Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-172/2018 04.04.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı "xxxx" MMC-nin cavabdeh “Cavabdeh” şirkətinə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-172/2018) Bakı şəhəri 04 aprel 2018-ci il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin baş direktoru X7 oğlunun, vəkili Vəkil oğlunun, cavabdehin nümayəndəsi X1, vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh “Cavabdeh” şirkətinə qarşı işgüzar nüfuzun müdafiəsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnz ibatiİqtisadi Kollegiyasının 12 oktyabr 2017-ci il tarixli, 2-2(103)-590/2017 saylı qətnaməsindən cavabdeh “Cavabdeh” şirkəti və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" MMC cavabdeh “Cavabdeh” şirkətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, MMC-nin Azərbaycan Respublikasında təhlükəsizlik və mühafizə sahəsində fəaliyyət göstərdiyini, Cəmiyyətin uzun müddət “Cavabdeh” şirkəti ilə əməkdaşlıq etdiyini, 6 aprel 2016-cı il tarixdə Cəmiyyətin “X” sistemi vasitəsilə Şirkət tərəfindən rəsmi elan edilmiş “Azərbaycan ərazisindəki BP obyektlərinin elektron təhlükəsizlik sistemlərinə texniki xidmət” üzrə tenderdə i ştiraka dəvət edildiyini, tenderin iki mərhələdən (texniki və kommersiya) ibarət olduğunu, 6 apreldən 7 iyun 2016-cı ilədək Şirkət, tenderdə iştirak edən şəxslərin texniki hazırlıq səviyyəsini və tender şərtlərində nəzərdə tutulmuş iş həcmini görmək qabiliyyətini qiymətləndirdiyini, 6 iyun 2016-cı il tarixdə Şirkət “X” sistemi vasitəsilə Cəmiyyəti tenderin ilk (texniki) mərhələsini uğurla keçməsi və ikinci mərhələyə dəvət olunması barədə məlumatlandırdığını, lakin 2-ci mərhələnin rəsmi qaydada elan edilmədiyini, 6 aprel 2016-cı ildə elan edilmiş tender yekunlaşmadan və bağlanmadan Şirkət 21 sentyabr 2016-cı il tarixdə yenidən həmin adda tender elan etsə də, bu yeni tenderə Cəmiyyətin dəvət edilmədiyini, 21 sentyabr 2016-cı il tarixli məktubdakı qeyri-müəyyənliklərə aydınlıq gətirilməsi məq sədilə Cəmiyyət tərəfindən Şirkətin AGT regionu üzrə direktoru Kamran Rəcəbliyə 22 sentyabr və 4 oktyabr 2016-cı il tarixlərində ünvanlanmış məktubların isə cavablandırılmamış qaldığını, 22 noyabr 2016-cı il tarixdə Şirkətin AGT regionu üzrə Təchizat məsələləri üzrə baş məsul şəxsi F Cəmiyyətə ünvanladığı məktubda Şirkətin Cəmiyyəti saxtakarlıqda təqsirləndirməsinin Cəmiyyətin işgüzar nüfuzuna qəsd edən hərəkət kimi qiymətləndirildiyini, saxta qəbz təqdim etməklə Şirkətdən 64.554 manat pulun alınması barədə ittihamın Cəmiyyətin işgüzar nüfuzuna xələl gətirəcək xarakterdə olduğunu, həmin məlumatlar ARDNŞ-in məsul şəxslərinə göndərilməklə Cəmiyyət barəsində sözügedən şəxslərdə mənfi rəyin yaranmasına gətirib çıxardığını, Şirkətin saxtakarlıq edilməsi barədə məlumatın Cəmiyyətin direktoru Y yanaşı ARDNŞ-in məsul şəxsləri XX və CC da ünvanladığını bildirərək, cavabdeh tərəfindən MMC-nin saxtakarlıq etməsinə dair həqiqətə uyğun olmayan məlumatın yayılmasının hüquqa zidd hesab edilməsi, cavabdehin üzərinə məlumatın həqiqətə uyğun olmamasına dair K, B, X6, P, G, T, M T elektron poçt vasitəsilə təkzib məktubu ünvanlanması və təkzib məktubunda həqiqətə uyğun olmayan məlumatın yayıldığı elektron məktuba istinad edilməklə həqiqətə uyğun olmayan məlumatın aydın şəkildə təkzib edilməsi öhdəliyinin həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2017-ci il tarixli, 2-2(81)694/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, “B şirkəti tərəfindən "xxxx" MMC-nin saxtakarlıq etməsinə dair həqiqətə uyğun olmayan məlum atın yayılması hüquqa zidd hesab edilmiş, cavabdehin üzərinə məlumatın həqiqətə uyğun olmamasına dair elektron poçt vasitəsilə təkzib məktubu ünvanlanması və təkzib məktubunda həqiqətə uyğun olmayan məlumat yayıldığı elektron məktuba istinad edilməklə sonuncudakı həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi öhdəliyi K, B, X6, P, G, T, M, T həvalə edilmiş, cavabdehdən iddiaçının xeyrinə 10 manat dövlət rüsumu tutulmuşdur (hakim – V.Ə.Baxışova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 oktyabr 2017ci il tarixli, 2-2(103)-590/2017 saylı qətnaməsi ilə (sədrlik edən K.N.Abiyeva, hakimlər M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdeh “B Limited şirkətinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2017-ci il qətnaməsi dəyişdiril mədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 oktyabr 2017ci il tarixli qətnaməsindən cavabdeh “Cavabdeh” şirkəti və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, "B Şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericilik aktlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq qurmuş, Şirkət "Xəzə r dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" Yataqlarının birgə işlənməsi və X9 Bölgüsü haqqında Saziş-in (HPBS) və ratifikasiyası haqqında 02.12.1994-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən fəaliyyət göstərir, Pay Bölgüsü haqqında Sazişin 5-ci maddəsinə uyğun olaraq, "xxxx" və B Şirkəti ilə birgə "xxxx" yaradılmış, Dövlət Neft Şirkətinin nümayəndəsinin funksiyaları B Şirkəti tərəfindən aparılan neft-qaz əməliyyatlarına nəzarət etməkdən, illik iş proqramını təsdiq etməkdən, illik büdcələrinə baxmaq və təsdiq etməkdən, Məsrəflərin və Xərclərin uçotuna nəzarət etməkdən ibarətdir, Sazişin 6.3-cü maddəsinə uyğun olaraq Birgə Əməliyyat şirkətində Prezidentin Müşaviri vəzifəsi təsis edilmiş, Prezidentin Müşaviri ARDNŞ-in məsləhət funksiyalarını yerinə yetirir və ARDNŞ-dən əmək haqqı alır, Prezidentin Müşaviri vəzifəsinə Murad Heydərov, müşavirinin məsul köməkçisi vəzifəsinə isə Təbriz Ammayev təyin edilmiş, Dövlət Neft Şirkətinin nümayəndələrin B şirkətinin fəaliyyətinə və xərclərin uçotuna nəzarət funksiyalarını nəzərə alaraq, B şirkətinin öz fəaliyyəti, xərcləri və bunlarla bağlı olan başqa məsələlər haqqında məlumatları və informasiyanı Dövlət Neft Şirkətinə məlumatlar verməlidir, B Şirkətinin "xxxx" MMC haqqında onun işgüzar nüfuzuna xələl gətirəcək məlumatın yayması həqiqətə uyğun deyildir, belə ki, iddiaçının istinad etdiyi və məhkəməyə təqdim edilən 22 noyabr 2016-cı il tarixli məktubda "Mehmanxanalardan biri tərəfindən verilən və Aun BP-yə təqdim etdiyi hesablara əlavə olunan qəbzlərin eyni sıra nömrəsinə malik olması və məhz bu səbəbdən e tibarlı hesab oluna bilməmələri" qeyd edilmişdir. Qeyd edilən 22 noyabr 2016-cı il tarixli məktubda B şirkəti iddiaçıya "saxtakarlığın necə baş verdiyini başa düşmək üçün" mehmanxana tərəfindən verilən qəbzlərin əslini təqdim etməsini və mehmanxadan qəbzlərin saxtalaşdırılmasına dair yazılı izahat alınması təklif etmiş, məktubun mətnindən açıq aydın görünür ki, "saxtakarlıq" sözü məhz mehmanxana tərəfindən təqdim edilən qəbzlərə münasibətdə istifadə edilmiş, həmçinin iddiaçıya mehmanxanadan saxtakarlıqla bağlı yazılı izahat alınması təklif edilmişdir ki, bunun özü "saxtakarlıq" sözünün iddiaçıya aid edilməməsinin sübutudur, həmin qəbzlər "xxxx" ASC-nə məxsus mədaxil qəbzləridir ki, bunlar ciddi hesabat blankı sayılır. Mədaxil qəbzlərinin hamısının eyni seriya nömrəsinə malik olması açıq ay dın BP şirkətinin iddiaçı barəsində yalan məlumat verməməsinin sübutudur. Məlumatların yayılması- iddiaçı B şirkətinin Təchizat məsələləri üzrə Vitse Prezidenti cənab F 16 yanvar 2017-ci il tarixli elektron poçt məktubunun "xxxx" Cəmiyyətinin direktoru cənab Y yanaşı SOCAR-ın məsul şəxsləri T və SOCAR-ın X3 H ünvanlamasını "məlumatı yaymaq" kimi qiymətləndirmiş, lakin tərcüməsi məhkəməyə təqdim edilən elektron poçt yazışmalarından da görünür ki, "xxxx"un direktoru cənab Y özü 25 noyabr 2016-cı il tarixində cənab F 22 noyabr 2016-cı il tarixli elektron məktubuna cavab yazarkən T cavab məktubunun "Alıcılar" siyahısına əlavə etmiş, daha sonra Y 15 dekabr 2016-cı il tarixində F növbəti elektron məktubu yazarkən bu dəfə Murad Heydərovu məktubun "alıcılar" siyahısına əlavə etmiş, F isə öz növbəs ində Y elektron məktubuna cavab yazaraq mövcud yazışma tələblərinə uyğun olaraq "MS Outlook" poçt proqramının "Hamıya cavabla" funskiyasından istifadə etməyə məcbur idi, yəni "xxxx"un direktoru Y özü tərəfindən "Məktubları alan şəxslərin siyahısına" SOCAR-ın məsul işçilərini daxil edilməsi, cavab məktublarının da bu "bütün şəxslərin siyahısında" olan SOCAR-ın məsul işçilərinə avtomatik olaraq göndərilməsinə gətirmiş, "xxxx" Cəmiyyəti ilə "xxxx"un arasında imzalanmış 17 mart 2017-ci il tarixli "Üzləşmə aktı" tərtib edilərkən Aktda göstərilən hesabat rəqəmlərinin hansı sənədlər əsasında tərtib edilməsi qeyrimüəyyəndir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X4 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bak ı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı "xxxx" MMC-nin baş direktoru X5 və vəkili Vəkil oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessu al hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçı "xxxx" MMC-nin baş direktoru X2, vəkili Vəkil oğlunun, cavabdehin nümayəndəsi X1, vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 oktyabr 2017-ci il tarixli, 2-2(103)-590/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarına əsasən cavabdeh “Cavabdeh” Şirkətinin AGT regionu üzrə Təchizat məsələləri üzrə baş məsul şəxsi F tərəfindən iddiaçının direktoru Y elektron poçt ünvanına 22 noyabr 2016-cı il və 16 yanvar 2017-ci il tarixlərdə məktublar göndərilmiş, 22 noyabr 2016-cı il tarixli məktubda qeyd edilmişdir ki, BP-nin Etika və Uyğunluq Heyətinin apardığı daxili audit "xxxx"un fəaliyyətində uyğunluqla əlaqədar bir sıra nöqsanların olmasını aşkarlayıb, bunlardan bir qismi B-dən tam iş gününə görə ödənişlərin tələb olunmasına baxmayaraq, "xxxx" əməkdaşlarının iş yerində olmaması və "xxxx" tərəfindən təqdim olunan hesablara əlavə edilən mehmanxana qəbzlərinin saxtalaşdırılmasından ibarətdir...., bundan əlavə 28 iyul 2016-ci il tarixində B-nin Etika və Uyğunluq heyəti ilə görüşdə izah olunmuşdur ki, mehmanxanalardan biri tərəfindən verilən və "xxxx"un B-ya təqdim etdiyi hesablara əlavə olunan qəbzlər eyni sıra nömrəsinə malikdirlər və məhz bu səbəbdən etibarlı hesab oluna bilməzlər, saxtakarlığın necə baş verdiyini başa düşmək üçün xahiş olunmuşdur ki, (i) mehmanxanada qaldığınız günlərə görə qəbzlərin əslini təqdim edəsiniz və (ii) qəbzlərin saxtalaşdırılmasına dair mehmanxanadan yazılı izahat alasınız”, 16 yanvar 2017-ci il tarixli məktubda isə qeyd edilmişdir ki, “... 64.554 manat məbləğinə bərabər tələbimiz şirkətiniz tərəfindən göndərilən hesablara və əlavə olunmuş saxta qəbzlərə əsaslanır....”, elektron məktubların surətləri internet vasitəsilə iddiaçının direktoru ilə yanaşı K, B, X6, P, G, T, o cümlədən Dövlət Neft Şirkətinin əməkdaşları olan T və M göndərilmişdir. Apelly asiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdeh şikayətində 22 noyabr 2016-cı il tarixli məktubdakı «saxtakarlıq» ifadəsinin məhz mehmanxana tərəfindən təqdim edilmiş qəbzlərə münasibətdə istifadə edildiyini qeyd etsə də, iddiaçıya ünvanlanmış 22 noyabr 2016-cı il tarixli məktubda «BP-nin Etika və Uyğunluq Heyətinin apardığı daxili auditin aşkar etdiyi nöqsanlardan biri "xxxx" tərəfindən təqdim olunan hesablara əlavə edilən mehmanxana qəbzlərinin saxtalaşdırılmasından ibarətdir...» kimi göstərilməsi “saxtakarlıq” ifadəsinin heç də şikayətdə göstərildiyi kimi, yalnız mehmanxanaya münasibətdə işlədilmədiyini göstərir, həmçinin cavabdehin apellyasiya şikayətində «iddiaçının 1-ci instansiya məhkəməsinə təqdim etdiyi 17 mart 2017-ci il tarixli «Qarşılıqlı hesabla şmalar barədə» Akt, «Y» Cəmiyyəti ilə "xxxx" arasında sözləşmənin nəticəsidir və iddiaçının məhkəməyə yalan məlumat verməsinin sübutudur» kimi dəlillərin göstərilməsi, «saxtakarlıq» ifadəsinin iddiaçıya münasibətdə də işlədildiyini göstərir, “Cavabdeh” şirkətinin “saxta” adlandırdığı mədaxil qəbzləri "xxxx" MMC-nin işçilərinin 2012-ci ilin sentyabr, noyabr ayları, 2013-cü ilin yanvar ayı Yevlax şəhərində görüləcək işlərin icrası zamanı qaldıqları mehmanxana - "xxxx" ASC tərəfindən "xxxx" MMC-nə təqdim edilmiş, həmin qəbzlərin əsilləri cavabdehin səlahiyyətli şəxslərinə təqdim edilərkən qəbzlərin saxta olması barədə irad bildirilməmiş və “saxta” olduğu iddia edilən mədaxil qəbzlərinə əsasən iddiaçıya cavabdeh tərəfindən vəsait ödənilmiş, həmin mədaxil qəbzlərinə məhkəmə tərəfindən baxış keç irilərək, qəbzlərin nömrələrinin eyni olduğu müəyyən edilsə də, "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış 11 avqust 2016-cı il tarixli məktubda 3 il əvvəl verildiyi üçün qəbzlərin əsillərinin saxlanılmadığı göstərilmiş, lakin qəbzlərin onun tərəfindən iddiaçıya təqdim edildiyini təkzib etməmiş, iddiaçının nümayəndəsi cavabdehin “saxta” hesab etdiyi mədaxil qəbzlərinə əsasən 2012 və 2013-cü il üçün müvafiq mehmanxanaya 64.554 manat ödənişin həqiqətən həyata keçirildiyini sübut etmək üçün məhkəməyə "xxxx"ASC ilə "xxxx" MMC arasında bağlanmış 27 mart 2017-ci il tarixli qarşılıqlı üzləşmə aktını təqdim etmiş, cavabdeh apellyasiya şikayətində həmin üzləşmə aktının mötəbərliyini şübhə altına alsa da, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, 27 mart 2017-ci il tarixli üzləşmə aktı iddiaçı tərəfindən yemək və mehmanxana xidmətlərinə görə "xxxx" ASC-yə 64.554 manat vəsaitin həqiqətən ödənildiyini təsdiq edir, "xxxx" MMC-nin cavabdeh qarşısında hər hansı qanunsuz hərəkətə və ya sənəd saxtakarlığına yol verməmiş, "xxxx" ASC-nin təqdim etdiyi mədaxil qəbzlərinin nömrələrinin eyni olmasına görə məsuliyyəti qəbzi təqdim edən hüquqi şəxs "xxxx" ASC daşıdığından, iddiaçı buna görə təqsirləndirilə və saxtakarlıqla ittiham oluna bilməz, belə olan halda “B şirkətinin iddiaçının direktoruna ünvanlanmış və surəti digər şəxslərə, o cümlədən Dövlət Neft Şirkətinin əməkdaşları olan T və M elektron poçt vasitəsilə göndərilmiş məktublardakı məlumatlar həqiqətə uyğun olmamış, bu məlumatın yayılması nəticəsində iddiaçının işgüzar nüfuzuna ziyan vurulmuş, nəticədə iddiaçı “Azərbayc an elektron təhlükəsizlik sistemlərinə texniki xidmət” üzrə tenderdə iştirak etmək hüququndan məhrum olmuş, həmçinin cavabdehin həqiqətə uyğun olmayan məlumatların yayılmamasına dair apellyasiya şikayətində "xxxx"un direktoru Y, 25 noyabr 2016-cı il tarixində cavabdehin məsul şəxsi olan F 22 noyabr 2016-cı il tarixli elektron məktubuna cavab yazarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin məsul şəxslərini elektron məktub ünvanlanan şəxslərin dairəsinə daxil etdiyini bildirsə də, iddiaçının elektron məktublarının ünvanladığı şəxslərin dairəsinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin məsul əməkdaşlarının adını daxil etməsi, cavabdeh tərəfindən iddia olunan «saxtakarlığa» dair məlumatları əks etdirən məktubu həmin şəxslərə göndərilməsinə haqq qazandıra bilməz. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli, 4 nömrəli Qərarında qeyd edilmişdir ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş ba rəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs on un şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. İş materiallarından da göründüyü kimi, cavabdehin nümayəndəsi izahatında 2012-ci ilin sentyabr, noyabr ayları, 2013-cü ilin yanvar ayı üçün təqdim edilmiş mədaxil qəbzlərinin nömrələrinin eyni olması halının, onların saxta olduğunu və qəbzlərdəki məbləğlərin iddiaçı tərəfindən "xxxx"ASC-nə ödənilmədiyini ehtimal etməyə əsas verdiy ini, buna görə də həmin qəbzlər əsasında ödənilmiş 64.554 manat vəsait, cavabdehin iddiaçıya ünvanladığı 16 yanvar 2017-ci il tarixli məktub əsasında iddiaçıdan geri tələb olunduğunu göstərmişdir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Cavabdeh” şirkətinin “saxta” adlandırdığı mədaxil qəbzlərinin "xxxx" MMC-nin işçilərinin 2012-ci ilin sentyabr, noyabr ayları, 2013-cü ilin yanvar ayı Yevlax şəhərində görüləcək işlərin icrası zamanı qaldıqları mehmanxana - "xxxx" ASC tərəfindən "xxxx" MMC-nə təqdim edildiyini, həmin qəbzlərin əsilləri cavabdehin səlahiyyətli şəxslərinə təqdim edilərkən qəbzlərin saxta olması barədə irad bildirilmədiyini və “saxta” olduğu iddia edilən mədaxil qəbzlərə əsasən iddiaçıya cavabdeh tərəfindən vəsaitin ödənildiyini, 27 mart 2017-ci il tarixli üzləşmə aktının mötəbərliyini şübhə altına alan hər hansı sübutun olmadığını və istinad edilən üzləşmə aktının iddiaçı tərəfindən yemək və mehmanxana xidmətlərinə görə "xxxx" ASC-nə 64.554 manat vəsaitin həqiqətən ödənilməsini təsdiq etdiyini, "xxxx" MMCnin cavabdeh qarşısında hər hansı qanunsuz hərəkətə və ya sənəd saxtakarlığına yol vermədiyini, “B şirkətinin iddiaçının direktoruna ünvanlanmış və surəti digər şəxslərə, o cümlədən Dövlət Neft Şirkətinin əməkdaşları olan T, M və digərlərinə elektron poçt vasitəsilə göndərilmiş məktublardakı məlumatların həqiqətə uyğun olmadığını, bu məlumatın yayılması nəticəsində iddiaçının işgüzar nüfuzuna ziyan vurulduğunu, nəticədə iddiaçının “Azərb aycan elektron təhlükəsizlik sistemlərinə texniki xidmət” üzrə tenderdə iştirak etmək hüququndan məhrum olduğunu nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşə kassasiya qaydasında baxan mə hkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 oktyabr 2017-ci il tarixli, 2-2(103)-590/2017 saylı qətnaməsidəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 oktyabr 2017-ci il tarixli, 2-2(103)-590/2017 saylı qətnaməsidəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan
Məhkəmə qərarları › İş №2-2(102)-172/2018
Ali Məhkəmə Qərar — İş №2-2(102)-172/2018
04.04.2018 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver