Məhkəmə qərarları › İş №2-2(102)-167/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-167/2023

30.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-167/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “stansiya xidmətlərinə görə hesablanmış yığımın tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 noyabr tarixli 2-2(103)-1038/2022 saylı qətnaməsindən iddiaçı t ərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə “iddiaçı”) Cavabdehnə (bundan sonra mətndə “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 25 aprel tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 19.871,67 manat və 200 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 20.071,67 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 18 avqust tarixli e-2-2(113)-2403/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Z.Axundova). İddiaçı tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edi lməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 noyabr tarixli 2-2(103)-1038/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və V.Məmmədov). İddiaçı 2023-cü il 13 yanvar tarixində kassasiya şikayəti verməklə, həmin qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin və kassasiya şikayətinin məzmunundan göründüyü kimi, iddia olunan 2021-ci il 1 yanvar tarixindən 2021-ci il 31 mart tarixinə kimi olan dövr üçün 19.871 manat borcun müqabilində işin materiallarında olan 799658 və 548523 nömrəli elektron qaimələr üzrə cavabdeh tərəfindən 18.324,48 manat ödənilmiş, 1547,19 manat qalmışdır. Həmin qətnaməni mübahisələndirən iddiaçı kassasiya şikayətində cavabdeh tərəfindən borcun tam ödənilməməsinə, məhkəməyə təqdim olunmuş, digər iki elektron qaimələr üzrə (2020-ci ilin noyabr və dekabr ayları üçün) ödənişlərin aparılmamasına istinad edilmişdir. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində iddia olunan dövr üzrə cavabdeh tərəfindən 18.324,48 manat borcun ödənilməsini mübahisələndirməməsini, qalan məbləğin isə 1547,19 manat təşkil etməsini, habelə şikayətdə istinad olunan digər iki elektron qaimə üzrə iddia olunan borcun 2020-ci ilin noyabr və dekabr ayları üçün olmaqla hazırki iddianın predmeti ilə əhatə olunmadığını, nəzərə alaraq hesab edir ki, iddiaçının hazırki icraat çərviəsində məhkəmə qətnaməsini mübahisələndirdiyi hissədə iddianın qiyməti 10.000 manatdan azdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiy a kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, kommersiya mübahisələrinə dair işlər üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya məhkəməsinin baxış predmeti ola bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, MPM-nin 402.1-ci maddəsinin tələbləri baxımından həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Odur ki, Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2023-cü il 3 mart tarixli 2-2(102)167/2023 saylı qərardadı ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla, apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiy a məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası MPM-in 402.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 noyabr tarixli 2-2(103)-1038/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2023-cü il 3 mart tarixli 2-2(102)-167/2023 saylı qərardadı ləğv edilsin. Kommersiya mübahisəsi üzrə hazırki iş kassasiya baxışından çıxarılsın və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov İ.Ə.Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar