Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-176/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi 20.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlundan və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı hərrac xərcinin tutulması tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 22 yanvar tarixli 2-2(104)-43/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətin ə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 1. “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) 2024-cü il 10 dekabr tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bank qarşısında götürdükləri kredit öhdəliklərini pozduqları üçün 0,0476 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111,5 kv.m, köməkçi sahəsi 71,3 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, Əriklik yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinin bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərci daxil ümumilikdə 8061,94 manat vəsaitin (banka vurulmuş maddi ziyanın) və 100,62 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmi şdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 20 may tarixində iddiaçı ilə cavabdeh arasında 41531/01 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müvafiq kredit xətti müqaviləsinin şərtlərinə görə cavabdehə 2019-cu il 20 iyun tarixinədək, 49 ay müddətinə 562.352,90 USD kredit xətti ayrılmışdır. 2015-ci il 27 may tarixində iddiaçı ilə cavabdeh arasında 41531/01 kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 1 nömrəli kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə cavabdehə 2019-cu il 27 may tarixinədək, kreditdən istifadəyə görə illik 12,50% olmaqla 562.352,90 USD kredit verilmişdir. Bоrcalanın 41531/01 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə 2015-ci il 20 may tariхində bank ilə ipoteka qoyan ca vabdeh arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ ilə cavabdehə məxsus 0,0476 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111,5 kv.m., köməkçi sahəsi 71,3 kv.m.-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, Əriklik yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evi iddiaçının хеyrinə ipоtеka ilə yüklü еdilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzə öhdəliklərini vaxtında və lazımınca icra etməmiş, bank da məhkəməyə müraciət etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2023cü il 21 iyun tarixli 2(104)-9/2023 nömrəli qətnaməsi ilə bankın iddiası qismən təmin olunmuş, cəmi 380.399,48 ABŞ dolları və 106,50 manat pulun banka ödənilməsi, tutmanın mülkiyyət hüququ ilə cavabdehə məxsus Gə ncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, Əriklik yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinə yönəldilməsi, əmlakın açıq hərracdan satılaraq, satış hesabına əldə edilmiş pulun iddiaçıya ödənilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti icraya yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif olunmuş və həmin əmlak "xxxx" MMC-nin hərrac yekunları barədə 2024-cü il 30 iyul tarixli 74/24 nömrəli protokola əsasən 66.937,50 manata iddiaçı tərəfindən əldə edilmişdir.
3. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 27 dekabr tarixli e-2-2(115)2382/2024 nömrəli qərardadı ilə iş üzrə icraata x itam verilmiş, iddiaçıya iddia tələbi icra mərhələsində həll olunan məsələ olduğuna görə istinad etdiyi icra sənədini icra edən icra məmuruna müraciət edə bilməsi izah olunmuş, ödənilmiş 100,62 manat dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır (hakim – R.Məmmədov).
4. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi “İcra haqqında” Qanunda qeyd olunan icra mərhələsində həll olunan məsələlərə aiddir. İcra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. İddiaçı həmin işlə bağlı qəbul olunmuş qətnamənin icrasını həyata keçirən icra məmuruna müraciət edə bilər.
5. Məhkəmə gəldiyi nəticəni “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2, 74, 79.1, 79.2.1 və 81.4-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.4, 42.1, 43.2, 43.6, 43.7, 43.7-1, 47.2.1-47.2.4, 47.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 261.0.1, 262.1 və 262.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
6. İddiaçı həmin qərardaddan şikayət vermiş və Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 6 yanvar tarixli e-2-2(115)-2382/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – R.Məmmədov).
7. Məhkəmə gəldiyini nəticəni əsaslandırarkən əvvəlki mövqeyini vurğulamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 22 yanvar tarixli 2-2(104)-43/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Məcidov, hakimlər – İ.Həsənov və Ş.Rzaquliyev).
9. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı tələbə iddia icraatı qaydasında baxılması istisna olunur. “İcra haqqında” Qanunun müddəalarından müəyyən edilir ki, borclunun əmlakının satılması ilə bağlı xərclər icra xərclərinə aiddir. Eyni zamanda, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş qaydada bölüşdürülür. Həmin qanunun müddəalarından isə müəyyən edilir ki, ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra müəyyən olunan qaydada bölüş dürülür və həmin gəlir hesabına ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərin ödənilməsi də daxildir. Eyni zamanda, həmin məsələni icra məmuru həll edir, yalnız ipoteka saxlayanın bütün tələbləri təmin olunduqdan sonra “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məbləğdə icra ödənişi ödənilir və bütün bu ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.
10. Hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri ilə bağlı kollegiya qeyd etmişdir ki, bu məsələ yalnız Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 319.5-ci maddəsində göstərilmişdir. Belə ki, həmin maddənin tələblərinə görə, hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olu nmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
11. Bundan başqa “İcra haqqında” Qanunun 79.1-ci maddəsində müəyyən edil mişdir ki, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin qanunun 79.2.1-ci maddəsində isə göstərilmişdir ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 4.1.4-cü maddəsində “ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar digər xərclər” ifadəsindən istifadə olunmuşdur.
12. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas vermişdir ki, hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri, habelə hərracın qalibinin əldə etdiyi əmlakla bağlı digər xərclər (vergilər və s.) icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərə aiddir.
13. Məhkəmə apellyasiya şikayətinin dəlillərini birinci instansiyası məhkəməsinin iş üzrə qərardadının ləğv olunması üçün əsas hesab etməmiş və belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən qaldırılan hazırki iddiaya ayrıca iddia icraatı qaydasında baxılmasının mümkünsüzlüyü ilə bağlı məhkəmənin mövqeyi qanuni olmuşdur.
14. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 319.5-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 74, 79.1, 79.2.1 və 81.4-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.4, 42.1, 43.2, 43.6, 43.7, 43.7-1, 47.2.1-47.2.4, 47.4-cü maddələrinə, MPM-in 14.2, 77.1 və 261.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasına dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 16. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5 və 20.3-cü maddələri üzrə - məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti icraya yönəldilmiş və icra sənədi icra olunmuşdur, bu da “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra icraatı üzrə icraata xitam verilməsinin əsaslarına aiddir. Belə olan halda, məhkəmənin işi “icra mərhələsində həll olunan məsələ” kimi qiymətləndirilməsi əsassız olmuşdur. Belə ki, “İcra haqqında” Qanunun 20.3-cü maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir.
17. Bundan əlavə, cavabdeh kredit müqaviləsi üzrə borcalan ipoteka müqaviləsi üzrə ipoteka qoyan olmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərin icrası həmçinin kreditin qaytarılması üzrə bankın məruz qaldığı bütün xərclərin əvəzinin ödənilməsini də ehtiva etdiyindən və cavabdehin öhdəliklərinə aid olan hərrac xərcləri bank tərəfindən avanslaşdırıldığından, bankın həmin xərc məbləğlərinin cavabdehdən tutulmasını tələb etmək hüququ yaranmışdır və bu hüquq “İpoteka haqqında” Qanunun 4.1-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin normaya görə, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: ipoteka predmetinə tutm anın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi (4.1.4).
18. Belə olan halda, məhkəmənin həmin mübahisəyə icra icraatı qaydasında baxılmalı olmasına istinad edərək, iş üzrə icraata xitam verməsini əsaslı və qanuni hesab etmək olmaz. Şərh edilənlər məhkəmə tərəfindən maddi hüquq normasının düzgün tətbiq olunmadığını təsdiq edir.
19. MPM-in 261.0.1-ci maddəsi üzrə - iddiaçının cavabdehdən tutulmasını istədiyi məbləği (onun əvəzinə ödədiyi məbləğləri) tələb etmək üzrə yaranmış subyektiv hüququnu hazırkı icra mərhələsində həyata keçirmək imkanları tükənmişdir. Belə ki, ipoteka qoyulmuş əmlakın hərrac xərcləri iddiaçı tərəfindən ödənilmiş, alıcı olmadığı səbəbindən bank məcbur olub həmin əmlakı götürmüş, yəni satış olmadığı üçün icra şö bəsinin depozitinə də hər hansı məbləğ daxil olmamışdır və bu səbəbdən də “İcra haqqında” Qanunun 80.3-cü maddəsində nəzərdə tutulmuş imkanı icra mərhələsində reallaşdıra bilməmişdir. Belə olan halda məhkəmənin “iddia tələbi icra mərhələsində həll olunan məsələ olduğuna görə istinad etdiyi icra sənədini icra edən icra məmuruna müraciət edə bilər” kimi izah verməsi anlaşılan deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
21. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyindən, onun qanuniliyi və əsaslılığı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri... 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstü n olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.” 23. “İcra haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə
20. İcraata xitam verilməsinin əsasları və qaydası 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır.” “Maddə
74. Borcludan tutulmuş pul məbləğinin bölüşdürülməsi 74.1. İcra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. 74.2. Bütün tələblər təmin olunduqdan sonra qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, qalan pul məbləği borcluya qaytarılır. 74.3. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür.” “Maddə
79. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər 79.1. İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərc lər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. 79.2. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə: 79.2.1. borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına;” “Maddə
81. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi qaydası 81.4. İcra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir.” 24. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.” “Maddə
42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmaya raq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Hə min beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir.” “Maddə
47. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi 47.2. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-c ü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.”
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
27. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2, 74.1, 74.2, 74.3, 79.1, 79.2.1, 81.4-cü maddələrindən müəyyən edilir ki, borclunun əmlakının satılması ilə bağlı xərclər icra xərclərinə aiddir. İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. Eyni zamanda, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. 28. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.4, 42.1, 42.2, 47.2, 47.2.1, 47.2.2, 47.2.3, 47.2.4, 47.4-cü maddələrindən isə müəyyən edilir ki, ipoteka predmetinin satılmasında n əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra müəyyən olunan qaydada bölüşdürülür və həmin gəlir hesabına ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərin ödənilməsi də daxildir.
29. Eyni zamanda, həmin məsələni icra məmuru həll edir, yalnız ipoteka saxlayanın bütün tələbləri təmin olunduqdan sonra “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məbləğdə icra ödənişi ödənilir və bütün bu ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.
30. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar x ərclərə aiddir.
31. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı mübahisənin predmetini təşkil edən hərrac xərclərinin tutulması ilə bağlı hərəkətlər icra tədbirləri çərçivəsində icra məmuru tərəfindən həyata keçirilməli olan tədbirlərə aiddir.
32. Ona görə də, hərracın keçirilməsi ilə əlaqədar xidmət haqqının icra işi üzrə borclulardn tutulması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyildir.
33. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində isə təsbit edilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
34. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə istinad etdiyi maddi və prosessual hüquq normalarına uyğun olmaqla qanuni və əsaslıdır.
35. Kassasiya şikayətində istinad edilən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5 və 20.3-cü maddələrinin və MPM-in 261.0.1-ci maddəsinin tələblərinin pozulması isə müəyyən edilmir.
36. Belə ki, icra məmuru tərəfindən icra icraatına xitam verilməsi “İcra haqqında” Qanunun, “İpoteka haqqında” Qanunun və MPM-in yuxarıda istinad olunan müddəalarının tələblərini aradan qaldırmır və ya onların pozulmasına əsas vermir.
37. Eyni zamanda, “İcra haqqında” Qanunun 20.5 və 20.6-cı maddələrində göstərilmişdir ki, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır.
38. Həmçinin, kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 22 yanvar tarixli 2-2(104)-43/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.