Məhkəmə qərarları › İş №2-2(102)-162/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-162/2024

25.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-162/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: sudan istifadəyə görə hesablanmış əsassız borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh1 ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 noyabr tarixli 2-2(103)-855/2023 nömrəli qətnaməsind ən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh1 ASC (bundan sonra – “cavabdeh”) tərəfindən 2022-ci il 27 dekabr tarixində "xxxx" MMC-yə (bundan sonra – “iddiaçı”) məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında su sayğacına və su xətlərinə baxış keçirilmişdir. Qeyd olunan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır (əsas: Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221881022 nömrəli çıxarış).

2. Yoxlama nəticəsində cavabdehin əməkdaşları tərəfindən abonentin obyektdə quraşdırılmış su sayğacından kənar d=80 mm boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə edilməsi aşkar olunmuşdur (əsas: 2022-ci il 27 dekabr tarixli 007490 saylı aktın surəti)

3. Bu akt əsasınd a cavabdeh tərəfindən iddiaçıya 221.872 manat borc hesablanmışdır (əsas: 2023-cü il 5 yanvar tarixli ********* saylı qanunsuz istifadə fakturası). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı "xxxx" MMC-yə Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi və iddianın tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun hesabına əsassız olaraq hesablanmış 221.872 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya qarşı 007490 nömrəli, 2022-ci il 27 dekabr tarixli əsassız akt tərtib etmişdir. İddiaçı artıq uzun müddətdir ki, fəaliyyətini dayandırmışdır. Fəaliyyəti olmayan müəsisənin böyük həcmdə su sərfiyyatının olması mümkün deyildir. Bundan əlavə, müə sisə tərəfindən su xətlərinə heç bir müdaxilə edilməmişdir. Cavabdeh su borusunun üzdə olan hissəsində sayğacdan kənar qoşulma olduğunu qeyd etmiş, lakin həmin boruların hara getdiyi, müəsisənin həmin borulardan istifadə edib-etməməsi ümumiyyətlə aydınlaşdırılmamışdır. Həmçinin müəsisəyə gələn su xətti digər xətdir və o xəttin üzərində sayğac vardır, sayğac əsasında da ödənişlər vaxtlıvaxtında ödənmişdir.

6. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 2022- ci il 5 aprel tarixli 02-57/23 saylı mütəxəssis rəyinə əsasən, müəssisə mövcud vəziyyətinə əsasən, uzun müddətdir fəaliyyətsizdir, qeyri-işləkdir. Belə ki, istehsal məqsədilə tikili və qurğuların istifadəsi yarasızdır, rezervuarlar baxımsızdır, peşəkar işçi heyəti mövcud deyildir. Sayğacdan kənar aşkra edilmiş borcu xəttinin istifa də edilib-edilməməsinin, həmçinin kənar qoşulmaların olub-olmamasınnı müəyyən edilməsi məqsədilə iddiaçı tərəfindən aşkar edilmiş boru xətti boyunca üst səth və ətraf yanlar torpaqdan təmizlənmişdir. Tədqiq edilmişdir ki, diaqonalı 150 mm olan metal su borusu xətti xarici divar səthindən müəssisəyə daxil olduqdan sonra bəzi hissələrdə yer səthinin üst qatı ilə, digər hissədə isə torpağın 10-20 sm dərinliyi ilə L=26,49 metr uzunluq təşkil etmiş, diaqonalı 150 mm olan metal su borusu xətti xarici divar səthindən müəssisəyə daxil olaraq L=26,49 metr uzunluqdan sonra ağız hissədə qaynaqlanıb və boruya ətrafdan heç bir kənar xətt qoşulmayıb. Metal borunun bəzi hissələrdə korroziyaya uğraması uzun müddətdir istifadəsiz olmasına dəlalət edir, boru başlığında aparılmış qaynaq işlərinin birləşmə (t ikiş) yerlərində elektrokimyəvi korroziya izlərinin mövcudluğu isə bunu bir daha təsdiq edir. Belə bir nəticəyə gəlinir ki, iddiaçı tərəfindən sayğacdankənar boru vasitəsilə sudan istifadə imkanı məhduddur, mümkün deyildir. Aşkar edilmiş boru xəttinə müdaxilə halı müəyyən edilməyib.

7. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək cavabdehin əməkdaşlarının həmin əraziyə video çəkilişlə baxış keçirdiyini, qanunsuz xəttin aşkar olunduğunu, və “Sudan istifadə qaydaları”nın 4 nömrəli əlavəsinə əsasən aktın tərtib olunduğunu bildirmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2023-ci il 22 may tarixli e-2-2(113)-1625/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Z.Pirverdiyev).

9. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən borc cavabdeh tərəfindən konkret fakta (qanunsuz q oşulma) əsaslanmaqla hesablandığından həmin faktın mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin dəlillərindən biri bundan ibarətdir ki, iddiaçının qanunsuz qoşulması sübut qismində təqdim edilmiş CD disklə təsdiq edilir. Məhkəmə tərəfindən CD diskə baxış keçirilmiş, baxış zamanı kənar xətt olduğu kimi göstərilən borunun mənbəyini haradan götürməsi müəyyən olunmur, eyni zamanda həmin xəttin su çənlərinə daxil olması göstərilsə də, boru xətlərinin diametlərini nəzərə aldıqda, kənar xətt kimi qeyd olunan boru xəttinin diametrinin kiçik olduğu, çənlərə daxil olduğu və torpaq altında olduğu görülən borunun diametrinin böyük olduğu görünür ki, həmin xətlərin birləşməsi video görüntülərdə müəyyən olunmur. Habelə, video görüntülərdən müəyyən olunur ki, yoxlama zamanı yaln ız cavabdehin əməkdaşları iştirak etmiş, müəssisədə iddiaçının əməkdaşları olmamaqla müəssisənin fəaliyyət göstərməsinə dair hər hansı görüntü yoxdur, müəssisə dağınıq vəziyyətdədir, orada olan tikili və qurğular isə fəaliyyət göstərmir. Göstərilən hallar "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il 5 aprel tarixli 02-57/23 saylı mütəxəssis rəyi ilə də təsdiq olunur (bax - § 6).

10. Bundan başqa, iş materiallarında olan şəxsi hesab vərəqəsindən iddiaçı tərəfindən fəaliyyət sahələrinə aid olan vergilər üzrə “0” göstərilməklə bəyannamələrin verildiyi müəyyən olunur ki, bu hal da iddiaçının fəaliyyət göstərmədiyini göstərir. Həmçinin, mütəxəssisin gəldiyi nəticədən belə aydın olur ki, hətta sayğacdan kənar boru xətti çəkilsə belə, müəssisənin tikili və qurğularının, habelə boru xətlərinin istifa dəyə yararsız olması səbəbindən sudan istifadə imkanı yoxdur.

11. Qeyd olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlmişdir ki, sudan istifadə edə bilməyəcəyi halda iddiaçı tərəfindən sayğacdan kənar su xəttinin çəkilməsi və ondan istifadə etməsi ağılabatan deyildir.

12. Məhkəmə öz mövqeyini, “Su təchizatı və tullantı sular haqqında” Azərbaycan Respublikası Qanunun 49.4, 67.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"-nın 6.18, 8.6, 8.7-ci bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 80, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddia nın rədd olunması və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 255.94 manat dövlət rüsumunun iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 noyabr tarixli, 2-2(103)-855/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən həyata keçirilmiş yoxlamanın reyestrdə qeydə alınması faktı cavabdehin həmin yoxlamanın nəticələrinin qanuni və əsaslı olduğunu sübut etmək vəzifəsindən azad etmir. Cavabdeh iddiaçı tərəfindən ona ziyan vurulduğunu iddia edirsə, bu ziyanın həqiqətən vurulduğuna dair sübutları təqdim etmək vəzifəsi (sübutetmə yükü) onun üzərinə düşdüyü halda məhkəməyə bu barədə mötəbər sübutlar təqdim olunmamışdır. İşdəki sübutlara əsasən iddiaçının 2022-ci il ərzində həmin obyektdə istehsal fəaliyyəti ilə məşğul olması və sayğacdan keçməyən su xəttindən istifadə etməklə 221.872 manat dəyərində sudan qeyri-qanuni istifadə etdiyini müəyyən etmək mümkün deyil. İddiaçının vergi ödəyicisi kimi şəxsi hesab vərəqəsindən isə görünür ki, 2022-ci il ərzində dövlət büdcəsinə yalnız məcburi dövlət sosial sığorta haqqı, hüquqi şəxsin əmlak vergisi, torpaq vergisi kimi ödənişlər həyata keçirilmiş, gəlir vergisi, ƏDV vergisi ödənişi olmamışdır.

16. E yni zamanda, işə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 2023-cü il 10 iyul tarixli qərardan görünür ki, iddiaçı tərəfindən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla su resurslarının talanması ilə bağlı araşdırma aparılmış, su resurslarının talanması faktı aşkar edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən qərar iş üzrə qətnamə qəbul edildikdən sonra qəbul edildiyindən apellyasiya instansiyası mərhələsində sübut kimi qəbul edilməsi MPM-in 372.2-ci maddəsinə əsasən mümkün hesab edilmişdir.

17. Cavabdehin nümayəndəsi abonent haqqında məlumat vərəqinə istinad edərək bildirmişdir ki, iddiaçı hər il ona məxsus qeyri-yaşayış sahəsində sudan istifadə etdiyindən onun həmin illərdə hər hansı fəaliyyəti olmadığına dair dəlilləri əsassızdır.

18. Məhkəmə bununla bildirmişdir ki, abonent haqqında məlumat vərəqinə əsasən iddiaçı su təchizatı sisteminə qoşulduğu tarixdən cəmi müqavilə üzrə 60.939,99 manat dəyərində sudan istifadə etmiş və istifadə etdiyi suyun dəyərini tam ödəmişdir. 2022-ci ildə su sərfiyyatı cəmi 2562 manat olmuşdur. İddiaçının nümayəndəsi bildirmişdir ki, müsəssisənin fəaliyyəti dayansa da, obyektdə işçilər olmuş və sudan məişət ehtiyacları üçün istifadə edilmişdir.

19. Məhkəmə hesab etmişdir ki, iddiaçının 2022-ci il ərzində cəmi 2562 manat sudan istifadə etməsi onun həmin il ərzində istehsal fəaliyyəti ilə məşğul olduğuna və qeyriqanuni olaraq 221.872 manat dəyərində su sərf etdiyinə dair nəticəyə gəlməyə əsas vermir. Eyni zamanda iddiaçının fəaliyyət göstərdi yi müddət ərzində maksimum illik su sərfiyyatı 9807,42 manatdan, bütünlükdə su sərfiyyatı isə 60.939,99 manatdan artıq olmamışdır. Belə olan halda yalnız ehtimal və hər hansı əsaslı sübuta əsaslanmayan fərziyyələr əsasında iddiaçıdan vurulmuş ziyana görə bir il üçün 221.872 manat dəyərində borcun tələb olunması qanunsuz və əsassız olmaqla ədalətli hesab edilə bilməz.

20. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM”) 1097.1-ci maddəsinə, “Su təchizatı və tullantı sular haqqında” Azərbaycan Respublikası Qanunun 49.4, 67.1, 72-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"-nın 6.18, 8.6, 8.7-ci bəndlərinə, MPM-in 77.1-ci maddəsinə istinad edərək əsa slandırmışdır.

21. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddianın rədd olunması va kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 255.95 manat dövlət rüsumunun iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 1096, 1097.1-ci, “Su təchizatı haqqında” Qanunun 67.1, 72-ci maddələri və “Sudan istifadə Qaydaları”nın 3.1.1, 8.7-ci bəndləri üzrə - iddiaçı sayğacdan kənar boru vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində cavabdehə 221.872 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği qaydaların 8.7ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmiş və video ç əkiliş aparılmışdır. Bununla bağlı sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən göstərilən maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə əsassız qətnamə qəbul olunmuşdur. 23. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndi üzrə - birinci instansiya məhkəməsinin cavabdehin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdan kənar qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab etməsi barədə gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır.

24. MPM-in 77.1, 88-ci maddələri üzrə - cavabdeh tərəf indən məhkəməyə təqdim edilən foto və video görüntülər məhkəmə tərəfindən sübut kimi qəbul edilməmiş, düzgün qiymətləndirilməmiş və nəticədə əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin gətirdiyi dəlillər mülahizə xarakterli olmaqla, iş materialları ilə təsdiqini tapmamışdır. Bu baxımdan şikayət formal xarakter daşıyır. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Kassasiya baxışının hədləri

26. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən tam yoxlanılacaqdır.

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin fa ktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəz i zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 29. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

49. Su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri...

4. Səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlid irlər.” “Maddə

67. Qanunsuz qoşulma

1. Bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır....” “Maddə

72. Qanunun pozulmasına görə məsuliyyət Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar.”

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Bənd

6. Suölçən cihazların quraşdırılması və istismarı...

18. STKM-in səlahiyyətli nümayəndələ ri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.” “Bənd

8. İstehlakçıya suyun verilməsinin dayandırılmasının əsasları və müqavilənin ləğv edilməsi...

6. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir.

7. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır....” 31. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” “Maddə

31. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi 31.1. Yoxlamanın nəticələri yoxlama aktı ilə rəsmiləşdirilir. 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.1. yoxlayıcı orqanın adı; 31.2.2. aktın nömrəsi və tərtib edildiyi tarix; 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod;”

32. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və apar ılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “ İ.Ümumi müddəalar... 1.4. qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlm əklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....” “V.Reyestrdən məlumatların verilməsi qaydası... 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır....”

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instasiyası məhkəməsinin mövqeyi

34. M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 noyabr tarixli 2-2(103)-855/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

35. Cavabdeh kassasiya şikayətində cavabdehin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdan kənar qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədl iyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab etməsinin əsassız olduğuna istinad etmişdir.

36. Apellyasiya məhkəməsi düzgün olaraq o nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən həyata keçirilmiş yoxlamanın reyestrdə qeydə alınması faktı cavabdehin həmin yoxlamanın nəticələrinin qanuni və əsaslı olduğunu sübut etmək vəzifəsindən azad etmir. Cavabdeh iddiaçı tərəfindən ona ziyan vurulduğunu iddia edirsə, bu ziyanın həqiqətən vurulduğuna dair sübutları təqdim etmək vəzifəsi (sübutetmə yükü) onun üzərinə düşdüyü halda məhkəməyə bu barədə mötəbər sübutlar təqdim edilməmişdir.

37. Həmçinin işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı tərəfindən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla su resursl arının talanması ilə bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılmış və su resurslarının talanması faktı aşkar edilmədiyindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 2023-cü il 10 iyul tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi cavabdehin istinad etdiyi hallar öz təsdiqini tapmamışdır.

38. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmuş və apellyasiya məhkəməsi tərəfindən həmin dəlillərə hüquqi qiymət verilmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmış, cavabdeh istinad etdiyi halları sübuta yetirə bilməmiş, kassasiya şikayətinin dəlilləri isə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

40. B undan başqa məhkəmə vurğulayır ki, iddiaçının vergi ödəyicisi kimi şəxsi hesab vərəqəsinə əsasən, 2022-ci il ərzində dövlət büdcəsinə yalnız məcburi dövlət sosial sığorta haqqı, hüquqi şəxsin əmlak vergisi, torpaq vergisi kimi ödənişlər həyata keçirilmiş, gəlir vergisi, ƏDV vergisi ödənişi olmamışdır. 41. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olu nmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəyə düzgün tətbiq etmişdir.

43. Kassasiya şikayətlərinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

44. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 noyabr tarixli 2-2(103)-855/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 noyabr tarixli 2-2(103)-855/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar