Məhkəmə qərarları › İş №2-2(102)-180/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-180/2019

24.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-180/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadiKollegiyasının İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Əfifə Əsgərovanın cavabdehin nümayəndəsi Həmid Əliyevin və vəkili Ramin Qənbərovun iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair Ba kı Apelyasiya Məhkəməsinin İİK-nın 11 dekabr 2018-ci il tarixli 2-2(103)-867/2018 qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 24 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh MMC arasında 21 aprel 2015-ci il tarixində kredit verilməsi haqqında 170/00/3635/15 saylı müqavilə bağlanmış, cavabdeh tərəfindən bəyanat və zəmanət məktubu imzalanmış və həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 16 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində C avabdehin 03 aprel 2018-ci il tarixinə Banka 500000 ABŞ dolları məbləğində əsas borc, 227482,01 ABŞ dolları məbləğində faiz borcu, 34305.81 ABŞ dolları məbləğində cərimə borcu, 49441,28 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 811229,10 ABŞ dolları məbləğində borcu qalmışdır. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı QSC "Bank Standard” KB ilə Cavabdeh MMC arasında bağlanmış 21 aprel 2015-ci il tarixli 170/00/3635/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 500000 ABŞ dolları məbləğində əsas borc, 227482,01 ABŞ dolları məbləğində faiz borcu, 34305,81 ABŞ dolları məbləğində cərimə borcu, 49441,28 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbl əği, ümumilikdə isə 811229,10 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun hesablanmaqla ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə verərək iddiaçının adı ləğv prosesində olan QSC Bank Standard” KB-sözlüyünü Ləğv prosesində olan QSC “Bank Standard” KBnin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu sözləri ilə əvəz edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 10 iyul 2018-ci il tarixli iş № 2-2(82)-448/2017, (sədrlik edən hakim Z.Tağıyev) qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən cavabdehdən 500000 ABŞ d olları məbləğində əsas borc, 227482,01 ABŞ dolları məbləğində faiz borcu, 3000 ABŞ dolları cərimə borcu, cəmi 730482,01 ABŞ dolları, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və 30 AZN dövlət rüsumu olmaqla tutularaq iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, barədə qətnamənin çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhk əməsi) 11 dekabr 2018-ci il tarixli iş № 2-2(103)867/2018 (hakimlər V.Ağayev - sədrlik edən və məruzəçi, A.Nuriyeva və C.Yusifov) qətnaməsi ilə birinci instansiya məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı kredit rəsmiləşdirilən zaman dolların məzənnəsinin 0,78 manat olmasını, bundan sonra mövcud devalvasiya nəticəsində dolların məzənnəsinin yüksəlməsi və bu kimi digər çətinliklərin mövcudluğu ucbatından kreditin ödənilməsinin qeyri mümkünlüyü barədə fikirləri məhkəmədə nəzərə alınmadı. Həmçinin məhkəmə faizlərin hesablanması məsələsinə də səthi yanaşaraq iddiaçının təqdim etdiyi m əbləği təmin etmişdir. Halbuki məhkəmə işin obyektiv araşdırılması məqsədi ilə ekspertiza təyin edilməsi barədə vəsatəti təmin etməli, yalnız ekspertin gəldiyi nəticədən sonra qəbul edilmiş qətnamə ədalətli ola bilərdi. Apelyasiya instansiyası məhkəməsi işə birtərəfli yanaşmış, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq ədalətsiz bir qətnamə çıxartmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2-2(103)-867/2018 saylı qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə müvafiq qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili R.Qənbərov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə müvafiq qərarın çıxarılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin direktoru H.Əliyev də, cavabdeh vəkili R.Qənbərovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qə tnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə müvafiq qərarın çıxarılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Ə.Əsgərova kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilin in, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçınınkasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-e dilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 11 dekabr 2018-ci il tarixli, 2-2(103)-867/2018 saylı qətnamə ilə, Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2-2(82)-448/2018 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən Mülki Məcəllənin 21.2, 385.1, 386, 389, 390.1, 399.3, 399.4, 442, 445, 449-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 217.3, 217.4-cü maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi dəlilləri, o cümlədən mövcud devalvasiya nəticəsində dolların məzənnəsinin yüksəlməsi, faizlərin hesablanması məsələsinə səthi yanaşması, işin obyektiv araşdırılması məqsədi ilə ekspertiza təyin edilməsi barədə vəsatəti təmin etdikdən sonra, yalnız ekspertin gəldiyi nəticədən sonra qəbul edilmiş qətnamənin ədalətli ola bilməsi barədə dəlilləri əsassızdır, belə ki, əvvəla qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə iş üzrə ekspertiza təyin edil məsi məhkəmənin vəzifəsi deyil, hüququdur, yəni, iş üzrə ekspertizanın təyin edilib-edilməməsinin məqsədəuyğunluğunu məhkəmə təyin edir. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin faiz borcu ilə bağlı düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına istinad etmişdir, belə ki, həmin qərara əsasən kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödən ilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Qərarda həmçinin qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məb ləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafıq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzi nin ödənilməsini tələb etmək hüququ Mülki Məcəllənin 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sözügedən Məcəllənin 449.1-ci maddəsinə əsa sən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Cavabdeh kasasiya şikayətində eyni zamanda göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə birtərəfli yanaşmış, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq ədalətsiz bir qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlilləri də əsassızdır, belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə müvafiq olaraq kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Lakin cavabdeh kasasiya şikayətində apelyasiya məhkəməsi «maddi və prosessual hüquq normalarının tələblərini pozaraq ədalətsiz bir qətnamə çıxarmışdır» yazsa da, kasasiya şikayətində işin həqiqi hallarına aid düzgün tətbiq olunmamış ümumiyyətlə heç bir maddi hüquq norması göstərməmiş, cavabdehin qənaətinə görə isə pozulmuş prosessual hüquq norması olaraq sadəcə Mülki Prosessual Məcəllənin 88-ci maddəsi qeyd edilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, əksinə apelyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəll ənin 88-ci maddəsinin tələblərinə riayət edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini pozmayaraq müəyyən etmişdir ki, QSC “Bank Standart” KB ilə Cavabdeh MMC arasında bağlanmış 21 aprel 2015-ci il tarixli 170/00/3635/15 saylı kredit müqaviləsi “bağlanmış, müqaviləyə əsasən bank tərəfindən Cavabdeh MMC-yə 500000 ABŞ dolları məbləğində kredit verilmiş, bununla da iddiaçı müqavilə üzrə öz üzə rinə düşən öhdəlikləri tam olaraq icra etmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə yaranmış borc məbləğini ödəməmişdir, nəticədə cavabdehin iddiaçıya ümumilikdə 730482,01 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə borc yaranmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişiklik edilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiy asının 11 dekabr 2018-ci il tarixli, 2-2(103)-867/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar