Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-166/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: xidmət müqaviləsi, müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 27 noyabr tarixli 22(103)-800/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında ba xılmışdır. İşin halları
1. Cavabdeh İddiaçı 2018-ci ilin avqust ayında vergi borcunun ləğv edilməsi ilə bağlı xidmətlərin göstərilməsi üçün 10.000 manat məbləğində pul almışdır.
2. İddiaçı tərəfindən “Vergilərin hesablanması barədə” 2018-ci il 25 iyul tarixli qərarın ləğv edilməsi ilə bağlı 2019-cu il 24 iyul tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmişdir.
3. İddiaçı ilə Cavabdeh arasında 2019-cu il 1 oktyabr tarixdə əmək müqaviləsi bağlanmış, sonuncu maliyyəçi menecer kimi, aylıq əmək haqqı 500 manat olmaqla işə qəbul edilmişdir. 2019-cu il 7 oktyabr tarixdə İddiaçı tərəfindən Cavabdeh etibarnamə verilmişdir. 4. 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 noyabr tarixli qərardadından apellyasiya şikayəti İddiaçı maliyyəçi meneceri və nümayəndəsi kim i Cavabdeh tərəfindən imzalanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 18 fevral tarixli qərardadı ilə, 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 noyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və bununla da İddiaçı adından qaldırılmış iş yekunlaşmışdır.
5. İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinə elektron qaydada ünvanlanmış məktublara əsasən, ona hesablanmış vergi borcu üzrə müvafiq silinmələr aparılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 (on min) manat pulun, ödənilmiş 120 manat dövlət rüsumun, cəmi 10.120 manat pul vəsaitin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş e tmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-2020-ci illərdə fiziki şəxs kimi qeydiyyatdan keçərək Türkiyədən uşaq məhsulları gətirib satmış, lakin 2019-cu ildə Vergilər Nazirliyi tərəfindən səhv hesablanaraq 52.000 manat vergi borcu müəyyən edilmişdir. Əslində isə borc 6000-7000 manat olmuşdur. Bu barədə cavabdehə məlumat verilmiş, o da məhkəmə qaydasında mübahisələndirərək həll edəcəyini bildirmişdir. 2019cu ilin sentyabrında cavabdehə 10.000 manat ödənilmiş və o, işi 2-3 ay ərzində həll edəcəyini vəd etmişdir. Lakin bu müddət ərzində borc silinməmiş, faizlər yığılmış və müxtəlif bəhanələr gətirilmişdir. İddiaçı narahat olaraq cavabdehin pul almasını təsdiqləyən sənəd tələb etmiş və cavabdeh 2020-ci il 11 fevral tarixində bunu əl yazısı ilə təsdiqləmişdir. İddiaçı Vergilər Nazirliyinə rəsmi müraciət etdikdən sonra borcun səhv hesablandığı müəyyən olunmuş və rəsmi ödənişlə 4000-5000 manat borc bağlanaraq şirkətin fəaliyyəti dayandırılmışdır. İşi özünün həll etdiyini görən iddiaçı cavabehdə verdiyi 10.000 manatı geri tələb etsə də, o, pulu xərclədiyini və qaytara bilməyəcəyini bildirmişdir. Bundan sonra iddiaçı Nizami rayon Polis İdarəsinə müraciət etmiş, lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş, habelə cavabdeh pulu aldığını etiraf etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 iyun tarixli, e-2-2(113)-630/2024 nömrəl i qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir ( hakim K.Hüseynov).
10. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı tərəfindən cavabdehə 10.000 manat məbləğində pul 2018-ci ilin avqust ayında verilmiş və həmin pulun verilməsindən irəli gələn xidmət müqaviləsinin icrası ilə bağlı olan məhkəmə prosesi 2020-ci il 18 fevral tarixində Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə yekunlaşmışdır. İddiaçı isə hazırkı iddia ərizəsi ilə, 2023-cü il 26 aprel tarixində məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti 2 aydan da çox ötürülmüşdür.
11. İddiaçının Mülki Məcəllənin ( bundan sonra-“MM”) 373-cü maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə MM-in 379 və 380-ci maddələrində göstərilə n iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir
12. Məhkəmə gəldiyi nəticəni MM-in 372.1, 372.2, 373.2, 373.3, 375.2, 390.1, 390.4, 777.1 və 783.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
13. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, i ddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 27 noyabr tarixli 2-2(103)-800/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim T.Mahmudova, hakimlər L.Əliyeva və Z.Şirinov).
15. Apellyasiya instansiyası məhkəməsi iddiaçının Mülki Məcəllənin 373-cü maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380- ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddə tinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir
16. Məhkəmə gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normalarına, eyni zamanda MM-in 380-ci maddəsinə istinadla əsaslandırmışdır.
17. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
18. İddiaçı 2023-cü il 11 fevral tarixdə Nizami rayo n Polis İdarəsinə hüquqlarının pozulması ilə bağlı müraciət etmişdir. Şərti olaraq məhkəmənin mövqeyi ilə müqayisə etsək, yəni iddia müddətinin ötürülməsindən 7 gün əvvəl Nizami rayon Polis İdarəsinə müraciət etmişdir. Məhkəmənin mövqeyi ilə müqayisə etsək, artıq burda iddia müddətinin axımı dayandırılmışdır. Cavabdehin iddiaçıya 10000 manat pul vəsaitində borcunun olduğunu etiraf etdiyi andan iddia müddətinin axımı kəsilmiş hesab olunur. Həmin tarix özündə 2023-cü il 11 fevral tarixi ehtiva edir. Belə ki, tərəflər öz aralarında 2020-ci il 11 fevral tarixində iki şahidin iştirakı ilə müqavilə bağlamışlar, həmin müqavilədə də cavabdehin aldığı pul öz əksini tapmışdır.
19. Mülki Məcəlləyə müvafiq olaraq ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daş ınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (maddə 373.1, 373.2, 380.1, 380.2).
20. MM-in 379-cu maddəsi üzrə- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə respublika ərazisində xüsusi karantin rejimi elan olunmuş və qapanmalar olmuşdur. Göstərilən hal da iddiaçının məhkəmə tərəfindən müəyyən olunmuş iddia müddətini keçməsinə səbəb olmuş və məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmışdır.
21. Bundan başqa Nizami rayon Polis İdarəsinin 2023-cü il 20 fevral tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında cavabdeh öz izahatında bildirmişdir ki, razılaşdırılmış məbləğə uyğun olaraq ilk dəfə 10000 manat, qalan 15000 isə vergi borcu silindikdən sonra verəcəkləri barədə tərəflər arasında razılıq olmuşdur. Buradan da müəyyən olunur ki, məhkəmə tərəfindən iddia müddətinin axımının hansı tarixdən başlanması formal olaraq araşdırılmışdır.
22. MPM-in 217.1, 217.3, 217.4, 372.6, 385.1.1, 385.1.3, 385.1.4, 386, 387.1-ci maddələrinin tələbləri üzrə-qeyd edilən maddələrin mahiyyəti ondan ibarətdir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin apellyasiya insta nsiyası məhkəməsi qeyd edilən maddələrin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri
24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallar ına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır....” Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
27. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd ol unur: “... İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqların ı vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir....
28. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 29.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
30. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməs i işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı). 31.İddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillər, iddia tələbinin və apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir. 32.Məhkəmə kollegiyası iddiaçı tərəfindən hazırkı kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 10-12, 15-16). 33.Kassasiya şikayətinin bu Qərarın 20-ci bəndində göstərilən dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, ölkədə xüsusi karantin rejimi tətbiq edilsə də, iddiaçı kommersiya mübahisəsi üzrə elektron qaydada, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə məhkəməyə müraciət edərək, iddia irəli sürmək imkanına malik olmuşdur. Bu baxımdan iddiaçının istinad etdiyi kimi iddia müddətinin axımının dayandırılmasına əsas olan hallar baş verməmişdir.
34. Kassasiya şikayətinin işin faktiki hallarının aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı qeyd edilir ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir ( MPM, 407.2). 35.Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mü lki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
36. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
37. MPM-nin 416, 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-800/2024 nömrəli 2024-cü il 27 noya br tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.