Məhkəmə qərarları › İş №2-2(102)-178/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-178/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-178/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Kredit müqaviləsi, kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə) zaminlik müqaviləsinin mühüm şərtləri və zaminliyə xitam verilməsi əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər X2 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “borcun tutulması ” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 11 dekabr tarixli 2-2(103)-1173/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borclu) arasında 2020-ci il 16 noyabr tarixli DCS00272375-01 saylı kredit müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası X1 (Fond) “19” oktyabr 2020-ci il tarixli ZM- 251/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilən in 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir. - 1.5.1-ci bəndinə əsasən kreditor qarşısında bu müqavilə üzrə öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda, bu öhdəliyi tamamilə icra etməsi barədə məsuliyyəti zamin qismində öz üzərinə götürməsinə dair Cavabdeh2 ilə kreditor arasında zaminlik müqaviləsi bağlanılır. - 2.2-ci bəndinə əsasən kredit üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə həyata keçirilir. - 2.3-cü bəndinə əsasən kredit müqaviləsinə uyğun olaraq borclu tərəfindən aparılan ödənişlər kreditor tərəfindən akseptsiz qaydada aşağıdaki ardıcıl istiqamətlərə yönəldilir: bu müqavilənin 3.2.11-ci yarımbəndində nəzərdə tutulmuş ödənişlər (əgər varsa) borclunun öhdəliklərini lazımınca icra etməməsi səbəbindən kreditorun ödəmiş olduğu məhkəmə və digər xərclər; əmlak sığortası müqaviləsi üzrə sığorta haqları (əgər varsa); dəbbə pulu (əgər varsa); hesablanmış faizlər (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla); əsas borc üzrə ödənişlər. - 3.2.7-ci bəndinə əsasən ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora ödəmək borclunun vəzifəsidir. - 4.2-ci bəndinə əsasən borclu ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir. - 7.1-ci bəndinə əsasən borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illi k faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7.5% (yeddi tam onda beş) faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir. - 8.2-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə minir və tərəflər öhdəliklərim tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə qanuni təmsiçisi Cavabdeh2 elektron imzası ilə təsdiq edilmişdir.

2. Faiz subsidiyasının aylıq və cəmi məbləğini əks etdirən ödəniş cədvəlinə əsasən əsasən Cavabdeh1 MMC tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi 2022-ci il 16 noyabr olmaqla) ödəyəcək əsas məbləğ 200.000 manat, faizin məbləği subsidiya çıxılmaqla 19.750,95 manat, subsidiyanın ödənişi 19.750,95 manat, sahibkarlıq subyektinin cəmi aylıq ödənişi 219.750,95 manat, cəmi ödəniləcək məbləğ 239.501,90 manat məbləğin də müəyyən edilmişdir. Müqavilə qanuni təmsilçisi Cavabdeh2 elektron imzası ilə təsdiq edilmişdir.

3. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borclu) və Cavabdeh2 (zamin) arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə DGS**********53 saylı 2020-ci il 16 noyabr zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1-ci bəndinə əsasən zamin kreditor və borclu arasında Bakı şəhərində bağlanmış 16 noyabr 2020-ci İl tarixli DCS00272375-01 №-li kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür. - 1.2.Kredit müqaviləs i üzrə öhdəlik aşağıdakılardan ibarətdir: - Kreditin məbləği 200,000.00 manat, - Kredit üzrə illik 15% faiz dərəcəsinə əsasən hesablanan faizlər; - Kredit üzrə ödəniş öhdəliyi vaxtında icra edilmədikdə illik 15% faiz dərəcəsinə əsasən hesablanan cərimə; - Kreditin qaytarılma tarixi 24 ay müddətinə 16 noyabr 2022-ci İl tarixinədək. Zaminin əlavə razılığı olmadan, Kreditor ilə Borclu arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər. - 2.1.1-ci bəndinə əsasən kredit müqaviləsinə əsasən borclu öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditorun tələbi ilə etiraz irəli sürmədən kredit müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri zamin icra edir. - 3.1-ci bəndinə əsasən zaminlik kredit müqaviləsi üzrə öhdəlik tam icra edilənədək qüvvədə qalır. Müqa vilə zaminin imzası, kreditor və borclunun imzası və möhürü ilə təsdiq edilmişdir.

4. Cavabdeh1 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-02816LE/2019 saylı Razılaşma imzalanmışdır. Razılaşma müştərinin qanuni təmsilçisi Cavabdeh2 elektron imzası ilə təsdiq edilmişdir.

5. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2020-ci il 27 yanvar tarixli 1.0.2 nömrəli versiyasının: - 1-ci bəndinin 1-ci yarımbəndinə əsasən həmin müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkredi tiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. - 1-ci bəndinin 2-ci yarımbəndinə əsasən müqavilədə qeyd olunan xidmətlərdən hər birinin bank tərəfindən müştəriyə təqdim olunması üçün bu müqavilədən başqa müvafiq ərizə formalarının da müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq banka təqdim olunması tələb olunur. - İV-cü bəndinin 1.1-ci yarımbəndinə əsasən bank “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, overdraft, tranş kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi, kredit xətt i və s.kimi öhdəliklər) üçün Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” forması göstərilən şərtlərlə kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası, qevvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. - Həmin müqavilənin Kredit (Maliyyələşdirmə) adlanan İV-cü bəndinin 1.4-cü yarımbəndinə əsasən kredit limitinin ayrılması bankın müştəriyə kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində müştərinin hər bir kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə tərəflər arasında müvafiq kredit şərtləri göstərilərək “Maliyyələşmə üçün ərizə” imzalanır. - İV-cü bəndinin 3.1-ci yarımbəndinə əsasən kredit, bank tərəfin dən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir. - İV-cü bəndinin 3.2-ci yarımbəndinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir.

6. Cavabdeh1 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) 2021-ci il 17 iyul tarixli DCL00272375-04 saylı Maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) Bank tərəfindən Borcalana 2022-ci il 17 aprel tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31% olmaqla, 57.964 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır.

7. Cavabdeh1 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) 2021- ci il 20 sentyabr tarixli DCL00272375-08 saylı Maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) Bank tərəfindən Borcalana 2022ci il 20 sentyabr tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 21.722 manat mal alışı məqsədi ilə kredit xətti açılmışdır. Ərizə müştərinin qanuni təmsilçisinin elektron imzası ilə təsdiq edilmişdir.

8. İddiaçı ASC (bank) ilə Cavabdeh2 (zamin) arasında müvafiq olaraq 2021-ci il 16 iyul tarixli DG**********74 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göst ərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizə. - 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 16% olmaqla 57.964 manat məbləğində və 9 ay müddətə kredit xətti təşkil edir. - 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. - 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmi n edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir.

9. İddiaçı ASC (bank) ilə Cavabdeh2 (zamin) arasında müvafiq olaraq 2021-ci il 20 sentyabr tarixli, DG**********80 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DCL00272375-08 saylı maliyyələşdirmə üçün ərizə. - 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 17% olmaqla 21.722 manat məbləğində və 12 ay müddətə kredit xətti təşkil edir. - 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. - 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. Müqavilə bank tərəfindən imza və möhür il ə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir.

10. PB/PBL-OUT-00605-2023 nömrəli, sonuncu 2023-cü il 12 oktyabr tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin 2023-cü il 2 oktyabr tarixə: - DCS00272375-01 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borc 116.603,72 manat, faiz borcu 15.419,99 manat, 18.797,94 manat cərimə borcu olmaqla, cəmi 150.821,65 manat təşkil edir. Gecikmə günü: 624. - DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 57.964 manat, faiz borcu 2.344,32 manat, 26.204,56 manat cərimə borcu olmaqla, cəmi 86.512,88 manat təşkil edir. Gecikmə günü: 592; - DCL00272375-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 21.722 manat, faiz borcu 2.451,57 manat, 7.202,05 manat cərimə borcu olmaqla, cəmi 31.375,62 manat təşkil edir Gecikmə günü: 588.

11. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 pretenziya məktubu ilə müraciət edilərək, müvafiq müqaviləyə əsasən Bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası xahiş edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı ASC (bundan sonra – “iddiaçı") cavabdehlər Cavabdeh1 MMC-yə (bundan sonra – “MMC") və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2") qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada: - 2020-ci il 16 noyabr tarixli DCS00272375-01 saylı kredit müqaviləsinə (bundan sonra – “kredit müqaviləsi”) əsasən, 116.603,72 manat əsas borc, 15.419,99 manat faiz borcu, 17.515,30 manat cərimə borcu olmaqla, cəmi 149.539,01 manat; - 2021-ci il 17 iyul tarixli DCL00272375-04 saylı maliyyələşdirmə üzrə ər izəyə (bundan sonra – “4 saylı maliyyələşdirmə ərizəsi”) əsasən, 57.964 manat əsas borc, 2.344,32 manat faiz borcu, 24.557,41 manat cərimə borcu olmaqla, cəmi 84.865,73 manat; - 2021-ci il 20 sentyabr tarixli DCL00272375-08 saylı maliyyələşdirmə üzrə ərizəyə (bundan sonra – “8 saylı maliyyələşdirmə ərizəsi”) əsasən, 21.722 manat əsas borc, 2.451,57 manat faiz borcu, 6.564,87 manat cərimə borcu olmaqla, cəmi 30.738,44 manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 156 manat dövlət rüsumunun və mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X1 2 020-ci İ 19 oktyabr tarixli ZM251/2020 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında 2020-ci il 23 sentyabr tarixində bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2020-ci il 27 yanvar tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC02816LE/2019 saylı Razılaşma imzalanmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: 4 saylı maliyyələşdirmə ərizəsi imzalanmış və bank tərəfindən borcalana 2022-ci il 17 aprel tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31% olmaqla, 57.964 manat məbləğində ma l alışı məqsədi ilə kredit xətti açılmışdır. 8 saylı maliyyələşdirmə ərizəsi imzalanmış və bank tərəfindən borc alana 2022-ci il 20 sentyabr tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 21.722 manat mal alışı məqsədi ilə kredit xətti açılmışdır. Borc alan cavabdeh MMC-nin bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh2 arasında kredit müqaviləsinin təminatı olaraq 2020-ci il 16 noyabr tarixli DGS**********53 saylı, 4 saylı maliyyələşdirmə ərizəsinin təminatı olaraq 2021-ci il 16 iyul tarixli DG**********74 saylı və 8 saylı maliyyələşdirmə ərizəsinin təminatı olaraq 2021-ci il 20 sentyabr tarixli DG**********80 saylı zaminlik müqavilələri (bundan sonra – “zaminlik müqaviləsi” ) bağlanmışdır. Lakin borc alan qeyd edilən müqavilələr üzrə öhdəliklərini kredit müqaviləsi üzrə 590, 4 saylı maliyyələşdirmə ərizəsinin üzrə 558 və 8 saylı maliyyələşdirmə ərizəsinin üzrə 554 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesabla nmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borclu davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəmədikdə kreditor müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər. Eyni zamanda X3 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.

14. Daha sonra iddiaçı iddia tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC və Cavabdeh2 birgə qaydada: kredit müqaviləsinə əsasən 116.603,72 manat əsas borc, 15.419,99 manat faiz borcu, 18.797,94 manat cərimə borcu olmaqla, cəmi 150.821,65 manat, 4 saylı maliyyələşdirmə ərizəsinə əsasən 57.964 manat əsas borc, 2.344,32 manat faiz borcu, 26.204,56 manat cərimə borcu olmaqla, cəmi 86.512,88 manat, 8 saylı maliyyələşdirmə ərizəsinə əsasən 21.722 manat əsas borc, 2.451,57 manat faiz borcu, 7.202,05 manat cərimə borcu olmaqla, cəmi 31.375,62 manat məbləğində borcun, i ddiaçı tərəfindən ödənilmiş iddia ərizəsinin məhkəməyə verilməsi üçün 159 manat dövlət rüsumunun və mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Məhkəmə qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası 2024-cü il 6 iyun tarixli, 9/8943 saylı ekspert rəyinə əsasən hesabdan çıxarış məlumatları və 2021-ci il 13 avqust tarixli, DCS00194507-01 nömrəli kredit müqaviləsinin şərtlərinə, 4 saylı maliyyələşdirmə ərizəsinin formasının şərtlərinə və 8 saylı maliyyələşdirmə ərizəsinin formasının şərtləri nəzərə alınmaqla müqavilənin bitmə müddətinə kredit müqaviləsi üzrə ekspert rəyinin verildiyi tarixə (2024-cü il 6 iyun tarix) cavabdeh MMC- n in banka əsas borcu 116.603,72 manat, 2022-ci il 16 noyabr tarixə (müqavilə müddətinin bitdiyi tarixə) faiz borcu 15.907,59 manat, 4 saylı maliyyələşdirmə ərizəsi üzrə ekspert rəyinin verildiyi tarixə (2024-cü il 6 iyun tarix) cavabdeh MMC-nin banka əsas borcu 57.964 manat, 2022-ci il 17 aprel tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 2.318,57 manat, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 8 maliyyələşdirmə ərizəsi üzrə ekspert rəyinin verildiyi tarixə (2024-cü il 6 iyun tarix) əsas borc 21.722 manat, 2022-ci il 20 sentyabr tarixə (müqavilə müddətinin sonuna) fazi borcu 2.433,46 manat məbləğində müəyyən edilmişdir.

16. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 2 sentyabr tarixli e-2-2(113)250/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlərdən müştərək qaydada kred it müqaviləsi üzrə 116.603,72 manat məbləğində əsas, 15.419,99 manat faiz borcu, 5.500 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 137.523,71 manat, 8 saylı maliyyələşdirmə ərizəsi üzrə 21.722 manat məbləğində əsas, 2.433,46 manat faiz borcu, 1.000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 25.155 manat, ümumilikdə 162.679,17 manat və mediasiya xərclərinin əvəzi olaraq 335 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi, cavabdeh MMC-dən 4 saylı maliyyələşdirmə ərizəsi üzrə 57.964 manat məbləğində əsas, 2.318,57 manat faiz borcu, 3.000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 63.282,57 manat, mediasiya xərclərinin əvəzi olaraq 65 manat və dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 42 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 8 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).

17. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı (kreditor) ilə cavabdeh MMC (borclu) arasında bağlanmış kredit müqaviləsinə əsasən kreditor tərəfindən Azərbaycan Respublikası X1 2020-ci il “19” oktyabr tarixli ZM-251/2020 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Bundan əlavə iddiaçı ilə cavabdeh MMC arasında “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2020-ci il 27 yanvar tar ixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 02816LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin şərtlər toplusunda müəyyən edilmiş şərtlərə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə 2021-ci il 17 iyul tarixli DCL00272375 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) 2022-ci il 17 aprel tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31% olmaqla, 57.964 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti və 8 saylı maliyyələşdirmə ərizəsinə əsasən (kredit əməliyyatı üzrə) 2022-ci il 20 sentyabr tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 21.722 manat mal alışı məqsədi ilə kredit xətti açılmışdır. İddiaçı c avabdeh MMC-yə kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh MMC maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.

18. Məhkəmə kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən etmək üçün keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə (bax §15) müəyyən edilənləri qeyd etmiş, həmçinin faizlərin hesablanmalı olduğu müddətə münasibətdə bildirmişdir ki, mübahisəli kredit müqavilələri üzrə kreditin verilməsi müddətləri bitənədək iddiaçı tərəfindən kredit borcunun vaxtından əvvəl tam şəkildə qaytarılması barədə xəbərdarlıq məktubları göndərilməsi, yəni həmin müqavilələrin iddiaçı tərəfindən birtərəfli qaydada lə ğv edilməsi iş materiallarına əsasən müəyyən edilməmişdir. İddiaçı sözügedən kredit müqavilələri üzrə kreditin verilməsi müddətlərinin bitdiyi tarixədək olan müddət üçün həmin müqavilələr faizlərin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbi həddində işə baxılması barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) tələbini nəzərə alaraq hesab etmişdir ki, mübahisəli kredit müqavilələri üzrə borc alan cavabdeh MMC-dən tutulacaq əsas və faiz məbləğləri ekspert rəyinə əsasən müəyyən edilməli və cavabdeh MMC-dən kredit müqaviləsi üzrə 116.603,72 manat məbləğində əsas borc və 15.907,59 manat məbləğində faiz borcu; 4 saylı maliyyələşdirmə ərizəsi üzrə 57.964 manat məbləğində əsas borc, 2.318,57 manat məbləğində faiz borcu və 8 saylı maliyyələşd irmə ərizəsi üzrə 21.722 manat məbləğində əsas borc, 2.433,46 manat faiz faiz borcu tutulmalıdır.

19. Bundan əlavə iddiaçı mübahisəli kredit müqavilələri üzrə əsas borcları ödəniş planına uyğun qaytarmadığına görə cavabdehə hesablanmış kredit müqaviləsi üzrə 18.797,94 manat; 4 saylı maliyyələşdirmə ərizəsi üzrə 26.204,56 və 8 saylı maliyyələşdirmə ərizəsi üzrə 7.202,05 manat dəbbə pulunun tutulmasını tələb etmişdir. Məhkəmə qeyd etmişdir ki, kredit borcunun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi halda dəbbə pulunun ödənilməli olması mübahisəli kredit müqavilələrində nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda mübahisəli kredit müqavilələri üzrə verilmiş kredit məbləğinin ödənilməsi gecikdirildiyindən iddiaçı həmin müqavilələr üzrə əsas borc məbləğinə hesablanmış dəbbə pulunun ödəni lməsini də tələb etmək hüququna malikdir. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu kredit müqaviləsi üzrə 5.500 manat, 4 saylı maliyyələşdirmə ərizəsi üzrə 3.000 manat və 8 saylı maliyyələşdirmə ərizəsi üzrə 1.000 manat məbləğində müəyyən edilməlidir.

20. Bununla yanaşı iş materiallarına əsasən müəyyən edilmişdir ki, mübahisəli kredit müqavilələri üzrə öhdəliklərinin təminatı üsülu kimi iddia çı (bank) ilə Cavabdeh2 (zamin) arasında müvafiq zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin Cavabdeh2 cavabdeh MMC-nın sözügedən kredit müqavilələrindən irəli gələn öhdəliklərinə zamin durmuşdur. Məhkəmə MM-in 477.0.4-cü maddəsinə istinad edərək 4 saylı maliyyələşdirmə ərizəsi üzrə Cavabdeh2 zaminliyinə münasibətdə qeyd etmişdir ki, zaminlik müqaviləsində “müqavilənin qüvvədə olma müddətinin borc alanın əsas müqavilədən (müqavilələrdən) irəli gələn öhdəliklərin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşməsi” barədə 6-cı bənd yer alsa da, həmin müddəa zaminliyin müddəti kimi qiymətləndirilə bilməz. Həmçinin məhkəmə MM-in 367-ci maddəsinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti müəyyən edilməmişdir. Odur ki, iddiaçı həmin zaminlik müqaviləsi üzrə əsas öhdəliyinin icrası müddətinin bitdiyi tarixdən (2022-ci il 17 aprel) 1 il ərzində zaminə qarşı iddia irəli sürmədiyindən həmin müqavilə üzrə Cavabdeh2 zaminliyinə müddətin keçməsi ilə bağlı xitam verilmişdir.

21. Digər iki kredit müqaviləsi və 8 saylı maliyyələşdirmə ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, zamin Cavabdeh2 cavabdeh MMC-nin bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə əsas borclu ilə birgə məsuliyyət daşıyır. Odur ki, iddiaçı həmin müqavilələr üzrə borcların müştərək qaydada əsas borclu və zamindən tutulmasını tələb etməkdə haqlı olmuşdur.

22. Məhkəmə gəldiyi nəticəni MM-in 367.1, 367.2, 367.3, 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 477.0.4 və 478-ci maddələrinə; “Dövlət rüsumu haqq ında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə; MPM-in 103.1, 107, 115.0.9, 119.1 və 206.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

23. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun zaminə münasibətdə və cərimə borcunun təmin edilməyən hissəsində ləğv, iddia tələbinin isə həmin hissələrdə tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 dekabr tarixli 2-2(103)-1173/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – Z.Şirinov və E.Həsənov).

25. Məhkəmə bir inci instansiya məhkəməsinin qətnaməsinin mövqeyini əsaslı apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edərək, həmin şikayətlərə münasibətdə qeyd etmişdir ki, zaminlik münasibətləri ilə bağlı MM-in 477-ci maddəsində qeyd edilən zaminliyə xitam verilməsi müddəti iddia müddəti deyil kəsici müddətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə əsasən iddia müddətindən fərqli olaraq kəsici müddətin tətbiq edilməsi üçün cavabdehin ərizə təqdim etməsi zəruri deyil, məhkəmə öz təşəbbüsü ilə kəsici müddəti tətbiq edə bilər. Ona görə də birinci instansiya məhkəməsinin zaminliyə xitam verilməsi barədə mövqeyi qanuni və əsaslıdır. Məhkəmə dəbbə pulunun az tutulması dəlilə münasibətdə isə qeyd etmişdir ki, MM-nin 467-ci maddəsi birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş və tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmışdır.

26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin qətnaməsində istinad etdiyi normaları ilə əsaslandırmışdır.

27. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, onun iddia tələbinin təmin edilməyən hissələrinə münasibətdə ləğv, iddia tələbinin isə zaminlik müqaviləsinə və dəbbə puluna münasibətdə tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

28. MM-in 390.1, 462.1, 462.3, 465.2, 467, 470.1, 472.1, 472.2-ci maddələri və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.6-cı maddəsi üzrə - İddiaçı apellyasiya instansiya məhkəməsinin dəbbə puluna münasibətdə mövqeyini qismən əsassız, Cavabdeh2 zaminlik müqaviləsi üzrə pulun tutulması hissəsində isə iddianın təmin olunmaması ilə razılaşmayaraq qeyd etmişdir ki, kredit müqavilələri üzrə hesablanan cərimə borcunun məbləği əsas borca münasibətdə adekvat olmuş və tənasübsüz surətdə yüksək olmamışdır. Cavabdeh kredit müqavilələrini imzalamaqla onun tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə tətbiq ediləcək cərimə faizlərindən xəbərdar olmuş və buna razılıq vermişdir. Lakin məhkəmələr tərəfindən cərimə məbləği kəskin surətdə azaldılaraq, həmin hissədə mübahisəyə düzgün hüquqi qiymət verilməmiş, iş üzrə kredit müqaviləsinin şərtləri və tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır.

29. MM-in 477.0, 477.0.4-cü maddələri və “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 12 mart tarixli qərarı üzrə - məhkəmə zaminlik müqaviləsinin 1 və 6-cı bəndlərini nəzərə almayaraq həmin müqavilədə müddət göstərilmədiyini əsas gətirərək zaminliklə təmin olunan öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərizndə bank tərəfindən zaminə qarşı iddia irəli sürülmədiyindən zaminliyə xitam verildiyi qənaətinə gəlmişdir. İddiaçı isə qeyd etmişdir ki, MM-in 477.0.4-cü maddəsində nəzərdə tutulan müd dətin kəsici müddət hesab edilməklə hazırkı mübahisəyə tətbiq edilməsi və zaminliyə xitam verildiyi qənaətinə gəlinməsi yanlış və əsassız olmuşdur. Mübahisə predmeti olan zaminlik müqavilələrində isə zaminlik müqaviləsinin qüvvədə olma müddətinin borclu tərəfindən öhdəliyin tam icra olunduğu ana kimi müəyyən edilmişdir. Burada müddət dəqiq tarixlə deyil, hərəkətin yerinə yetirildiyi anla şərtləndirilmişdir. Bu baxımdan Cavabdeh2 zaminlik müqavilələrini imzalamaqla hansı ana qədər zamin kimi öhdəlik daşıyacağından məlumatlı olmuş və müqavilənin bütün mühüm şərtləri tərəflər arasında razılaşdırıldığından, o, əsas borclu ilə birgə məsuliyyət daşımağa davam etməlidir.

30. MPM-in 88, 217.1, 217.3, 218.1 və 220.4-cü maddələri üzrə - tərəflər arasında bağlanılmış kredit və zaminlik müqavilələrini n şərtləri, gecikdirilmiş günlərin sayının xeyli müddət təşkil etməsini və qeyd olunan maliyyələşdirmə üçün ərizələrə əsasən tətbiq edilən gecikdirilmiş əsas məbləğə hesablanan cərimə faiz dərəcələri nəzərə alınmamışdır. Nəticədə məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməməsi səbəbindən prosessual hüquq normalarının tələbləri pozulmuş və həmin pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

32. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

33. Kassasiya instansiyası məhkəməsi tərəfində n işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

367. Müddət anlayışı 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvi m tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında mü qavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu il ə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur...." “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borcl unun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” "Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. "Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə

477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir:... 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardı qda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “Maddə

478. Qarantiya anlayışı Qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.

35. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şik ayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

38. Kassasiya şikayətində qeyd olunmuş məsəl ələrə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Bununla belə məhkəmə kollegiyası kassatorun kredit müqaviləsi və maliyyələşdirmə ərizələri üzrə dəbbə pulunun tutulması ilə bağlı dəlilinə münasibətdə bildirir ki, apellyasiya instansiyası Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini hazırkı mübahisəyə doğru tətbiq etmiş, hər iki tərəfin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq bu sahədə formalaşmış məhkəmə təcrübəsinə uyğun cərimə məbləği müəyyənləşdirmişdir. Ona görə də kassatorun bu dəlili əsassızdır.

39. Məhkəmə kollegiyası kassatorun 477.0.4-cü maddədə göstərilən müddətlərin kəsici deyil, iddia müddətləri olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, kəsici müddət, şəxsin müəyyən zaman ərzində öz hüququndan istif adə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi zamanın keçməsi ilə yanaşı, həm də müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddətləri isə bir qayda olaraq tələb hüquqları üçün xarakterikdir. Bu müddətin keçməsi tələb hüququnun özünü deyil, bu hüququn məhkəmə vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanını aradan qaldırır.

40. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində müddətlər etibarlı müqavilə əsasında əmələ gəlmiş zaminliyə xitam verən kəsici müddətlərdir.

41. Konstitusiya Məhkəm əsi Plenumunun 2020-ci il 12 mart tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

42. Kassator Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini belə təfsir etmişdir ki, adı çəkilən maddədə göstərilmiş müddətlər iddia müddətləridir. Lakin məhkəmə kollegiyası bununla razılaşmayaraq Plenum Qərarındakı mövqeyi belə təfsir edir ki, sözü gedən Qərarda iddia müddətinin tələb hüququ üçün xarakterik olması mövqeyi bi ldirilmiş, lakin istisna olaraq o da deyilmişdir ki, bəzi tələb hüququ olan münasibətlər də kəsici müddət ola bilər. Bunlardan biri də məhz zaminlik müqaviləsidir. Zaminlik müqaviləsinin də hüquqi təbiətində tələb hüququ mövcud olsa da, istisna olaraq bu münasibətləri tənzimləyən müddətlər, yəni Mülki Məcəllənin 477.0.4-cü maddəsindəki müddətlər iddia müddəti yox, kəsici müddətdir.

43. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasə hesab edir ki, kassatorun bu dəlili əsassızdır.

44. Həmçinin kassatorun zaminlik müqaviləsinin qüvvədə olma müddəti ilə bağlı dəlilinə münasibətdə bildirir ki, 2021-ci il 16 iyul tarixli DG**********74 nömrəli zaminlik müqaviləsinin 6-cı bəndinə görə bu müqavilənin qüvvədə olma müddəti borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən müqavilə və ya müqavilələrdən i rəli gələn öhdəliklərinin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Həmin zaminliklə təmin olunan öhdəlik isə 4 saylı maliyyələşdirmə üçün ərizədir. Həmin maliyyələşdirmə üçün ərizənin icrası müddəti isə 2022-ci il 17 aprel tarixində bitmişdir. Göründüyü kimi adı çəkilən zaminlik müqaviləsinin müddəti onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı günlə şərtləşdirilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə müvafiq olaraq bu zaminlik müqaviləsinə 1 illik müddət tətbiq olunmalıdır. Bir illik müddət isə 2023-cü il 17 aprel tarixində bitmiş, iddia ərizəsi isə ondan sonra verilmişdir. Apellyasiya instansiyası məhkəməsi də düzgün maddi hüquq normasını tətbiq etməklə bu hissədə doğru nəticəyə gəlmişdir. Ona görə də bu dəlil də əsassız hesab olunmalıdır.

45. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.

46. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

47. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilm işdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məh kəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyul muş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

48. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

49. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kolle giyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 11 dekabr tarixli 22(103)-1173/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar