Məhkəmə qərarları › İş №2-2(102)-177/2018

Ali Məhkəmə Qərar — İş №2-2(102)-177/2018

04.04.2018 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-177/2018 04.04.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı İddiaçı firmasının Cəmiyyətinəqarşı iş üzrə cavabdeh "xxxx" QƏRAR (iş № 2-2(102)-177/2018) Bakı şəhəri 04 aprel 2018-ci il Açıq Səhmdar GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, iddiaçı İddiaçı firmasının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iqtisadi iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 sentyabr 2017-ci il tarixli, 2-2(104)-54/2017 saylı qətnaməsindən iddiaçı İddiaçı firması və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı firması cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh təşkilatın əməkdaşları tərəfindən 14 iyun 2015-ci il tarixli aktın tərtib edildiyini və Akt komissiyasının sədri tərəfindən verilmiş icra vərəqinə əsasən 5.992 manat 68 qəpik pulun ödənilməsi tələb edildiyini, həmin sənəddə qeyd olunan məbləğin qərarla müəyyən olunduğu göstərilsə də, həmin qərarın və sənədlərin surətlərinin təqdim edilmədiyini, "xxxx" ASC-nin «Q» RESTİ tərəfindən həmin məb ləğin ödənilməsi tələb edildiyini, firmanın cavabdeh təşkilata 6.000 manata yaxın pul ödəməli olmasına dair hər hansı qərarın olmadığını, eyni zamanda firma tərəfindən Tovuz EŞ-ə təqdim edilmiş etirazın da qanunsuz olaraq araşdırılmadığını, aktın tərtib olunmasında firmanın səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmədiyini, 30 aprel 2015-ci il tarixdə Gəncə REŞ-in əməkdaşları tərəfindən firmaya aid olan transformatora baxış zamanı cərəyan transformatorunun birinin yandığını və bununla bağlı müvafiq naryadın açıldığını, Gəncə REŞ-ə göndərildiyini, 45 günlük müddətin əsassız olaraq 6 ay hesablandığını, "xxxx" ASC-nin rəhbərliyinə qərarın onlara göndərilməsinə və ləğv edilməsinə dair müraciətlər etsələr də, nəticəsiz qaldığını bildirərək, 14 iyun 2015-ci il tarixli aktın etibarsız sayıl ması və həmin akt əsasında firmaya hesablanmış 5.992 manat 68 qəpik borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 03 may 2017-ci il tarixli 2-2(83)-19/2017 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim - K.Rzayev). Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 sentyabr 2017-ci il tarixli, 2-2(104)-54/2017 saylı qətnaməsi ilə (sədrlik edən F.Ə.Mehtiyev, hakimlər Ş.Q.Rzaquliyev və N.N.Quliyev) iddiaçı İddiaçı firmasının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 03 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 sentyabr 2017-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı firması və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, İddiaçı firmasının cavabdeh təşkilata 6.000 manata yaxın pul ödəməli olmasına dair hər hansı qərar yoxdur, eyni zamanda Firma tərəfindən Tovuz EŞ-nə təqdim edilmiş etiraz da qanunsuz olaraq araşdırılmamış, kserosənədə görə guya 14.06.2015-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri tərəfindən aparılmış yoxlama zamanı məlum olmuşdur ki, sayğac «B» fazasından keçən yükü qeyd etmir, sayğacın «B» fazasının üstündə quraşdı rılmış cərəyan transformatoru yanmış, bundan sonra isə guya 180 gün ərzində israf olunmuş enerjinin qiyməti hesablanmış, həmçinin 30.04.2015-ci ildə Gəncə REŞ-nin əməkdaşları tərəfindən İddiaçı firmasına aid olan qeyd olunan transformatora keçirilmiş baxış zamanı cərəyan transformatorunun biri yanmış və transformator məhz Gəncə REŞ tərəfindən təmir edilməli idi, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 45 günlük müddət əsassız olaraq 6 ay hesablanmışdır. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı firması məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı firmasının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin f aktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 sentyabr 2017-ci il tarixli, 2-2(104)-54/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidi r. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 14 iyun 2015-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Tovuz şəhəri, Musa Musayev küçəsində yerləşən İddiaçı firmasına quraşdırılmış sayğac uçot dəstinin «X1 Qaydaları»nın tələblərinə uyğunluğu yoxlanılarkən sayğacın “B” fazasından keçən yükü qeyd etmədiyi, sayğacın “B” fazasının üstündə quraşdırılmış cərəyan transformatorunun yandığı aşkar olunaraq «X1 Qaydaları»nın 8.17.-ci maddəsinin tələblərinə uyğun itirilmiş enerjinin bərpasına 5.992,68 manat məbləğində 000533 nömrəli akt tərtib edilmiş, uçot dəstinə daxil olan cərəyan transformatorlarının əmsalı 200/5 olduğu halda, akt tərtib edilən vaxt “B” fazasından ötürülən yük cərəyan transformatorunun nominalından artıq olmuş, yəni istehlakçı tərəfindən öz daxili şəbəkəsində yüklərin fazalar üzrə simmetrik bölünməsinə əməl etməmiş, bu səbəbdən də nominalı 200 A olan cərəyan transformatoru 210 A və daha artıq yükləndiyindən sıradan çıxmışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, 24 iyun 2015-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə yerləşən sayğac hesab dəstinə baxış keçirilmiş, həmin sayğacın «B» fazasından keçən yükü qeyd etmədiyi səbəbindən tərtib olunmuş akt əsasında 5.992 manat 68 qəpik hesablanmış, iddiaçı tələbində onlara aktın surətinin təqdim edilmədiyi və düzgün tərtib edilmədiyini göstərsə də, həmin aktın qanunsuz qəbul edilməsi barədə nə birinci instansiya, nə də ki apellyasiya instansiya məhkəmələrinə müvafiq sübutlar təqdim etməmiş, beləliklə, id diaçı tələbini təsdiq edən hallar məhkəmələr tərəfindən aparılmış araşdırmalar zamanı öz təsdiqini tapmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «X1 Qaydaları»nın 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçi nin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.3-cü bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün istehlakçı, o cümlədən subabonent aşağıdakıları yerinə yetirməlidir: - ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə; - qəza zamanı enerjisistemdə yük çıxarıldıqda məsul yükləri ayıraraq ehtiyatlandırılmış xarici təchizat elektrik xətlərinə qoşmaqla tex noloji və qəza bronlarının tələbatını təmin etmək üçün elektrik təchizatı sxemini təkmilləşdirməyə; - enerjitəchizatı müəssisəsi tərəfindən rele mühafizələrinə, avtomat və qoruyucu qurğulara qoyulmuş işləmə hədlərinə (ustavka) riayət etməyə, ehtiyatın avtomatik qoşulması qurğularının quraşdırılmasını enerjitəchizatı müəssisəsilə razılaşdırmağa, onlarda müəyyən olunmuş müddətlərdə profilaktik sınaq və sazlama işlərini aparmağa; - enerjitəchizatı müəssisəsinin və «Dövlət Enerjinəzarət» İdarəsinin tələbinə əsasən istehlakçının elektrik qurğularının işi ilə müəyyənləşdirilən elektrik enerjisinin keyfiyyətinə fasiləsiz, vaxtaşırı və epizodik nəzarət etməyə, balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun s axlamağa; - «Elektrik qurğularının quraşdırılması qaydaları»nın tələblərinə uyğun olaraq, elektrik enerjisi istehlakının texniki-nəzarət uçotunu təşkil və istismar etməyə; - elektrik qurğularına xidmət üçün ixtisaslı elektrotexniki heyətlə təmin etməyə, elektrik qurğularına xidmət edən heyəti öyrətməyə, təlimatlandırmağa və onları avadanlıqlaşdırılmış iş yeri ilə, mühafizə vasitələri ilə, alətlərlə, lazımi materiallarla və təlimatlarla təmin etməyə; - qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə; - elektrik enerjisi istehlakı rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaət ilə istifadəsinə, elektrik təsərrüfatının texniki vəziyyətinə və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün «Dövlət Enerjinəzarət» İdarəsinin səlahiyyətli nümayəndə lərinin (onların xidməti vəsitələri əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə; - elektrik enerjisindən səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının və digər normativ sənədlərin tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında «Dövlət Enerjinəzarət» İdarəsinin səlahiyyətli nümayəndələrinin rəsmi tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə. Qaydaların 9.4-cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma s xeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından ir əli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçı tələbində aktın surətinin təqdim edilmədiyi və düzgün tərtib olunmadığını göstərsə də, bu barədə işə baxmış məhkəmələrə hər hansı sübut təqdim etmədiyini, beləliklə, iddia tələbinin məhkəmələr tərəfindən aparılmış araşdırmalar zamanı öz təsdiqini tapmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normala rının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 sentyabr 2017-ci il tarixli, 2-2(104)-54/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 sentyabr 2017-ci il tarixli, 2-2(104)-54/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar