Məhkəmə qərarları › İş №2-2(102)-181/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-181/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-181/2025 14.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı xxxxnın Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim X1 məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 noyabr tarixli, 2-2(106)-198/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. MÜƏYYƏN ETDİ: 1.İddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq” Bankı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı qarşısında mövcud olan 43000 (qırx üç min) manat məbləğində icarə haqqı üzrə borcun və müqavilənin ləğv edildiyi 2023-cü il 1 iyul tarixinə qədər hesablanmış 2250 (iki min iki yüz əlli) manat məbləğində penya borcunun, ümumilikdə 45250 (qırx beş min iki yüz əlli) manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 225,75 (iki yüz iyirmi beş manat 75 qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 16 aprel tarixli, e-2-2(121)-338/2024 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh 2022-ci il 1 aprel tarixli icarə müqaviləsi üzrə 43000 manat məbləğində əsas borc, 200 manat məbləğində cərimə borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat və 225,75 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 43625,75 manat məbləğində pulun tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq” Bank ına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Z.Abbasov).

3. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 28 noyabr tarixli, 2-2(106)-198/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.İmanov, hakimlər – P.Əhmədov və F.Hüseynov). 5.Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmiş dir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada tərtib edilməmişdir. 7.Belə ki, MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma isə Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir.

8. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq e dilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

9. Bundan əlavə, MPM-in 407.1.4-ci maddəsinə görə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində aydın şəkildə ifadə olunmalıdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində isə sadəcə maddələr qeyd olunmuş, pozuntunun nədən ibarət olması barədə dəlil göstərilməmişdir.

10. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

11. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, Qərara a ldı: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 28 noyabr tarixli, 2-2(106)-198/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin qaytarılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar