mülkiyyətində, icarə və istifadəsində olmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən təqdim olunmamışdır.

63. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişin də təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

64. «Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

65. Yuxar ıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində iddia etdiyi borcun mövcudluğu mötəbər sübutlarla təsdiqini tapmadığından apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olmasına dair düzgün nəticəyə gəlmişdir. İş üzrə gəlinən nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. İş üzrə qəbul edilmiş qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

66. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 noyabr tarixli 2-2(103)-763/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.F.Qəribov A.Ə.Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar