Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-169/2025 10.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, şikayətin vəkil tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X2 (məruzəçi), X1 və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 15 noyabr tarixli 2-2(105)-122/2024 nömrəli qətnaməsindən Cav abdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq müəyyən etdi MÜƏYYƏN ETDİ:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 31 mart 2022-ci il tarixli DC00425921-02 saylı Maliyyələşdirmə üzrə ərizəyə əsasən 26618,11 manat (iyirmi altı min altı yüz on səkkiz manat 11 qəpik) əsas borc, 9182,63 manat (doqquz min yüz səksən iki manat 63 qəpik) faiz borcu və 1019,77 manat (min on doqquz manat 77 qəpik) cərimə borcu olmaqla cəmi 36820,51 manat (otuz altı min səkkiz yüz iyirmi manat 51 qəpik) məbləğində kredit borcunun, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və ödənilmiş 1 (bir) manat məbləğində dövlət rüsumu əvəzinin müş tərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 14 avqust tarixli, e-2-2(119)48/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 31 mart 2022-ci il tarixli DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün ərizə” üzrə 26618,11 manat əsas borc, 6069,77 manat faiz borcu, 1000 manat cərimə, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 manat hissəsi və ödənilmiş 1 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 33788,88 manat (otuz üç min yeddi yüz səksən səkkiz manat 88 qəpik) məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydad a dövlət rüsumunun qalığı kimi 190,06 manat, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğlərdə pul vəsaitinin dövlət nəfinə tutulub ödənilməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov).
3. İddiaçı ASC və Cavabdeh2 ayrı-ayrılıqda həmin qətnamədən apellyasiya şikayəti vermişlər.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 15 noyabr tarixli 2-2(105)-122/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 14 avqust tarixli, e-22(119)-48/2024 nömrəli qətnaməsi iddianın təmin olunmuş faiz borcunun və ümumi borcun məbləğləri hissəsində dəyişdirilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər "xxxx" MMC və Cavabdeh2 kredit müqaviləsi üzrə müştərək qa ydada tutulmalı olan faiz borcu 5104,02 manat (beş min bir yüz dörd manat 02 qəpik) məbləğində, ümumi borcun isə (ödənilmiş 100 manat mediasiya xərcinin və 01 manat dövlət rüsumunun əvəzi də daxil olmaqla) 32823,13 manat (otuz iki min səkkiz yüz iyirmi üç manat 13 qəpik) məbləğində müəyyən edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim M.Hüseynov, hakimlər Z.Məmmədov və İ.Dəmirov).
5. Qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətində qətnaməni tam ləğv edərək, işin yeni apellyasiya baxışına qaytarılması haqqında qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab olunmalıdır.
7. Belə ki, MPM-in 10-1.7-ci maddəsinin tələblərinə görə “Elektron Məhkəmə” in formasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.1.5, 1.1.15 və 1.1.18-ci maddələrində verilmiş anlayışlara uyğun olaraq gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd; sertifikatlaşdırılmış elektron imza v asitələri isə - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələridir.
9. Həmin Qanunun 6.1-ci maddəsinin tələblərinə görə, dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir.
10. Göründüyü kimi, qanunverici dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində, o cümlədən onun tərkib hissəsi kimi, “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd kimi istisnasız olaraq sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə gücləndirilmiş elektron imza ilə rəsmiləşdirilmiş sənəd hesab etmişdir.
11. Məhkəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə verilmiş şikayətləri onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən elektron imza ilə təsdiq edilməsi üçün sistemdə müvafiq dəyişikliklər edilmişdir. Qeyd edilən funksionallıq (dəyişiklik) 2022-ci il 1 oktyabr tarixindən istifadəyə verilmişdir.
12. Beləliklə, 2022-ci il 1 oktyabr tarixindən sonra verilən bütün kassasiya şikayətləri bu dəyişikliyə cavab verməli, şikayət həm tərəf və ya onun nümayəndəsi, həm də vəkil tərəfindən elektron qaydada imzalanmalıdır.
13. Lakin, “Elektron Məhkəmə” informasiya sistemindən görünür ki, kassasiya şikayəti elektron qaydada yalnız Cavabdeh2 tərəfindən imzalanmış, şikayəti tərtib edən Vəkil tərəfindən isə elektron qaydada imzalanmamışdır. 14. “Elektron Məhkəmə” informasiya sisteminə vəkil tərəfindən fi ziki qaydada imzalanmış kassasiya şikayəti əlavə olunmuşdur ki, bu da yuxarıda göstərilənlərə əsasən məqbul sayıla bilməz.
15. Bu səbəbdən qeyd olunan kassasiya şikayəti qeyri-mümkün sayılmalı və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
16. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407.4, 408.1, 408.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 15 noyabr tarixli 2-2(105)-122/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərard