Məhkəmə qərarları › İş №2-2(102)-166/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-166/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-166/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı LPO ASC-nin cavabdehə qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi 05.07.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehə qarşı “əsas borcun, faiz borcunu, cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli 22(103)-94/2021 saylı q ətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. 2013-cü il 27 may tarixli 54AV/20-13 saylı təminatlı kredit müqaviləsindən görünür ki, LPO ASC (bundan sonra – “İddiaçı”) cavabdeh (bundan sonra – “Cavabdeh”) 48 ay müddətinə, illik 20 faiz olmaqla, 340.200 manat məbləğində kredit verməyi, cavabdeh krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, Borc alan üzərinə düşən öhdəlikləri icrasını 7 bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1 % miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. 2. 2013-cü il 27 may tarixli 54İP/F20-13 saylı girov müqaviləsindən görünür ki, müqavilə iddiaçı ilə cavabdeh arasında bağlanmış 2013-cü il 27 may tarixli 54AV/20-13 saylı təminatlı kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlanmış və cavabdehə məxsus aşağıdakı 7 ədəd İ.E markalı avtobusları iddiaçı qarşısında girov ilə yüklü edilmişdir: - Şassi: NNAMOBLL02017389, Mühərrik: 043042, Buraxılış ili: 2012-ci il, - Şassi: NNAMOBLL02017390, Mühərrik: 043018, Buraxılış ili: 2012- ci il, - Şassi: NNAMOBLL02017393, Mühərrik: 043034, Buraxılış ili: 2012-ci il, - Şassi: NNAMOBLL02017395, Mühərrik: 043445, Buraxılış ili: 2012-ci il, - Şassi: NNAMOBLL02017411, Mühərrik: 043803, Buraxılış ili: 2012-ci il, - Şassi: NNAMOBLL02017412, Mühərrik: 044814, Buraxılış ili: 2012-ci il, - Şassi: NNAMOBLL02017415, Mühərrik: 044823, Buraxılış ili: 2012-ci il. Müqavilənin 2.1-ci bəndinə əsasən, girov predmeti 378.000 manat dəyərində qiymətləndirilmişdir.

3. Yuxarıda qeyd olunan həmin 7 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, avtobuslar cavabdehin adına qeydiyyata alınmışdır. 4. 2013-cü il 27 may tarixli AA seriyalı 087140 saylı “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” Çıxarışdan görünür ki, 2013-cü il 27 may tarixli 54İP/F20-13 saylı girov müqaviləsi üzrə cavabdehin mülkiyyət hüququ ilə ona məxsus olan **-VR-***, **-VR-***, **-VR-***, **-VR-***, **-VR-***, **-VR-***, **VR-*** dövlət qeydiyyat nişanlı avtobuslar iddiaçının adına ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

5. Müqaviləyə 2015-ci il 1 6 fevral tarixdə edilmiş 2 saylı Əlavəyə əsasən kredit kapitallaşdırılaraq öhdəliyin icra müddəti 2019-cu il 27 may tarixinədək uzadılmışdır.

6. Kredit müqaviləsinə 2 saylı Əlavə əsasında tərtib edilmiş ödəniş qrafikinə əsasən qalıq kredit borcu 291.000 manat olmuş, öhdəliyin icra müddətinin bitdiyi 2019-cu il 27 may tarixinədək banka 146.276,71 manat faiz ödənilməli olduğu nəzərdə tutulmuşdur. 7. 2017-ci il 5 dekabr tarixli **********083 saylı “İpoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə dair” bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir.

8. İddiaçı tərəfindən A Nazirliyinin B İdarəsinə ünvanlanmış 2017-ci il 12 dekabr tarixli **********114 saylı Bildirişin qeydə alınmasına dair Ərizədən gör ünür ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış “İpoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə dair” bildirişin qeydə alınmasını xahiş etmişdir. 9. 2017-ci il 21 dekabr tarixli **********165 saylı maliyyə arayışından görünür ki, cavabdehin 2017-ci il 19 dekabr tarixinə 286.506,96 manat kredit, 112.611,53 manat faiz, 9.176,54 manat cərimə borcu olmaqla cəmi 408.295,03 manat borcu vardır. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 1 fevral tarixli 2-1(81)1404/2016 saylı qərarına əsasən “B.A" iddiaçı müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən X Fondu iddiaçının ləğvedicisi təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı 2018-ci il 1 0 aprel tarixində cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 2013-cü il 27 may tarixli 54AV/20-13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc 286.506.96 manat, faiz borcu üzrə 112.611.53 manat, cərimə borcu üzrə 9.176.54 manat, cəmi 408.295.03 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdehin mülkiyyətində olan, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR *** dövlət qeydiyyat nişanlı avtobuslara yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasın da bağlanmış yuxarıda §§ 1-4-də qeyd olunan müqavilələr üzrə cavabdeh üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Həmçinin tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə iddiaçı tərəfindən cavabdehə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır.

13. İddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 317, 319, 385.1, 442, 445.1, 445.2.1, 448, 449-cu; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1-ci; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 33, 34.1.1, 34.1.2, 36, 39, 47.5, 59.3-cü maddələri ilə əsaslandırılmışdır. 14. 1 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinin 2019-cu il tarixli 21 fevral 2-2(81)540/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında 2013-cü il 27 may tarixli 54AV/20-13 saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitmə tarixinə (2017-ci il 27 may tarixinə) bütün ödənişlər nəzərə alınmaqla cavabdehin əsas borc, faiz borcu və cərimə borcu üzrə borc qalığının nə qədər təşkil etməsi barədə sual qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019cu il 12 dekabr tarixli 8304 saylı rəyi ilə, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, 2013 il 27 may tarixli 54AV/20-13 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdehin iddiaçıya olan borcu 2017-ci il 27 may tarixinə 356.804,89 manat, o cümlədən əsas borc üzrə 281.534,31 manat, faiz borcu üzrə 75.270,58 manat müəyyən edilmişdir. İş materiallarında 2013-cü il 27 may tarixli 107/OM/km2 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, ekspertiza tədqiqatı ilə cavabdehə cərimə hesablanmamışdır.

16. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 6 fevral tarixli 2-2(113)-25/2020 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında cavabdehin mülkiyyətində olan, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR *** dövlət qeydiyyat nişanlı avtobusların bazar dəyərinin müəyyənləşdiri lməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində satış (likvid) qiymətinin nə qədər təşkil etməsi barədə sual qoyularaq, ekspertizanın aparılması Y MMC-yə tapşırılmışdır. Y MMC-in 2020-ci il 20 may tarixli məktubu ilə iş üzrə cavabdehə qeyd olunan avtobuslara baxış keçirilməsi üçün şərait yaradılması barədə bildiriş göndərilməsi və dəfələrlə məlumat verilməsinə baxmayaraq zəruri şərait yaratmadığından və ekspertiza dəyəri ödənilmədiyindən iş üzrə ekspertiza keçirilmədən məhkəməyə geri qaytarılmışdır. 17. 2013-cü il 23 aprel tarixli, AA seriyalı, 472136, 472137, 472138, 472139, 472140, 472141, 472142 saylı Arayış-Hesabların surətlərindən görünür ki, MMC tərəfindən 7 ədəd İ.E markalı avtobuslar hər birinin dəyəri 54.000 manat olmaqla cavabdehə satılmışdır.

18. Bakı Kom mersiya Məhkəməsinin 2020-ci il 6 avqust tarixli e-2-2(113)-25/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 2013-cü il 27 may tarixli 54AV/20-13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc 281.534,31 manat, faiz borcu üzrə 75.270,58 manat, cərimə borcu üzrə 4.588,27 manat, cəmi 361.393,16 manat borcun iddiaçının xeyrinə tutulması; tutmanın ipoteka predmeti olan avtobusların ilkin satış qiymətinin hər biri üçün 54.000 manat məbləğində müəyyən edilməklə cavabdehin mülkiyyətində olan ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR *** dövlət qeydiyyat nişanlı avtobuslara yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi; iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).

19. Birinci instansiya məhkəməsi gəldiyi göstərmişdir ki, iddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

20. İddiaçı cavabdehdən kredit müqaviləsinə əsasən əsas borc üzrə 286.506,96 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 12 dekabr tarixli 8304 saylı rəyi ilə cavabdehin iddiaçıya ödəməli olduğu əsas borc 281.534,31 manat məbləğində müəyyən olunmuşdur. Bu səbəbdə məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir.

21. Məhkəmə faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Təminatlı Kredit müqaviləsi” 2013-cü il 27 may tarixində 48 ay müddətinə bağlanmışdır ki, müqavilənin müddəti 2017-ci il 27 may tarixində bitmişdir. Kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə faiz borcu 2017-ci il 19 dekabr tarixinə hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 12 dekabr tarixli 8304 saylı rəyindən müəyyən olunur ki, 2013-cü il 27 may tarixli 54AV/20-13 saylı kredit müqaviləsi üzrə 2017-ci il 27 may tarixinə cavabdehə 75.270,58 manat faiz borcu hesablanmışdır. Göründüyü kimi, cavabdehə hesablanmış faiz borcunun məbləği 112.611,53 manat deyil, 75.270,58 manat təşkil edir. Qeyd olunanlara əsasən, iddiaçı cavabdehdən faiz borcunu müqavilənin bitdiyi tarixə tələb etmək hüququna malik olduğundan, ekspert rəyi ilə müəyyən olunmuş 75.270,58 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 4.2-ci bəndinə əsasən Borc alan üzərinə düşən öhdəlikləri icrasını 7 bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş m əbləğə 1 % miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. Lakin tələb olunan 9.176,54 manat dəbbə pulu məbləği yaranmış 281.534,31 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləği azaldılaraq 4.588,27 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir.

23. Həmçinin iddia tələbinin ödənilməsi üçün tutmanın 2013-cü il 27 may tarixli 54İP/F20-13 saylı girov müqaviləsi ilə iddiaçının adına yüklü edilmiş avtobuslara yönəldilməsi barədə iddia tələbi cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir.

24. Məhkəmə mövqeyini MM-in 21.2, 280, 293.2, 385.1, 442, 445.7, 448.1, 449.1, 449.3, 467, 739.1, 739.2-ci; MPM-in 14.2, 77.1, 80, 119.1, 217.3, 217.4-cü maddələri nə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

25. Cavabdeh 2020-ci il 5 noyabr tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını, iddianın qismən təmin edilməsi, faiz və cərimə borcunun az miqdarda müəyyən edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

26. İddiaçı 2021-ci il 25 yanvar tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilərək, iddia tələblərinin tam təmin edilməsini, iş üzrə təkrar ekspertiza keçirilərək ipoteka predmeti olan əmlaklara düzgün ilkin satış qiyməti müəyyən edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 fevral tarixli 2-2(103)-94/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021ci il 1 mart tarixli 09/986 nömrəli ekspert rəyinə əsasən, iddiaçının 20 saylı filialı ilə cavabdeh arasında 2013-cü il 27 may tarixli 54AV/20-13 saylı Təminatlı Kredit Müqaviləsinə 2015-ci il 16 fevral tarixdə 02 saylı Əlavə Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdehin 2018-ci il 10 aprel tarixinə (iddia verilən tarixə) banka olan borcu: əsas borc üzrə - 284.547,25 manat; faiz borcu üzrə - 122.820,73 manat; cərimə borcu üzrə - 5.214,72 manat ki mi müəyyən edilmişdir. Hesabdan çıxarış məlumatlarından və qeyd olunan Təminatlı Kredit Müqaviləsinə əsasən 2015-ci il 16 fevral tarixdə 02 saylı Əlavə Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdehin 2018-ci il 10 aprel tarixindən sonra 350 manat ödənişi müəyyən edilir, həmin ödəniş bank tərəfindən əsas borc məbləğindən silinmişdir. Həmin ödənişləri nəzərə aldıqda cavabdehin 2019-cu il 29 yanvar tarixinə banka olan borcu – 284.197,25 manat, faiz borcu üzrə- 168.491,54 manat təşkil etmişdir.

29. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 aprel tarixli 2-2(103)-94/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021ci il 26 avqust tarixl i 9/2642 nömrəli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş mühərrik tutumu 4570 kub/sm, 2012-ci il buraxılışlı “İ.E” markalı avtobusların texniki qeydiyyat şəhadətnaməsindəki məlumatlara əsasən 1 avtobusun normal vəziyyətdə nəzəri qaydada orta bazar qiyməti təxminən 32.000 manat, likvid qiyməti isə 28.000 manat müəyyən olunur.

31. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli 2-2(103)-94/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş; iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə borcu və ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinə dair hissədə dəyişdirilməsi; cavabdehdən iddiaçının xeyrinə 5.214,72 manat cərimə tutulması; tutma yönəldilm iş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiymətinin 28.000 manat müəyyən edilməsi; qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və H.Həmidov).

32. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflərin apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, qətnamə əsas borcun tutulması ilə bağlı hissədə mübahisələndirilmir.

33. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qəbul edilmiş qətnamədə ilkin satış qiyməti kimi əmlakın likvid dəyərinin deyil, satın alındığı qiymətin qeyd edilməsi qanunun tələbinə uyğun olmadığından mübahisələndirilən qətnamə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinə dair hissədə dəyişdirilməli, ekspert rəyinə əsasən tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiyməti 28.000 manat müəyyən edilməlidir.

34. İddiaçı apellyasiya şikayətində məhkəmə tərəfindən faiz borcunun düzgün müəyyən edilmədiyini, az hesablandığını, bu əsasla iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertiza təyin edilməsi barədə vəsatətlərinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilmədiyini göstərmişdir.

35. Eyni zamanda, cavabdeh işə apellyasiya qaydasında baxılarkən 2018-ci və 2019cu illərdə kredit öhdəliyi üzrə ödənişlərin ekspert rəyində nəzərə alınmadığını bildirmişdir.

36. İşə apellyasiya qaydasında baxılarkən hər iki tərəfin apellyasiya şikayətinin dəlillərinin yoxlanılması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq rəy verilmişdir (bax yuxarıda § 28).

37. İddiaçı cavabdehdən 9.176,54 manat məbləğində cərimə tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi həmin məbləği əsas borca nisbətdə tənasübsüz şəkildə yüksək hesab edərək azaldaraq 4.588,7 manat məbləğində müəyyən etmiş, bu məbləğin məhkəmə tərəfindən hansı qaydada (hansı məbləğin hansı faiz nisbətində) müəyyən edildiyini əsaslandırmamışdır.

38. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin ekspert rəyi ilə müəyyən edilmiş cərimə məbləğinin azaldılması üçün MM-in 467-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından mübahisələndirilən qətnamə cərimə borcu tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 5.214,72 manat cərimə tutulmalıdır. 39. 2021-ci il 1 mart tarixli ekspert rəyi ilə cavabdehin faiz borcunun məbləği məhkəmə qətnaməsi ilə tutulmuş məbləğdən daha yüksək olduğundan məhkəmə hesab etmişdir ki, faiz borcunun azaldılması barədə cavabdehin apellyasiya şikayəti əsassızdır.

40. Həmçinin ekspert rəylərinə əsasən cavabdehin 2017-ci il 27 noyabr tarixinə olan faiz borcunun məbləğini müəyyən etmək mümkün olmadığından qətnamə faiz borcu tutulması hissəsində də dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, kredit müqaviləsinə 2 saylı Əlavə üzrə tərtib edilmiş sonuncu ödəniş cədvəlinə əsasən öhdəliyin icra müddətinin bitdiyi 2019-cu il 27 may tarixinədək cavabdehin banka cəmi 146.276,71 manat faiz ödəməli olduğu nəzərdə tutulmuş, 2021-ci il 1 mart tarixli 09/986 saylı ekspert rəyinə əsasən cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ümumilikdə 161.401,25 manat (müqavilə üz rə ödənilməli olan məbləğdən daha artıq) faiz ödənilmişdir.

41. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 467-ci, MPM-in 217.1, 372.6-cı; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 39.3.3-cü maddələri ilə əsaslandırmışdır.

42. İddiaçı 2021-ci il 27 dekabr tarixində kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 43. 2015-ci il 16 fevral tarixli 54AV/F20-13 saylı müqaviləyə 2 saylı əlavədən göründüyü kimi, 2013-cü il 29 may tarixli 54AV/F20-13 saylı Təminatlı Kredit Müqaviləsinin müddəti 2019-cu il 27 may tarixinədək uzadılmış və iddia qaldırılan tarixədək kredit müqaviləsin in müddəti bitməmişdir. Apellyasiya instansiyası məhkəməsi bank tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışları ilə ekspert rəyi arasında demək olar ciddi bir fərq olmadığını, hətta ekspert rəyində göstərilmiş borc məbləğinin bankın iddia tələbində tələb edilmiş borc məbləğindən çox olduğu halda, yalnız cərimə borcu hissəsində iddia tələbimizi qismən təmin etmiş, əsas və faiz borcunu isə heç bir əsaslandırma olmadan və özü təyin etdiyi ekspert rəyinə qiymət verməyərək birinci instansiya məhkəməsinin qətnaməsində olduğu kimi saxlamışdır. Yekun olaraq kommersiya işində iddia tələbinin tam təmin olunması üçün bütün sübutların mövcud olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam şəkildə araşdırılmamış və birinci instansiya məhkəməsinin qətnaməsi b orc hissəsində qüvvədə saxlanılmışdır.

44. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən girov predmeti olan avtobusların hər biri üçün ilkin satış qiymətini Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən 28.000 manat təyin etmişdir ki, bu da avtobusların bugünkü real bazar dəyərindən qat-qat artıqdır. Belə ki, həmin avtobuslar 2013-cü ildə alınmışdır və artıq 8 ildir ki, həmin avtobuslar istismardadır. Həmçinin ekspert rəyində də bildirilmişdir ki, həmin markalı 1 avtobusun normal vəziyyətdə nəzəri qaydada likvid qiyməti 28.000 manat müəyyən olunur. Halbuki rəyə əsasən, həmin avtobuslardan yalnız 3-ü ekspertizaya təqdim edilmişdir ki, həmin 3 avtobusun da istifadəyə yararsız olması müəyyən edilmişdir. Belə olduğu halda ekspert rəyində göstərilən qiymət həmin avtobuslar üçün deyil, ümumən yaxşı və işlək vəziyyətdə olan avtobusların dəyəri kimi göstərilmişdir, məhkəmə isə həmin rəyə əsasən qərar qəbul etmişdir.

45. Kassasiya şikayəti MM-in 448.3, 449.1, 449.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanıın şikayəti ilə əlaqədar AR Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 31 may tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

47. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

48. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğvi tələb olunsa da, qətnamə yalnız iddia tələbinin təmin edilmədiyi hissədə mübahisələndirilmişdir. Odur ki, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki ha llarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

280. Girov müqaviləsi 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. 2 80.2. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. 280.3. Bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. 280.4. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır.” “Maddə

293. Girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrası və girov qoyulmuş əmlaka tutmanın yönəldilməsi... 293.2. Aşağıdakı hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələbi yerinə yetirilmədikdə isə tutmanı girov predmetinə yönəldə bilər: 293.2.1. girov qoyan sonrakı girov qaydasını pozduqda; 293.2.2. girov qoyan bu Məcəllənin 283.1 və 283.2-ci maddələrində nəzərdə tutulan vəzifələri yerinə yetirmədikdə; 293.2.3. girov qoyan girov qoyulmuş əşyadan istifadə və ona dair sərəncam verilməsi qaydalarını pozduqda.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsini n icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsin ə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.... 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqd arda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi... 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özü nün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” 52. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Əsas anlayışlar 1.0.Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır:... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetini n satış (likvid) qiymətidir.” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; …”

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki: “...kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavi lə üzrə faizlərin hesablanması dayandırılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər qismən əsaslı olduğundan kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli 2-2(103)-94/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı əsas, faiz və cərimə borcu məbləğinin düzgün hesablanmamasına dair dəlillər (bax yuxarıda § 43) üzrə

55. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisə predmeti olan kredit müqaviləsindən yaranmış cərimə borcu üzrə gəldiyi nəticə ilə razı laşdığından kassasiya şikayətinin buna dair dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin məsələ ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmişdir.

56. Bununla belə, məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kredit müqaviləsindən yaranmış əsas və faiz borcu üzrə mövqeyi əsaslı olmamışdır.

57. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, tərəflərin apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, qətnamə əsas borcun tutulması ilə bağlı hissədə mübahisələndirilmir. Buna müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsində əsas borcun əsaslığına dair münasibət bildirilmədən birinci instan siya məhkəməsinin qətnaməsi müvafiq hissədə dəyişdirilmədən saxlanılmışdır.

58. Halbuki iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin bütövlükdə ləğvini və iddia tələblərinin tam təmin edilməsini xahiş etmiş, həmçinin apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatəti nəzərə almamışdır.

59. İddiaçının istinad etdiyi iş materiallarında olan həmin vəsatətdə (İ cild, i/v 237-238) mahiyyət etibarilə heç bir istisna qoyulmadan, ekspert rəyində müəyyən edilmiş əsas borc da mübahisələndirilmişdir.

60. Bu mənada, apellyasiya instansiyası məhkəməsi əsas borcu apellyasiya baxışının predmeti hesab etmədiyi halda, məhkəmə-mühasibatlıq ekspertizası təyin edərkən onun qarşısında əsas borca dair sual qoyması da anlaşılan deyildi r.

61. Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinə əsasən əsas borc üzrə 286.506,96 manat tələb etsə də, həmin məbləğ birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş ekspertizanın nəticələri üzrə verilmiş 2019-cu il 12 dekabr tarixli 8304 saylı rəylə 281.534,31 manat, apellyasiya icraatında təyin olunmuş ekspertizanın nəticələri üzrə verilmiş 2021-ci il 1 mart tarixli 09/986 saylı rəylə 284.197,25 manat məbləğində müəyyən olunmuş, lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində həmin məbləğlər arasındakı fərqə, eləcə də həmin məhkəmənin özünün aldığı son ekspert rəyində müəyyən edilmiş əsas borcun əsaslığına qiymət verilməmişdir.

62. Məhkəmə kollegiyasının qənaətinə görə, faiz borcuna münasibətdə də apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı hesab oluna bilm əz.

63. Belə ki, bu məsələ ilə əlaqədar iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, ekspert rəylərinə əsasən cavabdehin 2017-ci il 27 noyabr tarixinə olan faiz borcunun məbləğini müəyyən etmək mümkün olmadığından qətnamə faiz borcu tutulması hissəsində də dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, kredit müqaviləsinə 2 saylı Əlavə üzrə tərtib edilmiş sonuncu ödəniş cədvəlinə əsasən öhdəliyin icra müddətinin bitdiyi 2019-cu il 27 may tarixinədək cavabdehin banka cəmi 146.276,71 manat faiz ödəməli olduğu nəzərdə tutulmuş, 2021-ci il 1 mart tarixli 09/986 saylı ekspert rəyinə əsasən cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ümumilikdə 161.401,25 manat (müqavilə üzrə ödən ilməli olan məbləğdən daha artıq) faiz ödənilmişdir.

64. Ekspert rəylərinə əsasən cavabdehin 2017-ci il 27 noyabr tarixinə olan faiz borcunun məbləğini müəyyən etməyin mümkün olmamasına gəldikdə, qeyd olunmalıdır ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının heç birinin qarşısında borcun məhz həmin tarixə, yəni iddia ilə tələb olunan tarixə hesablanmasına dair sual ümumiyyətlə qoyulmamışdır. Odur ki, məhkəmənin həmin nəticəsi heç bir halda əsaslı hesab edilə bilməz.

65. Bundan başqa, birinci instansiya məhkəməsi 2013-cü il 27 may tarixli 54AV/F20-13 saylı kredit müqaviləsi üzrə kredit öhdəliyinin müddətini 2017-ci il 27 may tarixində bitmiş hesab edərək iddiaçı tərəfindən həmin tarixdən sonrakı dövr üçün (2017-ci il 27 noyabr tarixinədək) tələb edilən faiz borcu məbləğin i ümumiyyətlə əsassız hesab etmişdir.

66. Bunun nəticəsidir ki, 2019-cu il 12 dekabr tarixli 8304 saylı ekspert rəyi ilə məhz tədqiqatın qarşısında qoyulmuş suala cavab olaraq, əsas, faiz və cərimə borcunun məbləği 2017-ci il 27 may tarixinə, yəni 2013-cü il 27 may tarixli 54AV/F20-13 saylı kredit müqaviləsi üzrə kreditin bitmə tarixinə (məhkəmənin güman etdiyi kimi) müəyyən edilmişdir.

67. Halbuki 2013-cü il 27 may tarixli 54AV/F20-13 saylı Təminatlı Kredit Müqaviləsinin müddəti həmin müqaviləyə edilmiş 2015-ci il 16 fevral tarixli 2 saylı Əlavə ilə 2019-cu il 27 may tarixinədək uzadılmış, odur ki, hətta iddianın qaldırıldığı 2018-ci il 10 aprel tarixində də davam etməkdə idi.

68. Beləliklə, məhkəmə kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi 2017-ci il 27 may tarixi tarixinə deyil, iddia ilə tələb edilən 2017-ci il 27 noyabr tarixinə olan borcun məbləğini müəyyən etməli idi.

69. Birinci instansiya məhkəməsi isə öz qətnaməsində nəinki işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin xüsusatı nəzərə almamış, hətta sözügedən 2015-ci il 16 fevral tarixli 2 saylı əlavəyə sübut kimi istinad belə etməmiş, nəticədə əsassız nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə əsassız olaraq qətnaməni həmin hissədə dəyişdirilmədən saxlamışdır.

70. Öhdəliyin icra müddətinin bitdiyi 2019-cu il 27 may tarixinədək cavabdehin banka cəmi 146.276,71 manat faiz ödəməli olduğu halda ümumilikdə 161.401,25 manat (müqavilə üzrə ödənilməli olan məbləğdən daha artıq) faiz ödədiyinə gəldikdə isə qeyd olunmalıdır ki, eyni məntiqlə birinci instansiyası məhkəməsinin cavabdehdən heç 75. 270,58 manat faiz borcu tutması da düzgün hesab edilməməli idi.

71. Məhkəmə kollegiyası hesab edir ki, bu yanaşma apellyasiya instansiyası məhkəməsinin subyektiv mülahizələrindən başqa bir şey deyildir, odur ki, MPM-in 9.3, 88 və 217.1-ci maddələrinə (bax yuxarıda § 51) görə, tərəflərin çəkişmə prinsipinə uyğun olaraq müzakirə etdiyi dəlillərin, verdikləri izahatların, mötəbər sübutların əlaqəli şəkildə təhlilindən irəli gələn əsaslı nəticə hesab oluna bilməz. İpoteka predmeti olan edilməməsinə dair dəlillər üzrə avtobusların likvid dəyərinin düzgün müəyyən

72. Birinci instansiya məhkəməsinin 2020-ci il 6 fevral tarixli iclas protokollundan (İ cild, i/v 227-229) görünür ki, həmin iclasda iştirak edən cavabdeh ipoteka qoyulmuş avtobusların 2 il işlədildikdən sonra nasaz vəziyyətdə old uğunu, sonra cavabdehin onları işlədə bilmədiyini və əldə etdiyi pulu maşınların xərclərinə qoyduğunu, habelə avtobusların hazırda qarajda saxlanıldığını və işlək vəziyyətdə olmadığını məhkəməyə bildirmişdir.

73. Həmçinin birinci instansiya məhkəməsinin 2020-ci il 6 avqust tarixli iclas protokolundan (İİ cild, i/v 38-41) görünür ki, həmin iclasda iştirak edən cavabdeh və onun nümayəndəsi ipoteka qoyulmuş avtobusların 2 il işlədildikdən sonra nasaz vəziyyətdə olduğunu, sonra cavabdehin onları işlədə bilmədiyini və əldə etdiyi pulu maşınların xərclərinə qoyduğunu təkrarən məhkəməyə bildirmişlər.

74. Bundan başqa və ən əsası isə, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 2021-ci il 26 avqust tarixli 9/2642 saylı rəyindən məlum olur ki, tədqiqata avtobuslardan yalnız 3-ü təqdim edilmiş, digərlərin in isə texniki qeydiyyat şəhadətnamələri göstərilmişdir. Təqdim olunmuş 3 avtobusun təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olması müəyyən edilmişdir.

75. Beləliklə, ekspertiza tədqiqatı mübahisə predmeti olan avtobusların real vəziyyəti üzrə deyil, texniki qeydiyyat şəhadətnamələrindəki məlumatlara əsasən aparılmış, buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində bu halları nəzərə almadan həmin ekspertiza tədqiqatının nəticəsinə mötəbər sübut kimi istinad etmişdir.

76. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiymətinin 28.000 manat müəyyən edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və avtobusların real istismar vəziyyətinə uyğun hesab edilə bilməz.

77. Çünki ekspert rəyində göstərilən qiymət hazırda mübahisə predmetini təşkil edən istismara yararsız vəziyyətdə olan avtobusların deyil, ümumən normal, işlək vəziyyətdə olan avtobusların likvid dəyərini müəyyən etmişdir.

78. Hərçənd ki, yalnız ekspertiza tədqiqatına təqdim olunmuş 3 avtobusun deyil, yuxarıda qeyd olunduğu kimi, ipoteka qoyulmuş digər avtobusların da istismara yararsız vəziyyətdə olması bilavasitə cavabdehin özü tərəfindən müvafiq məhkəmə iclaslarında təsdiq edilmişdir.

79. Lakin işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin xüsusatlar apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmışdır.

80. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərini po zaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə zidd olaraq əsassız qətnamə qəbul etmişdir.

81. Odur ki, həmin qətnamə mübahisə predmedi olan kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğinin, habelə tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilməli, işə həmin hissələrdə yenidən baxılmalıdır.

82. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

83. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı LPO İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegi yasının 2021-ci il 3 noyabr tarixli 2-2(103)-94/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə qismən – 2013cü il 27 may tarixli 54AV/20-13 saylı kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğinin, habelə tutma yönəldilmiş ipoteka predmeti olan avtobusların hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilsin. İş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar