Məhkəmə qərarları › İş №2-2(102)-176/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-176/2021

04.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-176/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adıından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası «İddiaçı” QSC BOKT-un “xxxx” MMC-yə və Cavabdeh2 qarşı iddiasına dair iş üzrə (Açar sözlər: apelyasiya şikayətinin mümkünlük məsələsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Hüseynova Sevda Əziz qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, iddiaçı QSC BOKT-un vəkili X1 və Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı «İddiaçı” QSC BOKT-un cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və ipoteka əmlakına yönəldilməsi haqqı nda iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 09 dekabr 2020-ci il tarixli 2-2(103)-796/2020 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. Cavabdeh2 işin icraatı yekunlaşana qədərAAAAAAAAAA torpaq sahəsində yerləşən ümumi sahəsi 118,7 kv.m olan qeyri-yaşayış sahəsində yerləşən başqa əlavə tikililərin üzərinə həbs qoyulması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

2. İddiaçı «İddiaçı” QSC BOKT cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən cəmi 768.019,30 avro (əsas borc 5 63.589,20 avro, faiz borcu 204.430,10 avro) kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun ilk iddiaçı QSC BOKT-un xeyrinə tutulması; borc tələbinin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,7143 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 118,7 kv.m olan qeyriyaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi; satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, borcun qalan məbləğinin cavabdeh MMC-yə məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən texnika, nəqliyyat vasitələri və avadanlıqlara) yönəldilməsi, həmin əmlaklar üzərində cavabdeh MMC-nin mülkiyyət hüquqlarına xitam verilməsi; ilk iddiaçı QSC BOKT-un hə min əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və digər səlahiyyətli orqanların üzərinə ilk iddiaçı QSC BOKT-un yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Eyni zamanda Cavabdeh2 iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işin icraatı yekunlaşana qədər BBBBBBBBBBBBtorpaq sahəsində yerləşən ümumi sahəsi 118,7 kv.m olan qeyri-yaşayış sahəsində yerləşən başqa əlavə tikililərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakim. Z.Axundova; iş No 2-2-(113)-2060/2020) ə rizənin təmin edilməməsi qərara alınmışdır

5. Həmin qərardaddan narazı qalan Cavabdeh2 ondan şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏKİ İCRAAT

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 09.12.2020-ci il tarixli qərardadı ilə (sədrlik edən R.Qurbanov; hakimlər C.Yusifov və R.Həsənov; iş № 2-2(103)796/2020) Bakı Kommersiya Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi; iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Apellyasiya instansiya məhkəməsi öz qərardadını onunla əsasla ndırmışdır ki, Cavabdeh2 tərəfindən verilmiş şikayət imzalanmamışdır.

8. Apellyasiya instansiya məhkəməsi hüquqi əsas kimi Azərbaycan Respublikası MPM-nin 363.1 və 363.1.1-ci maddələrinə istinad etmişdir.

9. Apellyasiya instansiyası məhkəməsinin qərardadı 09.12.2020-ci il saat 14:42-də “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilmişdir.

10. Həmin qərardaddan narazı qalan Cavabdeh2 ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏRİ

11. Cavabdeh2 kassasiya şikayətində qeyd edilənlərə görə, O, 04.11.2020-ci il tarixdə elektron imza ilə təsdiq edilmiş şikayəti elektron məhkəmə sistemində yerləşdirmiş və bu isə on un imzalanması deməkdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək özlərinin verdiyi şikayətin təmin olunmasını xahiş etmişdir.

13. İlk iddiaçı QSC BOKT-un vəkili B.İmamverdiyev kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir.

14. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh “xxxx” MMC-nin nümayndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tər əflərə təqdim edilmiş məhkəmə bildirişlərində onların iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-1-ci maddəsinə əsasən, 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkə məsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilə bilər. 10-1.5. Bu Məcəllənin 10-1.3-cü və 10-1.4-cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 10-1.6. Məhkəmə iclasının real vaxt rejimində müşahidə edilməsi imkanı iclasda iştirak edə bilməyən tərəfin ərizəsinə əsasən və buna texniki imkanlar yol verdiyi halda məhkəmənin qərarı ilə təşkil oluna bilər. 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.

16. Həmin Məcəllənin 363.1-ci maddəsinə müvafi q olaraq apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.1.4. apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad işdə iştirak edən şəxslərə göndərilənədək şik ayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa. 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən iş üzrə qəbul edilmiş qərardad ləğv edilməli, iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

19. Hazırki iş üzrə müəyyən edilir ki, Cavabdeh2 narazı qaldığı, Bakı Kommersiya Məhkəməsinin 29.10.2020-ci il tarixli qərardadından “Elektron Məhkəmə” sistem vasitəsilə göndərilmiş şikayət ərizəsi ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmə onun şikayətini imzalanmaması səbəbindən geyri-mümkün hesab edərək geri qaytarmışdır.

20. Məhkəmə kollegiyası hesab edir ki, bu məsələ ilə əlaqədar Cavabdeh2 kassasiya şikayətində qeyd edlən dəlillər əsaslıdır və ona görə də qəbul edilməlidir. 21. “Elektron Məhkəmə” informasiya s isteminə nəzər salındıqda görünür ki, cavabdeh A.Əsəgrovun burada PDF şəklində yerləşdirilən ərizəsi həqiqətən imzasızdır, lakin bu ərizə onun vəkili Vəkil tərəfindən açılmış elektron kabinetdə yerləşdirilmiş və elektron imza ilə təsdiqlənmişdir. Belə olan halda Cavabdeh2 ərizəsi imza ilə təsdiq olunmuş hesab edilməlidir (bax hazırki qərarın 15-ci bəndinə).

22. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin bu iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

23. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 417 - 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 09 dekabr 2020-ci il tarixli 2-2(103)-796/2020 saylı qərardadı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə g

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar