Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-174/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının ləğvedicisinin cavabdehə qarşı iş üzrə QƏRARI Açar sözlər: borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi 27.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Hüseynova Sevda Əziz qızı, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızı iddiaçının ləğvedicisi vəkilinin iştirakı ilə İddiaçı ləğvedicisi Cavabdehə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhk əməsinin Kommersiya Kollegiyasının 2020-ci il 8 dekabr tarixli 2-2(105)-37/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2014-cü il 28 oktyabr tarixli 108.LN.2004.281014.00001 saylı kredit müqaviləsindən (bundan sonra – “Kredit Müqaviləsi”) görünür ki, İddiaçı -bundan sonra “ASC”) cavabdeh (bundan sonra – “cavabdeh”) dövriyyə vəsaitlərinin artırılması məqsədilə 36 ay müddətinə illik 6 faizlə 15.000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və ona hesablanmış faizləri iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 2. 2014-cü il 28 oktyabr tarixli 108.CL.281014.00001/d saylı ipoteka müqaviləsindən (bundan sonra – “İpoteka Müqaviləsi”) görünür ki, bu müqavilə, Kredit Müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin etmək mə qsədilə bağlanmış və cavabdehə məxsus ünvan 1-də yerləşən 7 saylı fərdi yaşayış evi (0,05 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) (bundan sonra – “ipoteka predmeti”) ASC qarşısında ipoteka ilə yüklü edilmişdir.
3. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ipoteka predmetinin ASC-nin adına ipoteka ilə yüklü edilməsi 2014-cu il 1 noyabr tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 4. 2017-ci il 23 avqust tarixli 19/9867 saylı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” Bildirişdən görünür ki, ASC tərəfindən cavabdehə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir.
5. ASC tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında D aşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə (bundan sonra – “Reyestr İdarəsi”) ünvanlanmış 2017-ci il 31 avqust tarixli 19/10087 saylı ərizədən görünür ki, ASC tərəfindən cavabdehə ünvanlanmış “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” bildirişin qeydə alınmasını xahiş edilmişdir.
6. Reyestr İdarəsinin 2017-ci il 12 sentyabr tarixli ********** saylı məktubundan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş 2017-ci il 9 sentyabr tarixində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. ASC 2018-ci il 14 sentyabr tarixində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək kredit müqaviləsi üzrə cavabdehdən ASC-nin xeyrinə 15.000 manat əsas borc, 2.931,38 mana t faiz borcu, 2.005,12 manat artırılmış faiz borcu (cərimə), cəmi 19.936,5 manat (2017-ci il 21 avqust tarixinə olan borc) və 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması, cavabdehin İpoteka qoyulmuş evi ən geci bir ay ərzində tərk eməsi, evin boşaldılması, evə istifadə hüququnun itirilməsini xahiş etmişdir.
8. İddia yuxarıda §§ 1-3-də göstərilən hallara, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 295, 319.1, 448.2, 449.4-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 34, 4 1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. ASC iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək cavabdehdən 13.462,73 manat əsas borc, müqavilənin bitdiyi tarixə 3.608,15 manat faiz borcu və 2.665,35 manat cərimə olmaqla, cəmi 19.736,23 manat borcun tutulması, tutmanın İpoteka Premetinə yönəldilməsi, İpoteka Premetinin hərracda satılması və əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti satıldıqda, evin boşaldılması, cavabdehin həmin evə istifadə hüquqlarının itirilməsini xahiş etmişdir.
10. Cavabdehin vəsatəti əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 mart tarixli 2-2(85)-35/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşd ur: Kredit Müqaviləsi üzrə 2.931,38 manat faiz borcu və 2.005,12 manat artırılmış faiz borcu (cərimə) düzgün hesablanmışdırmı?
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2019-cu il 15 oktyabr tarixli 11039 saylı rəyində göstərilmişdir ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən Kredit Müqaviləsi üzrə cavabdehin 2017-ci il 21 avqust tarixinədək ASC-yə olan borcu 16.480 manat məbləğində (o cümlədən 15.000 manat əsas borc, 1.480 manat faiz borcu) müəyyən olunur.
12. Cavabdeh 2019-cu il 9 dekabr tarixində “faiz, cərimə və borcun silinməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət emişdir.
13. Cavabdehin qarşılıqlı iddia ərizəsi dövlət rüsumunun ödənilməsinə, işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınmasına dair sübutların məhkəməyə təqdim edilməməsi səbəbindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 dekabr tarixli 2-2(085)-35/2019 saylı qərardadı ilə geri qaytarılmışdır (hakim – Z.Pirverdiyev).
14. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 dekabr tarixli 2-2(085)-35/2019 saylı qətnaməsi ilə ASC-nin iddiası qismən təmin edilmiş, cavabdehdən 13.462,73 manat əsas borc, müqavilənin bitdiyi tarixə 3.608,15 manat faiz borcu və 200 manat cərimə olmaqla, cəmi 17.270,88 manat borcun ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 48.000 manat müəyyən olunmaqla hərracda s atılması və əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti satıldıqda evin boşaldılması, cavabdehin həmin evə istifadə hüquqlarının itirilməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 26,25 manat məbləğinin cavabdehdən tutularaq ASC-yə ödənilməsi, qalan 3,75 manat məbləğinin ASC-yə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi, 200 manat məbləğində ekspertiza xərclərinin 175 manat məbləğinin cavabdehdən, qalan 25 manat məbləğinin ASC-dən tutularaq müvafiq hesaba köçürülməsi qət edilmiş (hakim – Z.Pirverdiyev).
15. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.
16. ASC cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan kredit müqaviləsinə istinadən bildirir. Cavabdeh isə məhkəməyə bunun əksini təsdiq edən sübut təqdim etməmişdir.
17. Kredit Müqaviləsi üzrə əsas kredit məbləğinin ödənilməmiş 13.462,73 manat məbləğində pul vəsaiti iş materialları ilə təsdiq olunur.
18. Kredit Müqaviləsinə əsasən cavabdeh kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürdüyündən əsas kredit məbləğinə hesablanmış faiz borcu qanuni olduğuna görə cavabdehdən tutulmalıdır.
19. Cəriməyə dair tələb Kredit Müqaviləsindən irəli gəlsə də, tələb olunan 2.665,35 manat dəbbə pulu məbləği yaranmış 13.462,73 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək olduğundan, onun məbləğinin azaldaraq 200 manat həddində müəyyən edilməsi ədalətlidir.
20. Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə tələb əsaslıdır.
21. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 295, 317.1, 385.1, 442, 448.1, 467, 739.1, 739.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 80, 88, 119.1, 217.3, 217.4-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.2, 34.1.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. Cavabdeh həmin qətnamədən 2019-cu il 17 fevral tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 2 iyun tarixli 22(105)-37/2020 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması Azərbaycan Respublikası Ədli yyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə, məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması “X1” MMC-yə həvalə edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Kredit Müqaviləsi üzrə alınmış kreditə görə Cavabdeh tərəfindən nə qədər pul vəsaiti qaytarılmış, ödənişlər nəzərə alınmaqla 2017-ci il 30 oktyabr tarixinə hesablanmış əsas və faiz borcu nə qədər təşkil edir? 2) Kredit Müqaviləsinin şərtləri və həmin müqavilə üzrə edilmiş ödənişlər nəzərə alınmaqla, ödənilməli olan əsas, faiz və cərimə borcunun məbləği müəyyən edilsin. 3) ipoteka predmetinin mövcud vəziyyəti nəzərə alınmaqla bazar qiyməti nə qədər təşkil edir?
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 4 avqust tarixli 9/1986 saylı rəyində qeyd olunmuşdur ki, iş materi allarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən Kredit Müqaviləsi üzrə Cavabdeh 2017-ci il 30 oktyabr tarixinədək ASC-yə olan borcu 16.652,50 manat (o cümlədən, 15.000 manat əsas borc, 1.652,00 manat faiz borcu) məbləğində müəyyən olunur. 25. “X1” MMC-nin 2020-ci il 16 noyabr tarixli, 258/AGB/20 nömrəli qiymətləndirmə hesabatında göstərilmişdir ki, ipoteka predmetinin bazar dəyəri 92.000 manat, likvid dəyəri isə 82.800 manat təşkil edir.
26. Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 8 dekabr tarixli 22(105)-37/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 dekabr tarixli 2-2(085)-35/2019 saylı qətnaməsi qismən – 3.6 08,15 manat faiz borcunun tutulması, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 48.000 manat müəyyən olunması, cavabdehin həmin evə istifadə hüququnun itirilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdehdən 1.652 manat faiz borcu ASC-nin xeyrinə tutulmuş, xxxxnin likvid dəyəri 82.800 manat müəyyən edilmiş, cavabdehin evə istifadə hüququnun itirilməsi hissəsində iddia tələbi təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmış, Cavabdehdən ekspertiza tədqiqatının dəyəri – 200 manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin, 350 manat alınaraq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən – F.Məmmədov, hakimlər – Z.Məmmədov və H.Babayeva).
27. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı k imi olmuşdur.
28. Cavabdeh tələb edilən məbləğ ilə razı olmadığından faiz borcunun məbləği ekspert rəyi ilə müəyyən edilmiş həddə, yəni 1.652 manat məbləğində müəyyən edilməlidir.
29. Birinci instansiya məhkəməsi 2.005,12 manat cərimə məbləğini azaldaraq 200 manat cərimə tutmuşdur. Tələb edilən dəbbə pulunun azaldılması Cavabdeh Kredit Müqaviləsi üzrə qalmış borcunun ödənilməsinə zəmin yaratmış olur. Cərimə borcunun ümumiyyətlə silinməsi isə kreditorun əmlak mənafeyinin pozulmasıdır. 30. ipoteka predmeti açıq hərraca çıxarılarkən onun likvid dəyəri qiymətləndirmə rəyinə müvafiq olaraq 82.800 manat məbləğində müəyyən edilməlidir.
31. İpotekaya qoyulmuş fərdi yaşayış evi satıldıqdan, münasibətlərə yeni mülkiyyətçi daxil olduqdan sonra yeni mülkiyyətçi evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Bankın, yəni ipoteka saxlayanın belə tələblə məhkəməyə müraciət etmək hüququ yoxdur.
32. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsini MM-in 269.5, 317.1, 319.1, 385.1, 442, 448.1, 462.1, 465.2, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 4.1, 33, 34.1.1, 34.1.2, 39.3.3, 41.1-ci, MPM-nin 119.1, 218.3, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
33. İddiaçının ləğvedicisi (bundan sonra – “Y1”) həmin qətnamədən 2021-ci il 23 fevral tarixində kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, Kredit Müqaviləsi üzrə faiz borcu, əmlakın likvid dəyəri və fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi hissəsində işə yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barəd ə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
34. ASC-nin maliyyə arayışında Kredit Müqaviləsi üzrə ödənişlər, ödənişlərin hansı borca və hansı həcmdə silinməsi açıq aydın göstərilmişdir. Ekspert rəyi isə açıq aşkar uyğunsuzluqlardan ibarət olmasına baxmayaraq məhkəmə buna əhəmiyyət verməmiş, faiz hissəsinin müəyyən edilməsində həmin rəyə istinad etmiş, bu isə ASC-nin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Hətta iddia tələbi əsas borc üzrə 13.462,73 manat təşkil etmiş, ASC-nin maliyyə arayışlarında əsas məbləğ üzrə azalmanın hansı ödənişin nəticəsində baş verdiyi göstərilmişdir. Lakin ekspert əsas borc üzrə məbləği 15.000 manat hesablamışdır. Ekspertin əsas borcu açıq aşkar səhv hesablaması faiz b orcunun da səhv hesablamasını ehtiva edir. Məhkəmə bu cür aşkar hallara əhəmiyyət verməmiş, eksperti dəvət edərək qarşısında hesablama ilə bağlı suallar qoymamışdır. 35. ipoteka predmetinin bazar qiyməti “X2” MMC-nin 2019-cu il 25 yanvar tarixli qiymətləndirmə hesabatında 48.000 manat, bundan il yarım sonra isə “X1” MMC-nin 2020-ci il 16 noyabr tarixli qiymətləndirmə hesabatında əmlakın likvid qiyməti 82.800 manat (ilk rəydəki qiymətdən 75% artıq qiymət) müəyyən edilib. Son qiymətləndirmə rəyinin əsassız və qərəzli olmasını sübut edən digər əsaslı şübhələr vardır. Belə ki, məlum faktdır ki, 2020-ci ildə koronavirus infeksiyasının yayılması nəticəsində bütün dünyada və o cümlədən ölkədə iqtisadi durğunluq baş vermiş, nəticədə əmlakların qiymətlərində azalma müşayiət olunmuşdur.
36. Apellyas iya instansiyası məhkəməsi iddia tələbini cavabdehin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi hissəsində təmin etməməkə ASC-nin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, 59.3.1, 59.3.2 və 59.4-cü maddələrindən irəli gələn hüquqlarını pozmuşdur.
37. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III hissəsinə, MPM-nin 88, 103.1, 217.2, 217.3, 218.1, 220.4, 385.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kastravet Moldovaya qarşı iş üzrə” 2007-ci il 13 mart tarixli qərarına istinad etməklə əsaslandırılmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
38. Cavabdeh kassasiya şikayətinə etiraz edərək bildirmişdir ki, ASC heç bir əsas olmadan ona faiz və faizin faizini hesablamış, ödəniləcək məbləğ əsassız olaraq şişirdilmişdir. Ona görə də kassasiya şikayəti rədd edilməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
39. Məhkəmə iclasında iştirak edən ƏSF-nin vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətinin əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin qismən – kredit müqavilələri üzrə faiz borcu, əmlakın likvid dəyəri və fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi hissəsində ləğv edilərək həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
40. Cavabdeh məhkəmə icl asının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İİ.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
42. ƏSF apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən (Kredit Müqaviləsi üzrə faiz borcu, əmlakın likvid dəyəri və fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi hissələrində) mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı müvafiq hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı m addələri).
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
44. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
269. Girov və ipoteka hüququ anlayışı... 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur....” “Maddə
295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan s atmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
465. Ö hdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafel əri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
45. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutu lur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsas sızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi:... 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; …” 46. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə 1.Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır … 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq xxxxnin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə
4. İpoteka ilə təmin edilən tələbin həcmi 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi....” “Maddə
7. İpotekanın xüsusiyyətləri... 7.2. Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxu d fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir....” “Maddə 34. ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;...” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetini n ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; …” “Maddə 41. ipoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən xxxx açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. …” “Maddə 59. ipoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi … 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan xxxxnə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
47. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq aşağıdakı səbəblərdən kassasiya şikayətini əsassız hesab edir, apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
48. Məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları rəylərinin əsassızlığına dair kassatorun dəlilləri (bax yuxarıda §§ 34-35) üzrə:
49. İşin materiallarından (İİ cild, səh. 29-32) görünür ki, ekspert rəyləri iclasın vaxtı və yeri haqqında bildirişlə birlikdə 2010-ci il 27 noyabr tarixində tərəflərə təqdim olunmuş, lakin ƏSF-nin nümayəndəsi üzrlü səbəblər olduğu barədə məhkəməyə məlumat vermədən məhkəmənin 2020-ci il 8 dekabr tarixli iclasında iştirak etməmiş, rəylərin əsassızlığı barədə dəlillərini həmin iclasda, yax ud əvvəlcədən məhkəməyə bildirməmiş, müvafiq şifahi və yazılı vəsatətlər verməmişdir. Halbuki belə vəsatətin hazırlanması, narazılıq doğuran məqamların məhkəmənin diqqətinə çatdırılması üçün ƏSF-nin 10 gün vaxtı var idi.
50. Qeyd etmək lazımdır ki, kassator ekspert rəylərinin ona təqdim edilməməsi və ya gec təqdim edilməsi, məhkəmə iclasının vaxtı və yeri haqqında bildirişin ona verilməməsi, yaxud məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyinə dair məhkəməni əvvəlcədən məlumatlandırması barədə hər hansı dəlil gətirməmişdir.
51. MPM-nin 102-ci maddəsindən (bax yuxarıda § 45) aydın olur ki, ekspert rəyi kifayət qədər tam və ya aydın olmadıqda əlavə ekspertiza, əsassız, ziddiyyətli olduqda isə təkrar ekspertiza təyin edilə bilər. Tərəflər əlavə və ya təkrar ekspertiza təyin edi lməsi haqqında vəsatət vermək hüququna malikdirlər.
52. Lakin yuxarıda qeyd olunduğu kimi, hazırkı iş üzrə ekspert rəyləri ilə razılaşmayan ƏSF bu hüququndan istifadə etməmişdir.
53. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassatorun qeyd edilən dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
54. İddia tələbinin Cavabdehin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi hissəsində rədd edilməsinin əsassızlığına dair kassatorun dəlili (bax yuxarıda § 36) üzrə: 55. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3 və 59.3.1-ci maddələrinin (bax yuxarıda § 46) tələblərinə görə, kreditin qaytarılması üçün ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan, onunla birlikdə yaşayan ailə üzvl əri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
56. İstinad olunan normalardan göründüyü kimi, kreditin qaytarılması məqsədilə ipoteka qoyulmuş evin boşaldılması üçün yalnız evə tutmanın yönəldilməsi kifayət deyildir. Bunun üçün tutma yönəldilmiş evin satılması da zəruri şərtdir. Qanunun 59.3-cü maddəsinin dispozisiyasında “tutma yönəldildikdə və o satıldıqda” ifadəsində “və” bağlayıcısından istifadə olunması məhz bu anlama gəlir.
57. Evin satılması isə istənilən halda bu ev üzrə hüquqların onun yeni mülkiyyətçisinə keçməsini ehtiva edir. Yeni mülkiyyətçi öz hüquqlarını qanunla müəyyən edilmiş qaydada müdafiə etmək hüququna malikdir. Belə olan halda ipoteka saxlayan bank hələ satılmamış evin boşaldılmasını əvvəlcədən tələb etmək üçün subyektiv h üquqa malik deyildir. Çünki bu subyektiv hüquq həmin evi alacaq mülkiyyətçiyə məxsus olacaqdır.
58. Kassatorun istinad etdiyi Qanunun 59.3.2-ci maddəsinə (bax yuxarıda § 46) gəldikdə, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş hallar (ipoteka qoyanla birlikdə yaşayan şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmaları, hər hansı şəxsin ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə qeydiyyata alınması) hazırkı işdə mövcud olmadığından (belə halların mövcudluğu işin materialları ilə müəyyən edilmir) həmin maddəyə istinad olunması hazırkı mübahisənin həlli üçün hüquqi baxımdan ümumiyyətlə heç bir əhəmiyyət kəsb etmir.
59. Bundan başqa, kassasiya şikayətinin əsaslandırı lması üçün Qanunun 59.4-cü maddəsinə istinad olunması da əsaslı hesab edilə bilməz. Belə ki, həmin maddə tutma yönəldilməsi nəticəsində satılmış evin sahibinin və onunla birgə yaşayan şəxslərin həmin evdən qeydiyyatdan çıxarılması qaydasını müəyyən edir. Yuxarıda qeyd olunduğu kimi, satılacaq evin yeni mülkiyyətçisi evlə bağlı bütün hüquqları əldə edəcək, deməli həmçinin bu hüquqları qanunla müəyyən edilmiş qaydada qorumaq, o cümlədən Cavabdeh mübahisə predmeti olan evdən qeydiyyatdan çıxartdırmaq imkanı əldə edəcəkdir.
60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tutma yönəldilmiş ipotekada olan ev satılmadan həmin evin məhkəmə qaydasında boşaldılması, ev sahibinin və onunla birlikdə yaşayan sakinlərin bu evdən məcburi qaydada çıxarılması, eləcə də istifadə hüquqların a xitam verilməsinə dair iddia tələbi əsaslı və ədalətli hesab oluna bilməz. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qeyd olunan məsələ ilə bağlı qənaəti qanuni və düzgün hesab olunmalıdır.
61. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Y1-in kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 8 dekabr tarixli 2-2(105)-37/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.