Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-169/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçının nümayəndəsi x3, Cavabdehin vəkili (nümayəndəsi) Sübhanlı Bəhruz Bayram oğlunun iştirakları ilə, İddiaçı x1-nin cavabdeh x2-yə qarşı “əsassız varlanmaya görə pul tələbi”nə dair ilk, x2-nin x1-yə qarşı “müqavilə üzrə yaranan borcun və zərərin tutulması” barədə qarşılıqlı iddia tələbi barədə iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 28 noyabr tarixli 2-2(103)-573/2018 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Tərəflər arasında 2015-ci il 2 mart tarixdə xidmət müqaviləsi imzalanmışdır. İlk iddia üzrə iddiaçı 2017-ci il 22 may tarixdə cavabdehə pretenziya qaydasında müraciət edərək 382.836,84 manat məbləğində pulun ödənilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İlk iddia üzrə iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən əsassız varlanmaya görə 382.836,84 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçının əsaslandırması: İlk iddia ü zrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 2015-ci il 2 mart tarixdə xidmət müqaviləsi imzalanmışdır. Müqavilə imzalanmamışdan öncə x2 tərəfindən nəqliyyat vasitələrinin icarəsi və insanların daşınması sahəsində ən sərfəli, rəqabətcil qiymət təklifləri ilk iddia üzrə iddiaçıya təqdim edilmiş, təqdim edilən digər şirkətlərin də təklifləri qiymətləndirildikdən sonra, ilk iddia üzrə iddiaçı tərəfindən məhz qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü şərtlər maliyyə baxımından daha sərfəli hesab edilmiş, məhz buna görə də, onlar arasında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, qarşılıqlı iddia üzrə iddiaçı müqavilənin şərtlərinə uyğun 1 nömrəli Əlavədə qeyd olunan qiymətlər və vaxt çərçivəsində iddiaçıya xidmətlər göstərməyi öhdəsinə götürmüş, qey d olunan qiymətlərə avtomaşınların sığortası, təmiri, sürücüsü və yanacağın qiyməti daxildir. İlk iddia üzrə iddiaçı şirkətdə auditor yoxlaması həyata keçirilmiş və 2017-ci il 19 may tarixli hesabat və rəy tərtib edilmişdir. Müəyyən edilmişdir ki, müqavilə üzrə təhvil-təslim aktlarına əsasən ilk iddia üzrə iddiaçı tərəfindən xidmət haqqına görə ƏDV ilə birlikdə qarşılıqlı iddia üzrə iddiaçıya 482.664,84 manat pul ödənilmişdir. Qeyd edilən müqavilənin və onun 1 saylı Əlavəsinin tələblərinə əsasən xidmət haqqına görə ƏDV ilə birlikdə 99.828 manat pul ödənilməli olduğu halda, cavabdehə 482.664,84 manat pul ödənilməsi ilə sonuncu 382.836,84 manat məbləğdə əsassız olaraq varlanmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia tələbinin rədd o lunmasını, ilk iddia üzrə iddiaçıdan 57.140 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək ilk iddia üzrə iddiaçıdan personalının (işçilərinin) daşınması üzrə 49.475 manat borcun və qonaqların daşınması üzrə 8.165 manat borcun, cəmi 57640 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının əsaslandırması: Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci maddəsinə əsasən göstərilmiş xidmətlərə görə ödəniş hesab-faktura təqdim edildikdən sonra 15 gün ərzində aparılmalıdır. Lakin may, iyun və iyul ayları ərzində göstərilən xidmətlərə görə hesab-fakturalar təqdim edilsə də, öd ənişin durdurulması ilə bağlı heç bir yazılı əsas göstərilmədən bu günədək müvafiq ödənişlər aparılmamışdır. Bununla əlaqədar olaraq, həmin aylar ərzində ilk iddia üzrə iddiaçı göstərilən xidmətlərə görə ödənilməsi gecikdirilən ƏDV-siz 57.140 manat məbləğində borcun ödənilməsi barədə ilk iddia üzrə iddiaçıya dəfələrlə bildirilsə də, o cümlədən pretenziya təqdim edilsə də, bu günə qədər müvafiq borcun x2-yə ödənilməsi təmin edilməmişdir. Beləliklə də, x2 2016-cı il ərzində, o cümlədən 2016-cı ilin may, iyun və iyul ayında üzərinə düşən öhdəliklərini tam həcmdə yerinə yetirmiş olsa da, ilk iddia üzrə iddiaçı həmin aylar üçün üzərinə düşən öhdəliklərinə hər hansı səbəb göstərmədən əməl etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018 -ci il 14 fevral tarixli 2-2(82)-44/2018 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xidmət müqaviləsinə 1 saylı əlavə tərəflərin imza və möhürü ilə təsdiq edilməmiş və tərəflər üçün hər hansı hüquqi nəticə yaratmamışdır. Bundan əlavə, müqaviləyə nəzər yetirdikdə görünür ki, 4-cü bənddə də 2 nömrəli əlavəyə istinad olunur, lakin tərəflər arasında belə bir əlavə də imzalanıb təsdiq edilməmişdir. İlk iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv olunmasını, ilk iddia tələbinin həmin hissədə təminolunmasını və qətnamənin qalan hissədə dəyişdirmədən saxlanılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – qarşılıqlı iddia tələbinin rədd edilən hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 28 noyabr tarixli 2-2(103)-573/2018 nömrəli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi qismən - ilk iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, ilk iddia tələbi qismən təmin olunmuş, ilk iddia üzrə cavabdehdən 147.988 manat məbləğində pulun tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2015-ci il 2 mart tarixli xidmət müqaviləsinə 1 saylı Əlavə tərəflə rin imza və möhürü ilə təsdiq edilməmiş olsa da cavabdeh tərəf həmin əlavəyə uyğun xidmət göstərmiş, iddiaçı da həmin xidməti qəbul etmişdir. Həmin əlavə ilə nəzərdə tutulmuş oturacaqlarının sayı 45 ədəd olan Mercedes403 markalı avtomobil istifadə edilməmiş, yalnız oturacaqlarının sayı 24-28 ədəd olan Hyundai County markalı avtomobil, oturacaqlarının sayı 8-10 ədəd olan Hyundai H-1 markalı avtomobil və oturacaqlarının sayı 15-20 ədəd olan Mercedes Sprinter markalı avtomobillə xidmət göstərilmişdir. Nə qədər ki, tərəflər rəsmi olaraq imzalayıb təsdiq etməsələr də Əlavə ilə nəzərdə tutulmuş qeyd edilən Hyundai County, Hyundai H-1 və Mercedes Sprinter markalı avtomobillərlə xidmət göstərilmiş və qeyd edilən əlavədən sonra göstərilən xidmətlər tərəflərin təhvil-təslim aktları və hesab-faktural arla təsdiq olunur, deməli tərəflər həmin əlavə barədə razılığa gəlmişlər və tərəflər üçün hüquqi qüvvəyə malik olmuşdur. Qarşılıqlı iddia tələbinə gəlincə məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, ilk iddia üzrə iddiaçıya xidmət göstərməsini təsdiq edən təhvil-təslim aktlarını məhkəməyə təqdim edə bilməmişdir. İlk iddia üzrə iddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin qismən – ilk iddia tələbinin rədd olunan hissəsində ləğv olunmasını, ilk iddia tələbinin həmin hissədə təmin edilməsini və qətnamənin qalan hissələrdə dəyişdirmədən saxlanılmasını tələb edir. Qarşılıqlı iddia üzrə cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin qismən – ilk iddia tələbinin təmi n olunan və qarşılıqlı iddia tələbinin rədd edilən hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: İlk iddia üzrə iddiaçının kassasiya şikayətinin dəlillərinə görə, müqaviləyə edilmiş 01 və 02 saylı Əlavələrə əsasən, ödənişlər 2015-ci il 1 oktyabr tarixdən 32.000 AZN, 2016-cı il 1 fevral tarixdən isə 30.000 AZN həyata keçirilməlidir. Bu Əlavələr x1-də audit yoxlamaları aparılan zaman müəssisədə Maliyyə Direktoru vəzifəsində çalışmış x4 tərəfindən şirkətə təqdim edilmişdir. Həmin anadək bu Əlavələrdən ilk iddia üzrə iddiaçı tam məlumatsız olmuşdur. Əlavələrin heç bir hüquqi qüvvəsi yoxdur. Çünki, Xidmət Müqavilənin 4.4-cü bəndində açıq-aşkar yazılmışdır ki, Xidmət göstərən şəxs Əlavə 1-də qeyd olunan qiymət və ya vaxt cə dvəlində hər hansı dəyişiklik barəsində Şirkətə 90 təqvim günü qabaqcadan yazılı bildiriş göndərilməlidir. Hər hansı dəyişiklik yalnız müqavilə vasitəsi ilə qüvvəyə minəcəkdir. Yəni, nə 2015-ci il 1 oktyabr tarixli 1 saylı Əlavə, nə də ki 2016-cı il 1 fevral tarixli 2 saylı Əlavədə qeyd edilmiş qiymət dəyişikliyi barəsində qarşılıqlı iddia üzrə iddiaçı Müqavilənin 4.4-cü bəndində nəzərdə tutulmuş qaydada 90 gün qabaqcadan yazılı bildiriş göndərməmişdir. Müqaviləyə edilmiş 01 və 02 saylı Əlavələrdə ilk iddia üzrə iddiaçının adından müqaviləni Baş Menecer Clive Smith-in imzaladığı qeyd edilsə də, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Müqaviləyə Əlavələri Maliyyə direktoru x4 imzalamışdır. Ona ödəniş sənədlərini imzalamaq səlahiyyətinin verilməsi heç də x4 səlahiyyətlərindən kənara çı xaraq Müqavilədə nəzərdə tutulmayan şəkildə x2-yə ödənişə icazə verməsi kimi qiymətləndirilməməlidir. Həmin Əlavələr iddiaçı üçün əhəmiyyətsiz əqdlərdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra mətndə - MM) 337.3-cü maddəsinin tələbinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. MM-in 340.1-ci maddəsində də deyilir ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhz buna görə də qeyd edilən Əlavələr uydurma əqdlər olduğundan, onların məhkəmə qaydasında etibarsızlığını tələb etmək zərurəti ümumiyyətlə yoxdur və iddiaçı tərəfindən belə bir iddianın qaldırılmasından asılı olmayaraq, bu Əlavələr özlüyün də etibarsız əqdlərdir. Qarşılıqlı iddia üzrə iddiaçının kassasiya şikayətinin dəlillərinə görə, tərəflər arasında olan müqavilə qüvvədə olduğu müddət ərzində xidmət göstərilmiş, lakin göstərilmiş xidmətin haqqı ödənilməmişdir, buna görə də qarşılıqlı iddia tələbi təmin edilməlidir. İlk iddia üzrə iddiaçının əsassız varlanması halı baş vermədiyindən ilk iddia tələbi təmin edilə bilməz. Belə ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söy kənir (MM-in 1091-ci maddəsi). MM-in 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Hazırkı halda, tərəflər arasında müqavilə hüquq münasibətləri olmuş və cavabdehin göstərilmiş xidmətlərə görə aldığı haqq müqavilə əsasına söykənmişdir. Apellyasiya instansiyası məhkəməsinin x2-dən 147.988 manat tutulmasına dair tələbi təmin edərkən bunu qətnamədə əsaslandırılmamış, sadə bir hesablama aparmaqla qeyd olunan məbləği müəyyən etmişdir ki, məhkəmənin belə bir nəticəyə gəlməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM) 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə işə baxarkən MPM-in 77.1 və 88-ci maddələrinin tələblərini pozmuş, sübutların obyektiv qiymətləndirilməsini təmin etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İlk iddia üzrə iddiaçının vəkili Həsənov Vasif Rəsul oğlu və nümayəndəsi 2019-cu il 15 may tarixli məhkəmə iclasında kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, ilk iddia ü zrə cavabdehin kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Qarşılıqlı iddia üzrə iddiaçının vəkili (nümayəndəsi) 2019-cu il 15 may tarixli məhkəmə iclasında kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, qarşılıqlı iddia üzrə cavabdehin kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, qətnamə qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. MPM-in 365-ci maddəsinə əsasən, apellyasiya icraatına XLİ fəslin və həmin Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tər əf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinin müddəalarına əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Həmin normaların tələbləri ilk iddia tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi ilk iddianın təmin edilən hissəsi ilə bağlı gəldiyi nət icənin əsası kimi qeyd edir ki, “nə qədər ki, tərəflər rəsmi olaraq imzalayıb təsdiq etməsələr də Əlavə ilə nəzərdə tutulmuş qeyd edilən Hyundai County, Hyundai H-1 və Mercedes Sprinter markalı avtomobillərlə xidmət göstərilmiş və qeyd edilən əlavədən sonra göstərilən xidmətlər tərəflərin təhvil-təslim aktları və hesab-fakturalarla təsdiq olunur, deməli tərəflər həmin əlavə barədə razılığa gəlmişlər və tərəflər üçün hüquqi qüvvəyə malik olmuşdur. Yuxarıda qeyd edildiyi kimi adı çəkilən 1 saylı Əlavə ilə nəzərdə tutulmuş nəqliyyat vasitələrindən istifadəyə görə iddiaçı tərəf 2015-ci il mart ayı üçün 5801,00 manat, aprel ayı üçün 25,237,00, may–sentyabr ayları (5 ay daxil olmaqla) hər aya 32000,00 manat ödəmişdir. Halbuki, əlavəyə əsasən iddiaçıdan istifadə olunmuş 3 avtomobil üçün 6150 mana t (2050+1500+2600 man) aylıq ödəniş edilməsi tələb olunmalı idi. Yəni, cavabdehin xidmətə görə aylıq 32000 ödənilməsini tələb edən hüquqi əsası olmamışdır.”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh bəyan edir ki, müqavilədən əlavə ödənişlər olub və həmin ödənişlər əlavə xidmətlərə - iddiaçının digər qonaqlarının, habelə personalın daşınmasına görə olmuşdur (İİİ cild, iş v. 120, 124). Cavabdehin həmin dəlillərinə digər sübutlarla birgə qiymət verilməklə tərəflər arasında, müqavilədə bilavasitə nəzərdə tutulmayan (müqavilə ilə bilavasitə tənzimlənməyən), lakin həmin müqavilənin ümumi məzmunundan, habelə tərəflər arasındakı işgüzar münasibətlərdən irəli gələn hüquq və öhdəliklər yaradan (yaxud yarada bilən) hallara mü nasibət bildirilməlidir. İddiaçı müqaviləyə əlavənin işdə olan məzmunda mövcudluğuna, göstərilən xidmətin də, əslində həmin məzmunda olduğuna əsaslanaraq hazırkı məzmunda tələb irəli sürürsə, öz növbəsində apellyasiya instansiyası məhkəməsi Hyundai County, Hyundai H-1 və Mercedes Sprinter markalı avtomobillərlə xidmət göstərildiyini və qeyd edilən əlavədən sonra göstərilən xidmətlərin tərəflərin təhvil-təslim aktları və hesab-fakturalarla təsdiq olunduğunu qəbul edirsə, məhkəmə təhvil-təslim aktlarında göstərilən xidmətlərin həcminin həmin əlavədə göstərilən şərtlərin məzmunu ilə tam əhatə olunduğunu, yaxud tərəflərin təsdiq etdikləri təhvil-təslim aktlarında göstərilən və əlavənin məzmunundan kənara çıxan xidmətlərin, bunun üçün hüquqi əsasın olmadığı halda, iddiaçı tərəfindən qəbul edilm əsinin, lakin əvəzinin ödənilməli olmadığının səbəblərini göstərməli, həmin hallar üzrə gəldiyi nəticəni əsaslandırmalı idi. Apellyasiya instansiyası məhkəməsi ilk iddianın rədd edilən hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin dövrlər üçün göstərilmiş xidmətlərlə bağlı ödənişlər müqaviləyə 2015-ci il 1 oktyabr tarixdən qüvvədə olan 1 saylı və 2016-cı il 1 fevral tarixdən qüvvədə olan 2 saylı əlavələrdə göstərilmiş şərtlərə uyğun olaraq həyata keçirilmiş, hər iki tərəfin səlahiyyətli şəxsləri tərəfindən təhvil-təslim aktları imza və möhürlə təsdiq edilmiş, təsdiq edilmiş aktlara uyğun olaraq xidmət göstərən şirkət tərəfindən hesab fakturalar tərtib edilmiş və hesab fakturadakı məbləğlər tam olaraq iddiaçı tərəfindən etirazsız ödənilmişdir. Təhvil təslim aktlarını imza edən şəxslərin səl ahiyyət məsələsinə gəlincə isə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müqavilədə təhvil-təslim aktlarını imza etmək səlahiyyəti konkret şəxslərə həvalə edilməmiş, ümumi olaraq hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, müxtəlif dövrlərdə təhvil-təslim aktları MMC-də kadrlar üzrə direktor, maliyyə direktoru və otaqlar bölməsi direktoru tərəfindən imzalanmış, ödənişlər isə bilavasitə buna səlahiyyətli olan və Cəmiyyətin rəhbəri tərəfindən elektron imza səlahiyyəti verilmiş maliyyə direktoru x5 tərəfindən həyata keçirilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı qeyd edir ki, ilk iddiaçı apellyasiya şikayətində məhkəmənin istinad etdi yi təhvil-təslim aktlarını və ya hesab-fakturalarını deyil, həmin sənədlərə istinadla ödənilmiş məbləğləri mübahisələndirir və hazırkı məzmunda tələb irəli sürərək əsassız ödənilmiş məbləğin qaytarılmalı olduğunu iddia edir. İddiaçının dəlili ondan ibarət olmuşdur ki, əsas müqaviləyə Əlavələrin heç bir hüquqi qüvvəsi yoxdur. Çünki Xidmət Müqaviləsinin 4.4-cü bəndində açıq-aşkar yazılmışdır ki, Xidmət göstərən şəxs Əlavə 1-də qeyd olunan qiymət və ya vaxt cədvəlində hər hansı dəyişiklik barəsində Şirkətə 90 təqvim günü qabaqcadan yazılı bildiriş göndərilməlidir. Hər hansı dəyişiklik yalnız müqavilə vasitəsi ilə qüvvəyə minəcəkdir. Yəni, nə 2015-ci il 1 oktyabr tarixli 1 saylı Əlavə, nə də ki 2016-cı il 1 fevral tarixli 2 saylı Əlavədə qeyd edilmiş qiymət dəyişikliyi barəsində ilk iddia üzrə cavabdeh Müqavilənin 4.4-cü bəndində nəzərdə tutulmuş qaydada 90 gün qabaqcadan yazılı bildiriş göndərməmişdir. Müqaviləyə Əlavədə tərəfin təmsilçisi kimi Clive Smith göstərildiyi halda, Əlavə onun tərəfindən deyil, x4 tərəfindən imzalanmışdır. Ödəniş sənədlərini imzalamaq səlahiyyətinin verilməsi heç də x4 səlahiyyətiərindən kənara çıxaraq Müqavilədə nəzərdə tutulmayan şəkildə x2-yə ödənişə icazə verməsi kimi qiymətləndirilməməlidir. MM-in 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. MM-in 360-cı maddəsinin (Səlahiyyət verilməyən şəxsin əqd bağlaması) müddəalarına əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağla yan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin (360.1). Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir (360.2). Apellyasiya instansiyası məhkəməsi ilk iddiaçının şikayətinin yuxarıda qeyd edilən dəlillərinə həmin münasibətləri tənzimləyən normaların tələbləri nəzərə alınmaqla qiymət verməmişdir. Məhkəmə nəzərə almalı idi ki, əsas müqaviləyə Əlavədə tərəfin təmsilçisi kimi Clive Smith göstərildiyi halda, Əlavə onda göstərilən şəxs tərəfindən deyil, digər şəxs tərəfindən imzalanmışsa həmin şəxsin buna səlahiyyətli olub-olmadığının müəyyən edilməsi əqdin bağlanmış hesab edilib-edilməməsi (tərəflər arasında öhdəlik-hüquq münasibətlərinin yaranıb-yaranmadığı) nəticəsinə gəlmək üçün əhəmiyyət kəsb edir. Apellyasiya instansiyası məhkəməsinin x4ə elkektron imza səlahiyyətinin verildyinə, x1 ilə x4 arasında bağlanmış 2015-ci il 03 fevral tarixli əmək müqaviləsində maliyyə direktorunun əsas öhdəliklərinə, habelə onun imzasının möhürlə təsdiqinə istinadı da vəziyyəti özü-özlüyündə ilk iddiaçının zərərinə dəyişmir. Belə ki, həmin əmək müqaviləsinin şərtlərində maliyyə direktorunun öhdəliklərinə maliyyə və əlaqəli əməliyyatların aparılması ilə bağlı izlənmə (nəzarət), məsləhə t, xərcləri təsdiqetmə və s. nəzərdə tutulsa da, işəgötürəni (hüquqi şəxsi) üçüncü şəxslər qarşısında təmsil etmək, onun adından müqavilələr bağlamaq səlahiyyəti nəzərdə tutulduğuna dair göstəriş yoxdur. Eyni ilə, x4 əsas müqaviləyə Əlavədə tərəfin təmsilçisi kimi x6 adından imza etməyə lazımınca vəkil edildiyinə dair məlumat işdə yoxdur. Belə olan halda, məhkəmə MM-in 360.1-ci maddəsində nəzərdə tutulmuş təmsilçini (o, hətta əmək müqaviləsində nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etmək /məsələn, maliyyə sənədlərinin və s. təsdiqi/ üçün hüquqi şəxsin möhüründən istifadə etmək imkanına malik olduqda belə) özü-özlüyündə əsas müqaviləni tamamlayan (yaxud onu dəyişdirən) razılaşmanın tərəfi kimi tanıya bilməz. Qeyd edilən halda əsas müqavilə tərəfinin iradəsi əlavə razılaşmada ifadə o lunmamışdır. Həm də nəzərə alınmalıdır ki, müqaviləyə əlavə razılaşma öz təbiətinə görə əsas müqavilənin ayrılmaz tərkib hissəsidir və ondan ayrıca mövcud ola və icra oluna bilməz. Qarşılıqlı iddia tələbinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, 2016-cı il 1 may tarixdən 2016-cı il 5 iyul tarixədək olan müddətdə cavabdehə xidmət göstərdiyini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətlərini təkzib etmir, yalnız onlara qarşı etirazı ifadə edir və bu, kassasiya şikayətinin təmin edilməsinə səbəb ola bilməz. Nəticə hissəsi: Yuxarıda göstərilənlər ə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 28 noyabr tarixli 2-2(103)-573/2018 nömrəli qətnaməsi ilk iddia tələbinə münasibətdə ləğv edilir. İş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Qətnamə qarşılıqlı iddia tələbinə münasibətdə dəyişdirilmədən saxlanılır. Şikayətlər qalan hissədə təmin olunmur. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-169/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-169/2019
22.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver