Məhkəmə qərarları › İş №2-2(102)-169/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-169/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-169/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC,Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh4 qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 dekabr tarixli, 2-2(103)-408/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ İddiaçı ASC (bundan sonra-“iddi açı”) iddia ərizəsi və tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 (bundan sonra-“ MMC”, Cavabdeh2, Cavabdeh3, S.Nurəhməd) iddiaçının xeyrinə 499.991,16 manat əsas, 29.311,79 manat faiz, cəmi 529.302,95 manat borc, iddia ərizəsinə görə ödənilmiş 402 manat dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 400 manat, bildirişlərin ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsində qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 225 manat pul tutulması, tutmanın ilkin satış qiyməti müəyyən edilməklə, Cavabdeh6 məxsus, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 45 saylı evin, 100 saylı mənzilinə, Cavabdeh4 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləş ən ümumi sahəsi 0,10 ha torpaq sahəsinə, X1 məxsus, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1026.1 kv.m olan əmlak kompleksi kimi müəssisəyə və 0.24 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbi satılmış əmlakların hesabına ödənilməsi; ipoteka predmeti olan, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 45 saylı evin, 100 saylı mənzili satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh6 və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılması, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1026.1 kv.m olan əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay ərzində təhvil verilmədiyi halda məcburi qaydada boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə ç ıxarılması xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3166/2022 saylı, 2022-ci il 09 dekabr tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər MMC, S.Nurəhməd, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 498.915,16 manat əsas borc, 24332,83 manat faiz borcu, ümumilikdə 523.247,99 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 45 saylı evin 100 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 135.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh6 qa ytarılması, tələb üzrə tutmanın Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən 0.10 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 130.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh4 qaytarılması, tələb üzrə tutmanın cavabdeh S.Nurəhməddən mülkiyyətində olan ünvan 1 ünvanında 0,247 ha torpaq sahəsində yerləşən sahəsi 1026,1 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 608.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdeh S.Nurəhmədə qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlər MMC, S.Nurəhməd, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutulması, ipoteka predmeti olan, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 45 saylı evin, 100 saylı mənzili satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh6 1 ay ərzində həmin evi tərk etmədiyi halda məcburi qaydada çıxarılması, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay ərzində təhvil verilmədiyi halda məcburi qaydada boşaldılması, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olara q 226 manat, mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 225 manat məbləğində pul vəsaitinin cavabdehlər MMC, S.Nurəhməd, Cavabdeh3, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir ( hakim L.Əliyeva). Cavabdehlər MMC və S.Nurəhməd tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsini n Kommersiya Kollegiyasının 2023-cü il 11 dekabr tarixli, 2-2(103)-408/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3166/2022 saylı, 2022-ci il 9 dekabr tarixli qətnaməsinin qismən-cavabdehlərdən tutulmalı olan faiz borcunun, bundan asılı olaraq cəmi borcunun tutulması hissəsində dəyişdirilməsi, İddiaçı ASC-nin xeyrinə tutulmalı faiz borcunun 7.203,40 manat, cəmi borcun 506.118,56 manat müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir ( sədrlik edən-məruzəçi hakim A.Hüseyn, hakimlər R.Qurbanov və V.Baxışova). Qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin faiz borcunun tutulması hissəsində ləğv edilməsi, cavabdehlər MMC, S.Nurəhməd, Cavabde h3, Cavabdeh2 müştərək qaydada 498.915,16 manat əsas borc, 24.332,83 manat faiz borcu, cəmi 523.247,99 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbinin təmin edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki kassasiya şikayətində MPM-nin 407.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Baxılan iş üzrə, iddianın qiyməti 529302,95 manat təşkil etdiyindən, istinad olunan normaların tələbləri baxımından iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 409,65 manat təşkil etməlidir. Lakin kassasiya şikayəti verilərkən, dövlət rüsumu qanunla müəyyən edilən məbləğdə deyil, cəmi 401 manat məbləğində ödənilmişdir. MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən, kassa siya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 dekabr tarixli, 2-2(103)-408/2023 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinin i craata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: Hakimlər: E.R.Vəliyeva K.N.Abiyeva B.M.Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar