Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-163/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabd eh4, Cavabdeh3nə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 oktyabr tarixli 2-2(103)-768/2023 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1."xxxx" ASC ilə Cavabdeh1 MMC arasında 2016-cı il 29 aprel tarixli 022T04160012 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən müştəriyə 84 ay müddətinə, illik 6 % dərəcəsi ilə 2.500 000 AZN məbləğində kredit verilmişdir. 2. "xxxx" ASC, Cavabdeh1 MMC, Cavabdeh4, Cavabdeh3 olmaqla imzalanmış 2017-ci il 3 aprel tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3, Cavabdeh4 2016-cı il 29 aprel tarixli 022T04160012 saylı kredit müqaviləsi üzrə za min olmuşlar.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 16 may tarixli 2(006)-2970/2018 nömrəli qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbi təmin edilmiş, iddiaçı X2 1.212.167,07 manat tələbi cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda olan 2.500.0000 məbləğində kredit tələbi ilə əvəzləşdirilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 3 iyul tarixli 2(006)-2987/2018 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh4 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh4 2.539.393,08 manat kredit tələbi (əmanəti) cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 5.300.0000 məbləğin də kredit tələbi ilə əvəzləşdirilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2019-cu il 25 iyun tarixli 2(006)3099/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “depozit vəsaitində olan pul vəsaitinin sığortalanmış hesab edilməsi və ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2019-cu il 1 iyul tarixli, 2(006)-3111/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh4 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanılmış 2016-cı il 30 sentyabr tarixli 70260319-24 nömrəli və 2016-cı il 30 sentyabr tarixli 70260319-26 nömrəli müqavilə üzrə cəmi 2.539.393,08 manat məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondund an alınaraq iddiaçı Cavabdeh4 ödənilməsi qət edilmişdir.
7. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında kredit müqaviləsi imzalanmış, həmin müqavilə əsasında 2.500.000 manat vəsait borcalana ayrılmışdır. Daha sonra cavabdehin iddiaçıda olan depozit hesabındakı məbləğlər hesabına 2.500.000 manat məbləğində əsas borc silinmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh4, Cavabdeh3nə (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 994.882,57 manat, bundan 489.887,29 manat faiz, 504.995,28 manat cərimə borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat m əbləğində mediasiyaya dair xərcin və iş üzrə ödənilmiş 884.88 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Nərimanov filialı ilə Cavabdeh1 MMC (bundan sonra – “MMC”) arasında 2016-cı il 29 aprel tarixli 022T04160012 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən müştəriyə illik 6 faiz dərəcəsi ilə 84 ay müddətinə 2.500,000 AZN məbləğində kredit verilmişdir. 2017-ci il 3 aprel tarixində 022T04160012 nömrəli, 2016-cı il 29 aprel tarixində 157/0-AZN-SKMF nömrəli, 2015-ci il 3 noyabr tarixində KM-2449/15-2 saylı, 30 oktyabr 2015-ci il tarixli kredit müqavilələri üzrə razılaşma əldə edilmiş və həmin razılaşmaya əsasən qeyd edilən müqavilələr üzrə əlavə təminat kimi Cavabdeh4 (bundan sonra – “Cavabdeh4”) və Cavabdeh3 (bundan sonra – “Şirkət”) zaminliyi əlavə edilmişdir. Eyni tarixdə, yəni 2017-ci il 3 aprel tarixində iddiaçı ilə cavabdehlər arasında zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əsasən MMC müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. İddiaçının MMC-yə qarşı bank tərəfindən verilmiş kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması mübahisəsi ilə əlaqədar 2022-ci il 25 aprel tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 2022-ci il 25 aprel tarixli MŞB/5-01384 nömrəli arayış tərtib olunmuşdur. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə iddiaçının hüququ vardır. Borcun ödənilməsi barədə MMC-yə dəfələrlə şifahi müraciət olunmasına, habelə 2022-ci il 1 avqust tarixli **********474 nömrəli bildiriş məktubları göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün he ç bir tədbir görməmişdir. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, MMC həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi MMC tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni iddiaçının fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, MMC ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, iddiaçı öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
10. Şirkətin nümayəndəsi iddia tələbinin əsassız olmasını, faiz borclarının həddindən artıq şişirdildiyini bildirərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Eyni zamanda tərəflər arasında b aş kredit müqaviləsi bağlanmış, həmin müqavilədən irəli gələn ayrılıqda üç məhkəmə icraatı hal-hazırda davam edir. Həmin baş kredit müqaviləsində 15.000.000 manat kredit xətti açılmış və kredit xətti üç şirkətə verilmişdir. Bu şirkətlər MMC, "xxxx" MMC və "xxxx" MMC şirkətləridir. Əsas müqavilə iddiaçı və "xxxx" MMC arasında bağlanmışdır. Kredit xətti açılarkən X1 vasitəsilə verilmişdir. Kredit xətti açılarkən 15.000.000 manat kreditin ayrılmasında bir müəssisəyə ayrılması mümkün olmadığından həmin üç şirkət arasında bölünmüşdür. Hazırki iş üzrə ayrılmış 2.500.000 manat kredit tam olaraq dekabr ayında ödənilmişdir. Ayrılmış 15.000.000 manat kreditin 6.000.000 manatı təminat olmadığından bloklanmışdır. Bank ləğv edildikdən sonra, pul vəsaitinə blok qoyulmuş nəticədə həmin vəsaiti çıxara bil məmiş, bununla belə hesablarında olan kreditlərə isə faizlər hesablanmışdır. Bankdan məlumat verilmişdir ki, həmin məbləğlər sığortalı olmadığından verilə bilməz. Bununla bağlı məhkəmə mübahisələri olmuş, sonda Ali Məhkəmənin mövqeyinə uyğun olaraq həmin vəsaitlər sığortalanmış vəsait hesab olunmuşdur. Daha sonra həmin məbləğlərin əvəzləşdirilməsi olmuşdur. MMC-yə münasibətdə 2021-ci ilin dekabr ayında həmin bloklanmış vəsaitdən 2.500.000 manat çıxılmış, yerdə qalan digər vəsaitlər digər hüquqi şəxslərə münasibətdə silinmişdir. Bununla belə həmin silinən məbləğlərdən əlavə ödənişlər olmuşdur ki, həmin ödəmələr üzrə silinmələrin təyinatı müəyyənləşdirilməlidir. İndiyə kimi 376.000 manat faiz borcundan ödəmə olmuşdur. Ümumi ödənilmiş məbləğ 2.876.241,08 manat təşkil edir. Borc məbləği ilə ba ğlı şirkətlər qrupu çətin vəziyyətə düşmüşdür. Belə ki, kredit məbləği ayrıldığı zaman qeyri rəsmi olaraq 15% tələb edilmiş həmin vəsait ödənilmişdir. Eyni zamanda 6.500.000 manat məbləğə blok qoyulmuşdur ki, bunun nəticəsində ümumilikdə verilmiş kredit məbləği 5.500.000 manat olmuşdur. Pul verildiyi müddətdə ölkədə devalvasiya olmuş, daha sonra kredit işi ilə bağlı sənədlər korrupsiya hallarının araşdırılması ilə bağlı aidiyyəti orqanlara göndərilmişdir. Həmin araşdırma nəticəsində hər-hansı neqativ halın olduğu üzə çıxmamışdır.
11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 6 fevral tarixli e-2-2(113)-204/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.
12. Məhkəmə Ekspertiza Mərkə zinin 2023-cü il 17 aprel tarixli 9/1253 nömrəli ekspert rəyinə əsasən 2016-cı il 29 aprel tarixli 022T04160012 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla MMC-nin 2022-ci il 19 iyul tarixə olan faiz borcu 453.757,6 manat hesablanmışdır. 2021-ci il 24 dekabr tarixində əsas borc üzrə borc məbləği ödənildiyindən qeyd olunan tarixdən sonrakı dövr üçün faiz borcu hesablanmamışdır.
13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 may tarixli, e-2-2(113)-204/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlərdən 453.757,6 manat faiz borcunun, 22.687 manat dəbbə pulunun, 400 manat mediasiya xərcinin, 884,88 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – A.Əliyeva).
14. Məhkəmə hesab etmişdir ki, bank və müştəri arasında olan kredit müqaviləsindən irəli gələn münasibətlər zamanı bankın əsas məqsədi ayrılmış kredit məbləğindən faizlər şəklində gəlir əldə etməsidir. Bu baxımdan iddiaçı kredit müqaviləsi üzrə faiz borcunu qarşı tərəfdən tələb etməkdə haqlı olmuşdur.
15. Bununla belə, məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi faiz borcu hissəsində tam olaraq əsaslı hesab oluna bilməz. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsində məlum olmuşdur ki, kredit müqaviləsi üzrə ödənilməmiş cəmi faiz məbləği 453.757,6 manat hesablanmışdır. Belə olan halda məhkəmə iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasına uyğun olaraq hesab etmişdir ki, həmin məbləğ də MMC-dən tutulmalıdır.
16. Məhkəmə cavabdehin nümayəndəsinin iddia tələbinə olan etirazına münasibətdə qe yd etmişdir ki, cavabdeh tərəfin nümayəndəsi tərəflər arasında olan kredit müqaviləsindən irəli gələn məsələlər barədə ümumi məlumatlar versə də, konkret olaraq mövqeyi bundan ibarət olmuşdur ki, onlara hesablanmış cərimə və faiz məbləğləri şişirdilmiş, qeyd edilən halların olmaması ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, ekspertiza tədqiqatı aparıldığı müddət ərzində sənədlərin təqdim olunması ilə bağlı ekspert tərəfindən vəsatət verilmiş, vəsatət məhkəmə tərəfindən məqbul hesab edilərək, tərəflər bu barədə məlumatlandırılmışdır. Cavabdeh tərəf göstərdiyi nüanslarla bağlı məhkəməyə və ya ekspertiza orqanına bu barədə sübutları təqdim etməmişdir. Belə olan halda məhkəmə ekspertin təqdim olunmuş sübutlar əsasında verdiyi rəyi nəzərə alaraq hesab etmişdir ki, cavabdehin etira zı əsassızdır.
17. Bundan başqa iddiaçı 504.995,28 manat dəbbə pulunun ödənilməsini də tələb etmişdir. Tərəflər arasında imzalanmış 2016-cı il 29 aprel tarixli 022T04160012 nömrəli kredit müqaviləsinin 4.8-ci bəndinə əsasən borcalan bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında etmədikdə, gecikdirilən gündən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə əsas faizlə yanaşı müqavilənin 2.5-ci bəndinə uyğun olaraq cərimə faizlərini ödəyir. Cərimə gecikdirilən gündən gecikdirilən məbləğ kreditora tam ödənildiyi günə qədər hesablanır. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kre ditora ödənilir.
18. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında dəbbə pulunun hesablanması ilə bağlı razılaşma olduğundan, eyni zamanda borcun ödənilməsinin gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı cərimə məbləğinin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bununla belə, məhkəmə tələb olunan cərimə məbləğinin tənasübsüz dərəcədə çox olduğunu nəzərə alaraq, cavabdehdən tutulmalı olan cərimə məbləğini 22.687 manat müəyyən edilməlidir.
19. Məhkəmə borc alan MMC-nin kredit müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək, ona verilmiş kredit üzrə ödəmələri ödəniş qrafiki üzrə ödəmədiyini, kredit verən iddiaçının kredit məbləğinin, faizlərin və dəbbə pulunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnun yarandığını, eləc ə də zaminlər Cavabdeh4 və Şirkətin həmin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə faiz və dəbbə pulu borcu daxil olmaqla borcun müştərək qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 385.1, 442, 445, 448.1, 470.1, 472, 462.1, 467, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 80, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Şirkət həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddianın tam rədd olunması barədə ye ni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 oktyabr tarixli, 2-2(103)-768/2023 nömrəli qətnaməsi ilə şirkətin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – V.Baxışova və R.Qurbanov).
23. Məhkəmə qeyd etmişdir ki, kredit müqaviləsindən irəli gələn münasibətlər zamanı bankın əsas məqsədi ayrılmış kredit məbləğindən faizlər şəklində gəlir əldə etməkdir. Bu baxımdan, iddiaçı kredit müqaviləsi üzrə faiz borcunun qarşı tərəfdən tələb edilməsində haqlı olmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi ekspert rəyi ilə müəyyən edilmiş 453.757,6 manat məbləğində faiz borcunun tutu lmasını təmin etməklə düzgün nəticəyə gəlmişdir.
24. Bundan başqa məhkəmə kollegiyası işin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 504.995,28 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirmiş və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə almaqla həmin məbləği azaldaraq 22.687 manat məbləğində müəyyənləşdirmişdir.
25. Həmçinin tərəflər arasında ba ğlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə maliyyə arayışını və qeyd olunan ekspert rəyini araşdıraraq, mülki qanunvericiliyə əsaslanaraq kollegiya hesab etmişdir ki, şirkətə və təmin olunmuş borc məbləğinə (faiz, cərimə) aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
26. Apellyasiya şikayətində göstərilən dəlillərə münasibətdə kollegiya bildirmişdir ki, iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiqləyən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına al ınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları isə prosessual qanunvericilikdə göstərilmiş, lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir.
27. Məhkəmə kollegiyası vurğulamışdır ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmış, cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bununla bağlı sübutları təqdim etməmişdir.
28. Məhkəmə öz mövqeyini MM-in 442, 443.1, 448.1, 462.1, 467, 739.1, 741-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 v ə 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına, MPM-in 119.1, 119.5, 121.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
29. Şirkət kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və idda tələbinin tam rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. MPM-in 386, 418.1, 418.2, 418.3, 418.4, 418.4.5-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğuna və düzgün tətbiq olunmadığına görə qətnamə ləğv edilməlidir.
31. X3 tərəfindən verilmiş rəydə ziddiyyət mövcuddur. Belə ki, 2021-ci il 24 dekabr tarixin də 2.500.000 manatlıq kreditin əsas hissəsi tam bağlandığı halda, 453.000 manat faizin hansı əsasla tələb olunması rəydə öz əksini tapmamışdır. Kredit ödənişi zamanı şirkət tərəfindən 376.000 manat faiz ödənilməsinə baxmayaraq, əlavə 453.000 manatın da tələb olunması əsassızdır. Çünki kreditin götürülmə faizi 6 % olduğu halda, iddiaçının tələb etdiyi faiz borcu ilə kreditin götürülmə faizi arasında kəskin ziddiyyət yaranır. Bu səbəbdən iş üzrə təkrar ekspertizanın keçirilməsi, 2021-ci ilin dekabr ayında MMC-nin borcunun əsas və faiz hissələrinin nə qədər olmasının araşdırılması vacibdir. Bununla bağlı şirkət tərəfindən təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət verilsə də, məhkəmə vəsatəti təmin etməmiş, işin obyektiv həllinə şərait yaratmamışdır. Bu halların apellyasiya şikayətində q eyd edilməsinə baxmayaraq, apellyasiya məhkəməsi də bu hallara qiymət verməmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə nəticələnmiş qətnamə qəbul etmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olmuşdur ki, bu da qətnamənin ləğv edilməsi üçün əsasdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, MMC qrafik üzrə gecikdirmə halların a yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə cərimə faizləri hesablanmışdır. MMC-nin iddiaçıdakı depozit hesabında olan məbləğlər hesabına hazırki mübahisələndirilən kredit öhdəliyi üzrə əsas borc silinmişdir. Kassatorun mübahisələndirdiyi faiz borcu isə kredit öhdəliyi üzrə əsas borc tam silinənə qədər hesablanmış borc məbləğidir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanır, eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərlə də, bu tələbin əsasları sübuta yetirilir. Kassasiya baxışının hədləri
34. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələri baxımından tam olaraq yoxlanılacaqdır.
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (2023-cü il 1 oktyabr tarixədək olan redaksiyada) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....” “Maddə
741. Borc üzrə faizlər 741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.....”
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin “399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarı “... kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi ba nkları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur....”
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymə t verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
41. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 42. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Kons titusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassasiya şikayətinin hazırki qərarın § 31-də göstərilən dəlillərinə dair kollegiya qeyd edir ki, həmin dəlillər məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
45. Əlavə olaraq kollegiya qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən onlara hüquqi qiymət verilmişdir.
46. Kassasiya şikayətinin hazırki qərarın § 30, 32-də göstərilən dəlillər (apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğu və düzgün tətbiq olunmadığı, o cümlədən məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə nəticələnmiş qətnamə qəbul edildiyi) isə konkret hər hansı hallarla əsaslandırılmamış, yalnız ümumi sözlərlə ifadə olunmuşdur.
47. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
48. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 oktyabr tarixli 2-2(103)-768/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.