Məhkəmə qərarları › İş №2-2(102)-175/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-175/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-175/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-ə qarşı icarə müqaviləsindən irəli gələn pul və əmlak tələblərinə dair iş üzrə QƏRAR Açar sözlər: icarə müqaviləsi üzrə borc Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədlidən və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlu, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh MMC-in nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Cavabdeh MMC-nin (bundan sonra: MMC) nümayəndəsi Varış Önal və vəkili Vəkil2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegi yasının 2020-ci il 2 sentyabr tarixli, 2-2(103)-288/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra- İddiaçı) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında sonuncu dəfə 2016-cı il 20 sentyabr tarixdə icarə müqaviləsi bağlanmış, lakin tərəflər arasında icarə müqaviləsindən irəli gələn münasibətlər 2012-ci ildən yaranmışdır. 2. 2016-cı il 20 sentyabr tarixli icarə müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən Bakı şəhəri, Mikayıl Müşfiq 1 C ünvanında yerləşən mehmanxananın 3 ədəd restoranını Cavabdeh 26 ay müddətinə (20.11.2018-ci il tarixədək) icarəyə verilmişdir.

3. Müqavilənin 2.1-ci və 2.2-ci bəndinə əsasən müqavilə bağlandıqdan sonra ilk ayı icarəçi icarəyəverənə icarə haqqı ödəməkdən azad olmuş, ic arəçinin 2016-ci il 2 sentyabr tarixli akta əsasən 31622,44 manat qalıq borcu olduğu nəzərə alınaraq sonrakı ayın aylıq icarə haqqı 5.422,44 manat və qalan 24 ay müddətində isə 5000 manat müəyyən edilmişdir. Müqavilənin 2.3-cü bəndində qeyd olunmuşdur ki, “icarəçi” icarə haqqını ödəməli tarixdən gecikdirmə baş verərsə, aylıq icarə haqqının 0,1 %-i məbləğində dəbbə pulu hesablanacaqdır. Müqavilənin 2.4-cü bəndində icarə haqqının hesab-fakturanın təqdim edildiyi tarixdən 5 bank günü ərzində ödənilməsi nəzərdə tutulmuşdur.

4. Tərəflər arasında bağlanmış daşınmaz əmlakla bağlı icarə müqaviləsi qanunla nəzərdə tutulmuş notarial qaydada təsdiq edilməmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1-ci, 144.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qan unun 19.1-ci maddələrində nəzərdə tutulmuş qaydada icarəçinin icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

5. Hər ay yaranmış borcla bağlı Cavabdeh rəsmi olaraq, hesab-faktura təqdim edilmişdir.

6. Lakin bir müddət keçdikdən sonra, Cavabdeh öz vəzifələrini icra etməkdən yayınmış, müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə 2019-ci il 1 noyabr tarixinə İddiaçıə 73.151,95 manat əsas borcu yaranmışdır. 7. 2018-ci il 12 noyabr tarixli, hər iki tərəfin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş "Qarşılıqlı üzləşmə aktı”na əsasən, Cavabdeh həmin tarixə ilkin iddia üzrə iddiaçıya ƏDV daxil 73.151,95 manat icarə haqqı borcu olduğunu təsdiq etmişdir.

8. Cavabdeh tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı borcunu ödəməkdən y ayınmış və hazırki məhkəmə mübahisəsi yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı 2016-cı il 20 sentyabr tarixli icarə müqaviləsinə əsasən 73.131,95 manat qalıq borc, 10.000 manat dəbbə pulu, cəmi 83.131,95 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 2016-cı il 20 sentyabr tarixində icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı Bakı şəhəri, Mikayıl Müşfiq 1C ünvanında yerləşən mehmanxananın 3 ədəd restoranı 26 ay müddətində icarəyə vermişdir. Müqavilənin 2.1-ci və 2.2-ci bəndinə əsasən müqavilə bağlandıq dan sonra ilk ayı icarəçi icarəyəverənə icarə haqqı ödəməkdən azaddır. Bundan sonrakı 2-ci ay aylıq icarə haqqı 5.244 manat və qalan 24 ay müddətində isə 5.000 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Hər ay yaranmış borcla bağlı icarəçi Cavabdeh rəsmi olaraq, hesab faktura təqdim edilmişdir. Lakin bir müddət keçdikdən sonra icarəçi Cavabdeh öz vəzifələrini icra etməkdən yayınmış, müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə 2018-ci il 1 noyabr tarixə Cavabdeh İddiaçıə 2016-cı il 20 sentyabr tarixli müqavilə üzrə 73.151,95 manat əsas borcu və 10.000 manat dəbbə pulu, cəmi 83.151,95 manat borcu qalmışdır. 2018-ci il 12 noyabr tarixində tərəflər arasında "Qarşılıqlı olaraq borcların üzləşdirmə aktı" imzalanmış və Cavabdeh İddiaçıə olan əsas borcunu etiraf etmişdir. 2016-cı il 20 sentyabr tarixli icarə müqaviləsinin 2.3-cü bəndinə əsasən, icarə haqqı üzrə borc yaranarsa aylıq icarə haqqının 0,1 %- i məbləğində icarəçi tərəfindən icarəyə verənə dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. İcarəçi Cavabdeh tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı borcunu ödəməkdən boyun qaçırmışdır 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 fevral tarixli, 2-2 (82)269/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2016-cı il 20 sentyabr tarixli icarə müqaviləsi üzrə 73.131,95 manat əsas borc, 7.313 manat dəbbə pulu və iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçıə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim-Rüstəm Kərimli).

12. Məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarədar kimi çıxış edən hazırkı İddiaçıin öz üzərinə düşən öhdəliyi yerinə yetirməsi, Cavabdeh isə öhdəliyini vaxtında yerinə yetirmədiyinə görə 73.151,95 manat borcunun mövcud olması işdə olan sənədlərlə - üzləşmə aktı ilə təsdiqini tapır. Lakin cavabdehin öz öhdəliyini yerinə yetirməsi, yəni müvafiq məbləği ödəməsini təsdiq edən heç bir sübut məhkəmə icraatına təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəf məhkəmə icraatında nümayəndə ilə təmsil olunmamış, eləcə də müqavilə şərtlərinə zidd olaraq malların lazımi keyfiyyətdə, sayda təqdim edilməməsi ilə bağlı məhkəməyə heç bir sübutu, dəlili barədə müraciət, ərizə, vəsatət və s. verməmişdir. Odur ki, məhkəmə iddianı əsas borc hissəsində əsaslı sayır.

13. Bu məhkəmə iddianın dəbbə pulunun tutulmasə hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə əsas məbləğə münasibətdə 10 faiz həcmində, yəni 7.313 manat dəbbə pulun tutulmasını ədalətli və ağlabatan sayır.

14. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 14.1, 152.3, 385.1, 386.1, 389.1, 389.3, 430.1, 442, 443.1, 445.7, 448, 462.1, 462.2, 463.1, 463.2, 467, 684.1, 685.2, 700.1, 700.2, 700.3, 882.1-ci maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 1 və 14-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 26.1, 77.1, 78.1, 80, 107, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh 2020-ci il 18 fevral tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbi nin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

16. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh 2020-ci il 31 may tarixdə İddiaçıə qarşı icarə predmeti olan obyektin təmirinə çəkilmiş 87.000 manat xərcin tutulması və alınmış inventarların naturada qaytarılması, naturada qaytarmaq mümkün olmadıqda dəyərinin tutulmasına dair qarşılıqlı iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2020-ci il 3 iyun tarixli qərardadı ilə cavabdeh tərəfindən qarşılıqlı iddianın birinci instansiya məhkəməsində təqdim edilməsinin mümkün olmadığı müəyyən edilərək icraata qəbul edilmişdir.

17. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, müqavilə bağlanarkən, qarşılıqlı razılıq əsasında icarəçi restor anlarda təmir-bərpa, yenidən qurma işləri görmüş, yeni invertarlar almış, yeni tərtibat işləri görmüşdür. 2018-ci ilin əvəllərindən isə faktiki və rəsmi olaraq Cavabdeh icarə müqaviləsi əsasında icarəyə götürdüyü restoranda fəaliyyətini dayandırmağa məcbur edilmişdir. Belə ki, cavabdeh bir tərəfli qaydada müqaviləni pozmuş, icarəçini mehmanxanaya və restoranlara buraxmamış, restoranların kilidini dəyişmiş, nəticədə “İddiaçıin” razılığı əsasında aldığı invertarlar restoranlarda qalmışdır.

18. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə iş üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə vəsatət verərək İddiaçıin Bakı şəhəri, Mikayıl Müşfiq keçəsi, 1 C ünvanında yerləşən mehmanxananın restoranlarında olan süfrə, ip pərdə, səhnə pərdəsi, səhnə xalçası, 2 ədəd qapı, səs təchiza t və cihazları, yaş salfet və aparatı, 4 ədəd tablo, hp printer, blender, mikropeç, qab yuyan maşın, buz maşını, içki şkafı, 3 ədəd telefon, öztiryakilər MEST AŞ-dən alınan 177 adda mətbəx əşyalarının üzərinə həbs qoyulmasını xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 avqust tarixli 2-2(103)-288/2020 saylı qərardadı ilə Cavabdeh iş üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsi təmin edilməmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 2 sentyabr tarixli 2-2(103)-288/2020 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 fevral tarixli, 2-2(82)-269/2019 saylı qətnaməsi mübah isələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, Cavabdeh İddiaçıə qarşı 87.000 manat məbləğində pulun tutulması, inventarların qaytarılması və ya dəyərinin tutulması barədə qarşılıqlı iddiası təmin edilməmişdir. (sədrlik edən – V.Baxışova, hakimlər – C.Yusifov və R.Qurbanov).

21. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına, Mülki Məcəllənin 139.1, 144.1, 697.4-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1ci maddəsinə, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə uyğun olmaqla əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmış (bax yuxarıda §§12-14), və əlavə olaraq hesab etmişdir ki, Cavabdeh apellyasiya şikayətində qətnamənin tam lə ğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, iş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən ilkin iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirilir. Məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyil.

22. Bu məhkəmə apellyasiya şikayətinin 2018-ci il 12 noyabr tarixli üzləşmə aktındakı imzanın hüquqi şəxsin qanuni təmsilçisinin imzası olmaması və həmin sübutun borc məbləğini təsdiq edən sübut kimi nəzərə alınmasına etiraz edilməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, 2018-ci il 12 noyabr tarixli üzləşmə aktı yalnız imza ilə deyil, eyni zamanda Cavabdeh möhürü ilə təsdiq edildiyindən həmin sənədin qanuni t əmsilçi tərəfindən imzalanmaması və aktı imzalamış şəxsin ad və soyadının qeyd edilməməsi onun məhkəmə tərəfindən icarəçi tərəfindən ödənilməli olan icarə haqqının məbləğinin müəyyənləşdirilməsi üçün mötəbər sübut kimi qəbul edilməsini istisna etmir. Belə ki, Cavabdeh nümayəndəsi aktdakı möhürün hüquqi şəxsə məxsus olduğunu mübahisələndirməmiş, qanuni təmsilçi tərəfindən aktın təsdiq edilməsi üçün hüquqi şəxsin möhürünün hansı səbəbdən sənədi imzalamış şəxsə təqdim edildiyini izah edə bilməmişdir. Üzləşmə aktının Cavabdeh möhürü ilə təsdiq edildiyini və hüquqi şəxsin adından sənədlərin qanuni təmsilçinin tapşırığı əsasında hüquqi şəxsin işçisi olmayan şəxs tərəfindən imzalanmasının qanunvericiliyə zidd olmadığını nəzərə alaraq aktı imzalamış şəxsin səlahiyyətlərinin və akt tərtib edildiyi tarixdə Cavabdeh işçisi olub-olmamasının araşdırılmasını mübahisənin obyektiv həlli üçün zəruri hesab etməmişdir.

23. Bundan başqa, məhkəmə Cavabdeh icarəyə götürülmüş obyektin təmirinə çəkilmiş 87.000 manat xərcin qarşı tərəfdən tutulması barədə qarşılıqlı iddia tələbini əsassız hesab edir. İşin araşdırılan hallarından göründüyü kimi, tərəflər arasında icarə ilə bağlı hüquq münasibətləri 2012-ci ildən başlamışdır. Belə olan halda icarəyə götürülmüş obyektlər icarəyə götürən tərəfindən təmir edilmişsə belə həmin ildə təmir edilmiş olmalı və əgər təmir xərclərinin icarə haqqı ilə əvəzləşdirilməli olsaydı 2016-cı il 20 sentyabr tarixdə yeni icarə müqaviləsi imzalanarkən icarə götürənin qalıq borcunun mövcudluğu qeyd edilməməli idi. Cavabdeh tərəfindən məhkəməyə obyektlərin icarəyə götürülməm işdən əvvəl və sonra çəkilmiş şəkilləri təqdim edilmişdir. Fotoşəkillərə əsasən müəyyən edilmişdir ki, icarəyə verilmiş obyektlərdə əvvəl də restoran kimi fəaliyyət göstərməsi üçün zəruri olan müəyyən avadanlıqlar olmuş və obyektlərin döşəməsi və bəzi divarlar istisna olmaqla əsaslı təmirə ehtiyacı olmuşdur. Bundan əlavə Cavabdeh tərəfindən məhkəməyə icarəyə götürülmüş obyektlərin təmirinə 87.000 manat xərc çəkildiyini təsdiq edən sübutlar təqdim edilməmişdir.

24. Məhkəmə hesab etmişdir ki, icarə götürülmüş obyektlərin əsaslı təmir edilməsinə icarəyə verənin razılığının alındığı və icarə müddətinin sonunda təmir xərclərinin icarəyə verənə ödəniləcəyi razılaşdırıldığı halda bu xərclərin əvəzi icarə münasibətlərinə xitam verildikdən sonra amortizasiya faizi nəzərə alınmaqla tutula bilərdi. 2

5. İddiaçıin vəkili və nümayəndəsi tərəflər arasında obyektin təmirinin həyata keçirilməsi və icarə haqqı ilə təmir xərclərinin əvəzləşdirilməsi barədə şifahi razılaşma olduğunu qəbul etməmişdir. Belə olan halda icarəyə verənin obyektlərdə icarəçi tərəfindən həyata keçirilmiş təmir xərclərinin əvəzinin ödəmək öhdəliyinin yaranmadığı müəyyən edildiyindən məhkəmə prosessual qənaət prinsipini nəzərə alaraq təmirə çəkilmiş xərclərin müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilməsini zəruri hesab etməmişdir.

26. Bundan əlavə, qarşılıqlı iddia ərizəsində Cavabdeh vəsaiti hesabına alınmış və hazırda icarəyə götürülmüş obyektlərdə olan inventarların naturada qaytarılması, naturada qaytarmaq mümkün olmadıqda dəyərinin tutulması barədə tələb irəli sürülsə də bu avadanlıqların konkret nədən ibarət olduğu və dəyəri ərizədə qeyd edilməmişdir. Cavabdeh nümayəndəsi tərəfindən təqdim edilmiş “Öztiryakilər” mətbəx avadanlıqları şirkətinin möhürü olan fakturada dəyəri 13.793 manat olan mətbəx avadanlıqlarının 2012-ci il 5 may tarixində “Kempinski otel”inə Varis Onala təqdim edildiyi qeyd olunur. Qeyd edilən avadanlıqların hazırda icarəyə verilmiş obyektlərdə olması barədə iş materiallarında hər hansı sübut mövcud deyil. Həmin şirkət tərəfindən təsdiq edilmiş cədvəldə adları qeyd edilmiş 22080 manat dəyərində mətbəx əşyalarının hansı tarixdə kim tərəfindən satın alındığı qeyd edilmədiyindən həmin sənəd məhkəmə tərəfindən işin hər hansı halını müəyyən edən sübut kimi nəzərə alınmır. Qarşılıqlı iddia ərizəsində qeyd edilənlərə əsasən Cavabdeh 2018-ci ilin əvvəllərindən icarəyə götür düyü obyektlərdə fəaliyyət göstərmir və icarə hüquq münasibətlərinə həmin dövrdə xitam verilmişdir.

27. Məhkəmə qeyd edilən normaların tələblərini və Cavabdeh 2020-ci il 31 may tarixində (icarə münasibətlərinə xitam verildikdən iki il sonra) qarşılıqlı iddia irəli sürdüyünü nəzərə alaraq hesab edirki, icarəyə götürülmüş obyektlərə çəkilmiş xərclərin və avadanlıqların qaytarılması üçün qanunla nəzərdə tutulmuş 6 aylıq müddət (kəsici müddət) başa çatdığı üçün Cavabdeh bu tələbləri qüvvədən düşmüşdür. Buna görə də, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia təmin oluna bilməz.

28. Məhkəmənin qətnaməsi tərəflərə 2020-ci il 9 sentyabr tarixində göndərilmiş və Cavabdeh kassasiya şikayəti 2020-ci il 30 dekabr tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

29. Cavabdeh həmin qətnamədən ka ssasiya şikayəti verərək, qətnamənin tam ləğv olunmasını və yenidən baxılması üçün apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

30. Məhkəmə kollegiyasının gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, Məhkəmə kollegiyası da İddiaçıin nümayəndəsinin məhkəmə iclasında qeyd etdiklərinə əsaslanmışdır. Belə ki, akt tərtib edildikdən sonra kuryer vasitəsi ilə heç yerə göndərilməmişdir. Həqiqətən də, göndərilmiş olsaydı bunu sübut edən bildiriş və ya qəbz məhkəməyə təqdim edilərdi. Bundan başqa, Cavabdeh fəaliyyəti İddiaçıə məxsus restoranlarda olduğu üçün MMC-yə məxsus sənədlər və digər zəruri əşyalar restoranda direktor üçün ayrılmış otaqda olmuşdur. İddiaçı isə rest oranların kilidini dəyişdiyi və icarə müqaviləsinə vaxtından əvvəl birtərəfli qaydada xitam verdiyinə görə Cavabdeh məxsus olan möhür də, restoranda qalmışdır. Cavabdeh direktoru bildirir ki, üzləşmə aktı onun və ya səlahiyyətli şəxs tərəfindən imzalanmadığı kimi möhürün də, akta kim tərəfindən vurulması ona məlum deyildir.

31. Qarşılıqlı iddia ərizəsində tələbin əsası kimi göstərilmiş xüsusatlar məhkəmə kollegiyası tərəfindən araşdırılmamışdır. Cavabdeh nümayəndəsi vəsatət verərək 2016-cı il 20 sentyabr tarixli icarə müqaviləsi üzrə ödənilmiş borcun və hesablanmış dəbbə pulunun müəyyən edilməsi üçün maliyyə-kredit (mühasibatlıq) ekspertizasının təyin edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Cavabdeh verilmiş kassa mə daxil orderlərinin surətlərindən görünür ki, Cavabdeh 2016- cı il 16 dekabr tarixdə 1192 manat, 2016-cı il 29 dekabr tarixdə 2.000 manat, 2017-ci il 9 yanvar tarixdə 2500 manat, 2017-ci il 14 iyun tarixdə 4000 manat, 2017-ci il 7 aprel tarixdə 2500 manat, 2017-ci il 7 avqust tarixdə 3000 manat, 2017-ci il 11 avqust tarixdə 2000 manat, 2017-ci il 18 avqust tarixdə 1000 manat, 2017-ci il 18 oktyabr tarixdə 2000 manat, 2017-ci il 16 noyabr tarixdə 2000 manat, 2017-ci il 25 dekabr tarixdə 2500 manat, 2017-ci il 27 dekabr tarixdə 2000 manat, 2018-ci il 15 yanvar tarixdə 2000 manat icarə haqqı ödənilmişdir.

32. Bundan başqa, qətnamədə qeyd edilmişdir ki, Cavabdeh tərəfindən məhkəməyə icarəyə götürülmüş obyektlərin təmirinə 87.000 manat xərc çəkildiyini təsdiq edən sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, icarəyə götürülmüş obyektlərin əsaslı təmir edilməsinə icarəyə verənin razılığı alındığı və icarə müddətinin sonunda təmir xərclərinin icarəyə verənə ödəniləcəyi razılaşdırıldığı halda bu xərclərin əvəzi icarə münasibətlərinə xitam verildikdən sonra amortizasiya faizi nəzərə alınmaqla tutula bilər.

33. Cavabdeh direktoru bildirir ki, apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş şəkillərdən də, aydın şəkildə görünür ki, restoranlarda ciddi şəkildə təmirə 3 ehtiyac olmuşdur. Həmin vəziyyətdə oranın işlədilməsi qeyri-mümkün olmuşdur. Onlarda qarşılıqlı şifahi razılaşma əsasında qərara gəlmişdilər ki, icarəçi restoranları təmir etsin, invertarlar alsın və servis avadanlıqlarını yeniləşin. Çəkilmiş xərcə isə İddiaçı tərəfindən icarə haqqından çıxılma yaraq əsassız borc hesablanmışdır və cavabdehə məxsus əmlakı verməkdən imtina edilmişdir. Apellyasiya instansiya məhkəməsi isə qarşılıqlı iddia ərizəsini qəbul etməyərək Cavabdeh hüquqlarının qorunmasından məhrum etmişdir.

34. Məhkəmə Kollegiyasının qətnaməsində qeyd edilmişdir ki, məhkəmə qeyd edilən normaların tələblərini və Cavabdeh 2020-ci il 31 may tarixdə (icarə münasibətlərinə xitam verildikdən iki il sonra) qarşılıqlı iddia irəli sürdüyünü nəzərə alaraq hesab edirki, icarəyə götürülmüş obyektlərə çəkilmiş xərclərin və avadanlıqların qaytarılması üçün qanunla nəzərdə tutulmuş 6 aylıq müddət (kəsici müddət) başa çatdığı üçün Cavabdeh bu tələbləri qüvvədən düşmüşdür. Buna görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin oluna bilməz. Məhkəmə kollegiyası qeyd olunan hissədə qanun vericiliyin tələblərini yanlış təsvir etmişdir. Belə ki, Cavabdeh restoranlarda gördüyü təmir bərpa işləri və aldığı invertarlar müqavilə ilə tənzimlənmədiyi üçün Mülki Məcəllənin 700.3-cü maddəsinin buna aidiyyəti yoxdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 2 sentyabr tarixli, 22(103)-288/2020 saylı qətnaməsinin ləğv edilməsini, işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etdi.

36. Digər proses iştirakçısı olan iddiaçının nümayəndəsi və vək ili izahat verərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 2 sentyabr tarixli, 2-2(103)-288/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutu lmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir....”. Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır....” Maddə

144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlə nməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır....”. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu “... 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər....”. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....”. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.... 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haq qında ümumi müddəalar tətbiq edilir....”. Maddə

430. Öhdəliyin icrasından imtina 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir....”. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... “. Maddə

445. Borclunun icranı gecikdirməsi “... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....”. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin v ə öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuli yyət daşıyır. Maddə

462. Dəbbə pulu anlayış 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz....” Maddə

463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 4 63.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə

684. Əmlak kirayəsi üçün ödəniş müddəti 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir....”. Maddə

685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri “... 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə....”. Maddə

697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri “... 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları a ltı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə

882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

19. Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatı 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İcarə haqqında” Azərbaycan Respublikasının Qa nunu Maddə

1. İcarə anlayışı İcarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. M a d d ə

9. İcarə zamanı mülkiyyət

1. Əmlakın icarəyə verilməsi bu əmlak üzərində mülkiyyət hüququnun verilməsinə səbəb olmur.

2. İcarəçinin icarəyə götürdüyü əmlakdan istifadə nəticəsində əldə etdiyi məhsul və gəlir, habelə icarəyə götürülmüş əmlakdan alınan gəlir hesabına əldə etdiyi əmlak onun mülkiyyətidir.

3. Əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən həmin binaların və qurğular ın bazar dəyərini icarəçiyə ödəməlidir.

4. İcarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. İcarəyəverən bunların sökülməsini tələb etdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur.

5. İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin.

6. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və y a müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir.

7. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər. Maddə

14. İcarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı mübahisələrə baxılması İcarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri “... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....”. Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....”. Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....”. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məs rəflərdən ibarətdir. Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı “... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....”. kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib et məməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

42. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

43. Məhkəmə kollegiyası kassatorun kassasiya şikayətində 12 noyabr 2018-ci il tarixli üzləşmə aktındakı imzanın hüquqi şəxsin qanuni təmsilçisinin imzası olmadığını göstərərək həmin sübutun borc məbləğini təsdiq edən sübut kimi nəzərə al ınmasına etiraz etməsi ilə bağlı dəlilinə qiymət verərək hesab edir ki, həmin dəlil əsassızdır.

44. Belə ki, 12 noyabr 2018-ci il tarixli üzləşmə aktı yalnız imza ilə deyil, eyni zamanda Cavabdeh möhürü ilə təsdiq edildiyindən həmin sənədin qanuni təmsilçi tərəfindən imzalanmaması və aktı imzalamış şəxsin ad və soyadının qeyd edilməməsi onun məhkəmə tərəfindən icarəçi tərəfindən ödənilməli olan icarə haqqının məbləğinin müəyyənləşdirilməsi üçün mötəbər sübut kimi qəbul edilməsini istisna etmir. Belə ki, Cavabdeh nümayəndəsi aktdakı möhürün hüquqi şəxsə məxsus olduğunu mübahisələndirməmiş, sadəcə akta möhürün kim tərəfindən vurulmasının ona məlum olmamasını qeyd etmişdir.

45. Məhkəmə 12 noyabr 2018-ci il tarixli üzləşmə aktının Cavabdeh möhürü ilə təsdiq edildiyini və hüquqi şəxsin adından sənədlərin qanuni təmsilçinin tapşırığı əsasında hüquqi şəxsin işçisi olmayan şəxs tərəfindən imzalanmasının qanunvericiliyə zidd olmadığını nəzərə alaraq aktı imzalamış şəxsin səlahiyyətlərinin və akt tərtib edildiyi tarixdə Cavabdeh işçisi olub-olmamasının araşdırılmasını mübahisənin obyektiv həlli üçün zəruri hesab etməmişdir.

46. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Məhkəmə kollegiyası 20 sentyabr 2016-cı il tarixli icarə müqaviləsi üzrə Cavabdeh tərəfindən hər hansı məbləğdə borcun ödənildiyinə dair işdə sübutlar olmadığını və 1 2 noyabr 2018-ci il tarixə borcun məbləğinin 73.151,95 manat olmasının üzləşmə aktı ilə təsdiq edildiyini nəzərə alaraq hesab edir ki, ilkin iddianın təmin edildiyi hissədə apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

49. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh icarəyə götürülmüş obyektin təmirinə çəkilmiş 87.000 manat xərcin qarşı tərəfdən tutulması barədə qarşılıqlı iddia tələbinin əsassız hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir.

50. Belə ki, iş materiallarından görünür ki, sonuncu apellyasiya iclasında cavabdehin nümayəndəsinin verdiyi izahatında bildirmişdir ki, icarə haqqı ödənişlərini təsdiq edən qəbzlər icarə götürülmüş obyektdə qaldığı üçün məhkəməyə təqdim e tmək mümkün deyil.

51. İşin araşdırılan hallarından göründüyü kimi, tərəflər arasında icarə ilə bağlı hüquq münasibətləri 2012-ci ildən başlamışdır. Belə olan halda icarəyə götürülmüş obyektlər icarəyə götürən tərəfindən təmir edilmişsə belə həmin ildə təmir edilmiş olmalı və əgər təmir xərclərinin icarə haqqı ilə əvəzləşdirilməli olsaydı 20 sentyabr 2016-cı il tarixdə yeni icarə müqaviləsi imzalanarkən icarə götürənin qalıq borcunun mövcudluğu qeyd edilməməli idi.

52. Məhkəmə kollegiyası Cavabdeh MMC tərəfindən məhkəməyə icarəyə götürülmüş obyektlərin təmirinə 87.000 manat xərc çəkilməsi bağlı şikayətin dəlilinə qiymət verərək qeyd edir ki, iş materiallarında Cavabdeh tərəfindən məhkəməyə icarəyə götürülmüş obyektlərin təmirinə 87.000 manat xərc çəkildiyini təsdiq edən sübutlar yoxdur. 53. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir.İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmal arı geri götürə bilər.

54. İcarə müqaviləsinin 3.1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, icarəyə verənin qabaqcadan yazılı razılığı olmadan sahədə hər hansı dəyişiklik və ya düzəliş etmək olmaz.

55. Qanunvericiliyin tələbinə görə icarə götürülmüş obyektlərin əsaslı təmir edilməsinə icarəyə verənin razılığının alındığı və icarə müddətinin sonunda təmir xərclərinin icarəyə verənə ödəniləcəyi razılaşdırıldığı halda bu xərclərin əvəzi icarə münasibətlərinə xitam verildikdən sonra amortizasiya faizi nəzərə alınmaqla tutula bilərdi.

56. İcarəyə verənin obyektlərdə icarəçi tərəfindən həyata keçirilmiş təmir xərclərinin əvəzinin ödəmək öhdəliyinin yaranmadığı müəyyən edildiyindən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq prosessual qənaət prinsipini nəzərə alaraq təmirə çəkilmiş xərclərin m üəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilməsini zəruri hesab etməmişdir.

57. Qarşılıqlı iddia ərizəsində Cavabdeh vəsaiti hesabına alınmış və hazırda icarəyə götürülmüş obyektlərdə olan inventarların naturada qaytarılması, naturada qaytarmaq mümkün olmadıqda dəyərinin tutulması barədə tələb irəli sürülsə də bu avadanlıqların konkret nədən ibarət olduğu və dəyəri ərizədə qeyd edilməmişdir.

58. Cavabdeh nümayəndəsi tərəfindən təqdim edilmiş “Öztiryakilər” mətbəx avadanlıqları şirkətinin möhürü olan fakturada dəyəri 13.793 manat olan mətbəx avadanlıqlarının 05.05.2012-ci il tarixdə “Kempinski otel”inə Varis Onala təqdim edildiyi qeyd olunur. Qeyd edilən avadanlıqların hazırda icarəyə verilmiş obyektlərdə olması barədə iş materiallarında hər hansı sübut mövcud deyil. Həmin şirkət t ərəfindən təsdiq edilmiş cədvəldə adları qeyd edilmiş 22080 manat dəyərində mətbəx əşyalarının hansı tarixdə kim tərəfindən satın alındığı qeyd edilmədiyindən həmin sənəd məhkəmə tərəfindən işin hər hansı halını müəyyən edən sübut kimi nəzərə alınmır.

59. Qarşılıqlı iddia ərizəsində qeyd edilənlərə əsasən Cavabdeh 2018-ci ilin əvvəllərindən icarəyə götürdüyü obyektlərdə fəaliyyət göstərmir və icarə hüquq münasibətlərinə həmin dövrdə xitam verilmişdir.

60. Mülki Məcəllənin 97.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvəd ən düşür. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır.

61. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

62. Qeyd edilən normaların tələblərini və Cavabdeh 31.05.2020-ci il tarixdə (icarə münasibətlərinə xitam verildikdən iki il sonra) qarşılıqlı iddia irəli sürdüyünü nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, icarəyə götürülmüş obyektlərə çəkilmiş xərclərin və avadanlıqların qaytarılması üçün qanunla nəzərdə tutulmuş 6 aylıq müddət (kəsici müddət) başa çatdığı üçün Cavabdeh bu tələbləri qüvvədən düşmüşdür. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, kassastorun qarşılıqlı iddia tələbi ilə bağlı dəlilləri əsassızdır.

63. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən digər dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 2 sentyabr tarixli, 2-2(103)-288/2020 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

64. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

65. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersi ya Kollegiyasının 2020-ci il 2 sentyabr tarixli, 2-2(103)-288/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar