Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-174/2024 15.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, şikayət əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən), İnzibati Kollegiyasının hakimi Hüseynov İlqar Kamil oğlu və Mülki Kollegiyasının hakimi Məmmədov Vidadi Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı X1 Cavabdeh qarşı “icarə müqaviləsi üzrə cavabdehin öhdəliyinin yerinə yetirilməməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 8 yanvar tarixli e-2-2(113)-64 0/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2023-cü il 10 may tarixində bağlanmış icarə müqaviləsinə əsasən, X2 (icarəyəverən) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73.6 kv.m olan qeyri – yaşayış binasını Cavabdeh icarəyə verir.
2. Həmin müqavilənin: - 3-cü bəndinə əsasən, icarə müddəti 2025-cü il 10 may tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. - 5-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığına əsasən təmir işlərinin görülməsi, avadanlıqların quraşdırılması və digər işlərin görülməsi ilə əlaqədar icarəyə verilən əmlak 2023-cü il 1 sentyabr tarixdən etibarən fəa liyyətə başlayır və aylıq 5.000 manat icarə haqqı 2023-cü il 1 sentyabr tarixdən etibarən ödənilməyə başlayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı Kommersiya Məhkəməsindəki icraat
3. X2 (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı 2023cü il 1 dekabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, müqavilə şərtlərinin icra edilməsi öhdəliyinin və müqavilə şərtlərindən kənara çıxmaqla qanunsuz hərəkətlər nəticəsində cavabdehin iddiaçıya vurduğu zərərə görə icarə sahəsinin həmin hissədə bərpa olunması və ya kompensasiya ilə əvəzləşdirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan əmlak notarial qaydada cavabdehə icar əyə verilmişdir. Cavabdeh iddiaçının etibarından sui – istifadə edərək, icarə müqaviləsindən qanunsuz istifadə edərək, iddiaçıya maddi ziyan vurmuş və icarə obyektinə dəyişikliklər etmişdir. Belə ki, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı Şəhərsalma və Arxitektura İdarəsi həmin pozuntularla bağlı xəbərdarlıq etmiş, həmçinin iddiaçı tərəfindən cavabdehə “whatsapp” vasitəsi ilə xəbərdarlıqlara baxmayaraq, sonuncu yaranmış uyğunsuzluqları aradan qaldırmamışdır. Bundan başqa cavabdeh ödəniş ilə bağlı götürmüş olduğu öhdəlikdən yayınmışdır. Bununla bağlı cavabdehə poçt vasitəsi ilə xəbərdarlıq göndərilmiş, lakin sonuncu öhdəliyini icra etməmişdir.
5. Daha sonra cavabdeh 2023-cü il 28 dekabr tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi (EMİS) ilə məhkəməyə ərizə ilə müraciət edərək, hazır kı işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbinə Bakı Kommersiya Məhkəməsində deyil, Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Tərəflər arasında bağlanmış 2023-cü il 10 may tarixli icarə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən və 73.6 kv.m sahədən ibarət qeyri – yaşayış sahəsini cavabdehə icarəyə vermişdir. İddiaçının tələbi icarə sahəsinə vurulmuş zərərin bərpa və ya kompensasiya yolu ilə aradan qaldırılması olmuşdur ki, yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Belə ki, iddiaçı ilə cavabdeh icarə obyekti olan qeyri – yaşayış sahəsində ayrı – ayrılıqda və ya birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışlar. Həmin obyektdə sahibkarlıq fəaliyyətini yalnız cavabdeh həyata keçirmişdir.
7. Həmçinin cavabdeh bildirmişdir ki, tərəflərin hər ikisinin fərdi sahibkar olması (subyekt tərkibi) bu tələbi kommersiya mübahisəsi kimi qiymətləndirmək üçün kifayət deyil. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 8 yanvar tarixli e-2-2(113)-640/2024 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmişdir (hakim – L.Əliyeva).
9. Qərardad onunla əsaslandırılmışdır ki, EMİS-dən əldə olunan məlumata əsasən, iddiaçı (VÖEN **********) və cavabdeh (VÖEN **********) fərdi sahibkar statusuna malik şəxslərdirlər. Göründüyü kimi hazırkı mübahisə fərdi sahibkar statusuna malik olan iki şəxs arasında yarandığından işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından kommersiya mübahisələrinə aid edilə bilər. Mübahisəli icarə müqaviləsinin predmeti qeyriyaşayış sahəsinin icarəyə verilməsindən ibarət olduğundan həmin müqavilənin hər iki tərəfin əmlak istifadəsindən sistematik gəlir əldə etməsi məqsədilə, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə bağlanması şübhə doğurmamışdır. Beləliklə, hər iki tərəfin sahibkarlıq fəaliyyətlərini həyata keçirmək məqsədilə bağladıqları müqavilədən irəli gələn hazırkı mübahisə predmet və hüquq münasibətlərinin xarakteri baxımından da kommersiya mübahisəsi hesab edilməlidir.
10. Məhkəmə öz qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsini n (bundan sonra – “MM”) 13-cü maddəsinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının (bundan sonra – “Qərar”) 11, 12-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 25.1, 26.1, 31.1, 32.1, 32.2, 32.4-cü maddələrinə istinad edilmişdir.
11. Cavabdeh həmin qərardaddan 2024-cü il 25 yanvar tarixdə şikayət verərək, qərardadın ləğv olunmasını və işi aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
12. Şikayətdə göstərilmişdir ki, MPM-in 24.2, 25.1-ci maddələrinin tələbləri pozulmuşdur. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə məhkəmə tərəfindən riayət olunmamışdır.
13. Həmçinin, MPM-in 26.1-ci maddəsinin tələbi də pozulmuşdur. Həmin obyektdə sahibkarlıq fəaliyyətinin yalnız cavabdeh tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Əmlakın gəlir əldə etmək məqsədilə icarəyə verilməsi icarəyə verənin (iddiaçının) sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilməz. Belə ki, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.
14. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 26 yanvar tarixli e-2-2(113)-640/2024 nömrəli qərardadı ilə cavabdehin şikayəti təmin olunmamış, iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali M əhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – L.Əliyeva).
15. Məhkəmə hesab etmişdir ki, fiziki şəxslər tərəfindən mülkiyyətində olan əmlakın icarəyə verilməsi hər zaman sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilməməli və əmlakın icarəyə verilməsinə dair icarəyə verənin fəaliyyətinin sahibkarlıq fəaliyyəti olub-olması hər bir konkret halda işin halları nəzərə alınmaqla müəyyən edilməlidir. Hazırkı halda icarəyə verən iddiaçı fərdi sahibkar statusu olan şəxsdir, bundan əlavə mübahisəli müqavilənin predmeti fiziki şəxsin mülkiyyətində olan, lakin yaşamadığı yaşayış sahəsi deyil, qeyriyaşayış sahəsi təşkil etmişdir. Göstərilən hallar isə məzmu şəklində iddiaçının mübahisəli müqaviləni mülkiyyətində olan əmlakdan sistematik gəlir əldə etmək məqsədilə bağlamasına dəlalət edir ki, digər tər əfdən iddiaçı özü hazırkı iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etməklə mübahisəli icarə müqaviləsini bağlanmaqda niyyətinin məhz sahibkarlıq fəaliyyətini həyata keçirmək olmasını faktiki olaraq təsdiq etmişdir. Belə olan halda isə iddiaçının müqaviləni bağlayarkən güddüyü məqsədin cavabdeh tərəfindən mübahisələndirməsi hər hansı məntiqə uyğun olmamışdır.
16. Məhkəmə öz qərardadında hüquqi əsas kimi Qərarın 4, 11, 12-ci bəndlərinə, MPM-in 24.2, 25.1, 26.1, 31.1, 32.1, 32.2, 32.4, 269.2, 269.3-cü maddələrinə istinad etmişdir. Tətbiq edilən hüquq 17. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Al i Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıd ır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....”
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və y a kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə
31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə 403-1. Ka sasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. 403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. 403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məh kəməsinə şikayət verilə bilər.... 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiy yəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Qarışıq məhkəmə tərkibi şikayət əsasında iş materialları üzrə hüquqi qiymətləndirmə apararaq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Öncə qeyd olunmalıdır ki, MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
21. MPM-in 25.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahis ələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
22. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
23. Prosessual hüquq normalarının məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar: işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. 24. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə d air” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyy ətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
25. Həmçinin həmin qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
26. Yuxarıda qeyd (§20-25) olunanlardan görünür ki, hazırkı işə kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, aşağı instansiya məhkəməsinin də müəyyənləşdirdiyi haldan və apardığı qiymətləndirmədən də görü ndüyü kimi həm iddiaçı (VÖEN: **********) həm cavabdeh (VÖEN: **********) fərdi qaydada sahibkarlıqla məşğul olan fiziki şəxslərdir. Tərəflər arasında 2023-cü il 10 may tarixində bağlanmış icarə müqaviləsinə əsasən, cavabdeh həmin iddiaçının mülkiyyətində olan qeyri – yaşayış yerini icarəyə götürür. Mübahisəli icarə müqaviləsinin predmeti qeyri – yaşayış sahəsinin icarəyə verilməsindən ibarət olduğundan həmin müqavilənin hər iki tərəfin əmlak istifadəsindən sistematik gəlir əldə etməsi məqsədilə, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün bağlanması şübhə doğurmur. Müqavilədən də aydın olur ki, tərəflər arasında olan mübahisə onların kommersiya xarakterli münasibətlərindən irəli gəlmişdir.
27. Yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, tərəflər arasında mövcud olan münasibətin faktiki hüquqi məzmunu sahibkarlıq fəaliyyəti çərçivəsindədir. Bu isə şikayətin dəlillərinin əsaslı olmaması və mübahisəyə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalı olmasına dair tam və hərtərəfli araşdırma aparılmaqla Bakı Kommersiya Məhkəməsinin çıxardığı nəticənin qanuniliyi və əsaslığının göstəricisi kimi əlavə təhlil zərurətinin aradan qaldırır.
28. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7 və 408-1.8-ci maddələrini rəhbər tutaraq. QƏRARA ALDİ: Şikayət təmin edilməsin. İddiaçı X1 Cavabdeh qarşı “icarə müqaviləsi üzrə cavabdehin öhdəliyinin yerinə yetirilməməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 8 yanvar tarixli e-2-2(113)-640/2024 nömrəli qərardadı dəyişdirilmədən s