Məhkəmə qərarları › İş №2-2(102)-169/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-169/2022

11.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-169/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Nağıyev İman Məmməd oğlu (sədrlik edən-məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 noyabr tarixli, 2-2(103)-1149/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassa siya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" İKB ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 2015-ci il 26 avqust tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana illik 14 % olmaqla 60 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.

2. Kredit müqaviləsinin təminatı kimi "xxxx" İKB ASC ilə Cavabdeh1, Cavabdeh2 və X3 arasında bağlanmış 2015-ci il 26 avqust tarixli ipoteka müqaviləsinə əsasən X1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binası və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binası, Cavabd eh2 və Cavabdeh1 mülkiyyətlərindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 nömrəli evin 4 nömrəli mənzili, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 nömrəli evin 4, 5 və 9 nömrəli mənzilləri, habelə mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 nömrəli evin 1, 8 və 13 nömrəli mənzilləri bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 21 iyun tarixli, 2(011)-101/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh2, Cavabdeh1 və X2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilk iddiası qismən təmin edilmiş, Cavabdeh3 MMCdən kredit müqaviləsi üzrə 5 6.754,88 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində faiz borcunun "xxxx" İKB ASC-nin xeyrinə tutulması, tutmanın "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş X1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 934.740 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh3 MMC-nin banka olan borcunun ödənilməsi, artıq qalan məbləğin X2 geri qaytarılması, iddiaçı Cavabdeh3 MMC-nin qarşılıqlı iddiasının qismən təmin edilməsi, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 26 avqust 2015-ci il tarixli 23-BİZ-2-0-437-15 nöm rəli kredit müqaviləsinin 1.8-ci bəndinə uyğun olaraq müqavilənin bağlanma tarixinin 2020-ci il 31 avqust kimi müəyyən edilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 28 noyabr tarixli, 2(103)-12378/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 21 iyun tarixli, 2(011)-101/2019 saylı qətnaməsi iddiaçı "xxxx" İKB ASC-nin iddiasına münasibətdə, habelə iddiaçı Cavabdeh3 MMC-nin qarşılıqlı iddiasının qismən təmin edilmiş hissəsində ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı "xxxx" İKB ASC-nin iddiası qismən təmin edilmiş, "xxxx" İKB ASC və Cavabdeh3 MMC arasında bağlanmış 2015-ci il 26 avqust tarixli, 25-BİZ-2-0-437-15 №-li Kredit müqaviləsinin ləğv edilməsi, "xxxx" İKB ASC və Cavabdeh3 MMC arasında bağlanmış 2015-ci il 26 avqust tarixli, 25-BİZ-2-0-437-15 №-li Kredit müqaviləsinə əsasən 2017-ci il 5 may tarixə ödənilməmiş 701.640 ABŞ dolları məbləğində əsas, 56.754,88 ABŞ dolları məbləğində faiz borcu, cəmi 758.394,88 ABŞ dolları (yeddi yüz əlli səkkiz min üç yüz doxsan dörd ABŞ dolları səksən səkkiz sent) (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) borcun Cavabdeh3 MMC-dən tutularaq "xxxx" İKB ASC-yə ödənilməsi, tutmanın X3 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasına və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsin də yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyriyaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 1.512.630 (bir milyon beş yüz on iki min altı yüz otuz) manat, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 934.740 (doqquz yüz otuz dörd min yeddi yüz qırx) manat məbləğində müəyyən edilməsi, iddiaçı "xxxx" İKB ASC-nin iddiasının qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh3 MMC-nin qarşılıqlı iddiasının iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 2015-ci il 26 avqust tarixli 23-BİZ-2-0-437-15 nömrəli kredit müqaviləsinin 1.8-ci bəndinə uyğun olaraq müqavilənin bağlanma tarixinin 2020-ci il 31 avqust olduğunun müəyyən edilməsi hissəsində təmin edilməməsi qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3067/2020 saylı 2020-ci il 3 sentyabr tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 28 noyabr tarixli, 2(103)-12378/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. 6. 2021-ci il 9 aprel tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqavilələrinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 28 noyabr tarixli 2(103)-12378/2019 saylı qətnaməsi əsa sında verilmiş icra vərəqəsi ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binası və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binası hərraclara çıxarılmış və müvafiq olaraq 964.301,62 manat və 595.896,75 manat dəyərində İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən əldə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə iddiaçı) cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 (bundan sonra mətndə cavabdeh MMC və ya birlikdə cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək, cavabdehlərdən müştərək qaydada 1.149.072 (bir milyon bir yüz qırx doqquz min yetmiş iki) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə və cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri olması bağlı xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC-nin cavabdehlərə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan zaman ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qərardad qəbul edildikdən sonra ipoteka predmetlərinin – Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 4 otaqlı, 135.5 kv.m ümumi, 101.6 kv.m yaşayış, 33.9 kv.m yardımçı sahədən ibarət 32 nömrəli e vin 4 nömrəli mənzilinin, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 1 otaqlı, 57.5 kv.m ümumi, 14.8 kv.m yaşayış, 42.7 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 5 nömrəli mənzilinin, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 1 otaqlı, 57.8 kv.m ümumi, 15.6 kv.m yaşayış, 42.2 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 9 nömrəli mənzilinin, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 4 otaqlı, 67.1 kv.m ümumi, 46 kv.m yaşayış, 21.1 kv.m yardımçı sahədən ibarət 32 nömrəli evin 1 nömrəli mənzilinin, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 1 otaqlı, 16 kv.m ümumi, 12 kv.m yaşayış, 4 kv.m yardımçı sahədən ibarət 32 nömrəli evin 8 nömrəli mənzilinin, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 2 otaqlı, 27.5 kv.m ümumi, 24.4 kv.m yaşayış, 3.1 kv.m yardımçı sahədən ibarət 32 nömrəli evin 13 nömrəli mənzilinin sökülməsi müəyyən edilmişdir.

9. Bu halla bağlı bank tərəfindən 2018-ci il 9 fevral tarixli vəkil sorğusu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müvafiq sorğu verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 2018-ci il 23 fevral tarixli məktubu ilə bildirilmişdir ki, qeyd olunan mənzillər "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və hazırda da yüklüdür.

10. Bank tərəfindən, həmçinin, 2018-ci il 28 fevral tarixli məktubla Bakı şəhər İcra Hakimiyyətinə və Nərimanov rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Nəriman ov rayon İcra Hakimiyyətinin Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 2018-ci il 5 aprel tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski və Sabit Rəhman küçələrində yerləşən yuxarıda qeyd olunan mənzillərin yerləşdiyi ünvanlarda söküntü və tikinti işləri cavabdeh MMC tərəfindən aparılmışdır.

11. Əmlakın bazar qiymətinin müəyyən edilməsi barədə rəylərə əsasən ipoteka ilə yüklü edilmiş qeyd edilən mənzillərin ümumi dəyəri 1.149.072 (bir milyon bir yüz qırx doqquz min yetmiş iki) manat təşkil edir.

12. Qeyd olunanlara əsasən sökülmüş mənzillərin dəyəri – 1.149.072 (bir milyon bir yüz qırx doqquz min yetmiş iki) manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, ipoteka predmetlərinin qanunsuz olaraq, ipoteka saxlayana heç bir məlumat verilməd ən qəsdən məhv edilməsi halı ilə bağlı cavabdehlər barəsində xüsusi qərar çıxarılmalıdır.

13. İddiaçı tələbinin maddi hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1, 25.3 və 26.1-ci maddələrinə istinad etmişdir.

14. Cavabdeh MMC tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilərək, iddia ərizəsinin əsassız olduğu bildirilmiş, iddia ərizəsi məhkəməyə prosessual və maddi hüquq normalarının kobud pozulması ilə təqdim edildiyindən, iddia ərizəsinin geri qaytarılması xahiş edilmişdir. Digər cavabdehlər tərəfindən iddia ərizəsinə etiraz təqdim edilməmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 26 iyul tarixli, e-2-2(113)-2067/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Kənan Hüseynov).

16. Birinci instansiya məhkəməsi işin yuxarıda göstəri lən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 28 noyabr tarixli 2(103)-12378/2019 saylı qətnaməsi ilə iddiaçının xeyrinə tutulmalı məbləğ cəmi 758.394,88 ABŞ dolları təşkil edir. Qeyd olunan məbləğ hazırda manata uyğun məzənnə ilə təxminən 1.289.271,3 (758.394,88x1.7) manatdır. Bank tərəfindən qəbul olunmuş ipoteka ilə yüklü edilmiş iki əmlakın umumi dəyəri isə 1.560.198,37 (bir milyon beş yüz altmış min yüz doxsan səkkiz manat, otuz yeddi qəpik) manat təşkil etmişdir.

17. Hazırda iddiaçı ipoteka ilə yüklü edilmiş digər əmlakların dəyərini cavabdehlərdən tələb edir.

18. İddiaçı tərəfindən hazırkı iddianın qaldırılmasında məqsəd cavabdehin bank qarşısında olan kredit müqaviləsindən irəli gələn öhdəliyinin icra edilməsinin təmin edilməsindən ibarətdir. Halbuki, iddiaçının cavabdehlərə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə yekun məhkəmə qətnaməsi çıxarılmış, qətnamə icraya yönəldilərək ipoteka predmetləri olan iki əmlak hərracdan 1.560.198,37 (bir milyon beş yüz altmış min yüz doxsan səkkiz manat, otuz yeddi qəpik) manata iddiaçı tərəfindən qəbul edilmişdir. İddiaçı isə məhkəmədə sökülmüş digər ipoteka ilə yüklü edilmiş əmlakların dəyərinin tələb edilməsi ilə bağlı məqsədini izah edə bilməmişdir.

19. Bundan başqa, sökülmüş ipoteka predmetlərinin yerləşdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2003-cü il 18 sentyabr tarixli sərəncamı ilə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2003-cü il 18 sentyabr tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin barəsində 2004-cü il 15 yanvar tarixli icarə müqaviləsi bağlanmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2015-ci il 14 yanvar tarixli sərəncamı ilə qeyd olunan torpaq sahəsində yaşayış binasının tikintisinə icazə verilmişdir. Qeyd edilənlərdən görünür ki, cavabdeh MMC tərəfindən söküntü işləri aparılarkən onun əməlində hər hansı cinayət tərkibinin əlaməti olmamışdır.

20. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739, 1091, 1096-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 265.4-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

21. Birinci instansiya məhkə məsinin qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, onun ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 noyabr tarixli, 2-2(103)-1149/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Raqib Qurbanov (sədrlik edən və məruzəçi), Rəşad Həsənov və Vüsalə Baxışova).

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hazırki işdə iddiaçı ipoteka saxlayan kimi ipoteka predmeti olan daşınmaz əmlakların sökülməsi nəticəsində ona zərər vurulduğuna is tinad edir. Zərərin ödənilməsi məsələlərini tənzimləyən Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırki işdə bu əsaslar müəyyən edilmir. Çünki ümumiyyətlə zərərin mövcud olması müəyyən olunmur.

24. Belə ki, 09 aprel 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqavilələrindən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(10 3)-12378/2019 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binası və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binası hərraclara çıxarılmış və müvafiq olaraq 964.301,62 manat və 595.896,75 manat dəyərində İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən əldə olunmuşdur.

25. Beləliklə müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 2(103)-12378/2019 nömrəli qətnaməsi ilə iddiaçının xeyrinə cavabdeh “X5” MMC tərəfindən tutulmalı olan məbləğ cəmi 758.394,88 ABŞ dolları təşkil edir və qeyd olunan məbləğ hazırda manata uyğun məzənnə ilə təxmini 1.289.271,3 (758.394,88 x 1.7) manat təşkil edir. Bank tərəfindən qəbul edilmiş ipoteka predmetlərinin ümumi dəyəri isə 1.560.198,37 (964301,62 + 595896,75 = 1560198,37) manat təşkil etmişdir.

26. İşə apellyasiya qaydasında baxılarkən, iddiaçının nümayəndəsi də bildirmişdir ki, həmin qətnamə əsasında cavabdehdən tutulmalı olan cəmi kredit məbləği ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin dəyərləri ilə tam ödənilmiş, habelə həmin əmlakların öz mülkiyyətinə keçirmək üçün iddiaçı bank tərəfindən əlavə məbləğ də ödənilmişdir. Göründüyü kimi ipoteka ilə yüklü edilmiş mənzillərin sökülməsi ipoteka saxlayan kimi iddiaçının heç bir hüququnu pozmur. Çünki həmin mənzillər iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 26 avqust 2015-ci il tarixdə kredit m üqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə ödənilməli olan borc isə digər ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin hesabına tam olaraq ödənilmişdir. 27. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Göründüyü kimi hal-hazırda ipoteka predmeti olan mənzillərin sökülməsi iddiaçının heç bir hüququna toxunmur və ona zərərin dəyməsinə səbəb olmur. Belə olan halda isə digər şərtlərin yoxlanılmasına heç bir zərurət yoxdur və iddia tələbləri əsasızdır.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 269.10, 1096, 1097-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 25.3.2, 48.1.2-ci mad dələrinə istinad etməklə əsaslandırmışdır.

29. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 15 noyabr tarixində iddiaçının elektron kabinetində yerləşdirilmişdir.

30. Qətnamədən iddiaçı tərəfindən 2021-ci il 28 dekabr tarixində kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

31. MM-in 21.2, 269.10, 1096, 1097-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 25.3.2 və 48.1.2-ci maddələrinin pozuntusu – cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış 23-BİZ-2-0-437-15 nömrəli kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş, ipoteka ilə yüklü edilmiş əmlaklar cavabdeh tərəfindən sökülmüşdür. Apellyas iya instansiyası məhkəməsində izahat verərkən cavabdehin nümayəndəsinin əmlakların ipoteka ilə yüklü edilən zaman söküldüyünü qeyd etməsinə baxmayaraq, məhkəmə qərəzli qətnamə qəbul etmişdir. İpoteka ilə yüklü edilmiş əmlaklarda söküntü işləri aparılan zaman iddiaçıya heç bir məlumat verilməmişdir. Bununla əlaqədar cavabdehlərin hərəkətlərində cinayət əməlləri movcud olduğundan barələrində xüsusi qərardad qəbul edilməlidir.

32. MPM-in 88.1, 217.1, 217.3, 384.0.1, 392, 393, 405-ci maddələrinin pozuntusu –işə baxmış məhkəmələr tərəfindən qətnamə qəbul edilərkən MPM-in normaları kobud şəkildə pozulmuş, təqdim edilmiş sübutlar və cavabdehin nümayəndəsinin ipoteka ilə yüklü edilmiş əmlakların yüklülük vaxtında sökülməsi barədə izahatı tədqiq edilmədən qərəzli qətnamə qəbul edilmişdir. Halbuki, söküntü işləri aparılan vaxt kredit müqaviləsi qüvvədə olmuş, daha sonra kredit müqaviləsi üzrə borc vaxtında ödənilmədiyindən, məhkəməyə müraciət edilmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

35. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam ol araq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). III. TƏTBİQ EDİLƏN HÜQUQ

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzini n ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə

269. Girov və ipoteka hüququ anlayışı... 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....” 37. “İpoteka haqqında” Azərbaycan Respublikası müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Qanununun müvafiq “M a d d ə

25. İpoteka qoyanın hüquq və vəzifələri 25.1. İpoteka qoyanın aşağıdakı hüquqları vardır:... 25.3.2. ipoteka predmetini n üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək;...” “M a d d ə

48. İpotekaya xitam verilməsi 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir:... 48.1.2. əsas öhdəliyə xitam verildikdə;...”

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əld ə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.....” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir (bax yuxarıda § 36-37). Apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. İddiaçının kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin dəlillərə tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 23-27).

41. İddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-ni n 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

42. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

43. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 noyabr tarixli 2-2(103)-1149/2021 saylı q ətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İ.M.Nağıyev Hakimlər: B.F.Qəribov B.M.Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar