Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-172/2024 03.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRAR 2-2(102)-172/2024 Açar sözlər: kredit razılaşmanın ləğv edilməsi, borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit razılaşmasının ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipot eka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 oktyabr tarixli 2-2(106)-77/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" QSC ilə Cavabdeh2 arasında 2012-ci il 22 noyabr tarixdə bağlanmış 28L000000105 nömrəli kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 300.000 ABŞ dolları məbləği olmaqla kredit xətti açılmış, 2018-ci il 29 yanvar tarixli 28L000000105SB nömrəli sazişlə kredit xəttinin müddəti artırılaraq 182 ay, kredit xəttinin məbləği 1.000.000 ABŞ dolları müəyyən edilmişdir. 2. 2012-ci il 22 noyabr tarixli uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərini icra etmək məqsədilə Cavabdeh1 ilə 2018-ci il 14 fe vral tarixdə, Cavabdeh3 ilə 2018-ci il 31 yanvar tarixdə zaminlik müqavilələri bağlanmışdır. 3. 2014-cü il 22 yanvar tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0,01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1-ci girişinin 1-ci və 2-ci mərtəbəsində 59,8 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. 4. 2015-ci il 1 iyun tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 və Cavabdeh3 İmişli şəhəri, Q.İsmayılzadə küçəsində xüsusi mülkiyyətində olan 0,0079 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 141,2 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. 5. 20 19-cu il 3 oktyabr tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 327,50 kv.m. olan fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. 6. "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 2019-cu il 19 dekabr tarixli 022R********** nömrəli kredit razılaşmasına əsasən, bank tərəfindən Cavabdeh2 225.000 manat məbləğində kredit vəsaiti aylıq 1,3333 faiz olmaqla, 26 ay müddətinə verilmiş və onun müvafiq bank hesabına köçürülmüşdür. 7. 2020-ci il 30 iyul tarixli 022R**********SA nömrəli 2020-ci il 30 oktyabr tarixli 022R**********SB nömrəli və 2021-ci il 18 oktyabr tarixli 022R**********SD nömrəli sazişlərə əsasən, t ərəflər arasında 2012-ci il 22 noyabr tarixli uzunmüddətli kredit xətti müqaviləsi üzrə 2019-cu il 19 dekabr tarixdə bağlanmış 022R********** nömrəli kredit razılaşması əsasında kredit alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişlərə əlavə olunan ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 8. "xxxx" QSC (bundan sonra – “iddiaçı” və ya “bank”) Cavabdeh1 (bundan sonra – “cavabdeh T.Rəhim”), Cavabdeh2 (bundan sonra – “cavabdeh T.Razi”) və Cavabdeh3 (bundan sonra – “cavabdeh T.Rasim”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh T.Razi arasında bağlanmış kredit razılaşması və sazişlərin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının хеyrinə 022R******* *** nömrəli krеdit razılaşması üzrə 202.837,93 manat krеdit bоrcu, 55.833,84 manat faiz bоrcu və 45.232,86 manat cərimə borcu olmaqla, ümumilikdə 303.904,63 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 194 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manatın, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsumun və 270 manat xidmət haqqının tutulması, tutmanın İmişli şəhəri, N.Nərimanov küçəsində 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 327,5 kv.m olan 123A nömrəli fərdi yaşayış evinə (bundan sonra – “torpaq sahəsi və fərdi yaşayış evi”), İmişli şəhəri, N.Nərimanov küçəsi 0,01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən 59,8 kv.m ümumi sahədən ibarət qe yri-yaşayış sahəsinə (bundan sonra – “qeyriyaşayış sahəsi”) və İmişli şəhəri, Q.İsmayılzadə küçəsi, 0,0079 ha torpaq sahəsi və üzərində yerləşən 141,2 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına (bundan sonra – “torpaq sahəsi və qeyri-yaşayış binası”) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmeti olan torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, digər ipoteka pre dmetləri olan qeyri-yaşayış sahəsinə və torpaq sahəsi və qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində cavabdeh T.Razinin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə (bax - § 1-7) tələbini onunla əsaslandırmışdır ki, cavabdeh T.Razi krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 2021-ci il 19 noyabr tarixindən banka qaytarmamışdır. Cavabdeh T.Razi götürdüyü krеdit bоrcundan 22.162.07 manat ödəmiş, onun 202.837.93 manat məbləğində kredit borcu qalmışdı r. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, cavabdeh T.Razi kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2022-ci il 25 avqust tarixinə 310 gün üçün hesablanmış faiz borcu 55.833.84 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 2022-ci il 25 avqust tarixə 310 gün üçü n hеsablanmış cərimə 45.232.86 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən, krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə, kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Krеdit xətti müqaviləsi üzrə cavabdeh T.Razinin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər T.Rasim və T.Rəhim zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1ci bəndinə əsasən, yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh T.Razi ilə birgə məsuliyyət daşıyır və krеdit хətti m üqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Qeyd olunanlara əsasən, tələbdə qeyd edilən məbləğlərdə borc cavabdehlərdən müştərək qaydada tutulmalı və tutma ipoteka predmetlərinə yönəldilməlidir.
10. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" MMC-nin 2022-ci il 22 dekabr tarixli mütəxəssis rəyinə əsasən, T.Raziyə məxsus qeyri-yaşayış sahəsinin bazar dəyəri 23.920 manat, likvid dəyəri 20.811 manat, torpaq sahəsi və qeyri-yaşayış binasının bazar dəyəri 77.560 manat, likvid dəyəri 73.682 manat, torpaq sahəsi və fərdi yaşayış evinin bazar dəyəri 114.625 manat, likvid dəyəri 100.870 manat təşkil edir. "xxxx" MMC-nin xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
11. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlı q ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 30 yanvar tarixli 9/150 nömrəli rəyinə əsasən, cavabdeh T.Razinin iddiaçıya 2019-cu il 19 dekabr tarixli kredit müqaviləsi üzrə 2022-ci il 25 avqust tarixinə olan əsas borcu 202.837,93 manat, faiz borcu isə 50.763,35 manat təşkil edir.
12. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 4 aprel tarixli e-2-2(121)-56/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ilə cavabdeh T.Razi arasında bağlanmış 2019-cu il 19 dekabr tarixli 022R********** nömrəli kredit razılaşması, 2020-ci il 30 iyul tarixli 022R**********SA, 2020-ci il 30 oktyabr tarixli 022R**********SB nömrəli və 2021-ci il 18 oktyabr tarixli 022R**********SD nömrəli sazişlər ləğv edilmiş, cavabdehlərdən müştərək qaydada 2019-cu il 19 dekabr tarixli krеdit razılaşması üzrə 202.837,93 manat əsas borc, 50.763,35 manat faiz borcu, 4.500 manat cərimə borcu, 400 manat mediasiya xərci, 148 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu və 270 manat xidmət haqqı olmaqla, ümumilikdə 258.964,28 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdeh T.Razinin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə, torpaq sahəsi və fərdi yaşayış evinə, cavabdehlər T.Razi və T.Rasimin ümumi birgə mülkiyyətində olan torpaq sahəsi və qeyri-yaşayış binasına yönəldilməsi, cavabdeh T.Razinin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 20.811 manat, torpaq sahəsi və fərdi yaşayış evinin ilkin satış qiyməti 100.870 manat və cavabde h T.Razi və T.Rasimin ümumi birgə mülkiyyətində olan torpaq sahəsi və qeyri-yaşayış binasının ilkin satış qiyməti 73.682 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən iddiaçıya olan borcun ödənilməsi, əmlakların açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdehlər T.Razi və T.Rasimə qaytarılması, ipoteka predmetlərinə tutma yönəldildikdən və açıq hərracda satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin daşınmaz əmlaklardan çıxarılması və əmlakların boşaldılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim - E.Abdullayev).
13. Məhkəmə, iddia tələbinin kredit müqaviləsi üzrə əsas və faiz borcunun qaytarılması hissəsini araşdıraraq hesab etmişdir ki, iddia həmin hissədə əsaslıdır.
14. Məhkə mə hesab etmişdir ki, iddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıdığından, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
15. Məhkəmə, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, əsas və faiz borcları üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlı olmuşdur.
16. Məhkəmə hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyi öz üzərinə götürmüşdür. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etmə kdə haqlıdır. Buna görə də, iddia əsas borca münasibətdə tam, faiz borcuna münasibətdə isə qismən təmin edilməlidir.
17. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq, cavabdehdən iddiaçının xeyrinə 022R********** nömrəli kredit müqaviləsi üzrə cərimənin 45.232,86 manat məbləğində deyil, 4.500 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır.
18. Məhkəm ə, eyni zamanda cavabdehlər T.Rəhim və T.Rasimin mülki məsuliyyətini araşdıraraq onlar digər cavabdehə kredit müqaviləsi üzrə alınmış pula görə zamin olduqlarından, qeyd edilən məbləğlərin və həmin məbləğlərə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşımaları nəticəsinə gəlmişdir. Belə ki, cavabdeh T.Razi kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər T.Rəhim və T.Rasim cavabdeh T.Razinin iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, bununla da iddiaçı qarşısında olan T.Razinin pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdürlər.
19. Bundan başqa məhkəmə hesab etmişdir ki, tələb ipoteka qoyulmuş daşınmaz əmlaklara yönəldilməlidir. Belə ki, cavabdeh T.Razinin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin olunduğundan və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddia həmin hissədə təmin olunmalı, ipoteka predmetinin, yəni T.Raziyə məxsus qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 20.811 manat, torpaq sahəsi və fərdi yaşayış evinin ilkin satış qiyməti 100.870 manat və cavabdehlər T.Razi və T.Rasimin ümumi birgə mülkiyyətində olan torpaq sahəsi və qeyri-yaşayış binasının ilkin satış qiyməti 73.682 manat müəyyən edilməklə, həmin əmlaklar açıq hərracda satılmalı və satışdan əldə olunacaq vəsait hesabına iddiaçının borc tə ləbi ödənilməlidir.
20. Məhkəmə, eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və o satıldıqdan sonra 1 ay ərzində həmin əmlakların boşaldılması və həmin əmlakdan çıxarılması”na dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddiaçının dəlilləri əsaslıdır və qeyd olunan daşınmaz əmlaklar ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulduğundan, borc ödənilmədiyi təqdirdə ipoteka qoyan, yəni cavabdehlər T.Razi və T.Rasim ipoteka predmeti olan əmlakdan çıxacağını və boşaldacağını öhdəsinə götürdüyündən iddia tələbi həmin hissədə də əsaslı olmuşdur.
21. Məhkəmə iddia tələbinin “əmlakların alıcıya təhvil verilməsi”nə dair hissəsini araşdıraraq iddia tələbinin həmin hissədə əsassız olması qənaətinə gəlmişdir. Belə ki, əmlakların təhvil verilməs i üçün ilk öncə həmin əmlaklara tutma yönəldilməli və o satılmalıdır. Hal-hazırda ipotekaya qoyulmuş əmlaklar satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçi və orada olan şəxslərin yeni mülkiyyətçi qarşısında torpaq sahəsini 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun (və ya başqa şəxsin) baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, iddia tələbi “əmlakların alıcıya təhvil verilməsi” hissəsində təmin edilə bilməz.
22. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissə sini araşdıraraq hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Bu səbəbdən də iddia tələbi həmin hissədə təmin oluna bilməz.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.7, 317.1, 319.1, 385.1, 442, 460.1, 462.1, 462.3, 467, 470.1, 472.2, 739.1, 739.2-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 9.1-1, 26.2, 26.4-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 39.3.3, 41.1, 59.3, 59.4-cü maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Res publikası Qanununun 36.5-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 2020-ci il 20 iyul tarixli 01 nömrəli Qərardadına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 51.1, 77.1, 101.7, 107, 115.0.1, 119.1, 119.2, 185.1, 185.5, 217.4, 226.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Cavabdeh T.Razi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edib, tələbin təkrar ekspertiza rəyinə uyğun olaraq artıq hesablanmış əsas borc, faiz və cərimə, ona məxsus ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməmə si barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
25. Şirvan Apellyasiya Məhkəməsinin 2023-cü il 10 oktyabr tarixli 2-2(106)-77/2023 nömrəli qətnaməsi ilə cavabdeh T.Razi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – P.Əhmədov, hakimlər – C.İmanov və T.Kərimov).
26. Məhkəmə kollegiyası məhkəməyə təqdim və tədqiq olunmuş bütün mötəbər sübutlar üzrə tam və hərtərəfli araşdırma apararaq hesab etmişdir ki, cavabdeh T.Razinin apellyasiya şikayətinin heç bir mötəbər sübuta əsaslanmayan və hal-hazırda qüvvədə olan qanunvericiliyin imperativ normalarına söykənməyən formal xarakter daşıyan dəlilləri hazırkı mübahisələnd irilən qətnamənin ləğv olunması və yaxud dəyişdirilməsi üçün əsas deyildir.
27. İlk olaraq apellyasiya şikayətinin işə şikayətçi - cavabdeh T.Razinin iştirakı olmadan baxılması barədə dəlil əsaslı olmamışdır. Belə ki, iş materiallarında onun məlumatlandırılması və məhkəmə iclasında iştirakının təmin edilməsi müəyyən olunur.
28. Şikayətin həmçinin tərəflərin pandemiya dövrü üçün güzəştlərin olması barədə razılaşmalarına baxmayaraq, ödədiyi pulun bir hissəsinin nəzərə alınmaması, ona yüksək faiz və cərimə hesablanması barədə dəlil də əsaslı deyildir. Belə ki, iş üzrə əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 30 yanvar tarixli 9/150 nömrəli rəyi ilə hazırkı kredit müqaviləsi üzrə hesablanmış borc məbləği dəqiq müəyyən edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsində həmin məbləğ əsas götürülmüşdür. Eyni zamanda, pandemiya dövründə əsas borca faiz və cərimə borcunun hesablanmaması üçün hər hansı əsas da mövcud olmamışdır.
29. Həmçinin cavabdeh T.Razi öz apellyasiya şikayətində əsas borcu hissə-hissə ödəməyə hazır olduğunu göstərsə də, digər borcların ödənilməməsi üçün heç bir səbəb aşkar olunmamışdır.
30. Bundan başqa, kredit müqaviləsi üzrə borcun Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli Fərmanının təsir dairəsinə düşməsi barədə şikayətin dəlili yoxlanılarkən müəyyən edilmişdir ki, həmin borc məbləği adıçəkilən Fərmanın təsir dairəsinə düşmür və bu səbəbdən də, qalıq borcun ödənilməsinə hər hansı güzəşt məbləği yönəldilməmiş və borcluya restrukturizasiya təklif olunmamışdır.
31. Qeyd edilənlərlə yanaşı, apellyasiya şikayətinin bağ lanmış ilk müqavilədən 11 il keçməsi, onun və ailəsinin başqa yaşayış yerinin olmaması, iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsinin zəruri olması halının sübut olunmaması, tutmanın əmlaka yönəldilməsinin onun əsas borcu hissə-hissə ödəməsi halına uyğun gəlməməsi kimi dəlillərinə dair qeyd olunmuşdur ki, həmin dəlillər formal və əsassız xarakterli olmaqla cavabdeh T.Razi tərəfindən buna dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
32. Eyni zamanda, apellyasiya şikayətinin “tutmanın ipoteka predmetinə yönəldilməməsi” barədə dəlili üzrə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü ma ddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 02/2023 nömrəli qərardadının 13-cü bəndində göstərilmişdir ki, təkcə fərdi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilməsi “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsindəki dispozisiya şərtinin reallaşması üçün yetərlidir. Bu zaman, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri tələb olunmur.
33. Bütün bunlarla yanaşı məhkəmə kollegiyası hesab etmişdir ki, ipoteka predmetlərinin likvid dəyəri onlara tam dolğun şəkildə (yerləşdiyi yer, təmin və s. kimi hallar nəzərə alınmaqla) baxış keçirilərək müəyyən edildiyindən bu məqsədlə yenidən müvafiq ekspertizanın təyin olunmasına zərurət yoxdur.
34. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab etmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 269.7, 319.1, 385.1, 425.1, 442, 445.2, 739.1, 740-cı maddələrinə, “ İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 34.1.1, 34.1.3, 59.3, 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə № 02/2023 qərardadının 13-cü bəndinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarına, MPM-in 14.2, 77.1, 217.4, 372.1, 372.6, 372.7, 385.2, 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
36. Cavabdeh T.Razi kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. MM-in 425.1, 14.2.7 və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərman üzrə - iddiaçının müqavilədə göstərilən müddəti gözləmədən T.Razinin evinin alınmasını tələb etməsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsinə səbəbdir. İddiaçının əsassız varlanmaq istəyinə məhkəmə hüquqi qiymət verməmiş və 2019-cu il 28 fevral tarixli Fərmanın bu işə tətbiq olunmadığını nəzərə almamış və düzgün olmayaraq tə tbiq etməmişdir.
38. MPM-in 8.1, 80, 88-ci maddələri üzrə - Məhkəmə prosesi zamanı bərabərlik prinsipi pozulmuş və T.Razinin iştirakı təmin edilməmişdir. Şikayətində göstərdiyi sübutlar əsaslı olsa da, məhkəmə tərəfindən qiymətləndərilməmişdir. Həmçinin, ekspertin rəyinə etiraz etdiyi halda, məhkəmə göstərilən dəlilləri araşdırmamış və mülki işin obyektiv və qərəzsiz məhkəmə baxışı təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, onun təmin olunmamasını və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
40. Etirazda bildirilmişdir ki, cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qeyri-qanuni olduğunu, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının pozulduğunu qeyd etsə də, pozuntuların mövcud olması iş materialları ilə təsdiqini tapmamışdır. Kassasiya şikayətində eyni ilə apellyasiya şikayətində irəli sürülmüş dəlillər təkrarlanmışdır. Cavabdehin eyni məzmunlu dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl hüquqi qiymət verilmişdir.
41. Kassasiya şikayətinin dəlillərindən biri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli Fərmanının borclunun kreditlərinə şamil olunmaması ilə bağlıdır. “Həmin Fərman fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditlərinə şamil olunur.” Hazırkı iş üzrə isə borcluların banka 2 kredit razılaşması üzrə ümumilikdə 258.964,28 manat məbləğində borcu mövcuddur. Ona g örə də həmin Fərmanın tələbləri hazırkı işə şamil oluna bilməz.
42. Cavabdehin işə onun iştirakı olmadan baxılması barədə dəlilləri də əsassızdır. Belə ki həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı dövründə cavabdehlər məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə məlumatlandırılmış, lakin heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər.
43. Kassasiya şikayətini verməkdə məqsəd işin gedişatını qanunsuz uzatmaq, məhkəmə qətnaməsinin icrasına mane olmaqla kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərin icrasından yayınmaq və əlavə vaxt qazanmaqdan ibarətdir. Kassasiya baxışının hədləri
44. Kassasiya şikayətinin yalnız cavabdeh T.Razi tərəfindən verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı icraat çərçivəsində məhkəmə aktını n qanuniliyi və əsaslılığı yalnız həmin cavabdehə münasibətdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tədbiq edilən hüquq
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
269. Girov və ipoteka hüququ anlayışı... 269.7. Girovla və ipot eka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın....” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavas itə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hə rəkət etməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən ic ranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” “Maddə
741. Borc üzrə faizlər 741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdir irlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.....” 47. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
9. Sonrakı ipoteka 9.1. Qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka)....” “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.” “Maddə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutm a yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.”
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Madd ə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. MPM-i n 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
51. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyas ı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 52. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, müba hisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Kassasiya şikayətinin dəlillərindən biri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli Fərmanının borclunun kreditlərinə şamil olunmaması ilə bağlıdır.
55. Kredit müqaviləsi üzrə borcun həmin Fərmanın təsir dairəsinə düşməsi barədə şikayətini dəlilini yoxlayarkən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, həmin borc məbləği adıçəkilən Fərmanın təsir dairəsinə düşmür və bu səbəbdən də, qalıq borcun ödənilməsinə hər hansı güzəşt məbləği yönəldilməmiş və borcluya restrukturizasiya təklif olunmamışdır.
56. Cavabdehin işə onun iştirakı olmadan baxılması barədə dəlilləri də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə bildirişləri cavabdehin qeydiyyat, eyni zamanda faktiki yaşayış ünvanına göndərilmişdir.
57. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 102.2-ci maddəsinə əsasən iddiaçının vəsatəti əsasında iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması əsasları müəyyən edilməmişdir.
58. Həmçinin kollegiya qeyd edir ki, hazırki kassasiya şikayəti təmin olunmadığından ona qarşı verilən etiraza münasibət bildirilməsinə lüzum yoxdur.
59. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
60. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 oktyabr tarixli 2-2(106)-77/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.