Məhkəmə qərarları › İş №2-2(102)-168/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-168/2022

14.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-168/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: dəymiş zərərin ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 sentyabr tarixli, 2-2(103)-730/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə y azılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2017-ci il 30 avqust tarixli, 1131-L/17 nömrəli müqaviləyə əsasən ümumi məbləği 570.000 manat olan 1 ədəd kənd təsərrüfatı texnikası (Laverda LVM 310 MCS markalı, mühərrik nömrəsi 710842OM91 olan çəltikyığan kombayn) 10 il müddətinə yekunda, yəni 2027-ci ilin İİ rübünün sonunda (2027-ci il 30 iyun) cəmi 570.000 manat (əvvəlcədən 114.000 manat lizinq verənə ödənilməklə) ödəməyi öhdəsinə götürməklə (təsərrüfat texnikalarının dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə) İddiaçı MMC-yə lizinqə verilmişdir. 2. 2017-ci il 17 sentyabr tarixli, 1268-L/17 nömrəli müqaviləyə əsasən ümumi məbləği 570.000 manat olan 1 ədəd kənd təsərrüfatı texnikası (Laverda LVM 310 MCS markalı, mühərrik nömrəsi D58618 olan çəltikyığan kombayn) cəmi 570.000 manat (əvvəlcədən 114.000 manat lizinq verənə ödənilməklə) ödəməyi öhdəsinə götürməklə (təsərrüfat texnikalarının dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi ilə şərti ilə) İddiaçı MMC-yə lizinqə verilmişdir. Müqavilələrin 2.1.1-ci bəndinə əsasən lizinq verən texnikanı tam komplektləşdirilmiş və saz vəziyyətdə sənədlərlə birlikdə lizinq alana verilməsini təmin edir. Müqavilələrin 2.1.3-cü bəndinə əsasən isə lizinq verən texnikaya texniki xidmətlərin göstərilməsinə, qorunub saxlanmasına nəzarət etməlidir. 4. 2017-ci il 25 sentyabr tarixli akta əsasən Laverda markalı 90-b-117 dövlət nömrə nişanlı çəltikbiçən kombayn tarlada biçinə başladıqdan 2-3 saat sonra 3 hissəyə böl ünmüş, həmçinin 2-ci 90-N-986 dövlət nömrə nişanlı kombayn da bir müddət işlədikdən sonra eyni hal baş verdikdə, İddiaçı MMC həmin kombaynların istismarını dayandırmış, hər iki kombayn gələcəkdə təmir məqsədilə sahədən çıxarılıb MMC-nin ərazisinə aparılmış və bununla bağlı həmin vaxt Cavabdeh ASC-yə məlumat verilmişdir. 5. 2018-ci il 11 sentyabr tarixli tərəflərin imzası ilə təsdiq edilmiş akta əsasən Laverda LVM 310 MCS markalı, mühərrik nömrəsi D58618 olan çəltikyığan kombayna texniki baxış keçirilən zaman dən boşaldıcı şnekin reduktorunun, döymə barabanın 2 ədəd lezvasının sıradan çıxması, barabanın qayışının 2115 mm qırılıb dəyişdirilməsi, difer saxlayan dəmir yastıqların sınıb dəyişdirilməsi, çəltik qəbuledici zəncirinin plankalarının dəyişdirilməsi, xeder şnekinin barmaqlarının (6 əd əd) sınıb yenisi ilə əvəz olunması, kombaynın qabaq sol aparıcı zəncirin yönəldicisinin stupitsasının dağılıb yenisi ilə əvəz olunması, xederin bıçaq başlığının sınması müəyyən olunmuşdur. 6. 2018-ci il 11 sentyabr tarixli qüsur və 2018-ci il 20 sentyabr tarixli icra aktından görünür ki, Laverda 90-E-117 dövlət nömrə nişanlı çəltikbiçən kombayn təmirə dayandırılmışdır. Dən boşaldan şnekin reduktoru (1 ədəd 5700 manat), döymə barabanın 2 ədəd lezvası (2 ədəd 500 manat), baraban qayışı 2115 mm (2 ədəd 3000 manat), difer saxlayan dəmir yastıqlar (2 ədəd 6180 manat), çəltik qəbuledici zəncirin plankaları (4 ədəd 290 manat), xeder şnekinin barmaqları (6 ədəd 60 manat), kombaynın qabaq sol aparıcı zəncirinin yönəldicisinin stupitsası (2 ədəd 1200 manat), xederin bıçaq başlığı (8 ədəd 80 manat) ( cəmi 17.010 manat olmaqla) təmir edilmişdir. 7. 2018-ci il 14 sentyabr tarixli qüsur və 2018-ci il 25 sentyabr tarixli icra aktına əsasən Laverda 90-N-986 dövlət nömrə nişanlı çəltikbiçən kombayn təmirə dayandırılmışdır. Stupitsanın 2 ədəd poduşkası (2 ədəd 2890 manat), bortovoyun 2 ədəd flyanesi (2 ədəd 3400 manat), tırtıl bölməsindən 2 ədəd detal (2 ədəd 1180 manat), dən boşaldan şnekin reduktoru (2 ədəd 6180 manat), kombaynın idarəetmə sistemində 2 ədəd dəmir yastıq və 2 ədəd stupitsa (2 ədəd 1200 manat) (cəmi 14.850 manat olmaqla) təmir edilmişdir. 8. 2018-ci il 15 noyabr tarixli, 1822-GL/17 nömrəli müqaviləyə əsasən ümumi məbləği 613.876 manat olan beş ədəd kənd təsərrüfatı texnikası (o cümlədən, Laverda LVM 310 MCS markalı, mühərrik nömrəsi 710842OM91 olan və Laverda LVM 310 MCS ma rkalı, mühərrik nömrəsi D58618 olan çəltikyığan kombaynlar) 10 il müddətinə yekunda, yəni 2027-ci ilin İİİ rübünün sonuna (xx.xx.2027) cəmi 613.876 manat ödəməyi öhdəsinə götürməklə (texnikaların ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə) İddiaçı MMC-yə lizinqə verilmişdir.

9. İddiaçı MMC 2018-ci il 30 avqust tarixdə "xxxx" ASC-yə müraciət edərək bildirmişdir ki, LVM 310 MCS markalı iki ədəd kombaynda istismara buraxılan ilk gündən texniki qüsurlar aşkar edilmiş, həmin qüsurlar öz hesablarına Türkiyənin Karataş firmasının əməkdaşları tərəfindən aradan qaldırılmışdır. Hazırda bir ədəd kombaynda boşaldıcı reduktor sıradan çıxmış və tam dəyişdirilməsinə ehtiyac vardır. Te xnika lizinq verənin nəzarətində olduğundan çəltik kombaynına texniki baxış keçirilməsi və tələb olunan ehtiyat hissələrinin təmir edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. 10. "xxxx" ASC-nin 2018-ci il 17 sentyabr tarixli cavab məktubunda 2017-ci il buraxılışlı, mühərrik nömrəsi 058618Z03010461 olan çəltikyığan kombayna 2018-ci il 11 avqust tarixdə baxış keçirildiyi və yaranmış nasazlığın qısa müddətdə aradan qaldırılması barədə “Pfaro Azure” LP şirkətinə məlumat verildiyi qeyd edilmişdir. 11. "xxxx" ASC-nin “Pfaro Azure” LP şirkətinə ünvanlanmış 2018-ci il 17 sentyabr tarixli məktubunda 2017-ci il buraxılışlı, mühərrik nömrəsi 058618Z03010461 olan çəltik yığan kombaynın texniki təminat müddətində müəyyən hissələrinin yararsız hala düşdüyü qeyd edilərək, aralarında bağlanmış müqa vilə şərtlərinə uyğun olaraq nasazlıqların qısa müddətdə aradan qaldırılması xahiş olunmuşdur.

12. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Lənkəran şəhər Statistika İdarəsinin 08 nömrəli, 2021-ci il 12 yanvar tarixli məktubuna əsasən İddiaçı MMC-nin Lənkəran rayonunda 2016-2017-ci illərdə faktiki çəltik istehsalı müvafiq olaraq 2016-cı ildə 164 ha, 501,4 ton, 30,6 sent/ha və 2017-ci ildə 301 ha, 1136 ton, 37,7 sent/ha olmuşdur.

13. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Lənkəran X1 Mərkəzinin 1-4/1-01 nömrəli, 2021-ci il 14 yanvar tarixli arayışından görünür ki, İddiaçı MMC 2014-cü ildən Lənkəran rayonunun ayrı-ayrı kəndlərində çəltik istehsalı ilə məşğul olur. 2016-cı ildə 164 ha sahədə çəltik əkilmiş, 501,4 ton məhsul istehsal olunmuşdur. 2017-ci ildə isə Döv lət Proqramlarına uyğun müasir texnologiyalar tətbiq olunaraq əkin sahəsi 301 ha çatdırılıb. Avqust ayında tarla baxışları zamanı hər ha 6-7 ton bioloji məhsuldarlıq müəyyən edilmişdir. Lakin yığım texnikası çatışmazlığına görə məhsul yığımı noyabr ayına kimi uzanaraq yağışlara düşmüş və böyük itkiyə səbəb olmuşdur. Nəticədə gözləniləndən çox az, cəmi 1136 ton məhsul yığılmışdır.

14. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 6 noyabr tarixli e-2-2(113)-2181/2020 saylı qərardadı ilə məhkəmə mühəndis-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 1 fevral tarixli, 9/5351 nömrəli rəyinə əsasən 2018-ci il 14 sentyabr tarixli və 2018ci il 25 sentyabr tarixli qüsur və icra aktlarında, həmçinin 2018-ci i l 11 sentyabr tarixli qüsur aktında qeyd olunanlar nəzərə alındıqda, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 23 sentyabr tarixli Q-19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ına görə, AZ 90-N-986 dövlət nömrə nişanlı kombaynın stupitsanın 2 ədəd poduşkasının, bortovoyun 2 ədəd flyanesinin, tırtıl bölməsindən 2 ədəd detalın, dən boşaldan şnekin reduktorunun, həmçinin 2 ədəd dəmir yastıq və 2 ədəd stupitsanın sınması, qırılması və sıradan çıxması nəticəsində yenisi ilə əvəz edilməsi, həmçinin Laverda markalı çəltikbiçən AZ 90-E-117 dövlət qeydiyyat nömrəli kombaynın dən boşaldıcı şnekin reduktorunun, döymə barabanın 2 ədəd lezvasının, barabanın 2115 mm qayışının, difer saxlayan dəmir yastıqların, çəltik qəbuledici zəncirinin planklarının, xeder şnekinin 6 ədəd barmağının, qabaq sol aparıcı zəncirin yönəldicisinin, stupitsasının və xederin bıçaq başlığının sınması, qırılması və sıradan çıxması nəticəsində yenisi ilə əvəz edilməsi sözügedən kombaynların əsaslı təmiri hesab edilə bilər.

15. İddiaçı MMC tərəfindən təqdim edilmiş 2018-ci il 25 sentyabr tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2017-ci il buraxılışlı “Laverda LVM 310 MCS” markalı, AZ 90-N-986 dövlət qeydiyyat nişanlı çəltikbiçən kombaynın təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14.904 manat müəyyən edilir.

16. İddiaçı MMC tərəfindən təqdim edilmiş 2018-ci il 11 sentyabr tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiy mətləri nəzərə alınmaqla, 2017-ci il buraxılışlı “Laverda LVM 310 MCS” markalı, AZ 90-E-117 dövlət qeydiyyat nişanlı çəltikbiçən kombaynın təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 17.000 manat müəyyən edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

17. İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus kənd təsərrüfatı texnikası olan “Laverda LVM 310 MCS” markalı, AZ 90 N 986 dövlət qeydiyyat nömrəli və “Laverda LVM 310 MCS” markalı, AZ 90 E 117 dövlət qeydiyyat nömrəli kombaynların təmirinə tərəflərindən çəkilən xərc müqabilində 31.860 manat, çəltik yığımı ilə bağlı dəymiş ziyana görə 120.000 manat, l izinq ödənişlərindən azad olunmalı 44.726 manat olmaqla, ümumilikdə 196.586 manat vəsaitin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 2017-ci il 30 avqust tarixli,1131-1/17 nomrəli müqaviləyə əsasən İtaliya istehsalı olan, 2017-ci il buraxılışlı, mühərrik nömrəsi 7100420M91, zavod nömrəsi 585010376, dövlət qeydiyyat nömrəsi AZ 90 N 986 olan “Laverda LVM 310 MCS” markalı çəltikbiçən kombayn və 2017-ci il 17 sentyabr tarixli, 1268 L-17 nomrəli müqaviləyə əsasən İtaliya istehsalı olan, 2017-ci il buraxılışlı, mühərrik nömrəsi 058618, zavod nömrəsi 03010461, dövlət qeydiyyat nömrəsi AZ 90 E 117 olan “Lave rda LUM 310 MCS” markalı çəltikbiçən kombayn 2017-ci il 17 sentyabr tarixdə cavabdeh tərəfindən onlara təhvil verilmişdir.

19. Təhvil verilən kombaynlar istismara başladığı vaxtdan qüsurlu və istismara yararsız olmuşdur. Belə ki, AZ 90 E 117 dövlət nömrə nişanlı kombayn istismara buraxıldığı ilk gündən bir neçə saat işlədikdən sonra kombaynın sepini və bartovoyları saxlayan yastıqların bütün boltları qırılmış, kombayn bir neçə hissəyə bölünərək kombaynın digər hissələrini də zədələmişdir. Türkiyə Respublikasının Karataş firmasından gələn mütəxəssis kombaynın sınmasının səbəbini bağlanmış boltların keyfiyyətsiz olması ilə izah etmişdir. Həmin mütəxəssis həmçinin bildirmişdir ki, kombayn İtaliya istehsalıdır, kombaynın üzərində aşkarlanmış sınmış boltlar isə İtaliyada bağlanmış boltlar deyil dir.

20. Həmin kombaynlar nəhəng olduğundan onun Azərbaycana daşınması üçün çox böyükhəcmli daşıyıcı maşınlar lazımdır ki, onların da daşıma xərci çox bahadır. Bu səbəbdən kombaynı üç hissəyə bölərək adi daşıyıcı maşınlarda daşımışlar. Kombaynlar hissələrə ayrılaraq daşınıb Azərbaycana gətirildikdən sonra Respublikada yığılarkən İtaliyada bağlanmış boltlar əvəzinə keyfiyyətsiz və həmin kombaynlar üçün nəzərdə tutulmamış başqa boltlar bağlanmışdır ki, həmin boltlar da ağır olan kombaynın hissələrini birləşmiş halda saxlanmasına dözməyərək qırılmışdır. Baş vermiş qəza nəticəsində çəltik biçilmədən qalaraq xarab olmuşdur. Kombayn isə Türkiyə mütəxəssislərinin köməyi ilə tərəflərindən təmir edilmişdir.

21. Həmçinin, 2018-ci il 25 avqust tarixdə çəltik biçininə başlanılan vaxt yuxarıda göstəril ən kombayn işə başlamış və yığılmış çəltiyin 3-cü bunkerini boşaldanda şnekin reduktoru dayanmış, kombayn yığılmış çəltiyi boşalda bilməmişdir. Müəyyən olunmuşdur ki, kombaynın dən boşaldan şnekin reduktoru, döymə barabanının 2 ədəd lezvası sıradan çıxmış, barabanın 2115 mm qayışı, diferi saxlayan dəmir yastıqlar, çəltik qəbuledici zəncirin plankaları, xeber şnekinin 6 ədəd barmağı qırılmış, kombaynın qabaq sol aparıcı zəncirinin yönəldicisinin stupitsası dağılmış və xederin bıçaq başlığı sınmışdır. Bu barədə müvafiq akt tərtib edilmişdir.

22. Eynilə 90 N 986 dövlət nömrə nişanlı kombayn da işə başladığı ilk gündən tarlada sınaraq, 2 ədəd stupitsası, 2 ədəd paduşkası, 2 ədəd flyans bartovoyu, 2 ədəd tırtıl bölməsinin detalı, 2 ədəd dəmir yastıq sıradan çıxmışdır. Həmçinin, müəyyən olunmu şdur ki, digər kombayn kimi bu kombaynın boltları da özününkü olmamışdır. Amma mütəxəssislərin köməyi ilə onların hesabına həmin boltlar alınaraq kombaynın üstünə yığılmış və kombayn hissələrə bölünməkdən xilas edilmişdir.

23. Beləliklə, 90 E 117 nömrəli kombaynın təmiri üçün 17.010 manat dəyərində, 90 N 986 nömrəli kombaynın təmiri üçün 14.850 manat dəyərində ehtiyat hissələri alınaraq təmir edilmişdir. Kombaynların istismarı zamanı heç bir texniki qayda pozuntusuna yol verilməmişdir. Göstərilənlərlə bağlı tərəflərindən cavabdehə şifahi və yazılı müraciətlər edilmişdir.

24. Çəltik yığımı adi halda 20 gün müddətində yığılmalı olduğu halda, kombaynların xarab olması ilə əladədar 45 gün ərzində böyük itki ilə başa çatmış və məhsuldarlıq aşağı düşərək nəzərdə tutulduğundan 300 ton az məhsul y ığılmışdır ki, bununla da iddiaçıya 120.000 manat ziyan dəymişdir. Bununla əlaqədar iddiaçı ziyanla işlədiyindən, AZ 90 986 dövlət nömrə nişanlı kombayn üzrə 2017-ci ilin 4-cü rübü və 2018-ci ilin 3-cü rübü üzrə, AZ 90 E 117 dövlət nömrə nişanlı kombayn üzrə isə 2017-ci ilin 4-cü rübü və 2018-ci ilin 2-ci rübü üzrə (cəmi 44.726 manat) ödənişlərdən azad olunmalıdır.

25. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 676.0.1, 676.0.2, 677.1.1, 677.1.2, 677.1.3, 677.4, 680.1, 748-1.7, 748-1.13, 749.1, 751-ci maddələrinə istinad etmişdir.

26. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı texnikaların idarə edilməsini müvafiq ixtisasa malik mexanizatora həvalə etməmiş, tam, komplektləşdirilmiş və saz vəziyyətdə təhvil verilmiş texnikaların müvafiq ixtisaslı mexanizatora həvalə edilməsi barədə lizinq verənin icazəsini almamışdır. Bundan başqa, aralarındakı müqavilə şərtlərinə görə iddiaçı texnikaya qulluq və təmir xidmətlərini öz hesabına həyata keçirməlidir. İddiaçı tələbinə dair məhkəməyə hər hansı tutarlı sübut və sənəd təqdim etmədiyindən, iddia tələbi rədd edilməlidir.

27. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 8 aprel tarixli, e-2-2(113)-195/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “Laverda LVM 310 MCS” markalı, AZ 90 N 986 dövlət qeydiyyat nömrəli və “Laverda LVM 310 MCS” markalı, AZ 90 E 117 dövlət qeydiyyat nömrəli kombaynların təmirinə çəkilmiş xərc kimi 31.860 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, digər hissədə iddianın təmin ed ilməməsi qət edilmişdir (hakim Emin Əliyev).

28. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, kombaynların ehtiyat hissələrinin dəyişdirilməsi əsaslı təmir hesab edildiyinə görə təmir lizinq verən tərəfindən aparılır. Təmirlə bağlı xərcləri lizinq alan çəkdiyinə görə iddiaçının həmin tələbi əsaslıdır.

29. Ekspert rəyində çəltikbiçən kombaynların təmir-bərpa xərcləri, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 31.904 manat məbləğində müəyyən edilsə də və həmin vəsait iddiaçının iddia tələbində kombaynların təmirinə görə tələb etdiyi tələbdən çox olsa da, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən iddia həmin hissədə 31.860 manat məbləğində təmin edilməlidir.

30. İddiaçı kombaynların sıradan çıxması n əticəsində 120.000 manat məbləğində zərər dəyməsini qeyd etməklə həmin vəsaiti tələb etsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir.

31. Bununla yanaşı, iddiaçı 44.726 manat məbləğində lizinq ödənişlərindən azad olunmasını tələb etsə də, sözügedən texnikalar güzəştli şərtlərlə verildiyinə görə həmin tələb əsassızdır.

32. Məhkəmə bu qənaətini MM-in 385.1, 386.1, 442, 443.1, 747.1, 748-1.7, 748-2.1, 748-2.2, 749.1, 751-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

33. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmisdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissələrində ləğv edilərək, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh isə iddia tələbinin rədd olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 sentyabr tarixli, 2-2(103)-730/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia “Laverda LVM 310 MCS” markalı, AZ 90 N 986 dövlət qeydiyyat nömrəli kombaynın təmirinə çəkilmiş xərc kimi 14.904 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılm ışdır (sədrlik edən Vüsalə Baxışova, hakimlər Azər Hüseynov və Vidadi Məmmədov).

35. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə lizinqə verilmiş “Laverda LVM 310 MCS” markalı, AZ 90 N 986 dövlət qeydiyyat nömrəli kombaynda əsaslı təmiri zəruri edən qüsurların yarandığına dair akt yalnız iddiaçının öz əməkdaşları tərəfindən təsdiq edildiyindən və iddiaçının cavabdehə ünvanladığı 2018-ci il 30 avqust tarixli məktubda yalnız 90 B 117 dövlət nömrə nişanlı kombayndakı nasazlığın aradan qaldırılması xahiş olunduğundan, AZ 90 N 986 dövlət qeydiyyat nömrəli kombaynda olan qüsurlar və təmirinə 14.904 manat məbləğində xərc çəkilməsi hissəsində iddia sübut olunmamışdır.

36. İddi açının apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, həmin tələblərlə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən, iddianın rədd edildiyi hissədə qətnamə qanuni və əsaslıdır.

37. Bundan başqa, iddiaçının 2016 və 2017-ci illərdə yığdığı məhsulun həcmi barədə iş materiallarına əlavə edilmiş arayışlar əldən çıxmış fayda tələbi ilə bağlı hissədə iddianın təmin edilməsi üçün kifayət deyil. İddiaçı tərəfindən məhkəməyə çəltik yığımına ilin hansı ayından başlandığı, 2018-ci ildə yığılmış çəltiyin həcmi və əvvəlki illərdə çəltik yığımından əldə etdiyi gəlirlərlə bağlı sübutlar təqdim edilmədiyindən, əldən çıxmış fayda hissəsində iddia düzgün olaraq məhkəmə tərəfindən rədd edilmi şdir.

38. İddiaçının 44.726 manat məbləğində lizinq ödənişlərindən azad olunması ilə bağlı tələbinin qanuni əsası yoxdur. Belə ki, qanunda və ya tərəflər arasında bağlanmış müqavilədə lizinq obyektində yaranmış qüsurlarla bağlı lizinq alanın lizinq ödənişlərindən azad olunmasına dair müddəa nəzərdə tutulmamışdır.

39. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə bildirmişdir ki, cavabdeh lizinqə verilmiş kombaynın müvafiq sürücülük vəsiqəsi olmayan mexanizator tərəfindən idarə olunduğu və qüsurların məhz texnikanın düzgün idarə edilməməsi nəticəsində yaranması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, o cümlədən iddiaçının müraciətinə 2018-ci il 17 sentyabr tarixli cavab məktubunda bu hala istinad etməmişdir.

40. Eyni zamanda, hazırkı iş üzrə iddianın MPM-in 259.0.4-cü maddəsində nəzərdə tutulmuş əsasla baxılmamış saxlanılması üçün əsas yoxdur. İşə apelyasiya qaydasında baxılarkən məhkəməyə təqdim edilmiş Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 aprel tarixli 2-2(106)- 19/2021 saylı qətnaməsindən görünür ki, həmin iş üzrə baxılmış və hüquqi qiymət verilmiş iddia tələbi hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı lizinq müqavilələri üzrə borcun və cərimənin tutulması barədə olmuşdur.

41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 443.4, 748-1.7, 74810.1, 748-10.2, 749.1-ci, MPM-in 77.1 və 259.0.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

42. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 20 sentyabr tarixdə tərəflərin elektron kabinetində yerləşdirilmişdir.

43. Qətnamədən cavabdeh tərəfindən 2021 -ci il 22 noyabr tarixdə kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

44. Qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti prosessual müddətin ötürülməsi səbəbindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 dekabr tarixli 2-2(103)-730/2021 saylı qərardadı ilə geri qaytarılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

45. MM-in 748-1.7-ci maddəsinin pozuntusu – məhkəmələr tərəflər arasında bağlanmış müqavilələrdə təmirlə bağlı ayrıca qayda nəzərdə tutulmasına əhəmiyyət verməmişlər. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 2.2.5-ci bəndində qeyd olunur ki, lizinq alan texnikaya texniki qulluq v ə təmir xidmətlərini öz hesabına həyata keçirir.

46. Tam, komplektləşdirilmiş və saz vəziyyətdə iddiaçıya təhvil verilmiş texnikalar lizinq verənin icazəsi alınmaqla müvafiq ixtisasa malik mexanizatora həvalə edilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 2.2.3-cü bəndinə əsasən lizinq alan “lizinq verənin icazəsi əsasında müvafiq sürücülük vəsiqəsi olan mexanizatorla müqavilə bağlamaqla texnikanın idarə olunmasını ona həvalə edir”. Müvafiq sürücülük vəsiqəsi olan mexanizatorla müqavilə bağlanması barədə cavabdehə heç bir müraciət olunmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən təhvil verilən kombaynlar istismara başladığı ilk gündən qüsurlu və istismara yararsız olmuşd ur. Həmin kombaynlar iddiaçı tərəfindən əsaslı təmir edilmişdir. İş üzrə keçirilmiş texniki ekspertiza rəyi ilə də müəyyən olunmuşdur ki, kombaynlar üzərində aparılan təmir işləri əsaslı təmir işləridir. Qanunvericiliyin tələbinə əsasən isə iddiaçının çəkdiyi əsaslı təmir xərcləri cavabdeh tərəfindən tam ödənilməlidir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

48. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

49. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilsə də, onun narazılığı iddi a tələbinin təmin edilən hissəsi ilə bağlı olduğu üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nə zərdə tutulmuşdur: “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.7. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır....” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir....” “Maddə

749. Lizinq verənin məsuliyyəti 749.1. Kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır....”

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin tə qdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

53. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 sentyabr tarixli, 2-2(103)-730/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

54. Cavabdehin kassasiya şikayətinin dəlilləri həm də onun apellyasiya şikayətinin dəlillərini təşkil etmiş, apellyasiya instansiyası məhkəməsi MM-in 748-1.7-ci maddəsinə istinadən əsaslı təmir xərclərinin lizinq verəndən tutulmasına dair birinci instansiya məhkəməsinin mövqeyini qüvvədə saxlamış, eyni zamanda hesab etmişdir ki, cavabdeh lizinqə verilmiş kombaynın müvafiq sürücülük vəsiqəsi olmayan mexanizator tərəfindən idarə olunduğu və qüsurların məhz texnikanın düzgün idarə edilməməsi nəticəsində yaranması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, o cümlədən iddiaçının müraciətinə 2018-ci il 17 sentyabr tarixli cavab məktubunda bu hala istinad etməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin eyniməzmunlu dəlillər üzrə verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır və ekspert rəyinə əsasən aparılmış təmir işlərinin məhz əsaslı təmir işləri olduğunu nəzərə alaraq hesab edir ki, məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur.

55. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2.2.3-cü bəndi ilə lizinq al anın yalnız lizinq obyektinə texniki qulluq göstərilməsilə bağlı öhdəliyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 23 sentyabr tarixli Q-19 nömrəli nömrəli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın 2.6-cı bəndinin müqavilə bağlandığı vaxt qüvvədə olan redaksiyasına əsasən əsas fondların hər bir kateqoriyasının saxlanılması, istismarı və vaxtından əvvəl köhnəlməsinin qarşısının alınması üçün (o cümlədən ayrı-ayrı hissələrinin dəyişdirilməsi, bərpası, rənglənməsi, yağlanması, sazlanması) hesabat ili ərzində onlara texniki baxışın keçirilməsi və texniki xidmətin göstərilməsi ilə bağlı olan məsrəflərin cari təmir məsrəfləri hesab olunması nəzərə alındıqda, cavabdehin kassasiya şikayətin in müqavilənin müvafiq bəndinə istinad etməklə əsaslı təmir xərcinin lizinq alandan tutulmasına dair dəlilləri əsaslı hesab edilə bilməz.

56. Qeyd edilənlərə əsasən işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 sentyabr tarixli, 2-2(103)-730/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

58. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 sentyabr tarixli, 2-2(103)-730/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar