Məhkəmə qərarları › İş №2-2(102)-18/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-18/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-18/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı X1 Təşkilatı ASC-nin Cavabdeh qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: kredit borcunun tutulması və ipoteka əmlakına yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Hüseynova Sevda Əziz qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi ilə, İddiaçı X1 Təşkilatı ASC-nin Cavabdeh qarşı kredit borcun tutulması və ipoteka əmlakına yönəldilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx x xxxxx 2020-ci il tarixli 2(103)-385/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Borc verən - iddiaçı ASC ilə borc alan - Cavabdeh (VÖEN: **********) arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinə görə, borc verən borc alana 60 ay müddətində illik 24 faiz dərəcəsi ilə 73.000 ABŞ dolları məbləğində kredit vermişdir.

2. Həmin müqavilənin təmin edilməsi məqsədilə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00088-01 İP nömrəli sonrakı ipoteka müqaviləsinə görə, borc alan – iddiaçı Cavabdeh məxsus olan, müstəqil qymətləndirici FM Consulting tərəfindən xx.xx.2017-ci tarixində likvid dəyəri 280.000 m anat məbləğində qiymətləndirilmiş, ünvan 1 ünvanında, 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10 nömrəli fərdi yaşayış evi borc verən – iddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. Cavabdeh ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli arayışda və hesabdan çıxarışa əsasən, tərəflər arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 73.000 ABŞ dolları məbləğində verilmiş kredit üzrə heç bir ödəniş aparılmamış və xx.xx.2019-cu il tarixinə Cavabdeh iddiaçı ASC-yə olan borcu 73.000 ABŞ dolları əsas borc, 12.216,17 ABŞ dolları faiz borcu, 16.425 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 101.641,17 ABŞ dolları təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİ Ş MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı “İddiaçı» BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh iddiaçı ASC-nin xeyrinə xx.xx.2019cu il tarixinə kreditin əsas borcu üzrə 73.000 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 12.216,17 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16.425 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi, 101.641,17 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması; tələbin Cavabdeh mülkiyyətində olan ünvan 1ndə istifadədə olan 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 k öməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına yaranmış 73.000 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 12.216,17 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16.425 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 101.641,17 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun iddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra Cavabdeh ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı ASC tərəfindən Cavabdeh dövriyyə vəsaitinin artırılması məqsədilə 60 ay müddətinə illik 24% hesablamaqla 73.000 ABŞ dollar məbləğində kredit verilmiş və həmin kreditin təminatı olaraq cavabdehin mülkiyyətində olan - ünvan 1 ünvanında 0.02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evi - aralarında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 №-li ipoteka müqaviləsi ilə iddiaçının xeyrinə yüklü edilmişdir. Cavabdeh heç bir ödəniş aparmamış, kredit üzrə öhdəliklərini yerinə yetirməmiş, xx xxxxxx 2019-cu il tarixinə onun 73.000 ABŞ dolları məbləğində əsas, 12.216,17 ABŞ dolları məbləğində faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16.425 ABŞ dolları dəbbə pulu, ümumilikdə, 101.641,17 ABŞ dolları məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət və xəbərdarlıq edilsə də, borc bu günə kimi ödənilməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-cu il tarixli qətnaməsi ilə (hakim E.Əliyev; iş No 2-2(113)-676/2020) iddianın qismən təmin edilməsi; iddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi; cavabdehdən xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə 73.000 ABŞ dolları məbləğində əsas borc, 12.216,17 ABŞ dolları məbləğində faiz borcu, 33,83 ABŞ dolları məbləğində dəbbə olmaqla, cəmi 85.250 ABŞ d olları məbləğində borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,16 manat məbləğində pul tutularaq iddiaçı ASC-yə ödənilməsi; tutmanın, dəyəri 280.000 manat olan cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evinə yönəldilməsi; həmin evin açıq hərracda satılması; ev satıldıqdan sonra cavabdehin 1 ay ərzində əşyaları ilə birlikdə evdən çıxarılması; evin satılmasından əldə edilmiş vəsaitdən cavabdehin xx xxxxx 2019cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə olan 85.250 ABŞ dolları məbləğində borcun və dövlət rüsu mu kimi ödənilmiş 25,16 manat məbləğində pulun ödənilməsi; satışdan artıq qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. 7. 1-ci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, kreditor və borclu arasında qanunveririciliyə uyğun olaraq kredit və ipoteka müqavilələri bağlanmış, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borclu öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, əsas, faiz borcu və cərimə ödənilməmiş qalmışdır.

