Məhkəmə qərarları › İş №2-2(102)-164/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-164/2024

03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-164/2024 03.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər X3 və Cavabdeh1 Əli oğluna QƏRARİ Açar sözlər: Kredit müqaviləsi üzrə borc tələbi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Kəmalə Nəbi qızı Abiyevanın məruzəsi ilə, hakimlər Bəhman Fərhad oğlu Qəribov və Aqil Əzizağa oğlu Abbasovdan ibarət tərkibdə, iddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər X3 və Cavabdeh1 Əli oğluna qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 oktyabr tarixli, 2-2(103)-801/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ilə X4 arasında bağlanmış 2015-ci il 15 sentyabr tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən, Bank tərəfindən İman Məmmədova 24 ay müddətinə illik 21,5 faiz olmaqla 14.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə digər Cavabdeh1 Əli oğlu arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin borclu X2 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. 3. "xxxx" ASC ilə İman Məmmədov arasında kredit müqaviləsi üzrə 2017-ci il 19 aprel tarixli 01 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borc alanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bund an sonra “restrukturizasiya edilmiş kredit”) 15.338,04 ABŞ dolları təşkil edir. Borc alanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 11.092,5 ABŞ dolları əsas borc, 3.348,05 ABŞ dolları faiz borcu və 897,49 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 2020-ci il 19 fevral tarixədək uzadılır və illik 8 faiz ödənilir.

4. Əlavə sazişə uyğun olaraq "xxxx" ASC, İman Məmmədov və Cavabdeh1 arasında zaminlik müqaviləsinə 2017-ci il 19 aprel tarixli 01 saylı əlavə saziş bağlanmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2017-ci il 27 dekabr tarixli qərarı ilə iddiaçı "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu onun ləğvedicisi təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı "xxxx" ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər X3 və Cavabdeh1 Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.842,35 ABŞ dolları əsas, 904,58 ABŞ dolları faiz, 4.970,91 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 529,47 ABŞ dolları faiz borcu olmaqla cəmi 10.247,31 ABŞ dolları məbləğində borcun və iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinə əsasən borc alan b u müqavilə üzrə kreditin qaytarılması, faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə iddiaçının hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 2022-ci il 2 noyabr tarixli **********357 nömrəli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. İddiaçı, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş c ədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni iddiaçının fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, iddiaçı öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

8. Cavabdeh1 iddia ərizəsinə yazılı etiraz və iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və müddətin ötürülməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir.

9. Ərizə əsaslandırılaraq göstərilmişdir ki, iddia tələbinin bütövlükdə və xüsusilə zaminə qarşı olan hissəsi əsassızdır. Belə ki, kredit müqaviləsinə əsasən onun müddəti 19 fevral 2020-ci ilədək olmuşdur. Mediasiya üzrə təqdim edilmiş sənədlərdən görünür ki, həmin prosesə (ləğvedicinin müraciəti) 2023-cü il 22 fevral tarixdə başlanılmışdır. Beləliklə də iddia müddəti buraxılmışdır. Buna görə də iddia tələbinə iddia müddəti tətbiq edilərək o rədd olunmalıdır. Zaminlik müqaviləsinə də xitam verilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürməd iyi halda xitam verilir.

10. Cavabdeh İman Məmmədov iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, məhkəmədən iddia müddətini tətbiq edərək iddianın rədd olunmasını xahiş etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyul tarixli e-2-2(113)-2404/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim L.Əliyeva).

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh X4 2015-ci il 15 sentyabr tarixli ********* saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 2017-ci il 19 aprel tarixli 01 saylı əlavə saziş üzrə əsas və faiz borcunu ödəniş qrafikinə uyğun ödəməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, iddiaçının cavabdeh İ.Məmmədovdan həmin kredit müqavil əsi üzrə 3.842,35 ABŞ dolları məbləğində əsas və 904,58 ABŞ dolları məbləğində faiz borcunun tutulmasına dair tələbi əsaslı olmuşdur.

13. İddiaçı kredit razılaşmaları üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə İ.Məmmədova hesablanmış 4.970,91 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Cavabdeh İ.Məmmədovun ödənişlərini gecikdirməsi işin halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan, iddiaçının cavabdehdən dəbbə pulunun ödənilməsi tələbi də əsaslıdır.

14. Kreditin verilmə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış faizlərin tutulmasına dair iddia tələbinə gəldikdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Odur ki, iddiaçının 2020-ci il 19 fevral tarixindən sonra kı müddət üçün müqavilə üzrə ödənilməsi tələb etdiyi faiz borcunun tutulması hissəsində də iddia əsaslı olmuşdur.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, işin materiallarına əsasən tərəflər arasında bağlanmış 2015-ci il 15 sentyabr tarixli ********* saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi zaminlik müqaviləsi və zaminlik müqaviləsinə dəyişikliklərin edilməsi haqqında 2017-ci il 19 aprel tarixli 01 saylı əlavə saziş bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh1 kredit alan İ.Məmmədovun 2015-ci il 15 sentyabr tarixli ********* saylı kredit müqaviləsi, o cümlədən kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 2017-ci il 19 aprel tarixli 01 saylı əlavə sazişdən irəli gələn öhdəliklərinə zamin durmuşdur.

16. Bununla yanaşı tərəflər 2015-ci il 15 sentyabr tarixli 370007300/ZM saylı zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilməsi barədə razılığa gəlmişlər. Daha sonra 2017-ci il 19 aprel tarixli 01 saylı əlavə sazişlə 2015-ci il 15 sentyabr tarixli 370007300/ZM saylı zaminlik müqaviləsinə dəyişiklik edilərək zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının 2020-ci il 19 fevral tarixədək uzadılması razılaşdırılmışdır. Belə olan halda iddianın (o cümlədən iş üzrə zamin olan Cavabdeh1 qarşı) 2023-cü il 13 aprel tarixində verildiyini nəzərə alan məhkəmə iddiaçı (kreditor) zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtından 1 il ərzində, yəni 2021-ci il 19 f evral tarixədək zaminə qarşı iddia irəli sürmədiyindən, beləliklə Cavabdeh1 zaminliyinə 2021-ci il 20 fevral tarixindən xitam verildiyindən iddianın zaminə (Cavabdeh1) münasibətdə rədd edilməli olması nəticəsinə gəlmişdir.

17. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə belə münasibətdə qeyd etmişdir ki, 2015-ci il 15 sentyabr tarixli ********* saylı kredit müqaviləsi üzrə (kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 2017-ci il 19 aprel tarixli 01 saylı əlavə saziş nəzərə alınmaqla) öhdəliyin icra müddəti 2020-ci il 19 fevral tarixində bitdiyindən iddia müddətinin axımı 2020-ci il 20 fevral tarixindən başlamışdır. Odur ki, iddiaçı hazırkı iddianı iddia müddətinin axımı başladığı vaxtdan 3 il 1 ay 25 gün müddət keçdikdən sonra 2023-ci il 13 aprel tarixində verməklə müqavilə tələ bləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini (mediasiya üçün müddətin dayandırılmalı olduğu 30 günlük müddət də nəzərə alınsa belə) buraxmışdır.

18. İddiaçı məhkəməyə 2023-cü il 11 yanvar tarixli mediasiya prosesinin tətbiqi barədə təklif təqdim etsə də, təklifin həmin tarixdə cavabdehlərə göndərilməsini təsdiq edən qəbz (poçt və s.) məhkəməyə təqdim edilməmişdir, bununla yanaşı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə 2023-cü il 10 mart tarixli arayışda mediasiyanın tətbiqi barədə təklifin tarixinin 2022-ci il 5 dekabr olduğu qeyd edilmişdir. Odur ki, mediasiya prosesinin tətbiqi barədə təklifin cavabdehlərə hansı tarixdə göndərilməsi işin materiallarına əsasən müəyyən edilməmişdir. Mediasiya barədə təklifin 2023-cü il 11 yanvar tarixində göndərilməsi nə zərə alınsa belə, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Belə ki, cavabdehlər iddiaçının 2023-cü il 11 yanvar tarixli mediasiya barədə təklifinə 10 gün ərzində cavab vermədiklərindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən təklifin göndərilməsindən 30 gün keçdikdən sonra mediasiya prosesinə xitam verilmiş, yəni mediasiya təklifinin göndərilməsi ilə bağlı iddia müddəti 30 gün müddətinə dayandırılmışdır. Daha sonra iddia müddətinin axımı mediasiyaya müraciət edilməsi barədə ərizənin mediasiya təşkilatına göndərilməsi (2023-cü il 22 fevral) ilə yenidən dayandırılmış və 20 gün sonra - 2023-cü il 13 mart tarixində ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışın iddiaçıya təqdim edilməsindən sonra yenidən davam etmişdir. Göründüyü kimi, iddia müddəti axımı mediasiya təklifinin göndərilməsindən mediasiya prosesinə xitam verilənədək olan müddətdə - 30 gün və mediasiya təşkilatına müraciət edilməsindən arayışın alınmasına qədər olan müddətdə 20 gün, cəmi 50 gün müddətinə dayandırılmışdır. Beləliklə, hazırkı iddia iddia müddətinin axımı başladığı vaxtdan 3 il 1 ay 25 gün müddət keçdikdən sonra qaldırıldığından iddia müddətinin axımının dayandırıldığı 50 gün nəzərə alınsa belə iddiaçı tərəfindən iddia müddətinin buraxılması açıq-aşkardır.

19. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırki iddia, iddia müddəti buraxılmaqla verildiyindən, iddianın İ.Məmmədova qarşı olan hissəsinin də təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Resp ubliksası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 377.3, 378, 379.1, 379.1.1, 379.1.6, 379.4.1, 379.4-1, 380.1, 385.1, 386, 442, 443.1, 462, 448.1, 470.1, 472.1, 472.2, 477.0, 739 və 743-cü, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.5, 21.7, 24.7, 32.1.4, 35.1 və 35.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MM-in 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarına, Azərbaycan Respubliksası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

21. İddiaçı tərəfindən həmin qət namədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 oktyabr tarixli 2-2(103)-801/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər A.Hüseyn və F.Abdıyev).

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741, 462 və 445.7-ci maddələri təşkil edir.

24. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi və həmin kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 19 aprel 2017-ci il tarixli 01 saylı əlavə saziş üzrə əsas və faiz borcunu ödəniş qrafikinə uyğun ödəməməklə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, cavabdeh X1 həmin kredit müqaviləsi üzrə 3.842,35 ABŞ dolları məbləğində əsas və 904,58 ABŞ dolları məbləğində faiz borcunun tutulması barədə iddia tələbi əsaslıdır.

25. Həmçinin iddiaçı kredit razılaşmaları üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə X3 hesablanmış 4.970,91 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini irəli sürmüşdür.

26. Məhkəmə hesab etmişdir ki, cavabdeh X2 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiy indən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən iddiaçının cavabdehdən dəbbə pulunun ödənilməsi tələbi də əsaslıdır. Həmçinin, cavabdeh iddiaçıdan alqığı kredit məbləğindən qalıq qalan 3.842,35 ABŞ dolları əsas borcu xx.xx.2020-ci il tarixdən sonrakı müddət üçün geri qaytarmamışdır.

27. Qeyd olunanları və Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə cəmi 529,47 ABŞ dolları faiz borcunun cavabdeh X1 tutulması hissəsində də iddia əsaslıdır.

28. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, Cavabdeh1 Əli oğluna aid hissədə iddia əsassızdır. Belə ki, Mülk i Məcəllənin 477.0.4-cü maddəsinin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

29. Tərəflər arasında bağlanmış 15 sentyabr 2015-ci il tarixli, 370007300/ZM saylı zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən tərəflər zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 i l ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilməsi barədə razılığa gəlmişlər.

30. Daha sonra xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişlə 15 sentyabr 2015-ci il tarixli, 370007300/ZM saylı zaminlik müqaviləsinə dəyişiklik edilərək zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının xx.xx.2020-ci ilədək uzadılması razılaşdırılmışdır.

31. Beləliklə, zaminlik müqaviləsi üzrə əsas öhdəliyin icrası vaxtının kredit müqaviləsi və ona 01 saylı əlavə sazişə münasibətdə xx.xx.2020-ci il tarixdə bitdiyini və həmin tarixdən etibarən bir il müddətində (xx.xx.2021-ci ilədək) iddiaçının zamin Cavabdeh1 Əli oğluna qarşı iddia irəli sürmədiyini (hazırki iddia xx.xx.2023-cü il tarixdə verilmişdir) nəzərə alaraq kollegiya hesab edir ki, zaminliyə xit am verilmiş və Cavabdeh1 Əli oğluna qarşı tələb irəli sürməsi əsassızdır. Odur ki, iddia zamin Cavabdeh1 Əli oğluna münasibətdə rədd olunmalıdır.

32. Bununla yanaşı iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehlər tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

33. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi və ona dair əlavə sazişin şərtlərinə görə kreditdən istifadə müddəti 19 fevral 2020-ci il tarixində başa çatmış və 20 fevral 2020-ci il tarixindən iddia müddətinin axımı başlamışdır. 48.Hazırkı iddia ərizəsi isə 13 aprel 2023-ci il tarixdə, yəni 2020-ci il 20 fevral tarixindən hesablanmaqla 3 il 1 ay 25 gün keçdikdən sonra verilmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə olunmuş zərfə görə, iddiaçı mediasiya barədə təklifi 2023-cü il 16 yanvar tarixində cavabdehlərə göndərmişdir.

34. Cavabdehlər iddiaçının 2023-cü il 16 yanvar tarixində göndərilmiş mediasiya barədə təklifinə 10 gün ərzində cavab vermədiklərindən “Mediasiya haqqında” Qanunun tələblərinə əsasən təklifin göndərilməsindən 30 gün keçdikdən sonra mediasiya prosesinə xitam verilmiş, yəni mediasiya təklifinin göndərilməsi ilə bağlı iddia müddəti 30 gün müddətinə dayandırılmışdır. Daha sonra iddia müddətinin axımı mediasiyaya müraciət edilməsi barədə ərizənin mediasiya təşkilatına göndərilməsi (2023-cü il 22 fevral) ilə yenidən dayandırılmış və 20 gün sonra, 2023-cü il 13 mart tarixində ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın iddiaçıya təq dim edilməsindən sonra yenidən davam etmişdir.

35. Göründüyü kimi, iddia müddəti axımı mediasiya təklifinin göndərilməsindən mediasiya prosesinə xitam verilənədək olan müddətdə - 30 gün və mediasiya təşkilatına müraciət edilməsindən arayışın alınmasına qədər olan müddətdə 20 gün, cəmi 50 gün müddətinə dayandırılmışdır. Beləliklə, hazırkı iddia iddia müddətinin axımı başladığı vaxtdan 3 il 1 ay 25 gün müddət keçdikdən sonra qaldırıldığından iddia müddətinin axımının dayandırıldığı 50 gün nəzərə alındığı halda da iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.

36. Apellyasiya instansiyası məhkəməsi iddiaçının MM-in 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən 2020-ci il 19 fevral tarixindən sonra ödənişlərin aparıldığını tə sdiq edən sübutların təqdim edilmədiyini, yəni hazırkı işdə MM-in 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdeh İman Məmmədoa qarşı irəli sürülmüş iddia tələbləri iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.

37. Məhkəmə gəldiyi nəticəni MM-in 373.2, 375.2, 379.1.1, 379.3, 380.1 462.1, 445.7, 477.0.4, 741-ci; “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 32.4.2, 35.1, 35.2-ci, MPM-in 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

38. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. MM-in 373.2 və 379.4-1-ci; “Mediasiya haqqında” Azərbaycan Respublikası qanunun 29.2, 32.1.9, 32.4.2, 35.1 və 35.2-ci maddələrinin tələbləri pozulmuşdurapellyasiya instansiyası məhkəməsi iddia müddətlərinə dair qanunvericiliyin müddəalarını eyni ilə birinci instansiya məhkəməsi kimi səhv tətbiq etmiş, bu da nəticədə əsassız qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. İşə baxan məhkəmələr “Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini düzgün tətbiq etməmiş, iddia müddətinin axımın day andırılması və iddia müddətinin axımının bərpa olunması tarixini müəyyən edərkən fərqli və eyni zamanda yanlış hesablama aparmışlar. Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş 2023-cü il 10 mart tarixli MŞB/10-00088 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinə əsasən tərtib edilmişdir. Odur ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinə əsasən tərtib edilmiş 2023-cü il 10 mart tarixli MŞB/10-00088 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın 2023-cü il 13 mart tarixində banka daxil olması ilə iddia müddətinin axımı həmin tarixdən bərpa olunmuş və mediasiya prosesinə xitam verilmişdir.

40. MM-in 373.2-ci maddəsinin tələb i pozulmuşdur-tərəflər arasında bağlanmış 2015-ci il 15 sentyabr tarixli ********* nömrəli kredit müqaviləsinin icra müddəti 2020-ci il 19 fevral tarixində bitmişdir. Bundan sonra tərəflər arasında borcun ödənilməsi ilə bağlı şifahi danışıqlar aparılmış və kredit müqaviləsi üzrə iddia müddətinin bitməsinə 34 gün qalmış, 2023-cü il 16 yanvar tarixli mediasiya prosesinin tətbiqi barədə təklif məktubu ilə cavabdehlərə müraciət olunmuşdur. Təklif məktubunun cavabdehlərə çatırılmasından 10 iş günü keçdikdən sonra iddiaçı tərəfindən Bakı 10 saylı Mediasiya təşkilatına müraciət olunmuş və qanunvericiliyə uyğun olaraq mediasiya prosesinin sonunda 2023-cü il 10 mart tarixli MŞB/10-00088 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayış tərtib olunaraq 2023-cü il 13 mart tarixində iddiaçıya təqdim olunmuş, 2023-cü il 12 aprel tarixində birinci instansiya məhkəməsinə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif məktubunun göndərilməsi ilə 2023-cü il 16 yanvar tarixində iddia müddətinin axımı dayanarkən iddia müddətinin bitməsinə (2023-cü il 19 fevral tarixində bitir) 34 gün qalmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın 2023-cü il 13 mart tarixində iddiaçıya daxil olması ilə iddia müddətinin axımı bərpa olunmuş və həmin tarixin üzərinə ehtiyat 34 gün gəldikdə iddia müddətinin axımı 2023-cü il 16 aprel tarixədək davam etmişdir. İddiaçı tərəfindən isə 4 gün əvvəl, yəni 2023-cü il 12 aprel tarixində iddia tələbi ilə müraciət edilmişdir.

41. İddiaçının hazırkı iddia tələbi haqlı olmaqla k reditor kimi öhdəliyin icrasını tələb etmə hüququndan irəli gəldiyindən iddia tələbi təmin olunmalıdır. Lakin məhkəmə sözügedən mübahisəni araşdırmadan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsasına istinad edərək iddianı rədd etmiş və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

43. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığını MPMin 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlay arkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikasının MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələ bləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddəti nin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır....” “Maddə

378. Öhdəlikdə şəxslər dəyişilərkən iddia müddəti Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. “Maddə

379. İddia müddəti axımının dayandırılması 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda;... 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə... 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.... 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərmə li və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştira kçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliy ini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi ü çün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, ö hdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.[421] 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş raz ılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın. “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müq aviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Maddə

477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. k reditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (bo rcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabın a mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. “Maddə

743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərt ilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. 46. “Mediasiya haqqında” Azərbaycan Respublikasının müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Qanununun müvafiq “Maddə

32. Mediasiya prosesinə xitam verilməsi... 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir:... 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən....” “Maddə

35. İddia müddətlərinin axımının dayandırılması 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.”

47. Azərbaycan Respublikasının MPM müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassas iya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi) 49. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbu l olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

50. İşə baxmış məhkəmələr iddiaçı tərəfindən cavabdehlərə mediasiya təklifinin göndərilməsindən mediasiya prosesinə xitam verilənədək olan müddətdə 30 gün və yenidən mediasiya təşkilatına müraciət edilməsindən arayışın alınmasına qədər olan müddətdə 20 gün olmaqla, iddia müddətinin axımının cəmi 50 gün müddətinə dayandırıldığını və hazırkı iddia tələbinin iddia müddətinin axımının başlandığı 2020-ci ilin 20 fevral tarixindən 3 il 1 ay 25 gün müddət keçdikdən sonra qaldırıldığını nəzərə alaraq, iddia müddətini tətbiq etməklə iddia tələbini rədd etmişlər.

51. Məhkəmələrin iddia müddətinin tətbiqi ilə bağlı nəticəsini mübahisələndirən iddiaçının şikayətinin gəlillərinə görə iddia müddətinin axımı “Mediasiya prosesinin tətbiqi barədə təklif”in cavabdehlərə çatdığı 2023-cü il 16 yanvar tarixində dayanmış və 2023-cü il 13 mart tarixində “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın banka daxil olduğu andan bərpa edilmişdir.

52. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir.

53. Belə ki, hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən halına görə iddiaçı tərəfindən cavabdehlərə 2023-cü il 11 yanvar tarixli “Mediasiya prosesinin tətbiqi barədə tə klif” göndərilmiş, həmin təklifə cavabdehlər tərəfindən 10 gün ərzində cavab verilməmişdir. 54. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən mediasiya prosesi tərəflərdən birinin yazılı formada mediasiya prosesinin tətbiqi barədə təklif göndərdiyi andan, belə təklif olmadıqda isə Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır (maddə 21.5). Tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu hal istisna olmaqla, mediasiya prosesinin tətbiqi barədə göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə Qanunun 32.1.4-cü maddəsinə əsas ən avtomatik xitam verilir (maddə 21.7). Qanunun 32.1.4-cü maddəsində isə tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciətləri olmadığı halda, mediasiya prosesi üçün həmin Qanunun 24.7-ci maddəsində müəyyənləşdirilmiş 30 günlük müddət bitdikdə mediasiya prosesinə xitam verilməsi təsbit olunmuşdur.

55. Qanunun göstərilən normalarının müqayisəli təhlilinə əsasən qeyd edilməlidir ki, göstərir ki, iddiaçı tərəfindən cavabdehlərə “Mediasiya prosesinin tətbiqi barədə təklif”in göndərilməsi ilə başlayan mediasiya prosesinə, cavabdehlər tərəfindən təklifə 10 gün ərzində cavab verilmədiyindən, Qanunun 21.7-ci maddəsinin tələblərinə uyğun olaraq 30 gün sonra xitam verilmişdir. Daha sonra 2023-cü il 22 fevral tarixində iddiaçı tərəfindən mediasiya təşkilatına müraciət edilməsi il ə iddia müddətinin axımı dayanmış, 20 gün sonra2023-cü il 13 mart tarixində ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın iddiaçıya təqdim edilməsindən sonra yenidən davam etmişdir.

56. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mediasiya prosesinin tətbiqi ilə bağlı iddia müddətinin axımının 50 gün müddətində dayandırılmasına dair məhkəmələrinə gəldiyi nəticə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun göstərilən normalarının tələblərinə uyğun olmuşdur.

57. Baxılan iş üzrə iddia müddətinin axımının dayandığı həmin müddət nəzərə alındığı halda belə, iddiaçı 2023-cü il 13 aprel tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür.

58. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı).

59. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

60. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 oktyabr tarixli 2-2(103)-801/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Haki

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar