Məhkəmə qərarları › İş №2-2(102)-170/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-170/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-170/2022 16.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: “borcun ödənilməsi, tutmanın fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması və s. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi, tutmanın fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda sa tılması və s.” tələbinə dair kommersiya işi üzrə Cavabdeh2 tərəfindən Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 dekabr tarixli, 2-2(107)-93/2021 saylı qərardadından verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.430,01 manat əsas borc, 1384,68 manat faiz borcu, 963,04 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1778,17 manat faiz məbləği, 40 manat tutmanın qeydiyyata alınması üçün istifadə olunan vəsait və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutularaq ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Yevlax şəhəri, S.Əliyev küçəsi 0,0222 ha torpaq sahəsində yerləşən 2 otaqlı 18 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 16 iyul tarixli, e-2-2(117)-381/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 12.430,01 manat əsas borc, 40 manat ipoteka predmetinə tutmanın yönəldilməsinin qeydiyyata alınması üçün vəsait və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, borc məbləği Cavabdeh2 mülkiyyətində olan Yevl ax şəhəri, S.Əliyev küçəsi, 0,0222 ha torpaq sahəsində yerləşən 2 otaqlı 18 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Yevlax şəhəri, S.Əliyev küçəsi, 0,0222 ha torpaq sahəsində yerləşən 2 otaqlı 18 nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid dəyəri) qiyməti 30.500 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh1 iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, qalan hissələrdə iddianın rədd edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı iddiaçıdan və 75 manatı Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına ödənilməsi qət edilmişdir (hakim - R.Məcidov). Apelyasiya instansiyası məhkəməsində icraat

3. Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli, 2-2(107)-93/2021 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC və cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş apelyаsiyа şikayətləri təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 16 iyul tarixli, 22(117)-381/2021 saylı qətnaməsi mübahisələndirilən – iddianın təmin edilməyən və tutmanın ipoteka predmetinə yönəldilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır.

4. Həmin qətnamədən 2021-ci il 17 noyabr tarixdə iddiaçı kassasiya şikayəti vermişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 07 dekabr tarixli, 2-2(102)-679/2021 saylı qərardadı ilə Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarix li, 2-2(107)-93/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilmiş və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır.

6. Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 dekabr tarixli, 2-2(107)-93/2021 saylı qərardadı ilə (hakimlər E.Ş.Hüseynov (sədrlik edən), R.R.Rəfiyev və A.A.Mahmudov) Şəki Apellyasiya Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-2(107)-93/2021 saylı qətnaməsindən iddiaçı və Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

7. Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 dekabr tarixli, 2-2(107)-93/2021 saylı qərardadı ilə (hakimlər E.Ş.Hüseynov (sədrlik edən), R.R.Rəfiyev və A.A.Mahmud ov) Şəki Apelyasiya Məhkəməsinin 2021-ci il 14 sentyabr tarixli, 2-2(107)-93/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Şəki Аpelyаsiyа Məhkəməsinin Kommersiya Kоllegiyаsının 2021-ci il 14 sentyabr tarixli, 2-2(107)93/2021 saylı qətnаməsi 2021-ci il 22 sentyabr tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetə yerləşdirilmişdir. Bununla da qətnamənin surəti 2021-ci il 22 sentyabr tarixdə Cavabdeh2 rəsmi qaydada verilmiş hesab olunur.

9. Digər tərəfdən, sözügedən qətnamənin surəti tərəflərə kağız daşıyıcısında da göndərilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnaməyə görə, Şəki Аpelyаsiyа Məhkəməs inin Kommersiya Kоllegiyаsının 2021-ci il 14 sentyabr tarixli, 2-2(107)93/2021 saylı qətnаməsinin surəti 2021-ci il 22 sentyabr tarixdə poçt vasitəsi ilə Cavabdeh2 göndərilmiş, sonuncu həmin qətnaməni 2021-ci il 27 sentyabr tarixdə almışdır.

10. Cavabdehin qətnаmədən kаssаsiyа şikаyəti verə biləcəyi sоn tаrix 2021-ci il 22 noyabr tarixi olmuş, lаkin kassasiya şikаyəti qanunla müəyyən edilmiş müddət 21 gün ötürüldükdən sоnrа verilmişdir. Qətnamənin poçt vasitəsi ilə göndərilməsi nəzərə alındığı (27 sentyabr 2021-ci il) təqdirdə isə kassasiya şikayəti 16 gün ötürülməklə verilmişdir.

11. Cavabdeh tərəfindən şikayət vermə müddəti ötürülmüş, müddətin bərpası barədə ərizə verilməmişdir.

12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessu al Məcəllə”) 130.1, 135.2, 135.3, 135.5, 405.0.1, 400, 402.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh2 həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli qətnaməsi Cavabdeh2 poçt vasitəsilə göndərilmiş və 2021-ci il 15 oktyabr tarixdə ona şəxsən təqdim edilmişdir. Həmin qətnamənin içərisində olduğu poçt zərfinin üzərində “12.10.2021 Şəki MXŞ” və “15.10.2021 Yevlax MXŞ” möhürləri vardır. Yəni həmin zərf 12 oktyabrda Şəki şəhərindən çıxmış və 15 oktyabrda Yevlax şəhərində Cavabdeh2 təqdim edilmişdir.

15. Digər Cavabdeh1 da qətnamə həmin tarixdə təqdim edi lmişdir.

16. Beləliklə, məhkəmə qətnaməsinin surəti 2021-ci il 15 oktyabr tarixdə Cavabdeh2 təqdim edilmiş, sonuncu isə 2 aylıq müddət keçmədən, 2021-ci il 13 dekabr tarixdə elektron qaydada kassasiya şikayəti vermişdir.

17. Kassasiya şikayəti 402.2, 402.2.2, 403.1, 405.0.2-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edi lmişdir.

20. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

21. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Mülki Prosessual Məcəllənin 416-cı mad dəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur”. “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüqu qi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göst ərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir”. “Maddə

400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir”. “Maddə

402. Kassasiya şikayəti vermə hüququ 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Re spublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə”; “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində”; İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 dekabr tarixli, 2-2(107)-93/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir.

24. İş materiallarına əsasən Şəki Аpelyаsiyа Məhkəməsinin Kommersiya Kоllegiyаsının 2021-ci il 14 sentyabr tarixli, 2-2(107)-93/2021 saylı qətnаməsi 22.09.2021-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetə yerləşdirilmiş, beləliklə, mübahisələndirilən qətnamənin surəti 22.09.2021-ci il tarixdə Cavabdeh2 rəsmi qaydada verilmiş hesab olunur. Bundan əlavə qətnamənin surəti tərəflərə kağız d aşıyıcısında da göndərilmiş, işdəki xəbərnaməyə görə, 14 sentyabr 2021-ci il tarixli qətnаmənin surəti 22 sentyabr 2021-ci il tarixdə poçt vasitəsi ilə Cavabdeh2 göndərilmiş, sonuncu həmin qətnaməni 27 sentyabr 2021-ci il tarixdə almış, iddiaçının qətnаmədən kаssаsiyа şikаyəti verə biləcəyi sоn tаrix 22 noyabr 2021ci il tarixi olsa da kassasiya şikаyəti qanunla müəyyən edilmiş müddət 21 gün ötürüldükdən sоnrа verilmiş, sonuncu tərəfindən müddətin bərpası barədə ərizə verməmişdir.

25. Qeyd edilənlərə əsasən işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli qətnaməsinin Cavabdeh2 15 oktyabr 2021-ci ildə şəxsən təqdim edildiyi, sonuncunun isə 2 aylıq müddət keçmədən, 13 dekabr 2021-ci ildə elektron qaydada kassasiya şikayəti verdiyi barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

26. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 dekabr tarixli, 2-2(107)-93/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

28. Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 dekabr tarixli, 2-2(107)-93/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar