Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-167/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-ə qarşı iş üzrə QƏRARI Açar sözlər: qiymətləndirmə rəyi və hərracın nəticələrinin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının katibliyi ilə, 3-cü şəxs, onun vəkilləri Vəkil1 və Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-ə (3-cü şəxs Məmmədov Sabir Hidayət oğlu) qarşı “qiymətləndirmə rəyinin və hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair kommersiya işi üzrə 3-cü şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 fevral tarixli 2-2(103)-53/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 9 mart tarixli 2-2(81)-252/2016 saylı qətnaməsi ilə “Holçim (Azərbaycan)” ASC-nin İddiaçı MMC-yə (bundan sonra – İddiaçı) qarşı iddiası təmin olunaraq Vast-dan 312.933,3 manat əsas borcun, 16.244,10 manat cərimə və 30 manat dövlət rüsumunun tutularaq “Holçim (Azərbaycan)” ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və 2017-ci il 10 fevral tarixində iş üzrə icra vərəqəsi verilmişdir.
2. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2 017-ci il 4 may tarixli 8(006)-500/2017 saylı qərardadı ilə həmin icra vərəqəsinin icrası ilə bağlı Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun təqdimatı təmin edilərək, Vast-ın təqdim etdiyi siyahıya əsasən mülkiyyətində olan 4 ədəd qaynaq aparatının, 3 ədəd generatorun, 3 ədəd ZipZipler, 1 ədəd yarımqoşqu, 1 ədəd Beton Pompa Kleyn Mersedes Benz avtomaşını, 1 ədəd “Liebbherr LTM 1040” markalı avtokran, 1 ədəd MAZ markalı avtomobil, 1 ədəd “Qutlinq” markalı avtomobil, 2 ədəd kondisioner, 1 dəst ofis mebelindən ibarət əmlaklar üzərinə həbs qoyulmuş, qərardadın icrası Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinə həvalə edilmişdir.
3. İş materiallarından görünür ki, Cavabdeh1 MMC-nin (bundan sonra – “QXM”) 2017-ci il 17 iyul tarixli QR 97/5 nömrəli qiymətləndirmə hesabatı ilə Vast-a m əxsus “Mersedes Benz” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı Beton Pompa Kleyn-in bazar qiyməti 40.000 manat müəyyən edilmişdir.
4. Cavabdeh2 MMC-nin (bundan sonra – “HŞQ”) Hərrac təşkilatının hərracın yekunları barədə 2018-ci il 8 noyabr tarixli 290 nömrəli protokoluna əsasən Vast-a məxsus “Mercedes Benz” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı Beton Pompa Kleyn avtomobili 40.000 manata Məmmədov Sabir Hidayət oğluna (bundan sonra – “S.Məmmədov”) satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Vast 2018-ci il 5 noyabr tarixində QXM-ə qarşı “qiymətləndirmə hesabatlarının nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, üzərinə həbs qoyulmuş Vast-ın mülkiyyətində olan əmlakların (bax yuxarıda §§ 1-2) qiymətləndirilməsi üçün QXM-ə müraciət olunmuşdur. QXM-in 2017-ci il 17 iyul tarixli rəyləri ilə əmlaklara aşağıdakı şəkildə qiymətlər qoyulmuşdur: 4 ədəd qaynaq aparatı – 4.800 manat, 3 ədəd generator – 1.200 manat, 3 ədəd Zip-Zipler – 4.500 manat (hər biri 1.500 manat), “Lider” markalı **-ZH-*** nömrəli yarımqoşqu – 20.000 manat, “Mersedes Benz” markalı **-JE-*** nömrəli Beton Pompa Kleyn – 40.000 manat, “Liebherr LTM 1040” markalı **-JN-*** nömrəli avtokran – 25.000 manat, “MAZ” markalı **-AV-*** nömrəli yük avtomobili – 3.000 manat, “Outlinq” markalı **-JU-*** nömrəli avtomobil – 3.500 manat, 1 ədəd “LG” və 1 ədəd “Şarp” markalı kondisionerlər – 800 manat, 1 ədəd “LG” və 1 ədəd “HP” markalı kompüterlə r – 500 manat, 1 ədəd ofis dəsti – 580 manat.
7. QXM tərəfindən qoyulmuş qiymətlər tamamilə əsassızdır, real bazar dəyərindən qat-qat aşağıdır. Belə ki, texnika bazarında işlənmiş Beton Pompa avtokran və yük avtomobili olduqca baha qiymətədir. Hazırda Azərbaycan Respublikasında satışda 25.000 manata avtokran, 40.000 manat Beton Pompa mövcud deyildir. Bu əmlaklara qiymət qoyularkən hansı meyarların əsas götürüldüyü sual altındadır. Cavabı isə məlumdur – formal mülahizə, heç bir normativə əsaslanmayan hesabat və nəticədə Vast-a külli miqdarda ziyan vurulması. Halbuki əmlaklar real bazar dəyərində qiymətləndirilsə, bu halda məhkəmə qətnaməsinin icrası tam təmin olunacaqdır.
8. Ona görə də QXM tərəfindən verilmiş 2017-ci il 17 iyul tarixli QR 97/1 – QR 97/11 nömrəli qiymətləndirmə hesabatların ın ləğv olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur.
9. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra iddiaçı tərəf 2018-ci il 3 dekabr tarixində məhkəməyə əlavə ərizələr təqdim edərək, Cavabdeh2 və HŞQ-nin əlavə cavabdehlər kimi işə cəlb olunmasını və iddia tələbinin həcmi artırılaraq, “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, qiymətləndirmə hesabatlarının ləğv edilməsi, iddiaçıya məxsus əmlakların yenidən qiymətləndirilməsi və əmlakın açıq hərracda satılmasının etibarsız sayılması” kimi qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.4-cü maddələri rəhbər tutulmaqla əsaslandırılmışdır.
11. Vast 2019-cu il 14 yanvar tarixində məhkəməyə vəsatətlə müraciət edər ək Vast-a məxsus əmlakların real bazar dəyərini müəyyən etmək üçün məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. 12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 fevral tarixli 2-2(82)-171/2019 saylı qərardadı ilə həmin vəsatət təmin edilmiş, hazırkı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: aşağıdakı daşınar əmlaklar (bax yuxarıda § 6) QXR-in 2017-ci il 17 iyul tarixli QR 97/1 – QR 97/11 nömrəli qiymətləndirmə hesabatları ilə real bazar qiymətinə uyğun qiymətləndirilmişdirmi? Əgər həmin hesabatlarla əmlaklar düzgün qiymətləndirilməmişdirsə, onların real bazar qiyməti nə qədər olmuşdur?
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 10 iyul tarixli 13956 saylı ekspert rəyi ilə ekspertiza qarşısında qoyulmuş suala aşağıdakı kimi cavab verilmişdir: Aşağıda adları göstərilən daşınar əmlakların istifadədə olması nəzərə alınmaqla nəzəri qaydada orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 4 ədəd qaynaq aparatı – 6.400 (4x1.600m) manat; 3 ədəd generator (Kama) – 1.500 (3x500m) manat; 3 ədəd Zip-Zipler – 4.500 (3x1.500m) manat; 2013-cü il buraxılışlı, **-ZH-*** dövlət qeydiyyat nişanlı “Silobas Trailer” yük yarımqoşqusu (Lider) – 35.000 manat; 2006-cı il buraxılışlı “Mersedes Benz 3236 Xüsusi” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı Beton Pompa Kleyn – 150.000 manat; 1990-cı il buraxılışlı “Liebbherr LTM 1040 ” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtokran – 67.000 manat; 1990-cı il buraxılışlı “MAZ” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı yük avtomobili – 5.000 manat; 2008-ci il buraxılışlı “Outlinq” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil – 9.000 manat; 1 ədəd “LG” markalı kondensioner – 400 manat; 1 ədəd “Sharp” markalı kondensioner – 400 manat; 1 ədəd “LG” markalı markalı kompüter – 250 manat; 1 ədəd “HP” markalı kompüter – 250 manat; 1 dəst ofis mebeli (qabaq stolu – 3 ədəd, stul – 7, kresol – 1, tumba – 1) – 600 manat. Qeyd: Qiymətləndirmə zamanı tədqiqat obyektlərinin istifadədə olması nəzərə alınsada, onların qüsurları barədə ətraflı məlumat olmadığından, normal (təyinatı üzrə istifadəyə yararlı) vəziyyətdə olan qiymətləri müəyyən edildi. 14. 2 saylı Bakı İnzibati- İqtisadi məhkəməsinin 2019-cu il 15 avqust tarixli 2-2(82)-171/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tətqiqatının dəyəri kimi 120 manat vəsait tərəflər arasında bərabər bölünmüşdür (hakim – R.Kərimli).
15. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, müvafiq mülki mübahisə üzrə icra tədbirləri çərçivəsində icra qurumunun sifarişi ilə borclu Vast-a məxsus 2006cı il buraxılışlı “Mersedes Benz 3236 Xüsusi” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı Beton Pompa Kleynin qiymətləndirilməsinə dair QXM-in 2017-ci il 17 iyul tarixli QR 97/5 nömrəli rəyində əmlakın dəyəri formal mülahizələrə istinadən götürülmüşdür, lakin məhkəmə icraatında alınmış ekspert rəyində birja kotirovk aları haqqında rəsmi məlumat mənbələri, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazaları, vergi ödəyicilərinin vergi orqanlarına verdikləri məlumatlar üzrə aparılmış tədqiqatlar nəticəsində, internet saytlarında olan məlumatlardan, respublikada yerləşən ticarət şəbəkələrində olan qiymətlərdən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində olan məlumatlardan istifadə edilməklə qiymət qoyulmuşdur. Ekspert rəyi daha mötəbər sübut kimi qiymətləndirilməlidir.
16. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı iddiaçı Vast-a məxsus 2006-cı il buraxılışlı “Mersedes-Benz 3236 Xüsusi” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı Beton Pompa Kleynin qiymətləndirilməsinə dair cavabdeh QXM-in 2017-ci il 17 iyul tarixli QR 97/5 nömrəli qiymətləndirmə rəyi əsaslı sayılmam alı və ləğv edilməlidir. Eləcə də, mübahisələndirilən 2017-ci il 17 iyul tarixli QR 97/5 nömrəli qiymətləndirmə rəyi əsassız sayılaraq ləğv edildiyi halda, onun əsasında HŞQ tərəfindən həmin əmlakın satışı üzrə keçirilmiş hərracın nəticələri də qanunsuz sayılmalı və ləğv edilməlidir.
17. Məhkəmə öz qətnaməsini MPM-in 14.2, 76, 77.1, 78.1, 80, 97.1, 107, 115, 119.1, 119.2, 217.4-cü, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8.1, 45.1-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3, 6, 8-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. HŞQ 2019-cu il 18 noyabr tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsi ndəki icraat
19. Bakı Apellyasiya məhkəməsinin 2020-ci il 16 yanvar tarixli məhkəmə iclasında S.Məmmədovun məhkəmənin təşəbbüsü ilə müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi tanınması qərara alınmışdır.
20. Üçüncü şəxsin məhkəmə kollegiyasına ünvanladığı 2020-ci il 23 yanvar tarixli ərizəsinə qoşulan 2019-cu il 4 mart tarixli CMR 002174 nömrəli Beynəlxalq daşıma sənədindən görünür ki, 2006-cı il buraxılışlı “Mersedes-Benz 3236” markalı avtomobil, göndərən və alan qismində üçüncü şəxs, FCA Baku təminatı və yükləmə yeri Bakı şəhəri olmaqla, Gürcüstanın Tbilisi şəhərinə göndərilmişdir.
21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinin məhkəmə kollegiyasına ünvanlanan 2020-ci il 31 yanvar tarixli 9601-1220 nömrəli məktubunda göstərilmişdir ki, “Mersedes- Benz 3236 Xüsusi” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2018-ci il 8 noyabr tarixində S.Məmədovun adına rəsmiləşdirilmiş, həmin gün komisyon mağazada satılması üçün S.Məmmədovun adından çıxarılmışdır.Nəqliyyat vasitəsi hal hazırda hər hansı şəxsin adına qeydiyyatda deyil.
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 fevral tarixli 22(103)-53/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 15 avqust tarixli, 2-2(82)-171/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – E.Nağıyeva və H.Həmidov).
23. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə keçirilən mübahisəli hərracın Vast-ın iddiası ü zrə məhkəmə tərəfindən etibarsız sayılması üçün şərtlər mövcuddur. Belə ki, hərracın keçirilməsinə otuz gün qalmış Vast-a rəsmi qaydada bildirilməsi iş materialları ilə təsdiqini tapmır, Vast faktı qəti təkzib edir, HŞQ hərracın keçirilməsini Vast-a bildirdiyini konkret dəlillə ifadə etmir və bununla bağlı məhkəməyə də heç bir dəlil təqdim etmir.
24. Bundan əlavə, məhkəmə kollegiyasının mötəbər sübut kimi qəbul etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 10 iyul tarixli 13956 nömrəli rəyi ilə təsdiq olunur ki, 2006-cı il buraxılışlı “Mersedes-Benz 3236 Xüsusi” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı Beton Pompa Kleyn avtomobilinin orta bazar qiyməti 150.000 manatdır.
25. Vast öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirir, cavabdehin iddiaya etirazlarının əsasları i ş üzrə təsdiqini tapmır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsinə öz etirazının əsasları ilə bağlı heç bir mötəbər sübut təqdim etməmiş, bu sənədləri apellyasiya şikayətinə də əlavə etməmişdir. Apellyasiya şikayətinin dəlilləri konkret sübutlara istinad etməyən mülahizələrdən ibarətdir və və qanuni əsaslara malik deyil.
26. Məhkəmə öz qətnaməsini MM-in 415.2, 416.1, 416.2, MPM-in 14.2, 77.1, 384.0.1, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1, 53.2-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Üçüncü şəxs həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qar şı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
28. Əmlakın mülkiyyətçisi kimi məhkəmə proseslərinə maraqlı şəxs qismində cəlb edilməli olduğum halda həmin məhkəmə proseslərinə mən cəlb edilməmişəm və MPM-lə mənə verilmiş hüquqlardan istifadə edə bilməmişəm. Lakin qətnamədə mən üçüncü şəxs kimi göstərilmişəm. Hətta məhkəmədə iştirak etmiş kimi göstərilərək sənəd verdiyimi qeyd etmişlər.
29. Apellyasiya instansiyası məhkəməsinin qüvvədə saxladığı birinci instansiya məhkəməsinin qətnaməsindən məlum olur ki, qətnamənin təmin edilmə əsası 2019-cu il 10 iyul tarixli qiymətləndirmə rəyidir. Həmin rəy tamamilə əsassızdır. Mən “Mercedes-Benz” markalı ** JE *** nömrəli Beton Pompa Kleyn nəqliyyat vasitəsini hərrac vasitəsi ilə 2018-ci il 8 noyabr tarixində əldə etdikdən sonra nəqliyyat v asitəsi yeni mülk kimi dövlət qeydiyyatından keçirilərək ona yeni nömrə (** KK ***) verilmişdir. Həmin nəqliyyat vasitəsinə 32.000 manat xərc qoymuşam. Bununla belə, həmin nəqliyyat vasitəsini tam təmir edə bilmədiyimdən satmaq qərarına gəldim. Alıcı tapa bilmədiyimdən 2019-cu il 5 mart tarixində Azərbaycan Respublikasından çıxarmaqla Gürcüstana aparıb satmışam. Əmlak 2019-cu il 5 mart tarixində Azərbaycan Respublikasında olmadığı halda sözügedən qiymətləndirmə ekspertizası 2019-cu il 10 iyul tarixində necə keçirilmişdir. Necə ola bilər ki, nəqliyyat vasitəsi Azərbaycanda olmadığı halda qiymətləndirilsin. Necə olur ki, mülkiyyətçisi olduğum halda qiymətləndirmə təşkilatı mənimlə əlaqə saxlamayıb. Hansı əsaslarla və ya hansı keyfiyyət göstəricilərinə görə ona yeni qiymət qoyulur. Qiymətlənd irmə təşkilatı həmin tarixdə mövcud olmayan dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə qiymətləndirmə rəyi tərtib etmişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsində mənim mülkiyyət hüquqlarım kobud şəkildə pozulmaqla məhkəmə prosesi keçirilmiş və hüququn və əsassız qətnamə çıxarılmışdır.
30. Mən və məndən sonrakı alıcılar vicdanlı alıcılardır. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamın ın da azalmasına gətirib çıxarardı.
31. Kassator kassasiya şikayətini MPM-in 15.4, 46, 55.1, 360, 384, 385, 386-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin vəkilləri kassasiya şikayətini müdafiə etdiklərini, şikayətin tam əsaslı olduğunu bildirdilər. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. 34. 3-c şəxs vəkillərin dedikləri ilə razı olduğunu bildirdi.
35. İddiaçı və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən ol madı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansi yası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
39. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
415. Hərracın təşkili və keçirilmə qaydası... 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişd ə bunun üçün verilən müddət göstərilməlidir.... 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir....” “Maddə
416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etib arsızlığına səbəb olur.” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin ra zılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.” “Maddə
423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. -cü şəcs 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. ” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib ə vəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
40. MPM-in müvafiq müddəalarında (2021-ci il 9 iyul tarixədək qüvvədə olan) aşağıdakılar nəzərdə tutulur: “Maddə
165. İşlərin məhkəmədə baxılmağa hazırlanması vəzifəsi Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir.” “Maddə
167. İşin məhkəmədə baxılmağa hazırlamaq üzrə hakimin hərəkətləri 167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir:... 167.1.7. işin nəticəsində maraqlı olan fiziki və hüquqi şəxslərə onun baxılma yeri və vaxtı barədə məlumat verir;...” “Maddə
171. İşin məhkəmə baxışına tə yin edilməsi Hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı və yeri haqqında məlumat verməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarır. ” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi... 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi aşağıdakı hallarda ləğv edilməlidir:... 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə h əll etmişsə;... 387.3. Bu Məcəllənin 387.2.1—387.2.7-ci maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.”
41. KMP-nin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli qərarında qeyd edilmişdir ki: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olun muş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaran ır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 28-30) işin materialları ilə birgə araşdıraraq, 3-cü şəxsin izahatlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020ci il 27 fevral tarixli 2-2(103)-53/2020 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
43. MPM-in 165, 167.1.7 və 171-ci maddələrinin (bax yuxarıda § 40) məzmunundan aydın olur ki, işlərin məhkəmədə baxılmağa hazırlanmas ı mərhələsinin vəzifəsi ondan ibarətdir ki, hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında araşdırılmasına, mahiyyəti üzrə həll edilməsinə yönələn bütün lazımi hərəkətləri etsin, o cümlədən işin nəticəsində maraqlı olan fiziki və hüquqi şəxslərə onun baxılma yeri və vaxtı barədə məlumat versin, işi kifayət qədər hazırlanmış hesab etdikdə onu məhkəmə iclasında baxılmağa təyin etsin.
44. Hazırkı halda isə işə birinci instansiya məhkəməsində baxılarkən mübahisə premeti olan hərracın qalibi olmuş 3-cü şəxs ümumiyyətlə icraata cəlb olunmamış, öz hüquqlarını həmin mərhələdə müdafiə etmək imkanından məhrum edilmiş, buna baxmayaraq hərracın nəticələri məhkəmə tərəfindən ləğv olunmuş, nəticədə 3-cü şəxsin hüquqları kobud surətdə pozulmuşdur.
45. MPM-in 387.2.4 və 383.3-cü maddələri nin (bax yuxarıda § 40) tələblərinə görə, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, bu, birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməli və şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi ilə nəticələnməlidir.
46. Hazırkı halda isə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi sözügedən kobud prosessual pozuntuya ümumiyyətlə əhəmiyyət verməmiş, beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, özü də MPM-in 387.2.4 və 383.3-cü maddələrinin tələblərini pozmuşdur.
47. Bundan başqa, hazırkı iş üzrə iddia tələblərindən birini HŞQ tərəfindən keçirilmiş açıq hərracın nəticələrinin ləğv olunması təşkil edir.
48. MM-in 415.5-ci maddəsinə (bax yuxarıda § 39) görə, hərracı udmuş şəxs və hərracın təşkilatçısı arasında imzalanmış hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malikdir.
49. Deməli, HŞQ-nin Hərrac təşkilatının Hərracın yekunları barədə 2018-ci il 8 noyabr tarixli 290 nömrəli protokolu MM-in 415.5 və 567-ci maddələrinə (bax yuxarıda § 39) uyğun olaraq, alqı-satqı müqaviləsi hesab olunur.
50. Beləliklə, Vast HŞQ tərəfindən keçirilmiş açıq hərracın nəticələrinin ləğv edilməsini tələb etməklə, mahiyyət etibarilə həmin hərrac nəticəsində hərrac təşkilatçısı olan HŞQ ilə alıcı olan 3cü şəxs arasında arasında bağlanmış alqı-satqı müqaviləsinin də ləğvini tələb etmiş olur.
51. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə, açıq hə rracın nəticələri ləğv edildiyi halda, həmin hərrac nəticəsində bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməməsi qeyrimümkündür.
52. Halbuki MM-in 421 və 423-cü maddələrindən (bax yuxarıda § 39) aydın olur ki, müqavilənin ləğvini yalnız həmin müqavilənin tərəfləri bunun üçün əsas(lar) olduqda tələb edə bilərlər. Müqavilənin tərəfi olmayan şəxslərə isə qanun belə bir hüquq verməmişdir.
53. Hazırkı halda isə Vast mübahisə predmeti olan hərrac nəticəsində bağlanmış alqı-satqı müqaviləsinin tərəfi deyildir. Vast ilə HŞQ və S.Məmmədov arasında heç bir alqı-satqı öhdəliyi yaranmamışdır.
54. O da qeyd olunmalıdır ki, MM-in 416-cı maddəsinin (bax yuxarıda § 39) məzmununa görə, istənilən maraqlı şəxs MM-də müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərracın etibarsız sayılmasına dair iddia i lə məhkəməyə müraciət bilər. Həmin iddianın təmin olunması hərracı udmuş şəxslə bağlanan müqavilənin də etibarsızlığına səbəb olur.
55. Lakin hazırkı halda Vast belə tələblə məhkəmədə iddia qaldırmamışdır.
56. Apellyasiya instansiyası məhkəməsi də işə baxaraq və MM-in 415.2-ci, 416-cı maddələrinə (bax yuxarıda § 39) istinad edərək belə nəticəyə gəlmişdir ki, keçirilən mübahisəli hərracın məhkəmə tərəfindən etibarsız sayılması üçün şərtlər mövcuddur. Belə ki, hərracın keçirilməsinə otuz gün qalmış Vast-a rəsmi qaydada bildirilməsi iş materialları təsdiqini tapmır, Vast faktı qəti təkzib edir, HŞQ hərracın keçirilməsini Vast-a bildirdiyini konkret dəlillə ifadə etmir və bununla bağlı məhkəməyə də heç bir dəlil təqdim etmir. Bundan əlavə, məhkəmə kollegiyasının mötəbər sübut kimi qəbul etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 10 iyul tarixli 13956 nömrəli rəyi ilə təsdiq olunur ki, 2006-cı il buraxılışlı “Mersedes-Benz 3236 Xüsusi” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı Beton Pompa Kleyn avtomobilinin orta bazar qiyməti 150.000 manatdır.
57. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi mübahisəli hərracın etibarsız sayılması üçün şərtlər mövcudluğu nəticəsinə gəlsə də, belə bir tələbi ehtiva etməyən iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamış, ümumiyyətlə iddianın mahiyyət etibarilə Vast-ın tərəf olmadığı müqavilənin ləğvinə yönəldiyini nəzərə almamış, Vast-ın hərracın nəticələrinin ləğv edilməsini tələb etməyə subyektiv hüququnun olub- olmamasına qiymət verməmişdir.
58. Halbuki KMP-nin formalaşdırdığı hüquqi mövqeyə (b ax yuxarıda § 41) görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən bir sıra maddi və prosessual hüquq pozuntularına yol verilmiş, nəticədə MPM-in 217.1-ci maddəsi (bax yuxarıda § 40) ilə nəzərdə tutulmuş qanunilik və əsaslılıq meyarlarına cavab verməyən qətnamə qəbul edilmişdir. Ona görə də həmin qətnamə ləğv olunmalıdır.
60. Yeni apellyasiya baxışında məhkəmə qeyd edilən nöqsanları aradan qaldırmaqla mübahisəyə qanunun tələbinə uyğun qiymət verməlidir.
61. Göstərilənlərə əsasən və A zərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: 3-cü şəxsin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 fevral tarixli 2-2(103)-53/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.