Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-17/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbinə da ir kommersiya işi üzrə iddiaçı Zaminbank” ASC və Cavabdeh MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli, 2-2(103)-966/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsinə əsasən bank borc alana 12 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 3.470.000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kreditin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 12 dekabr 2013-c ü il tarixli, 268/13 saylı kredit müqaviləsinə 12 dekabr 2014-cü il tarixli 268/13/1 saylı Əlavəyə əsasən 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-yə verilmiş ******* manat məbləğində kreditin qalıq 3.170.000 manatının ödəniş müddəti 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla 12 dekabr 2015-ci il tarixədək uzadılmışdır.
3. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsinə 12 dekabr 2015-ci il tarixli 268/13/2 saylı Əlavəyə əsasən 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-yə verilmiş ******* manat məbləğində kreditin qalıq 3.170.000 manatının ödəniş müddəti 12 dekabr 2013-cü il tarixli, 268/13 s aylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla 12 mart 2016-cı il tarixədək uzadılmışdır.
3. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsinə 11 mart 2016-cı il tarixli 268/13/3 saylı Əlavəyə əsasən 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-yə verilmiş ******* manat məbləğində kreditin qalıq ******* manatının ödəniş müddəti 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla 11 mart 2017-ci il tarixədək uzadılmışdır.
4. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsinə 01 iyul 2016-cı il tarixli 268/13/3 saylı Əlavəyə əsasən İddiaçı ASC ilə Cavabdeh MMC arası nda bağlanmış 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-yə verilmiş 3.470.000 manat məbləğində kreditin illik faiz dərəcəsi 16%-dən 13%-ə endirilmişdir.
5. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsinə əsasən bank borc alana 12 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 321.600 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kreditin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.
6. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli, 289/13/2 saylı kredit müqaviləsinə 13 dekabr 2015-ci il tarixli 289/13/2 saylı Əlav əyə əsasən İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-yə verilmiş 321.600 manat məbləğində kreditin qalıq 321.600 manatının ödəniş müddəti 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla 13 mart 2016-cı il tarixədək uzadılmışdır.
7. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsinə 11 mart 2016-cı il tarixli 289/13/3 saylı Əlavəyə əsasən 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-yə verilmiş 321.600 manat məbləğində kreditin qalıq 321.600 manatının ödəniş müddəti 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qü vvədə qalmaqla 11 mart 2017-ci il tarixədək uzadılmışdır.
8. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsinə 01 iyul 2016-cı il tarixli 289/13/4 saylı Əlavəyə əsasən 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-yə verilmiş 321.600 manat məbləğində kreditin illik faiz dərəcəsi 16%-dən 13%-ə endirilmişdir. 9. 08.10.2019-cu il tarixli, **********987 saylı maliyyə arayışına görə, "xxxx" MMC-nin 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 30 sentyabr 2019-cu il tarixə əsas borcu 278.497 (iki yüz yetmiş səkkiz min dörd yüz doxsan yeddi) manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 34.695,51 (otuz dörd min altı yüz doxsan beş manat əlli bir qəpik) manat, bor cun gecikdirildiyinə görə hesablanmış cərimə 101.359,24 (yüz bir min üç yüz əlli doqquz manat iyirmi dörd qəpik) manat, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan illik faiz dərəcəsi 35.546,92 (otuz beş min beş yüz qırx altı manat doxsan iki qəpik) manat olmaqla, cəmi 450.098,67 (dörd yüz əlli min doxsan səkkiz manat altmış yeddi qəpik) manat təşkil edir. 10. 15.10.2019-cu il tarixli, **********209 saylı maliyyə arayışına görə, Cavabdeh MMCnin 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 30 sentyabr 2019-cu il tarixə əsas borcu 2.146.795,84 (iki milyon yüz qırx altı min yeddi yüz doxsan beş manat səksən dörd qəpik) manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 234.418,16 (iki yüz otuz dörd min dörd yüz on səkkiz manat on altı qəpik) manat, borcun gecikdirildiyinə görə hesablanmış cərimə 679.878,17 (altı yüz yetmiş doqquz min səkkiz yüz yetmiş səkkiz manat on yeddi qəpik) manat, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan illik faiz dərəcəsi 274.018,23 (iki yüz yetmiş dörd min on səkkiz manat iyirmi üç qəpik) manat olmaqla, cəmi 3.335.110,4 (üç milyon üç yüz otuz beş min yüz on manat qırx qəpik) manat təşkil edir.
11. Məhkəmə Ekspertizası Mərkəzinin 30.04.2021-ci il tarixli, 9/98 saylı ekspert rəyinə görə, "xxxx" MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi, həmin müqavilə üzrə razılaşdırılmış 12 dekabr 2013-cü il tarixli 268/13/1 saylı, 12 dekabr 2015-ci il tarixli 268/13/2 saylı, 11 mart 2016-cı il tarixli 268/1 3/3 saylı və 01 iyul 2016-cı il tarixli 268/13/3 saylı əlavələrin şərtləri nəzərə alınmaqla, Cavabdeh MMC-nin 11.03.2017-ci il tarixə (kreditin müddətinin bitmə tarixi) banka olan əsas və faiz borcu 2.292.238,51 manat məbləğində, 11.03.2017-ci il tarixdən (kreditin müddətinin bitmə tarixi) 30.09.2019-cu il tarixə (maliyyə arayışında göstərilən tarixədək) faiz borcu illik 5%-lə hesablanmaqla 2.494.148,86 manat məbləğində və 11.03.2017-ci il tarixdən (kreditin müddətinin bitmə tarixi) 17.12.2019-cu il tarixə (sualda göstərilən tarixədək) faiz borcu illik 5%-lə hesablanmaqla, 2.515113,39 manat məbləğində borcu müəyyən edilir, o cümlədən: 1) 11.03.2017-ci il tarixə əsas borc üzrə 2.096.453,09 manat, faiz borcu üzrə 195.785,42 manat, 2) 30.09.2019-cu il tarixə əsas borc üzrə 2.096.453,09 manat, faiz borcu üzrə 397.695,77 manat, 3) 17.12.2019-cu il tarixə əsas borc üzrə 2.096.453,09 manat, faiz borcu üzrə 397.695,77 manat məbləğində müəyyən edilir. "xxxx" MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi, həmin müqavilə üzrə razılaşdırılmış 13 dekabr 2015ci il tarixli 289/13/2 saylı, 11 mart 2016-cı il tarixli 289/13/3 saylı və 01 iyul 2016-cı il tarixli 289/13/ saylı əlavələrin şərtləri nəzərə alınmaqla, Cavabdeh MMC-nin 11.03.2017-ci il tarixə (kreditin müddətinin bitmə tarixi) banka olan əsas və faiz borcu 345.995,81 manat məbləğində, 11.03.2017-ci il tarixdən (kreditin müddətinin bitmə tarixi) 30.09.2019-cu il tarixə (maliyyə arayışında göstərilən tarixədək) faiz borcu illik 5%-lə hesablanmaqla 342.882,21 manat məbləğində və 11.03.2017-ci il tarixdən (kreditin müddətinin bitmə tarixi) 17.12.2019-cu il tarixə (sualda göstərilən tarixədək) faiz borcu illik 5%-lə hesablanmaqla 345.615,62 manat məbləğində borcu müəyyən edilir, o cümlədən: 11.03.2017-ci il tarixə əsas borc üzrə 316.443,51 manat, faiz borcu üzrə 29.552,31 manat; 30.09.2019-cu il tarixə əsas borc üzrə 273.340,51 manat, faiz borcu üzrə 69.541,71 manat; sualda qeyd edilən, 17.12.2019-cu il tarixə əsas borc üzrə 273.340,51 manat, faiz borcu üzrə 72.275,11 manat məbləğində müəyyən edilir. Zaminbank” ASC («borcverən») ilə Cavabdeh MMC («borcalan») arasında 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi və 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş çıxarı ş məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır. Göstərilən səbəblərdən hazırki tədqiqatla kredit müqavilələri üzrə cərimə hesablanmadı.
12. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən 31.10.2019-cu il tarixdə **********848 saylı pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MTK-ya müraciət edilərək, borcun ödənilməsi tələb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-nə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.12.2013cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə qalan 2.146.795,84 (iki milyon yüz qırx altı min yeddi yüz doxsan beş manat səksən dörd qəpik) manat əsas, 234.418,16 (iki yüz otuz dörd min dörd yüz on səkkiz manat on altı qəpik) manat faiz, 679.878,17 (altı yüz yetmiş doqquz min səkkiz yüz yetmiş səkkiz manat on yeddi qəpik) manat cərimə, 274.018,23 (iki yüz yetmiş dörd min on səkkiz manat iyirmi üç qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 3335110,4 (üç milyon üç yüz otuz beş min yüz on manat qırx qəpik) manat və 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə qalan 278.497 (iki yüz yetmiş səkkiz min dörd yüz doxsan yeddi) manat əsas, 34.695,51 (otuz dörd min altı yüz doxsan beş manat əlli bir qəpik) manat faiz, 101.359,24 (yü z bir min üç yüz əlli doqquz manat iyirmi dörd qəpik) manat cərimə, 35.546,92 (otuz beş min beş yüz qırx altı manat doxsan iki qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 450.098,67 (dörd yüz əlli min doxsan səkkiz manat altmış yeddi qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq, ləğv prosesində olan iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müq aviləsinə əsasən borcalana 12 (on iki) ay müddətinə, illik 16% (on altı faiz) ödənilmək şərtilə 3.470.000 (üç milyon dörd yüz yetmiş min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla kreditin qalıq məbləğinin ödəniş müddəti 268/13/1, 268/13/2 və 268/13/3 saylı kredit müqavilələrinə əlavə ilə müvafiq olaraq 12.12.2015-ci il, 12.03.2016-cı il tarixə və sonradan 11.03.2017-ci il tarixədək uzadılmışdır. 268/13/3 saylı, 01.07.2016-cı il tarixli kredit müqaviləsinə əlavə ilə 3.470.000 (üç milyon dörd yüz yetmiş min) manat məbləğində kreditin illik faiz dərəcəsi 16%-dən 13%-ə endirilmişdir. 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsinə əsasən borcalana 12 (on iki) ay müddətinə, illik 16% (on altı faiz) ödənilmək şərtilə 321 600 (üç yüz iyirmi bir min altı yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla kreditin qalıq məbləğinin ödəniş müddəti 289/13/2 və 289/13/3 saylı kredit müqavilələrinə əlavə ilə müvafiq olaraq 13.03.2016-cı il tarixə və sonradan 11.03.2017-ci il tarixədək uzadılmışdır. 289/13/4 saylı, 01.07.2016-cı il tarixli kredit müqaviləsinə əlavə ilə 321.600 (üç yüz iyirmi bir min altı yüz) manat məbləğində kreditin illik faiz dərəcəsi 16%-dən 13%-ə endirilmişdir. Lakin buna baxmayaraq, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka: 1) 12.12.2013-cü il t arixli, 268/13 saylı kredit müqaviləsi üzrə qalan 2.146.795,84 (iki milyon yüz qırx altı min yeddi yüz doxsan beş manat səksən dörd qəpik) manat əsas, 234.418,16 (iki yüz otuz dörd min dörd yüz on səkkiz manat on altı qəpik) manat faiz, 679.878,17 (altı yüz yetmiş doqquz min səkkiz yüz yetmiş səkkiz manat on yeddi qəpik) manat cərimə, 274.018,23 (iki yüz yetmiş dörd min on səkkiz manat iyirmi üç qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 3.335.110,4 (üç milyon üç yüz otuz beş min yüz on manat qırx qəpik) manat; 2) 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə qalan 278.497 (iki yüz yetmiş səkkiz min dörd yüz doxsan yeddi) manat əsas, 34695,51 (otuz dörd min altı yüz doxsan beş manat əlli bir qəpik) manat faiz, 101.359,24 (yüz bir min üç yüz əlli doqquz manat iyirmi dörd qəpik) manat cərimə, 35.546,92 (otuz beş min beş yüz qırx altı manat doxsan iki qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 450.098,67 (dörd yüz əlli min doxsan səkkiz manat altmış yeddi qəpik) manat borcu mövcuddur.
15. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 08 iyun tarixli, e-2-2(113)-80/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 12.12.2013-cü il tar ixli, 268/13 saylı kredit müqaviləsi üzrə 2.096.453,09 (iki milyon doxsan altı min dörd yüz əlli üç manat doqquz qəpik) manat əsas borc, 195.785,42 (yüz doxsan beş min yeddi yüz səksən beş manat qırx iki qəpik) manat faiz borcu, 50.000 (əlli min) manat cərimə, kredit müddəti bitdikdən sonrakı vaxt üçün hesablanmış 274.018,23 (iki yüz yetmiş dörd min on səkkiz manat iyirmi üç qəpik) manat, 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə 273.340,51 (iki yüz yetmiş üç min üç yüz qırx manat əlli bir qəpik) manat əsas borc, 29.552,31 (iyirmi doqquz min beş yüz əlli iki manat otuz bir qəpik) manat faiz borcu, 12.000 (on iki min) manat cərimə, kredit müddəti bitdikdən sonrakı vaxt üçün hesablanmış 35.546,92 (otuz beş min beş yüz qırx altı manat doxsan iki qəpik) manat, ödənilmiş d övlət rüsumuna görə 24 (iyirmi dörd) manat olmaqla, ümumilikdə 2.966.720,48 (iki milyon doqquz yüz altmış altı min yeddi yüz iyirmi manat qırx səkkiz qəpik) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 6 (altı) manat hissəsinin iddiaçıya aid edilməsi, qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 350 (üç yüz əlli) manat pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – Z.Axundova).
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı yuxarıda göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğləri və kredit üzrə hesablanmış faizləri müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya tam qayta rmamış, bununla kredit müqavilələri üzrə öhdəliklərini pozmuş, nəticədə iddiaçıya borcu yaranmışdır.
17. İddiaçı 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə 2.146.795,84 (iki milyon yüz qırx altı min yeddi yüz doxsan beş manat səksən dörd qəpik) manat əsas, 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə 278.497 (iki yüz yetmiş səkkiz min dörd yüz doxsan yeddi) manat əsas borc məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir.
18. Ekspert rəyindən göründüyü kimi, cavabdehin 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsinə əsasən iddiaçıya olan əsas borcu 2.096.453,09 manat, 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə 273.340,51 manat təşkil edir.
19. Belə olan halda, hər iki müqaviləyə münasibətdə iddia tələbi əsas borcun tutulmas ı hissəsində qismən (ekspert rəyində göstərilən məbləğdə) təmin olunmalıdır.
20. Eyni zamanda məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi hər iki müqavilə üzrə faiz borcun tutulması hissəsində də qismən əsaslı olduğundan, qismən təmin edilməlidir.
21. Belə ki, iddiaçı 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə 234.418,16 manat faiz, 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə 34.695,51 manat faiz borc məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir.
22. Ekspert rəyinə görə, cavabdehin 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsinə əsasən iddiaçıya olan faiz borcu 195.785,42 manat, 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə faiz borcu 29.552,31 manat təşkil edir.
23. Hər iki müqaviləyə münasibətdə iddia tələbi faiz bo rcun tutulması hissəsində qismən (ekspert rəyində göstərilən məbləğdə) təmin olunmalıdır.
24. İddiaçı 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi 679.878,17 manat, 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə 101.359,24 manat cərimə məbləğlərinin cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
25. Cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
26. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeləri ni nəzərə alaraq hesab etmişdir ki, tutulması tələb olunan dəbbə pulu azaldılaraq 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə 50.000 manat, 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə 12.000 manat məbləğində müəyyən edilməlidir.
27. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 385.1, 386.1, 442, 443.1, 448.1, 739.1, 739.2, 445.7, 462.1, 467ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarının müddəalarına istinad etməklə əsaslandırmışdır.
28. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin əsas, faiz və cərimə məbləğinin təmin edilməyən hissəsində ləğv edilərək, Bankın iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əlavələrdə razılaşdırılmış şərtlər nəzərə alınaraq təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyi alındıqdan sonra yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
30. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli, 2-2(103)-966/2021 saylı qətnaməsi ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən), R.Ə.Qurbanov və A.Ə.Hüseyn) iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 08 iyun tari xli, e-2-2(113)-80/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
31. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktları ilə (bax yuxarıda §§ 16-27) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.
32. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin cərimə borcunun hesablanması sual kimi qoyulduğu halda, ekspertin cərimə borcunu hesablamaması barədə dəlili əsassızdır. Belə ki, ekspert rəyində cərimə borcu ilə bağlı heç bir məlumat olmasa da, məhkəmə qətnaməsi ilə cavabdehdən cərimənin tutulması tələbinə hüquqi qiymət verilmiş və ağlabatan məbləğ tututmuşdur.
33. Cavabdehin apellyasiya şikayətində əlavə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması barədə vəsatət verilsə də, məhkə mənin həmin vəsatəti təmin etməməsinə dair dəlili əsaslı deyildir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 30.04.2021-ci il tarixli 9/98 nömrəli ekspert rəyindən əvvəl birinci instansiya məhkəməsi tərəfindən eyni Mərkəzin 16.11.2020-ci il tarixli 9/2825 nömrəli ekspert rəyi də alınmış və hər iki rəylə gəlinən nəticə və məbləğlər eyni olmuşdur. Hər iki rəy, aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən, mötəbər sübut kimi qəbul edilir.
34. Cavabdehin apellyasiya şikayətinin 268/13 nömrəli kredit müqaviləsinə 11 mart 2016-cı il tarixli 268/13/3 nömrəli əlavə ilə 268/13 nömrəli kredit müqaviləsi üzrə bütün faiz borclarının sıfırlanması barədə dəlili də əsassızdır. İşin 69-cu vərəqind ə olan həmin 11 mart 2016-cı il tarixli 268/13/3 nömrəli əlavədən görünür ki, sözügedən razılaşmada heç bir sıfırlanmadan bəhs olunmur.
35. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə əsas borc, faiz borcu, cərimə borcu və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunması və ya işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Cavabdeh qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş et mişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri
37. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert qarşısında cavabdehin kredit müqaviləsi üzrə cərimə borcunun hesablanması sual kimi qoyulduğu halda ekspert ödənişləri yalnızca əsas və faiz borcu üzrə silinmə edərək hesablamış və cərimə borcunu hesablamamışdır, ekspert rəyində cərimə borcu ilə bağlı heç bir məlumat yoxdur. Belə ki, 30.04.2021-ci il tarixli 9/98 nömrəli ekspert rəyi üzrə ekspert tərəfindən təhqiqatın hansı metodlarla aparılması, ekspertizanın rəyinin düzgün olub-olmaması müəyyən edilməmişdir, ekspertiza keçirilən zaman kredit müqaviləsinin 2.5-ci bəndində nəzərdə tutulan cərimələri hesablamamışdır. Kredit müqaviləsinin bu bəndi ekspert tərəfindən nəz ərə alınmayaraq yalnış nəticəyə gəlinmişdir, əgər kredit müqaviləsinin cərimələrlə bağlı bəndi nəzərə alınsaydı, silinmələr yalnızca əsas və faiz məbləğdən silinməyəcək və həmin məbləğlərdə azalma olmayacaqdı.
38. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 442, 443.1, 443.2-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarının müddəalarının tələblərinə istinad edilərək tərtib edilmişdir.
39. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspertiza düzgün aparılmamış, cavabdeh tərəfindən edilmiş ödənişlər tərəflər arasında mövcud olan kredit müqaviləsi və ona əla vələrdəki müddəalara uyğun silinməmişdir. Əlavə məhkəmə ekspertizasının keçirilməsinə ehtiyac yaranmış və bu barədə əlavə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması barədə vəsatət verilsə də, məhkəmə həmin vəsatəti təmin etməmişdir. 268/13 nömrəli kredit müqaviləsinə 11 mart 2016-cı il tarixli 268/13/3 nömrəli əlavəni ekspert ekspertizanın təhqiqat hissəsində qeyd etsə də, nəticədə nəzərə almamışdır. Qeyd edilən əlavə imzalanarkən tərəflər 268/13 nömrəli kredit müqaviləsi üzrə ümumi borc məbləğini 3.170.000 manat olaraq qəbul etmişlər. Həmin vaxt tərəflərin iradə ifadəsi ilə kredit müqaviləsi üzrə bütün faiz borcları sıfırlanmış, ümumi borc məbləği müəyyən edilərək, eyni şərtlərlə müddət bir il uzadılmışdır. Lakin, ekspertizanın təhqiqat hissəsindən müəyyən edilir ki, ekspert 24.0 6.2016-cı il tarixdə 1.869.278,38 manat pul vəsaitinin silinməsini 11 mart 2016-cı il tarixli 268/13/3 nömrəli əlavəni nəzərə almadan silmiş, yəni 11 mart 2016-cı il tarixdən əvvəlki dövrün faiz borclarını da silmişdir. Bu hal eynilə 13 dekabr 2013-cü il tarixli 269/13 nömrəli kredit müqaviləsi üzrə də təkrarlanmışdır. Halbuki, 11 mart 2016-cı il tarixli 268/13/3 nömrəli əlavədən görünür ki, tərəflər qalıq borcun məbləğini 3.170.000 manat olaraq razılaşdırmışlar.
40. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1 və 102.3-cü maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər. İİ. KASSASİYA ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BA XİŞİNİN HƏDLƏRİ
42. Kassasiya şikayətləri vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
43. İş üzrə iddiaçı və cavabdeh tərəf apelyasiya məhkəməsinin qətnaməsini ayrıayrılıqda özlərinə aid hissələrdə mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416cı maddələri).
44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
45. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
445. Borclunu n icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər saslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur...”. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. "Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya dig ər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır...”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli, 2-2(103)-966/2021 saylı qətnaməsi d əyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
48. İş materiallarına əsasən, iddiaçı 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə 2146795,84 (iki milyon yüz qırx altı min yeddi yüz doxsan beş manat səksən dörd qəpik) manat əsas, 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə 278497 (iki yüz yetmiş səkkiz min dörd yüz doxsan yeddi) manat əsas borc məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir. Belə ki, ekspert rəyinə görə, cavabdehin 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsinə əsasən iddiaçıya olan əsas borcu 2.096.453,09 manat, 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə 273.340,51 manat təşkil edir.
49. Eyni zamanda, iddiaçı 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə 234418,16 man at faiz, 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə 34.695,51 manat faiz borc məbləğinin cavabdehdən tutulmasını xahiş etsə də, ekspert rəyinə əsasən, cavabdehin 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsinə əsasən iddiaçıya olan faiz borcu 195.785,42 manat, 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə faiz borcu 29.552,31 manat təşkil edir.
50. İş materialları ilə cavabdehin kredit müqavilələri üzrə öhdəliklərini vaxtında icra etməməsi müəyyən edilmiş və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur.
51. Qeyd edilənlərə əsasən ekspert rəyində cərimə borcu ilə bağlı heç bir məlumatın olmaması, 30.04.2021-ci il tarixli 9/98 nömrəli ekspert rəyi üzrə eksp ert tərəfindən təhqiqatın hansı metodlarla aparılması, ekspertizanın rəyinin düzgün olub-olmamasının müəyyən edilməməsi, ekspertiza keçirilən zaman kredit müqaviləsinin 2.5-ci bəndində nəzərdə tutulan cərimələri hesablamaması barədə iddiaçının dəlilləri, həmçinin ekspertizanın düzgün aparılmaması, cavabdeh tərəfindən edilmiş ödənişlərin tərəflər arasında mövcud olan kredit müqaviləsi və ona əlavələrdəki müddəalara uyğun silinməməsi barədə cavabdehin dəlilləri əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
52. İddiaçının cərimə borcunun hesablanması sual kimi qoyulduğu halda, ekspertin cərimə borcunu hesablamamasına dair dəlili ilə bağlı apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, ekspert rəyində cərimə borcu ilə bağlı heç bir məlumat olmasa da, məhkəmə qətnaməsi ilə cavabdehdən cərimənin tutulması tələbinə hüquqi qiymət verilməklə, ağlabatan məbləğ tutulmuş və bu mövqe Mülki Məcəllənin 467-ci maddəsinin müddəalarına uyğun olmuşdur.
53. Apelyasiya məhkəməsi həmçinin cavabdehin, əlavə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması barədə vəsatət verilsə də, məhkəmənin həmin vəsatəti təmin etməməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 30.04.2021-ci il tarixli, 9/98 nömrəli ekspert rəyindən əvvəl birinci instansiya məhkəməsi tərəfindən eyni Mərkəzin 16.11.2020-ci il tarixli, 9/2825 nömrəli ekspert rəyi də alınmış və hər iki rəylə gəlinən nəticə və məbləğlər eyni olmuşdur. Hər iki rəy, aparılmış tədqiqatla rın müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən, mötəbər sübut kimi qəbul edilir.
54. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçı yuxarıda göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğləri və kredit üzrə hesablanmış faizləri müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya tam qaytarmadığını, bununla kredit müqavilələri üzrə öhdəliklərini pozduğunu, kredit müqavilələri üzrə əsas və faiz borclarının ekspert rəylərinə əsasən, dəbbə pulu məbləğlərinin isə MM-nin 467-ci maddəsinin normalarına uyğun olaraq müəyyən edildiyini nəzərə alaraq kassasiya şikayətlərinin buna dair dəlilləri ilə razılaşmır.
55. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli, 2-2(103)-966/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
57. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli, 2-2(103)-966/ 2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.