8. Həmçinin məhkəmə iddia tələbinin dəbbə pulu hissəsi ilə əlaqədar qeyd etmişdir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 33,83 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

9. Həmin qətnamədən narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilmə sini və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən C.Yusifov, hakimlər R.Qurbanov və V.Baxışova; iş № 22(103)-385/2020) cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Apellyasiya instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, cavabdehin şikayətinin dəlillərinə görə, iddiaçı ASC ona borcu barədə bildiriş göndərməmiş və bu barədə sübut yoxdur, halbuki, iş üzrə müəyyən edilir ki, cavabdehə bildiriş «azari express» məktub və bağl ama daşıma xidmətinin 162005 №-li qaimə sənədi ilə xx.xx.2019-cu il tarixdə göndərilmiş, xx.xx.2019-cu ildə cavabdeh onu almış, iddia ərizəsi isə həmin daşıma xidməti ilə 177052 №-li qaimə sənədi ilə xx.xx.2020-ci il tarixdə ona göndərilmiş, xx.xx.2010-ci il tarixdə isə çatdırılmışdır. Göründüyü kimi, 1-ci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar mövcud olmamışdır. Ona görə də, cavabdehin iddia ərizəsinin baxılmamış saxlanılmalı olduğunu mübahisələndirən dəlilləri əsassızdır.

12. Cavabdeh şikayətində həmçinin bildirir ki, borcun qaytarılmaması bilərəkdən deyil, keçirdiyi ağır xəstəliklə bağlı olmuşdur. Hal-hazırda isə borcun qaytarılması üçün zəmin yaranmış, iddiaçı ASC tərəfindən möhlət verildiyi halda, ödəməni apara bilər. Bu dəlillərlə razı laşmaq olmaz, çünki, kredit müqaviləsi üzrə ödəniş cədvəlindən, hesabından çıxarışdan və borc haqqında arayışdan görünür ki, cavabdeh tərəfindən illik 24% ilə xx.xx.2019-cu il tarixdə 60 ay müdətinə aldığı 73.000 ABŞ doları məbləğində kredit məbləğini ona azalan qrafiklə hesablanmış faizləri, artan qrafiklə isə əsas borcu hər ay ödəniş etməklə, hissə-hissə kreditora qaytarmalı olduğu halda, 2020-ci ilə qədər (xx xxxxxx 2019-cu il tarixinə kimi) yəni, ötən 8 ay ərzində onun heç bir ödənişi olmamışdır. Həmin müddət ərzində isə, ekspertiza təyin edilməsinə zərurət olmadan, sadə riyazi üsulla ödəniş qrafiki üzrə 12.216,17 ABŞ dolları faiz, 5.493,60 ABŞ dolları isə əsas borcu olduğunun müəyyən edilməsi heç bir çətinlik doğurmur. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini 8 ay ər zində ardıcıl şəkildə yerinə yetirməmişdir.

13. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli «sonrakı ipoteka müqaviləsinini 1-ci bəndinin şərtinə görə cavabdeh mülkiyyət hüququ ilə özünə məxsus fərdi yaşyış evini (likvid dəyəri 280.000 manat) kreditin təminatı olaraq ipoteka ilə yüklü etmişdir.

14. Əslində, cavabdeh şikayətidən göründüyü kimi, borcunu etiraf da edir və hissə-hissə ödəmək imkanında olduğunu da bildirir. Lakin bu halda, nəzərdən də qaçırır ki, aldığı kredit məbləğini faizləri ilə birlikdə öz seçiminə görə istədiyi zaman çərçivəsində deyil, kredit müqaviləsinin şərtlərinə və ödəniş qrafikinə uyğun olaraq iddiaçıya ödəməyə borclu idi.

15. Cavabdehin apellyasiya şikayətində ödənişin gecikdirilməsinə görə iddiaçı ASC tərfindən ona hesablanmış 16.425ABŞ dolları məbləğind ə dəbbə pulunu mübahisələndirməsinə gəldikdə isə, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsini tətbiq etməklə həmin məbləği 33,83 ABŞ dolları məbləğinə qədər azaltdığı halda, cavabdehin qeyd olunan dəlilləri tamamilə məntiqsiz və əsassızdır.

16. Məhkəmənin qətnaməsi iddiaçıya xx.xx.2020-ci il tarixdə göndərilmiş və cavabdehə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir.

17. Həmin qətnamədən narazı qalan Cavabdeh, ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və kommersiya işinin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətində qeyd edlənlərə görə, iddiaçı ASC tərəfindən ona poçt vasitəsi ilə yaranmış bo rcu ödəmədiyi təqdirdə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdirş, poçt vasitələri ilə ona hər hansı bildiriş göndərilməmişdir; və belə bir bildiriş və ya məktub tərəfindən qəbul edilməmişdir. Bu barədə hər hansı bir sübut yoxdur.

19. Götürülmüş borcun qaytarılmaması bilərəkdən deyil, keçirdiyi ağır xəstəliklə bağlı olmuşdur. Bu baxmıdan borcun qaytarılmasında çətinlik yaranmışdır. Hal-hazırda borcun qaytarılması üçün zəmin yaranmışdır, belə ki, kredit müqaviləsinin müddəti 60 aydır və iddiaçı ASC tərəfindən möhlət verildiyi halda bu müddət ərzində borcun ödənilməsi həyata keçirilə bilər.

20. Eyni zamanda iddiaçı ASC tərəfindən kreditin götürülməsindən ötən 8 ay, yəni xx xxxxx 2019-cu il tari xindən xx xxxxxx 2019-cu il tarixinədək 12.216.17 ABŞ dolları faiz borcunun, ödənişlərin geçikdirilməsinə görə hesablanmış 16.425 ABŞ dolları dəbbə pulunun hansı meyyarlara əsasən hesablanılması əsaslandırılmamışdır.

21. Cavabdeh həmçinin qeyd edir ki, iddia ərizəsi və ona əlayə olunmuş sənədlər tərəfindən alınmamışdır. Bu barədə məhkəməyə təqdim olunmuş iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd tərəfindən icra olunmamışdır.

22. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını da kobud surətdə pozmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, məhkəmə kollegiyası onun iclasının vaxtı və veri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmavaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir ". Məhkəmənin yeri və vaxtı barəsində ona hər hansı bir məlumat verilməmişdir, halbuki, iddiaçı ASC-nin nümayəndəsi onun telefon nömrələrini bilirdi. Bu barədə məhkəməyə məlumat verməmişdi. Apellyasiya instansiyası məhkəməsi isə buna cəhd etməmişdir: cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar etməmiş, işə onun iştirakı olmadan baxmışdır.

23. Əlavə olaraq, cavabdeh apellyasiya instansiyası məhkəməsindən fərdi yaşayış evinin real bazar qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekseprtizasının təyin olunması barədə qərardad çıxarılmasını xahiş etsə də, həmin məhkəmə bu vəsatətə münasibət bildirilməmişdir, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası MPM-nin 52.5-ci, 106.4-cü maddələrinin tələblərini pozmuşdur. Belə ki, qiymətlləndirici FF Consaltinqlə iddiaçı ASC arasında xidmətlərin göstərilməsi barədə müqavilə mövcuddur. Bu baxımdan ipoteka predmetinin qiyməti iddiaçı ASC-nin xeyrinə aşağı göstərilmişdir. Hazırda ipoteka predmetinin bazar qiyməti 400.000 manatdan aşağı deyildir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

22. İddiaçı ASC tərəfindən kassasiya şikayətinə dair yazılı etiraz ərizəsi məhkəmə kollegiyasına təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 23 İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, həmin tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 24 Azərbaycan Respublikası MPM-nin 47.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikd ə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. 25 Həmin Məcəllənin 97.1-ci maddəsinə müvafiq olaraq işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 26 “İpotek haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 27 “Qiymət ləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsinə uyğun olaraq mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. 28 Həmin Qanunun 8-ci maddəsinə əsasən,qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 29 Azərbaycan Respublikası MPM-nn 217-c i maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 30 Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə uyğun olaraq qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şəhr edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 31 Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 32 Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 33 Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından iş üzrə qətnamə ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. 34 Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, Cavabdeh ona kredit borcunun hesablanmasını mübahisələndirir və həmin borcun dəqiq müəyyən edilməsi üçün məhkəmə tərəfindən müvafiq ekspertizanın təyin edilməsini tələb edilr. Lakin, ekspertizanın təyin edilməsinə zərurət yoxdur, cavabdehin borcu sadə riyazi üsulla ödəniş qrafiki üzrə asanlıqla müəyyən edilir. 35 Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həqiqətən, cavabdeh apellyasiya şik ayətində ona borcun necə hesablanmasını mübahisələndirsə də, bununla yanaşı ipoteka əmlakı olan yaşayış evinin məhkəmə qətnaməsi ilə açıq hərraca çıxarılan ilkin dəyərini də mübahisələndirmiş və bunun üçün müvafiq ekspertizanın həyata keçirilməsi barədə apellyasiya instansiyası məhkəməsinə ayrı-ayrı tarixlərdə 2 vəsatətlə müraciət etmişdir (bax i.v. 93-94 və 98). Burada nəzərə alınmalıdır ki, cavabdeh, ipoteka əmlakı barədə qətnamə qəbul etmiş 1-ci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişdir və bu səbəbdən ipoteka əmlakının dəyəri barədə məhkəməyə mülahizə söyləyə bilməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qətnaməsində ipoteka əmlakının dəyərinin yenidən müəyyən edilməsi barədə qyed edilən vəsatətlərə hər hansı hüquqi qiymət verməmişdir (vəsatətləri nə təmin etmiş, nədəki onları rədd etmişdir), bununla da cavabdehin prosessual hüquqlarını pozmuşdur (bax hazırki qərarın 24-28-ci-ci bəndlərinə). 36 Cavabdehin, apellyasiya instansiyası məhkəməsinin ona iclasın vaxtı və yeri barədə zəruri məlumatın verilməməsi haqqında şikayətdə söylədiyi dəlil əsaslı sayıla bilməz, belə ki, işdəki “SMS xəbərdarlığı” adlı sənəddə (bax i.v. 92) məhkəmə iclası barədə zəruri məlmumatın cavabdeh çatdırılması öz əksini tapmışdır, eyni zamanda cavabdeh yuxarıda qeyd edilən vəsatətlərindən sonuncuda, gösrəmişdir ki, Bakı şəhərində qeydiyyatda olmağına baxmayaraq Bərdə rayonunda yaşayır və bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcək. Bu halla bağlı apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclası protokolunda (bax i.v. 100) düzgün olaraq qeyd olunmuşdur ki, cavabde h məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və məhkəmə ekspertizalarının təyin edilməsi barədə vəsatatlər vermişdir. 37 Bundan başqa, cavabdeh apellyasiya şikayətində olduğu kimi, iddiaçı ASCyə olan borcunun ödənilməməsi səbəblərini xəstəliyi ilə izah etsə, habelə borcunun müqavilədə nəzərdə tutulan 5 il müddətində ödəməyə hazır olduğunu göstərsə də, bu dəlillərin heç biri müvafiq sənəd-sübutla təsdiq edilmədiyi üçün əsaslı hesab edilə bilməz. Bir də ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 2.3.2-ci bəndinə əsasən, Borc verənin, Borc alan bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda, Borc alanın Müqavilə üzrə Borc verənə olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ olduğundan, və iddiaçı ASC-nin verdiyi kreditin vax tında əvvəl geri tələb etməsindən hər hansı hüquq pozuntusu müşaiyyət olunmur. 38 Eləcə də, cavabdehin şikayətdə göstərdiyi, Bankın bildirişinin və iddia ərizəsinin onun ünvanına çatdırılmaması haqqında dəlili işin materiallarında olan sənədlərlə təkzib olunur, belə ki, qeyd edilən bildiriş və iddia ərizəsi cavabdehin Bakı şəhərində qeydiyyatda olduğu Ş.Mustafayev küçəsi ev 27, mənzil 139-a çatdırılmışdır (bax i.v. 6 və 8). Eyni zamanda işin materiallarnda olan poçt zərflərindən (bax i.v. 74 və 97) aydın olur ki, cavabdeh apellyasiya şikayətini və apellyasiya instansiyası məhkəməsinə ünvanlandığı yuxarıda qeyd edilən vəsatətlərindən birini məhz, həmin ünvandan göndərmişdir. 39 Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair cavabdehin kassasiya şikayətinin 1 dəlilini əsaslı hesab edir (bax hazırki qərarın 29, 30 və 35-ci bəndlərinə). 40 Şərh edilənlərə və Azərbaycan Respublikası MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-2(103)-385/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar