Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-171/2018 10.04.2018 ALİ MƏHKƏMƏ Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı1-nin vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı1-nin (bundan sonra iddiaçı) Cavabdeh1nə (bundan sonra cavabdeh) qarşı borc tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 22(103)-231/2017 saylı, 1 iyun 2017-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə baxaraq müəyyən etdi: işin halları: “Tele-E-X8 İNC” Şirkəti ilə Azərbaycan Respublikası Rabitə Nazirliyi arasında 19 mart 1997-ci il tarixli müqavilə bağlanmış, müqavilənin pre dmetini terminal və tranzit trafikinə əsasən Azərbaycan ilə ABŞ arasında birbaşa peyk telefon rabitəsinin açılması təşkil etmişdir. Müqavilə yalnız Azərbaycan Respublikası Rabitə Nazirliyinin möhürü ilə təsdiq edilmişdir. “Tele-E-X8 İNC” Şirkətinin Azərbaycan Respublikası rabitə nazirinə ünvanlanmış 07 iyun 2000-ci il tarixli məktubda hər hansı müqaviləyə istinad olunmasa da, 1 iyun 2000-ci il tarixdən etibarən “Tele-E-X8 İNC” tərəfindən Rabitə Nazirliyi qarşısında götürülmüş öhdəliklərin Cavabdeh1 tərəfindən yerinə yetiriləcəyi göstərilmişdir. “Tele-E-X8 İNC” Şirkətinin 2002-ci il üzrə debitor borcunun 1.700.262,26 ABŞ dolları olması barədə 12 mart 2003-cü il tarixli üzləşmə aktına əsasən həmin akt Azərbaycan Respublikası Rabitə Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin və ABŞın X3 Systems inc. Şirkətinin Bakıdakı rəsmi nümayəndəsi kimi qeyd olunmuş “Nazim Abdullayev” adlı şəxsin imzaları və Rabitə Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdehə ingilis dilində 1 iyun 2016-cı il tarixli pretenziya məktubu ünvanlanmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək müqavilə öhdəlikləri üzrə 1.700.262,26 ABŞ dolları əsas borcun və 1.345.792,50 ABŞ dolları cərimənin cavabdehdən (əvvəlki Tele-E-Star şirkəti) alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə sifarişçi X4 (ABŞ) Cavabdeh1 (əvvəlki Tele-E-X8 İNC. Şirkəti) ilə iddiaçı (əvvəlki Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi) aras ında Azərbaycan üzərindən 3-cü dünya ölkələrinə beynəlxalq tranzit telefon trafiki mübadiləsinin təşkil edilməsi haqqında 19 mart 1997-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 kanalları üzərindən beynəlxalq tranzit telefon trafikinin mübadiləsinə başlanmışdır. Dünya telekommunikasiya bazarında trafik mübadiləsi üçün terminal və tranzit haqlarının azalması ilə əlaqədar hesablaşma qiymətlərinə yenidən baxılması üçün Cavabdeh1 ilə Azərbaycan RYTN-in İddiaçı1-si arasında 29 iyul 1999-cu il tarixli müqavilə imzalanmış və beynəlxalq tranzit telefon trafikinin mübadiləsi davam etdirilmişdir. Tele-E-X8 İNC. Şirkəti 7 iyun 2000-ci il tarixli rəsmi məktubu ilə RYTN-nə müraciət edərək 1 iyun 2000-ci il tarixindən etibarən bütün hüquq və öhdəliklər olduğu kimi saxlanılmaqla Ca vabdeh1nə çevrilməsi haqqında məlumat vermişdir. Birbaşa peyk telefon rabitəsi təşkil olunmaqla ABŞ-la Azərbaycan arasında terminal və tranzit telefon trafiki mübadiləsinin təşkil edilməsi üzrə əməkdaşlıq edilmişdir. Həmin müqavilələr üzrə iddiaçının üzərinə düşən öhdəliklər tam yerinə yetirilsə də, müqavilələrdən irəli gələn öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən Azərbaycan və 2-ci tranzit ölkələr üzərindən 3-cü dünya ölkələrinə təşkil olunan tranzit telefon trafiki üçün şirkətlə RYTN arasında tətbiq edilən tranzit trafik hesablaşma qaydalarının, qiymətlərinin və trafik ötürülən son ölkələr ilə hesablaşmalar üzrə məsuliyyət bölgüsünə yenidən baxılması haqqında şirkətlə RYTN arasında 21 sentyabr 2001ci il tarixli Protokol imzalanmışdır. Həmin protokolun 1-ci bəndində göstərilir ki, 1 aprel 2001-ci il tarixindən etibarən Azərbaycan və 2-ci tranzit ölkələr üzərindən dünya ölkələrinə təşkil olunmuş tranzit telefon trafiki üçün cavabdeh Azərbaycanın və 2-ci tranzit ölkələrin tranzit haqqı da daxil olmaqla cəmi 0.12 SDR/dəq. qiyməti ilə RYTN-nə ödəniş aparacaqdır. Cavabdehin (əvvəlki Tele-EStar) 19 mart 1997-ci il tarixli müqavilə əsasında 2001-2002-ci illər ərzində Azərbaycan üzərindən 3-cü dünya ölkələrinə ötürülən tranzit trafikinə görə hesablaşma nəticəsində iddiaçıya (əvvəlki BƏHM-ə) 1.700.262.26ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Borcun ödənilməsi üçün şirkətlə yazışmalar aparılmışdır. Şirkət bu borcun ödənilməsindən imtina edərək tranzit trafiki təşkil edən şirkətlərlə məhkəmə prosesində olduğunu bildir mişdir. İddiaçı tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq həmin borc məbləği cavabdeh tərəfindən bu günə kimi ödənilməmişdir. Cavabdeh tərəfindən həmin borc məbləğlərinin vaxtında ödənilməməsi səbəbindən iddiaçının beynəlxalq telekom operatorlarına müqavilə öhdəçiliyi nəticəsində yaranan borclarının ödənilməsində, eyni zamanda vergi, əmək haqqı və digər kreditor borcları üzrə müvafiq ödənişlərin təmin olunmasında ciddi problem yaranmışdır. Nazirlik və şirkət bu müqaviləyə uyğun olaraq aidiyyəti nazirliklərin bütün lazımi hüquqi səlahiyyətinə və yuxarıda sadalananların icra olunması, təmin edilməsi və yerinə yetirilməsi nöqteyi-nəzərindən tam səlahiyyətə malikdir. Həmçinin, müqavilədə beynəlxalq trafik mübadiləsi və hesablaşmaların X1 (BTR), X2 (BTİ) Tövsiyə və Qaydalarına uyğun o laraq tənzimlənməsi nəzərdə tutulmuşdur. X1 1 saylı Əlavəsinin 3.3.1 bəndində saldonun ödənilməsi qaydası göstərilmişdir. Həmin Qaydaya görə, ödəniş müqavilədə nəzərdə tutulan dövr ərzində təmin edilmədiyi halda, yəni gecikdirildikdə borclu tərəf zərərə görə gecikdirilmiş müddət üçün illik 6 % məbləğində cərimə ödəməlidir. İddiaçı qeyd olunanlara və Mülki Məcəlləsinin 21.1, 442; 443.0.7, 445.1; 465.1-ci maddələrinə, MPM-in 14.2, 217.1, 217.4, 357-394cü maddələrinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X9 Dövlət Qeydiyyatı İdarəsi birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq 26.10.2016-cı ilə tarixli məktubla bildirmişdir ki, X9 dövlət qeydiyyatı idarəsində olan reyestrdə "X5 Syste ms İnc." Şirkətinin nümayəndəliyi və ya filialı adlı kommersiya qurumu aşkar edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-2(81)-1608/2016 saylı iş) 28 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X10məruzəçi, X7 və X11, 2-2(103)-231/2017 saylı iş) 1 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynidir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin iddia ərizəsində göstərilən ünvanına bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. İddia tələbi cavabdehin 19 mart 1997-ci il tarixli müqavilə öhdəliklərinə əməl etməməsi ilə bağlıdır. İddiaçı hesab edir ki, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, nəticədə 1.700,262 ABŞ dolları əsas borc, 1.345.792 ABŞ dolları cərimə yaranmışdır. İddiaçı iddiasının əsası kimi 19 mart 1997-ci il tarixli müqaviləyə, 12 mart 2003-cü il tarixli üzləşmə aktına istinad edir. İddiaçının istinad etdiyi Azərbaycan üzərindən 3-cü dünya ölkələrinə beynəlxalq tranzit telefon trafiki mübadiləsinin təşkil edilməsi haqqında 19 mart 1997-ci il tarixli müqavilənin 1.1-ci bəndində qeyd edilir ki, müqavilənin predmeti terminal və tranzit qrafikinə əsasən Azərbaycan ilə ABŞ arasında birbaşa peyk telefon rabitəsinin açılmasıdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr, qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələrdir. Mülki Məcəllənin 386.1-ci maddəsinin mənasına görə öhdəliyin əmələ gəlməsi üçün onun işti rakçıları arasında müqavilə olmalıdır. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır...(387.3-cü maddə). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (390.1-ci maddə). Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (399.1-ci maddə). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır...(405.1-ci maddə). İddiaçının istinad etdiyi 19 mart 1997-ci il tarixli müqavilə cavabdeh şirkət tərəfindən möhürlə təsdiq edilmədiyindən müqavilə onun üçün hər hansı vəzifə yarada bilməz, onun tərəfindən bağlanmış sayıl a bilməz və müqavilənin şərtləri onun üçün məcburi hesab edilə bilməz. İddia tələbinin yönəldiyi şəxs, yəni iddiaya cavab verməli olan şəxsi iddiaçı hüquqi şəxs kimi göstərmişdir. Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir (44.1-c i maddə). Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır (45.1-ci maddə). Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir (48.1-ci maddə). İşdə olan sənədlərdə cavabdehin qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçməsinə, onun Azərbaycan Respublikasında mülki hüquqlara və vəzifələrə malik olmasına, nizamnaməsi olmasına dair mötəbər sübut olmamışdır. İddiaçı bəyan edir ki, 12 mart 2003-cü il tarixli üzləşmə aktı ilə cavabdehin rəsmi nümayəndəsi 1.700.262 ABŞ dolları borcu etiraf etmişdir. İddiaçının istinad etdiyi aktda 2002-ci il üzrə borcun 1.700.2 62 ABŞ dolları olması və ABŞ-ın X5 Symstems İnc. Şirkətinin Bakıdakı rəsmi nümayəndəsi Nazim Abdullayevin də aktı imzaladığı qeyd edilmişdir. İşdə N.Abdullayevin cavabdehin rəsmi nümayəndəsi olmasına, onun adından çıxış etməsinə dair sübut olmamışdır. Bu halda üzləşdirmə aktı cavabdehin iddiaçı qarşısında borc öhdəliyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sü butları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). İddianın əsasını təşkil edən halları sübut etmək iddiaçının borcudur. İddiaçı mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktları məhkəmə iclasında sübut edə bilməmişdir. İddiaçı zərərin cavabdeh tərəfindən yetirilməsini sübut edə bilmədiyindən və iddia işdə olan sübutlarla təsdiq olunmadığından apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. MPM-in 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. MPM-in 418.2-ci maddəsinə əsas ən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. MPM-in 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. MPM-in 386-cı maddəsində qeyd edilir ki, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının pozuntusuna yo l verilməmişdir. Məhkəmə işdə olan sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq tətbiq olunan hüquq normalarına müvafiq olaraq qiymət vermişdir. Bəhs edilənlərə əsasən kassasiya şikayəti təmin edilə bilməz. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının2-2(103)-231/2017 saylı, 1 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-171/2018
Ali Məhkəmə Qərar — İş №2-2(102)-171/2018
10.04.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver