Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-181/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh3, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı və Cavabdeh2nə qarşı iş üzrə QƏRAR 2-2(102)-181/2023 Açar sözlər: qərarın etibarsız hesab edilməsi, iş üzrə icraata xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh3, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı və Cavabdeh2nə qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 yanvar tarixli, 2-2(107)-15/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I.İŞİN HALLARİ
1. İddiaçı “Zaqatala RKC İdarə Heyətinin 2003-cü il 8 sentyabr tarixli 10 saylı qərarının, Azərittifaqın 2003-cü il 5 sentyabr tarixli 152 saylı qərarının qismən – yəni Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın Cavabdeh3 satılması hissəsində etibarsız hesab edilməsi”nə dair iddia tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2020-ci il 7 oktyabr tarixli 2(033)-230/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
2. Qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 2021-ci il 31 mart tarixli, 2(107)-427/2021 nömrəl i qətnaməsi ilə təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 26 avqust tarixli, 2(102)4728/2021 nömrəli qərardadı ilə qətnamədən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi “Zaqatala RKC İdarə Heyətinin 2003cü il 8 sentyabr tarixli, 10 saylı qərarının, Azərittifaqın 2003-cü il 5 sentyabr tarixli 152 saylı qərarının etibarsız hesab edilməsi” hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 13 sentyabr 2022-ci ildə cavabdehlər Cavabdeh3, Azərbaycan Mərkəzi Koo perativlər İttifaqı və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala RKC İdarə Heyətinin 2003-cü il 8 sentyabr tarixli 10 saylı qərarı və Azərittifaqın 2003-cü il 5 sentyabr tarixli 152 saylı qərarının qismən, yəni Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın Cavabdeh3 satılması hissəsində etibarsız hesab edilməsi və həmin mağazanın ona qaytarılması, onunla ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi və Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri olan 750.000 manat vəsaitin, həmçinin 840 manat dövlət rüsumunun, 220 manat mediasiya xərcinin cavabdehlərdən m üştərək qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 18 oktyabr tarixli e-2-2(117)-1412/2022 saylı qərardadı ilə iddianın “Zaqatala RKC İdarə Heyətinin 2003-cü il 8 sentyabr tarixli 10 saylı qərarı və Azərittifaqın 2003-cü il 5 sentyabr tarixli 152 saylı qərarının qismən, yəni Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın Cavabdeh3 satılması hissəsində etibarsız hesab edilməsi” hissəsi üzrə icraata xitam verilmişdir (hakim – R.Məcidov).
6. Məhkəmə hesab etmişdir ki, Zaqatala RKC İdarə Heyətinin 2003-cü il 8 sentyabr tarixli 10 saylı qərarının, Azərittifaqın 2003-cü il 5 sentyabr tarixli 152 saylı qərarının qismən, yəni Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın Cavabdeh3 satılması hissəsində etibarsız hesab edilməsi ilə bağlı tələbə mülki iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, hər iki qərarı qəbul etmiş orqanlar inzibati orqandır və iddiaçı tərəfindən qəbul edilmiş inzibati aktlar mübahisələndirilir. Belə olan halda iddianın həmin hissəsi üzrə mülki icraat qaydasında işə baxılması yolverilən deyildir.
7. Eyni zamanda məhkəmə işin yuxarıda göstərilən hallarına istinadən qeyd etmişdir ki, iddia tələbinin qiymət verilən hissəsi daha əvvəl məhkəmə mübahisəsinin predmeti olmuş və kassasiya instansiyasının müvafiq qərarı ilə həmin hissənin mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmadığı bildirilməklə iddiaçı tərəfə izah edilmişdir ki, qərarların qismən e tibarsız hesab edilməsi ilə bağlı inzibati məhkəməyə müraciət etməlidir.
8. Bundan başqa, iş materialları ilə həmçinin müəyyən olunur ki, iddiaçı iddia tələbinin qiymət verilən hissəsi ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2021-ci il 17 dekabr tarixli 2-1(116)-1579/2021 nömrəli qərardadı ilə müddət ötürülməsi əsası ilə iddia mümkün sayılmamış, qərardaddan verilmiş apellyasiya və kassasiya şikayətləri isə təmin edilməmişdir.
9. Məhkəmə öz mövqeyini “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 2015-ci il 10 aprel tarixli Qərarının 5.1-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
10. İddiaçı h əmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 yanvar tarixli 2-2(107)-15/2023 saylı qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – G.Cavadova, hakimlər – E.Hüseynov və V.Məlikov).
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş qərarları mübahisələndirir. “Zaqatala RKC İdarə Heyətinin 2003cü il 8 sentyabr tarixli 10 saylı qərarının, Azərittifaqın 2003-cü il 5 sentyabr tarixli 152 saylı qərarının” etibarsız hesab edilməsi hissələri üzrə mülki icraat qaydasında işə baxılması yolverilən hesab edilə bilməz. Hər iki qərarı qəbul etmiş orqanlar inzibati orqandır və iddiaçı tərəfindən qəbul edilmiş inzibati aktlar mübahisələndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, hazırkı tələbə kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür, Şəki Kommersiya Məhkəməsi “iş üzrə icraata xitam verilməsi” barədə qərardad qəbul etməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
13. Apellyasiya məhkəməsi gəldiyi nəticəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1, 2.0.2-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 2015-ci il 10 aprel t arixli Qərarının 5.1, 15.4-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.
14. Həmin qərardad 2023-cü il 25 yanvar tarixdə tərəflərin elektron kabinetində yerləşdirilmişdir.
15. İddiaçı 2023-cü il 3 fevral tarixində kassasiya şikayəti verməklə, həmin qərardadın ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətin dəlilləri
16. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələbləri pozulmuş, Avropa İnsan Hüquqları Məhkəməsinin “SovtransavtoHoldinq” Ukraynaya qarşı” iş üzrə 2002-ci il 26 aprel tarixli, “Rizvanov Azərbaycana qarşı” iş üzrə 2012-ci il 17 aprel tarixli qərarlarında formalaşdırılmış hüquqi mövqeyə riayət edilməmişdir. İş üzrə tərə flərin subyektiv tərkibi hüquqi şəxslər və vergi ödəyicilərindən ibarətdir. Bu halda da iddia tələbinə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. Şəki İnzibati Məhkəməsinin qərardadı mübahisəli qərarın ləğv edilməsinə münasibətdə qəbul edilmişdir ki, bu qərardad iddiaçının pozulan hüquqlarının bərpası ilə bağlı Şəki Kommersiya Məhkəməsinə müraciət etməsini məhdudlaşdırmır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 385-ci maddəsinin tələbi pozulmuşdur. Hazırkı işin hallarına nəzər yetirəndə aşkar görünür ki, apellyasiya instansiyası məhkəməsi bu maddənin tələblərinə əhəmiyyət verməmiş və eyni ilə birinci instansiya məhkəməsinin mövqeyini hazırkı qərardadında olduğu kimi əks etdirmişdir.
18. Digər məsələlər – iddiaçının hazırkı tələbi Ş əki İnzibati Məhkəməsində baxılan tələblə eynilik təşkil etmir. Belə ki, həmin məhkəmədə iddia tələbi sözügedən qərarların ləğv olunması haqqında olmuşdur. Hazırda isə iddiaçı həmin qərarların etibarsız hesab edilməsini xahiş edir. Ümumiyyətlə, iş üzrə cavabdehlər Zaqatala RKC və Azərittifaq inzibati orqanlar deyil. İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarında həmin qurumlar orqanların təsnifatında inzibati orqan kimi nəzərdə tutulmamış və onların fəaliyyəti “İnzibati İcraat haqqında” Qanunla deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənir. Bu halda həmin qurumun qəbul etdiyi qərarlar da inzibati akt hesab edilə bilməz və həmin qərarın etibarsız hesab edilməsi tələbi mülki xarakterlidir. İşdə iştirak edən şəxslərin subyektiv tərkibi hüquqi şəxslər və vergi ödəyicilərindən ibarət olduğundan MPMin tələblərinə əsasən mübahisəyə kommersiya məhkəməsində baxılması yolveriləndir. Şəki İnzibati Məhkəməsinin qərardadı mübahisəli qərarın ləğv edilməsinə yönələn tələbə münasibətdə qəbul edilmiş və müddətin keçməsi ilə bağlı tələb mümkün sayılmamışdır. Bu qərardaddakı yanaşma iddiaçının pozulan hüquqlarının bərpası ilə bağlı Şəki Kommersiya Məhkəməsinə müraciət etmək hüququnu məhdudlaşdırmır. Hər iki instansiya məhkəməsində işə baxılarkən işin faktiki halları araşdırılmadan maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid ola n müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;...”
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:....... 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxm anın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır....” IV. Ali Məhkəmənin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi prosessual hüquq normaları pozulduğundan, Şəkiı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 yanvar tarixli, 2-2(107)15/2023 saylı qərardadı ləğv edilər ək, iş üzrə icraata xitam verilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.
25. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi iddianın Zaqatala RKC İdarə Heyətinin 2003-cü il 8 sentyabr tarixli 10 saylı qərarı və Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının qismən, yəni Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın Cavabdeh3 satılması hissəsində etibarsız hesab edilməsi hissəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın həmin hissəsi üzrə icraata xitam verilməli olduğu nəticəsinə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
26. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş üzrə icraata digər əsaslarla, məhz əvvəllər belə bir tələblərə baxıldığı üçün xitam verilməlidir.
27. Hazırkı iş üzrə iddia tələbi həmçinin “Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı və Azərittifaqın 2003-cü il 5 sentyabr tarixli, 152 saylı qərarının qismən, yəni Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın Cavabdeh3 satılması hissəsində etibarsız hesab edilməsi və həmin mağazanın ona qaytarılması, onunla ünvan 2 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi və Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri ol an 750.000 manat vəsaitin, həmçinin 840 manat dövlət rüsumunun, 220 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi”ndən ibarət olmuşdur. İddia tələbinin, “Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı və Azərittifaqın 2003-cü il 5 sentyabr tarixli, 152 saylı qərarının qismən, yəni Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın Cavabdeh3 satılması hissəsində etibarsız hesab edilməsi hissələri istisna olmaqla, digər tələblər Şəki Kommersiya Məhkəməsinin 2022ci il 11 noyabr tarixli, e-2-2(117)1412/2022 saylı qərardadı ilə məhkəmə aidiyyəti üzrə baxılması üçün Zaqatala rayon məhkəməsinə göndərilmişdir.
28. İşə baxılarkən müəyyən olmuşdur ki, İddiaçı daha əvvəl iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi, Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyəti və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı Zaqatala RKC İdarə Heyətinin 2003-cü il 8 sentyabr tarixli 10 saylı qərarının, Azərittifaqın 2003-cü il 5 sentyabr tarixli, 152 saylı qərarının, Zaqatala rayon Dövlət Notariat kontorunda bağlanmış 2005-ci il 14 fevral tarixli, 4-Ə-40 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən aparılmış MH seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi 2007-ci il 28 dekabr olan qeydiyyatın etibarsız hesab edilməsi və Zaqatala rayon Kooperativlər Cəmiyyəti ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia tələbi ilə Zaqatala rayon məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2020-ci il 7 oktyabr tarixli qətnaməsi ilə (hakim E.Məmmədov, iş № 2(033)-230/2020) iddia təmin edilmişdir.
29. Həmin qətnamədən cavabdehlər Cavabdeh3 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 2020-ci il 7 oktyabr tarixli, 2(033)-230/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi, Zaqatala rayon Kooperativlər Cəmiyyəti və Zaqatala rayon 2 saylı Notariat Of isinə qarşı Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinin 2003-cü il 8 sentyabr tarixli, 10 saylı qərarının, Azərittifaqın 2003-cü il 5 sentyabr tarixli 152 saylı qərarının, 2005-ci il 14 fevral tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair qeydiyyatın etibarsız hesab edilməsi və Kooperativlər Cəmiyyəti ilə aralarındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur.
30. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin 2021-ci il 26 avqust tarixli qərarı ilə qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-427/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi, «Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 s aylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının » etibarsız hesab edilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir.
31. Beləliklə, Ali Məhkəmənin istinad edilən qərarı ilə İddiaçı iddia tələbinə məhz «Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının» etibarsız hesab edilməsi hissələrində iş üzrə icraata xitam verilmişdir. Etibarlılığı mübahisələndirilən qərarların inzibati aktlar, onları qəbul etmiş hüquqi şəxslər Zaqatala RKC və Azərittifaqın isə inzibati orqanlar olub-olmamasına qiymət vermədən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki məhkəmə icraatı qaydasında həmin qərarların etibarsız hesab edilməsin ə dair tələb üzrə hazırda qüvvədə olan Ali Məhkəmənin MK-nın 2021-ci il 26 avqust tarixli, 2(102)-4728 2021 saylı qərarı olduğundan, eyni əsaslarla verilmiş həmin (eyni predmet) tələblərə yenidən baxıla bilməz və məhz MPM-in 261.0.2-ci maddəsi rəhbər tutulmaqla baxılan hissədə iddia tələblərinə xitam verilməlidir.
32. MPM-in 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.
33. MPM-in 417.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 yanvar tarixli, 22(107)-15/2023 saylı qərardadı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, icraata xitam verilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegi yasının 2023-cü il 24 yanvar tarixli, 2-2(107)-15/2023 saylı qərardadı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.