Məhkəmə qərarları › İş №2-2(102)-180/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-180/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-180/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması 01.03.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı “borcun və müqavilə öhdəliyin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 yanvar tarixli, 2021-ci il 7 oktyabr və 2021-ci il 16 sentyabr tarixli 2-2(103)-27/2021 saylı qərardadlarından Cavabdeh 1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – “İddiaçı”) Cavabdeh1-ə (bundan sonra - “Şirkət”) qarşı 2019-cu il 16 may tarixində iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 286.949 manat əsas borc və 172.169 manat əldən çıxmış faydanın Şirkətdən tulularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı nümayəndəsi Vəkil1 2020-ci il 17 fevral tarixində ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) işə cavabdeh qismində cəlb edilməsini və 286.949 manat əsas borcun, 172.169 manat əldən çıxmış faydanın cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bi rinci instansiya məhkəməsində icraat

3. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli e-2-2(113)-394/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – Z.Axundova).

4. İddiaçı 2020-ci il 21 avqust tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli 2-2(103)27/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli e-2-2(113)-394/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək Şirkətdən 286.949 manatın və dövlət rüsumları kimi ödənilmiş cəmi 45 manatın tutularaq İd diaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – C.Yusifov və V.Baxışova).

6. Həmin qətnamə 2021-ci il 22 aprel tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmiş, eyni tarixdə məktubla tərəflərə göndərilmişdir.

7. Şirkət 2021-ci il 14 sentyabr tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 16 sentyabr tarixli 2-2(103)-27/2021 saylı qərardadı ilə Şirkət tərəfindən Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli 2-2(103)-27/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmış dır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli 2-2(103)-27/2021 saylı qətnaməsi Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2021-ci il 22 aprel tarixində Şirkətin qanuni nümayəndəsinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır.

10. Eyni zamanda, iş materialların 292-ci vərəqəsindəki olan poçt göndərişinin alınması barədə xəbərnamədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli 2-2(103)27/2021 saylı qətnaməsinin s urəti 2021-ci il 3 may tarixdə rəsmi qaydada Şirkətin nümayəndəsi və vəkili Vəkil3 verilmişdir.

11. Şirkətin qətnamədən verdiyi kassasiya şikayəti isə 2021-ci il 14 sentyabr tarixində məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, Şirkətinin kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsində göstərilən 2 ay müddətində verilməmişdir. Belə ki, şikayətetmə müddəti Şirkətə münasibətdə 2021-ci il 22 iyun tarixdə bitdiyi halda, kassasiya şikayəti 2021-ci il 14 sentyabr tarixdə verilmişdir. Eyni zamanda, Şirkət tərəfindən prosessual müddətin bərpası barədə vəsatət verilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MPM-in 135.5, 135.6, 405.0.1, 408.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Şirkət 2021-ci il 30 sentyabr tarixində kassasiya şikayəti verərək həmin qərard adın ləğv edilməsini və Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli 22(103)-27/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 7 oktyabr tarixli 2-2(103)-27/2021 saylı qərardadı ilə Şirkət tərəfindən Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 16 sentyabr tarixli qərardadından verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli 2-2(103)-2 7/2021 saylı qərardadı MPM-in 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2021-ci il 17 sentyabr tarixində Şirkətin qanuni nümayəndəsinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Şirkətin qərardaddan verdiyi kassasiya şikayəti isə 2021-ci il 30 sentyabr tarixdə elektron məhkəmə sisteminə yüklənmişdir. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür. Belə ki, şikayətetmə müddəti cavabdehə münasibətdə 2021-ci il 27 sentyabr tarixində bitdiyi halda, kassasiya şikayəti 2021-ci il 30 sentyabr tarixində verilmişdir. Eyni zamanda, Şirkət tərəfindən prosessual müddətin bərpası barədə vəsatət verilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MPM-in 135.5, 135.6, 4 08.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Şirkət 2021-ci il 20 oktyabr tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 16 sentyabr və 2021-ci il 7 oktyabr tarixli qərardadların ləğv edilməsini və 2021-ci il 13 aprel tarixli 2-2(103)-27/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 noyabr tarixli 2-2(102)-635/2021 saylı qərardadı ilə Şirkət tərəfindən Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 16 sentyabr və 2021-ci il 7 oktyabr tarixli qərardadlarından verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmiş və kassasiya şikayə tinin geri qaytarılması qərara alınmışdır (hakim – B.Məmmədli).

19. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Şirkət tərəfindən 2021-ci il 20 oktyabr tarixində verilmiş kassasiya şikayəti MPM ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) (2021-ci il 1 oktyabr tarixindən qüvvədə olan redaksiyada) tərtib edilməmişdir.

20. Kassasiya instansiyası məhkəməsi bu qənaətini MPM-in 402, 407.1, 408.1, 408.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 16 dekabr tarixli 2-2(103)-27/2021 saylı qərardadı ilə Şirkət tərəfindən Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 16 sentyabr və 2021-ci il 7 oktyabr tarixli qərarda dlarından verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MPM-in 407.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Lakin cavabdeh prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, kassasiya şikayətini həmin formaya uyğun tərtib etməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MPM-in 407.1, 408.1, 408.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Şirkət 2021-ci il 27 dekabr tarixində yeni formaya uyğun kassasiya şikayəti verərək 2021-ci il 16 sentyabr və 2021-ci il 7 oktyabr tarixli qərardadlarının ləğv edilməsini və Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasın ın 2021-ci il 13 aprel tarixli 2-2(103)-27/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 5 yanvar tarixli 2-2(103)27/2021 saylı qərardadı ilə Şirkət tərəfindən Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 16 sentyabr və 2021-ci il 7 oktyabr tarixli qərardadlarından verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli qərardadı MPM-in 135.5 və 135.6-cı maddələrinin tələblərin ə uyğun olaraq 2021ci il 17 sentyabr tarixində, 2021-ci il 7 oktyabr tarixli qərardadı isə elə həmin tarixdə Şirkətin qanuni nümayəndəsinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Şirkətin qərardadlardan verdiyi kassasiya şikayəti isə 2021-ci il 27 dekabr tarixdə elektron məhkəmə sisteminə yüklənmişdir. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür. Belə ki, şikayət etmə müddəti cavabdehə münasibətdə müvafiq olaraq 2021-ci il 27 sentyabr və 2021-ci il 18 oktyabr tarixlərində bitdiyi halda, kassasiya şikayəti 2021-ci il 27 dekabr tarixində verilmişdir. Eyni zamanda, Şirkət tərəfindən prosessual müddətin bərpası barədə vəsatət verilməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MPM-in 407.1, 408.1, 408.1.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

28. Şirkət 2022-ci il 17 yanvar tarixində ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 7 oktyabr, 2021-ci il 16 sentyabr tarixli və 2022-ci il 5 yanvar tarixli qərardadlarının ləğv edilməsini və Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli 2-2(103)-27/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 19 yanvar tarixli 2-2(103)-27/2021 saylı qərardadı ilə Şirkət tərəfindən Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 7 oktyabr, 2021-ci il 16 sentyabr tarixli və 2022-c i il 5 yanvar tarixli qərardadlarından verilmiş ərizənin (kassasiya şikayətinin) geri qaytarılması qərara alınmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MPM-in 407.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Lakin cavabdeh prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, kassasiya şikayətini həmin formaya uyğun tərtib etməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MPM-in 407.1, 408.1, 408.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. Şirkət 2022-ci il 19 yanvar tarixində yeni formaya uyğun kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 7 oktyabr, 2021-ci il 16 sentyabr ta rixli və 2022-ci il 5 yanvar tarixli qərardadlarının ləğv edilməsini və Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli 2-2(103)-27/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri 33. 2021-ci il 16 sentyabr tarixli qərardaddan kassasiya şikayəti Şirkət tərəfindən məhkəməyə poçt vasitəsi ilə, kağız formatında 2021-ci il 27 sentyabr tarixində "xxxx" MMC poçt xidməti vasitəsi ilə göndərilmiş, 2021-ci il 28 sentyabr tarixində isə məhkəmə onu almış və daxilolma nömrəsi 26504 olmaqla Bakı Apelyasiya Məhkəməsində qeydiyyata alınmışdır. 2021-ci il 30 sentyabr tarixində isə Şirkət kasasiya şikayətini elektron qayd ada yükləmişdir. Kasasiya şikayətinin 2 dəfə göndərilməsinin səbəbi elektron kabinetdən istifadə edə bilməməyimizdir. Məhkəmə 2021-ci il 27 sentyabr tarixində göndərilmiş şikayətə qərəzli olaraq ümumiyyətlə münasibət bildirməyib, halbuki həmin şikayət kağız formatında kommersiya işində var. Əgər Şirkət 2021-ci il 16 sentyabr tarixli qərardaddan kasasiya şikayətini təkcə e-mehkeme portalı vasitəsi ilə vermişdisə, onda həmin qərardaddan kasasiya şikayəti 26504 sayla qeydiyyata alınmaqla işdə haradandır. Təəssüflər olsun ki, 2021-ci il 16 sentyabr tarixli qərardaddan kasasiya şikayətinin 2021-ci il 27 sentyabr tarixində "xxxx" MMC poçt xidməti vasitəsi ilə göndərməyimiz barədə 052332 saylı poçt qəbzi kommersiya işində yoxdur və əlavə edilməli olduğu halda işə əlavə edilməmişdir. Lakin biz həm in qəbzin əsli düz olan nüsxəsini poçt xidmətindən almışıq və şikayətə əlavə edirik.

34. Məhkəmə nəzərə almamışdır ki, MPM-in tələbinə görə kasasiya şikayətimizdə sadalanan nöqsanlar olduğu halda bizim onu aradan qaldırmağa hüququmuz var və həmin nöqsanı aradan qaldırmağımız müddətin ötürülməsi kimi qiymətləndirilə bilməz. Belə ki, 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Hesab edirik ki, məhkəmə bilərəkdən 2022-ci il 5 yanvar tarixli qərardadda göstərmişdir ki, şikayətetmə müddəti Şirkətə münasibətdə müvafiq olaraq 2021-ci il 27 sentyabr və 2021-ci il 18 oktyabr tarixlərində bitdiyi halda, kassasiya şikayəti 2021 -ci il 27 dekabr tarixində verilmişdir. Kasasiya şikayətinin Ali Məhkəməyə göndərilməsi və şikayətimizlə bağlı geri qaytarma qərardadının bir neçə ay sonra çıxarılması müddətdən çıxılmamalıdırmı. Bununla yanaşı, MPM-in 405.0.1 -ci maddəsinin tələbinə uyğun olaraq qətnamədən kassasiya şikayətini 2021-ci il 28 iyun tarixində vermişik. Başqa bir tərəfdən isə qətnamənin Şirkətə elektron qaydada göndərilməsi barədə bizə hər hansı məlumat daxil olmamışdır. Ona görə də hesab edirik ki, qərardad əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə ədalətli məhkəmə araşdırmasının qarşısını almış və vətəndaşın məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNL ÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

39. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlər in elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir....” “Maddə

128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilm iş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir....” “Maddə

129. Prosessual müddətlərin qurtarması... 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur....” “Maddə

131. Prosessual müddətlərin dayandırılması 131.1. İş üzrə icraat dayandırıldıqda qurtarmayan bütün prosessual müddətlərin axımı dayandırılır. 131.2. İcraat təzələndiyi gündən prosessual müddətlərin axımı davam edir.” “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 1 35.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elek tron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 40 7.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;... 408.5. Bu Məcəllənin 408.1.1 - 408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.” 40. “Poçt haqqında” Azərbaycan aşağıdakılar nəzərdə tutulmuşdur. Respublikası Qanununun müvafiq müddəalarında “Maddə 1.Əsas anlayışlar 1.0. Bu qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar a şağıdakılardır:... 1.0.5. Kuryer xidməti - eyni kuryer tərəfindən poçt göndərişinin qəbul edilərək ünvan sahibinə çatdırılması;...” “Maddə

7. Poçt rabitəsinin növləri... 7.2. Ümumi istifadədə olan poçt rabitəsi xidmətlərinə universal, sürətli, kuryer və s. poçt rabitəsi xidmətləri aiddir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri (bax yuxarıda §§ 33-34) əsassız, apellyasiya instansiyası məhkəməsinin mövqeyi isə ədalətli və qanunauyğundur.

42. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 16 sentyabr tarixli 2-2(103)-27/2021 saylı qərardadı MPM-in 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2021-ci il 17 sentyabr tarixində Şirk ətin qanuni nümayəndəsinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır.

43. Göründüyü kimi, həmin qərardaddan şikayətetmə müddəti cavabdeh tərəfə münasibətdə 2021-ci il 27 sentyabr tarixində bitmiş, Şirkətin kassasiya şikayəti isə həmin müddət bitdikdən sonra, yəni 2021-ci il 30 sentyabr tarixində elektron məhkəmə sisteminə yüklənmişdir.

44. İş materiallarından görünür ki, Şirkətin həmin qərardaddan kağız formada verdiyi kassasiya şikayəti isə 2021-ci il 30 sentyabr tarixində məhkəməyə daxil olmuşdur (i/v 311).

45. Hazırda kassator müvafiq poçt xidmətinin qəbzinə (i/v 373) istinad edərək kağız formasında verilmiş şikayətinin poçt müəssisəsinə vaxtında, yəni 2021-ci il 27 sentyabr tarixində verdiyini bildir ir.

46. Məhkəmə kollegiyasının mövqeyinə görə, kassatroun həmin dəlili əsaslı hesab oluna bilməz. Belə ki, kommersiya mübahisələri üzrə məhkəmə aktlarından kassasiya şikayətləri bütün hallarda kağız formasında deyil, MPM-in 10-1.3-cü maddəsinin (bax yuxarıda § 39) tələblərinə uyğun olaraq, yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməlidir.

47. Qanunda həmin qaydadan heç bir istisna nəzərdə tutulmamışdır. Belə ki, kassasiya şikayətində göstərildiyi kimi, kassatorun elektron kabinetdən istifadə edə bilməməsinə dəlil də əsaslı hesab oluna bilməz.

48. Odur ki, cavabdeh tərəfin kağız formasında olan kassasiya şikayəti hətta vaxtında verilmiş olsa idi belə, icraata qəbul oluna bilməzdi. Elektron formada verilmiş kassasiya şikayəti isə, yuxarıda q eyd olunduğu kimi, prosessual müddət ötürülməklə verilmiş və həmin müddətin bərpa olunmasına dair vəsatət verilməmişdir.

49. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 7 oktyabr tarixli qərardadından Şirkət tərəfindən verilmiş kassasiya şikayəti prosessual müddəti ötürülmədən verilsə də, MPM ilə müəyyən edilmiş formada verilmədiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 noyabr tarixli qərardadı ilə icraata qəbul edilmədən geri qaytarılmışdır.

50. Müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi də kassasiya şikayətinin geri qaytarılması haqqında qərardad qəbul etmişdir.

51. Bundan sonra Şirkətin təqdim etdiyi kassasiya şikayətləri isə apellyasiya instansiyası məhkəməsi prosessual müddət ötürülməklə verilmiş he sab olunaraq geri qaytarılmışdır.

52. Kassator bununla razılaşmayaraq hesab edir ki, kasasiya şikayətinin Ali Məhkəməyə göndərilməsi və həmin şikayətlə bağlı geri qaytarma qərardadının bir neçə ay sonra çıxarılması kassasiya şikayətinin verilməsi müddəti hesablanarkən nəzərə alınmamalıdır.

53. MPM-in 128 və 131-ci maddələrinin (bax yuxarıda § 39) tələblərinə görə, prosessual hərəkətlər MPM-lə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir, qurtarmayan prosessual müddətlərin axımı iş üzrə icraat dayandırıldıqda dayandırılır.

54. Hazırkı halda isə prosessual müddətlərin axımının dayandırılması üçün əsasların mövcud olması və icraatın bu səbəbdən dayandırılması iş materiallarından görünmür.

55. Bundan başqa, MPM-in 408.5-ci maddəsinin (bax yuxarıda § 39) tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən geri qaytarılmış kassasiya şikayətindəki nöqsanlar aradan qaldırıldıqdan sonra şəxs yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər.

56. Məhkəməyə kollegiyasının qənaətinə görə, kassasiya şikayətindəki nöqsanlar aradan qaldırıldıqdan sonra şəxsin yenidən ümumi qaydada məhkəməyə müraciət etməsi bütün prosessual tələblərə, o cümlədən MPM-in 405-ci maddəsi (bax yuxarıda § 39) ilə müəyyən edilmiş kassasiya şikayətinin verilmə müddətlərinə əməl olunmasını da ehtiva edir.

57. Odur ki, kasasiya şikayətinin Ali Məhkəməyə göndərilməsi və həmin şikayətlə bağlı geri qaytarma qərardadının bir neçə ay sonra çıxarılması şikayətetmə müddətdənin axımının dayandırılması üçün əsas ola bilməz.

58. Digər tərəfdən, hətta apellyasiya instansiyası məhkəməsinin qərardadlarından verilmiş ka ssasiya şikayəti icraata olunmuş olsa belə, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli 2-2(103)-27/2021 saylı qətnaməsindən verilən kassasiya şikayətinə baxılması istənilən halda mümkün deyil.

59. Belə ki, yuxarıda da qeyd edildiyi kimi (bax yuxarıda §§ 9-11), həmin qətnamə 2021-ci il 22 aprel tarixində elektron qaydada, 2021-ci il 3 may tarixində isə rəsmi qaydada Şirkətə çatdırılmış, kassasiya şikayəti isə 2021-ci il 14 sentyabr tarixində məhkəməyə daxil olmuşdur.

60. Göründüyü kimi, şikayətetmə müddəti ən geci 2021-ci il 3 iyul tarixində (qətnamənin əlbəəl çatdırıldığı tarix əsas götürülsə belə) bitdiyi halda, kassasiya şikayəti 2021-ci il 14 sentyabr tarixində verilərək, 2 aylıq müddət ötürülmüşdür. Eyni zamanda, Şirkət tərəfindən prosessual müddət in bərpası barədə vəsatət verilməmişdir.

61. Kassatorun dəlillərində qeyd edilir ki, kassasiya şikayəti 2021-ci il 28 iyun tarixində poçt xidmətinə verilmiş, bununla da müddət ötürülməmişdir. Bunu təsdiq etmək üçün də şikayətə müvafiq poçt xidmətinin qəbzinin surəti əlavə edilmişdir (i/v 312).

62. Lakin əvvəla, həmin qəbzin üzərində “28.06.21” tarixi qeyd edilsə də, kassasiya şikayətinin hansı məhkəmə aktından verilməsi həmin sənəddən məlum olmur.

63. İkincisi isə, qəbzdən məlum olur ki, Şirkət sözügedən kassasiya şikayətinin çatdırılmasını kuryer xidməti göstərən “E.P.S” poçt müəssisinə (“ekspres poçt servis”) sifariş vermişdir. 64. “Poçt haqqında” Qanunun 1.0.5 və 7.2-ci maddələrinin (bax yuxarıda § 40) məzmunundan aydın polur ki, ümumi istifadədə olan poçt rabitəsi xidmətlərinin bir növ ü olan kuryer xidməti - eyni kuryer tərəfindən poçt göndərişinin qəbul edilərək ünvan sahibinə çatdırılmasıdır.

65. Kuryer xidməti müvafiq poçt rabitəsi xidmətləri göstərsə də, MPM-in 129.3-cü maddəsində (bax yuxarıda § 39) nəzərdə tutulmuş rabitə orqanı deyildir. Formalaşmış işgüzar təcrübədə poçt xidməti adətən ənənəvi poçta nisbətən daha sürətli, təhlükəsiz, təminatlı, buna görə də daha bahalı xidmət növü hesab olunur.

66. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Şirkət ilə poçt xidmətinin arasındakı münasibətlər mahiyyət etibarilə xidmət münasibətləri kimi qiymətləndirilməlidir. Kuryerin kassasiya şikayətini xidmət müqaviləsinin (hazırkı halda sifarişin) şərtlərinə əməl etməyərək ünvan sahibi olan Bakı Apellyasiya Məhkəməsinə prosessual müddəti ötürməklə təqdim etməsi həmin müdd ətin bərpası üçün üzrlü və ya Şirkətdən asılı olmayan səbəb hesab edilə bilməz. Yaxud bu halda Şirkəti prosessual müddətin ötürülməməsi üçün ondan asılı olan bütün tədbirləri həyata keçirmiş hesab etmək olmaz.

67. Belə ki, Şirkət xidmət müqaviləsinin (sifarişin) tərəfi (sifarişçi) hazırkı işdə maraqlı tərəf olaraq kuryer (icraçı) tərəfindən müqavilə öhdəliklərinin (sifarişin şərtlərinin) lazımi qaydada yerinə yetirilməsinə özü nəzarət etməli idi.

68. Göstərilənlər onu deməyə əsas verir ki, qətnamədən kassasiya şikayətini vermək üçün qanunda nəzərdə tutulmuş müddət Şirkət tərəfindən üzrlü səbəblər olmadan və bütün lazımi tədbirlər görülmədən ötürülmüşdür.

69. Yuxarıda göstərilənləri ümumiləşdirərək, məhkəmə kollegiyasının qənaəti belədir ki, apellyasiya instansiya məhkəməsi məsələ ilə bağlı düzgün nəticəyə gəlmiş, qərardadlar qəbul olunarkən qərardadların ləğvinə əsas ola biləcək hər hansı pozuntuya yol verilməmişdir.

70. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 yanvar tarixli, 2021-ci il 7 oktyabr və 2021-ci il 16 sentyabr tarixli 2-2(103)-27/2021 saylı qərardadları dəyişdirilmədən saxlanılsınlar. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar